Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-130/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, AMİU nəzdində İnşaat Kollecində müəllim işləyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Axtaçı kənində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı ünvan 2 ünvanında hamam otağında olan zaman həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evdə yerə tökülmüş südü silmək üçün hamam otağından dəsmal götürən zaman onun hamam otağında olmasına baxmayaraq həyat yoldaşının nə üçün hamam otağına daxil olması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən həyat yoldaşı Zərərçəkmiş şəxs yerə yıxıb, onun hər iki saidin sıyrıqları və bel-büzdüm nahiyəsinin fəqərə-bağ aparatının gərilməsilə müşaiyət olunmuş həmin nahiyənin qançırı kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlayaraq evlənmiş, evliliklərindən 2020-ci il təvəllüdlü bir oğlan övladı olmuşdur. Həyat yoldaşı Səyalı ilə ailədaxili tez-tez münaqişələri, həyat yoldaşı Səyalı ilə azyaşlı övladlarının böyüdülməsində, habelə qısqanclıq səbəbindən mübahisələri olmuşdur. xx xxxxxx 2021-ci il tarixdə həyat yoldaşı Səyalı valdeynlərinin yaşadığı evlərinə övaldı ilə birlikdə getmiş, həmin günü həyat yoldaşı xəstələndiyi üçün atasının evində qalmalı olmuşdur. xx xxxxxx 2021-ci il tarixdə həyat yoldaşı Səyalı övladını götürüb yaşadıqları evə gəlmişdir. Həyat yoldaşı saat 17 radələrində yaşadıqları, Yasamal rayonu, 7-ci Alatava ev 80A, mənzil 9 ünvanında yerləşən evlərinə çatmışdır. O, hamam otağında olmuş, həyat yoldaşı evdə məişət işləri ilə məşğul olmuşdur. Bu zaman həyat yoldaşı hamam otağına daxil olmuş, o, hamamda olduğundan qapını bağlamasını bildirmişdir. Həyat yoldaşı qapını bağlayıb çıxıb getmiş, daha sonra təkrar gəlib hamam otağının qapısını açmış o, həyat yoldaşına yenidən qapını bağlamasını demişdir. Bu zaman həyat yoldaşı ilə aralarında münaqişələri yaranmış, o, əsəbiləşib evdən çıxıb getmək istəmiş, həyat yoldaşı evin giriş qapısının qarşısında durmuş, o, həyat yoldaşı Səyalının qollarından tutub xəsarət alması üçün qəsdən kənara itələyib yerə yıxmışdır. Daha sonra həyat yoldaşı yerdən durub mətbəxə keçib oradan qaşıqları götürüb ona doğru atmış, qaşıqlar yerə düşmüşdür. Mübahisələri davam etməməsi üçün o, yaşadığı evi tərk edib çıxıb getmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və şikayətinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlayaraq evlənmiş, evliliklərindən 2020-ci il təvəllüdlü bir oğlan övladları olmuşdur. Həyat yoldaşı Cəsarət ilə ailədaxili tez-tez münaqişələri olmuş, həyat yoldaşı onu söyüb təhqir etmiş, azyaşlı övladının ağlamasına, habelə qısqanclıq səbəbindən mübahisələri olmuşdur. O, xx xxxxxx 2021-ci il tarixdə atası əməliyyat olunduğu üçün valdeynlərinin yaşadığı evlərinə övaldı ilə birlikdə getmiş, həmin günü xəstələndiyi üçün atasının evində qalmışdır. xx xxxxxx 2021-ci il tarixdə övladını götürüb yaşadığı evə getmişdir. Həmin günü saat 17:00 radələrində yaşadığı, Yasamal rayonu, 7ci Alatava ev 80A, mənzil 9 ünvanında yerləşən evinə çatmışdır. Həyat yoldaşı evdə olmuş, o, evdə məişət işləri ilə məşğul olmuşdur. Soyuducudan süd götürmək istəyərkən südün yerə töküldüyünü görmüş, südü silmək üçün hamam otağından dəsmal götürməyə keçmişdir. Həyat yoldaşı hamam otağında olmuşdur. Hamamdan dəsmalı götürmüş, bu zaman həyat yoldaşı Cəsarət onunla pis rəftar edərək, nalayiq ifadələrlə təhqir edərək, hamam otağında olduğu halda nə üçün onun hamam otağına daxil olduğuna iradını bildirmişdir. Bu zaman həyat yoldaşı ilə aralarında münaqişə yaranmış, həyat yoldaşı onu nalayiq ifadələr ilə söyüb təhqir etməyə davam etmişdir. Bu anda həyat yoldaşı onun üzərinə hücum çəkərək hər iki qolundan əlləri ilə dartıb yerə yıxmış, bel nahiyəsi yerə zərblə dəymiş, o, bel nahiyəsindən xəsarət almışdır. O, yıxıldığı yerdən durmuş, daha sonra həyat yoldaşı evdən çıxıb getmişdir. Buna görə də o, atasına zəng edib həyat yoldaşının onu döyməsini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialının 14-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx xxxxxx 2021-ci il tarixli, 52 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki aşkar edilmiş xəsarətlər - hər iki saidin sıyrıqları və bel-büzdüm nahiyəsinin fəqərə-bağ aparatının gərilməsilə müşaiyət olunmuş həmin nahiyənin qançırı küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətində, yəni xx xxxxxx 2021-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Sadələşdirilmiş icraat materialının 16-cı vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 17-ci vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 46-cı vərəqəsində olan Bakı şəhəri Yasamal RPİnin 29-cu PŞ tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sadələşdirilmiş icraat materialının 44-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidirr. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığı və onlara dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili E.F.İsmayılovanın məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkil X2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-130/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-130/2021
15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver