Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-125/2024 08.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X44, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X37 və onun nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 və onun müdafiəçisi X10, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X38 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X14 və X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X37 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X14 və X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X37 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, "xxxx" qəzetinin xx.xx.2023cü il tarixli buraxılışında “NƏRİMANOV PROKURORU "xxxx"MTK-NİN 90 MİN DOLLARLİQ DƏLƏDUZLUĞUNU HİMAYƏ EDİRSƏ” başlığı ilə “Zərərçəkmiş, Qarabağ Müharibəsi qazisi X13: «"xxxx" MTK-nın rəhbəri X35 nə 90 min dollar pul ödədiyim mənzilimi verir, nə pulumu qaytarır, bu azmış kimi, məni cangüdəni ilə iki dəfə döyüb ağır bədən xəsarət yetirib...». Bakı şəhər sakini X6 "xxxx"a etdiyi müraciətinin kömək gözləmə ünvanı Azərbaycan Respublikasının Prezidentidir. Zərərçəkmişin cənab Prezidentə ünvanlı şikayətini oxuduqca ciddi düşünməyə və həm də təəssüflənməyə bilmirsən. Axı niyə Nərimanov rayon prokuroru X9 imzaladığı «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş vəzifəsini qanuni səviyyədə icra etmir ki, şikayətçi də Azərbaycanın Qarabağ kimi yüzillik problemini həll etməkdə olan, dünyanın ermənipərəst dövlətləri ilə mübarizə aparan Prezidentdən kömək istəsin?! Hansı ki, prokuror fəaliyyət göstərdiyi rayonda polisin istintaq icraatına nəzarət etməlidir. İndi belə çıxır ki, Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun özünün fəaliyyətinə nəzarət edilməlidir! Elə şikayət də bu barədədir...”. Daha sonra "Təzadlar” qəzetinin xx.xx.2023-cü il tarixli buraxılışında yenidən “Bəs "xxxx" MTK işi üzrə istintaqa nəzarət edən Nərimanov rayon Prokurorluğu niyə həmin müstəntiqi cəzalandırmayıb” başlığı qoyulmaqla ‘‘Axı necə olur ki, dələduzluğun qurbanı olan zərərçəkmiş həm də dələduzluqda şübhəli bilinənlər tərəfindən döyülüb ciddi bədən xəsarətləri alır??? Bu barədə zərərçəkmişin "xxxx"ın rəsmi saytının 6 oktyabr 2023-cü il tarixli buraxılışında yayımlanmış şikayətində ətraflı bəhs edilmişdi (Yazının linki: https://tezadlar.az/index.php/en/agenda/21468-n-ri-manov-rayon-prokuroru-saki-r-mtk-nin- 90-mi-n-dollarliq-d-l-duzlugunu-hi-may-edi-rs” məzmununda ona həqiqətə uyğun olmayan, təhqir etmiş və şərəf, ləyaqət və işgüzar nüfuzumu ləkələyən böhtan xarakterli yazılar qeyd olunmuşdur. "xxxx" qəzetinin xx.xx.2023-cü il tarixli buraxılışında "xxxx"MTK-NİN TƏLƏYƏ SALDİĞİ İŞ ADAMİ 7 SAYLİ HƏBSXANADAN "xxxx"A ŞOK AÇİQLAMA VERDİ” başlığı qoyulmaqla Telman Səlimov: «"xxxx" MTK sədrinin həbsxanada dünyasını dəyişən atası X31 və onun oğlu Tural Hüseynov, sonuncunun əmisi Vidadi Hüseynov... mənə tələ qurub həbsimə nail olublar...» . "xxxx"a bu dəfə daxil olan şikayət ərizəsi yenə də MTKlardan birinin qanunsuz fəaliyyətindən və bu fəaliyyətə özlərinə məlum niyyətlə göz yuman bəzi hüquq mühafizə orqanı rəhbərlərinin və məhkəmə hakimlərinin ədalətsizliyindən bəhs edir. Söhbət Bakıda və Sumqayıtda qanunsuz üsullarla və keyfiyyətsiz, qəzalı halda olan çoxmənzilli binalar inşa edən fiziki şəxs X31 və o həbs ediləndən sonra çoxsaylı payçılardan canını süni surətdə qurtarmaq istəyərək fəaliyyətini sığortalamaq üçün müəmmalı yolla özünə "xxxx" MTK yaradan oğul X28 məhkəmələrdən keçən fəaliyyəti barədədir. Qısa olaraq deyək ki, uşaqlarının boğazından kəsib özünə mənzil alıb rahat yaşamaq istəyən 120 nəfər Hüseynovların əlindən bu günədək zülm içində həyat sürür... Hətta bizə verilən məlumatda o da qeyd olunur ki, bu insanların bəziləri Hüseynovların yaratdıqları dolaşıq fəaliyyətlərinə dözməyərək ağır xəstəlik tapıb, bu dərd-vərəmə və biabırçılığa dözməyərək dünyasını dəyişənlər də var...” "xxxx"MTK-NİN SİRRİ: MÜSADİRƏ EDİLMİŞ ƏMLAKLAR NİYƏ SATİLİB ZƏRƏRÇƏKMİŞLƏRƏ ÖDƏNİLMİR? başlığı qoyulmaqla aşağıdakı yazılar qeyd olunmuşdur: “120-dən çox zərərçəkmişi zəlil günə qoymuş Şakir Hüseynovun oğlu X28 yeni missiyalı "xxxx" MTK-sı var. Görün oğul nə kimi fəaliyyətdədir.” ifadələrindən istifadə olunmaqla aşağıdakı məlumatlar dərc olunmuşdur: “2017-ci ildə "xxxx"MTK-nın rəhbəri X32 guya 90 min dollar ödəyərək Nərimanov rayonu ərazisindən 165 kv.m sahəli mənzili almışdır. Lakin sonradan məlum olmuşdur ki, həmin mənzil başqa vətəndaşa- X1. Bunu bildikdən sonra "xxxx"MTK-nın rəhbəri X19 ya mənzili, ya da pulunu qaytarmasını tələb etmişdir. Şikayətçidən canını qurtarmaq üçün Tural Hüseynov xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində N.Niftəliyevi Nərimanov rayonu ərazisindəki “Dostlar” kafesinə dəvət etmiş, şikayətçini ağır ifadələrlə söyüb dizindən güclü zərbə endirmişdir. Ardınca da özünü “qanuni oğru” kimi təqdim edən dostu “İzi” təxəllüslü X11 N.Niftəliyevi boğur, sol çənəsinə güclü zərbələr endirərək qarnına dizi ilə və təpiklə vurur. Şikayətçinin 6 dişi sınır, qarnı deşilir və,s ” Bəs niyə müsadirə edilmiş əmlaklar satılıb zərərçəkmişlərə ödənilmir? Kim buna mane olmur? başlığı qoyulmaqla “ 120-dən çox şikayətçi-zərərçəkmişin ah-naləsini aradan qaldırmaq və atasının dövlət büdcəsinə olan 50 milyon manatdan çox vergi borcunun, eləcə də zərərçəkmişlərə olan 3,6 milyon manatlıq mənzil fırıldağı borcunun dərdinini çəkmək əvəzinə, "xxxx" MTK-nın sədri Tural Hüseynov əməkdaşımız E.Məmmədlini təhqir və təhdid edərək onu şantaj da etməkdən çəkinməyib.” Beləliklə, gəlirik mətləbə. “X3 (Hüseynovlar onun 26 min manat pulunu ələ keçirib), X34 (onun isə təxminən 7 milyon pulu çırpışdırılıb), X39 (50 min manata yaxın pulu mənimsənilib), X16 (100min manatdan çox pulu mənimsənib), X40 (külli miqdarda pul vəsaiti etibardan sui- istifadənin qurbanı olub), X23 (onun da külli miqdarda pul vəsaiti mənimsənilib) və,s zərərçəkmişlər bu gün redaksiyamızla əlaqə saxladılar. Onları redaksiyamıza dəvət etdik... Bəs hüquq mühafizə orqanları "xxxx" MTK-nın və bu şirkətin əvvəlki rəhbəri Şakir Hüseynovun qanunsuzluqlarına və 120-dən çox zərərçəkmişin ah-naləsinə niyə susur? başlığı qoyulmaqla Dövlətə 50 milyon manat, zərərçəkmişlərə 3,6 milyon manat borcu özü ilə o dünyaya aparan mərhumun tikdiyi binalar, şəxsi əmlakları yerində ola-ola necə ola bilər ki, üzərinə həbs qoyulsa da, oğlu Tural Hüseynovun hansısa yollarla Ədliyyə Nazirliyinə yol tapıb mərhum atası Şakir Hüseynovun adına "xxxx"MTK yaradıb bütün əmlakları idarə edir, amma nə prokurorluq, nə də polis orqanları zəlil günə qoyulmuş 120 zərərçəkmişin hayqırtısını eşitmir, amma Tural Hüseynovun “xahişlərini” eşidir və hətta ona itaət də edirlər! məzmununda şərəf, ləyaqət və işgüzar nüfuzumu ləkələyən böhtan xarakterli məlumatlar yayılmışdır. X37 bildirmişdir ki, ’’Təzadlar” qəzetinin redaksiyasının baş redaktoru X21 öz redaktoru olduğu qəzeti vasitəsi ilə onu təhqir edərək, redaksiyanın rəhbəri kimi ona verilmiş hüquqlarından sui-istifadə edərək onun barəsində həqiqətə uyğun olmayan böhtan məlumatları dərc etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X14 onu təhqir edərək, barəsində həqiqətə uyğun olmayan məlumatları kütləvi informasiya vasitələrində, ilk olaraq ’’Təzadlar” qəzetinin redaksiyasından yayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. O, 2016cı ildə "xxxx" Mənzil Tikinti Koperativini təsis etmişdir və MTK-nin icraçı direktorudur. "xxxx" qəzetinin redaksiyasının baş redaktoru X38 və X2 informasiya vasitəsi ilə onun barəsində işlətdiyi ifadələr təhqir və böhtandır. Belə ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilən X14 adı ilə göstərilən ifadələr və "xxxx" qəzetinin baş redaktoru tərəfindən yayılmış yazılarda guya 90 min dollar ödəyərək Nərimanov rayonu ərazisindən 165 kv.m sahəli mənzili ondan alması barədə qeyd olunanlar həqiqətə uyğun deyil. Bu barədə X14 ilə aralarında hər hər hansı mövzu, razılaşma və ya müqavilə olmamış və ümumiyyətlə bu məsələ ilə bağlı hər hansı məhkəmə mübahisəsi mövcud deyil. Bu cür yalan məlumatları yaymaq məqsədi onu şantaj etməkdir. Həmçinin "xxxx" qəzeti tərəfindən “Axı necə olur ki, dələduzluğun qurbanı olan zərərçəkmiş həm də dələduzluqda şübhəli bilinənlər tərəfindən döyülüb ciddi bədən xəsarətləri alır??? yazdığı başlıq, “NƏRİMANOV PROKURORU "xxxx"MTK-NİN 90 MİN DOLLARLİQ DƏLƏDUZLUĞUNU HİMAYƏ EDİRSƏ” başlıqda onu dələduz adlandırmaqla, cəmiyyət arasında təhqir etmişdir. N.Niftəliyevin verdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında "xxxx" qəzetinin baş redaktoru tərəfindən yayılmış guya onun tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində N.Niftəliyevi Nərimanov rayonu ərazisindəki “Dostlar” kafesində döyülməsi barədə yazılar onun barəsində növbəti böhtandır. Belə ki, Nərimanov RPİ İŞ-nin 17 noyabr 2023-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın nəticə hissəsindən göründüyü kimi iş üzrə X24 əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi olmadığına görə həmin maddə ilə barəsində cinayət təqibinə xitam verilmişdir. Bundan başqa "xxxx" qəzetində “Telman Səlimov: "xxxx" MTK sədrinin həbsxanada dünyasını dəyişən atası X31 və onun oğlu Tural Hüseynov və sonuncunun əmisi Vidadi Hüseynov mənə tələ qurub həbsimə nail olublar” məzmununda həqiqətə uyğun olmayan yazılardan istifadə olunmuşdur. Buna baxmayaraq 7 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli, №3-16-17/22/2-3994/2023 saylı məktubunda məhkum X17 "xxxx" qəzetinin redaksiyasına hər hansı ərizə və ya yazı göndərmədiyi bildirilmişdir. Bundan başqa bir-birilə əlaqəsi olmayan şəxlərin - N.Niftəliyevin "xxxx" qəzetinə barəsində həqiqətə uyğun olmayan məlumatları verməsi və Telman Səlimovun təsisçisi olduğu "xxxx" MTK barəsində eyni vaxta açıqlama verməsi sual doğurur və bu da öz növbəsində sözügedən məlumatların onu və təsisçisi olduğu "xxxx" MTK-nın işgüzar nüfuzunu ləkələmək məqsədi daşıyan böhtan olduğunu təsdiq edir. Eyni zamanda "xxxx" qəzetinin baş redaktoru X21 heç bir sübut olmadan guya onun tərəfindən redaksiyanın əməkdaşı Elçin Məmmədlinin təhqir və təhdid edilməsi barədə böhtan xarakterli yazının dərc edilməsi bir daha sübut edir ki, "xxxx" qəzetinin baş redaktoru cəmiyyətdə onun barəsində mənfi fikir yaratmaqda maraqlı olmuş, bu səbəbdən əsassız və həqiqətə uyğun olmayan böhtan xarakterli ifadələr yazmaqla həm onu təhqir etmiş, həm də nüfuzuna xələl gətirən məlumat dərc etmişdir. Həmçinin X3nun Hüseynovlar tərəfindən 26 min manat pulunu ələ keçirilməsi, X18 isə təxminən 7 milyon pulu çırpışdırılıb, X25 50 min manata yaxın pulunun mənimsənilməsi, X7 100 min manatdan çox pulunun mənimsənilməsi, X4 miqdarda pul vəsaiti etibardan sui-istifadənin qurbanı olması, X12 onun da külli miqdarda pul vəsaiti mənimsənilməsi və həmçinin də oğlu Tural Hüseynovun hansısa yollarla Ədliyyə Nazirliyinə yol tapıb mərhum atası Şakir Hüseynovun adına "xxxx" MTK yaradıb bütün əmlakları idarə edir, amma nə prokurorluq, nə də polis orqanları zəlil günə qoyulmuş 120 zərərçəkmişin hayqırtısını eşitmir, amma Tural Hüseynovun “xahişlərini” eşidir və hətta ona itaət də edirlər! barədə yalan məlumatlar yaymaqla həm onu, həm də onun tərəfindən təsis edilən "xxxx"MTK-nı dələduz kimi qələmə verməklə böhtan atmışdır. Hüseynovlar tərəfindən zərərçəkmişlərin aldadılararaq onların külli miqdarda pul vəsaitlərini mənimsəmələri barədə həqiqətə uyğun olmayan məlumatları sözügedən qəzetdə yayılması da ailəsi barəsində mənfi rəy yaratmaqla ailəsinin də şərəf və ləyaqətini ləkələmişdir. Belə ki, X14 və "xxxx" qəzetinin baş redaktoru X38 onun barəsində yaydığı həmin məlumatlar ilə onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş ağır və xüsusilə ağır cinayətdə ittiham etmişdir. X14 "xxxx" qəzeti ilə yanaşı “azeronline.tv”-nin rəsmi instagram hesabına video müsahibə verərək: “Tural Hüseynov onun davamçısı olaraq dələduzluğunu davam etdirir. Tək ona qarşı yox, bir çox insanlara qarşı, o cümlədən də təzadlar qəzetində göstərilən şəxslər..., bu işlər Tural Hüseynovun qurmalarıdır və onun vəkil kimi fəaliyyət göstərən qaynatası təşkilatçılıq edir bunlar isə bizə qarşı təzyiqini davam etdirir. Tural Hüseynov 2017-ci ildə X22 məxsus mənzili mənə satıb 90.000 dollar pulumu alıb” məzmununda barəsində həqiqətə uyğun olmayan müsahibə verərək heç bir sübut olmadan onu dələduz adlandırmaqla təhqir etmişdir. Barələrində xüsusi ittiham qaydasında şikayət verilən X14 və "xxxx" qəzetinin baş redaktoru X38 tərəfindən "xxxx" qəzetinin xx.xx.2023-cü il tarixli buraxılışında “NƏRİMANOV PROKURORU "xxxx"MTK-NİN 90 MİN DOLLARLİQ DƏLƏDUZLUĞUNU HİMAYƏ EDİRSƏ” başlığı ilə; xx.xx.2023-cü il tarixli buraxılışında yenidən “Bəs "xxxx" MTK işi üzrə istintaqa nəzarət edən Nərimanov rayon Prokurorluğu niyə həmin müstəntiqi cəzalandırmayıb” başlığı ilə; xx.xx.2023-cü il tarixli buraxılışında "xxxx"MTK-NİN TƏLƏYƏ SALDİĞİ İŞ ADAMİ 7 SAYLİ HƏBSXANADAN "xxxx"A ŞOK AÇİQLAMA VERDİ” başlığı ilə; "xxxx"MTK-NİN SİRRİ: MÜSADİRƏ EDİLMİŞ ƏMLAKLAR NİYƏ SATİLİB ZƏRƏRÇƏKMİŞLƏRƏ ÖDƏNİLMİR? başlığı ilə barəsində yayılmış məlumatlar onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən böhtan və təhqir olduğuna görə xüsusi ittiham qaydasında şikayətinin əsaslı olmasını hesab edir. Həmçinin, qeyd etmişdir ki, X14 və X21 onun barəsində törətdikləri cinayət əməli "xxxx" qəzetinin yerləşdiyi və fəaliyyət göstərdiyi Yasamal rayonu, Mətbuat Prospektində yerləşən Azərbaycan nəşriyyatı binasında baş vermişdir. Xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi və X14 və X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş cəza tədbiri görülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X37 şikayətin icraata qəbul edilməsini, X14 və X21 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə şikayətin icraata qəbul edilməsini, X14 və X21 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 yazılı vəsatət verərək, şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X38 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi X27 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X21 müdafiəçisi Müdafiəçi şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 302.1-ci maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği). CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. CPM-nin 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. X37 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X14 və X38 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsindən görünür ki, T.Hüseynov bir neçə epizoddan ibarət əməllərin törədilməsini qeyd edərək həmin əməllərin N.Niftəliyev və A.Məmmədov tərəfindən törədildiyini bildirmişdir. Lakin xüsusi ittihamçı konkret olaraq hansı əməlin kim tərəfindən törədildiyini və ya həmin əməlin N.Niftəliyev və A.Məmmədov tərəfindən birlikdə törədilməsini şikayət ərizəsində qeyd etməmişdir. Yəni şikayət ərizəsində hansı səbəbdən iki şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi öz əksini tapmamışdır. Belə ki, xüsusi ittiham haqqında şikayət ərizəsindən konkret olaraq N.Niftəliyev və A.Məmmədov tərəfindən ayrı-ayrılıqda hansı hərəkətin edilməsi müəyyən deyil. Eləcə də, T.Hüseynov iki şəxsin- N.Niftəliyev və A.Məmmədovun birlikdə, yəni daha dəqiq ifadə olunsa, qeyd edilən iki şəxsin məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında ona qarşı cinayət əməlinə yol verməsini əsaslandıracaq sübutlar məhkəməyə təqdim etməmiş, habelə bu kimi sübutlarının mövcud olmasını şikayətində göstərməmişdir. Bundan əlavə şikayət ərizəsinin nəticə hissəsində X14 və X38 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edilməsinə baxmayaraq, ərizənin əsaslandırıcı hissəsində X38 və X14 onu təhqir edərək və böhtan xatakterli məlumatları dərc etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdikləri qeyd olunmuşdur. Həmçinin şikayətin verildiyi tarix və yer qeyd edilməmişdir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs – X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X15 və X21 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X8 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri Mərkəz Bürosunun vəkili X15 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat və X30 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri Mərkəz Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X14 və X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X37 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X8 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri Mərkəz Bürosunun vəkili X15 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat və X30 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri Mərkəz Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-125/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-125/2024
08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver