Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-128/2023 08.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, taksi fəaliyyəti ilə məşğul olan, Cəbrayıl rayonu, Qumlaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Gənclər şəhərciyi, ev 6, mənzil 12-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o təkrarən talama məqsədi olmadan qanunsuz avtomobilləri ələ keçirərək qaçırmış və özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, 27 iyul 2022-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanda yerləşən Akademik A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasinin həyətindəki dayanacaqdan orada park edilmiş Zərərçəkmiş şəxs1 məxsus 2006-cı il buraxılışlı "X21" qara rəngli **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmış və həmin gün avtomobili (sonradan sahibi və polis əməkdaşları tərəfindən tapılması üçün) ünvan 2 ünvanın qarşısında saxlayaraq çıxıb getmişdir. Bundan başqa o, təkrarən 08 avqust 2022-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanın qarşısından Zərərçəkmiş şəxs1 məxsus 2006-cı il buraxılışlı "X21" qara rəngli **- SH-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Bundan başqa o, təkrarən 10 avqust 2022-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda yerləşən “Musabəyov” kimi adlanan parkın səkisinin kənarından orada park edilmiş Zərərçəkmiş şəxs2 məxsus 2006-cı il buraxılışlı "X21" markalı qara rəngli **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Bundan başqa o, 11 avqust 2022-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanın qarşısında talama məqsədi olmadan qaçırdığı Zərərçəkmiş şəxs2 məxsus 2006-cı il buraxılışlı "X21" markalı qara rəngli **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən içərisində 850 manat nağd pul, 85 manat dəyərində 01 ədəd istifadə edilməmiş Twister markalı cins (kişi) şalvarı, hər biri 60 manat dəyərində olmaqla 4 ədəd cəmi 240 manat dəyərində istifadə edilmiş Twister markalı cins (kişi) şalvar, hər biri 40 manat dəyərində olmaqla 3 ədəd cəmi 120 manat dəyərində istifadə edilmiş Twister markalı cins şalvar, 35 manat dəyərində 01 ədəd istifadə edilməmiş Twister markalı qısaqol köynək, hər biri 20 manat dəyərində olmaqla 2 ədəd cəmi 40 manat dəyərində istifadə edilmiş Twister markalı qısaqol idman köynəyi, hər biri 25 manat dəyərində olmaqla 3 ədəd cəmi 75 manat dəyərində istifadə edilmiş Twister markalı qısaqol köynək, 250 manat dəyərində 01 ədəd markası müəyyən edilməyən təraş (üzqırxan) maşını, hər biri 75 manat dəyərində olmaqla 2 cüt cəmi 150 manat dəyərində istifadə edilməmiş markası müəyyən edilməyən kişi ayaqqabıları, hər biri 60 manat dəyərində olmaqla 3 cüt cəmi 180 manat dəyərində istifadə edilmiş markası müəyyən edilməyən kişi ayaqqabıları, 60 manat dəyərində 01 cüt istifadə edilmiş Bəyoğlu markalı idman ayaqqabısı, 95 manat dəyərində 01 ədəd istifadə edilməmiş markası müəyyən edilməyən Tofaş markalı avtomobil üçün nəzərdə tutulan mühərrik valı, 70 manat dəyərində 01 ədəd istifadə edilmiş Raybon markalı gün eynəyi, hər biri 5 manat dəyərində olmaqla 4 ədəd cəmi 20 manat dəyərində istifadə edilmiş markası müəyyən edilməyən alt geyimi, 10 manat dəyərində 01 ədəd istifadə edilmiş markası müəyyən edilməyən dəsmal olan hər biri 20 manat dəyərində olmaqla 2 ədəd cəmi 40 manat dəyərində istifadə edilmiş Sport markalı idman çantasını gizli olaraq talayib, Zərərçəkmiş şəxs2 ümumilikdə 2320 (iki min üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu Gənclik şəhərciyi ev 6 mənzil 12-də ailə üzvləri ilə birlikdə yaşamışdır, evlidir, 6 yalı Əli və 19 yaşlı Ruslan adlı öladı vardır. O, rəsmi olaraq heç bir yerdə işləmir, amma taksi fəaliyyəti ilə məşğul imiş. Şahid2 onun ögəy qardaşıdır. Onun sonuncu dəfə idarə etdiyi Tofaş markalı qara rəngli ** HY *** dövlət qeydiyyat nişanlı avtomobili ona ögəy qardaşı Fariz və anası X13 alıb vermişlər. Həmin avtomobili satmasın deyə qardaşı Fariz tərəfindən ona etibarnamə verilməmişdir. O, da həmin avtomobili etibarnaməsiz idarə edərək taksı fəaliyyəti ilə məşğul imiş. 2022-ci ilin iyun-iyul ayında o, Tofaş markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən Respublika Klinik Xəstəxanasına müştəri gətirib düşürdükdə dayanacağında Tofaş Şahin markalı qara rəngli ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmasını müşahidə etmişdir. O, müştərini düşürdükdən sonra çıxıb getmişdir. Təxminən 10-15 gün sonra 27 iyul 2022-ci ildə saat 09-10 radələrində başqa müştərini həmin xəstəxanaya gətirib dayanacaqda düşürüb çıxmaq istədikdə həmin Tofaş markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilin hələ də orada olmasını və üzərini toz-torpaq basmasını müşahidə etmişdir. O, həmin zaman tək olmuş və həmin avtomobilə yaxınlaşıb qapısının açıq olub-olmamasına nəzər yetirdikdə qapısının açıq olmasını görüb salona oturmuşdir. O, görmüşdür ki avtomobilin açarı zamoka taxılmış haldadır. O, açarı çevirib avtomobili işə salmaq istəsə də akumulyatorun zəif olmasını və bu baxımdan siqnalizasiyanın işə düşmədiyini aşkar etmişdir. O, dayanacaqda olan digər tanımadığı taksi sürücüsündən primiçka adlanan naqil alıb Tofaş markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobili həmin taksi sürücüsünün idarə etdiyi avtomobilinin akkumulyatoruna birləşdirməklə mühərriki işə salmışdır. Həmin taksi sürücüsünə Tofaş markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olmasını bildirmişdir. O, mühərriki işə saldıqdan sonra avtomobili idarə edərək dayanacaqdan çıxıb getmiş, öz avtomobili isə orada qalmışdır. Qaçırdığı avtomobili həmin gün idarə edib gecə onu yaşadığı evin yaxınlığında Binəqədi rayonunda Gənclər Şəhərçiyindəki küçədə saxalamışdır ki, polis avtomobili taparaq sahibinə qaytarsın. Səhərisi gün o, Respublika Klinik Xəstəxanasının dayanacağına gedərək öz avtomobilini oradan götürərək taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 08 avqust 2022-ci il tarixdə saat 09-10 radələrində Binəqədi rayonunda Gənclər Şəhərçiyindəki küçədən keçdikdə görmüşdür ki, qaçırdığı Tofaş markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil hələ də həmin küçədə əvvəlcədən saxladığı şəkildə durur və onu polis tapmayıb. O, fikirləşmişdir ki, yəqin həmin avtomobilin sahibi Respublika Klinik xəstəxanada öldüyü üçün avtomobili həyətindəki dayanacaqda saxlayıbmış, qaçırılması barədə şikayət verən yoxdur. O, yenə həmin avtomobili sonradan lazım gəldikdə idarə etməsi üçün sonuncu qoyduğu yerdən götürmək qərarına gəlmiş və bunun üçün Tofaş markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq onu idarə etməklə yaşadığı Binəqədi rayonunda Gənclər Şəhərçiyindəki binanın qarşısında saxlamışdır. Yolda avtomobili idarə etdikdə sükanı ilişdiyi üçün (sükan zamoka bağlı olduğundan) zamoku sökmüş və sökdüyü zamoku açarla birlikdə həmin avtomobilin qabaq qapısının gözlüyünə atmışdır. Zamoku sökdüyü üçün ona gələn naqilləri yerindən çıxarıb baş hissəsinə ayrıça düymə (knopka) qoymuş və həmin düymə ilə mühərriki zamok əvəzinə işə salmışdır. Sonradan həmin avtomobili yaşadığı binanın qarşısında saxlayıb Tofaş markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobili götürüb taksi fəaliyyətinə davam etmişdir. Bundan başqa o, 10 avqust 2022-ci il tarixdə saat 21 radələrində idarə etdiyi Tofaş markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə tək şəkildə Yasamal rayonu Musabəyov parkının yaxınlığına gəlmiş və orada avtomobilini saxlamağa yer tapmadığı üçün yaxınlığında olan Yasamal rayonu M.Seyidov küçəsinə dönərək avtomobilini oradakı binaların qarşısında saxlamışdır. O, bir qədər tək halda parkda gəzmiş və həmin zaman görmüşdür ki, parkın kənarında park edilmiş və sahibsiz halda qara rəngli “Tofaş Şahin" markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobilin sazlığı onun diqqətini cəlb etdiyindən avtomobilə yaxınlaşıb salonuna baxdıqda açarının surətlər qutunun yanına qoyulmasını, avtomobilində start-stop adlanan, yəni mühərriki düymə ilə işə salan mexanizm olmasını müşahidə etmişdir. O, anidən həmin avtomobili qaçırıb idarə etməyi xəyal etmiş və bu baxımdan qapısının açıq olubolmamasını yoxlamışdır. O, avtomobilin qapısının açıq olduğunu görüb açaraq salona daxil olmuş, mühərriki star-stopla işə salıb idarə edərək həmin avtomobili öz avtomobilinin yanına gətirmiş və üzərindəki **-EO-*** dövlət qeydiyyat nişanlarını çıxarıb yük yerinə atmış, daha sonra öz avtomobilinin yük yerində olan və 2 gün əvvəl 08 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nizamu rayonu ərazisində Neptun restoranının yaxınlığından yol kənarında tapdığı 01 ədəd ** NU *** dövlət qeydiyyat nişanını götürüb qaçırdığı avtomobilin qabaq buferinə bağlamışdır ki, avtomobilin qaçırılmış olunması bilinməsinlər. Nömrəni bağladıqdan sonra o, qaçırdığı Tofaş markalı avtomobili 30-35 dəqiqə müddətində şəhər ərazisində idarə etmişdir. O, avtomobili idarə edən zaman fikirləşmişdir ki, öz avtomobilini ögey qardaşı Farizə qaytarsın, hazırda qaçırdığı avtomobili isə 1-2 gün idarə edib sonra yol kənarına bir yerə qoyar. Bu baxımdan o, mobil telefonla Farizə zəng edib özünə kreditlə yeni avtomobil aldığını və dayıları Aşurun yaşadığı Yasamal rayonu M.Seyidov küçəsində yerləşən binasının qarşısına gəlib Tofaş markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobili oradan götürməsini demişdir. Farizlə danışdıqda sonuncunun yaxınlıqda olmasını və 5-10 dəqiqəyə avtomobilini götürmək üçün gələcəyini öyrənmişdir. Bu baxımdan o, tələsik qaçırdığı avtomobillə Musabəyov parkına gəldikdə uzaqdan görmüşdür ki, polis əməkdaşları Musabəyov parkında avtomobili qaçırdığı yerə toplaşıblar. O, başa düşmüşdür ki, avtomobilin qaçırılması barədə polisə məlumat verilib. O, dərhal qaçırdığı avtomobili sağ tərəfdə olan küçəyə Yasamal rayonu M.Seyidov küçəsinə idarə edib öz avtomobilinin yanında yol kənarında binanın qarşısında saxlamışdır. 5-10 dəqiqə sonra qardaşı Fariz onun yanına gəldikdə sonuncuya qaçırdığı avtomobili göstərib yalandan kreditlə aldığı avtomobil olmasını bildirdi. Sonradan Fariz özünə məxsus avtomobili sürüb getmişdir. O isə, “Tofaş Şahin" markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına tullamış və həmin avtomobilin yük yerində olan 2 ədəd çantanı avtomobildən götürüb oradan uzaqlaşmışdır. Yolda çantanın içərisinə baxdıqda orada geyim əşyalarının olmasını görmüş və sonradan tanımadığı taksi ilə yaşadığı evə gəlib qaçırdığı avtomobildən götürdüyü 2 ədəd çantanı yaşadığı evin yaxınlığında olan yarımtikili tikintidə gizlədib evə qalxmışdır. 12 avqust 2022-ci il tarixdə qardaşı Fariz ona demişdir ki, atasının ildönümü ilə əlaqədar dəfn olunduğu Beyləqan rayonundakı qəbirstanlığa onunla bir yerdə getmək istəyir. O, imtina etmədikdə Farizin aldığı Tofaş markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə getmək istəsələr də mühərrikdə nasazlıq olmuşdur. Fariz ona təklif etmişdir ki, onun yeni aldığı avtomobillə gedək. O, Farizi aldatmaq üçün yalandan demişdir ki, yeni aldığı avtomobilin MMX cərimələri vardır və polis onları yolda saxlayacaqdır. Qəbirstanlığa getmək məcburiyyəti olduğu üçün o, Farizə demişdir ki, “hər ikimizində avtomobilləri Tofaş markalıdır və qara rəngdədir, bir günlük ** HY *** dövlət qeydiyyat nişanını çıxarıb mənim avtomobilimə vurub Beyləqan rayonuna gedib gələk”. Fariz əlacsız qalaraq razılıq verdikdə o, xx.xx.2022-ci il tarixdə xəstəxananın həyətindən qaçırdığı avtomobilin nömrələrini üzərindən çıxaraq yük yerinə atmış və Farizin avtomobilinin ** HY *** dövlət qeydiyyat nişanını qaçırdığı avtomobilə bağlayaraq o, anası Həcər və Farizlə birlikdə yola düşmüşlər. Avtomobili o, idarə edirmiş və Sabirabad rayonu ərazisindəki polis postundan keçdikdən 200-300 metr sonra YPX avtomobili onun arxasınca gəlmiş və avtomobili saxlamağı bildirmişlər. O, avtomobili saxlamış və nə baş verməsini soruşmuşdur. Tanımadığı polis əməkdaşı posta qayıtmalı olduğunu ona bildirmişdir. O, da 100-150 metr posta tərəf qayıtdıqda bir də avtomobili yolda saxlayıb YRX avtomobilinə yaxınlaşıb “axı niyə posta qayıtmalıyam, əgər cərimə etmişəmsə cəriməmi yazın gedim” deyə ifadə işlətmişdir. Polis əməkdaşı ona demişdir ki, “sizi komandir görmək istəyir”. Artıq o, başa düşmüşdür ki, polis onu axtarır. O, da ətrafa baxmış və heç bir polis əməkdaşı ilə mübahisə etmədən və onlara yaxınlaşmadan (müqavimət göstərmədən) gözlənilmədən oradan qaçıb uzaqlaşmış, Fariz və anası Həcər avtomobilin içərisində yolda qalmışlar. Həmin gün o, kəndin arası ilə oradan uzaqlaşmış və sonradan magistral yola çıxaraq tanımadığı yol maşını ilə Bakı şəhərinə gəlib anası Həcər və Farizə etiraf etmişdir ki, idarə etdiyi avtomobili əslində qaçırmış, buna görə də YPX əməkdaşları onu yolda saxlamışlar. O, təslim olmağa getdiyini də demişdir. O, xx.xx.2022-ci il tarixdə oradan yaşadığı evin yaxınlığına gəlmiş və qaçırdığı Tofaş markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürdüyü geyim əşyaları olan 2 ədəd çantanı götürüb Yasamal RPİ-nin 28-ci PB-nə könüllü gələrək təslim olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2022-ci ilin avqust ayının ya 8-i, ya da ki 9-da Bakı şəhəri, Nizami rayonu ərazisində “Neptun” restoranının yaxınlığında yol kənarında 01 ədəd ** NU *** dövlət qeydiyyat nişanını yerdən tapıb götürmuş və Şahid1 qarşı heç bir cinayət əməli törətməmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 12 may 2022-ci il tarixdə o, özünə etibarnamə əsasında “X21" markalı **-EO-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil alıb “BC” kateqoriyası üzrə olan sürücülük vəsiqəsi əsasında idarə etməyə başlamışdır. 10 avqust 2022-ci il tarixdə saat 20.15 radələrində o, idarə etdiyi “Tofaş" markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Musabəyov parkının yaxınlığına tək gəlib avtomobilini parkdakı səkisinin qarşısında saxlayıb yaxınlıqda olan çay evinə getmişdir. O, avtomobildən çıxarkən açarını sürətlər qutusunun qarşısındakı boşluğa atıb qapılarını pultla bağlamışdır. Onun avtomobilində start-stop adlanan, yəni mühərriki düymə ilə işə salan mexanizm olmuşdur. Onun avtomobilinin saxlanıldığı yerdə xeyli sayda digər avtomobillər də olmuşdur. O, həmin gün təxminən 2 saat 30 dəqiqə sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 22:55 radələrində avtomobilinə yaxınlaşdıqda aşkar etmişdir ki, onun avtomobilinin saxlanıldığı yerdə başqa avtomobil saxlanılmışdır. O, ətrafa baxmış və avtomobilini tapa bilmədikdə başa düşmüşdür ki, kimsə onun avtomobilini qaçırmışdır. Bundan sonra o, DİN-in 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Az sonra hadisə yerinə Yasamal RPİ-nin 28-ci PB-nın əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. O, həm hadisə yerinə baxış zamanı, həm də PB-də izahat verərkən polis əməkdaşlarına bildirmişdir ki, avtomobilinin qapısı açıq olmamış, avtomobilinin yük yerində içərisində 850 manat nəğd pul, 5 ədəd kişi şalvarı, 4 ədəd kişi qısaqol köynəyi, 1 ədəd markasını xatırlamadığı üzqırxan maşın, 5 ədəd kişi ayaqqabısı, 1 ədəd Tofaş markalı avtomobilə aid mühərrikin valı, 1 ədəd gün eynək, 3 ədəd cins şalvar, 2 ədəd qısaqol idman köynəyi, 1 ədəd qara rəngli ayaqqabı, 4 ədəd alt geyimi, 1 ədəd dəsmal olan iki ədəd idman çantası olmuşdur. Polisə izahat verdikdən 3 saat sonra ona 28-ci PB-nin əməkdaşları məlumat vermişlər ki, qaçırılmış avtomobili hadisə yerindən bir qədər kənarda üzərində ** NU *** dövlət qeydiyyat nişanları taxılmış halda aşkar edilmişdir. O, məlumat aldıqdan dərhal sonra avtomobilinin yanına getmiş və həqiqətən də polis əməkdaşlarının tapdıqları Tofaş markalı avtomobilin ona məxsus qaçırılmış avtomobil olmasını aşkar etmişdir. Həqiqətən də onun avtomobilinin üzərinə ** NU *** nömrəsi taxılmış halda olmuş, **-EO-*** dövlət qeydiyyat nişanlları isə avtomobilin yük yerinə atılmışdır. O, dərhal avtomobilinə baxış keçirdikdə aşkar etmişdir ki, yük yerində olan ona məxsus 2 ədəd çanta hazırda yerində deyil, avtomobilin üzərində isə heç bir zəda olmamışdır. 2022-ci ilin avqust ayının 13-ü və ya 14-də ona məlumat verilmişdir ki, avtomobilini qaçırmış şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonradan o Yasamal RPİ-nin 28-ci PB-nə dəvət edilmiş və avtomobilindən oğurlanmış 2 ədəd çantası ona təqdim edilmişdir. O çantanın işərisində 850 manat pulun və bəzi əşyaların olmamasını polislərə bildirmişdir. Təqsirləndirilən şəxslə polisdə üzləşmə zamanı da özünə məxsus əşyalar barədə qeyd etmişdir.Daha sonra o, məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında özünə etibarnamə əsasında 6200 manat pul ödəməklə 2006-cı il buraxılışlı “X21" markalı ** SH *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil alıb “BC” kateqoriyası üzrə olan sürücülük vəsiqəsi əsasında idarə etməyə başlamışdır. O, ağciyərində olan problemlərlə əlaqədar olaraq 15 iyul 2022-ci il tarixdə tibbi müayinələrdən keçmək üçün Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanaya idarə etdiyi “Tofaş " markalı ** SH *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobillə gəlib avtomobili xəstəxananın həyərində olan park yerində saxlamışdır. Həmin gün o, tibbi müayinələrdən keçib həkimin yazdığı resptlə dərmanları alıb qəbul etməyə başlamışdır. Qəbul etdiyi dərmanlar onu halsız hala saldığı üçün 10-12 gün ərzində avtomobili idarə edə bilməmiş və bu baxımdan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə avtomobili xəstəxananın həyətindəki park yerində qalmışdır. xx.xx.2022-ci il tarixdə o, Respublika Klinik Xəstəxananın həyətində avtomobilinə baş çəkdikdə təkərlərinin havasının boşaldığını görüb nasazlığı aradan qaldırmışdır. 27 iyul 2022-ci il tarixdə saat 12 radələrində o, avtomobilini götürmək üçün tək şəkildə Respublika Klinik Xəstəxanasının park yerinə gəldikdə avtomobilini orada aşkar etməmişdir. Elə fikirləşmişdir ki, yəqin qardaşı Şahid3 lazım olduğu üçün avtomobilini xəstəxananın həyətindən götürüb. O, bir qədər sonra qardaşı Radimlə danışdıqda öyrənmişdir ki, avtomobilini qardaşı götürməyib. Bundan sonra o, xəstəhananın həyətini tam olaraq gəzib avtomobilini axtarmağa başlasa da tapa bilmədikdə başa düşmüşdür ki, avtomobilini qaçırıblar. Bu baxımdan o, DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Az sonra polis əməkdaşları Respublika Klinik Xəstəxanasının həyətinə gəlib hadisə yerinə baxış keçirmiş və 29-cu PŞ-də izahatını almışlar. Onun avtomobili qaçırılmamışdan öncə salonda arxa oturacağın üzərində istifadə etdiyi və 5-6 ay əvvəl 120 manata aldığı parça materialdan olan gödəkçəsi olmuşdur. Sonrakı günlər ərzində o, avtomobilini Yasamal rayonu və Bakı şəhəri ərazisində axtarsa da tapa bilməmişdir. 14 avqust 2022-ci il tarixdə polis əməkdaşlarından kimsə ona məlumat vermişdir ki, onun və başqa bir nəfər şəxsin avtomobilini qaçıran şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. O, sonradan Yasamal RPİ-nin 28-ci PB-nə getmiş və orada ona məxsus qaçırılmış Tofaş " markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Avtomobilinə baxış keçirdikdə onu qaçıran şəxsin avtomobilin bütün disklərini və diskilərin üzərindəki 185/60 R14 ölçülərdə Türkiyyə istehsalı olan Lassa markalı şinlərini VAZ-2106 markalı avtomobillərin təkərləri ilə dəyişdirməsini, qalpaqlarını isə üstündə olmadığını aşkar etmişdir. Eləcə də avtomobilinin salonunda olan mühərriki işə salan zamokun da yarasız hala salınması, oradakı naqillərin yerindən çıxarılmasını, parça materialdan olan gödəkçəsinin avtomobildə olmadığını aşkar etmişdir. O, sonradan polis əməkdaşlarından məlumat əldə etmişdir ki, avtomobilini qaçıraraq özündə saxlamış şəxs əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı Təqsirləndirilən şəxsdur. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsində qaçırılan avtomobili tapıldıqdan sonra onda heç bir zədə, batıq və sair izlərin olmadığını, salonda da hər bir əşyanın yerində olduğunu, sadəcə zamok hissəsinin sındırılaraq yarasız hala salınmasını və naqillərinin yerindən çıxarılmış və sallaqlı halda olmasını, qaçırılmamışdan əvvəl avtomobilini xəstəxananın həyətində saxladığı zaman qapılarını pultla bağladığını, pəncərələrin də tam olaraq örtülü halda olduğunu, həmin xüsusatı xx.xx.2022-ci il tarixdə avtomobilinin təkərləri boşaldığı zaman yoxladığı üçün əminlikdə deyə bildiyini, oğurlanmış parça materialdan olan gödəkçəsini 5-6 ay əvvəl Sədərək TM-dən tanımadığı satıcıdan 120 manata aldığını, onun markasını tam olaraq xatırlamadığını və onu çox az istifadə etdiyini, 185/60 R14 ölçüdə olan Türkiyyə istehsalı Lassa markalı şinləri 2021-ci ilin avqust ayında “Vosmoy” kimi adlanan bazarda tanımadığı satıcıdan 300 manata aldığını və həmin təkərlərlə 20.000 km yürüş etdiyini, avtomobili tapılandan sonra zamok hissəsinin yenisi ilə əvəz edilməsi və naqillərin yerinə bərpa edilməsi üçün 250 manat xərc tələb edildiyini öyrəndiyini, diskilərə görə 200 manat, təkərlərə görə 200 manat, gödəkçəyə görə isə 70 manat, zamok hissəsinin dəyişdirilməsinə görə 250 manat olmaqla ümumilikdə ona 720 manat maddi ziyan dəydiyini, əvvəllər avtomobilinin qaçırılmadığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayında o, ümumi tanışlarının vasitəsi ilə X1 baş etibarnamə ilə baxımsız saxlanılmış “Tofaş Şahin” markalı qara rəngli ** NU *** dövlət qeydiyyat nişanlı avtomobili 2300 manata alıb idarə etməyə başlamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində o, avtomobilini Xətai rayonunda yerləşən Neptun restoranının yaxınlığındakı avtotəmir sexinə qoyaraq orada kosmetik işlər, mühərrikin sökülərək yenidən yığılması və sair işlər üzrə təmir etdirməyə başlamışdır. Avtomobili təmir ərəfəsində sexdə yer olmadığı üçün Neptun restoranının yaxınlığındakı avtodayanacağa qoyulurmuş. xx.xx.2022-ci il tarixdə o, avtomobilinə baş çəkdikdə avtodayanacaqda aşkar etmişdir ki, avtomobilin qapıları açıqdır, salondakı orta güzgü və arxa ** NU *** dövlət qeydiyyat nişanı yerində deyildir. O, ətrafı və sexi axtarsa da dövlət qeydiyyat nişanını və salondakı güzgünü tapa bilməmişdir. Həmin yerdə kamera qurğusu olmadığından o, Nizami RPİ-nin 25-ci PB-nə gedərək avtomobilinin arxa qeydiyyat nişanın və salondakı güzgünün naməlum şəxs tərəfindən üzərindən çıxarılması barədə ərizə və izahat yazmışdır. 2022-ci ilin avqust ayının ortalarında Yasamal RPİ-nin 28-ci PB-dən polis əməkdaşları ona zəng edərək avtomobilinin ** NU *** dövlət qeydiyyat nişanı barədə ona suallar verməyə başlamışlar. O, polis əməkdaşlarına avtomobilinin dövlət qeydiyyat nişanının naməlum şəxs tərəfindən çıxarılmasını bildirmiş və söhbət zamanı öyrənmişdir ki, əvvəllər tanımadığı Quliyev X12 rayonu ərazisində qaçırdığı Tofaş markalı avtomobilin üzərinə ona məxsus avtomobilin ** NU *** dövlət qeydiyyat nişanını taxaraq idarə edirmiş. Ona polis əməkdaşları Təqsirləndirilən şəxs fotoşəklini göstərdiklərində o, həmin şəxsi ilk dəfə gördüyünü və sonuncunun onun avtomobilindən oğurluq etməsini görmədiyini bildirmişdir. Hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, sadəcə avtomobildən çıxarılmış ** NU *** dövlət qeydiyyat nişanının ona qayratılmasını istintaq orqanından xahiş edir. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində avtomobilinin güzgüsünü 20 manata, arxa dövlət qeydiyyat nişanını isə 40 manata qiymətləndirdiyini, avtomobilinə başqa heç bir zərərin yetirilmədiyini, avtomobilinin dövlət qeydiyyat nişanının çıxarıldığı yerlə Neft Ayırma zavodunun üzbəüz olmaqla təmxinən 100 metr aralıqda yerləşdiyini, Təqsirləndirilən şəxs guya onun avtomobilinin dövlət qeydiyyat nişanını Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neft baza” kimi adlanan ərazidə yerdən tapması barədə göstərdiklərinin yalan olduğunu, onun avtomobilinin nömrəsinin heç bir zaman itmədiyini və həmin qeydiyyat nişanının avtomobilinin arxa yerindən boltdan çıxarılmaqla əldə edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qaradağ rayonu Qobu Park yaşayı sahəsi ev 13 mənzil 55-də ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun ögey qardaşıdır və sonuncu taksi fəaliyyəti ilə məşğuldur. Xəyyam əvvəllər idarə etdiyi avtomobilləri satdığı üçün taksi fəaliyyəti ilə məşğul ola bilməmiş və işsiz qalmışdır. Anası Həcər qərara almışdır ki, Xəyyama avtomobil alıb versin. Bu baxımdan onlar 2022-ci ilin may ayında Tofaş markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobili onun adına baş etibarnamə ilə alıb idarə etməsi üçün qardaşı Xəyyama vermişlər. Həmin avtiomobili Xəyyamın adına almamışlar ki, sonuncu onu satmasın. 2022-ci ilin avqust ayının əvvəllərində o, Xəyyamla birlikdə Tofaş markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun oğlu Ruslanın xidmət etdiyi Gəncə şəhərinə gedib andiçməsində iştirak edib qayıtmışlar. xx.xx.2022-ci il tarixdə saat 22-23 radələrində Xəyyam ona mobil telefonla zəng edərək özünə yeni avtomobil aldığını və sonuuncuya aldıqları Tofaş markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilli dayıları Aşurun yaşadığı binanın qarşısından götürməyi bildirmişdir. O, həmin zaman yaxınlıqda imiş və 5-10 dəqiqə müddətinə yanına gələcəyini Xəyyama demişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o, tək şəkildə ünvan 5 ünvana gedib Xəyyamla görüşmüş və sonuncu ona qara rəngli Tofaş markalı avtomobili göstərib həmin avtomobili kreditlə aldığını bildirmişdir. Hava qaranlıq olduğu üçün o, avtomobilə uzaqdan baxmış və Xəyyama demişdir ki, sonra avtomobilə ətraflı baxar. Görüşdükləri yer dayısı Aşurun yaşadığı binanın yaxınlığı olduğu üçün Xəyyama təklif etmişdir ki, dayısıgilə gedərək bir qədər otursunlar. Xəyyam imtina etmədiyi üçün sonuncu ilə birlikdə dayısı Aşurun evinə qalxıb qapını döymüşlər. Lakin qapını açan olmadığından aşağı düşüb Xəyyama aldıqları Tofaş markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilli götürüb oradan çıxıb evinə getmişdir. Amma Xəyyamın yeni aldığı avtomobilin nömrəsinə baxmamışdır. 12 avqust 2022-ci il tarixdə anası Həcər ona demişdir ki, Xəyyamın avtomobili ilə onun atasının ildönümü ilə dəfn edildiyi Beyləqan rayonuna gedək. O, imtina etməmiş və Xəyyama zəng edərək bu barədə danışmışdır. Xəyyam da ona demişdir ki, yeni aldığı avtomobilin MMX cərimələri vardır və yolda polislər avtomobili saxlayacaqlar. Xəyyam ona demişdir ki, “gəl Tofaş markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə gedək. O, Xəyyamı başa salmışdır ki, Tofaş markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillin mühərrikində problem vardır, bu avtomobillə yola çıxa bilmərik. Xəyyam da ona demişdir ki, ** HY *** dövlət qeydiyyat nişanını yeni aldığı qara rənjgli Tofaş markalı avtomobilin üzərinə vuraraq yola çıxsınlar. O, etiraz etsə də Xəyyam demişdir ki, hər iki avtomobil qara rəngdə olmaqla Tofaş markalıdır və nömrə nişanlarını dəyişməklərini bilən olmayacaqdır. O, razılıq verməsə də Xəyyam nömrələri dəyişmiş və onlar yola çıxmışlar. Avtomobili Xəyyam idarə edirmiş. Həmin gün Sabirabad rayonunun ərazisində yerləşən polis postundan 150-200 metr aralı Xəyyamı polislər saxlamış və posta qayıtmalarını söyləmişlər. Xəyyam geri manevr edərək posta tərəf qayıtmağa başlamış və 100 metr sonra Xəyyam polis YPX avtomobilini saxlatdırmış və polislərin yanına gedib söhbət etməyə başlamışlar. Az sonra Xəyyam onları və avtomobili ataraq hadisə yerindən qaçaraq çıxıb getmişdir. Sonradan o, anası Həcərlə Bakı şəhərinə qayıtmışlar. 2-3 gün sonra Xəyyam evə gəlmiş və bildirmişdir ki, ona göstərdiyi Tofaş markalı avtomobili Yasamal rayonu ərazisisndən qaçırdığı üçün polislər Xəyyamı axtarırmış və buna görə postda saxlamışlar. Xəyyam ona demişdir ki, polisə təslim olmağa gedir. Bundan sonra Xəyyam Yasamal RPİ-nin 28-ci PB-nə gedərək könüllü olaraq təslim olmuşdur. Bu hadisədən 10-15 gün sonra PB-nin əməkdaşlarından öyrənmişdir ki, Xəyyam başqa bir Tofaş markalı avtombil də qaçırıb. O, bunu əvvəllər bilməmiş və sonradan öyrənmişdir. Xəyyam da bu barədə ona heç bir söz deməmişdir. Verilən suallara cavab olaraq Şahid2 ifadəsində Xəyyamın xx.xx.2022 tarixdə Sabirabad rayonu ərazisində YPX tərəfində saxlanıldığı zaman polis əməkdaşları ilə mübahisə belə etmədiyini və müqavimət göstərmədiyini, Xəyyamla Gəncə şəhərinə yeni aldığı Tofaş markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə getdiyini, hazırda da Xəyyamın qaçırdığı avtomobillərin nömrə nişanları bilmədiyini, Xəyyamda və sonuncunun idarə etdiyi avtomobildə ** NU *** dövlət qeydiyyat nişanı görmədiyini və sonuncunun bu barədə ona heç bir söz demədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır və sonuncu 2021-ci ilin may ayında özünə “X21" markalı ** SH *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil alıb idarə etməyə başlamışdır. Qardaşı Aqil ağciyərində olan problemlərlə əlaqədar olaraq 15 iyul 2022-ci il tarixdə Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanasına gedərək tibbi müayinələrdən keçmiş və həkimin yazdığı dərmanları qəbul edərkən halsız hala düşdüyü üçün idarə etdiyi Tofaş markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edə bilmədiyindən həmin tarixdən xx.xx.2022-ci il tarixədək olan xəstəxananın həyətindəki dayanacaqda park etmiş və həmin müddətdə avtomobilini idarə etməmişdir. Qardaşı Aqil ona demişdir ki, halsız olduğu və avtomobil idarə edə bilmədiyi üçün avtomobilini xəstəxananın həyətində park etmişdir. 27 iyul 2022-ci il tarixdə saat 12 radələrində qardaşı Aqil ona zəng edib bildirmişdir ki, Tofaş markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilini xəstəxananın dayanacağında park etdiyi yerdə tapa bilmir. Aqil avtomobilini dayanacaqdan onun götürüb-gətürmədiyini soruşmuşdur. Bəzən o, özünə avtomobil lazım olduqda qardaşı Aqilin avtomobilini idarə edirmiş. O, Aqilə avtomobilini xəstəxananın həyətindən götürmədiyini bildirmişdir. Bu ifadələrdən sonra Aqil ona demişdir ki, dünən, yəni xx.xx.2022-ci il tarixdə xəstəxananın həyətində avtomobilinə baş çəkmiş və boşalmış təkərlərinin havasını doldurub çıxıb getmiş və 27 iyul 2022-ci il tarixdə saat 12 radəılərində avtomobilini götürmək üçün xəstəxanasının park yerinə gəldikdə avtomobilini orada aşkar etməmiş, xəstəxananın həyətini tam olaraq gəzib axtarsa da avtomobilini tapa bilməmiş, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hadisədən sonra o, Aqillə birlikdə hadisə yerinin yaxınlığını, eləcə də getdikləri yollarda Aqilin qaçırılmış avtomobilini axtarsalar da tapa bilməmişlər. 2022-ci ilin avqust ayının ortalarında qardaşı Aqildən öyrənmişdir ki, avtomobilini qaçıran şəxsi polis tutmuş və avtomobilini də Yasamal RPİ-nin 28-ci PB-nin həyətinə gətirmişlər. O, da sonradan PB-nin həyətinə gedərək Aqilin avtomobilini orada görmüş və avtomobili qaçıran tanımadıqları Xəyyam adlı şəxs olmasını öyrənmişdir. Cinayət işinin 1-ci cild 242-243-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 264-265-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Qaradağ rayon prokuroru Zəfər Əhmədovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Bakı şəhəri Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 266-267-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 49-50-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 113-114-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 146-150-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası (qüvvədən düşmüş) CM-nin 93- 3-cü maddəsinin 3-cü hissəsi təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1 və 67-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə 10 ay 02 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ İŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq olunan 78767 saylı cinayət işi xx.xx.2005-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Eyni zamanda Quliyev X12 rayon məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrumetmə və 03 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2011-cı il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası xx.xx.2005-ci il tarixli cəza ilə qismən birləşdirilərək qəti 03 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilib. Eyni zamanda Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 263.2-ci maddələri təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə, 02 il 02 ay 21 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 02 ay 04 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilib. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində Yasamal RPİ İŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 185.1 və 177.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonuncuya Yasamal rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə (Bakı Apellyasiya məhkəməsinin xx.xx.2011-cı il tarixli qərarı nəzərə alınmaqla) Azərbaycan Respublikası CM-nin 263.2-ci maddə ilə təyin edilmiş cəzanın çəkilməmiş 02 il 02 ay 21 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzası Azərbaycan Respublikası CM-nin 67.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəzaya birləşdirməklə 02 il 02 ay 21 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 04 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 2-ci cild 138-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7230 saylı ekspert rəyindən görünür ki, respublikada yerləşən avtobazalarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən avtomobillərin, şinlərin və disklərin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul-avqust aylarına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd 2006-cı il buraxılışlı, mühərrik nömrəsi 6780683, Ban nömrəsi NM4131B**********, mühərrik həcmi 1600 sm3 olan qara rəngli "X21" markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil - 5500,00 manat; 01 ədəd 2006-cı il buraxılışlı, mühərrik nömrəsi 6775990, Ban nömrəsi NM4131B**********, mühərrik həcmi 1600 sm3 olan qara rəngli "X21" markalı **- EO-*** dövlət qeydiyyat nişanlı avtomobil - 5500,00 manat; 4 ədəd, 185/60 R14 ölçüdə Türkiyə istehsalı olan Lassa markalı şinlərin və 4 ədəd orijinal diskilər - 200,00 manat. Cinayət işinin 2-ci cild 139-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 2-ci cild 179-195-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, "X21" markalı **- SH-*** və "X21" markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobillər, sonuncu avtomobildən oğurlanmış 3 ədəd Twister markalı istifadə olunmuş cins şalvar, 2 ədəd Twister markalı istifadə olunmuş qısaqol idman köynəyi, 1 ədəd Bəyoğlu markalı istifadə edilən qara rəngli idman ayaqqabısı, 4 ədəd istifadə edilmiş markası bilinməyən alt geyimi, 1 ədəd mavi rəngli istifadə edilmiş dəsmal, 2 ədəd qara rəngli Sport markalı istifadə edilmiş idman çantası, eləcə də ** NU *** dövlət qeydiyyat nişanı maddi sübut kimi tanınmış və sahibləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X8 qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş DİN BDYPİ-dən alınmış AD № 810879 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və xx.xx.2022-ci il tarixli 324894 saylı etibarnamənin surətindən görünür ki, "X21" markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən X9 mülkiyyətində olmuş və xx.xx.2022 tarixdən xx.xx.2023 tarixinədək olan müddətə sonuncu tərəfindən Zərərçəkmiş şəxs2 bütün hüquqlardan istifadəyə dair etibarnamə verilmişdir. Cinayət işinə əlavə edilmiş DİN BDYPİ-dən alınmış xx.xx.2022-ci il tarixli 389198 saylı etibarnamənin surətindən görünür ki, "X21" markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən X5 mülkiyyətində olmuş və xx.xx.2022 tarixdən xx.xx.2023 tarixinədək olan müddətə sonuncu tərəfindən Zərərçəkmiş şəxs1 bütün hüquqlardan istifadəyə dair etibarnamə verilmişdir. Cinayət işinə əlavə edilmiş DİN BDYPİ-dən alınmış AD 132486 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və xx.xx.2022-ci il tarixli 225409 saylı etibarnamənin surətindən görünür ki, "X21" markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən X2 mülkiyyətində olmuş və xx.xx.2022 tarixdən xx.xx.2023 tarixinədək olan müddətə sonuncu tərəfindən X8 bütün hüquqlardan istifadəyə dair etibarnamə verilmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərin surətindən məlum olur ki, "X21" markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən X10 mülkiyyətində olmuş və sonuncu tərəfindən Şahid2 etibarnamə verilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 185.2.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 185.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməli, sonuncunun 05 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək 01 (bir) gün, 14 avqust 2022-ci il tarixdən hökmün çıxarıldığı 08 may 2023-cü tarixədək 08 (ay) 24 (iyirmi dörd) gün, ümumilikdə 08 (ay) 25 (iyirmi beş) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İş üzrə maddi sübut kimi tanınmış "X21" markalı **-SH-*** və "X21" markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobillər, sonuncu avtomobildən oğurlanmış 3 ədəd Twister markalı istifadə olunmuş cins şalvar, 2 ədəd Twister markalı istifadə olunmuş qısaqol idman köynəyi, 1 ədəd Bəyoğlu markalı istifadə edilən qara rəngli idman ayaqqabısı, 4 ədəd istifadə edilmiş markası bilinməyən alt geyimi, 1 ədəd mavi rəngli istifadə edilmiş dəsmal, 2 ədəd qara rəngli Sport markalı istifadə edilmiş idman çantası, eləcə də ** NU *** dövlət qeydiyyat nişanı sahiblərinə qaytarıldığınan onların istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 50 (əlli) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkilləri X11 və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkilləri X11 məhkəmədə iştirak etdikləri 45 saata görə 270 manat, Müdafiəçi isə 10 saata görə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək 01 (bir) gün, 14 avqust 2022-ci il tarixdən hökmün çıxarıldığı 08 may 2023-cü tarixədək 08 (ay) 24 (iyirmi dörd) gün, ümumilikdə 08 (ay) 25 (iyirmi beş) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış "X21" markalı **-SH-*** və "X21" markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobillər, sonuncu avtomobildən oğurlanmış 3 ədəd Twister markalı istifadə olunmuş cins şalvar, 2 ədəd Twister markalı istifadə olunmuş qısaqol idman köynəyi, 1 ədəd Bəyoğlu markalı istifadə edilən qara rəngli idman ayaqqabısı, 4 ədəd istifadə edilmiş markası bilinməyən alt geyimi, 1 ədəd mavi rəngli istifadə edilmiş dəsmal, 2 ədəd qara rəngli Sport markalı istifadə edilmiş idman çantası, eləcə də ** NU *** dövlət qeydiyyat nişanı sahibləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X8 qaytarıldığınan onların istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkilləri X11 məhkəmədə iştirak etdikləri 45 saata görə 270 manat, Müdafiəçi isə 10 saata görə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-128/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-128/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver