Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-124/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 2,831 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə qohumu X4 idarə etdiyi «Hundai Accent» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşında hərəkətdə olan zaman Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi küçəsində yerləşən Bakı şəhəri, DYPİ-nin inzibati binasının qarşısında ölkə ərazisində elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar olaraq quraşdırılmış 8 nömrəli stasianar postda xidmət aparan Yasamal RPİ-nin əməkdaşları tərəfindən saat 21:20 radələrində saxlanılmış, həmin vaxt üzərində qanunsuz saxlamaqla daşıdığı qeyd edilən narkotik vasitənin polis əməkdaşları tərəfindən aşkarlanacağı təqdirdə məsuliyyətə cəlb olunacağını güman edərək narkotik vasitə hesab edilən heroini oturacağın altında gizlətmiş, orada hərbi vəziyyət rejiminə riayət olunmaması ilə bağlı polis əməkdaşları tərəfindən avtomobilə keçirilən baxış zamanı avtomaşının qabaq sağ oturacağının altında 01 ədəd bükümdə təmiz çəkisi 2,831 qram olan narkotik vasitə hesab edilən gizlətdiyi heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 5-6 ildir ki, narkotik vasitə olan marixuana və heroindən tüstüsünü sinəsinə çəkmək yolu ilə istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində Xırdalan şəhərində olarkən pulu olmadığı üçün istifadəsində olan ***-***-**-** gsm nömrəsi ilə bacısının əri Səlimin istifadəsində olan ***-***-**-** gsm nömrəsinə zəng edərək onu götürüb evə aparmasını xahiş etmişdir. Təxminən 20-25 dəqiqə sonra Səlim onu özünə məxsus «Hundai Accent» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xırdalan şəhərindən götürmüşdür. Səlim avtomaşını idarə edərək ekologiya postundan keçməklə Xocasən yolu ilə Sulutəpə qəsəbəsinə gegedərkən Səlimdən xahiş etmişdir ki, onu Badamdara aparsın. Səlim ona “Badamdarın harada yerləşməsini və benzinində az olmasını” bildirmişdir. Səlimə “yolu izah edəcəyini” demiş və sonuncu onu aparmağa razı olmuşdur. Təxminən 21:20 radələrində Bakı şəhəri, DYPİ-nin qarşısından keçərkən komendant saatı ilə əlaqədər qurulmuş stasianar postdan keçərkən onları polis əməkdaşları saxlamışlar. Polis əməkdaşları şəxsiyyət vəsiqələrinə baxdıqdan sonra avtomaşına baxış keçirmək istədiklərini bildirmişlər. Həmin vaxt əynindəki şalvarın sağ yan cibində olan bir bükümdə narkotik vasitə olan heroini və qara rəngli açılıbbağlanan bıçağı oturduğu oturacağın altına atmışdır ki, polis əməkdaşları aşkar etməsinlər. Avtomaşına keçirilən baxış zamanı oturacağın altına atdığı bir bükümdə olan narkotik vasitə heroin və bıçaq aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onları 28-ci PB-nə aparmışlar. Polis bölməsində müdafiəçi ilə təmin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroin və bıçaq ona məxsus olmuşdur. Qohumu Səlimin narkotik vasitə ilə bıçağın onda olmasından məlumatı olmamışdır. Narkotik vasitəni tutulduğu gün təxminən saat 18 radələrində sosial şəbəkədə tanış olduğu Hüseyn adlı şəxsin verdiyi hesaba million ödəniş terminalından köçürdüyüm 60,0 manat pul müqabilində almışdır. Hüseyn 60 manat müqabilində ona 3 qrama yaxın narkotik vasitə verəcəyini bildirmişdir. Pulu hesaba köçürtdükdən sonra ona sosial şəbəkədən şəkil göndərmiş və ünvanı izah etmişdir. Həmin ünvanın konkret olaraq hansı küçə olmasını xatırlamamışdır. Narkotik vasitəni Əhmədli qəsəbəsində 9 mərtəbəli binada 2-ci mərtəbə ilə 3-cü mərtəbə arasındakı işığ sayğacının içərisindən götürmüşdür. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Hüseyn adlı şəxsi görməmişdir. Həmin şəxslə sosial şəbəkə vasitəsi ilə danışmış və özünü ona «Hüseyn» kimi təqdim etmişdir. Onun anket məlumatlarını və mobil nömrəsini xatırlamamışdır. Stasianar postda yoxlanılan zaman və şəxsi axtarış zamanı nə avtomobildən, nə də ki üzərindən elektron tərəzi çıxmamışdır. Polis bölməsində olarkən tualetə gedib qayıtdıqdan sonra oradakı polis əməkdaşı tualetdən elektron tərəzini gətirmiş və ona “həmin elektron tərəzini onun ora qoyduğunu bildirmişdir. Lakin həmin tərəzinin ona aid olmamasını bölmədə olan zamanda polis əməkdaşlarına bildirmişdir. Heç bir vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə işdən kirayə yaşadığı Sulutəpə qəsəbəsindəki evə gəlmişdir. Evdə divanda uzanıb istirahət edərkən qaynı Əhəd istifadəsində olan ***-***-**-** gsm nömrəsindən ona məxsus ***-***-**-** gsm nömrəsinə zəng edərək “Xırdalan şəhərində olmasını, üstündə pulu olmamasını və onu oradan götürməsini” xahiş etmişdir. Evdən çıxıb özünə məxsus «Hundai Accent» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xırdalan şəhərinə gedib Əhədi götürmüşdür. Əhədi götürüb Ekologiya postunu keçərək Xocasən yolundan dönüb evə gedərkən qohumu Əhəd onu Badamdar qəsəbəsinə düşürtməsini xahiş etmişdir. Əhədə “Badamdar harada yerləşir, mən heç yerini bilmirəm” demişdir. Əhəd ona “narahat olma, mən sənə yolu izah edəcəm” demişdir. Əhədin istəyinə görə onu Badamdar qəsəbəsinə aparmağa razılaşmışdır. Əhəd yolda haradan getmələrini işarə etdikdən sonra bir neçə kilometr yol getmişlər. Bakı şəhərinin gircəyində komendant saatı ilə əlaqədər qurulmuş post olduğunu gördükdə Əhədə “post var indi bizi cərimə edəcəklər” demişdir. Postda onları saxlayaraq maşından düşürtmüşlər. Sənədləri yoxlanıldıqdan sonra o, bir polis əməkdaşı ilə kənarda isə Əhəd başqa birisi ilə söhbət etmişdir. Onunla danışan serjant rütbəli polis əməkdaşı “maşını yoxlamaq istəyirik etirazın varmı?” demişdir. Ona “xeyir, heç bir etirazım yoxdur” demişdir. Polis əməkdaşının göstərişi ilə avtomaşının baqaj hissəsini açmış və polis əməkdaşları baxış keçirmişlər. Sonra avtomaşının arxa oturacaqlarına baxış keçirmişlər. Daha sonra qabaq tərəfdə sərnişin olan oturacaq tərəfə baxış keçirilərkən oturacağın altından 01 ədəd qara rəngli açılıb-bağlanan bıçaq çıxmışdır. Polis əməkdaşı bıçağın kimə aid olmasını soruşmuşdur. Ona “bıçağın ona məxsus olmamasını” demişdir. Həmin vaxt qaynı Əhəd bıçağın ona aid olmasını bildirmişdir. Bundan sonra isə oturacağı altından bir büküm çıxmışdır. Həmin bükümün nə olmasını soruşmuşlar. Bükümün nə olmasını bilmədiyini demişdir. Polis əməkdaşları Əhəddən soruşduqda Əhəd narkotik vasitə olmasını və ona aid olmasını bildirmişdir. Bundan sonra onları polis bölməsinə gətirmişlər. Polis bölməsində müdafiəçi ilə təmin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşlar. Daha sonra üzərlərinə keçirilən baxış zamanı üzərlərindən heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 ifadəsini davam etdirərək göstərmişdir ki, heç bir vaxt narkotik vasitədən istifadə etməmişdir. Həmçinin narkotik vasitə satışı ilə məşğul olmamışdır. Qohumu Əhədin hansı məqsədlə və haradan narkotik vasitə əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Stasianar postda yoxlanılan zaman avtomobildən elektron tərəzi çıxmasını görməmişdir. Polis bölməsinə gəldikdən sonra Əhəd tualetə getmişdir. Tualetdən qayıtdıqdan sonra isə polis serjantı rütbəsində olan polis əməkdaşı tualetdən elektron tərəzini gətirmiş və Əhədə “bu sənindir?” deyə soruşmuşdur. Əhəd isə elektron tərəzinin ona aid olmamasını bildirmişdir. Saxlanılarkən və üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə gecə növbəsində olmuş və xidməti avtopatrul maşınında onunla birlikdə iş yoldaşı DİN-in ƏÇPA-nın polis nəfəri Şahid3da olmuşdur. Təxminən saat 21 radələrində 8 saylı stasianar postdan komendant saatının pozulması ilə əlaqədar 2 nəfər şəxsin saxlanıldığını və onların özlərini şübhəli aparmasını bildirmişlər. Onlar 8 saylı stasianar posta getmişlər. Orada «Hundai Accent» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşının saxlanıldığını və içərisində olan Səlim və Əhəd adlı şəxslərin avtomaşından düşüdüldüyünü görmüşlər. Onlara yaxınlaşıb özünü təqdim etmişdir. Sonra isə polis əməkdaşları və avtomaşında olan şəxslərin iştirakı ilə maşına baxış keçirmişdir. Avtomaşına arxa tərəfdən baxan zaman qabaq sağ oturacağın altında büküm görmüşdür. Qabaq tərəfə keçib həmin bükümü götürmüşdür. Sonra isə həmin avtomaşının qabaq sağ qapısının cibindən 01 ədəd bıçaq aşkar edərək götürmüşdür. Həmin bükümü və bıçağı Səlimə və Əhədə göstərmişdir. Səlim həmin bıçaqdan və bükümdən məlumatsız olduğunu və ona aid olmamasını bildirmişdir. Əhəd isə həmin bükümdəkinin narkotik vasitə olmasını bildirsədə ona aid olmamasını demişdir. Lakin bıçağın ona aid olduğunu demişdir. Bundan sonra Əhədi və Səlimi 28-ci PB-nə aparmışlar. Aşkar edilmiş narkotik vasitə və bıçağı polis bölməsinə təhvil vermişlər. Bölməyə gəldikdən bir neçə dəqiqə sonra Əhəd tualetə getmək istəməsini bildirmişdir. o, tualletdə olan zaman içəridən səs gəlməsini eşitmişdir. Əhəd tualetdən qayıdanda onun ardınca tualetə girmişdir. Tualetdə su çəlləyinin içərisində suyun içərisində elektron tərəzi olduğunu görmüşdür. Həmin tərəzini götürüb təhqiqatçının otağına gətirmişdir. Əhədə “bunu hara atırsan” demişdir. Əhəd isə “tərəzinin ona aid olmasını boynuna almayaraq ona aid olmadığını” bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onların üzərindən qeyri qanuni heç bir əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 38-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 143-145-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 61-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2604 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №167” dairəvi möhür əksi olan zərfdəki 1(bir) ədəd bükümdə 2,831qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd “200g/0,01” markalı elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tərəzinin üzərində heroin iz şəklində olduğu üçün, təqdim edilmiş bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub – olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 60-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 201-202-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3/1982, 6/2604 saylı ekspert rəyindən görünür ki, 1) təqdim edilmiş bur ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J4+” markalı arxa marakalanma göstəricisinə görə “SM-J415FN/DS” modelli “3517xx/xx/027996/6, 3517xx/xx/027996/4” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2) Təqdim edilmiş “Samsung Galaxy J4+” marakalı arxa marakalanma göstəricisinə görə “SM-J415FN/DS” modelli mobil smartfonda internet şəbəkəsinə daxil olmaq üçün texniki imkan mövcuddur. 3) Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş mobil smartfonda istifadəçi tərəfindən tətbiq eidlmiş qrafik təsvirlə mühafizə olunan ekran kilidini mobil cihazın yaddaşında mövcud olan məlumatları silmədən ləğv etmək mümkün olmadı. 4) Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş mobil smartfonun yaddaşında mövcud olan və silinmiş məlumatları müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 200-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil etmişdir. Cinayət işinin 206-207-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 5/905 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №167” dairəvi möhür əksi olan zərfdəki 1(bir) ədəd bükümdə 2,831qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd “200g/0,01” markalı elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tərəzinin üzərində heroin iz şəklində olduğu üçün, təqdim edilmiş bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub – olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 205-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 53 (əlli üç) manat 65 (atlmış beş) qəpik təşkil etmişdir. Cinayət işinin 208-209-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator X2 ekspert komissiyasının xx xxxxxx 2021-ci il tarixli, 123 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 226-235-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 2,731 qram çəkidə olan narkotik vasitə heroin və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 168-169-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, həmin məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 01 il 01 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx xxx 2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır Cinayət işinin 173-186-cı vərəqələrində olan Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, həmin məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 01 il 01 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx xxxxxx 2021-ci il tarixli, 123 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,731 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 295 (iki yüz doxsan beş) manat 65 (altmış beş) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,731 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 295 (iki yüz doxsan beş) manat 65 (altmış beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-124/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-124/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver