Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-131/2020 11.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, İzlivnoy küçəsi, ev 47-də qeydiyyatda olan, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsində yerləşən 0,2 hektar torpaq sahəsini 2017-ci ildə aralarında olan razılaşmaya əsasən 7000 manat məbləğində pul verməklə almış, pula ehtiyacı olduğu üçün 2019-cu ilin noyabr ayında həmin torpaq sahəsini və müvafiq sənədi qaytarıb ödədiyi 7000 manat məbləğində pulun geri qaytarılmasını Zərərçəkmiş şəxs xahiş etmiş, sonuncunun qısa müddət ərzində həmin pulu qaytara bilmədiyini görüb pul tələbinin qanuni yolla mübahisələndirilməli olduğu halda, qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkətləri zor tətbiq etmə hədəsi ilə özbaşına törədərək, yəni əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunduğunu, cəza çəkdiyi üçün cinayətkar aləmin nüfuzlu şəxslərindən biri olduğunu bildirib Zərərçəkmiş şəxs ona həmin məbləğdə pulu təcili qaytarmayacağı halda cinayətkar aləmin qanunlarına uyğun şəkildə özü və ailə üzvlərinin sağlamlıqlarına zərər vurmaqla şəxsiyyətləri üzərində zor göstərmə hədəsi ilə ondan 7000 manat məbləğində pulunu tələb edib xx xxxxxx 2020-ci il tarixə görüş təyin etmiş, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil X1 müraciəti əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs qaytardığı torpaq sahəsinə görə Zərərçəkmiş şəxs əvvəlcədən ödədiyi 7000 manat məbləğində puldan sonuncuya DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan seriya və nömrələri protokola qeyd olunmaqla verilmiş, həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları məbləğində pul vəsaitini ünvan 1 ünvanında yerləşən “Cafe Park” adlı çay evində alıb ələ keçirməklə qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs zor tətbiq etmə hədəsi ilə qorxu, həyacan keçirməsindən ibarət mühüm ziyan vurmaqla özbaşınalıq cinayətini törətmiş, həmin gün saat 13:17-də polis əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tələb etdiyi torpaq sahəsinə görə əvvəllər ödədiyi 7000 manat məbləğində pul vəsaitindən alıb ələ keçirdiyi seriya və nömrələri protokolda qeyd olunmuş 30 ədəd yüzlük ABŞ dollarından ibarət olmaqla cəmi 3000 ABŞ dolları məbləğində pul vəsaiti əynindəki qırmızı rəngli gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbsdən çıxdıqdan bir müddət sonra ev tikmək üçün torpaq sahəsi axtarmış, maddi imkanı elə də yüksən olmadığından, Zərərçəkmiş şəxs torpaq satmaqla maklerliklə məşğul olduğunu və bir çox kasıb adama əl tutduğunu eşitdiyini, buna görə də ona müraciət edərək torpaq sahəsi verməsini xahiş etdiyini bildirmişdir. O, Ramizə mümkün olarsa 5 sot torpaq sahəsi verməyini, nə vaxt pulu olarsa onda pulunu verəcəyini demiş, Zərərçəkmiş şəxs isə ona bildirmişdir ki, 5 sot torpaq sahəsini pulsuz təşkil edə bilər. Nəticədə Ramiz həqiqətən də ona Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində Qaradərə adlanan yerdən 5 sot torpaq sahəsini pay vermiş və həmin vaxt sənədi olmadığı üçün həmin torpaq sahəsini qardaşı Afiqin adına sənədləşdirmişlər. Yəni, Ramiz 5 sot torpaq sahəsini onun xahişi nəticəsində könüllü vermiş, o, Ramizdən hər hansı torpaq sahəsi verməsini tələb etməmişdir. Sonradan həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Həmçinin bundan bir müddət sonra yenə də 2017ci ilin sonlarında Ramizlə görüşmüş və ondan xahiş etmişdir ki, bu dəfə ona pulu ilə 2 sot torpaq sahəsi versin. Ramiz yenə də ona həmin yerdə özünə məxsus torpaq sahəsi olduğunu bildirib 7.000 manata təşkil edə biləcəyini demişdir. O, həmin torpaq sahəsinə baxmış və belə qərara gəlmişdir ki, həmin torpaq sahəsini ondan alsın və bir müddət sonra özünə ev tiksin. Belə ki, o, valideynləri ilə birgə yaşadığından 2 sot torpaq sahəsi alıb orada öz ailəsi ilə ayrıca yaşamaq istəmişdir. Nəticədə o, 7.000 manata Ramizdən 2 sot torpaq sahəsi almış, torpaq sahəsi Ramizin adına olmuşdur. Onun əlavə pulu olmadığı üçün belə razılaşmışlar ki, həmin torpaq sahəsi elə Ramizin adında qalsın. O, Ramizdən xahiş etmişdir ki, torpaq sahəsi onun adında qalsın, imkanı olanda öz adına keçirsin. Ona görə də o, Ramizin adına olan sənədi götürüb özündə saxlamış və ona 7.000 manat pul vermişdir. Sonradan 2019-cu ilin noyabr ayında Ramiz onun satıcı işlədiyi mağazaya gəlib avtomobil ehtiyyat hissələri alarkən həmin vaxt pula ehtiyacı olduğundan Ramizdən əvvəl ona satdığı torpağı başqasına satıb ona 7.000 manat pul verməsini istəmiş və hətta Ramizin ona verdiyi öz adına olan sənədi ona qaytarmış, lakin Ramiz torpağı o qiymətə sata bilməyəcəyini, müştəri olmadığını bildirmişdir. O, isə təcili həmin məbləğə ehtiyacı olduğunu və nə yolla olur-olsun ona həmin pulu tapıb verməli olduğunu bildirmişdir. Onun borcu olduğundan borcunu vermək üçün ona təcili pul lazım olduğundan Ramizə 7.000 manat verdiyi üçün həmin pulu ondan istəmişdir. Yəni, faktiki olaraq torpaq sahəsini ona qaytardığı üçün verdiyi 7.000 manat pulunu tələb etmişdir. Ramiz pulu tapa bilməyəcəyini dedikdə ona hədə-qorxu gələrək “əgər həmin pulu tapıb verməsə onu məhv edəcəyini, türmədən çıxmış adam olduğunu, ona heç nəyin maraqlı olmadığını” bildirmişdir. Bundan sonra Ramiz pulu tapmaq üçün ondan vaxt istəmişdir. Həmin vaxtdan sonra Ramiz vaxtı uzatmağa başlamış, o, isə hər dəfə zəng vurub 7.000 manat pul verməsini tələb etmişdir. Sonuncu dəfə danışanda razılaşmışlar ki, xx.xx.2020-ci il tarixdə Yasamal rayonunda yerləşən “Cafe Park” adlı çayxanada görüşsünlər və Ramiz 7.000 manat pulu ona versin. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Ramizlə həmin yerdə görüşmüşlər və Ramiz bildirmişdir ki, cəmi 3.000 ABŞ dolları pul düzəldə bilib, lakin qalan hissəsini axşam saatlarına hazır edib çatdıracaqdr. O, Ramizin bu təklifi ilə razılaşmış və verdiyi 3.000 ABŞ dollarını ondan alıb sayaraq əynindəki qırmızı rəngli idman gödəkçəsinin sol yan cibinə qoyub cibinin zəncirbəndini bağlamışdır. Sonra masadan durmuşlar və getmək istəyərkən polislər yaxınlaşaraq hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə şübhəli olduğunu bildirib Baş Mütəşəkkil X1 getməli olduğunu demişlər. Ona məlum olmuşdur ki, Ramiz barəsində həmin İdarəyə şikayət etmişdir. O, polislərlə birgə Baş İdarəyə gəlmiş, vəkillə təmin olunmuş, üzərinə axtarış keçirilmişidr. Axtarış zamanı polislər ondan Zərərçəkmiş şəxs tərəfindən ona verilibverilmədiyini soruşmuşlar. O, pulların Ramiz tərəfindən ona verildiyini bildirib əynindəki qırmızı rəngli idman gödəkçəsinin sol yan cibindən həmin pul əskinazlarını çıxarıb təqdim etmişdir. Ramizin ona verdiyi və təqdim etdiyi 3.000 ABŞ dolları pul eyniləşmə keçirilməsi üçün polislər tərəfindən kserosurəti çıxarılmış pul əskinazlarının seriya nömrələri ilə bir-bir yoxlanılmış və hamısının eyni olduğu məlum olmuşdur. Həmin pul əskinazları və mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. O, bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilən zaman Ramizə hədəqorxu gəldiyini demişdir. Həmçinin o, qeyd etmişdir ki, Ramizdən aldığı 2 sot torpaq sahəsinin sənədini ona qaytarıb 7.000 manat pulu geri tələb edən zaman sonuncu ondan vaxt istəsə də demək olar ki, vaxt verməmiş və onu çox sıxmışdır. Ona görə də Ramiz ona bildirmişdir ki, etdiyi hərəkətin qarşılığı olaraq ondan polisə şikayət edəcək və şikayətində bildirəcəkdir ki, guya Aqil ondan hədə-qorxu yolu ilə 7 sot torpaq sahəsi almış və əlavə olaraq 7.000 manat da pul tələb etmişdir. O, hansı 7 sotdan danışdığını dedikdə Ramiz ona pay qismində verdiyi 5 sotu da geri alacağını bildirmişdir. Lakin o, buna əhəmiyyət verməmiş, Ramizin köhnə fikirli adam olduğunu və polisə şikayət edəcəyini zənn etməmişdir. Əslində isə belə bir hal olmamışdır. Əməlindən səmimi peşman olmasını, ziyanın tam ödənilməsini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, evli olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövrü aralarında kəskin mübahisə olduğu üçün ilkin ifadələrində Təqsirləndirilən şəxs ondan hədə-qorxu yolu ilə torpaq sahəsi və pul tələb edib aldığını bildirmişdir. Lakin sonra istintaqa daha dəqiq ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs ondan ümumiyyətlə hədə-qorxu yolu ilə torpaq sahəsi almamış, həqiqətən də əvvəlcə Aqilin xahişi ilə ona 5 sot torpaq sahəsini pay verdiyini, həmin torpaq sahəsini Aqilin qardaşı Afiqin adına sənədləşdirdiklərini, bu torpaq sahəsi ilə bağlı aralarında hər hansı problem olmadığını, sonradan isə 7.000 manat pulun müqabilində Təqsirləndirilən şəxs öz adına olan 2 sot torpaq sahəsini satdığını, təxminən 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs həmin torpaq sahəsini qaytararaq 7.000 manat pulunu tələb etdiyini, lakin həmin pulu qısa müddətdə qaytara bilmədiyi üçün sonuncunun ona hədə-qorxu gələrək 7.000 manatı tələb etdiyini, əslində 7.000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ona satdığı 2 sot torpaq sahəsinə görə ödənilmiş pul olduğunu, Təqsirləndirilən şəxs ümumiyyətlə ondan hədə-qorxu yolu ilə torpaq sahəsi və ya əlavə pul tələb etmədiyini bildirmişdir. Bu barədə istintaqda da Aqillə üzləşməsində də bildirmişdir. Hal hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə Baş Mütəşəkkil X1 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs əvvəllər ona qarşı zor tətbiq edəcəyi ilə hədə-qorxu gəlib ondan 0,7 ha torpaq sahəsi aldığını, hazırda yenə də eyni üsulla hədə-qorxu gələrək ondan 7.000 manat pul tələb edib xx xxxxxx 2020-ci il tarixdə həmin pulu ələ keçirmək üçün ona görüş təyin etməsini göstərmiş, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməklə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs müraciətində polis əməkdaşlarına yaxından kömək etməyə hazır olduğunu bildirmiş, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş seriya və nömrələri protokolda qeyd edilən hər biri yüzlük ABŞ dolları əskinazlarından ibarət 30 ədəd olmaqlacəmi 3.000 ABŞ dolları xüsusi pul vəsaitlərinin kserosurətləri çıxarılaraq RamizAbdiyevəverilmişdir. xx xxxxxx 2020-ci il tarixdə əməliyyat-axtarış tədbiri həyata keçirilərək saat 13:17-də ünvan 1 ünvanında yerləşən “Kafe Park” adlanan çayxanada əyləşdikləri masanın arxasında Zərərçəkmiş şəxs tərəfindən kserosurətləri çıxarılmış həmin pul əskinazlarının Təqsirləndirilən şəxs verilməsindən sonra pulu qəbul edən şəxs saxlanılıb BMCMİ-yə gətirilmiş və barəsində qanuni tədbir görülməsi üçün Baş İdarənin rəhbərliyinə raportla müraciət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə təhqiqatçı Hüseyn Mənsimli tərəfindən Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X4 dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi barədə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynində olan paltarlarının yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə razı olduğunu bildirmişdir. Şəxsi axtarış aparılmasından əvvəl Təqsirləndirilən şəxs təhqiqatçı Hüseyn Mənsimli tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edilmiş və videoçəkilişdən istifadə ediləcəyi ona bildirilmişdir. Təqsirləndirilən şəxs və iştirakçılara Zərərçəkmiş şəxs ərizəsi oxunmaqla, keçirilmiş əməliyyat tədbiri barədə qısa məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən ona pul verilib-verilmədiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs pulların ona verildiyini bildirib əynindəki qırmızı rəngli gödəkçənin sol yan cibinin zəncirbəndini açaraq həmin cibdən ilk olaraq pul əskinaslarını çıxarıb təqdim etmişdir. Bundan sonra əynindəki göy rəngli cins şalvarının sol yan cibindəki üzərində ***-***-**-** mobil nömrə olan bir ədəd “İphone 5” markalı mobil telefonu və 5 ədəd 1 manatlıq, 1 manat 5 manatlıq, 3 ədəd 10 manatlıq, 4 ədəd 20 manatlıq, 1 ədəd 50 manatlıq və 1 ədəd 100 manatlıq pul əskinazlarından ibarət cəmi 270 manat pulu, şalvarının sol yan cibindəki bir ədəd yaşıl rəngli alışqanı da təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 100-lük ABŞ dolları pul əskinazları eyniləşmə keçirilməsi üçün əvvəlcədən kserosurəti çıxarılmış pul əskinazlarının seriya nömrələri ilə bir-bir yoxlanılmış, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs axtarış zamanı təqdim etdiyi 100-lük ABŞ dolları pul əskinazlarının seriya nömrələri həqiqətən də kserosurətləri çıxarılmış və əməliyyat xərcləri üçün verilmiş pul əskinazlarıdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul tələb edib aldığını, etdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlib pul aldığını bir daha bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindəki paltarların ciblərində və üzərində olan digər paltarlarda axtarış keçirilsədə sübut əhəmiyyətli heç nə aşkar edilməmişdir. 30 ədəd 100-lük ABŞ dolları pul əskinazlarının sübut əhəmiyyəti daşıması səbəbindən, bir ədəd mobil telefon isə araşdırma zərurəti ilə əlaqədar təhqiqatçıtərəfindən götürülmüşdür. Sonda şəxsi axtarışla bağlı protokol tərtib edilərək ucadan oxunmuş, şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Qeyd etmişdir ki, sonradan keçirilmiş müvafiq əməliyyat-axtarış tədbirləri zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu gəlib ondan pul tələb etsə də həmin pul məhz əvvəlcədən Zərərçəkmiş şəxs aldığı torpaq sahəsinə görə verdiyi pul olmuşdur. Yəni, Təqsirləndirilən şəxs aldığı torpaq sahəsini geri qaytararaq əvəzində verdiyi pulu qaytarması üçün Zərərçəkmiş şəxs qısa müddət vermiş, sonuncu isə qaytara bilmədiyindən Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlib həmin 7.000 manat pulu tələb etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid1 və Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 322.2-ci maddəsiilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 322.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum haqqında sənədin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü Nuray adlı qızı vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, törətdiyi cinayəti etiraf edib səmimi peşman olmasını, cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, evli olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Sonradan Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri, “ev dustağlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs 08 ay 02 gün həbsdə və ev dustağlığında olmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 3.000 ABŞ dollarının DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş fonda qaytarılması üçün əməliyyat müvəkkili Şahid3 təhvil verilməsi nəzərə alınmalı, 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 ay (səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustağlığında saxlanıldığıxx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs cəzasını faktiki çəkmiş hesab edilsin. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. İş üzrə maddi sübut olan 3.000 ABŞ dollarının DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş fonda qaytarılması üçün əməliyyat müvəkkili Şahid3 təhvil verilməsi nəzərə alınsın, həmin pul DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş fonda qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “CD” diskcinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-131/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-131/2020
11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver