Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-129/2024 03.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1988-ci ildə Tovuz rayonu, Çeşməli kəndində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra, sonuncunun həyat yoldaşı Şahid3 Azərbaycan Respublikası Prezident Administrasiyasına işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq 08 fevral 2023-cü il tarixdə saat 14:00 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs məxsus “X13” markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs 9000 manat pulu alaraq verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs 9000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, pulu Cavid adlı şəxsə vermişdir. Cavidin şəxsiyyəti ilə bağlı məlumatlar onda yoxdur. Əsgər 26-cı PB-nə şikayət verib, o da pulu Elvin Məmmədliyə vermişdir, o da Əsgərə qaytarmayıb, polis kapitanı digər şəxsləri də aldatdığına görə barəsində cinayət işi başlanıbş. 9.000 manatı vermişdir Elvin Məmmədliyə, o da Əsgərə verib sonradan. Həmin 9.000 manatı öz qohumlarımdan yığıb vermişdir, Cavidin qohumlarından yox, Cavid Türkiyədədir. Özünü verilmiş ittiham üzrə təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələblərinin olmadığını, onunla barışdığını, həmçinin vurulmuş ziyanın 25% məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 3 ildir Bakıda işləyir, podratçı kimi fəaliyyət göstərir, artıq 4-cü ildir, yoldaşı da Qəbələdə işləyirdi deyə, istəyirdilər ki, bir yerə toplaşsınlar, biraz çətin idi. Bu söhbət getmişdi, Turab da onun yanında işçi olub. O, demişdir ki, söhbət əsnasında yoldaşını çox çalışmış Asana perevod versinlər, lakin alınmamışdır. O da demişdir ki, Elnarə xanım var, bu işlə məşğuldur, işə adam düzəldir, əsgər saldırır başqa yerdən başqa yerə, polisə düzəldir, bu işlə məşğuldur, demişdir ki, lap yaxşı gedək görüşək görək nə deyir, bu formada gəlib işlər bu yerə gəlib çatmışdır. O demişdir ki, 9.000 manat pul lazımdır, həmin vaxt işlərdən pul ödənişləri yox imiş, pis vəziyyətdə olmuş, gedib faizə pul götürüb gətirib vermiş buna. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, müxtəlif tikinti işlərində fəhlə kimi muzdlu olaraq işləyir. Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır. Şahid3 Əsgərin həyat yoldaşıdır. Təqsirləndirilən şəxs 2013-cü il tarixdən tanıyır. Əsgərin özünün tikinti işlərini aparmaq üçün fəhlə briqadası vardır. O, da həmin briqadada fəhlə kimi işləyir 2023-cü ilin əvvəllərində Əsgər hazırda Qəbələ rayonunda işləyən həyat yoldaşı Xəyaləni Bakı şəhərində yerləşən “Asan” xidmət mərkəzlərinin birinə işlə təmin olunmasından ötürü tanış adam axtarırmış. Əsgər özü bu barədə ona məlumat vermişdi və belə bir adam tapdığı halda deməyini xahiş etmişdir. O, Elnarəyə zəng edərək Əsgərin istəyini demişdir. Elnarə ona bunun çox asan iş olduğunu və özünün geniş əlaqələrinin olmasından istifadə edərək tez bir vaxtda həll edəcəyini bildirmişdir. Bu minvalla o və Əsgər, Elnarə ilə görüşməyi planlaşdırmışlar. Təxminən 2023-cü ilin fevral ayının əvvəllərində o, Əsgər və Elnarə ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən metronun «Nizami» metrostansiyasının yanında görüşmüşlər. Elnarə Əsgərin həyat yoldaşını “Asan” xidmətə düzəlmək üçün 7.000 manat, Prezident Administrasiyasına işə düzəltmək üçün isə 9.000 manat istəmişdir. Əsgər həyat yoldaşını Prezident Administrasiyasına işə qəbul etdirmək barədə Elnarə ilə razılaşmışdır. Bununla da görüş sonlanmışdır. Daha sonra xatırlamadığı vaxtda Elnarə pulu Əsgərdən alıb verməyini demişdir. O, Əsgərə işi düzəltmək üçün danışılan 9.000 manat pulu Elnarəyə vermək lazım olduğunu demişdir. Əsgər buna razı olaraq öz maşını ilə Nizami metrostansiyasının yanına gəlmişdir. İlk olaraq o, Əsgər ilə birlikdə avtomobildə oturub bir az söhbət etmişdir. Daha sonra Əsgər avtomobilin içərisində cibindən çıxartdığı 9.000 manat pulu sayıb ona vermişdir ki, Elnarəyə versin. Əsgər idarə etdiyi avtomobili ünvan 4 ünvanına idarə edərək yolun kənarında saxlamışdır. O, orada Elnarəyə zəng edib qeyd olunan ünvana çağırmışdır. Bir neçə dəqiqədən sonra Elnarə özü tək həmin ünvana gəlib Əsgərin idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Həmin vaxt o, Əsgərin ona verdiyi pulu Əsgərin yanında Elnarəyə vermişdir. Elnarə işin yaxın bir ay müddətinə düzələcəyinə söz vermiş və avtomobildən düşüb getmişdir. Bu müddət ərzində onlar Əsgərlə birlikdə işlədiklərindən hər gün görüşür və mütəmadi o, işin düzəlməsi ilə əlaqədar Elnarə ilə əlaqə saxlayırmış. Elnarəyə pulu verdikdən təxminən iki ay keçməsinə baxmayaraq iş yubanmışdır. Bu səbəbdən də Əsgər ona verdiyi və onun da Elnarəyə verdiyi pulu geri tələb etməyə başlamışdır. O, da Elnarədən pulu geri tələb etdikdə Elnarə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Əsgər bunları görüb şikayət etmiş və onu Yasamal RPl-nin 26-cı PB-nin təhqiqatçısı, polis kapitanı Elvin Məmmədli dəvət etmişdir. Elvin Məmmədli onun izahatını almışdır. Polis Bölməsində olarkən X10 zəng edib Bölməyə dəvət etmişdir. Elnarə də Polis Bölməsinə gəlmiş və Əsgərin müraciəti əsasında toplanmış material üzrə eyni qaydada izahat vermişdir. X5kən onunla birgə Əsgərdən aldıqları 9.000 manat pulu sayıb təhqiqatçı Elvin Məmmədliyə vermişdir. Elnarə ilə o, təhqiqatçı X12 də Bölməyə dəvət etməsini xahiş etsələr də, təhqiqatçı Əsgəri özü çağıracağını, pulu Əsgərə protokolla verəcəyini bildirmişdir. Daha sonra Elnarə ilə o, Polis Bölməsindən çıxıb getmişlər. Polis Bölməsində olduqları müddətdən təxminən iki gün sonra Əsgər ona zəng edərək pulun qaytarılıb-qaytarılmamasını soruşmuşdur. O, Elnarənin 9.000 manat pulu təhqiqatçı Elvin Məmmədliyə verdiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Adilə adlı şəxsi tanımır. Cavid və Əli adlı şəxsləri də tanımır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatdadır. Bundan başqa Nizami küçəsi, ev 121, mənzil 30 ünvanı qardaşı X1 adınadır. Qardaşı hazırda Almaniya Federativ Respublikasında yaşadığı üçün, o, anası X3 və atası X2 ilə qardaşına məxsus ünvanda yaşayırlar. Təqsirləndirilən şəxs onların uzaq qohumdur və ara-sıra yaşadıqları evə gəlib-getmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 11 may 2023-cü il tarixdə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** nömrə ilə edilən zəng o və ya ailə üzvləri tərəfindən edilməmişdir. Belə ki, həmin vaxt Elnarə onların evində olmuş və həmin zəng Elnarə tərəfindən olunmuşdur. Həmin mənzildə Adilə adlı qadın işləməmiş və o, Adilə adlı qadını ümumiyyətlə tanımır. Elnarənin göstərdikləri tamamilə yalandır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2007-ci ildə o, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birə nigahdan bir övladı vardır. O, hazırda Qəbələ «ASAN xidmət» mərkəzində mühasibatlıq və təminat sektorunda baş məsləhətçi vəzifəsində işləyir. Ailələri göstərilən ünvanda yaşasa da o, Qəbələ rayonunda işləyir. Bu səbəbdən də onun Bakı şəhərində dövlət müəssisə və ya qurumlarında işlə təmin olunmağı üçün kömək edə biləcək şəxslər axtarırmış. Həyat yoldaşı Əsgər tikintidə briqadir işləyən Şahid1 bu barədə məlumat vermiş, Turab yüksək vəzifəli şəxslərlə geniş əlaqələrinin olmasını və istənilən dövlət idarələrinə sözü keçən şəxslərlə tanış olduğunu deyərək Əsgəri inandırmışdır. Əsgər onun Bakı şəhərində işlə təmin edilməyini Turabdan xahiş etmişdir. Turab bunun pul müqabilində mümkün olduğunu demişdir. Əsgər Turabın sözünə inanaraq razılaşmış və 2023-cü ilin fevral ayında Turaba onu Bakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinin birinə yerini dəyişməyi demişdir. Turab bunu 7.000 manata edəcəyini demişdir. Əsgər Turabla razılaşmamış və Turabdan başqa iş yeri axtarmağı xahiş etmişdir. Turab rəhbərliklə yaxın olan adamla danışıb cavab verəcəyini demişdir. 05 fevral 2023-cü il tarixdə Turab Əsgəri təxminən 40 yaşlarında olan Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Əsgər Turab və Elnarə ilə birlikdə görüşüb bu məsələni müzakirə etmişlər. Müzakirə edərkən Elnarə Əsgərə özünü Ədliyyə Nazirliyinin işçisi kimi təqdim etmiş və onu 9.000 manat pulun müqabilində Prezident Administrasiyasında məxfi şöbəyə 2500 manat əmək haqqı olan işlə təmin edəcəyini demişdir. 08 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində Turab Əsgərə zəng edib Yasamal rayonununda yerləşən metronun «Nizami» stansiyasının yanında görüşməyi təklif etmişdir. Deyilən vaxt Əsgər ora öz avtomobili ilə gedərək Turabla görüşmüş, avtomobilin içində 9.000 manat pulu sayıb ön oturacaqdakı saxlanc yerinə qoymuş, təxminən 5 dəqiqədən sonra Elnarə avtomobildə əyləşmişdir. Turab Əsgərin sayıb qoyduğu 9.000 manat pulu götürüb sayaraq Elnarəyə vermişdir. Elnarə həmin pulu götürüb 1 ay müddətinə onun əmrinin Prezident Administrasiyasına işə düzəlmək üçün veriləcəyini təmin edəcəyinə vəd vermişdir. Təxminən 2-3 gün keçdikdən sonra Əsgər ona məxsus şəxsiyyət vəsiqəsi, diplom, qeydiyyat ünvanı və sair sənədlərin surətini Elnarəyə vermək üçün Turaba təqdim etmişdir. Bir ay keçdikdən sonra Əsgər Turabdan işin nə yerdə olduğunu soruşmuşdur. Turab hər dəfə müxtəlif bəhanələrlə vaxtı yubatmışdır. 11 may 2023cü il tarixdə onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** nömrədən zəng gəlmişdir. Qadın səsi ilə danışan və özünü Prezident Administrasiyasının kadrlar idarəsinin rəisi Adilə adı ilə təqdim edən həmin şəxs Qəbələ rayonuna işə düzəlməklə əlaqədar yoxlama sorğusu verildiyini və rayonu tərk etməməyini deyərək dəstəyi qoymuşdur. O, bu barədə Əsgərə məlumat vermişdir. Əsgər bu zəngə inanmayaraq bununla bağlı Turaba zəng edib görüşmək lazım olduğunu demiş və Turabla görüşmüşdür. Əsgər internet resurslarından nömrənin kimə məxsus olmasını və ünvanını öyrənmişdir. Əsgər Turabla birlikdə həmin ünvana yollandıqda həmin ünvanın Prezident Administrasiyası olmadığını, adi yaşayış mənzili olduğunu deyərək, Əsgərin onu aldatmasını demişdir. Turab səhv olduğunu, Prezident Administrasiyasının işçilərinin iş telefonlarının evdə də olduğunu demiş və yaxın vaxtlarda Elnarə ilə danışacağını bildirmişdir. Təxminən 2-3 gündən sonra o, həmin nömrəyə zəng edib nömrənin hansı idarəyə məxsus olmasını soruşmuşdur. Qadın səsi ilə danışan şəxs buranın mənzil olduğunu deyərək dəstəyi qoymuşdur. Təxminən 20 may 2023-cü il tarixdə zəng olunan telefon nömrəsinin ünvanına Əsgərlə birlikdə getmişdir. Qapını döydükdə 55-60 yaşlarında bir qadın açıb səhv gəldiklərini, buranın mənzil olduğunu, həmçinin qardaşının prokurorluq orqanlarında işlədiyini deyərək onları yola salmışdır. Onlar artıq aldadıldıqlarını anlamışlar. 30 iyun 2023-cü il tarixdə Əsgər Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək və Yasamal RPl-nin 26-cı PB-nə ərizə ilə müraciət edərək şikayət etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır, işə xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 24382 saylı ödəniş qəbzinə əsasən X4 vasitəsilə dövlət büdcəsinə Təqsirləndirilən şəxs tərəfindən 2250 manat əvvəlcədən ödəniş və 2,25 manat xidmət haqqı olmaqla, cəmi 2252,25 manat ödəniş edilmişdir. Həmin ödənişin təyinatı cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödənişdir. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-129/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-129/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver