Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-125/2022 18.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:35 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.05.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 26.02.2007-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublika Məhkəməsinin 20.11.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin 15.07.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci, 67.1-ci maddəsi ilə təqsirli bilinib 07 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 15.11.2016-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə üzərində saxlamış və daşımışdır. Belə ki, o, 01 dekabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu Papanin adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü rəngli kağız bükümündə, təmiz çəkisi 0,184 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində saxlamaqla, daşımış, 01 dekabr 2021-ci il tarixdə saat 12:30 dəqiqədə Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində, yaşadığı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq, polis idarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən həmin bir ədəd gümüşü rəngli kağız bükümündə, təmiz çəkisi 0,184 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, 30 noyabr 2021-ci il tarixdə axşam saatlarında onun bədəni ağramış, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də o, Bakı şəhəri Nəsimi rayonu Papanin adlanan əraziyə getmiş, orada tanımadığı bir şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağradığını, narkotik vasitə heroin istədiyini bildirmişdir. Həmin şəxs də ona 10 manat müqabilində bir ədəd gümüşü rəngli kağız bükümündə narkotik vasitə heroin vermişdir. 01.12.2021-ci il tarixində ona mülki geyimdə polis əməkdaşları ona yaxınlaşmış, onu bölməyə dəvət etmişdirlər. Polis idarəsində müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümündə narkotik vasitə heroini polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Həmin gümüşü rəngli kağız bükümü açılarkən, içərisində qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir və götürülmüşdür. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs oğlu törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Vəliağa oğlu ifadəsində göstərmişdir ki, 01.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında olmasını müəyyən etdikdən sonra, ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra, onu Yasamal RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Yasamal RPİ-nə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümünə bükülmüş içərisində narkotik vasitə heroini təqdim etmişdir. Həmin gümüşü rəngli kağıza bükülmüş bükülüyə baxış keçirilərkən içərisində qəhvəyi rəngli toz şəkilli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə olması aşkar edilmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd bükülüdə narkotik vasitə heroinə bənzər kütlə tərəflərindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və bağlamanın üzəri möhürlə möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni xususuatlar üzrə ifadə verərək Şahid1 Vəliağa oğlunun ifadəsinə göstərilənləri təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş və əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, müdafiəçi X3, şəxsi axtarışa məruz qalan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 01 dekabr 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə qərarı ilə tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanuni dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağıza bükülmüş öz dediyinə görə içərisində narkotik vasitə heroin olan bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilməmişdir (cild 1, səh. 27-30). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 01 dekabr 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə qərarı ilə tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanuni dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağıza bükülmüş öz dediyinə görə içərisində narkotik vasitə heroin olan bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarın sağ yan cibində saxladığı və çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünün içərisində qəhvəyi rəngli tozşəkilli spesifik iyə malik maddə narkotik vasitə heroin vardır. İştirak edənlər və müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs əyninə geyindiyi tünd göy rəngli idman şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, o, bildirmişdir ki, təqdim etdiyi bir ədəd bükülünün içərisindəki maddə narkotik vasitə heroindir, həmin narkotik vasitəni bir gün əvvəl axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu Papanin adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də həmin şəxsdən narkotik vasitələr aldığı şəxsdən 10 manata alaraq həmin narkotik vasitənin bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün əyninə geyindiyi tünd göy rəngli idman şalvarının sağ yan cibində saxlamışdır. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd gümüşü rəngli bükülü zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 dekabr 2021-ci il tarixli, 6/5317 nömrəli rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “(imza) Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,184 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (cild 1, səh. 41-45). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq zamanı ambulator məhkəmə-narkoloji ekspertizasının 31.01.2022-ci il tarixli, 431 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səh. 106-107). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından və işə əlavə edilmiş məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 19.05.2004-cü il tarixli Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05.04.2005-ci il tarixli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə, çəkilməmiş qalan 01 il 09 ay 05 gün müddətinə azadlıqdan məhrumetmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 26.02.2007-ci il tarixdə cəzasının sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, 20.11.2007-ci il tarixli Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən, AR CM-nin 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.07.2009-cu il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, AR CM-nin 317-2.1, 67.1-ci maddələri ilə təqsirli bilinib 07 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.11.2016-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, səh. 82-84, 94-98). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 08.02.2022-ci il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatına təqdim edilmiş təmiz çəkisi-0,184 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla məhkəmənin hökmünə qədər saxlanılması üçün Yasamal RPl-nə təhvil verilmişdir. Həmçinin iş üzrə madi sübut növü kimi tanınmış 01 ədəd disk cinayət işinə əlavə edilmişdir (cild 1, səh. 115- 124). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu 01.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 01.12.2021-ci il tarixdən hesablanmaqla) (cild 1, səh. 17-18; 78- 79). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. İş materiallarında olan tələbnamədən və hökmlərin surətlərindən görünür ki, 19.05.2004-cü il tarixli Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05.04.2005-ci il tarixli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə, çəkilməmiş qalan 01 il 09 ay 05 gün müddətinə azadlıqdan məhrumetmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 26.02.2007-ci il tarixdə cəzasının sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, 20.11.2007-ci il tarixli Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən, AR CM-nin 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (05.05.2017-ci il tarixdə cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır), 15.07.2009-cu il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, AR CM-nin 317-2.1, 67.1-ci maddələri ilə təqsirli bilinib 07 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.11.2016-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğluna münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 01.12.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs oğlundan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,134 qram narkotik vasitə-heroin məhv edilməli və Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(004)-125/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 32 (otuz iki) iş saatına bərabər hesab edilərək, göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki)manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 01.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlundan 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğlu narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,134 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-125/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-125/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver