Məhkəmə qərarları › İş №1(004)-130/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-130/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-130/2022 20.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxsin müdafiəçisi: “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1988-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş lakin məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12.11.2021-ci il tarixdə saat 12 radələrində ünvan 2 mənzil 15 saylı ünvanın giriş qapısının aralı olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olaraq mənzilin yataq otağındakı şkafı açaraq orada olan Zərərçəkmiş şəxs məxsus dəyəri 85 (səksən beş) manat təşkil edən qızıl qabının içərisindən, bir ədəd 1920 (min doqquz yüz iyirmi) manat dəyərində 583 əyyarlı 24 qram çəkidə “Luç” firmasına məxsus qızıl saat, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 583 əyarlı çəkisi 5 qram olan qızıl üzük, bir ədəd 400 (dörd yüz) manat dəyərində 583 əyarlı 5 qram çəkidə kəhrəba daşlı qızıl üzük, bir ədəd 700 (yeddi yüz) manat dəyərində 583 əyarlı 10 qram çəkidə qızıl nişan üzüyü, bir ədəd 490 (dörd yüz doxsan) manat dəyərində 583 əyarlı kirpi formasında 7 qram çəkidə qızıl üzük, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 583 əyarlı 5 qram çəkidə böyük qırmızı daşlı qızıl üzük, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 583 əyarlı 5 qram çəkidə daşlı qızıl üzük, bir ədəd 1260 (min iki yüz altmış) manat dəyərində 18 qram çəkidə qızıl zəncir, bir ədəd 600 (altı yüz) manat dəyərində ‘İsgəndəriyyə” daşlı boyunbaq, 15 ədəd ümumi dəyəri 825 (səkkiz iyirmi beş) manat təşkil edən qızıl dişlər, bir ədəd 1300 (min üç yüz) manat dəyərində üzərində 6 ədəd brilliyant qaş olan 583 əyarlı 29 qram çəkisi olan “Çayka" firmasına məxsus qızıl saat, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə qızıl qolbaq, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə qızıl qolbaq, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə qızıl qolbaq, bir ədəd 280 (iki yüz səksən) manat dəyərində 4 qram çəkidə qızıl qolbaq, bir cüt 800 (səkkiz yüz) manat dəyərində üzərində 16 ədəd qranat daşı olan 583 əyarlı 10 qram çəkidə sırğa, bir cüt 800 (səkkiz yüz) manat dəyərində 7 qram çəkidə göy daşlı sırğa, bir cüt 450 (dörd yüz əlli) manat dəyərində 6 qram çəkidə romb formalı sirkon qızıl sırğa, bir cüt 500 (beş yüz) manat dəyərində 583 əyarlı, 6 qram çəkidə dəyirmi formalı qızı) sırğa, bir cüt 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə uzun oval formalı qızıl sırğa, bir cüt 640 (altı yüz qırx )manat dəyərində 8 qram çəkidə Rusiya istehsalı mirvari formalı qızıl sırğa, bir cut 280 (iki yüz səksən) manat dəyərində 583 əyarlı 4 qram çəkidə kiçik qızıl sırğalar, bir cüt 100 (yüz) manat dəyərində gümüş sırğa, bir ədəd 700 (yeddi yüz) manat dəyərində 10 qram çəkidə qızıl boyunbaq, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə qızıl boyunbaq, bir ədəd 720 (yeddi yüz iyirmi) manat dəyərində 9 qram çəkidə qızıl boyunbaq, bir ədəd 420 (dörd yüz iyirmi) manat dəyərində 6 qram çəkidə kəhrəba klonlu qızıl boyunbaq, bir ədəd 560 (beş yüz altmış) manat dəyərində 8 qram çəkidə üzərində ərəb hərfləri ilə “ALLAH” sözü olan kulonlu qızıl zəncir, bir ədəd 560 (beş yüz altmış) manat dəyərində 8 qram çəkidə yumru naxışları olan klonlu qızıl zəncir, bir ədəd 500 (beş yüz) manat dəyərində 7 qram çəkidə ortasında romb formasında daşı olan qızıl nişan üzüyü, bir ədəd 600 (altı yüz) manat dəyərində 4 qram çəkidə briliant qaşlı qızıl üzük,bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə romb formasında sirkon daşlı qızıl üzük, bir ədəd 400 (dörd yüz) manat dəyərində 5 qram çəkidə mirvari qızıl üzük, bir ədəd 500 (beş yüz) manat dəyərində 7 qram çəkidə daşlı qızıl üzük, bir ədəd 280 (iki yüz səksən) manat dəyərində 4 qram çəkidə ağ sirkon oval ilə qızıl üzük, bir ədəd 630 (altı yüz otuz) manat dəyərində 9 qram çəkidə oyma formasında enli qızıl üzük, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə çiçəkli qızıl üzük, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə “İsgəndəriyyə'’ daşı ilə qızıl üzük, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram dəyərində daşlı qızıl üzük.bir ədəd 500 (beş yüz) manat dəyərində 10 qram çəkidə qızıl onluq, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram qızıl qulplu beşlik, bir ədəd 825 (səkkiz yüz iyirmi beş) manat dəyərində 15 qram çəkidə qızıl beşlik, bir ədəd 500 (beş yüz) manat dəyərində mirvari boyunbaq, bir ədəd 100 (yüz) manat dəyərində gümüş qara klon, bir ədəd 630 (altı yüz otuz) manat dəyərində 9 qram çəkidə dəyirmi formalı qızıl klon, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə bürc formalı qızıl klon, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə üzərində ərəb yazısı olan dairəvi formada qızıl klon, bir ədəd 200 (iki yüz) manat dəyərində üçbücaq forlamh qızıl klon, bir ədəd 200 manat dəyərində boz mavi çınqıllı qızıl klon, bir ədəd 100 (yüz) manat dəyərində uşaq üçün qızıl klonu. bundan başqa həmin şkafda olan telefon qutusunun içərisində həmin dövr üçün milli məzənnə ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları və 100 (yüz) manat nağd pulu və bundan başqa üzərində 10 (on) manat dəyərində Rusiya Federasiyası GSM nömrəsi olan 140 (yüz qırx) manat dəyərində Xioami Redmi 6A 2 markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 26.365 (iyirmi altı min üç yüz altmış beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə təqsirli bilinmiş və bir il müddətinə azadlıqdan məhrum olunmuşdur. 2019-cu ildə azadlığa çıxmışdır, əvvəllər narkotik vasitələrdən qanunsuz istifadə etmiş və bu səbəbdən bədənində olan ağrılara görə hal hazırda Bakı ııarkoloji dispanserdə qeydiyyatdadır. Demək olar ki, hər gün Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən Narkoloji dispanserə dərman alıb içmək üçün gəlmişdir. Sonuncu dəfə yenidən 12 noyabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən narkoloji dispanserə gəlmişdir. Orada olan zaman həkimin işdə olmadığını bilib bir müddət gözləmək qərarına gəlmişdir. Narkoloji dispanserin yaxınlığnda olan zaman təbii ehtiyacını ödəmək üçün tualet axtarmışdır. Lakin yaxınlarda tualet olmadığı üçün dispanserə bitişik binanın blokuna daxil olmuşdur. 5 mərtəbəli binanın 3-cü mərtəbəsinə qalxıb orada təbii ehiyacını ödəmək istəmişdir. Bu zaman yuxarı mərtəbələrdən bir nəfər qadının tələsik şəkildə düşdüyünü müşahidə etmişdir. Həmin qadın düşdükdən sonra o, qapının bağlanma səsini eşitmədiyini xatırlamış və qapının açıq olub-olmamasını yoxlamaq üçün yuxarı mərtəbəyə çıxmışdır. Binanın 5-ci mərtbəsində çıxan zaman sağ tərəfdə olan mənzilin qapısının aralı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, həmin mənzilə daxil olub, orada heç kimin olmadığından əmin olmuş və həmin mənzildən oğurluq etmək niyyətinə düşmüşdür. O, əvvəlcə mənzilin qonaq otağına daxil olmuşdur. Orada çoxlu sənədlər, kitablar və bir ədəd kompüter olduğunu görmüş, əvvəlcə kompüteri götürmək qərarına gəlsə də sonradan onu götürəcəyi təqdirdə polislər tərəfindən daha tez tapılacağını fikirləşib həmin kompüterə əl vurmamışdır. Bundan sonra o, mənzilin yataq otağına keçmiş, orada olan şkafı açmışdır. Şkafı açdıqdan sonra kiçik qızıl qabının olduğunu görmüş, həmin qızıl qabını açdıqdan sonra içərisində çoxlu qızılların olduğunu görüb onu əynində olan qara rəngli gödəkçəsinin cibinə qoymuşdur. Bundan sonra həmin yerdə kiçik telefon qutusu olduğunuda aşkar etmiş, həmin qutunu açaraq içərisində bir ədəd telefon, 300 ABŞ dolları və 100 manat pul olduğunu görmüşdür. Həmin telefonu və pulları cibinə qoymuşdur. Bundan sonra mənzilin yataq otağında olan kravatın yanındakı tumbanı açıb içərisində olanları yerə tökərək baxmış və orada qiymətli heç nə aşkar etməmişdir. Bundan sonra o, mənzilin tualetinə daxil olaraq təbii ehtiyacını ödəmiş və suyu çəkərək mənzildən çıxmışdır. Mənzildən çıxdıqdan sonra o, qapını bağlamış, lakin açar olmadığına görə qapıya kilid vura bilməmişdir. Mənzildən çıxdıqdan sonra o, mobil telefonu açmaq istəmiş lakin həmin telefon açılmamışdır. Bundan sonra o, həmin telefonun tapılmaması üçün yerə vurub sındırmış və hal-hazırda xatırlamadığı yerdə mobil telefonu zibil qutusuna atmışdır. Həmçinin mənzildən götürmüş olduğu qızıl qabında həmin yerə atmışdır. Orada içərisində qızıllar olan paketi cibinə qoyub yaşadığı evə getmişdir. Evə gələn zaman ailə üzvləri evdə olmamışdır. Bundan sonra o, talamış olduğu qızıl zinyət əşyalarını sellofan paketin içərisində bir az əzmiş və yenidən evdən çıxaraq onları satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, Bakı şəhəri Əhmədli metro stansiyasının çıxışında yerləşən qızıl alış və satışı mağazasına yaxınlaşmışdır. Orada olan şəxsdən qızıl alıb almayacağını soruşmuş, sonradan adının Aqil olduğunu öyrəndiyi şəxs ala biləcəyini bildirmiş və ondan qızılları istəmişdir. O, cibində olan sellofana bükülmüş qızılları çıxardıb təqdim etmişdir. Bu zaman o, qızılların kimə məxsus olduğunu soruşduqda o, qızılların özünə məxsus olduğunu demiş və anasının xəstə olduğunu bu səbəbdən satmaq niyyətinin olduğunu bildirmişdir. Bu zaman həmin şəxs qızılları sellofandan çıxardıb baxmış və üzərində olan əziklərin səbəbini soruşmuşdur. O, vermiş olduğu cavabında qızılların köhnə olduğunu və əzilmə səbəblərinin ona məlum olmadığını bildirmişdir. Bundan sonra Aqil adlı şəxs həmin qızılları tərəziyə qoymuş və ümumilikdə 111 qram olduğunu bildirmişdir. O, Aqil adlı şəxsə qızılın qramını neçədən alacağını soruşduqda Aqil, qramını 54 manatdan hesablayacağını, ona ümumilikdə 6000 manat pul verəcəyini bildirmişdir. Bundan sonra o, özünü şübhəli aparmamaq üçün bir az bu barədə düşünmüş və sonradan onunla razılaşmışdır. Aqil ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, həmin vəsiqənin kserosurətini çıxarıb orada qızılı satması ilə bağlı qeydlər aparmasını bildirmişdir. O, həmin kağızda 111 qram qızılı 6000 manata satması barədə öz qeydlərini aparmış və Aqil adlı şəxsdən 6000 manat pulu alıb oradan çıxmışdır. Almış olduğu pulun 3100 manatını öz şəxsi məqsədləri üçun Bakı şəhərində müxtəlif kafelərdə xərcləmiş, qalan hissəsini isə yaşadığı evdə qonaq otağında yerləşən divarın altında olan çantanın içində gizlətmişdir. Həmin pulu orada gizlətməkdə məqsədi sonra yenidən istifadə etmək olmuşdur. 19 fevral 2021-ci il tarixdə saat 12 radələrində o, yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və oğurluq cinayətində şübhəli bilindiyini ona bildirmişlər. O, bu zaman törətmiş olduğu cinayət əməlini xatırlamış və polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə getmişdir. Orada şifahi söhbət zamanı törətmiş olduğu cinayət əməlini etiraf etmiş və bu barədə izahat yazmışdır. Törətmiş olduğu əməlindən peşman olduğunu, ziyanın bir hissəsini ödədiyini, buna görə də yüngül cəza verilməsini xaziş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun həyat yoldaşı Şahid3 Yasamal RPİ-nin 28-ci PB-nə yazmış olduğu ərizənin mahiyyəti ona aydındır. Belə ki, o, qeydiyyatda olduğu ünvanda həyat yoldaşı və bir az yaşlı övladı ilə birlilkdə yaşayır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan Tarixi Kafedrasının müdiridir. O və həyat yoldaşı Şahid3 işləyir, az yaşlı övladı isə məktəblidir. 12 noyabr 2021-ci il tarixdə saat 07:30 radələrində həyat yoldaşı Elşən az yaşlı övladı Emili orta məktəbə aparmış və təxminən 08:10 radələrində evə qayıtmışdır. O, evə qayıtdıqdan sonra paltarını dəyişmiş və 08:45də yaşadığı evdən çıxaraq iş yerinə getmişdir. Bundan sonra o, saat təxminən 10 radələrində yaşadığı evdən çıxaraq iş yerinə getmişdir. İşdə olan zaman həyat yoldaşı ona zəng vuraraq uşağı məktəbdən götürməyə vaxtının olmadığını bildirərək yalnız nahar üçün evə gələciyini bildirmişdir. Bundan sonra o, iş yerindən çıxaraq uşağı məktəbdən götürmək üçün metro ilə gəlmişdir. Yolda olan zaman saat təxminən 13:30 radələrində həyat yoldaşı ona zəng vuraraq mənzildən nəsə axtarıb axtarmadığını soruşmuşdur. O, vermiş olduğu cavabında mənzildən heç nə axtarmadığını bildirmişdir. Bu zaman həyat yoldaşı Elşən təcili evə gəlməsini istəmişdir. Bundan sonra o, yaşadığı evə getmiş və evlərinə oğurluq üçün şəxsin daxil olduğunu yataq otağının dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir, ilkin olaraq mənzilə baxan zaman yataq otağından başqa heç bir otağa müdaxilə olunmadığını görmüşdür. Bundan sonra o, həyat yoldaşına baş vermiş hadisə barədə polisə məlumat verməsini demişdir. Həyat yoldaşı Şahid3 DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və təxminən 10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlib baş vermiş hadisəni qeydə almışlar. Həmçinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində baş vermiş hadisə nəticəsində yaşadığı mənzilin yataq otağında olan şkafın içərisində 85 manat dəyərində qızıl qabının içərisində bir ədəd 583 əyyarlı 24 qram çəkidə qiyməti 1920 manat olan Luç firmasına məxsus qızıl saat, bir ədəd 583 əyarlı çəkisi 5 qram olan, dəyəri 350 manat olan qızıl üzük,bir ədəd 583 əyarlı, 5 qram çəkidə 400 manat dəyərində kəhrəba daşlı qızıl üzük, bir ədəd 583 əyarlı 10 qram çəkidə 700 manat dəyərində qızıl nişan üzüyü, bir ədəd 583 əyarlı kirpi formasında 7 qram çəkidə 490 manat dəyərində qızıl üzük, bir ədəd 583 əyarlı 5 qram çəkidə 350 manat dəyərində böyük qırmızı daşla qızıl üzük . bir ədəd 583 əyarlı. 5 qram çəkidə 350 manat dəyərində daşlı qızıl üzük, bir ədəd 18 qram çəkidə 1260 manat dəyərində qızıl zəncir.bir ədəd 600 manat dəyərində İsgəndəriyyə daşlı anlikvarlı kulon. 15 ədəd 825 manat dəyərində qızıl dişlər, bir ədəd 6 ədəd brilliyant qaşlı, 583 əyarlı. 29 qram çəkisi olan 1300 manat dəyərində Çayka firmasına qızıl saat, bir ədəd 5 qram çəkidə 350 manat dəyərində qızıl qolbaq, bir ədəd 5 qram çəkidə 350 manat dəyərində qızıl qolbaq, bir ədəd 5 qram çəkidə 350 manat dəyərində qızıl qolbaq, bir ədəd 4 qram çəkidə 280 manat dəyərində qızıl qolbaq, bir cüt 800 583 əyarlı 10 qram çəkidə 16 ədəd qranat daşı ilə olan sırğa, bir ədəd 7 qram çəkidə 800 manat dəyərində göy daşlı bir cüt sırğa, bir ədəd 6 qram çəkidə 450 manat dəyərində romb formalı sirkon qızıl bir cüt sırğa, 583 əyarlı. 6 qram çəkidə 500 manat dəyərində dəyirmi formalı bir cüt qızıl sırğa, 5 qram çəkidə 350 manat dəyərində uzun oval formalı bir cüt qızıl sırğa, bir cüt 8 qram 640 manat dəyərində Rusiya istehsalı mirvari formalı qızıl sırğa, bir cüt 583 əyarlı, 4 qram çəkidə 280 manat dəyərində kiçik qızıl sırğalar, bir cüt 100 manat dəyərində gümüş sırğalar, bir ədəd 10 qram çəkidə, 700 manat dəyərində qızıl boyunbağı, bir ədəd 5 qram çəkidə. 350 manat dəyərində qızıl boyunbağı, bir ədəd 9 qram çəkidə 720 manat dəyərində qızıl boyunbağı, bir ədəd 6 qram çəkidə 420 manat dəyərində kəhrəba kulonlu qızıl boyunbağı, bir ədəd 8 qram çəkidə, 560 manat dəyərində üzərində ərəb həriləri ilə ALLAH sözü olan kulonlu qızıl zəncir, bir ədəd 8 qram çəkidə 560 manat dəyərində yumru naxışları olan, klonlu qızıl zəncir, bir ədəd 7 qram çəkidə, 500 manat dəyərində ortada romb formasında daşı olan qızıl nişan üzüyü, bir ədəd 4 qram çəkidə 600 manat dəyərində briliant qaşlı qızıl üzük.bir ədəd 5 qram çəkidə 350 manat dəyərində romb formasında sirkon daşlı qızıl üzük, bir ədəd 5 qram çəkidə 400 manat dəyərində mirvari qızıl üzük, bir ədəd 7 qram çəkidə 500 manat dəyərində daşlı qızıl üzük, bir ədəd 4 qram çəkidə 280 manat dəyərində ağ sirkon oval ilə qızıl üzük, bir ədəd 9 ram çəkidə 630 manat dəyərində barmağın falanqsındakı doyma formasında enli qızıl üzük, bir ədəd. 5 qram çəkidə 350 manat dəyərində çiçəkli qızıl üzük,bir ədəd 5 qram çəkidə 350 manat dəyərində İsgəndəriyyə daşı ilə qızıl üzük, bir ədəd 5 qram dəyərində 350 manat dəyərində daşlı qızıl üzük,bir ədəd 10 qram çəkidə 500 manat dəyərində qızıl onluq, bir ədəd 5 qram 350 manat dəyərində qızıl qulplu beşlik. 15 qram çəkidə 825 manat dəyərində qızıl lom. bir ədəd 500 manat dəyərində mirvari boyunbaq, bir ədəd 100 manat dəyərində gümüş qara klon.bir ədəd 9 qram çəkidə 630 manat dəyərində dəyirmi formalı qızıl kulon.bir ədəd 5 qram çəkidə 350 manat dəyərində bürc forçalı qızl klon.bir ədəd 5 qram çəkidə 350 manat dəyərində üzərində ərəb yazısı olan dairəvi formada qızıl kulon. bir ədəd 200 manat dəyərində üçbücaq forlamlı qızıl klon, bir ədəd 200 manat dəyərində moz mavi çınqıllı qızıl klon. bir ədəd 100 manat dəyərində uşaq üçün qızıl klon və bundan başqa 2019-cu ildə Rusiya Federasiyasından 140 manata alınmış üzərində 10 manat dəyərində rus GSM nömrəsi olan Xioami Redmi 6A 2 markalı mobil telefon, telefon qutusunun içərisində 300 ABŞ dolları və 100 manat nağd pul talandığını bildirmişdir. Ona dəymiş maddi ziyandan 2900 manat hissəsi ödənilmiş, qalan hissəsi ödənilməmişdir, ziyanının qalan hissəsini tam şəkildə tələb edir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, və həyat yoldaşı Zərərçəkmiş şəxs işləyir, az yaşlı övladı isə məktəblidir. 12 noyabr 2021-ci il tarixdə saat 09 radələrində onlar yaşadığı evdən çıxmış və o, saat 13 radələrində nahar üçün evə qayıtmışdır. O, evə gələn zaman qapını bağlı vəziyyətdə aşkar etmiş və özündə olan açar ilə qapını açmış və o, mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra yataq otağının qismən dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, təcili olaraq həyat yoldaşı Zərərçəkmiş şəxs zəng vurmuş və mənzildən oğurluq olması barədə şübhəli olduğunu bildirib evə gəlməsini xahiş etmişdir. Təxminən 25 dəqiqə sonra həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evə gəlmişdir. O, evə gəldikdən sonra yaşadığı evin yataq otağındakı şkafda saxladığı qızılların oğurlandığını təsdiqləmişdir. Bundan sonra o, baş vermiş hadisə ilə əlaqədar DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Vüsal əvvəllər cinayət əməli törətdiyinə görə məhkum olunmuşdur. Vüsalın törətmiş olduğu cinayət əməli ona sonradan məlum olmuşdur. Belə ki, 19.11.2021-ci il tarixdə evdə olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. O, qardaşı Vüsalın yanına Yasamal RPİ-nin 28-ci PB-nə gəldikdən sonra Vüsalın 12.11.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən mənzillərdən birindən oğurluq etməsini ona məlum olmuşdur. O, PBdə qardaşı Vüsal ilə söhbət zamanı o, törətmiş olduğu cinayət əməlini ona səmimi etiraf elmişdir. O, qardaşı Vüsaldan hansı səbəbdən cinayət əməli törətdiyini soruşduqda, Vüsal ona heç nə deməmiş və başını aşağı salmışdır. Bundan sonra o, Vüsal ilə danışa bilməmişdir. Bir neçə gün sonra evdə olan zaman polis əməkdaşları Vüsal ilə yaşadığı ünvana gəlmişlər. Polis əməkdaşları Vüsal ilə istintaq hərəkəti aparılacağını bildirib ondan hər hansı bir narazılığının olub-olmadığını soruşduqda, o, heç bir narazılıq etməmişdir. Bundan sonra polis əməkdaşları və Vüsal mənzilə daxil olmuşlar. Vüsal ifadə verən zaman talamış olduğu qızıllardan əldə etdiyi pulun bir hissəsini yaşadığı evin qonaq otağında yerləşən divanın alt hissəsində parça çantanın içərisində gizlətdiyini bildirmiş və oradan 2900 manat pulu çıxardıb polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu Məhəmməd Hadi küçəsində Əhmədli metro stansiyasının çıxışında yerləşən kiçik mağazada təxminən 5 ildir ki, qızıl zinyəl əşyalarının alışı və satışı ilə zərgər kimi məşğul olur. Qızıl alışını daim sənəd əsasında həyata keçirdir. Sonuncu dəfə 12.11.2021-ci il tarixdə saat təxminən 15 radələrində işlədiyi yerdə olan zaman bir nəfər əvvəllər tanımadığı, sonradan adının Vüsal olduğunu öyrəndiyi şəxs onun işlədiyi yerə daxil olaraq qızıl alıb almayacağını soruşmuşdur. O, isə həmin şəxsə əgər qızıllar oğurluq deyilsə ala biləcəyini bildirmişdir. Bu zaman həmin şəxs ona qızılların özünə məxsus olduğunu lakin anası ağır xəstə olduğu üçün məcburiyyət qarşısında qalıb qızıllarını salmalı olduğunu bildirmişdir. Bundan sonra o, Vüsal adlı şəxsə qızılları təqdim etməsini xahiş etmişdir. O, cibindən bir ədəd sellofan paketdən qızılları çıxardıb ona təqdim etmişdir. O, həmin qızıl zinyət əşyalarının bir hissəsinin əzilmiş vəziyyətdə olduğunu aşkar edib bu barədə soruşduqda Vüsal, həmin qızılların uzun müddət onda olduğunu lakin hansı şəraitdə zədələndiyinin ona məlum olmadığını bildirmişdir. Bundan sonra o, həmin şəxsə bəzi qızıl zinyət əşyalarının üzərində qaşların olduğunu lakin həmin daşları hesablamayacağını, ondan qızıl zinyət əşyalarını lom dəyərində ala biləcəyini bildirmişdir. Vüsal ondan bir qramı neçəyə alacağını soruşduqda o, qızılın bir qramına görə 54 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra o, Vüsal adlı şəxsin ona vermiş olduğu qızılları tərəzidə çəkib ümumilikdə 111 qram təşkil etdiyini aşkar etmişdir. Ümumi dəyərin isə 5994 manat olacağını bildirmişdir. Bu zaman Vüsal bir az düşünmüş və anasının xəstə olduğunu bir daha vurğulayıb çarəsiz qaldığına görə qızılları satmalı olduğunu bildirib onunla razılaşmışdır. Bundan sonra o, Vüsaldan şəxsiyyət vəsiqəsini istəmişdir. Vüsal əynində olan qara rəngli gödəkçənin iç cibindən şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsinə baxaraq həqiqətən də qızıl satan şəxsin sənəddə olan şəxs ilə eyni olduğunu aşkar etmişdir. Bundan sonra o, həmin sənədin kserosurətini çıxartmış və qızılları satması ilə bağlı öz qeydlərini aparmasını xahiş etmişdir. Vüsal adlı şəxs ona etiraz etməmiş və həmin kağızda öz qeydlərini aparmışdır. Bundan sonra o, Vüsala 6000 manat pul vermişdir. Vüsal ona 6 manat pulun üstünü qaytarmalı olduğunu lakin hal hazırda üstündə xırda pul olmadığını bildirdikdə, o. xırdaçılıq etməmiş və pulun üstünün qalmasını bildirmişdir. Bundan sonra Vüsal mağazadan çıxıb getmişdir. O, bir qədər sonra Vüsaldan aldığı qızılları əritdim və “lom” şəklində şəhərin müxtəlif yerlərində işləyən qızıl satan şəxslərə qramını 60 manatdan sataraq və ümumilikdə 660 manat xeyir əldə etmişdir. Qızılları aldıqdan təxminən bir həftə sonra işlədiyi yerə polis əməkdaşları gəlmişlər. Onlarla söhbət zamanı qızılları ona salan Vüsal adlı şəxs həmin qızılları mənzildən oğruladığı və ona satması məlum olmuşdur. İş üzrə məhkəmə-trasoloji ekspertizasının 02.12.2021-ci il tarixli 3/1935 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş silindrik mexanizm təyinatı üzrə istifadəyə yaralıdır və onun səthində, açar yuvasının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə silindirik mexanizmin ştat açarı və ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. Təqdim edilmiş qıfılın konstruksiyasına görə onu hər hansı bir predmetin köməyi ilə iz yaratmadan açmaq olar. İş üzrə məhkəmə-daktiloskopik ekspertizasının 01.02.2022-ci il tarixli 3/3-198 nömrəli rəyinə əsasən təqdim edilmiş 9. 10. 12 və 15 saylı daktilolentin səthindəki əlbarmaq izlərin şəxsiyyətin eyniləşdirilməsi üçün yaralıdır. Təqdim edilmiş 1, 2, 3, 4, 5, 6, 7, 8, 11, 12, 31, 14, 15, 16, 17 saylı daktilolentin səthindəki papilyar naxış izləri yayıldığına görə tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 10 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs saol əlinin böyük barmağından qalmışdır. Təqdim edilmiş 9.15 və 15 saylı daktilolentin səthindəki əl barmaq izləri Təqsirləndirilən şəxs əl barmaqlarından qalmadır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.12.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09.07.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyandan 2900 manat hissəsi ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın 2900 manat hissəsinin ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 20.11.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19.11.2021-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 2900 manat nağd pulun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, Yasamal RPİ-nin müvəqqəti saxlama kamerasında saxlanılan bir ədəd kilid və iki ədəd ştat açarı məhv edilməli, təqsirləndirilən şəxsin üzərində bir ədəd şəxsiyyət vəsiqəsinin surəti və qeydləri olan sənəd və 18 ədəd əl barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bundan əlavə cinayət işi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək ittiham aktıünda göstərilən 26365 manat vurulmuş ziyandan 2900 manatı ödənildikdən sonra, yerdə qalan 23465 manat maddi ziyan və 5000 manat mənəvi zərərə görə pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin mülki iddia maddi ziyan hissədə tam təmin edilməlidir. Belə ki, iş üzrə təsdiq edilir ki, 26365 manat maddi ziyan vurulmanla oğurluq edilmiş, həmin ziyandan 2900 manat ödənilmiş, yerdə qalan 23465 manat isə ödənilmədiyi üçün, həmin məbləğ təqsirləndirilən şəxsdən tutulub, zərərçəkmiş şəxsə ödənilməlidir. Mənəvi zərərlə bağlı hissədə isə məhkəmə hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli, təqsirləndirilən şəxsdən 500 manat məbləğində mənəvi zərərə görə pul tutulub zərərçəkənə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 23.465 manat, mülki iddia üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi olaraq 175,40 manat, mənəvə zərərə görə 500 manat olmaqla, cəmi 24.140,40 manat (iyirmi dörd min yüz qırx manat 40 qəpik) pul tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilsin. İş üzrə maddi sübut kimi tanınmış 2900 manat nəğd pulun zərərçəkmiş şəxsə təhvil verilməsin nəzərə alınsın, Təqsirləndirilən şəxs məxsus bir ədəd şəxsiyyət vəsiqəsinin surəti və qeydləri olan sənəd və 18 ədəd əl barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. . İş üzrə maddi sübut kimi tanınmış Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan bir ədəd kilid və iki ədəd ştat açarı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 125,29 manat (yüz iyirmi beş manat 29 qəpik) görə Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar