Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-124/2025 26.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X5 və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, 10 sentyabr 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dai xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, X11, X6 və X1 ilə birlikdə 19 noyabr 2024-cü il tarixində ünvan 2 ünvanında yerləşən “Nemi" adı ilə fəaliyyət göstərən hotel və iş mərkəzinə gələrək (ona məxsus), menecer vəzifəsində işləyən X7 onu soruşmuş, dəhlizdə əyləşərək əməkdaşların və ayrı-ayrı vətəndaşların yanında ünvanına təhqir və böhtan xarakteri sözlər söyləmişdir. Bir müddət gözlədikdən sonra onun işdə olmadığını bilib işçilərin, polis əməkdaşlarının və vətəndaşların yanında onun ünvanına “maşennik”, “pul atan", “alçaq”, “əxlaqsız”, “küçədə qalan”, "şərəfsiz", “cındır" və s. həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli sözləri demişdir. Afaq Miriyevanın, Gültəkin Heydərovanın və Çinarə Səlimovanın qanunsuz hərəkətləri "Nemi” hotel və iş mərkəzinin qeydiyyat bölməsinin qarşısında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə qeydə alınmış audio və video yazı şikayətə əlavə olunur. Həmçinin şikayətinə əlavə olaraq təqdim etdiyim DVD diskdəki fayllarda olan audiovideo yazıda, yəni saat 11:42:10-dan - 11.43.10-dək olan müddətdə barəsində xüsusi ittiham qaydasında şikayət olunan X6, habelə X1 və X11 “Nemi” otelə daxil olduqdan sonra otelin əməkdaşları arasında aşağıdakı məzmunda barəsində təhqir və böhtan xarakterli söhbət getmişdir. Əlavə olaraq şikayətdə qeyd edilmişdir ki, o, 19 noyabr 2024-cü il tarixdə günorta saatlarında rəhbəlik etdiyi "Nemi” otelə gəldikdə işçilər Əsgər Kərimli, Elxan Məmmədov, Ülviyyə Aslanova, Sidqilə Kazımova və Hicran Həsrətli bildirdilər ki, həmin gün saat 11 radələrində Gültəkin Heydərova, Afaq Mirzəyeva, Çinarə Səlimova, 1 azyaşlı uşaq və 1 orta yaşlı kişi ilə otelə daxil olduqlarını, onların bütün içşilərin, polis əməkdaşların və qonaqların yanında barəsində nalayiq sözlər və söyüşlər etdiklərini, yalandan onlara pul borcumun olduğunu, uca səslə oteli dağıdacaqlarını və qonaqları oteldən çölə tökəcəklərini bildirmişlər. X11 yalan olduğunu bilə-bilə onun barəsində təhqir və böhtan xarakterli sözlər söyləməsi, iş rejimini pozması ilə onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. X6 şər, böhtan xarakterli, heç bir əsası olmayan məlumatları yaymaqla əsas niyyətinin “Nemi" adı ilə fəaliyyət göstərən hotel və iş mərkəzinin sahibi kimi onun işgüzar nüfuzuna xələl gətrmək olduğu aşkar görünür. Onun barəsində həqiqəti əks etdirməyən sözlərin uca səslə müştərilərin və işçilərin tez-tez, təkrar olaraq söylənməsi həm də onu göstərir ki, onun əsas məqsədi onun işgüzar nüfuzunu etibarını sarsıtmaqdır. Beləliklə, hesab edir ki, ünvan 2 ünvanında yerləşən “Nemi" adı ilə fəaliyyət göstərən hotel və iş mərkəzinin sahibi olaraq barəsində həqiqətə uyğun olmayan, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan sözlərin kütləvi insanların olduğu iş mərkəzində söylənməsi ona qarşı atılmış böhtandır. 10 sentyabr 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə etdiyini, şikayətdə qeyd etdiyi məsələləri təsdiq etdiyini bildirmişdir. O, bu şəxsi tanımır. Keçən ilin 19 noyabrında olub hadisədir. O, “Nemi” otelin sahibidir. COP 29 ərəfəsi idi. Gültəkin və 2 xanım otelə daxil olublar. Onu təhqir edib, şərəf-ləyaqətini alçaldıblar. Qonaqlara narahatlıq veriblər. O, onu tanımadığı halda hansısa borcdan danışır. Personalın yanında adını aşağı salmışdır. Ona söyüşlər söymüşdür. Layiqli cəza almasını xahiş edir. Şəxsdən şikayətçidir. Sahibi olduğu otelə gələrək, barəsində əsassız ittihamlar səsləndirmişdir. Şər-böhtan atmışdır. Onu hamının içində alçaltmışdır. İşgüzar nüfuzuna xələl gətirmişdir. Həqiqətə uyğun olmayan məlumatlar söyləmişdir. Onu təhqir etmişdir. “Küçədə qalmış”, “əxlaqsız”, “şərəfsiz” və “kişilərlə gəzən” ifadələrini barəsində ona qarşı işlətmişdir. Həm qonaqların, həm də polis əməkdaşlarının yanında biabır olmuşdur. Ona görə Miriyeva Afaq barəsində cəza nəzərdə tutan qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 verilmiş şikayət üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, həmin otele getmişdir. Amma təhqir olmamışdır. Ceyhun müəllim var, o deyib ki, pulu Təyminəyə vermişdir. Təyminə deyib ki, həmin pulları guya ona yedizdirib. Ceyhunun yoldaşı ilə aralarında bu söhbətə görə dava olub. O da bu məsələni araşdırmaq üçün gedib Təyminənin yanına. Çünki belə bir şey olmayıb. Pullar hamısı Təyminəyə verilib, sənədli-sünədli. Ümumi 31 000 manat puldur, qızıllar da var. Oradakı 10 000 onlara aiddir. Otelə girişin əvvəldən videogörüntüsünə baxılsa, aydın olar ki, o, sakit formada ora gəlib, əyləşmişdir. Onu görmək istədiyini dedikdə, Təyminə resepşna zəng etmiş və ona ağır sözlər demişdir. Bundan sonra o təbii olaraq, əsəbləşib özündən çıxmışdır. O, otelə durduğu yerdə getməmişdir. Borca görə getmişdir. Orada camaat olmayıb, cəmi 2 nəfər olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs qismində dindirilmiş X11 bildirmişdir ki, “küçələrdə qalmış” sözünü Təyminəyə dedi, özü ondan da ağır sözlər demişdir. “Küçə qadını”, “zibilin biri zibil” Təyminəyə demişdir, o da ona qarşı pis sözlər deyib. Cavabsız qoymayacaqdı ki?! Onun dediyi sözlər dediyinin 10 qatıdır. Bu sözlərin çoxunu Təyminənin borclu olduğunu şəxslərdən eşitmişdir. Oteldə yaşadığı üçün otellerdə qalan demişdir. Bəli, “küçələrdə qalmış” və digər ifadələri Təyminəyə demişdir, telefonda çox ağır söyüşlər söyüb. Sakit düşüb söhbət etsə idi, belə olmazdı. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçi Nümayəndə bildirmişdir ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş edir. Hadisə oteldə, kiçik dairədə olmuşdur. Böhtan cinayəti üzrə dispozisiya ödənmir. Çünki deyilən sözlərin yalan və ya doğru olmasını bilmirlər. Bu, sadəcə xanımlar arasında kiçik mübahisədir. Böyük bir ictimai zona da deyil. Anlaşılmazlıq olub. Söyüş və təhqirin də heç konkret kim tərəfindən deyildiyi videodan aydın deyil. Video görüntüdə 3-4 xanım eyni vaxtda danışır. Kimin hansı sözü deməsi tam aydın eşidilmir. X10 ifadələrində təhqir olmamışdır, düzdür Təyminə xanımın sözlərindən sonra bir az acı ifadələr işlətmişdir. Amma təhqirə yol verilməyib. Hadisə ictimai xarakter daşımamışdır. Çünki orada ancaq resepşının işçisi olmuşdur. Ona görə icraata xitam verilməsini və müvəkkilinə hər hansı cəzanın verilməməsini xahiş edir. Məhkəmə tərəflərin ifadələrini dinləyərək, həmçinin işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, A.G.Miriyevanın əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan məhkəmə tərəfindən təyin olunmuş və məhkəmə istintaqı zamanı araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli, 4/547 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş videofaylda X11 tərəfindən işlədilmiş “küçələrdə qalmış”, “küçə qadını”, “zibilin biri zibil” ifadələri X2 şərəf və ləyaqətini nalayiq formada alçaldan və onu nüfuzdan salan məlumatlar hesab edilir. Məhkəmə iclasında disk tədqiq edilmiş və ona cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilmişdir. Həmin video görüntülərdə təqsirləndirilən şəxs X11 hadisə günü X2 ünvanına “küçələrdə qalmış”, “küçə qadını”, “zibilin biri zibil” kimi ifadələri işlədərək təhqiredici xarakterli məlumatları yaymışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs həmin ifadələri məhz X2 ünvanına söylədiyini təsdiq etmişdir. Məhkəmə bir daha qeyd edir ki, göstərilən ifadələrin şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldan, şəxsiyyəti nüfüzdan salan məlumatlar kimi dəyərləndirilməsi müvafiq ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « ...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətləri vardır. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə məhkəmə hesab edir ki, A.G.Miriyevanın əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma göstərilib. Məhkəmə hesab edir ki, A.G.Miriyevanın 19 noyabr 2024-cü il tarixində ünvan 2 ünvanında yerləşən “Nemi" adı ilə fəaliyyət göstərən hotelə gələrək söylədiyi ifadələr T.Ş.Yusifovanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan kimi qiymətləndirilə bilməz, məhkəmə tərəfindən həmin ifadələr şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi qiymətləndirilmişdir. Yuxarıda təsvir olunanlardan da görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi A.G.Miriyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, A.G.Miriyevanın ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə göstərilən halları nəzərə alaraq və qeyd olunan normaları, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərini («...şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir...») rəhbər tuturaq hesab edir ki, təqsirləndirilən şəxs Q.Ə.Niftəliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsində, “Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası öz mahiyyəti etibarı ilə nəzərdə tutur ki, şəxsin təqsiri cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, o, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda həm Konstitusiya, həm cinayət-prosessual qanunvericiliyi xüsusilə vurğulayır ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Yəni təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Avropa Konvensiyasının tərkib hissəsi olan Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlət daxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxardıqları qərarları əsaslandırsınlar. Maddənin 2-ci bəndində deyilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. 2-ci bənd cinayət prosesinin davam etdiyi bütün müddətə şamil olunur və proses bitdikdən sonra və ya təqsirləndirilən şəxsə bəraət verildikdən sonra hakim tərəfindən hər hansı şərhin verilməsi təqsirsizlik prezumpsiyasını pozmuş olacaqdır. Təkcə məhkəmələr deyil, digər dövlət orqanları da təqsirsizlik prezumpsiyasına əməl etməyə borcludurlar. Təqsirsizlik prezumpsiyasına təkcə məhkəmənin gedişində deyil, məhkəmə tərəfindən bəraət hökmü çıxarıldıqdan sonra da əməl edilməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək bir daha qeyd edir ki, A.G.Miriyevanın əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Elektron Çıxarışa əsasən A.G.Miriyevanın xx.xx.2014-cü il təvəllüdlü X12 adlı övladı vardır. Məhkəmə Q.Ə.Niftəliyevin ilk dəfə cinayət törətməsini və himayəsində övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən A.G.Miriyevanın barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə A.G.Miriyevaya cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, X5 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və X9 cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs A.G.Miriyevaya tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib 1.000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. X5 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk xüsusi ittiham qaydasında şikayət üzrə materiallarda saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 200 (iki yüz) manat X4 tutulub dövlət nəfinə keçirilsin. X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci tarixədək sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 9 iş saatına görə 99 manat, cəmi 250 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-124/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-124/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver