Məhkəmə qərarları › İş №1(004)-126/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-126/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-126/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən X5 və fərdi qaydada fəaliyyət göstərən X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 BOKT ASC-nin nümayəndəsi Nümayəndə Nazim oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olmayan, ali təhsilli, ailəli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 61, mənzil 49-da yaşayan və qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olmayan, ali təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 5-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi, ev 17, mənzil 271-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək saxta qızıl külçələri girov qoymaq müqabilində kredit götürmək və həmin krediti ödəməyib əldə olunacaq pul vəsaitini öz aralarında bölməklə bağlı razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə günorta saatlarında sonuncunun ona verdiyi 19 ədəd mis əsaslı ərintidən hazırlanmış, üzərinə qızıl suyu çəkilmiş hər birinin aversində qadın barelyefi, reversində “PAMP SUİSSE 1 OUNCE FİNE GOLD 99,9 PAMP ESSAYEUR FONDEUR C105628” yazıları olan külçələri Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanda yerləşən Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Express Yasamal filialında zərgər-ekspert işləyən tanışı Şahid5 təqdim edib sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək qeyd edilən külçələrin həqiqi qızıl olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib aldadaraq girov qismində qəbul olunmasına və həmin girovun müqabilində xx.xx.2019-cu il tarixli 2019/00412-EY nömrəli kredit müqaviləsi üzrə filialın xəzinəsindən 41.363 manat məbləğində pulun ona ödənilməsinə nail olduqdan sonra əldə etdiyi həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 BOKT ASC-yə 41.363 (qırx bir min üç yüz altmışüç) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib saxta qızıl külçələri satıb əldə olunacaq pul vəsaitini öz aralarında bölməklə bağlı razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında sonuncunun ona verdiyi 17 ədəd mis əsaslı ərintidən hazırlanmış, üzərinə qızıl suyu çəkilmiş hər birinin aversində qadın barelyefi, reversində “PAMP SUİSSE 1 OUNCE FİNE GOLD 99,9 PAMP ESSAYEUR FONDEUR C105628” yazıları olan külçələri satın almaq üçün gəlmiş tanışı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən Əliyev küçəsi, 65 ünvanında yerləşən binanın 10 saylı mənzilinin giriş qapısının qarşısında təqdim edib sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək qeyd edilən külçələrin həqiqi qızıl olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib aldatmaqla bir ədədinin dəyəri 1.388 ABŞ dolları olmaqla 17 ədəd külçəni ümumilikdə 23.600 ABŞ dollarına həmin günə olan milli manat məzənnəsi ilə 40.120 manata sataraq əldə olunmuş pulu Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb Zərərçəkmiş şəxs1 ümumilikdə 40.120 (qırx min yüz iyirmi) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, xx xxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 satmış olduğu 17 ədəd mis əsaslı ərintidən hazırlanmış, üzərinə qızıl suyu çəkilmiş hər birinin aversində qadın barelyefi, reversində “PAMP SUİSSE 1 OUNCE FİNE GOLD 99,9 PAMP ESSAYEUR FONDEUR C105628” yazıları olan külçələrin sonuncu tərəfindən saxta olması aşkar edildikdən və ona qaytarıldıqdan sonra saxta olmasını bilə-bilə təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək saxta qızıl külçələri girov qoymaq müqabilində kredit götürmək və həmin krediti ödəməyib əldə olunacaq pul vəsaitini öz aralarında bölməklə bağlı razılığa gəlmiş, bu məqsədlə o, xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanda yerləşən Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Express Yasamal filialına gələrək qeyd edilən saxta qızıl külçələri həmin filialda zərgər-ekspert işləyən tanışı Şahid5 təqdim edib sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək qeyd edilən külçələrin həqiqi qızıl olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib aldadaraq girov qismində qəbul olunmasını və bunun müqabilində 40.000 manat məbləğində pul krediti əldə etmək istəmiş, lakin, Şahid5 həmin külçələri müvafiq qaydalara əsasən yoxlayaraq qızıl olmamasını, yəni üzərinə qızıl suyu çəkilmiş və mis əsaslı ərintidən hazırlanmasını aşkar etməsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən aslı olmayan qeyd edilən səbəblərə görə başa çatdıra bilməyib, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 BOKT ASC-yə 40.000 (qırx min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək saxta qızıl külçələri girov qoymaq müqabilində kredit götürmək və həmin krediti ödəməyib əldə olunacaq pul vəsaitini öz aralarında bölməklə bağlı razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 19 ədəd mis əsaslı ərintidən hazırlanmış, üzərinə qızıl suyu çəkilmiş hər birinin aversində qadın barelyefi, reversində “PAMP SUİSSE 1 OUNCE FİNE GOLD 99,9 PAMP ESSAYEUR FONDEUR C105628” yazıları olan külçələri Təqsirləndirilən şəxs2 vermiş, xx.xx.2019-cu il tarixdə günorta saatlarında sonuncu Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanda yerləşən Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Express Yasamal filialına gələrək orada zərgər-ekspert işləyən tanışı Şahid5 həmin külçələri təqdim edib inam və etibarından sui-istifadə edərək qeyd edilən külçələrin həqiqi qızıl olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib aldadaraq girov qismində qəbul olunmasına və həmin girovun müqabilində xx.xx.2019-cu il tarixli 2019/00412- EY nömrəli kredit müqaviləsi üzrə filialın xəzinəsindən 41.363 manat məbləğində pulun ödənilməsinə nail olduqdan sonra əldə etdiyi həmin pul vəsaitini onunla aralarında bölməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 BOKT ASC-yə 41.363 (qırx bir min üç yüz altmışüç) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib saxta qızıl külçələri satıb əldə olunacaq pul vəsaitini öz aralarında bölməklə bağlı razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 17 ədəd mis əsaslı ərintidən hazırlanmış, üzərinə qızıl suyu çəkilmiş hər birinin aversində qadın barelyefi, reversində “PAMP SUİSSE 1 OUNCE FİNE GOLD 99,9 PAMP ESSAYEUR FONDEUR C105628” yazıları olan külçələri Təqsirləndirilən şəxs2 vermiş, sonuncu xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında radələrində həmin külçələri satın almaq üçün gəlmiş tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Həsən Əliyev küçəsi, 65 ünvanında yerləşən binanın 10 saylı mənzilinin giriş qapısının qarşısında təqdim edib inam və etibarından sui-istifadə edərək qeyd edilən külçələrin həqiqi qızıl olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib aldatmaqla bir ədədinin dəyəri 1.388 ABŞ dolları olmaqla 17 ədəd külçəni ümumilikdə 23.600 ABŞ dollarına həmin günə olan milli manat məzənnəsi ilə 40.120 manata sataraq əldə olunmuş pul vəsaitini onunla aralarında bölüb Zərərçəkmiş şəxs1 ümumilikdə 40.120 (qırx min yüz iyirmi) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 satmış olduqları 17 ədəd mis əsaslı ərintidən hazırlanmış, üzərinə qızıl suyu çəkilmiş hər birinin aversində qadın barelyefi, reversində “PAMP SUİSSE 1 OUNCE FİNE GOLD 99,9 PAMP ESSAYEUR FONDEUR C105628” yazıları olan külçələrin sonuncu tərəfindən saxta olması aşkar edildikdən və Təqsirləndirilən şəxs2 qaytarıldıqdan sonra saxta olmasını bilə-bilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək saxta qızıl külçələri girov qoymaq müqabilində kredit götürmək və həmin krediti ödəməyib əldə olunacaq pul vəsaitini öz aralarında bölməklə bağlı razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanda yerləşən Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Express Yasamal filialına gələrək qeyd edilən saxta qızıl külçələri həmin filialda zərgər-ekspert işləyən tanışı Şahid5 təqdim edib sonuncunun inam və etibarından sui-istifadə edərək qeyd edilən külçələrin həqiqi qızıl olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib aldadaraq girov qismində qəbul olunmasını və bunun müqabilində 40.000 manat məbləğində pul krediti əldə etmək istəmiş, lakin, Şahid5 həmin külçələri müvafiq qaydalara əsasən yoxlayaraq qızıl olmamasını, yəni üzərinə qızıl suyu çəkilmiş və mis əsaslı ərintidən hazırlanmasını aşkar etməsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən aslı olmayan qeyd edilən səbəblərə görə başa çatdıra bilməyib, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 BOKT ASC-yə 40.000 (qırx min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə 2000-ci ildə tanış olmuş, 2006-2017-ci illər ərzində onların yaxın münasibətləri olmuşdur. Bir gün Təranə ona pula ehtiyacı olduğu üçün onda olan bir neçə ədəd qızıl külçələri satmaqda köməklik etməsini xahiş etmiş, o isə həmin külçələri zərgərlərə satmaq və ya Zərərçəkmiş şəxs2 BOKT ASC-yə girov qoyub pul götürmək mümkün olmasını bildirmişdir. xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında Təranə istifadə etdiyi (050) *** ** ** mobil telefon nömrəsi ilə onun istifadəsində olan (050) *** ** ** nömrəsinə zəng edərək ona təcili pula ehtiyacı olduğunu söyləyib, bankdan kredit götürməkdə kömək etmək məqsədi ilə onunla görüşmək istədiyini bildirərək yaşadığı ünvan 4, mənzil 10-na dəvət etmişdir. O Təranənin bu təklifi ilə razılaşaraq onun yaşadığı evə getmişdir. Orada bir müddət söhbət etdikdən sonra Təranə ona İsveçrədə zavod üsulu ilə hazırlanmış üzərində «PAMP» yazılmış, hər birinin çəkisi 31,1 qram olan 999 əyarlı, 19 ədəd qızıl külçəni göstərərək təcili 23.000 (iyirmi üç min) ABŞ dollarına ehtiyacı olduğu üçün həmin qızıl külçələri Banka qirov qoyaraq həmin məbləğdə pul əldə etməsində ona köməklik göstərməsini xahiş etmişdir. O həmin qızıl külçələri gözdən keçirərək onların yüksək keyfiyyətlə hazırlandığını görüb qızıl olmadığına heç bir şübhə etmədiyi üçün Təranənin bu təklifi ilə razılaşaraq onun mənzilini tərk edib Zərərçəkmiş şəxs2 BOKT ASC-nə getmişdir. Orada o əvvəl tanıdığı Urfanla görüşüb Təranədən götürdüyü qızıl külçələri ona təqdim edərək onları girov qoymaqla kredit götürmək istədiyini bildirmişdir. Urfan qeyd olunan 19 ədəd qızıl külçəni ondan alıb gözdən keçirərək onların müqabilində ona kredit qismində illik 48 faizlə 41.363 manat məbləğində pul vəsaiti verilməsinin mümkün olduğunu demiş və həmin kreditin aylıq ödənişinin 2.715 manat olduğunu bildirmişdir. O Urfanın bu təklifi ilə razılaşaraq 19 ədəd qızıl külçəni girov qoymuşdur. Bununla əlaqədar təşkilatın əməkdaşları tərəfindən müvafiq sənədləşdirmə aparılaraq onunla kredit müqaviləsi bağlanmış, həmin təşkilatın təqdim etdiyi sənədlərə əsasən Nizami metrostansiyasının yaxınlığında yerləşən «X34 Azərbaycan» QSC-nin filialından komissiya xərcləri çıxıldıqdan sonra kredit qismində 40.556 manat məbləğində pul vəsaiti verilmişdir. Bundan sonra o həmin vəsaitin 39.000 manatını 23.000 ABŞ dollarına çevirib Təranənin yaşadığı mənzilə getmiş və Təranə ilə yaşadığı mənzildə görüşərək 23.000 ABŞ dolları məbləğində vəsaiti ona vermişdir. Təranə pulu ondan alıb sayaraq yerdə qalan 1494 manat məbləğində pul vəsaitini zəhmət haqqı kimi ona vermiş, pulu götürüb Təranə ilə sağollaşıb öz evinə çıxıb getmişdir. xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında Təranə onun mobil telefonuna zəng edərək ona yenidən təcili pula ehtiyacı olduğunu və onda 17 ədəd analoji qızıl külçəsinin olduğunu bildirərək həmin külçələri girov qoymaqla kredit götürməyi xahiş etmişdir. O Təranəyə kredit qismində pul vəsaiti götürərkən əlavə faiz borcunun yarandığını üçün həmin qızıl külçələri satmağı təklif etmiş və Təranə onun bu təklifi ilə razılaşmışdır. Bunda sonra o Təranənin yaşadığı mənzilə gedib onun təqdim etdiyi üzərində «PAMP» sözü yazılmış xüsusi qablarda olan hər birninin çəkisi 31,1 qram olan 999 əyarlı, 17 ədəd qızıl külçəni satmaq üçün zərgərlik fəaliyyəti və qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs1 zəng vurub həmin külçələri satmaq istədiyini bildirmişdir. Onun bu təklifinə cavab olaraq Mirismayıl həmin külçələrə baxmaq istədiyini söylədikdə onu Təranənin yaşadığı mənzilə dəvət etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Mirismayıl həmin ünvana gəlmişdir. O Mirismayılla Təranənin yaşadığı mənzilin giriş qapısının qarşısında görüşüb içəri keçməyə dəvət etmiş, lakin Mirismayıl Təranənin mənzildə olduğuna işarə edib içəri keçməkdən imtina etmişdir. Bundan sonra o həmin mənzilin giriş qapısının qarşısında Təranədən aldığı 17 ədəd qızıl külçəni Mirismayıla təqdim etmiş, Mirismayıl həmin külçələri ondan qəbul edib gözdən keçirdikdən sonra onları 23.600 ABŞ dollarına ala biləcəyini bildirmişdir. O Mirismayılın bu təklifi ilə razılaşaraq həmin qızıl külçələri ona 23.600 ABŞ dolarına satmışdır. Bundan sonra o Təranənin mənzilinə daxil olub həmin 23.600 ABŞ dolları məbləğində pul vəsaitini Təranəyə vermiş, Təranə pulu alıb saymış, lakin bu dəfə ona zəhmət haqqı qismində pul verməmişdir. xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında Mirismayıl onun mobil telefonuna zəng vuraraq ondan aldığı 17 ədəd qızıl külçənin hamısının saxta olduğunu bildirib ona verdiyi 23600 ABŞ dollarını geri qaytarmağını tələb etmiş və o bir söz deməyib razılaşmışdır. Bunda sonra o dərhal Təranəyə zəng edib satmaq üçün ona verdiyi qızıl külçələrin saxta olduğunu və həmin külçələri alan şəxsin onları geri qaytarmaq istədiyini bildirmiş, Həmin gün saat 17 radələrində Mirismayılın tələbi ilə Bakı şəhəri, Azadlıq prospektində görüşmüş və Mirismayıl ona 17 ədəd qızıl külçəni geri qaytarıb ona verdiyi 23.600 ABŞ dollarını qaytarmağını tələb etmiş, o isə həmin qızıl külçələrinə öz sahibinə qaytardıqdan sonra yaxın günlərdə onun 23.600 ABŞ dollarını geri qaytaracağını bildirmişdir. Bunda sonra o Təranənin yaşadığı mənzilə gedib qeyd olunan 17 ədəd qızıl külçəni onun özünə qaytarmışdır. xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında Təranə onun mobil telefonuna zəng vurub bir daha həmin külçələrin qızıldan hazırlandığını, təmiz zavod məhsulu olduğunu bildirib Mirismayılın 23.600 ABŞ dollarını qaytarmaq üçün qeyd olunan 17 ədəd külçəni girov qoymaqla kredit qismində pul vəsaiti götürməyi ona təklif etmiş, o Təranənin bu təklifi ilə razılaşıb onun yaşadığı mənzilə gedərək həmin qızıl külçələri götürüb girov qoyaraq pul vəsaiti əldə etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 BOKT ASC-nə getmişdir. Orada Urfanla görüşüb Təranədən aldığı 17 ədəd qızıl külçəni ona təqdim edərək həmin qızıl külçələri girov qoymaqla kredit müqaviləsi bağlayaraq pul götürmək istədiyini bildirmişdir. Urfan qızılları yoxlayan zaman Zərərçəkmiş şəxs2 BOKT ASC-nə Yasamal rayon filialının müdiri Adil müəllim Urfana həmin qızıl külçələri kimyəvi məhlulla yoxlamağı təkid etmiş, bundan sonra Urfan həmin külçələri yoxlamağa başlamış və yoxladıqdan sonra onların saxta olduğunu bilinmişdir. Bundan sonra təşkilatın rəhbərliyi tərəfindən ondan daha əvvəl götürdüyü krediti qaytarmağı tələb etmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 BOKT ASC-da 17 ədəd qızıl külçə yoxlanılan zaman o kənara çəkilib ailə üzvləri ilə telefonla danışdığını və həmin vaxt Təqsirləndirilən şəxs1 zəng etmədiyini bildirmişdir. Bundan sonra həmin külçələrin hər birini ayrı-ayrılıqda yoxlamış, onların hamısının əlvan metal olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 satmaq və ya girov qoymaq məqsədi ilə ümumilikdə 36 ədəd qızıl külçə verməmişdir. Onun umumiyyətlə bu məsələdən xəbəri yoxdur. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq ***-***-**-** saylı nömrənin ona məxsus olduğunu bildirmişdir. Məhkəmənin sualına cavab olaraq xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 BOKT ASC-da 17 ədəd qızıl külçə yoxlanılan zaman Təqsirləndirilən şəxs2 ona zəng etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdən Zərərçəkmiş şəxs2 BOKT ASC-nin hüquqşünansı vəzifəsində işləyir. BOKT-un fəaliyyəti vətəndaşlara girov müqabilində kredit verməkdən ibarətdir, yəni Zərərçəkmiş şəxs2 BOKT ASC-yə müraciət edən vətəndaşlar daşınar və daşınmaz əşyaları girov qoymaqla qısa və uzunmüddətli kredit müqaviləsi bağlayaraq kredit götürürlər. Şahid5 Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalında xx xxxxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək əmək müqaviləsinə əsasən zərgər eksperti vəzifəsində çalışmışdır. Onun əmək müqaviləsinə Əmək Məcəlləcinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. Ürfanın BOKT-da işlədiyi dövrdə vəzifəsi kredit götürmək məqsədi ilə müştəri tərəfindən təqdim edilmiş qızıl-zinət əşyalarının həqiqiliyini, çəkisini, əyyarını, likvid bazar dəyərini müəyyən edib qiymətləndirməklə bununla bağlı akt tərtib etməkdən, sonra isə həmin əşyanı anbara təqdim etməkdən ibarət olmuşdur. Prosedur qaydalara uyğun olaraq akt tərtb edildikdən sonra tərəflə kredit və girov müqaviləsi bağlanır və zərgər tərəfindən təyin olunmuş likvid qiymətə uyğun olaraq vətəndaşa kredit verilir. xx.xx.2019-cu il tarixdə əvvəllər tanımadığı, lakin zərgər-ekspert Ürfan Məmmədovun “xxxxxxxxxxxxx”-dən tanıdığı, əvəllər orada mühasib işləmiş X10 Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına gələrək pula ehtiyacı olduğu üçün İsveç istehsalı olan 999,9 əyyarlı bir ədədi 31,1 qram çəkidə, 19 ədəd qızıl külçələri girov qoyub kredit götürmək istədiyini bildirmiş və həmin külçələri yoxlanılması üçün Ürfan Məmmədova təqdim etmişdir. Şahid5 tərəfindən həmin 19 ədəd külçələrin ümumi likvid qiyməti 41.363 manat, ümumi bazar qiyməti 59.090 manat olması müəyyən edilərək bu barədə akt tərtib edilmişdir. Bundan sonra akta əsasən Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalı arasında xx.xx.2019-cu il tarixli, 24 ay müddətinə 41.363 manatlıq 2019/00412-EY saylı kredit müqaviləsi bağlanaraq ona hamin məbləğda pul verilmişdir. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs2 hər ay 2.712,87 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan bir neçə gün sonra yəni xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 yenidən Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına gələrək 999,9 əyyarlı bir ədədi 31,1 qram çəkidə, 17 ədəd qızıl külçələr təqdim edərək kredit götürmək istədiyini bildirmişdir. Onun yenidən eyni növ qızıl külçələr gətirməsi Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalının direktoru Şahid1 şübhə yaratdığından həmin külçələrin zərgər ekspert Şahid5 tərəfindən yoxlanılmasını tələb edərək həmin prosesdə şəxsən iştirak etmişdir. Yoxlama zamanı həmin 17 ədəd və ondan əvvəlki 19 ədəd külçələrin qızıl olmadığı müəyyən edilərək bu barədə akt tərtib edilmişdir. Daha sonra Yasamal RPİ-nin 29-cu PŞ-nə hədisə barədə məlumat verilərək, həmin 36 ədəd saxta qızıl külçələr ora təhvil verilmişdir. Nəticədə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 BOKT ASC-dən 41.363,00 manat kredit götürmüş, bundan başqa hadisədən sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 ikinci dəfə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına təqdiyim etdiyi 17 ədəd külçəni qızıl adı ilə Zərərçəkmiş şəxs1 23600 ABŞ dollarına satmış, Zərərçəkmiş şəxs1 həmin külçələrin saxta olmasını aşkar etdiyindən Təqsirləndirilən şəxs2 qaytarmış, bundan sonra həmin külçələrin saxta olmasını bildiyi halda təşkilata verib 40.000,00 kredit götürmək istəmişdir. Yekun olaraq o məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 tanımadıqları üçün ona qarşı heç bir şikayətlərinin olmadığı, Təqsirləndirilən şəxs2 isə şirkətə maddi zərəri tamamilə ödədiyini, ona qarşı heç bir şikayət və ya tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki,2013-cü ildən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 51 ünvanında yerləşən icarəyə götürdüyü mağazada zərgərlik fəaliyyəti, habelə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 onun mağazasına bir neçə dəfə qızıl-zinət və briliant əşyaları gətirib tərkibini yoxlatdırmışdır. xx xxxxx 2019-cu il tarixdə günorta saat 15 radələrində Tofiq ona zəng vuraraq İsveçrədə istehsal olunmuş qızıl külçələr satdığını bildirərək həmin külçələri almağı ona təklif etmiş, o isə həmin külçələrə harada baxa biləcəyini soruşmuş, Tofiq onun sualına cavab olaraq həmin qızıl külçələrə baxmaq üçün onu ünvan 4 ünvanında yerləşən mənzilə dəvət etmişdir. Bundan bir neçə dəqiqə sonra o həmin ünvana gedərək ordada olan 10 saylı mənzilin giriş qapısının qarşısında Tofiq ilə görüşmüşdür. Tofiq ona evə girməyi təklif etmiş lakin o evdə qadın olduğunu görüb evə keçməkdən imtina etmişdir. Görüş zamanıTofiq ona üzərində «PAMP» sözü təsvir olunmuş 17 (on yeddi) ədəd qızıl külçə təqdim edərək həmin külçələrin hər birini ayrı-ayrılıqda 1388 (bir min üç yüz səksən səkkiz) ABŞ dollarına satdığını bildirmiş, o isə həmin külçələri alıb gözdən keçirərək onların 999,9 əyarlı olmaqla zavod üsulu ilə keyfiyyətlə hazırlanaraq qablaşdırıldıqlarını və hər bir külçənin üzərində qadın təsvirinin, əyarın və əmtəə nişanının olduğunu görüb onların həqiqiliyinə inananaraq Tofiqdən ümümi giyməti sorüşmüşdur. Tofiq ona 17 ədəd qızıl külçəni ümumilikdə 23.600 ABŞ dollarına satdığını bildirmiş, daha sonra isə onlar onunla razılaşıb qeyd olunan mənzilin giriş qapısının qarşısında özü ilə götürdüyü pul vəsaitindən 23.600 ABŞ dolları sayaraq Tofiqə vermiş və 17 (on yeddi) ədəd qızıl külçəni Tofiqdən alaraq oradan getmişdir. Bundan sonra o fəaliyyət göstərdiyi mağazaya gedərək Tofiqdən aldığı qızıl külçələri diqqətlə gözdən keçirtmiş və onların saxta olduğunu, qızıl metaldan deyil, adi metaldan hazırlandığını müəyyən edib Tofiq tərəfindən aldadıldığını başa düşüb dərhal ona zəng edərək külçələri qaytarmaq istədiyini bildirmiş və Tofiq etiraz etməmişdir. Həmin gün saat 17 radələrində onlar Bakı şəhəri, Azadlıq prospektində görüşüb Tofiqin ona verdiyi 17 ədəd qızıl külçəni qaytararaq 23.600 ABŞ dolları pulunu geri verməsini tələb etmiş, Tofiq üzərində pulunun olmadığını, yaxın günlərdə pulunu qaytaracağını vəd edib çıxıb getmişdir. Bundan bir neçə gün keçməsinə baxmayaraq, Tofiqin pulunu qaytarmadığını görüb şikayət etmək qərarına gəlmişdir. Yekun olaraq o məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək əmək müqaviləsinə əsasən Zərərçəkmiş şəxs2” BOKT ASC-nin zərgər-ekspert vəzifəsində çalışmışdır. Onun əmək müqaviləsinə Əmək Məcəlləcinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir.Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 609, Globus Centerin baş mühasibi kimi işlədiyi dövdən tanıyır. Zərərçəkmiş şəxs2 BOKT ASCnin Exspress Yasamal filialında zərgər-ekspert kimi işlədiyi dövrdə əsas vəzifəsi vətəndaşların BOKT-a girov qoymaq istədikləri qızıl-zinət əşyalarının tərkibinin yoxlanılması, çəkisini, əyyarını, istehsal yerini pərakəndə satış qiymətini müəyyən edib qiymətləndirmək və bu barədə müfaviq akt tərtib etməkdən ibarət olmuşdur. Prosedur qaydalarına görə o qeyd etdiyi aktı tərtib etdikdən sonra kredit mütəxəssisi tərəfindən vətəndaşla Zərərçəkmiş şəxs2 BOKT ASC arasında kredit müqaviləsi bağlanır və vətəndaşa girov müqabilində pul verilir. Təqsirləndirilən şəxs2 2018-ci ilin son aylarında qızıl-zinət əşyası təqdim edərək girov goyub kredit götürmək istəmişdir. Prosedur qaydalara uyğun olaraq həmin qızıl-zinət əşyası onun tərəfindən yoxlanılaraq həqiqiliyi barədə akt tərtib edildikdən sonra təxminən Təqsirləndirilən şəxs2 1500 manat pul götürmüş və həmin krediti ödəyib qurtardıqdan sonra girovunu geri almışdır. 2019-cu ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ona zəng edərək “Macarella” pendirinin istehsalı ilə məşğul olmağa başladığını bildirərək, hazırda sərmayə çatmadığından əlavə pul lazım olduğu üçün Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanında fəaliyyət göstərən filialına qızıl-zinət əşyaları girov qoyub kredit götürmək istədiyini bildirmişdir. Bundan sonra o bu barədə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanında fəaliyyət göstərən filialının direktoru Şahid1 məlumat vermiş, sonuncunun cavabı müsbət olduqdan sonra o Tofiqə qızıl-zinət əşyaları girov qoyub kredit götürməkdə köməklik edə biləcəyini bildirmişdir. xx xxxxx 2019-cu il tarixdə saat təxminən 12 radələrində Tofiq Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filialına gələrək ona üzərində «PAMP» sözü təsvir olunmuş xüsusi qablaşdırılmış, üzəri laminasiyalı barkodlu 19 ədəd külçəni təqdim edərək girov qoyub pul götürmək istədiyini bildirmişdir. Həmin külçələrə nəzəri baxdıqda onların külçələrin rəngindən və digər əlamətlərindən həqiqi külçə olması onda inam yaratmışdır. Daha sonra Tofiqə külçələri yoxlamaq istədiyini bildirdikdə Tofiq ona bu külçələrin adını çəkmədiyi səlahiyyətli şəxslərə məxsus olduğunu, yoxlamağa ehtiyac olmadığını demiş, o isə onun sözlərinə inanaraq külçələrin tərkibini yoxlamadan üzərində olan əlamətlərə əsasən qramı, əyyarı, istehasal yeri barədə yəni - 19 ədəd hər birinin çəkisi 31,1 qram olan əyyarı 999,9, ümumi miqdarı qramla 590,9, bir qramının qiyməti 70 manat, ümumi likvid qiyməti 41.363 manat ümumi bazar qiyməti 59.090 manat olması barədə tərəfindən akt tərtib etmişdir. Həmin akta özü, Tofiq və kredit mütəxəssisi Şahid3 imza etmiş, bundan sonra həmin akt təşkilata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 ilə girov müqaviləsi bağlanaraq ona 41.363 manat kredit ayrılmışdır. Tofiq həmin pulu alıb getmişdir. Bir müddət sonra onunla telefon əlaqəsi saxlayaraq yenə eyni növ külçələrdən gətirib girov girov qoyaraqpul götürməkistədiyini bildirmişdir. xx xxxxx 2019-cu il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filialına gələrək ona üzərində «PAMP» sözü təsvir olunmuş xüsusi qablaşdırılmış, əvvəl təqdim edib pul götürdüyü 19 ədəd külçələrin eyni növlüsünü, 17 ədəd hər birinin çəkisi 31,1 qram olan 999,9 əyarlı külçələri təqdim edib onların qızıl olduğunu bildirərək külçələri girov qoymaqla təşkilatdan 40.000 manat kredit götürmək istədiyini bildirmişdir. O Tofiqə külçələri yoxlamaq istədiyini bildirdikdə, Tofiq külçələri yoxlanılmasından imtina etmiş və bu külçələrin sahibindən yoxlanılmasına icazə almalı olduğunu bildirmişdir. Bu zaman filialın müdiri Şahid1 onlara yaxınlaşaraq Tofiqin təqdim etdiyi külçələrin yoxlanılmasını tələb etmiş və o həmin külçələri xüsusi qabından çıxarıb qara daşa çəkmiş və laborotor turşudan istifadə edərək külçənin qızıl olmadığını qızıl suyuna salınmış əlvan metal olmasını aşkar etmişdir. Bundan sonra həmin külçələrin hər birini ayrı-ayrılıqda yoxlamış, onların hamısının əlvan metal olduğu müəyyən edilmişdir. Tofiq bunu gördükdən sonra dərhal mobil telefonu ilə bir qadına zəng edərək “Mən zibilə düşmüşəm, külçələri girov qoyub götürdüyümüz pulları geri qaytarmaq lazımdır» deyə bildirərək bu məzmunda həmin qadınla təxminən 10 dəqiqə danışmışdır. Bundan sonra rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs2 girov qoyub pul götürdüyü külçələr saxlanc yerindən çıxarılıb daxili akt tərtib edilməklə bu barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə yazılmışdır. Həmin 19 ədəd külçənin qızıl olması barədə tərtib etdiyi akta əsasən Təqsirləndirilən şəxs2 təşkilatdan 41.363 manat pul götürməyə nail olmuşdur. Bu hadisələrdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 ikinci dəfə təşkilata təqdim etdiyi 17 ədəd saxta qızıl olmayan külçələri zərgər işləyən Mirismayıl adlı şəxsə 23.600 ABŞ dollarına satmış, Mirismayıl onların saxta olmasını bildikdən sonra həmin külçələri Tofiqə qaytarmış və bundan sonra Tofiq həmin saxta külçələri Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Yasamal filialına gətirib girov qoyub 40.000 manat götürməyə cəhd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayından etibarən Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalının direktoru vəzifəsini icra edir. Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalı isə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanda yerləşir. BOKT-a müraciət edən vətəndaşlar daşınar və daşınmaz eyni zamanda qızıl-zinət əşyaları gətirib girov qoymaqla qısa və uzunmüddətli kredit götürürlər. Şahid5 Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filialında xx xxxxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək əmək müqaviləsinə əsasən zərgər eksperti vəzifəsində çalışmışdır. Onun əmək müqaviləsinə Əmək Məcəlləcinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. Urfan zərgər-ekspert olaraq Zərərçəkmiş şəxs2 BOKT ASC-nə qızıl-zinət əşyalarını girov qoyub kredit götürmək istəyən vətəndaşlara məxsus həmin əşyaların həqiqiliyini, çəkisini, əyyarını, likvid-bazar dəyərini müəyyən edib qiymətləndirir, təqdim edən şəxsin, təşkilatının nümayəndəsinin iştirakı ilə qablaşdıraraq, bu barədə akt tərtib edib, kodlaşdırılaraq təşkilatın anbarına təhvil verilir. Bundan sonra tərəflə kredit və girov müqaviləsi bağlanır, aktda zərgər tərəfindən təyin olunmuş likvid qiymətə uyğun olaraq vətəndaşa kredit verilir. Hadisədən əvvəl zərgər ekspert Ürfan Məmmədov ona Tofiq adlı yaxın dostunun Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına qızıl-zinət əşyalarını girov qoymaqla kredit götürmək istədiyini bildirmiş və o buna razılıq vermişdir. xx.xx.2019-cu il tarixdə Ürfanın dostu Təqsirləndirilən şəxs2 onun rəhbərlik etdiyi filiala gələrək İsveç istehsalı olan 999,9 əyyarlı bir ədədi 31,1 qram çəkidə, 19 ədəd qızıl külçələrini girov qoyub kredit götürmək istədiyini bildirərək Şahid5 təqdim etmişdir. Urfan həmin 19 ədəd külçəyə baxış keçirərək onların ümumi likvid qiymətini 41.363 manat ümumi bazar qiymətini isə 59.090 manat müəyyən etmişdir. O Urfandan aktda qeyd etdiyi qızıl külçələrin tərkibini yoxlayıb yoxlamadığını soruşmuş, Urfan cavab olaraq Təqsirləndirilən şəxs2 onun yaxın dostu olmasını, süd məhsullarının ticarəti ilə məşğul olmasını, əlavə olaraq yenə qızıl gətirib pul götürəcəyini və biznesini genişləndirəcəyini bildirmişdir. O Urfana inanmış, həmin qeyd edilən akta əsasən Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalı arasında xx.xx.2019-cu il tarixli, 24 ay müddətinə 41.363 manatlıq 2019/00412-EY saylı kredit müqaviləsi bağlamış, kredit müqaviləsində qeyd edilən məbləğ Təqsirləndirilən şəxs2 xx xxx 2019-cu il tarixdən başlamaqla ayda 2.712,87 manat ödəmək şərti ilə verilmişdir. xx.xx.2019-cu il tarixdə Tofiq yenidən Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına gələrək yenidən 999,9 əyyarlı bir ədədi 31,1 qram çəkidə, 17 ədəd qızıl külçələr təqdim edərək kredit götürmək istədiyini bildirmişdir. Onun yenidən eyni qızıl külçələr gətirməsi onda şübhə yaratdığından həmin külçələrinin zərgər ekspert Şahid5 tərəfindən yoxlanılması prossesindən şəxsən iştirak etmək istədiyini bildirmiş və külçələrinin xüsusi qablarından açılaraq yoxlanılmasını tələb etmişdir. Bunu görən Tofiq və Urfan qızıl külçələrin açılmasına etiraz etmişlər, hətta Urfan külçəni açmaq üçün onda kəsici alətin olmadığını bildirmişdir. Bundan sonra külçələrin açılması üçün kəsici alət tapılmış, bu zaman isə Tofiq ona şəriki ilə bu barədə danışmaq istədiyini bildirmiş, Urfan isə külçələrin açılmasına ehtiyac olmadığnı və həmin əşyaların qızıl olmasını təsdiq etmişdir. O Tofiqdən onun şərikinin kim olmasını soruşsada, Tofiq həmin şəxsin keçmiş nazir olmasını bildirmişdir. Bütün olanlara baxmayaraq o külçələrin xüsusi qablarından açılıb yoxlanılmasına nail olmuşdur. Yoxlama zamanı Tofiq tərəfindən təqdim edilən 999,9 əyyarlı bir ədədi 31,1 qram çəkidə, 17 ədəd qızıl külçənin qızıl olmadığı yəni saxta olması müəyyən edilmişdir. Bundan sonra Şahid5, Emin Zeynalovun və Təqsirləndirilən şəxs2 iştirakları ilə daxili akt tərtib edilərək, Təqsirləndirilən şəxs2 xx xxxxx 2019-cu il tarixdə təqdim etdiyi 19 ədəd külçələrdə saxlancdan götürülərək ümumilikdə 36 ədəd saxta qızıl külçə Yasamal RPİ-nin 29-cu PŞ-nə təqdim edilib hadisə barədə ərizə yazılmaqla məlumat verilmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-də Təqsirləndirilən şəxs2 təqdim ediyi həmin 19 ədəd külçələr xüsusi qabından açılaraq Şahid5 tərəfindən yoxlanılmış və həmin külçələrində qızıl olmadığı aşkar edilmişdir. Orada ona məlum olmuşdur ki, Şahid5 Təqsirləndirilən şəxs2 tanıdığı üçün 19 ədəd külçənin tərkibini yoxlamadan akt tərtib etmiş və nəticədə Təqsirləndirilən şəxs2 təşkilatdan 41.363 manat kredit götürməyə nail olmuşdur. Hadisədən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 ikinci dəfə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına təqdiyim etdiyi 17 ədəd külçəni qızıl adı ilə Zərərçəkmiş şəxs1 23600 ABŞ dollarına satmış, Zərərçəkmiş şəxs1 həmin külçələrin saxta olmasını aşkar etdiyindən Təqsirləndirilən şəxs2 qaytarmış, bundan sonra həmin külçələrin saxta olmasını bildiyi halda təşkilata verib 40.000 manat kredit götürmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ilin iyun ayından hazıradək Zərərçəkmiş şəxs2 BOKT ASC-nin qeyri qənaətbəxşt aktivlərlə iş departamentinin müdiri vəzifəsində işləyir. Şahid5 Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanında fəaliyyət göstərən filialının sabiq əməkdaşı kimi tanıyır. Şahid5 xx xxxxxx 2018-ci ildən xx xxxxx 2019-cu il tarixədək əmək müqaviləsi ilə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanında fəaliyyət göstərən filialında zərgərekspert qismində işləmişdir. Zərgər-ekspert kimi Urfanın vəzifə borcu vətəndaşlar tərəfindən girov qismində filiala təqdim edilən qızıl-zinət əşyalarının həqiqiliyini, əyyarını, çəkisini və dəyərini yoxlayıb müəyyənləşdirərək müvafiq akt verməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs2 xx xxxxx 2019-cu il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanında fəaliyyət göstərən filialına müraciət edib üzərində «PAMP» sözü təsvir olunmuş qablaşdırmalarda 19 ədəd hər birinin çəkisi 31,1 qram olan 999 əyarlı külçəni təqdim edib həmin külçələrin qızıl olduğunu bildirərək girov qoymaqla təşkilatdan kredit qismində 41.363 manat məbləğində pul götürmüşdür. Həmin külçələrin həqiqi olmasına dair məhz Şahid5 müvafiq akt tərtib etmiş və onun aktına əsasən Təqsirləndirilən şəxs2 kredit vəsaiti verilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin 19 ədəd saxta külçəni girov qoyub bunun müqabilində Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanında fəaliyyət göstərən filialından kredit qismində 41.363 manat məbləğində pul əldə etmişdir. xx xxxxx 2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 növbəti dəfə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 BOKT ASC-nə müraciət edib üzərində «PAMP» sözü təsvir olunmuş qablaşdırmalarda 17 ədəd hər birninin çəkisi 31,1 qram olan 999 əyarlı külçəni təqdim edib həmin külçələrin qızıl olduğunu bildirərək girov qoymaqla təşkilatdan növbəti dəfə kredit qismində borc pul vəsaiti götürməyə cəhd etmişdir. Lakin filialın zərgər eksperti Şahid5 tərəfindən rəhbərliyin təkidi ilə yoxlanma zamanı həmin külçələrin qızıl suyuna salınmış adi bürünc metal olduğu müəyyən edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs2 filialdan növbəti dəfə kredit verilməsindən imtina edilmişdir. Məhz bundan sonra Təqsirləndirilən şəxs2 xx xxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanında fəaliyyət göstərən filialına girov qismində təqdim etdiyi 19 ədəd analoji külçənin də saxta olduğu müəyyən edilmişdir. Bununla əlaqədar araşdırma aparılması üçün Yasamal rayon polis idarəsinin 29-cu PŞ-nə şikayət olunmuşdur.Bundan əlavə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 ikinci dəfə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına təqdiyim etdiyi 17 ədəd külçəni qızıl adı ilə Zərərçəkmiş şəxs1 23600 ABŞ dollarına satmış, Zərərçəkmiş şəxs1 həmin külçələrin saxta olmasını aşkar etdiyindən Təqsirləndirilən şəxs2 qaytarmış, həmin külçələrin saxta olmasını bildiyi halda təşkilata verib kredit götürmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2015-ci ilin avqust ayından etibarən hazıradək Bakı, Sumqayıt və Gəncə şəhərlərində, habelə Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 BOKT ASCnin sədri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 BOKT ASC-inin Exspress Yasamal filalı isə Bakı Yasamal rayonu, Moskva prospekti, 75A ünvanda yerləşir və direktoru Şahid1dur. Zərərçəkmiş şəxs2 BOKT ASC-nə müraciət edən vətəndaşlar daşınar və daşınmaz eyni zamanda qızıl-zinət əşyaları girov qoymaqla qısa və uzunmüddətli kredit müqaviləsi bağlayıb kredit götürürlər, elə əsas fəaliyyətidə bundan ibarətdir. Şahid5 xx xxxxxx 2018-ci ildən xx xxxxx 2019-cu il tarixədək əmək müqaviləsi əsasında Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanında fəaliyyət göstərən filialında qiymətləndirici zərgər-ekspert qismində işləmişdir. Zərgər-ekspert kimi Şahid5 vəzifə borcu vətəndaşlar tərəfindən girov qismində filiala təqdim edilən qızıl-zinət əşyalarının tərkibini, çəkisini və dəyərini yoxlayıb müəyyənləşdirərək müvafiq akt tərtib etməkdən ibarət olmuşdur. Tofiqi Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 609, Globus Centerdə baş mühasib işlədiyi üçün onu oradan tanımışdır. xx xxxxx 2019-cu il tarixdə saat 12 radələrində Tofiq sədri olduğu Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanında fəaliyyət göstərən filialına müraciət edib üzərində «PAMP» sözü təsvir olunmuş xüsusi qablarda olan 19 ədəd hər birinin çəkisi 31,1 qram, 999,9 əyarlı qızıl külçəni təqdim edib həmin külçələrin qızıl olduğunu bildirərək girov qoymaqla təşkilatdan 41.363 manat məbləğində pul vəsaiti kredit götürmüşdür. Həmin külçələrin tərkibi, çəksi, dəyəri, əyyarı likvid qiyməti və hazırkı bazar dəyərinın müyyən edilməsi barədə Şahid5 tərəfindən müvafiq akt tərtib edilmiş və həmin akta əsasən Təqsirləndirilən şəxs2 kredit vəsaiti verilmişdir.xx xxxxx 2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 növbəti dəfə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin həmin filialına müraciət edib üzərində «PAMP» sözü təsvir olunmuş xüsusi qablaşdırılmış 17 ədəd hər birninin çəkisi 31,1 qram olan 999,9 əyarlı külçəni yəni bundan əvvəl təqdim etdiyi külçələrlə eyni olan qızıl külçələri girov qoymaqla təşkilatdan növbəti dəfə kredit götürmək istəmişdir. Lakin Zərərçəkmiş şəxs2 BOKT ASC-inin Exspress Yasamal filalının direktoru Şahid1 Təqsirləndirilən şəxs2 yenidən bu növ qızıl külçələrin təşkilata gətirib pul götürmək istəməsi şübhə yaratdığından onun təkidi ilə zərgər ekspert Şahid5 tərəfindən külçələrin xüsusi qabından açılması və yoxlanılması tələb edildikdən sonra o, həmin külçələri yoxlamış, külçələrin qızıl suyuna salınmış adi bürünc metal olduğu müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs2 filialdan növbəti dəfə kredit verilməsindən imtina edilmişdir. Məhz bundan sonra Təqsirləndirilən şəxs2 xx xxxxx 2019-cu il tarixdə girov qismində təqdim etdiyi 19 ədəd analoji külçənin də saxta olduğu müəyyən edilmişdir. Bununla əlaqədar dərhal aidiyyəti üzrə Yasamal rayon polis idarəsinin 29-cu PŞ-nə şikayət olunmuşdur. Bu məsələ ilə əlaqədar Şahid5la bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 ikinci dəfə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına təqdiyim etdiyi 17 ədəd külçəni qızıl adı ilə Zərərçəkmiş şəxs1 23600 ABŞ dollarına satmış, Zərərçəkmiş şəxs1 həmin külçələrin saxta olmasını aşkar etdiyindən Təqsirləndirilən şəxs2 qaytarmış, bundan sonra həmin külçələrin saxta olmasını bildiyi halda təşkilata verib 40.000 manat kredit götürmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ona zəng edərək Bakı şəhəri, 1 saylı hüquq məsləhətxanasının vəkili Məzahir müəllimin onu yanına çağırdığını deyərək onunla birlikdə həmin görüşə getməyini xahiş etmişdir. O Təranənin bu xahişinə etiraz etməyərək onunla görüşüb birlikdə Bakı şəhəri, 1 saylı hüququ məslətətxanasına gedərək orada vəkil Məzahir Şahmarov ilə görüşmüşlər. Görüş zamanı Məzahir ona Təranə ilə Təqsirləndirilən şəxs2 barışdırmağı və onların arasında olan borc məsələsini həll etmək lazım olduğunu bildirmişdir. Bundan sonra Tofiq həmin yerə gəlmiş və Təranə ilə birlikdə onun avtomobilinə oturub söhbət etmişlər. Daha sonra Təranənin Tofiqə borcu olmasını, Tofiqin hansısa banka saxta qızıl külçə qoyub pul götürməsini, Tofiqin saxta külçələrin Təranənin ona verməsi barədə polisdə izahat verdiyidi bilmişdir. Təranə ona Tofiqə olan borcunu notariat qaydada qaytarmaq istədiyini demiş, bir tanış kimi ondan həmin pulu qaytaranda onun yanında olmasını xahiş etmişdir. Bundan sonra o Təranə ilə notariat kontoruna getmiş, orada Təranə Tofiqə olan 23.600 ABŞ dollar borcunu qaytarmış və orada Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayətinin tələbinin olmadığını bildirərək ərizə yazmışdır. Həmin külçələrin Tofiqə və ya Təranəyə məxsus olmasını bilmir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 234-236-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdən etibarən 2019-cu ilin iyul ayına kimi Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Yasamal filialının üzrə kredit mütəxəssisi vəzifəsində çalışmış, hazırda orada işləmir. Həmin ASC Bakışəhəri, Yasamal rayonu, prospekti, 75A ünvanda fəaliyyət göstərir. ASC-nin fəaliyyəti girov müqabilində vətəndaşlara kredit verməkdən ibarətdir. Vətəndaşlar ASC-yə daşınar daşınmaz əmlak, eyni zamanda qızılzinət əşyaları gətirib girov qoymaqla qısa və uzunmüddətli kredit götürə bilir. Qiymətləndirmə aparıldıqdan sonra sənəd üzrə onun tərəfindən kredit sənədləri rəsmilşədirilir. Şahid5 isə ASC-nin zərgər ekspertidir. Yəni ACS-nə qızıl zinət əşyaları gətirildikdə, qızıl-zinət əşyaları Şahid5 tərəfindən yoxlanılır və bundan sonra gətirilən malın dəyərinə uyğun sənəd yazılır və onun tərəfindən rəsmiləşdirilir. Bununla da, müştəri arasında müqavilə bağlanılır. xx.xx.2019-cu il tarixdə işdə olan zaman əvvəllər tanımadığı, lakin Şahid5 “xxxxxxxxxxxxx”-dən tanığı mühasib işləmişTəqsirləndirilən şəxs2 ASC-yə gələrək qızıl külçə girov qoyulmuş, ona verilən qiymətləndirmə akt üzrə Təqsirləndirilən şəxs2 41.363,00 manat pul verilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə işdə olan zaman ona məlum olmuşdur ki, Tofiq adlışəxs ikinci dəfə ASC-yə gəlmiş və 17 qızıl külçə təqdim edən zaman ASC-nin rəhbəri Şahid1 təkidi ilə zərgər Urfan tərəfindən onun iştirakı ilə yoxlanılmış və həmin külçələrin qızıl olmadığı aşkarlanmışdir.Həmçinin Təqsirləndirilən şəxs2 əvvəl gətirib təqdim etdiyi 19 ədəd külçə saxlancdan aktlaşdırılaraq götürülmüş və bu barədə Yasamal RPİ-nin 29-cu PŞ-nəərizə yazılmışdır.Bundan sonra 19 ədəd külçənində tərkibi yoxlanılmış və müəyyən edilmişdir ki, həmin 19 ədəd külçədə qızıl deyildir. Həmin vaxtı Şahid5 etiraf etmişdir ki, o, Təqsirləndirilən şəxs2 əvvəl təqdim etdiyi 19 ədəd külçənin tərkibini yoxlamadan qiymətləndirmə aktı tərtib etmişdir və Təqsirləndirilən şəxs2 həmin akt əsasında təşkilatdan 41.363,00 manat pul götürmüşdür. İş üzrə şahid qismində göstərilmiş Soltanov Rövşən Rafiq oğlu ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 32-36-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2016-cı il etibarən Zərərçəkmiş şəxs2 BOKT ASC-nin bir başa satışlar üzrə direktor vəzifəsində çalışır. Zərərçəkmiş şəxs2 BOKT ASC-nin baş ofisi Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 609, Globus Center 9-cu mərtəbədə yerləşir. Zərərçəkmiş şəxs2 BOKT ASC-inin Exspress Yasamal filalı isə Bakı Yasamal rayonu, Moskva prospekti, 75A ünvanda yerləşib fəaliyyət göstərərək X30 təşkilatının filialıdır. Zərərçəkmiş şəxs2 BOKT ASC-nin direktoru Şahid4dur. Zərərçəkmiş şəxs2 BOKT ASCinin Exspress Yasamal filalın isə direktoru Şahid1dur. Zərərçəkmiş şəxs2 BOKT ASC-nin fəaliyyəti vətəndaşlara girov müqavilində kredit verməkdən ibarətdir. Zərərçəkmiş şəxs2 BOKT ASC-nə müraciət edən vətəndaşlar daşınar və daşınmaz eyni zamanda qızıl-zinət əşyaları gətirib girov qoymaqla qısa və uzunmüddətli kredit müqaviləsi imzalayıb kredit götürürlər. Şahid5 Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalında xx xxxxxx 2018-ci il tarixdən əmək müqaviləsinə əsasən zərgər eksperti vəzifəsindəçalışmışdır. xx.xx.2019-cu il tarixdə işində yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Şahid5 zərgər ekspert olaraq Zərərçəkmiş şəxs2 BOKT ASC-nə qızil-zinət əşyası təqdim edərək kredit götürmək istəyən vətəndaşlara məxsus qızıl-zinət əşyalarının həqiqiliyini, çəkisini, əyyarını, likvid -bazar dəyərini müəyyən edib qiymətləndirməklə buna dair akt tərtib etməkdir.Bundan sonra zərgər ekspert olaraq Şahid5 qizil-zinət əşyasının həqiqiliyi, sayı, ümumi miqdarı, əyyarı, likvid-bazar qiyməti müəyyən edilməklə, qızıl-zinət əşyasını təqdim edən şəxsin, təşkilatının nümayəndəsinin iştirakı ilə qablaşdırır, bu barədə akt tərtib edir, akt imzalanır, kodlaşdırılaraq təşkilatın anbarına təhvil verilir. Bundan başqa tərəflə kredit və girov müqaviləsi imzalanır, aktda zərgər tərəfindən təyin olunmuş likvid qiymət olaraq vətəndaşa kredit verilir. xx xxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin baş ofisinə məlumat daxil olmuşdur ki, Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına Təqsirləndirilən şəxs2 17 ədəd saxta İsveçŞvetçariya istehsalı olan 999,9 əyyarlı bir ədədi 31,1 qram çəkidə, 17 ədəd qızıl külçələri girov qoyub kredit götürmək istəyir. Ona görə də, dərhal Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına getmiş, orada ona məlum olmuşdur ki,xx.xx.2019-cu il tarixdəəvvəllər tanımadığı, lakin zərər ekspert Şahid5 “xxxxxxxxxxxxx”dən tanıdığı mühasib işləmişTəqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına gələrək pula ehtiyacı olduğu üçün İsveçŞvetçariya istehsalı olan 999,9 əyyarlı bir ədədi 31,1 qram çəkidə, 19 ədəd qızıl külçələri girov qoyub kredit götürmək istədiyini demiş vəTəqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalının zərgər eksperti Şahid5 həmin 19 ədəd külçəni yoxlanılmasıüçün təqdim etmişdir. Şahid5 tərəfindən həmin 19 ədəd külçənin 2019/00412- EY saylı girov müqaviləsinəəlavə № 01, xx xxxxx 2019-cu il tarixli aktlla əyyarının, 999, ümumi miqdarı qıramla, 590.9, bir vahidinin qiyməti 70 manat, ümumi likvid qiyməti 41.363,00 manat ümumi bazar qiyməti 59.090,00 manat müəyyən edilmişdir. Həmin qeyd edilən akta əsasən Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalı arasında xx.xx.2019-cu il tarixli, 24 ay müddətinə 41.363,00 manatlıq 2019/00412- EY saylı kredit müqaviləsi imzalanmış, kredit müqaviləsində qeyd edilən məbləğ Təqsirləndirilən şəxs2 xx xxx 2019-cu il tarixdən başlamaqla ayda 2.712,87 manat ödəmək şərti ilə verilmişdir. Təqsirləndirilən şəxs2 yenidən Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına eyni növ 999,9 əyyarlı bir ədədi 31,1 qram çəkidə, 17 ədəd qızıl külçələr gətirməsi Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalının direktoru Şahid1 şübhə yaratdığından həmin külçələrinin zərgər ekspert Şahid5 tərəfindən yoxlanılması prossesindən şəxsən iştirak etmiş və külçələrinin xüsusi qablarından aşılaraq yoxlanılmasını tələb etmişdir. Yoxlama zamanı Şahid5 həmin təqdim edilən 999,9 əyyarlı bir ədədi 31,1 qram çəkidə, 17 ədəd qızıl külçənin qızıl olmadığı müəyyən edilmişdir.Ona görə də, hüququ mühafizə orqanına məlumat verməkdən ötrü bu barədə daxili akt tərtib edilərək, Təqsirləndirilən şəxs2 xx xxxxx 2019-cu il tarixdə təqdim etdiyi 19 ədəd külçədə saxlancdan götürülərək ümumilikdə 36 ədəd külçə Yasamal RPİ-nin 29-ci PŞ-nə hadisə barədə ərizə yazılmaqla təhvil verilmişdir. Yasamal RPİ-nin 29-ci PŞ-də həmin Təqsirləndirilən şəxs2 təqdim ediyi 19 ədəd külçə xüsusi qabından açılaraq Şahid5 tərəfindən yoxlanılmış və həmin küçlələrində qızıl olmadığı aşkar edilmişdir.Yasamal RPİnin 29-cu PŞ-də ina məlum olmuşdur ki, Şahid5 Təqsirləndirilən şəxs2 tanıdığı üçün 19 ədəd külçənin tərkibini yoxlamadan akt tərtib etmiş və nəticədə Təqsirləndirilən şəxs2 təşkilatdan 41.363,00 manat kredit götürmüşdür. Hadisədən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 ikinci dəfə Zərərçəkmiş şəxs2 BOKT ASC-nin Exspress Yasamal filalına təqdiyim etdiyi 17 ədəd külçəni qızıl adı ilə Zərərçəkmiş şəxs1 23600 ABŞ dollarına satmış, Zərərçəkmiş şəxs1 həmin külçələrin saxta olmasını aşkar etdiyindən Təqsirləndirilən şəxs2 qaytarmış, bundan sonra həmin külçələrin saxta olmasını bildiyi halda təşkilata verib kredit göstürmək istəmişdir. R.Soltanov daha sonra qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 17 ədəd külçələrin saxta olması bildirildikdə Tofiq öz istifadə etdiyi mobil nömrədən bir Təranə adlı qadına zəng edərək səs gücləndiriciyə telefonu qoyub həmin Təranə adlı qadına demişdir ki, külçələrin saxta olması müəyyən edilmiş, bir az pul lazımdır krediti bağlasın, telefona cavab verən qadın 2- 3 günə ona pul verərəm krediti bağlayarsan demiş, Tofiq ona bu gün pul vermək lazım olmasını deyəndə həmin qadın onu söyüb təhqir edərək pul verməyəcəyini bildirmiş, həmin vaxtı səs gücləndirici vasitəsi ilə həmin Təranə adlı qadın ilə danışmış, ona külçələrin saxta olmasını bildirərək krediti ödəmək lazım olduğunu, banka gəlmək lazım olduğunu demiş, həmin Təranə adlı qadın ondan kim olduğunu soruşmuş, özünü ona təqdim etmiş, həmin Təranə adlı qadın ordan-burdan danışaraq telefonu Tofiqə verilməsini istəmiş, ona telefonun səs gücləndiricidə olması Tofiqin onu eşitməsini, bu işdə onunda əlinin olmasını bildirib məsuliyyətə cəlb ediləcəyini demiş, bundan sonra qadın telefona adboy vermiş, nə qədər ona zəng etsədə telefona cavab verməmişdir. Həmin Təranə ilə Tofiq əlbir olmuş, onların hər ikisi külçələrin saxta olamsını bilmiş və qəsdən təşkilata girov qoyub pul əldə etmək istəmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həminqərardahəmçininqeydedilirki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətməsi, məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, 1. İlk cinayət hadisəsinin baş verdiyi xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi, həmçinin Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə mütamadi əlaqə saxlanılmışdır. Bundan əlavə növbəti cinayət hadisəsinin baş verdiyi xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 həmçinin Zərərçəkmiş şəxs1 arasında bir neçə dəfə telefon danışığı olmuşdur. Növbəti cinayət hadisəsinin baş verdiyi xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 BOKT ASC-də olarkən həmin qızıl külçələrin yoxlanılması üçün sahibindən icazə almasını bildirdiyi, dəfələrlə zəng etdiyi mobil nömrə Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. 2.Təqsirləndirilən şəxs1 qızı X26 tərəfindən 4.000 manat məbləğində pul Zərərçəkmiş şəxs1 verilmişdir. 3. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən könüllü olaraq cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. 4.Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 23.600 ABŞ dolları məbləğində pulu, yəni xx xxxxx 2019-cu il tarixdə cinayət əməli nəticəsində əldə edilmiş məbləğin ona çatan hissəsini notariat qaydasında qaytarmışdır. 5.Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qızıl külçələri Təqsirləndirilən şəxs1 evində təqdim etmiş və həmin vaxt Təqsirləndirilən şəxs1 evdə olmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1əməli CM-in 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs2 X30 X23 Cəmiyyəti ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 2019/00412-EY nömrəli kredit müqaviləsinə əsasən Təqsirləndirilən şəxs2 24 ay müddətində illik 48% dərəcəsi ilə qızıl-zinət əşyaları təminatlı 41.363 manat verilmişdir. Həmçinin müqavilə şərtlərində borcalan özünün əmlak və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə və ya saxta sənəd təqdim etməklə kredit alarsa, habelə vrilmiş kreditdən təyinatına uyğun istifadə etməzsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195-ci maddəsinə müvafiq olaraq məsuliyyət daşıması əks etdirilmişdir. Müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq: tərəflər arasında imzalanmış 2019/00412-EYG saylı girov müqaviləsi çıxış edir. Həm borc verən həm də borc alan öz imzaları ilə müqavilə şərtlərini qəbul etdiklərini bildirmişlər. (Cild İ, i.v. 18-19) Zərərçəkmiş şəxs2 X30 X23 Cəmiyyəti ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 2019/00412-EYG nömrəli girov müqaviləsinə əsasən Təqsirləndirilən şəxs2 ümumi miqdarı 590.9 qram olan 999 əyyarlı 19 ədəd qızıl külçəni girov predmeti olaraq təhvil vermişdir. 19 ədəd qızıl külçənin ümumi likvid qiyməti 41363.00 manat, ümumi bazar qiyməti isə 59090.00 manat təşkil etmişdir. (Cild İ, i.v. 20- 21) “Təqdim edilmiş əşyaların götürülməsi haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 BOKT ASC-nin hüquqşünası vəzifəsində çalışan, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev İB, mənzil 91-də qeydiyyatda olan və yaşayan Nümayəndə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A ünvanda fəaliyyət göstərən X30 təşkilatı Zərərçəkmiş şəxs2 BOKT ASC-yə Təqsirləndirilən şəxs2 tərəfindən girov qoyulmuş 19 ədəd külçə və xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən gətirilmiş 17 ədəd külçəni təqdim etmişdir. Həmin külçələr iştirakçılar və hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Həmin külçələr 36 ədəd olmaqla plastik kartın içərisindədir, plastik kart tünd göy rənglidir. Plastik kartın üzərində “PAMP” və “swiss made” sözləri yazılmışdır. Plastik kartın digərüzü ağ rəngdədir, üzərində “metal weight” 31.10 g - sözü yazılmışdır. Həmin plastik kartın ortasında qızılı rəngdə metal vardır. Metallın uzunluğu 4 sm, eni 2,4 sm-dir. Bir üzündə gözləri bağlı qadın təsviri, digər üzündə isə “suisse 1 ounce fine gold 999.9” sözləri və müvafiq kodları yazılmışdır. Həmin külçələr, yəni 36 ədəd külçələr protokollaşdırılaraq götürülmüşdür. (Cild İ, 24-25) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 11136/11137 nömrəli Materialların məhkəmə ekspertizası, metal və daşların tədqiqi, Məhkəmə iqtisad ekspertizası, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi haqqında rəyindən görünür ki, təhqiqata təqdim edilmiş külçələr mis əsaslı ərintidən hazırlanmışdır,üzərlərinə qızıl suyu çəlmişdir. 36 ədəd külçənin ümumi kütləsi 1090,13 qram, ayrı-ayrılıqda kütlələri müvafiq olaraq 30,12; 31,36; 30,82; 30,08; 30,99; 31,30; 30,78; 31,20; 29,06; 29,38; 30,66; 29,77; 30,03; 29,68; 31,16; 31,44; 30,89; 28,82; 31,07; 21,34; 30,10; 29,98; 30,02; 30,26; 31,08; 29,67; 29,48; 29,55; 29,56; 30,17; 29,48; 30,45; 30,99; 29,99; 29,82; 29,28; qram təşkil edir. Təqdim edilmiş külçələr xarici əlamətlərinə, rənginə, dizaynina, cilalanma xüsusiyyətlərinə və s. görə zavod üsulu ilə hazırlanmağa xarakterikdir. Qablaşdırılmanın üzərində külçələrin İsveçrədə istehsal edildiyi yazılmışdır. Lakin külçələrin kimyəvi tərkibi, kütlələri qablaşdırmanın üzərindəki müvafiq göstəricilərə uyğun gəlmədiyindən onların hansıölkədə və hansıüsulla istehsal edildiyini birmənalı müəyyən etmək mümkün olmadı. Aparılmış fiziki-kimyəvi təhqiqatın nəticələri nəzərə alınmaqla ekspertiza tədqiqatına təqdim edilmişümumilikdə kütləsi 1090,13 qram olan 36 ədəd külçənin 2019-cu ilin aprel ayına qırıntı kimi qiyməti təxminən 8,72 manat müəyyən edilir. (Cild İ, i.v. 67-69) Bakı şəhəri 43 saylı notariat kontorunda reyisterdə 8İ-3566 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli ərizəyə əsasən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 olan 23.600 ABŞ dolları borcunu qaytarmışdır. (Cild İ, i.v. 81) xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 BOKT ASC-yə təqdim edilməsi üçün 10000 (on min) ABŞ dolları, Zərərçəkmiş şəxs1 təqdim edilməsi üçün 13000 (on üç min) ABŞ dolları vəsaiti Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X4 təhvil vermişdir. (Cild İ, i.v. 83) xx xxx 2019-cu il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 BOKT ASC-nin nümayəndəsi Nümayəndə Nazim oğlu 10000 (on min) ABŞ dolları vəsaiti Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X1 təhvil almışdır. (Cild İ, i.v. 84) xx xxx 2019-cu il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 13000 (on üç min) ABŞ dolları vəsaitiYasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X1 təhvil almışdır. (Cild İ, i.v. 91) “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4. 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli şəxs qismində xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur. (Cild İİ, i.v. 90-91) “Təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 160-162) “Maddi zərərin ödənilməsi üçün pulun təqdim edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 iş yoldaşı X7 tərəfindən 1200 (bir min iki yüz) ABŞ dolları və 3000 (üç min) manat zərərçəkmişlərə ödənilməsi üçün Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X17 təqdim edilmişdir. (Cild İİ, i.v. 148) xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 1200 (bir min iki yüz) ABŞ dolları və 3000 (üç min) manat vəsaitiYasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X11 təhvil almışdır. (Cild İİ, i.v. 149) “Təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 178.2.4. 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 160-162) “CD diskinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1, ***-***-**-** nömrəsi, Şahid5 ***-***-**-** nömrəsi, Zərərçəkmiş şəxs1 ***-***-**-** nömrəsi ilə cinayət hadisəsinin törədildiyi tarixlərdə yəni xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu ilı tarixdə, xx.xx.2019-cu il tarixlərdə və digər tarixlərdə mütamadi danışıqlar aparılmışdır. İlk cinayət hadisəsinin baş verdiyi xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi, həmçinin Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə mütamadi əlaqə saxlanılmışdır. Bundan əlavə növbəti cinayət hadisəsinin baş verdiyi xx xxxxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 həmçinin Zərərçəkmiş şəxs1 arasında bir neçə dəfə telefon danışığı olmuşdur. Növbəti cinayət hadisəsinin baş verdiyi xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 BOKT ASC-də olarkən onların yoxlanılması üçün sahibindən icazə almasını bildirdik də dəfələrlə zəng etdiyi mobil nömrədə Təqsirləndirilən şəxs1 məxsusdur. (Cild İİ, i.v. 170-177) xx.xx.2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixli axtarış qərarına əsasən xx.xx.2020-ci il tarixdə yaşadığı ünvanda saxlanılaraq Bakı şəhər Yasamal rayon X13 və şəxsiyyəti ilə birlikdə Bakı şəhər Yasamal RPİ-nin Müvəqqəti saxlama Yerinə təhvil verilmişdir. (Cild İİ, i.v. 210) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild İİ, i.v. 236) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2əvvəllər məhkum olunmamışdır. (Cild İİ, i.v. 237) İş materiallarında olan (həbs qətimkan tədbirinin seçilməsi barədə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-182/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 244-246) Yasamal Rayon Məhkəməsinin 4(004)-221/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair verilmiş təqdimat təmin edilməmiş və o, dərhal Bakı İstintaq Təcridxanasından azad edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 8920 (səkkiz min doqquz yüz iyirmi) manat vəsaiti Təqsirləndirilən şəxs2 təhvil almış və 4000 (dörd min) manat ödəniləcəyi təqdirdə şikayətinin olmayacağını bildirmişdir. (Cild İİ, i.v. 248) X26 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, X26 anası Təqsirləndirilən şəxs1 xahişi və sözünə görə zərərçəkmiş şəxslərə ödənilməsi məqsədi ilə 4000 (dörd min) manat pulu istintaq şöbəsində iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etmişdir. (Cild İİ, i.v. 249) xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat vəsaiti Təqsirləndirilən şəxs1 qızı X12 təhvil almışdır. (Cild İİ, i.v. 250) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, ondan dələduzluq yolu ilə alınan 23.600 (iyirmi üç min altı yüz) ABŞ dollarından ümumilikdə manat məzənnəsinə görə 40.120 (qırx min bir yüz iyirmi) manat puldan qalıq qalmış 4.000 (dörd min) manat pul Təqsirləndirilən şəxs1 qızı tərəfindən ödənilmiş və ona dəymiş maddi ziyan tam ödənildiyinə görə onun kimsəyə qarşı şikayəti, tələbi və iddiası yoxdur. (Cild İİİ, i.v. 1) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azercell Telekom MMC-dən xx.xx.2020-ci il tarixli 3411 saylı daxil olmuş məktuba əlavə edilmiş bir ədəd «CD» disk maddi sübut kimi tanınsın və cinayət fanə əlavə edilib saxlanması nəzərə alınsın. xx xxxxx 2019-cu il tarixli Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı polis leytenantı X2 protokolu əsasında götürülmüş mis əsaslı ərintidən hazırlanmış, üzərlərinə qızıl suyu çəlmiş 36 ədəd külçənin ümumi kütləsi 1090,13 qram, ayrı-ayrılıqda kütlələri müvafiq olaraq 30,12; 31,36; 30,82; 30.08; 30,99; 31,30; 30,78; 31,20; 29,06; 29,38; 30,66; 29,77; 30,03; 29,68; 31,16; 31,44; 30,89; 28,82; 31,07; 21,34; 30,10; 29,98; 30,02; 30,26; 31,08; 29,67; 29,48; 29.55; 29,56; 30,17; 29,48; 30,45; 30,99; 29,99; 29,82; 29,28; qram təşkil edən saxtakülçələr cinayətin predmeti olduğundan maddi sübut kimi tanınsın və saxlanması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilsin. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2,178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri, Yasamal RPİ-nin 29-cu PŞ-nin shqiqatçısı polis leytenantı X2 xx xxxxx 2019cu il tarixli təqdim edilən əşyanın götürülməsi haqqında protokolu, Şahid5 tərəfindən xx.xx.2019-cu tərtib edilmiş qiymətləndirmə aktı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin əmtəəşünaslıq ekspertizanın xx xxx 2019-cu il tarixli 11136\11137 nömrəli rəyi, Zərərçəkmiş şəxs2 BOKT ASC-nin nümayəndəsi Nümayəndə Nazim oğlu, Zərərçəkmiş şəxs1 Mircusa oğlu, şahidlər Şahid1, Şahid2, Şahid3, X8, Şahid5, Sultanov Rövşən Rafiq oğlu və Şahid6 ifadələri, üzləşdirmə istintaq Hərəkətləri, telefon danışıqlarını əks etdirən «CD» diskinə baxış keçirilməsi barədə orotokol, barədə iş üzrə tanınmış maddi sübtlarla və digər təkzib edilməz istintaq sübutları ilə kifayət qədər öz təsdiqini tapdığından cinayət işi üzrə qeyd edilən sübutlar sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Akif qızının əldə etdiyi 36 ədəd saxta külçənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilmişdir. (Cild İİİ, i.v. 15-40) İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 BOKT ASC-nin rəhbərliyi və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 onlara dəyən ziyanı tamamilə ödədiklərini, sonunculara qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs1 isə tanımırlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* və ********* nömrəli “xxxxxxxxxxxx”ASC tərəfindən verilmiş mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda 12185.00 manat Maliyyə Nazirliyi – Dövlət Xəzinarlığı Agentliyinə ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödəmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməməsi, yəni Təqsirləndirilən şəxs2 satmaq və ya girov qoymaq məqsədi ilə ümumilikdə 36 ədəd qızıl külçə verməməsi barədə, Təqsirləndirilən şəxs2 isə törətdiyi əməlin qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. xx xxx 2020-ci il tarixli qanunla xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncuların Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə təyin edilmiş Materialların məhkəmə ekspertizası, metal və daşların tədqiqi, Məhkəmə iqtisad ekspertizası, ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatların dəyəri olan 82.30 (səksən iki manat otuz qəpik) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, tutulub dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 36 ədəd saxta külçənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə göndərilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X15 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X15 məhkəməyədək icraat zamanı iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 CMin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş xx xxx 2019-cu il tarixli 11136/11137 saylı ekspertiza tədqiqatının dəyəri 82.30 (səksən iki manat otuz qəpik) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulmaqla dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 36 ədəd saxta külçənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə göndərilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X15 məhkəməyədək icraat zamanı iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar