Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-125/2021 12.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı Şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 02 il 04 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işsiz, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 3-cü məhəllə, MMTA ev 1, mənzil 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs CM-nin 178.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Yasamal RPİ İŞ-nin müstəntiqi Yelmar Vahabov tərəfindən tərtib edilmiş ittiham aktı Yasamal Rayon prokuroru tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilərək, ********* saylı cinayət işi ilə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 32 ünvanında yeni yaradılmış ictimai çimərliyə istirahət etməyə gəlmiş xx.xx.2003-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid1 özünü çimərlikdə olan adsız kafenin sahibinin bacısı oğlu “Ramil” adlı şəxs olduğunu və həmin kafedə xidmət etməsi barədə yalnış məlumatları verib inam və etibarını qazandıqdan sonra sonuncudan Zərərçəkmiş şəxs1 məxsus içərisində 5 manat dəyərində «xxxx» MMC mobil operator şəbəkəsində istifadə edilən ***-***-**-** simkart nömrəsi, üstünə 19 manat dəyərində üzlük keçirilmiş, 1783 manat dəyərində 1 ədəd «Samsung S9+ 64 GB» markalı mobil telefonu və 25 manat nəğd pulu alıb çimərlikdən çıxıb gələnə kimi saxlayacağına dair yalandan vəd verib aldadaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1832 manat dəyərində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə xx xxxxxxx 2019-ci il tarixdə saat 17 radələrində ünvan 2 saylı ünvanda yerləşən İzmir parkının yaxınlığında tanışı Zərərçəkmiş şəxs2 icarə əsasında kişi salonunda işləməsinə köməklik edəcəyini yalandan vəd verib sonuncudan dostuna zəng etmək bəhanəsi ilə balansında 3 manat məbləğində danışıq konturu, içərisində 30 manat dəyərində «xxxx» MMC mobil operator şəbəkəsində istifadə edilən ***-***-**-** simkart nömrəsi olan, 731 manat dəyərində “Xiomi mi 9 SE” markalı mobil telefonu götürərək oradan qaçıb getməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 764 manat dəyərində əmlakını açıq talayaraq təkrar törədilməklə soyğunçuluq etmişdir. İşə Yasamal Rayon Məhkəməsində baxılarkən Zərərçəkmiş şəxs1 vəsatətlə məhkəməyə müraciət edərək Cinayət Prosessual Məcəllənin 318.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs daha ağır ittihamın, yəni cinayət işi üzrə 1 nəfərin yox, 2 nəfər zərərçəkmiş şəxsin olmasını təmin etmək üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-nin 178.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır və ona zərər vurulduğu qeyd edilmişdir. həmin iş üzrə Şahid1 onun oğludur. Həmin cinayət işi üzrə əvvəllər oğlu Şahid1 zərərçəkən şəxs kimi tanınmışdır. Lakin sonradan müstəntiq oğlu Şahid1 zərərçəkmişliyinə xitam verib, Zərərçəkmiş şəxs1 zərərçəkən şəxs kimi tanıdı. Hesab edir ki, iş düzgün aparılmamışdır. Çünki faktiki olaraq xx.xx.2019-cu il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs Ş.Mirzəyeanın oğlu Şahid1 aldadıb, onun etibarından sui istifadə edib, çimərlikdə telefonunu və pulunu dənizdə çimib çıxana qədər saxlaması adı ilə telefon və pulu oğlu Şahid1 aldadıb alıb. Həmin telefonun mülkiyyətçisi Zərərçəkmiş şəxs1 olsa da, telefonu istifadə etmək üçün oğluna vermişdir. Təqsirləndirilən şəxs oğlu Şahid1 qarşı dələduzluq etməklə həmin telefondan oğlunun müvəqqəti istifadə etməklə bağlı əmlak hüquqlarını ələ keçirmişdir, oğluna ziyan vurub, həmçinin telefon Zərərçəkmiş şəxs1 olduğu üçün həmin dələduzluq cinayəti nəticəsmində Zərərçəkmiş şəxs1 da oğlu ilə birlikdə zərər çəkmişəm. Bu səbəbdən də hesab edir ki, həmin cinayət işi üzrə oğlu Şahid1 və özü Zərərçəkmiş şəxs1, yəni hər ikisi zərərçəkən şəxs kimi tanınmalıdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı, digər zərərçəkən şəxs Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs və müdafiəçisi vəsatətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə aşağıdakılara görə hesab edir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Belə ki, ittiham aktında da qeyd edildiyi kimi Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 32 ünvanında yeni yaradılmış ictimai çimərliyə istirahət etməyə gəlmiş xx.xx.2003-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid1 yalnış məlumatları verib inam və etibarını qazandıqdan sonra sonuncudan içərisində 5 manat dəyərində «xxxx» MMC mobil operator şəbəkəsində istifadə edilən ***-***-**-** simkart nömrəsi, üstünə 19 manat dəyərində üzlük keçirilmiş, 1783 manat dəyərində 1 ədəd «Samsung S9+ 64 GB» markalı mobil telefonu və 25 manat nəğd pulu alıb, çimərlikdən çıxıb gələnə kimi saxlayacağına dair yalandan vəd verib aldadaraq ümumilikdə 1832 manat dəyərində əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bununla da dələduzluq əməli Şahid1 qarşı törədilib. Çünki Şahid1 aldadılıb, etibarından sui-istifadə edilib və telefon, telefona aid ləvazimatlar və pul məbləği məhz Şahid1 götürülüb. Bununla belə ittiham aktına əsasən həmin telefonun mülkiyyətçisi Zərərçəkmiş şəxs1dır. Və Zərərçəkmiş şəxs1 telefonu istifadə etmək üçün oğlu Şahid1 verdiyi qeyd edilir, həmçinin 25 manat məbləğdə pul da Zərərçəkmiş şəxs1 olub, Şahid1 evə ərzaq almaq üçün verdiyi qeyd edilib. Belə olduğu təqdirdə ittiham aktına əsasən dələduzluq cinayətinin faktiki olaraq Şahid1 qarşı törədildiyi halda, həmin dələduzluq cinayətinin zərərçəkəni kimi yalnız Zərərçəkmiş şəxs1 göstərilmişdir. Yəni ittiham aktına əsasən Şahid1 aldadılıb və etibarından sui istifadə edilməklə, telefon və pul faktiki olaraq Şahid1 götürüldüyü halda, həmi əməllə Şahid1 zərər vurulduğu qeyd edilməmiş, yalnız Zərərçəkmiş şəxs1 maddi zərər vurulduğu qeyd edilmişdir. Yəni Şahid1 aldadıldığı və etibarından istifadə edildiyi halda, digər bir şəxsə Zərərçəkmiş şəxs1, hansı ki, həmin Zərərçəkmiş şəxs1 aldadılmayıb və etibarından sui istifadə edilməyən şəxs olsa da, həmin Zərərçəkmiş şəxs1 zərər vurulma kimi ittiham verilmiş olur. Cinayət işi üzrə əvvəllər Şahid1 zərərçəkən şəxs kimi tanınsa da, Zərərçəkmiş şəxs1 şahid kimi dindirilsə də, sonradan Yasamal RPİ İŞ-nin müstəntiqi Y.Vahabovun xx.xx.2021-ci il tarixli qərarı ilə Şahid1 zərər çəkmiş şəxs qismində cinayət prosesində iştirakına xitam verilmişdir. Həmin müstəntiqin xx.xx.2021-ci il tarixli digər bir qərarı ilə Zərərçəkmiş şəxs1 iş üzrə zərər çəkən şəxs qismində tanınmışdır. Halbuki, CM-nin 178-ci maddəsinin dispozisiyasına əsasən aldalılan və etibarından suiistifadə edilən şəxsə də zərər vurulmalıdır ki, dələduzluq cinayətinin tərkibi yaransın. Düzdür, dələduzluq cinayətində aldalılan və etibarından sui-istifadə edilən şəxslə birlikdə digər şəxslərə də ziyan vurula bilir. Belə ki, ələ keçirilən əmlak və ya əmlak hüquqları aldalılan və ya etibarından sui-istifadə edilən şəxsə yox, digər bir şəxsə məxsusdursa, onda belə bir vəziyyətdə aldalılan və ya etibarından sui-istifadə edilən şəxslə birlikdə, ələ keçirilən əmlak və ya əmlak hüquqlarının məxsus olduğu, yəni həmin əmlakın mülkiyyətçisi də zərərçəkən şəxs kimi tanınmalıdır. Çünki “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Şəxsin bank və ya digər kredit təşkilatı ilə qanunvericiliyə uyğun olaraq bağlanmış müqaviləyə əsasən depozit hesabında saxlanılan, yaxud da borc müqaviləsinə əsasən başqa şəxsə verdiyi pul vəsaiti bankdan, kredit təşkilatından və ya borc alandan dələduzluq yolu ilə ələ keçirildikdə iş üzrə zərər çəkmiş şəxs qismində həmin pul vəsaitinə sahiblik edən bank, digər kredit təşkilatı və ya borc alan tanınır. Belə bir vəziyyətdə hazırkı cinayət işindəki qeyd edilən epizod üzrə yalnız Zərərçəkmiş şəxs1 zərər çəkən şəxs qismində tanındığı halda, Şahid1 da zərərçəkən şəxs kimi tanınmalıdır. Lakin Şahid1 məhkəməyə verilmiş ittiham aktında zərərçəkən şəxs kimi tanınmadığı halda, məhkəmənin həmin şəxsi zərərçəkən şəxs kimi tanıması, nəticə etibarilə həmin epizod üzrə bir nəfərə yox, iki nəfərə zərər vurulması kimi nəticələnər və son nəticədə məhkəməyə verilmiş ittihamdan daha ağır ittiham əmələ gəlir. Həm də məhkəmənin həmin şəxsi əlavə zərərçəkən şəxs kimi tanıması ilə faktiki etibarilə məhkəmənin verilmiş ittihamın məzmunundan, ittiham daxilindən kənara çıxması kimi qiymətləndirilir. Belə bir vəziyyətdə Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. CPM-nin 318.2-1-ci maddəsinə əsasən həmin Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 01 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hazırlıq iclasının xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsindəki “həbs” qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs hazırda həbsdədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərarına gəlindiyindən və bunun üçün ibtidai araşdırma orqanına müəyyən müddət lazım olduğundan, bundan əlavə yeni ittihamın irəli sürülməsi məsələsinə baxdıqdan sonra cinayət işinin məhkəməyə göndərilməsi üçün CPM-nin 292.1-1-ci maddəsindəki müddətin təmin edilməsi də lazım olduğundan, təqsirləndirilən şəxs barəsindəki həbsin müddəti, qərarın çıxarıldığı hazırkı tarixdən hesablanmaqla 02 ay uzadılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 318, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs CM-nin 178.1, 180.2.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 02 ay, yəni xx.xx.2021-ci il tarixədək uzadılsın. Qərarın bü hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-125/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-125/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver