Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-129/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X10, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X12, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi və vəkili: Müdafiəçi iştirakı ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, Muradova (Alovlu) Ülviyyə Niyaz qızı 27 yanvar 2022-ci il tarixində özünə məxsus “Facebook” sosial şəbəkə hesabında aşağıdakı paylaşımı etmişdir: "Bu pişik balaları bloger bəxtixuyar hacıyevin məndən oğurladığı balalardır. Bərk-bərk gizlətmişdi, indi artıq 8 aylıq oldular. Şəkildən də göründüyü kimi balaların ağız-burnu pox içindədir. Pişiklər nə qədər təmizkar canlı olsa da, onların ağzı, burnu hər gün yuyulmalı, qulaqları təmizlənməlidir. Mən öz pişiyimi lotokdan ayrılan kimi tutub topuşunu-pöpüşünü yuyuram. Özünün şampunu, dəsmalı var. Yoxsa, həm pişik, həm də ev-eşik it günündə olar. İndi təsəvvür edirəm ki, adətən üfunət iyi verən tualetvari o mənzil nə günündədir. Heyf o bəbələrdən, çox heyf. Qondarma dindoş fetoçu olmaqla deyil e, iman insanın qəlbində olmalıdır. Hər şeydə halallıq, enerji balansı mütləqdir! Heç halal eləmirəm! O balalar qənimin olsun!" X1 Yasamal Rayon Məhkəməsinin onu əvvəlki əməllərinə görə bu günə qədər cəzasız qoymasından ruhlanaraq idarəçiliyi ona məxsus olan "mishilbaku" səhifəsindən foto paylaşaraq onun yaşadığı mənzil barədə "adətən üfunət iyi verən tualetvari o mənzil" ifadəsi ilə onu təhqir etmiş, eyni zamanda böhtan atmışdır. X1 eyni zamanda onu oğurluq və terror təşkilatı kimi tanınan fetöçü olduğunu iddia etməklə onu ağır cinayətlərdə ittiham etmişdir. Bundan başqa 24 yanvar 2022-ci il tarixində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna məxsus “Facebook” sosial şəbəkəsində Qubad İbadoğlunun onunla onlayn televiziya proqramı barədə anonsunun, onun fotosu olan paylaşımın altında barəsində "bu pişik oğrusu" ifadəsindən istifadə etməklə yenidən onu həm təhqir etmiş, həm də oğurluqda ittiham edərək böhtan atmışdır. Hər iki halda X2 yazdığı təhqir və böhtanlar iki və daha çox şəxs tərəfindən görülməsi mümkün olan açıq publik məkanlarda yazılmışdır. Yuxarıda qeyd edilənlərdən də görünür ki, “Facebook” sosial şəbəkəsi ictimaiyyətə açıq, minlərlə insanın görə biləcəyi məkandır və X4 ən azı iki nəfər kənar şəxsin görə biləcəyi formada onu təhqir etmiş, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Odur ki, yuxarıdakı göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2, 88.1.3, 204.1,293.3.1 -293.3.7-ci maddələrinin tələblərini nəzərə alaraq, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusi ilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X12 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusi ilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, xüsusi ittihamçı X12 məhkəməyə xüsusi ittiham qaydasında şikayət etməsinə səbəb barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 “Facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində qeyd etdiyi məlumatlar olmuşdur. Məhkəmə X6 ərizəsində qeyd etdiyi halları hüquqi qiymət verərək bildirir ki: X5 X7 “pişik oğrusu” adlandırması şikayət üçün ilkin səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Hazırki halda mübahisə predmeti olan pişiklərin dəyərinin 500 manatdan yuxarı olması Bəxtiyar Hacıyev tərəfindən xüsusi ittiham qaydasında şikayətdə göstərilməmişdir, şikayətdə bu barədə əsaslandırma aparılmamışdır. Bundan əlavə şikayətin məzmunundan da görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin kütləvi informasiya vasitələrində yaydığı iddia edilən məlumatlarda şikayətçi Bəxtiyar Hacıyev barəsində böhtan xarakterli məlumatlar yayılması və ya onun təhqir edilməsinə səbəb olan məlumatların yayılması kifayət qədər əsaslandırılmamışdır. Belə ki, şikayətin mətnində göstərilmişdir ki, “Bu pişik balaları bloger bəxtixuyar hacıyevin məndən oğurladığı balalardır”. Şikayətçi bu ifadə ilə bağlanan paylaşımın onun barəsində olduğunu iddia etsə də, göründüyü kimi şikayətçinin soyadı, adı və atasının adı X8r. Lakin paylaşılan həmin mətndədə şəxsin soyadı və adı “bəxtixuyar hacıyev” kimi yazılmışdır. Bununla da şikayətçinin adı “bəxtixuyar” olmadığı üçün həmin paylaşımda barəsində söhbət edilən şəxsin ona aid olması şikayətdə kifayət qədər əsaslandırılmamışdır. Bundan əlavə paylaşımın mətnindəki “adətən üfunət iyi verən tualetvari o mənzil” ifadəsi ilə şikayətçi ona qarşı təhqir və böhtan atıldığını hesab etmişdir. Xüsusi ittihamçı Bəxtiyar Hacıyev bu ifadənin özünə qarşı təhqir hesab etsə də, işlədilmiş bu ifadələr təhqir və böhtan hesab edilə bilməz. Çünki bu ifadələr şəxsin şərəf və ləyaqəti ilə bağlı deyil, mənzil şəraiti ilə bağlı məsələdir, həmin məlumatlar şəxsə qarşı yönəlməmişdir, əşya hesab edilən evlə bağlıdır. Mənzildən gələn iyin üfunətli olub-olmaması və ya həmin mənzilin tualetvari olub-olmaması həmin məlumatı paylaşmış şəxsin öz təxəyyülünün məhsuludur və təsəvvüründə canlandırdığı formadır. Bundan əlavə şikayətin mətnində göstərilmiş “dindoş fetoçu olmaqla deyil e” ifadələri ilə bağlı qeyd edilir ki, yayıldığı qeyd edilən məlumatlar yuxarıda qeyd edildiyi kimi məhz şikayətçi “X9” aid olması da şikayətdə əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən şikayət əsassızdır. Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» və «şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulanlara uyğun olaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilləri yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi baxımından fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, şikayətçi ərizəsində törədilməsinə dair ittiham irəli sürdüyü böhtanın təsdiqinə dair mötəbər, tutarlı və birbaşa sübutları iş materiallarına əlavə etməmişdir və məhkəməyə təqdim etdiyi barəsində şikayət edilən şəxsin qeydinin (şərhinin) fikir və ya fakt olmasının fərqləndirilməsi baxımından qiymətləndirmə aparılması üçün hər hansı dəlil göstərməmişdir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq “açıqlanmış fikir qiymətləndirici mülahizə sayıldığı halda belə, müdaxilənin mütənasib olub-olmamasına verilən qiymət etiraz olunmuş rəyin yetərli faktual əsasının varlığından asılı ola bilər. Hətta hər hansı faktual əsasa söykənməyən qiymətləndirici mülahizəyə qarşı müdaxilə tədbirinin özü də zəruri həddi aşa bilər.” (Yerusəlim Avstriyaya qarşı. 2001, Dixand və başqaları Avstriyaya qarşı, 2001) Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-129/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-129/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver