Məhkəmə qərarları › İş №1(004)-129/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-129/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-129/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat:14:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu Bəşir Səfəroğlu küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surtədə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 22 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin inzibati binasındakı iş ofisində, ictimai yerdə, kənar şəxslərin gözü qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normalan ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış qaydalarına zidd olaraq iş yerində işçilərin olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ona kreditlə satdığı avtomobili qaytarmaq üstündə yaranmış mübahisə zamanı onun anasının adını tez-tez çəkməsini bəhanə gətirərək sonuncunu sol göz nahiyəsindən yumruqla, daha sonra qann və bud nahiyəsindən təpiklə vuraraq sol gözün konyuktiva qişası altına qansızına ilə müşayiət olunun sol göz yuvası nahiyəsinin qançırı sol budun qançırı xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və 5-10 dəqiqə iş rejiminin pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir neçə aydır ki, tanıyır. Həmin şəxslə münasibəti normal olmaqla əvvəllər aralannda dava-dalaş, ədavət və bu kimi hallar olmamışdır. 2024-cü ilin iyul ayında Zərərçəkmiş şəxs **-DA-*** dövlət nömrə nişanlı “Hyundai Coupe” markalı avtomobili kredit üsulu ilə rəsmi müqavilə bağlamaqla almışdır. Müqavilənin şərtlərinə görə hər ay Zərərçəkmiş şəxs 250 manat məbləğində pul ödəməli imiş. Avtomobilin bir aylıq kreditini ödədikdən sonra işləmədiyi üçün bağlanmış müqaviləni ləğv elətdirərək avtomobili qaytarmaq qərarına gəlmişdir. Ona görə də 22 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs işlədiyi ofisinə getmişdir. Həmin vaxt ofisin içərisində Zərərçəkmiş şəxs qeyd etdiyi məsələ ilə bağlı öz fikrini bildirmişdir. Zərərçəkmiş şəxs da avtomobili gətirməyini, guya avtomobilin detallarını satdığını, avtomobili gətirmədikdə isə ona cərimə yazılacağını bildirmişdir. Eləcə də öncəki ayın ödənişini anası ödədiyi üçün söhbət əsnasında Zərərçəkmiş şəxs ananın adım mütəmadi olaraq səsləndirməyə başlamışdır. O, bu barədə 'Zərərçəkmiş şəxs anasının adını tez-tez çəkməməyini, bu hərəkətin onun xoşuna gəlmədiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs ona etdiyi xəbərdarlığa məhəl qoymayaraq etdiyi hərəkətə davam edərək, anasının adını yenidən istifadə etməyə qərəzli surətdə, bilərəkdən davam etmişdir. O. eyni sözləri təkrarlayıb üzərinə gəldiyi üçün bir anlıq əsəblə sağ əli ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Həmin an Zərərçəkmiş şəxs orada olan iş yoldaşları onu tutmuşlar. Buna baxmayaraq o, Zərərçəkmiş şəxs ayağı ilə yüngül bir təpik vurub sonra ofisdən bayıra çıxmışdır. Zərərçəkmiş şəxs ona qarşı etdiyi hərəkətlə bağlı olaraq polisə məlumat verəcəyini bildirdiyi üçün o, bayırda polis əməkdaşlarının gəlmələrini gözləmişdir. Zərərçəkmiş şəxs almış olduğu avtomobilin ehtiyyat hissələrini satmaqla bağlı hər hansı internet saytında elan yerləşdirməmişdir. Bu barədə Zərərçəkmiş şəxs qeyd etdiyi fikir yalan xarakterlidir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində gösətirmişdir ki, Təqsirləndirilən şəxs iki aydır ki, tanıyır, həmin şəxslə münasibəti normal olmaqla aralarında dava-dalaş, ədavət olmamışdır.ünvan 2 ünvanda yerləşən "xxxx" MMC- nin təsisçisidir. Müqavilə bağlamaq hüququ vardır. Özünə məxsus olan **-DA-*** qeydiyyat nişanlı, “Hundai Coupe" markalı, bəzi detalları nasaz olan avtomobilini satmaq qərarına gəlmişdir. 22 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs kredit üsulu ilə ayda 250 manal ödəmək şərti ilə həmin avtomobili müqavilə əsasında satmışdır. 2024-cü ilin sentyabr ayının əvvəllərində sosial şəbəkələrdən birində onun Təqsirləndirilən şəxs satmış olduğu avtomobilin ehtiyat hissələri kimi satıldığını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsnın anasına zəng edərək bununla bağlı həmin şəxsə bildirdikdə, Təqsirləndirilən şəxs anası narahat olmamağı, avtomobilin ödənişlərini vaxtında ödəyəcəklərini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs satmış olduğu avtomobilin ehtiyat hissələri kimi satılmağı ilə bağlı internetə yerləşdirilmiş elan həmin saytdan silinmişdir. İlk ayın ödənişi edilsə də, 22 sentyabr 2024-cü il tarixdə ikinci ayın ödənişi edilməmişdir. Həmin tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs ofisə gəlib müqaviləni pozmaq istədiyini bildirdikdə, ona ya avtomobili qaytarmağını, ya da kredit ödənişini etməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə təzyiq göstərərək avtomobili adından çıxarmağını istəsə də, o, avtomobili gətirəndən, avtomobilə baxış keçirəndən sonra avtomobili onun adından çıxara biləcəyini, bununla bağlı anası ilə də telefonla danışdığını, anasının hər ay ödəniş edəcəklərini dediyini bildirmişdir. Təqsirləndirilən şəxs isə anasının adını çəkməməyini bildirərək onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. Ofisində masanın arxasından durduqda, Təqsirləndirilən şəxs onun üz nahiyəsinə 3 dəfə yumruqla vurmuşdur. Sonra yaxınlaşıb ayağı ilə öncə qarın, sonra bud nahiyəsinə də 2 dəfə ləpik vurmuşdur. Bu zaman ofisdə olan işçilər İbrahim ilə Samir Təqsirləndirilən şəxs aralaşdırdıqda, Təqsirləndirilən şəxs də ofisdən bayıra çıxmışdır. Ancaq o, işçilərinə Təqsirləndirilən şəxs saxlamalarını bildirdikdə, işçiləri də ofisdən çıxaraq Təqsirləndirilən şəxs saxlamışlar. Bundan sonra o, Azərbaycan Respublikasının DİN-in “102” xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmişdir, onunla barışmışdır və hər hansı şikayət və tələbi yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun iş yoldaşıdır. Həmin şəxslə münasibəti yaxşı olmaqla əvvəllər aralarında dava-dalaş, ədavət olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kredit üsülü ilə avtomobil satması, bununla bağlı müqavilə bağlamaları, ancaq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs son ayın ödənişini etməməsi ilə bağlı məlumatı olmuşdur. 22 sentyabr 2024-cü il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-də işdə olduğu zaman, saat 12 radələrində işlədikləri ofisə gəldikdə, yoldaşları Samir və Tərlan birlikdə masa arxasında əyləşərək işləyirmişlər. Təqsirləndirilən şəxs işlədikləri ofisə gəlmiş və Zərərçəkmiş şəxs yaxınlaşaraq öz aralarında bağladıqları müqaviləni pozmaq istədiyini bildirdikdə. Zərərçəkmiş şəxs da ona ya avtomobili qaytarmağını, ya da kredit ödənişini ödəməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə təzyiq göstərərək avtomobili adından çıxarmağını istəsə də, Zərərçəkmiş şəxs avtomobili gətirəndən, avtomobilə baxış keçirəndən sonra avtomobili onun adından çıxara biləcəyini, bununla bağlı Təqsirləndirilən şəxs anası ilə də telefonla danışdığını, anasının hər ay ödəniş edəcəklərini Zərərçəkmiş şəxs dediyini eşitmişdir. Təqsirləndirilən şəxs isə anasının adını çəkməməyini bildirərək Zərərçəkmiş şəxs ünvanına nalayiq, təhqiramiz ifadələr işlətmiş. Zərərçəkmiş şəxs ofisdə masanın arxasından durduqda, Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs üz nahiyyəsinə 3 dəfə yumruqla vuriuşdur. Bu zaman o, və iş yoldaşı Samir Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aralaşdırsalar da, Təqsirləndirilən şəxs yenə yaxınlaşıb ayağı ilə Zərərçəkmiş şəxs öncə qarın, sonra bud nahiyəsinə də bir neçə dəfə təpiklə vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs uzağlaşdırmağa çalışarkən o, ofisdən bayıra çıxmış, ancaq Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs saxlamağı bilirdikdə, iş yoldaşı Samir də ofisdən çıxaraq Təqsirləndirilən şəxs saxlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs da Azərbaycan Respublikasının DİN- nin "102” xidmətinə zəng edərək baş vemş hadisə ilə bağlı məlumat vermişdir. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı hər hansı bir qərəzli hərəkət etməmiş, onu döyməmiş, təhqir etməmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs ofisə gələn zaman hər üçü işləyirmişlər. Baş vermiş hadisə ilə bağlı olaraq iş rejimi pozulmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o da eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 22 sentyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında protokoldan” və ona əlavə edilmiş videogörüntüdən görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 12 saylı binada yerləşən ofisdə baş vermişdir. (İ/V. 11-13). Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 947 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunun sol göz yuvası nahiyəsinin qançırı, sol budun qançın küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İ/V. 23- 24). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (İ/V. 75). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 1 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (İ/V. 76). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 127). “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 139-141). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli 1(004)- 129/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasından xx.xx.2025-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona vurulmuş zərər tamamilə ödənilmişdir və o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi və digər maddi sübutlar, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını bildirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 30 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran şəhərinin inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-656/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 23 dekabr 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 20 (iyirmi) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 20 (iyirmi) iş saatına bərabər hesab edilərək, göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 30 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran şəhərinin inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 220 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar