Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-127/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saat 10:00 radələrində ünvan 2 ünvanında yerləşən «ASAN-3» xidmətinin inzibati binasının qarşısında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qonşusu və iş yoldaşı olan Zərərçəkmiş şəxs əli ilə vuraraq Zərərçəkmiş şəxs sol yanaq nahiyəsinin içəri səthinin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 ay olar ki, ünvan 3 ünvanında yerləşən «ASAN-3» xidmətinin inzibati binasının qarşısındakı avtomobil dayanacağında nəzarətçi işləyir. Əvvəlcə orda tək işləmiş, lakin ərazi böyük olduğuna görə işi çatdırmadığından, təxminən 10 gün əvvəl oraya qonşusu olduğu üçün tanıdığı Zərərçəkmiş şəxs gətirmişdi. Təxminən 50-60 metr uzunluğunda olan avtomobil dayanacağının bir hissəsinə özü, digər hissəsinə isə Vasif nəzarət edirdi. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində o, avtomobil dayanacağının Vasifin nəzarətində olan hissəsindən avtomobili yola salaraq xırdası olmadığı üçün pulunu sonra Vasifə verəcəyini düşünmüş, Vasif isə israrla ondan müştəridən aldığı 50 qəpik pulu tələb etməyə başlamışdı. Buna görə aralarında münaqişə yarandıqda o, Vasifi oraya gətirdiyini xatırladaraq onu «Nankor» adlandırmışdı. Bu zaman Vasif ağır söyüşlə ona cavab qaytardıqda o, əsəblərini cilovlaya bilməyərək əli ilə bir dəfə onun sifətindən vurmuş, sonra isə digər avtomobili park etdirmək üçün oradan uzaqlaşmışdı. Təqsirləndirilən şəxs həmçinin münaqişənin təxminən 1 dəqiqə davam etməsini, hadisəni heç kimin görməməsini, münaqişə zamanı heç bir xəsarət almadığından məhkəmə-tibbi ekspertizasından imtina etməsini qeyd etmişdir. Törətdiyi əməli etiraf etməsini, özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını, hazırda zərərçəkmiş şəxslə barışdığını, şikayət və tələbin olmadığı üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən «ASAN» xidmətinin inzibati binasının qarşısındakı avtomobil dayanacağında nəzarətçi işləyir. Onu həmin yerə qonşusu olduğu üçün tanıdığı Təqsirləndirilən şəxs gətirmişdir. Təxminən 50- 60 metr uzunluğunda olan avtomobil dayanacağının bir hissəsinə o, digər hissəsinə isə Əfqan nəzarət edirdi. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Əfqan avtomobil dayanacağının onun nəzarətində olan hissəsindən avtomobili yola salaraq pulunu ona vermədiyinə görə aralarında münaqişə baş vermişdi. Münaqişə zamanı Əfqan ona çörək verdiyini xatırladıb nalayiq sözlə onu təhqir etdikdə, o onun sözlərini özünə qaytarmışdı. Bu zaman Əfqan üstünə hücum edib qəflətən sifətindən yumruq vurduqda o yerə yıxılmış, bundan sonra Əfqan ondan aralanaraq digər avtomobili park etdirmək üçün oraya getmişdi. O isə dərhal yerdən qalxıb 28-ci PŞ-nə gəlmiş və olmuş hdisə barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs həmçinin münaqişənin təxminən 1 dəqiqə davam etməsini, hadisə ani baş verdiyindən hadisəni görən olmasını güman etmədiyini qeyd etmişdir. Hazırda artıq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, bununla əlaqədar təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 1417 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət, sol yanaq nahiyəsinin içəri səthinin əzilmiş yarası, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı verilmiş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 321, 344- 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-127/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-127/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver