Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-131/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-580/2022 saylı 15 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-146/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 01 gün azadlığın məhdudlaşdırılması cəzası 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində ünvan 2 ünvanda yaşayan tanışı Şahid1 bəxşiş kimi satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağıza bükülmüş, təmiz çəkisi 0,231 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 21:00 radələrində Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinin əməkdaşları tərəfindən Şahid1 yaşadığı ünvan 2 ünvanda yerləşən evində saxlanılaraq Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinə gətirilmiş, Polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman sol əlində saxladığı göy rəngli “Rothmans” markalı siqaretin arxa hissəsindən bir ədəd ağ rəngli kağıza bükülmüş, təmiz çəkisi 0,231 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir-iki ildir ki, arada narkotik vasitə və psixotrop maddə istifadə edir, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:50 radələrində tanışı ünvan 2 ünvanda yaşayan Şahid1 yanına getmişdir. Orada Ləman ona istifadə etməsi üçün bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində içərisində el arasında “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olan büküm vermişdir. Ləman ona həmin bükümü hədiyyə etmişdir. O, da həmin bükümdə olan psixotrop maddə metamfetamini sonra istifadə elmək üçün özündə olan göy rəngli "Rothmans” markalı siqaretin arxa hissəsinə qoymuşdur. Aradan bir neçə dəqiqə keçdikdən sonra təxminən 21:00 radələrində Ləmanın evində olan zaman mülki geyimdə olan özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları evə daxil olmuşlar. Onunla fərdi söhbət zamanı narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, üzərində də şəxsi istifadəsi üçün saxladığı psixotrop maddə metamfetamin olduğunu demişdir. Bundan sonra onu Yasamal rayon polis idarəsinin 27-ci polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Yasamal rayon polis idarəsinin 27-ci polis şöbəsinə getmişdir. Orada müdafiəçi dəvət olunmuşdur. Sonradan polis şöbəsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da sol əlində saxladığı göy rəngli “Rothmans” markalı siqaretin arxasından içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir.Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş metamfetamini həmin gün saxlanılmamışdan bir az əvvəl tanışı Ləmanın ona şəxsi istifadəsi üçün hədiyyə etdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin özünə məxsusdur, xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində tanışı ünvan 2 ünvanda yaşayan Şahid1 ona istifadə etməsi üçün hədiyyə etmişdir. Həmin bükümü şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Şahid1 təxminən 3-4 il müddətdir ki, tanıyır, onunla münasibətləri normal olmuşdur, əvvəllər bir neçə dəfə Ləman ona istifadə etməsi üçün narkotik vasitə və psixotrop maddə hədiyyə vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda kirayə yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdə külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edildiyi üçün tutulmaqla barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə Yasamal rayon polis idarəsinin istintaq şöbəsində cinayət işinin istintaqı aparılır. Həbs edildiyi üçün Bakı İstintaq Təcridxanasında saxlanılır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 il müddətdir ki, tanıyır, onunla münasibətləri normal olmuşdur, əvvəllər aralarında heç bir ədavət, düşmənçilik, qərəzli münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində kirayə yaşadığı ünvan 2 ünvana gəlmişdir. O, Kamrana istifadə etməsi üçün bir ədəd kağız bükümdə psixotrop maddə metamfetamin vermişdir. Həmin bükümü Kamrana pul müqabilində verməmiş, Kamrana həmin bükümü hədiyyə etmişdir. O, əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxs münasibətləri yaxşı olduğu üçün istifadə etməsi üçün narkotik vasitə və ya psixotrop maddə hədiyyə etmiş, lakin satmamışdır, onun Kamranla narkotik vasitə və ya psixotrop maddə satışında heç bir əlbirliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı ünvan 2 ünvana baxış keçirilən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamindən həmin vaxt yaşadığı evdə saxlanılan Təqsirləndirilən şəxs heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1986-cı il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olan Şahid1 əvvəllər kirayə yaşadığı Yasamal rayonu, H.ünvan 6 ünvandan 01 ədəd “Samsung” markalı plazma televizoru oğurlamasında şübhəli olması və həmin şəxsin hazırda Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 24B mənzil 658 ünvanda qalması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə daxil olmuş məlumat əsasında onun tərəfindən edilmiş müraciət əsasında şöbənin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 21 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvləri Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkilləri polis kapitanı Teymur Qurbanov, polis leytenantı Amil Salmanzadə, polis kapitanı Ramin Baxışəliyev, polis baş leytenantı Şahid4, polis baş leytenantı Azər Qurbanov, sahə inspektoru polis leytenantı Elvin Həsənov və baş təhqiqatçı polis mayoru ünvan 7 ünvana getmişlər. Bundan sonra həmin ünvanda Şahid1 qızma oğurluq hadisəsində şübhəli olduğunu deyərək yaşadığı mənzilə baxış keçirmək istədiklərini bildirmişlər. Ləman da heç bir etirazı olmadığını deyərək bu barədə ərizə də yazmışdır. Bundan sonra Ləmanın iştirakı ilə yaşadığı sözügedən mənzilə daxil olmuşlar. Mənzildə bir neçə nəfər şəxslərin olduğunu görmüşlər. Həmin şəxslər narkotik vasitə və ya psixotrop maddə istifasində şübhəli olduğuna görə onları Yasamal rayon polis idarəsinin 27-ci polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib 27-ci polis şöbəsinə gəlmişlər. Həmin şəxslərin içərisində sonradan bildiyi Təqsirləndirilən şəxs da olmuşdur. Sonradan gətirdikləri şəxslərin içərisində olan Təqsirləndirilən şəxs üzərinə 27-ci polis şöbəsinin inzibati binasında təhqiqatçı Elvin Htimbətov, müdafiəçi və əməliyyat qrupunun üzvləri Şahid3 və Şahid4 iştirakı ilə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən bir büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsini bilmişdir. Hətta sorğu zamanı Kamran həmin psixotrop maddə metamfetamini istifadə etmək üçün Ləmandan aldığını da bildirmişdir. Əməliyyat qrupunun üzvləri tərəfindən gətirilmiş digər şəxslərin üzərinə keçirilən şəxsi axtarış zamanı iştirak etdiyi üçün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman iştirak etmədiyini bildirmişdir. İbtidai istintaq zamanı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PŞnin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə xx.xx.1986-cı il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olan Şahid1 əvvəllər kirayə yaşadığı Yasamal rayonu, H.ünvan 6 ünvandan 01 ədəd “Samsung” markalı plazma televizoru oğurlamasında şübhəli olması və həmin şəxsin hazırda Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 24B mənzil 658 ünvanda qalması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə daxil olmuş məlumat əsasında Yasamal RPİ-nin 27-ci polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən edilmiş müraciət əsasında şöbənin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni xx.xx.2023cü il tarixdə saat 21 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvləri Yasamal RPİ-nin 27-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkilləri polis kapitanı Teymur Qurbanov, polis leytenantı Amil Salmanzadə, polis baş leytenantı Şahid4, polis baş leytenantı Azər Qurbanov, sahə inspektoru polis leytenantı Elvin Həsənov və baş təhqiqatçı polis mayoru ünvan 7 ünvana getmişlər. Bundan sonra həmin ünvanda Şahid1 qızma oğurluq hadisəsində şübhəli olduğunu deyərək yaşadığı mənzilə baxış keçirmək istədiklərini bildirmişlər. Ləman da heç bir etirazı olmadığını deyərək bu barədə ərizə də yazmışdır. Bundan sonra Ləmanın razılığı və iştirakı ilə yaşadığı sözügedən mənzilə daxil olmuşlar. Mənzildə bir neçə nəfər şəxslərin olduğunu görmüşlər. Həmin şəxslər narkotik vasitə və ya psixotrop maddə istifasində şübhəli olduğuna görə onları Yasamal rayon polis idarəsinin 27-ci polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib 27-ci polis şöbəsinə gəlmişlər. Həmin şəxslərin içərisində xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs da olmuşdur. 27-ci polis şöbəsinin inzibati binasında təhqiqatçı Elvin Hümbətov, o, əməliyyat müvəkkili Şahid4 və dəvət olunmuş Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Kamran üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Kamran sol əlində saxladığı göy rəngli “Rothmans” markalı siqaretin arxa hissəsindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamini həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 21 radələrində tanışı Şahid1 yaşadığı Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 24B mənzil 658 ünvanda saxlanılmamışdan bir qədər əvvəl Ləmandan bəxşiş kimi aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını dediyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni xususatlar üzrə ifadə verərək Şahid3 ifadəsində göstərilənləri təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə (saat 21:00 dəqiqədən) Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (İ/V. 19). «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, saat 00:20 dəqiqədən 00:50 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs sol əlində saxladığı göy rəngli “Rothmans” markalı siqaretin arxa hissəsindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd ağ rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. (İ/V. 28-30). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 13 oktyabr 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5356 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 168” dairəvi möhür əksi və “...şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, İştirakçılar: üç imza; Təhqiqatçı: Elvin Hümbət ov-imzcı...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,231 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ/V. 39-43). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6497 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 79-80). Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (İ/V. 74-78). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 daxil olmuş xx.xx.2023-cü il tarixli 14177 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 99). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Əliyev X2 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (İ/V. 87-88). Ədliyyə Nazirliyi Probasiya Xidməti Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 21-1/3-29174-14 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, xx.xx.2023-cü il tarixə Təqsirləndirilən şəxs 01 il 10 ay 01 gün müddət çəkilməmiş cəzası qalmışdır. (İ/V. 134). “Sübutların qiymətləndirilməsi haqqında” 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,231 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,181 qram psixiatrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (İ/V. 135-142). Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-580/2022 nömrəli hökmünün surətindən görünür ki, Əliyev X2 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il 06 (altı) ay (qəti olaraq 02 il 05 ay 22 gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(004)-146/2023 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-580/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 10 ay 01 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə-metamfetamini əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-580/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay (qəti olaraq 02 il 05 ay 22 gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-580/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay (qəti olaraq 02 il 05 ay 22 gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu, sonradan həmin məhkəmənin 7(004)- 146/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 01 il 10 ay 01 gün hissəsinin 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,181 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-624/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-580/2022 saylı 15 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 01 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hissəsinin həmin məhkəmənin 7(004)-146/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş hissəsi ilə qismən birləşdirilsin və qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,181 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-131/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-131/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver