Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-127/2022 08.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orla təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdə Nəsimi rayonu ərazisində “Kubinka” adlandırılan sahədə istintaqa məlum olmayan mənbədən (şəxsdən) 40 manata salış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.246 qram və 1,745 qram, ümimi təmiz çəkisi 1,991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 20 noyabr 2021-ci il tarixdə saat 15.30 radələrində ünvan 2 ünvanın qarşısında Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol iç (yuxarı) cibindəki “Davidoff’ markalı siqaret qulusunun içərisindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram və 1,745 qram, ümimi təmiz çəkisi 1,991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmamışdır, 9-10 aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. Evlidir və bir yaşlı qız övladı vardır. 2015-ci il tarixdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayı orkestrinin baş müsiqiçisi vəzifəsində işləmiş, narkotik vasitə qəbul etməsinin üstünün açılacağını və şəxsi heyət arasında biyabır olacağını düşündüyü üçün 18 noyabr 2021-ci il tarixdə işdən çıxmağı ilə bağlı ərizə yazmışdır. 19 noyabr 2021-ci il tarixdə öyrənmişdir ki, işdən uzaqlaşmaq arzusu nəzərə alaraq onu işdən çıxarmışlar. O, işdən çıxdığını bildikdən sonra 19 noyabr 2021-ci il tarixdə saat 15-16 özünə narkotik vasitə olan heroin almaq məqsədilə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlandırılan əraziyə getmiş, orada yol kənarında üzdən tanıdığı, lakin adını bilmədiyi narkoman olan bir nəfər şəxsə yaxınlaşıb narkotik vasitə olan heroini olub-olmamasını soruşmuşdur. Narkotik vasitə olan heroinin olmasını öyrəndikdən sonra həmin şəxsə 40 manat pul verib şəxsi istifadəsi üçün iki ədəd, biri sellofan bağlama, digəri isə kağız kəsiyində olan bükümlərdə narkotik vasitə hesab olunan heroini almışdır, daha sonra o, həmin bükümləri içərisində siqaret olmayan “Davidoff” markalı siqaret qutusunun içərisinə ataraq həmin qutunu əynindəki qara rəngli gödəkçənin sol iç (yuxarı) cibinə qoyaraq oradan ayrılmışdır. Aldığı narkotik vasitədən bir qədərini həmin gün yaşadığı evin yaxınlığında qəbul elmiş və sonradan eyni qayda ilə bükümləri həmin siqaret qutusunun içərisində əynindəki qara rəngli gödəkçənin sol iç (yuxarı) cibinə qoyaraq ailə üzvlərindən gizlətmiş və üzərində gəzdirməyə başlamışdır. 20 noyabr 2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar yaşadığı evdən çıxmış və işini qurtardıqdan sonra həmin gün saat 15.30 radələrində piyada və tək şəkildə yaşadığı evə qayıdarkən ünvan 6 qarşısında üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ondan kim olduğunu soruşmuş və şəxsiyyət vəsiqəsini təqdim elməyini xahiş elmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Sonradan həmin polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadəsində şübhəli olduğunu bildirmişlər. O, da polis əməkdaşlarına bildirmişdir ki. narkotik vasitələrdən istifadə edir və hazırda da üzərində narkotik vasitə olan heroin vardır. Polis əməkdaşlarının təklifi ilə onlar Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gəlmişlər. Xidməti otaqların birində hüquqlarının qorunması üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağını bildirmişlər. Bir qədər sonra ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılacağı bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməsi xahiş edilmişdir. O, da içərisində iki ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə-heroin olan “Davidoff” markalı siqaret qutusunu əynindəki qara rəngli gödəkçənin sol iç (yuxarı) cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Həmin hərəkətlər mobil telefon vasitəsi ilə videokameraya çəkilirmiş. İçərisində heroin olan təqdim eldiyi iki ədəd bükümlər ayrı-ayrılıqda hər biri təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və ondan həmin maddələrin nə olduğu soruşulmuşdur. O, da üzərindən aşkar edilən maddələrin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını etiraf etmişdir. Bundan başqa onun üzərindən heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bükümlər bağlanılaraq zərfin içinə qoyulmüş. zərf bağlanaraq möhürlə möhürlənmiş və həmin zərfə o. digər iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin olan zərfin ekspertizaya göndəriləcəyi bildirilərək ondan izahat alınmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində. 20.11.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq bölməyə gətirildikdən sonra bir anlıq ailə üzvləri və tanışları arasında biyabır olacağını düşündüyü zaman və fikirli halda həm üzərinə baxış keçirildiyi, həm də izahat verdiyi zaman narkotik vasitəni səhvən 18.11.2021-ci il tarixdə aldığını dediyini, amma sonradan fikirləşdiyi zaman narkotik vasitəni işdən çıxarıldığını bildikdən sonra almağa getdiyini başa düşdüyünü, bu baxımdan narkotik vasitəni 19.11.2021-ci iul tarixdə saat 15-16 radələrində aldığını dəqiq bildiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və psixoloji zor tətbiq edilmədiyini, narkotik vasitə olan heroini aldığı şəxsi üzdən tanıdığını, anket məlumatları və mobil telefon nömrəsi, eləcə də harada yaşaması barədə heç bir məlumatının olmadığını, həmin şəxsin qara saçlı, arıq bədən quruluşlu, təxminən 30-35 yaşlarında və 165-170 sm boyunda ola biləcəyini, ruhiəsəb xəstəliklərindən və ya hər hansı bir xəstəliklərdən əziyyət çəkmədiyini və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda olmadığını bildirmişdir. İlk dəfə cinayət törətdiyini, əməlindən peşman olduğunu, narkomaniyadan müalicəyə ehtiyacı olmadığını, ailəli olduğunu, 1 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 noyabr 2021-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, eləcə də həmin gün saat 15:30 radələrində üzərində narkotik vasitə ilə ünvan 6 qarşısına gələcəyi barədə əvvəlcədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı 20 noyabr 2021-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və müvafiq əmr hazırlanmış, əməliyyat qrupunun yaradılması haqqında protokol tərtib edilmiş və o. da həmin qrupa daxil edilmişdir. Daxil olan məlumatı yoxlamaq məqsədi ilə 20 noyabr 2021-ci il tarixdə saat 15:15 radələrində o, iş yoldaşları Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ilə birlikdə əməliyyat tədbirini keçirmək məqsədi ilə ünvan 6 ünvanın qarşısına getmişlər. Orada təxminən 15-20 dəqiqə gözlədikdən və ətrafa nəzər yetirdikdən sonra zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin tək şəkildə onlara tərəf gəlməsini müşahidə etmişlər. Təqsirləndirilən şəxs kimi bildikləri şəxsə yaxınlaşaraq özlərinin polis əməkdaşı kimi təqdim etdikdən sonra şəxsiyyətini dəqiqləşdirmək üçün sonuncuya kim olması sualını vermiş və şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Əməliyyat məlumatı üzrə axtarılan şəxsi müəyyən etdiklərinə görə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə edib üzərində saxlamasına dair əvvəlcədən məlumatlı olduqlarını bildirmiş və üzərində şəxsiyyətini təsdiq edəcək sənəd olmadığı üçün sonuncuya Yasamal RPl-nin 27-ci PB-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün birlikdə Yasamal RPl-nin 27-ci PB-nə gəlmişlər. 20 noyabr 2021-ci il tarixdə 27-ci polis bölməsində baş təhqiqatçı X6 xidməti otağında dəvət edilmiş vəkilin iştirakı ilə aparılmış videoçəkilişlə şəxsiyyəti bir daha müəyyən edilən xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, evli, əvvəllər məhkum olunmamış. ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs /Xsim oğluna hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin zaman əynindəki qara rəngli gödəkçənin sol iç (yuxarı) cibindən içərisində iki ədəd bükümdə narkotik vasitə heroin olan “DavidoflT markalı siqaret qulusunu çıxarıb könüllü olaraq təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin hərəkətlər videokamera vasitəsi ilə lentə alınırmış. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş İ ədəd kağız və İ ədəd sellofan bükümlər təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmişdir. Bükümlərin içində qəhvəyi rəngli spesifik qoxuya malik tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində olan maddələrin nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs hər iki bükümün içərisindəki maddələrin narkotik vasitə hesab olunan heroin olduğunu, həmin bükümləri 18.11.2021-ci il tarixdə Nəsimi rayonu Kubinka adlandırılan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfə bütün iştirakçılarla bərabər o, da imza etmişdir. Daha sonra təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd elmişdir. Təyin edilmiş müvafiq ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzindən rəy alındıqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrıayrılıqda təmiz, çəkiləri 0,246 qram və 1,745 qram, ümumi təmiz çəkisi 1,991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Verilən suallara cavab olaraq Şahid2 ifadəsində, iş yerinə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatın daxil olmadığını, buna baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə əlaqədar tədbirlər keçirdiklərini, lakin bununla bağlı məlumat əldə edə bilmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 20.11.2021-ci il tarixli, 6/5142 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,246 qram və 1,745 qram, ümumi təmiz çəkisi 1.991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin rəyin tədqiqat prosesinin təsviri hissəsində narkotik vasitə olan heroinin 0,1 qramının tədqiqata sərf edilməsi və qalıq çəki 1,891 qram kimi göstərilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 02.02.2022-ci il tarixli 481 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abslinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs 10.06.2020-ci il təvəllüdlü X3 uşağı vardır. İş materiallarında olan X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 22.11.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20.11.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 20 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,891 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-127/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-127/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver