Məhkəmə qərarları › İş №1(004)-125/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-125/2025

07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-125/2025 07.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X28 Məhəmməd qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X7 iştirakları ilə, xx.xx.1980-ci ildə Siyəzən şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni massivində nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X3 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə səhər radələrində Bakı şəhəri, Yasamal rayonu, “Alatava” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 0,510 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 15:35-də Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,510 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X14 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anket məlumatında qeyd olunan ünvanda yaşayır, heç bir ruhi-əsəb xəstəliklərindən müalicə almamışdır. Müxtəlif yerlərdən narkotik vasitələr əldə edərək qəbul edir. Təxminən 4-5 aydır ki, narkotik vasitə heroin qəbul edir. Narkotik vasitəni qəbul etməyi ona heç kim məcbur etmir, özü könüllü olaraq istifadə edir. Üzərindən narkotik vasitə heroinin aşkar olunması ilə bağlı isə səmimi olaraq bildirmişdir ki, 2024-cü ilin iyul ayının 25-də saat səhər radələrində Bakı şəhəri, Yasamal rayonu «Alatava» adlanan ərazidə üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 20 manata bir ədəd bükümdə el arasında «kakos» deyilən narkotik vasitə heroin almışdır. Qeyd etdiyi narkotik vasitəni şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirirmiş. Həmin gün saat 15 radələrində ünvan 3 ünvanda yerləşən «Best Hotel»in qarşısında tanışları X19, X15, X16 və X2 ilə görüşmüşdür. O, həmin şəxslərlə dayanıb bir qədər söhbət etmişdir. Həmin gün saat 15:35-də qeyd olunan ünvanın qarşısında tanışları ilə söhbət edən zaman mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini Yasamal RPİ-nin NMB-nin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə polis idarəsinə getməyi təklif etmişlər. O və yanında olan tanışları polis əməkdaşları ilə bir yerdə Yasamal RPİ-nin inzibati binasına getmişlər. Polis idarəsində olan zaman ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra vəkil Nümayəndə tərəfindən onun hüquqlarının müdafiə etməsinə dair ərizə yazıb bu barədə xahiş etmiş, bununla əlaqədar protokol tərtib edilmişdir. Bundan sonra vəkil Nümayəndə otağa dəvət olunmuş və ona vəkil kimi təqdim edilmişdir. Daha sonra polis idarəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üstündə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O, da əynindəki göy rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə olan heroini masanın üzərinə qoymuşdur. Ondan bükümün içərisində olan maddə nədən ibarət olması barədə sual verildikdə, cavab olaraq bildirmiş ki, içərisində el arasında «kakos» deyilən narkotik vasitə heroindir, həmin vasitəni Yasamal rayonu, «Alatava» adlanan yerdə, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata almışdır. Onun üstündə həmin vaxt bundan başqa heç nə olmamışdır. Ondan aşkar olunaraq götürülmüş narkotik vasitə polis əməkdaşı tərəfindən götürülərək orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və həmin protokolla zərfi onunla bərabər orada olan digər iştirakçılar, həmçinin vəkilin özü də imzalamışdır. O, əlavə olaraq qeyd etmişdir ki, etdiyi bu əməldən çox peşmandır, narkotik vasitə olan heroin qəbul etsə də, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Əlavə olaraq bildirmişdir ki, maddi vəziyyəti ilə əlaqədar mobil telefon istifadə etmir. Bundan əvvəl və bilavasitə 25 iyul 2024-cü il tarixdə aldığı narkotik vasitə olan heroini heç bir şəxsə satmamış və hədiyyə etməmişdir. O, üstündən aşkar olunmuş narkotik vasitəni bədənində ağırlar olduğuna görə öz şəxsi istehlakı üçün əldə etmişdir. Həmin narkotik vasitə olan heroini ona satmış şəxsin hər hansı bir anket məlumatlarını bilmir. Həmin şəxsi Yasamal rayonu, «Alatava» adlanan ərazidə görmüş, onun anket məlumatlarını bilmir. Həmin şəxsin sifət cizgiləri tam yadında qalmamış, arıq bədən quruluşlu olmuşdur. Göstərilən bükümdə olan narkotik vasitə olan heroini 25 iyul 2024-cü il tarixdə alarkən, yanında heç kim olmamış, tək olmuşdur. Bundan əvvəl və ya bilavasitə 25 iyul 2024-cü il tarixdə aldığı narkotik vasitə olan heroinin qalıqları hər hansı bir yerdə və ya yaşadığı evdə qalmamışdır. X19, X15, X16 və X2 onun tanışlarıdır, onların üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələrin və ya vasitələrin olub-olamaması barədə məlumatı olmamışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Polis idarəsinə aparıldığı zaman ona heç bir zor tətbiq edilməmişdir. Heç bir dispanserdə qeydiyyatda olmadığını və hər hansı bir psixi xəstəliyi olmadığını bildirmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs X7 təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi bölməyə xx.xx.1980-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yaşayış massivində fərdi evdə yaşayan, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, A.Salamzadə küçəsi 3 ünvanda yerləşən “BEST HOTEL”-də müvəqqəti qonaq qismində yaşamış, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə həmin tarixdə etibarlı mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat haqqında dərhal Yasamal RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Anar İbrahimov tərəfindən rəhbərliyə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün xx.xx.2024-cü il tarixli əmrə əsasən Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və Yasamal RPİ-nin 27-ci PŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik etmək ona həvalə olunmuşdur. Bundan sonra, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra göstərilən tərkibdə ünvan 6 ünvanın ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin gün saat 15:35 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 3 ünvanda yerləşən “BEST HOTEL”in qarşısında qadın və kişi cinsindən olan bir neçə nəfər şəxslə birlikdə olduğu müəyən edilmişdir. Həmin şəxsi saxlayıb onun şəxsiyyəti ilə maraqlandıqda onun həqiqətən də xx.xx.1980-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yaşayış massivində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Beləliklə də, onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirərək ondan, eləcə də onunla birlikdə olan, sonradan şəxsiyyətləri müəyyən edilmiş X2, X19, X15 və X1 15:35-də saxlayaraq birlikdə Yasamal RPİ-nə getmələri təklifi ilə saat 15:45-də Polis İdarəsinə gətirmişlər. Həmin şəxslərin şəxsiyyətləri bir daha müəyənləşdirildikdən sonra gətirilmiş şəxslərlə bağlı təhqiqat araşdırılmasının aparılması ilə bağlı müvafiq göstəriş verilməsi üçün xx.xx.2024-cü il tarixli raportla NMB-nin rəisinin vasitəsilə Yasamal RPİ-nin rəisinə məruzə edilmiş və Təqsirləndirilən şəxslə bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı X12 həvalə olunmuşdur. Bununla bağlı, X17 tərəfindən Yasamal RPİ-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib-istəmədiyini soruşmuş və Talıb da maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı Talıba Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Bundan sonra göstərilən büronun vəkili Nümayəndə gəlmiş, X17 təqdim etmiş və Talıb da etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Daha sonra X17 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş və bundan sonra Təqsirləndirilən şəxs üstünə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, X17 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra X17 video yazan texniki vasitə kimi mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmiş və həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. X17 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən Talıb bükümün içərisində “kakos” adlanan narkotik vasitə heroin olduğunu, həmin gün səhər saatlarında Yasamal rayonu, “Alatava” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən özünün şəxsi istifadəsi üçün 20 manata aldığını, üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. X17 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxladığı və çıxarıb təqdim etdiyi bir ədəd bükülüyə baxış keçirilən zaman müəyyən olunmuş ki, təqdim edilmiş bir ədəd bükülünün içərisində qəhvəyi rəngli, toz halında olan, spesifik qoxuya malik maddə vardır. Bundan sonra baş X17 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparmış, Təqsirləndirilən şəxs üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra isə aşkar olunmuş yuxarıda qeyd olunan bükümdə olan maddə zərfə qoyularaq möhürlənərək götürülmüşdür. O, da şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə hesab olanan heroinin mənbəyi ilə bağlı müvafiq qaydada təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə hesab olanan heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin əldə etdiyi narkotik vasitə hesab olanan heroini satmaq istəməsi və ya satmağa hazırlaşması haqqında hələki dəqiq və tam məlumat olmadığını, yalnız müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir, o, üstündən aşkar olunmuş narkotik vasitə hesab olanan heroini məhz öz istehlakı üçün qanunsuz əldə edərək üstündə saxlamışdır. Talıbın narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir təzyiq və yaxud da fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ifadəsində Şahid1 dediklərini təsdiq etmiş və analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal RPİ-nin NMBnin baş əməliyyat müvəkkili Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xidmət etdiyi bölməyə xx.xx.1980-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yaşayış massivində fərdi evdə yaşayan, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, A.Salamzadə küçəsi 3 ünvanda yerləşən “BEST HOTEL”-də müvəqqəti qonaq qismində yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə həmin tarixdə etibarlı mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat haqqında dərhal Yasamal RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Anar İbrahimov tərəfindən rəhbərliyə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün xx.xx.2024-cü il tarixli əmrə əsasən Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili olaraq o, əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, Yasamal RPİ-nin 27-ci PŞ-nin kiçik əməliyat müvəkkili, polis baş serjantı Şahid2 və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik etmək Şahid1 həvalə olunmuşdur. Bundan sonra, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra göstərilən tərkibdə ünvan 6 ünvanın ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə və əməliyyat mövqeyi seçməyə başlamışlar və həmin gün saat 15:35 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 3 ünvanda yerləşən “BEST HOTEL”in qarşısında qadın və kişi cinsindən olan bir neçə nəfər şəxslə birlikdə olduğu müəyən edilmişdir. Həmin şəxsi saxlayıb şəxsiyyəti ilə maraqlandıqda onun həqiqətən də xx.xx.1980-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yaşayış massivində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Beləliklə də, onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirərək ondan, eləcə də onunla birlikdə olan, sonradan şəxsiyyətləri müəyyən edilmiş X2, X19, X15 və X1 15:35-də saxlayaraq birlikdə Yasamal RPİ-nə getmələri təklifi ilə saat 15:45-də Polis İdarəsinə gətirmişlər. Həmin şəxslərin şəxsiyyətləri bir daha müəyyənləşdirildikdən sonra gətirilmiş şəxslərlə bağlı təhqiqat araşdırılmasının aparılması ilə bağlı müvafiq göstəriş verilməsi üçün xx.xx.2024-cü il tarixli raportla NMB-nin rəisinin vasitəsilə Yasamal RPİ-nin rəisinə məruzə edilmiş və Təqsirləndirilən şəxslə bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı X12 həvalə olunmuşdur. Bundan sonra o və Şahid4 Polis İdarəsinə gətirilmiş digər şəxslərlə bağlı keçiriləcək tədbirlərlə bağlı tapşırıq və göstərişlər verildiyindən Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış və götürmədə iştirak edə bilməmişlər və sonradan qrup rəhbəri Şahid1 eşitdikdən sonra baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülməsi ona məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və qeyriləri saxlanılarkən, həmçinin onun və ya qeyrilərinin üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona və ya qeyrilərinə qarşı hər hansı bir təzyiq və yaxud da fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, şahid Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsinə analoji ifadə vermişdir. Cinayət işinin 29-cu vərəqəsində olan 25 iyul 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X14 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 71-73-cü vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Yasamal rayonu prokuroru Elman Süleymanovun 27 iyul 2024-cü il tarixli qərarından görünür ki, X7 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 74-75-ci vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, X14 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan 28 noyabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X14 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 118-119-cu vərəqələrində olan 29 noyabr 2024-cü il təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, X14 barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, dərhal Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 43-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3829 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 42” dairəvi möhür əksləri olan, “ “imza” Təqsirləndirilən şəxs; “imza” Nümayəndə; “imza” Şahid1; “imza” Şahid2; Təhq: “imza” A.Qədiməliyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,510 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 0,510 qram, tədqiqata sərf olunan miqdar 0,050 qram, qalıq 0,460 qram təşkil edir. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 167-177-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, X7 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,460 qram çəkidə olan narkotik vasitə heroin və 01 (bir) ədəd DVD disk sübut kimi tanınmış, psixotrop maddə saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmiş, DVD disklər isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 163-164-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X6 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7549 saylı rəyindən görünür ki, X8 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 160-162-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.2.2, 233, 315.2, 221.1, 234.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı Sərəncamına əsasən Əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Yasamal RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu, Alatava adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Beləliklə, X7 törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X13 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X13 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X7 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, X14 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, X7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. X14 tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı 07 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, X13 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun 25 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək 02 (iki) gün, 28 noyabr 2024-cü il tarixdən 29 noyabr 2024-cü il tarixədək 01 (bir) gün, ümumilikdə isə 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X13 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X6nın xx.xx.2024-cü il tarixli, 7549 saylı rəyinə əsasən X14 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 aşkar edilərək götürülmüş və Yasamal rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,460 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 89 (səksən doqquz) manat X5 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, X13 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 (üç yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. X14 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X7 25 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək 02 (iki) gün, 28 noyabr 2024-cü il tarixdən 29 noyabr 2024-cü il tarixədək 01 (bir) gün, ümumilikdə isə 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 noyabr 2025-ci il tarixdən hesablansın. X7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin və hökmün icrası bu hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna tapşırılsın. X14 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,460 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 89 (səksən doqquz) manat X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. X13 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiun məhkəmədə iştirak etdiyi 20 saata görə 30 saata görə 330 (üç yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. X7 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar