Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-13/2022 21.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və vəkilləri və nümayəndələri X5 və Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 18 avqust 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Koroğlu küçəsi döngə 2 ev 23-də qeydiyyatda olan hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəndə həbsdə saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 və onun atası Zərərçəkmiş şəxs2 yalandan özünü “World Rent-A-Car" avtomobillərin icarəsi şirkətinin rəhbərlərindən biri kimi təqdim etməklə işlətdiyi şirkətin ofisinə avtomobil alıb icarəyə qoyacaqları təqdirdə hər ay 1000-1500 manat pul qazandıracağına dair bilə-bilə həqiqətə uyğun olmayan vəd verib onların inam və etibarını qazandıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 xx.xx.2018-ci il tarixdə ona verdiyi milli valyuta ilə 37400 (otuz yeddi min dörd yüz) manat təşkil edən 22.000 ABŞ dolları puldan 20.000 ABŞ dollarını Şahid1 ödəməklə onun istifadəsində olan "Mercedes-Benz E200" minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili satın alaraq Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirib guya həmin avtomobili 22.000 ABŞ dollara əldə etməsini bildirib həmin tarixdə əvvəlcə milli valyuta ilə 3400 manat təşkil edən 2.000 ABŞ dollarını, daha sonra isə guya Zərərçəkmiş şəxs1 hər dəfə müştərilərin avtomobili icarəyə götürərkən “World Rent-A-Car"ın ofisinə gedib-gəlməsinin əlavə vaxt itkisinə səbəb olacağını deməklə zərərçəkmiş şəxsləri aldadaraq həmin avtomobilə istənilən formada sərəncam verməklə bağlı bütün səlahiyyətlərdən istifadə etməsi üçün Zərərçəkmiş şəxs1 onun adına baş etibarnamə verilməsinə nail olaraq həmin tarixdə qeyd edilən baş etibarnaməni və milli valyuta ilə 34000 manat təşkil edən 20.000 ABŞ dolları dəyərində olan “Mercedes-Benz E200" minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi ilə H.B.Zərdabi prospektinin kəsişməsində yerləşən Qələbə dairəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə milli valyuta ilə 37400 (otuz yeddi min dörd yüz) manat təşkil edən 22.000 ABŞ dolları məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 mart 2019-cu il tarixdə uşaqlıq dostu olan Şahid1 bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr vurduğu üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2019-cu il tarıxli hökmü ilə 09 il 06 ay müddətə azadlıqdan məhruetmə cəzasına məhkum olmuşdur. Hal-hazırda 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Zərərçəkmiş şəxs1 ilə 2017-ci ilin may ayında Şahid1 məxsus “Hollywood” restoranında keçirilən tədbirdə tanış olmuşdur. Bundan sonra onun Səbinə ilə yaxın münasibəti yaranmışdır. Səbinə ilə münasibəti olduğu ərəfədə o, "xxxx" MMC-nin rəhbəri olaraq, avtomobillərin alqı-satqısı və icarəsi ilə məşğul olmuşdur. 2018-ci ilin iyul ayında Səbinə ona təklif etmişdir ki, icarəyə vermək məqsədi ilə ona bir avtomobil alıb versin gəliri isə bölüşdürsünlər, o isə Səbinənin bu təklifi ilə razılaşmışdır. Həmin ərəfədə uşaqlıq dostu Əliyara məxsus “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onda olmuş və o, həmin avtomobili icarəyə verərək əldə etdiyi gəlirdən Əliyara hər ay ***-**** manat məbləğində pul vermişdir. O Səbinə üçün avtomobil axtaran ərəfədə Əliyar “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəmiş və o, həmin avtomobili Səbinə üçün almaq qərana gəlmişdir. Bundan sonra o Səbinədən 22000 ABŞ dollar pulu alıb həmin puldan 19000 ABŞ dolları Əliyara verərək “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Səbinə üçün almışdır. Həmin vaxt o heç bir rəsmiləşmə aparmamış, bundan sonra həmin avtomobil artıq Əliyara deyil Səbinəyə məxsus olmuş, lakin qısa bir müddət sonra həmin avtomobilin motorunda nasazlıq yarandığı üçün Səbinə avtomobildən heç bir gəlir əldə edə bilməmiş və bu səbəbdən Səbinə ilə onun münasibəti pisləşmişdir. Bu səbəbdən o Səbinəyə həmin avtomobili ona satmasını təklif etmiş, Səbinə isə onun bu təklifi ilə razılaşmışdır. 01 avqust 2018-ci il tarixdə o Səbinəyə məxsus olan “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası Baş X17 İdarəsində Səbinənin adına rəsmiləşdirmiş və bundan sonra Nəsimi rayonunun ərazisində yerləşən notariat kontorunda Səbinədən həmin avtomobilə dair ümumi etibarnamə aldıqdan sonra həmin notariat kontorunun qarşısında 19000 ABŞ dollar pulu Səbinəyə vermişdir. Pulu Səbinəyə verərkən onların yanında heç kim olmamışdır. Həmin avtomobili Səbinənin adına rəsmiləşdirməyinə səbəb isə Səbinə ilə münasibətinin çox yaxın olması üçün ona güvəndiyi, eyni zamanda onun adına çoxlu sayda avtomobil olması olmuşdur. Həmin avtomobil "xxxx" MMC 1 il müddətində icarədə qaldıqdan sonra həmin avtomobili başqa avtomobil ilə dəyişmişdir. 2019-cu ilin mart ayında Səbinənin onun uşaqlıq dostu olan Əliyarla münasibətinin olması səbəbindən Əliyarla aralarında mübahisə yaranmış və o bıçaqla Əliyarın bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona xəsarət yetirmişdir. O hesab edir ki, uzun bir müddət keçdikdən sonra Səbinə və Zahidin ondan şikayət etməsinə səbəb onun Əliyarı vurması olmuşdur. O nə Səbinəyə, nədəki Zahidə qarşı heç bir dələduzluq etməmiş onlar sadəcə ona qarşı qərəzlilik nümayiş etdirib barəsində şikayət etmişlər. Əlavə olaraq hesab edir ki, Səbinə özünə məxsus “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ona sərəncam vermək hüququnu könüllü olaraq verib və o həmin avtomobili Səbinənin razılığı olmadan özgəninkiləşdiribsə belə, ona verilən hüquqdan istifadə edərək bunu edib. Yekun olaraq o əməlində cinayət tərkibinin olmadığı səbəbindən barəsində olan cinayət işinə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin avqust ayında Nəsimi rayonu ərazisində yerləşən “Hollywood” kinoklubda ad günü şənliyində iştirak edərkən orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bundan sonra o Tural ilə görüşməyə başlamış və onların yaxın münasibəti yaranmışdır. Onların çox yaxın münasibəti yarandığından Turalın anası Xalidə xanım da onların evinə qonaq gəlib-getməyə başlamışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs 10.000 manat pul lazım olduqda o, həmin məbləği onun atası Zahiddən alıb Turala borc kimi vermişdir. Təqsirləndirilən şəxs da borc aldığı pulu onlara vəd verdiyi gündə tamlığı ilə qaytararaq onların gözündə daha da çox etibar qazanmışdır. Söhbətlərin birində Təqsirləndirilən şəxs ona demişdir ki, MMC rəhbəri olaraq avtomobillərin icarəsi ilə məşğul olur və əgər o, bir avtomobil alıb Turala versə ən azı ayda 1000-1500 manat məbləğdə gəlir əldə edə bilər. O, bu barədə fikirləşmiş və hər ay 1000-1500 manat pul qazana bilməsi ilə əlaqədar onda tərəddüdləri yaranmış, lakin Tural onu tam əmin etmişdir ki, həmin işə özü nəzarət edəcək və hər ay ən azı ona 1000-1500 manat pul verəcəkdir. O, da bu barədə sonradan atası Zahidə danışmış və atası ilə Turalı tanış etmişdir. Tural onun atası Zahidlə görüşən zaman atasınıda tam əmin etmişdir ki, icarəyə qoyulacaq bir avtomobilə görə hər ay 1000-1500 manat pul qazanmaq olar və bu işə özü nəzarət etdiyi üçün heç bir problem yarana bilməz. Bundan sonra onun atası Turala inanmış və ona demişdir ki, bir avtomobil axtarıb, alaraq Turala verəcək. Bundan sonra Tural onlara “Hollywood” restoranının sahibi Əliyar adlı şəxsin özünə məxsus “Mersedes” markalı **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini 22000 dollara satdığını və həmin avtomobilin çox yaxşı vəziyyətdə olduğunu bildirmiş, həmin avtomobili alıb ona versələr hər ay onlara 1000-1500 manat pul qazandıra biləcəyini təklif etmişdir. Bu zaman onun atası Zahid Təqsirləndirilən şəxs “yaxşı təklifdi, amma bir qədər fikirləşib sonradan sənə məlumat verəcəm” ifadəsini işlətmişdir. 2018-ci ilin avqust ayında o özünün və atası Zahidin ümümi pulları olan seyfdən 22000 dollar pulu götürərək Turala vermişdir ki, sonuncu Əliyara məxsus “Mersedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili alsın. Tural da həmin avtomobili alaraq onun adına rəsmiləşdirmiş, bundan sonra onlar Yasamal rayonu ərazisində Ə.Salamzadə küçəsində yerləşən “Qələbə” dairəsinin yaxınlığında görüşmüşlər və o həmin avtomobili Turala vermişdir ki, sonuncu həmin avtomobili "xxxx" MMC-nin vasitəsi ilə icarəyə versin. Bunan sonra Tural ona demişdir ki, həmin avtomobili müştərilərə icarəyə verən zaman onlara sürmək üçün etibarnamə verməlidi və hər dəfə əziyyət çəkməməsi üçün o Turala baş etibarnamə verməlidir ki, Tural işə başlaya bilsin. O, Turala etibar etdiyi üçün ona baş etibarnamə vermişdir. Tural onu əmin etmişdir ki, bir aydan sonra yəni 2018-ci ilin sentyabr ayından hər ay ona avtomobilin icarəsinə görə ən azı 1000-1500 manat pul verəcəkdir və o, razılaşaraq gözləməyə başlamışdır. Deyilən vaxt çatsa da Tural 2018-ci ilin sentyabr-oktyabr aylarında sözünü tutmamış və ona vəd verdiyi pulu verməyib hər dəfə bir bəhanə deyərək vaxtı uzatmağa çalışmışdır. O, aldandığını görüb 2018-ci ilin noyabr-dekabr ayında bu barədə onun atası Zahidə demiş və bu məsələ ilə sonuncunun məşğul olmasını istəmişdir. Bundan sonra atası Zahid Turaldan vəd etdiyi aylıq qazancları tələb etməyə başlamışdır. Tural gah aylıq pulunu avtomobilin təmirinə, gah da pul lazım olduğundan aylıq qazancı özünə götürərək xərclədiyini bildirmişdir. Atası Zahid aldandıqlarını düşünüb və Turalın onlara pul verməyəcəyini gördükdə sonuncudan avtomobili qaytarmağı tələb etməyə başlamışdır. Tural da onun atasına onlara məxsus “Mersedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili onların icazəsi olmadan başqa bir şəxsə satdığını və qısa zamanda avtomobilin pulunu qaytaracağını bildirmişdir. Onlar Turalın bu vədini də gözləsələr də sonuncu yenə də onları aldadıb vaxt qazanmağa başlamış və heç bir ödəniş etməmişdir. Bundan sonra o, atası Zahidlə birlikdə Turalın anasından həmin məbləği tələb etməyə başlamışlar. Turalın anası Xalidə də evlərini satıb onların pullarını verəcəklərini desə də bu vəd də yalan çıxmışdır. 2019-cu ilin may-iyun ayında Tural bıçaqla Əliyarın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduğu üçün tutulmuşdur. Bu səbəbdən onların Tural ilə əlaqələri kəsilmiş və həmin pulu Turaldan ala bilməmişlər. Sonradan ona məlum olmuşdur ki, Əliyar avtomobilı 20000 dollara satdığı halda Təqsirləndirilən şəxs həmin avtomobilə görə onlardan 22000 dollar pul alaraq buradan da 2000 dollar gəlir əldə edib. Təqsirləndirilən şəxs tutulandan sonra anası Xalidə onlara həmin pulu qaytaracağını vəd edərək bu barədə şikayət etməmələrini xahiş etmiş, lakin hazır ki vaxtadək onların pulunu qaytarılmamışdır. Əlavə olaraq bildirmişdir ki, həmin avtobillə əlaqədar Turala baş etibarnaməni vermişdir ki, sonuncu müştərilərə sürmək üçün etibarnamə versin, əks halda hər müştəriyə etibarnamə verməsi üçün hər dəfə notariat kontoruna getməli olacaqdır və işləri ilə əlaqədar olaraq bu mümkün deyildir, bu növ əməliyatlar üçün isə digər növ etibarnamə vermək mümkün deyildir. O Turala etibarnamə ilə sərəncam vermək hüququnu versədə onların razılaşmalarına görə Turalın həmin avtomobili satmaq hüququ olmayıb, lakin Tural hamin avtomobili ona demədən satmışdır. Son olaraq ona dəymiş 22000 ABŞ dolları məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. 2017-ci ilin avqust ayında qızı Səbinə Nəsimi rayonu ərazisində yerləşən “Hollywood” kinoklubda ad günü şənliyinə getdikdən sonra yeni tanış olduğu iş adamı olan Təqsirləndirilən şəxs barədə ona danışmışdır. Səbinə ona demişdir ki, Təqsirləndirilən şəxs avtomobillərin icarəsi ilə məşğul olur və yaxşı pul qazanır. Əlavə olaraq bildirmişdir ki, Tural ona demişdir ki, bir avtomobil alıb onun şirkətinə icarəyə versə ayda 1000-1500 pul qazana bilər. Səbinə ona Turalın bu təklifi barədə danışdıqda o Turalla görüşüb bu barədə söhbət etmək istədiyini bildirmişdir. Həmin məsələdən sonra Tural onların ailəvi tədbirlərinə dəvət olunmuş və anası ilə onların yaşadıqları evə gəlib-getməyə başlamışlar. Təqsirləndirilən şəxs onunla avtomobil icarəsi ilə bağlı danışan zaman onu tam əmin etmişdir ki, əgər o, bir avtomobil alıb ona versə, Tural həmin avtomobili müştərilərə icarəyə verərək hər ay ona 1000-1500 manat pul qazandıra bilər. Turalın bu təklifinə cavab o bir qədər fikirləşib sonradan ona məlumat verəcəyini demişdir. Həmin söhbətdən əvvəl qızı Səbinə Turala borca vermək üçün ondan 10.000 manat pul istəmiş, o isə Səbinəyə Turala vermək üçün 10.000 manat vermişdir. Bundan sonra Səbinə həmin pulu Turala vermiş, Tural həmin pulu Səbinəyə vəd verdiyi gündə qaytarmış və Turalın bu hərəkəti onun düzgün insan olmasına inanmışdır. Söhbətlərin birində Tural yenə də avtomobil icarəsi barədə söhbət açdıqda fikirləşmişdir ki, qızı Səbinənin adına bir avtomobil alıb icarəyə qoyması üçün Turala versin, icarədən əldə edilən gəliri isə qızı götürüb xərcləsin. Bundan sonra o avtomobil axtarmağa başlamışdır. Həmin ərəfədə Tural onlara ümumi tanışları Şahid1 özünə məxsus “Mercedes” markalı **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını 22000 ABŞ dollara satdığını bildirmiş və həmin avtomobil alaraq ona icarəyə verilməsini məsləhət görmüşdür. Bundan sonra o, 2018-ci ilin avqust-sentyabr ayında onun və Səbinənin ümumi pulundan 22000 ABŞ dollar pulu Turala vermiş və sonuncu onun qızı Səbinə ilə birlikdə Əliyardan qeyd edilən “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 22000 dollara alıb onun qızı Səbinənin adına rəsmiləşdirmişlər. Bundan sonra Səbinə həmin avtomobili Yasamal rayonu ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığında Turala təhvil vermişdir. Tural da Səbinəni bir daha əmin etmişdir ki, həmin avtomobili icarə vərərək onlara hər ay ən azı 1000-1500 manat pul qazandıracaqdır. Həmin vaxt Tural Səbinəyə demişdir ki, həmin avtomobili hər dəfə müştəriyə icarəyə verəndə həmin müştəriyə avtomobili idarə etmək üçün etibarnamə verilməlidir və bu səbəbdən Səbinə hər dəfə notariat kontoruna getməlidir, lakin Səbinənin hər dəfə əziyyət çəkməməsi üçün Tural Səbinəyə təklif etmişdir ki, Səbinə ona həmin avtomobilə aid baş etbarnamə versin ki, Tural həmin etibarnamə əsasında müştərilərə Səbinənin iştirakı olmadan etibarnamə verə bilsin. Səbinə Turala inandığı üçün onun bu təklifi ilə razılaşaraq ona mülkiyyətçisi olduğu “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair baş etbarnamə vermişdir. 2020-ci ilin noyabr-dekabr ayında qızı Səbinədən öyrənmişdir ki, Tural vəd verdiyi kimi avtomobilin icarəsinə görə hər ay ona 1000-1500 manat aylıq qazancı vermir. Bundan sonra o bu barədə özü Turalla danışmışdır, lakin Tural müxtəlif bəhanələrlə onlara vəd etdiyi pulu ödəməkdən yayınaraq gah demişdir ki, aylıq qazancı avtomobilin təmirinə, gah da ki özünə pul lazım olduğu üçün xərcləmiş, buna baxmayaraq həmin pulu sonradan onlara ödəyəcəkdir. Bundan sonra o Turalın vəd etdiyi qazançı onlara verməyəcəyinə əmin olmuş və bu səbəbdən o Turalla görüşüb avtomobili qaytarmasını tələb etməyə başlamışdır. Bu zaman Tural ona demişdir ki, həmin avtomobili onların icazəsi olmadan satıb, lakin qısa bir zaman ərzində pulunu ona tam ödəyəcəkdir. O, yenə də Turalla razılaşsa da sonuncu yenə də onu müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. Bundan sonra o, Turalın anasından avtomobilin pulunu tələb etməyə başlamışdır. Turalın anası ona demişdir ki, evlərini satıb pulu qaytaracaqdır. Lakin 2019-cu ilin aprel-may ayında Turalın Nəsimi rayonunun ərazisində törətdiyi cinayət əməlinə görə həbs edildiyini eşitmişdir. Bundan sonra o, Əliyardan öyrənmişdir ki, ondan alınan avtomobili Tural onlara 2000-3000 ABŞ dolları bahasına satıb. Tural tutulduqdan sonra o, sonuncunun anasından pulunu tələb etməyə başlamışdır. Turalın anası hər dəfə evini satıb onların pulunu qaytaracağını vəd etsədə hamin pulu qaytarmamışdır. Son olaraq ona dəymiş 22000 ABŞ dolları məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə həm məktəb dövrdə, həm də sonradan çox yaxın dostluq münasibətlərində olmuşdur. Tural iş axtardıqda o Turalı onun tanışı Barat adlı şəxsin işlətdiyi Nəsimi rayonu ərazisində yerləşən avtomobil icarəsi şirkətinə işə düzəltmişdir. Tural boş vaxtı olanda tez-tez onun işlətdiyi “Hollywood” restoranına gəlib-gedirmiş. 2018ci ilin may-iyun ayında həmin restoranda olan məclislərin birində Tural Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, sonradan onunla yaxın münasibəti yaranmışdır. Səbinə və Tural birlikdə onun restoranına gəlib söhbət edirdilər. Həmin söhbətlərin birində Tural onun yanında Səbinəyə “sən bir avtomobil alıb mənə ver, mən də həmin avtomobili işlədiyim “Rent-A- Cara” icarəyə qoyum, avtomobil xarab olana kimi hər ay gəlir kimi sənə 1000-1500 manat pul qazandırım, elə bilki oturduğun yerdə əziyyətsiz pul qazanassan” demişdir. O, şəxsən bu ifadəslərin Tural tərəfindən Səbinəyə deyilməsinin şahidi olmuşdur. Səbinə Turalın pul qazanmaqla bağlı etdiyi təklifi bəyənmiş və bu barədə atası Zahidə dedikdən sonra Turala məlumat verəcəyini bildirmişdir. 2018-ci ilin iyul ayında o, özünə məxsus “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün müştəri axtarırmış. Tural onun müştəri axtardığını bildikdə ona demişdir ki, Səbinənin atası ilə razılaşıb, onlar bir avtomobil alıb Turala verəcəklər, o da həmin avtomobili işlədiyi avtomobil icarəsi şirkəti vasitəsi ilə icarəyə verərək icarə haqqı kimi Səbinəyə hər ay 1000-1500 manat pul verəcək. Bundan bir müddət sonra Tural onun yanına gəlmiş və ona 20.000 ABŞ dolları pul verərək “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Səbinə üçün ondan almaq istəmişdir. O, da “bəs Səbinə hardadır” deyə Turaldan soruşduqda Tural Səbinənin işinin olduğunu və sonradan notariusa gələcəyini demişdir. O, Təqsirləndirilən şəxs 20.000 ABŞ dolları pulu götürüb “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ona vermişdir. Sonradan eşitmişdir ki, Səbinə həmin avtomobili öz adına rəsmləşdirmiş və həmin gün Turala vermişdir. Səbinə hər dəfə müştəri gəldikdə etibarnamə verməmək üçün həmin avtomobillə bağlı Turala baş etibarnamə vermişdir. Bundan bir müddət sonra Səbinə və atası Zahid dəfələrlə onun mobil telefonuna zəng edərək Turalın harada olması ilə maraqlanmağa başlamışlar. O, həmin vaxtı öyrənmişdir ki, Səbinə və Zahid mobil telefonla Turala zəng edərərək ona verdikləri avtomobilin icarə pulunu istəyirlər, lakin Tural onlara vəd verdiyi 1000-1500 manat pulu verməmiş və hər dəfə telefon zənglərinə cavab vermədikdə Səbinə və Zahid ona zəng etmişlər. Zahid ona “Turala de ki, sözünün üstündə dursun və bizə vəd verdiyi icarə pulunu versin” ifadələrini işlədərək bu sözləri Turala deməsini ondan xahiş etmişdir. O, da Turalı gördükdə niyə Səbinənin icarə pulunu vermədiyini soruşduqda sonuncu şəxsi borcları olduğunu və borcunu verib qurtardıqdan sonra Səbinənin pulunu verəcəyini bildirmişdir. Bundan sonra Tural verdiyi vədi tutmadığı üçün o, Zahid və Səbinədən qaçmağa başlamışdır. Həmin ərəfədə Zahid Rusiyaya getdiyi üçün ara bir sakitləşmiş, lakin qayıtdıqdan sonra sonuncu yenə də Turaldan pulunu istəməyə başlamışdır. Sonradan eşitmişdir ki, Tural Səbinəyə məxsus avtomobili satıb. Həmin arada onun Turalla aralarında soyuqluq olmuş və bu baxımdan o, onların işinə qarışmamışdır. Bundan sonra onun Turalla onun mübahisəsi yaranmış və Tural bıçaqla ona çoxsaylı xəsarətlər yetirdiyinə görə həbs edilmişdir. Hadisədən artıq uzun zaman keçib, həmdə Tural etdiyi əmələ görə cəzasını alıb, bu səbəbdən onun Turalla düşmənliyi yoxdur və ona qarşı qərəzli deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayınadək olan müddətdə Bakı şəhəri Nizami rayonu Babək prospektində icarə əsasında “AvtoDK100” adlı avtomobil satışı salonu işlədirmiş. 2019-cu ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs “Mercedes” markalı **-RJ-*** nömrəli avtomobillə onun iş yerinə gələrək həmin avtomobili onun işlətdiyi avtosalonda saxlanılmış ona məxsus “Toyota Prado” markalı avtomobili almaq istədiyini bildirmişdir. Söhbət əsnasında Tural özünə məxsus “Mercedes” markalı **-RJ-*** nömrəli avtomobili də satmaq istədiyini ons bildirmidir. O, Turalın satmaq istədiyi avtomobilə baxış keçirmiş və həmin avtomobili ondan almaq istədiyi “Toyota Prado” markalı avtomobillə dəyişə biləcəyini Turala demişdir. Razılıq əldə edildiyi üçün onlar avtomobilləri dəyişmişlər, lakin onun satdığı “Toyota Prado” avtomobilin dəyəri aldığı avtomobildən artıq olduğundan yerdə qalan pulu o, Təqsirləndirilən şəxs almışdır. Bundan sonra o, Turalın ona satdığı “Mercedes” markalı avtomobili BDYPİ-də öz adına rəsmiləşdirərək həmin avtomobilə **- SX-*** dövlət qeydiyyat nişanını almışdır. Həmin vaxtdan sonra o, bir daha Turalı görməmiş və sonuncudan aldığı avtomobili “Turbo.az” saytı vasitəsi ilə tanımadığı müştəriyə satmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid3 Ahmed oğlu ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 230-232-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, 2001-ci il tarixdən Azərbaycan Respublikasına gələrək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış, həm də həmin ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. Həyat yoldaşı Azərbaycan vətəndaşıdır. 2018-ci ilin mart-aprel aylarında Nəsimi rayonu C.Hacıbəqli küçəsində yerləşən Nəsimi Bazarının yaxınlığında “World” Rent-A-Carı icarə əsasında işlətməyə başlamışdır. Həmin müddətdə tanışı Əliyarın xahişi ilə sonuncunun dostu Təqsirləndirilən şəxs işə qəbul etmişdir. O, Təqsirləndirilən şəxs Səbinə adlı qızla yaxın münasibətinin olmasını, eşq yaşadıqlarını bilmişdir. Hətta Turalın idarə etdiyi “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil də həmin Səbinə adlı qıza məxsus olmuşdur. Belə ki, o, Turalın özündən eşitmişdir ki, Səbinənin atasının çörək sexi və biznesi vardır, idarə etdiyi avtomobili Turalın sözünə görə Səbinənin atasından aldığı pula almışdır. Tural həmçinin ondan xahiş etmişdir ki, həmin “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə əsasında işlətdiyi “Rent-A-Cara” qoysun və pul qazansın. O, buna imtina etməmiş və Turalın həmin avtomobili “Rent-A-Cara” qoyaraq pul qazanmasına şərait yaratmışdır. Lakin sonradan Turalın hərəkətlərindən xoşu gəlmədiyi üçün sonuncunu işdən çıxarmışdır. Bir müddət sonra o, həmin “Rent-A-Carı” Elvin adlı şəxsə təhvil vermişdir. O, Elvinlə gürüşdükdə sonuncudan eşitmişdir ki, Tural Elvinin yanında həmin Rent-A-Carda işləyir. Verilən sullara cavab olaraq Şahid3 Ahmed oğlu ifadəsində, Turalın “Mercedes-Benz E200" minik markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili onun icarədarı olduğu World Rent-A-Cara icarəyə qoyaraq pul qazandığını, amma Turalın Zərərçəkmiş şəxs1 Zahıd qızına məxsus avtomobili Rent-A-Cara qoyaraq sonuncuya 1000-1500 manat pul qazandıracağı barədə vəd verməsini, sonradan həmin avtomobili satmasını əvvəllər eşitmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən təqdim edilmiş 30 iyul 2020-ci il tarixli çıxarışdan görünür ki, Mercedes Benz E 200 minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş, sonuncu tərəfindən xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs adına etibarnamə verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən həmin nəqliyyat vasitəsinə görə xx.xx.2018-ci ildən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri Nəsimi rayonu Ə.Qasımzadə küçəsi ev 72 mənzil 54-də qeydiyyatda olan Rashidi Ramazana, xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi ev 162 A mənzil 72-də qeydiyyatda olan X3, xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək müvəqqəti olaraq Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə ŞTQ, Koroğlu ev 23-də qeydiyyatda olan X12 etibarnamə verilmişdir. xx.xx.2019-cu il tarixdə qeyd edilən nəqliyyat vasitəsi alqısatqı müqaviləsi əsasında Bakı şəhəri Xətai rayonu NZS yaşayış sahəsində yaşayan Şahid2 satılmış (Zərərçəkmiş şəxs1ı adından qeydiyyatdan çıxarılmış) və avtomobilin dövlət nömrə nişanı dəyişdirilərək **-SX-*** olmuşdur. Hazırda qeyd edilən nəqliyyat vasitəsi **-SX-*** dövlət qeydiyyat nişanı ilə Goranboy rayonu Yolpaq kənd sakini X4 adına qeydiyyatdadır. (Cild İ, i.v. 24-25) “Təqdim etmə və götürmə barədə” 25 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tanışı Təqsirləndirilən şəxs tərəfindən “World” Rent-A-Car avtomobil icarəsi şirkətinin ofisində saxlanılmasını əks etdirən , eləcə də Təqsirləndirilən şəxs həmin avtomobillə çəkdirdiyi 5 ədəd fotoşəkil təqdim edilmişdir. “World” "Rent-A-Car" avtomobil icarəsi şirkəti “worldrentacar" saytı ilə Azərbaycan Respublikasında fəaliyyət göstərmişdir. Eləcə də digər fotoşəkillərdən görünür ki, Mercedes Benz E 200 minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil həmin “World” "Rent-A-Car"ın ofisinin içərisində müştərilərə təqdim ediləcək şəkildə saxlanılmışdır və Təqsirləndirilən şəxs da həmin nəqliyyat vasitəsinin qarşısında dayanaraq fotoçəkil çəkdirmişlər (həmin fotoşəkildən avtomobilin dövlət nömrə nişanı da aydın formada düşmüşdür). (Cild İ, i.v. 38-41) 16 noyabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 verdiyi ifadəsini bir daha təsdiq edərək həm “Mercedes” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili, həm də həmin avtomobilə aid bütün hüquqlardan istifadəyə görə tərtib edilmiş etibarnaməni Təqsirləndirilən şəxs ünvan 1 ünvanın yaxınlığında verdiyi yeri əyani olaraq göstərmişdir. (Cild İ, i.v. 89-90) “Diskə baxış keçirilməsi haqqında” 28 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində qarşılıqlı olaraq 128 dəfə danışıq aparmış, həmin danışığın 7-si xx.xx.2018 tarixdə, 5-i xx.xx.2018 tarixdə olmuş, 7-si isə xx.xx.2018-dək qeydə alınmışdır. (Cild İ, i.v. 111) “Diskə baxış keçirilməsi haqqında” 02 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istifadələrində olan ***-***-**-** saylı GSM nömrədən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə 16 sms yazmışdır. Belə ki bəzi sms-lərə baxış zamanı müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 xx-xx-2019 tarixdə saat 15:34:44-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə “söyüş söyür, Maşinimi sattin! 10000 mene şexsen borcun var, Allahdan gorxmursan bele danişanda??? Ozüm özümnen utaniram ki senin kimi insani evime buraxmişam” formada sms göndərib. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi üzrə sms-lərə baxış keçirilən zaman müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixə kimi olan müddətdə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə 170 sms yazmışdır. Belə ki bəzi sms-lərə baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2019 tarixdə saat 03:34:51-də istifadəsində olan ***-***-**-** nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** GSM nömrəsinə “Bu oynadigin oyun bela qalmiyacaq. meni isden cixartdirdin. bu qalmiyacaq bela tel gotur daniwaq”, eləcə də xx.xx.2019 tarixdə saat 02:13:03-də “İndi bildim ki duz elamisem sene hecna dusmurdu, senol cunki sen cindirsan. hemise urayimde sana garsi sunhe var idi, tam guvenmirdim sene bildim ki indi menim ela torbami sen tikmisen. ama bunum cvb vereceksen koncinne narakaman darixma sene bakını dar eliyecem narkaman darixma?, habelə xx.xx.2019 tarixdə saat 15:36:24-də “söyüş söyür, masini atava deyib satmisam aqavorka olub aramizda, deyib 10 min bir ver 10 minde bir” formada sms göndərib. Danışıqlar bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək olan müddətdə qarşılıqlı olaraq bir-birinə 999 dəfə zəng edərək danışıq aparmışlar. Eyni zamanda Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək olan müddətdə qarşılıqlı olaraq bir-birinə 75 dəfə zəng edərək danışıq aparmışlar. Bununla bağlı olaraq protokol tərtib edilərək cinayət işinin materialına əlavə edilmişdir. (Cild İ, i.v. 114) 54 saylı notariat kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Etibarnamə”nin surətindən görünür ki, X7 adında qeydiyyatda olan “Mercedes-Benz E200” minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə X1 (Şahid1 qardaşıdır) etibarnamə vermişdir. (Cild İ, i.v. 127-128) AD seriyalı 116509 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes-Benz E200” minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. (Cild İ, i.v. 127-128) “Nəqliyyat vasitəsinin alqı-satqı”sı barədə 01 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, X7 adında qeydiyyatda olan "Mercedes-Benz E200" minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixdə həmin müqavilə ilə Zərərçəkmiş şəxs1 satmışdır. (Cild İ, i.v. 124-126) Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs verilmiş etibarnamədən görünür ki, o sürücülük hüququ olduqda idarə etmək bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etibar edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 19 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X6 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində qarşılıqlı olaraq 16 dəfə danışıq aparmışlar. Bununla bağlı olaraq protokol tərtib edilərək cinayət işinin materialına əlavə edilmişdir. (Cild İ, i.v. 149) xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 179-183, Cild İİ, i.v. 1-4) xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 185-190) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. (Cild İ, i.v. 191) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, ********** VÖEN ilə fəaliyyət göstərən "xxxx" MMC-nin qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur. “Sübutların qiymətləndirilməsi haqqında” 22 iyun 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş bir ədəd DVD disk, iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə qeyd olunan ilkin materiallar, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ifadənin yerində yoxlanılması protokolu və üzləşdirmə protokolu sübut növü kimi qiymətləndirilmişdir. (Cild İİ, i.v. 21-37) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Şahid1 məxsus “Mercedes” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onda olmuş və o həmin avtomobili icarəyə verərək əldə etdiyi gəlirdən Əliyara ödənişlər etmişdir. Bundan sonra Tural Səbinədən 22.000 ABŞ dolları alaraq 19.000 ABŞ dolları Əliyara vermiş və həmin vaxtdan avtomobil artıq qeyri rəsmi olaraq Səbinəyə məxsus olmuşdur. Bundan sonra avtomobilin motorunda nasazlıq yarandığından uzun zaman təmirdə olmuş və Səbinə həmin avtomobildən gəlir əldə etmədiyi üçün onların münasibətləri pisləşmişdir. Bundan sonra Tural münasibətlərin pozulması səbəbindən həmin avtomobili Səbinədən geri almaq qərarına gəlmiş və xx.xx.2019-cu il tarixdə həmin avtomobili Azərbaycan Respublikası Baş X17 İdarəsində Səbinənin adına rəsmiləşdirmişdir. Eyni zamanda həmin gün Nəsimi rayonunun ərazisində yerləşən notariat kontorunda Səbinədən həmin avtomobilə dair ümumi etibarnamə aldıqdan sonra həmin notariat kontorunun qarşısında 19.000 ABŞ dollar pulu Səbinəyə vermişdir. Həmin avtomobili Səbinənin adına rəsmiləşdirməyinə səbəb isə Səbinə ilə münasibətinin çox yaxın olması üçün ona güvəndiyi, eyni zamanda onun adına çoxlu sayda avtomobil olması olmuşdur. Lakin iş materiallarından görünür ki, həmin vaxt Təqsirləndirilən şəxs mülkiyyətində avtomobil olmamışdır. Bundan əlavə Tural məhkəmə icasında verdiyi ifadəsində həmin avtomobili Səbinənin adına rəsmləşdirməmişdən əvvəl artıq onlanrın münasibətlərinin pisləşdiyini bildirmişdir. Turalın Səbinə ilə münasibəti pisləşdikdən sonra həmin avtomobili Səbinənin adına rəsmiləşdirdiyi gün ondan etibarnamə alaraq avtomobilin dəyəri qədər pulu Səbinəyə ödəməsi barədə verdiyi ifadə inandırıcı deyildir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, qeyd edilən avtomobil ilə bağlı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs özündə sərəncam vermək hüququnu əks etdirən etirarnamə verməsinin məqsədi həmin avtomobili satmaq deyil sadəcə Təqsirləndirilən şəxs həmin avtomobili müştərilərə icarəyə verən zaman onlara idarə etmək üçün etibarnamə verməsi olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilmədiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 09 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild İ, i.v. 32-33) Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli 1(101)-873/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 126.2.4-cü maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Nəsimi RPİ-nin MSY-də saxlandığı 28 mart 2019-cu il tarixdən, 30 mart 2019-cu il tarixədək olan müddət, cəmi 02 (iki) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2019-cu il tarixdən hesablanmışdır. (Cild İ, i.v. 101- 107) AZ T № 025715 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Məmmədova aminə Tural qızının atası Təqsirləndirilən şəxsdur. (Cild İ, i.v. 163) “Qətimkan tədbirinin seçilməsinin nəzərə alınması barədə” 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmış və barəsində qətimkan tədbiri seçilməmişdir. (Cild İİ, i.v. 58-59) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(007)-579/2020 nömrəli qərarına əsasən ərizə təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 22 noyabr 2019-cu il tarixli hökmü 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununa uyğunlaşdırılsın, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 il 06 aya endirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yeni redaksiyada 221.3-cü maddəsi ilə təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təyin olunmuş 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm qalan hissələrdə dəyişdirilməmişdir. CM-nin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda törətdiyi əməl Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nın 66.2 və 66.5-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli 1(101)- 873/2019 saylı hökmü ilə ona qəti təyin olunmuş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(007)-579/2020 nömrəli qərarı ilə 09 (doqquz) il 03 (üç) ay müddətinə endirilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2019-cu il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 90 (doxsan) saata görə 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-873/2019 saylı hökmü ilə ona təyin olunmuş 09 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(007)-579/2020 saylı qərarı ilə 09 (doqquz) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş hissəsi hazırki hökmlə təyin olunan cəzaya qismən toplansın və ona qəti olaraq 10 (on) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 iyun 2019-cu il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 90 (doxsan) saata görə 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-13/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-13/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver