Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-131/2025 16.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X19 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3, müdafiəçilər Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Güvən” Vəkil Bürosunun vəkili Nümayəndə3 və “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1974-cü ildə Ermənistan, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyətcə azərbaycanlı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui - istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə qarşı dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü işgüzar, yüksək nüfuzlu və geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək, sonuncunun əri X6 Azərbaycan Respublikası CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 181.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Yasamal RPİnin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə onun əməlini Cinayət Məcəlləsində nəzərdə tutulan daha yüngül maddəyə tövsif edilməsi, həbsdən azad edilməsi, barəsində cinayət işinin icraatına xitam verilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib, inandırıb aldadaraq, 2020-ci ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə 5.000 manat pulu, 2020-ci ilin yanvar ayının sonunda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə Zərərçəkmiş şəxs2 yanında sonuncuya məxsus 6.000 manat pulu qayınatası Şahid3 vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 11.000 (on bir min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü işgüzar, yüksək nüfuzlu və geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək, sonuncunun oğlu X7 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər məhkəməsində baxılan cinayət işi üzrə Ramil Hüseynovu həbsdən azad etdirəcəyinə və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib, inandırıb aldadaraq, 12 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanda Zərərçəkmiş şəxs3 5.000 manat, 25 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs3 4.000 manat, 2022-ci ilin aprel ayının əvvəlində ünvan 4 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs3 kürəkəni Şahid4 vasitəsi ilə göndərmiş olduğu 500 manat, 2022-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 43 ünvanında Zərərçəkmiş şəxs3 10.000 manat, 2022-ci ilin iyun ayının əvvəlində ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs3 500 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 20.000 manat pulu alıb verdiyi vədlərə əməl etməmiş, həmçinin məhkəmə tərəfindən Ramil Hüseynova verilmiş 02 il müddədinə azadlıqdan məhrum edilmə cəzasının müddətini Bakı Apellyasiya məhkəməsində 01 il endirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib inandırıb aldadarq, 2022-ci ilin oktyabr ayının əvvəlində ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs3 500 manat və 2022-ci ilin oktyabr ayının sonlarında ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs3 2.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 22.500 (iyirmi iki min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaxını Zərərçəkmiş şəxs1 özlərini işgüzar, yüksək nüfuzlu və geniş əlaqələrə malik olan şəxslər kimi təqdim edərək, Azərbaycan Respubikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Zərərçəkmiş şəxs1 barəsində aparılan araşdırma ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını alacağına, cinayət işinin icraatına xitam verilməsinə köməklik edəcəyinə dair yalan vəd verib, inandırıb aldadaraq, 17 mart 2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən “Məryəm Plaza” biznes mərkəzinin ofisində Zərərçəkmiş şəxs1 8.000 manat, 2023-cü ilin may ayının əvvəllərində hissə-hissə olmaqla ünvan 6 ünvanında yerləşən “Məryəm Plaza” biznes mərkəzinin ofisində soncudan 17.000 manat, 2023-cü ilin mart ayında Fikrət Zeyalov tərəfindən Bakı şəhəri Yasamal rayonu ərazisində "Pay Point” ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 4127-2093-0740-1601 nömrəli bank kartına köçürülmüş 8.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb birlikdə ələ keçirərək verdikləri vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 33.000 (otuz üç min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaxını Zərərçəkmiş şəxs1 özlərini işgüzar, yüksək nüfuzlu və geniş əlaqələrə malik olan şəxslər kimi təqdim edərək, tanışı Zərərçəkmiş şəxs5 kürəkəni Elmar Nəsirovu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin Şamaxı rayonu üzrə ərazi idarəsində ”GPRS” cihazlarına nəzarətçi vəzifəsindən Lənkəran rayonu üzrə ərazi idarəsinə eyni vəzifəyə köçürülməsinə nail olacağına dair yalan vəd verib inandırıb aldadaraq, 2023-cü ilin may ayının ortalarında ünvan 6 ünvanında yerləşən “Məryəm Plaza” biznes mərkəzinin ofisində Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs1 vasitəsi ilə göndərmiş olduğu 30.000 manat pulu alıb birlikdə ələ keçirərək verdikləri vədə əməl etməyərək Zərərçəkmiş şəxs5 30.000 (otuz min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 atalıq məsələsi ilə bağlı mülki işini məhkəmə vasitəsi ilə həll edəcəyinə dair yalan vəd verib inandırıb aldadaraq 05 iyul 2023-cü il tarixdə ünvan 21 ünvanında yerləşən Ali Məhkəmənin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs4 700 manat, 05 iyul 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs4 tərəfindən ünvan 8 ünvanında yerləşən “Bravo” marketin yaxınlığında "Pay Point” ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 4127-2093-0740-1601 nömrəli bank kartına köçürülmüş 500 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 ümumilikdə 1.200 (min iki yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun yaxını Zərərçəkmiş şəxs1 özlərini işgüzar, yüksək nüfuzlu və geniş əlaqələrə malik olan şəxslər kimi təqdim edərək, Azərbaycan Respubikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Zərərçəkmiş şəxs1 barəsində aparılan araşdırma ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını alacağına, cinayət işinin icraatına xitam verilməsinə köməklik edəcəyinə dair yalan vəd verib, inandırıb aldadaraq qrupun digər üzvü Rəfael Qasımov tərəfindən 17 mart 2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən “Məryəm Plaza” biznes mərkəzinin ofisində 8000 manat, 2023-cü ilin may ayının əvvəllərində hissə-hissə olmaqla 17.000 manat, daha sonra Təqsirləndirilən şəxs1 bank kart hesabına Bakı şəhəri Yasamal rayonu ərazisində "Pay Point” ödəmə terminalı vasitəsi ilə köçürülmüş 8000 manat, ümumilikdə 33.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb birlikdə ələ keçirərək verdikləri vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 33.000 (otuz üç min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun yaxını Zərərçəkmiş şəxs1 özlərini işgüzar, yüksək nüfuzlu və geniş əlaqələrə malik olan şəxslər kimi təqdim edərək, sonuncunun tanışı Zərərçəkmiş şəxs5 kürəkəni Elmar Nəsirovu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin Şamaxı rayonu üzrə ərazi idarəsində ”GPRS” cihazlarına nəzarətçi vəzifəsindən Lənkəran rayonu üzrə ərazi idarəsinə eyni vəzifəyə köçürülməsinə nail olacağına dair yalan vəd verib aldadaraq qrupun digər üzvü Rəfael Qasımov tərəfindən 2023-cü ilin may ayının ortalarında ünvan 6 ünvanında yerləşən “Məryəm Plaza” biznes mərkəzinin ofisində Zərərçəkmiş şəxs1 vasitəsi ilə 30.000 manat pul alıb birlikdə ələ keçirərək verdikləri vədə əməl etməyərək Zərərçəkmiş şəxs5 ümumilikdə 30.000 (otuz min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hüquq təhsilinin olduğundan dolayı əvvəllər nümayəndə kimi müxtəlif şəxslərin hüquqlarını müdafiə etmişdir. O, hüquqşünas olsa da uzun müddət işləmədiyini və bu barədə dost-tanışlarına hüquqşünas kimin polisdə, məhkəmədə cinayət və yaxud mülki işi olarsa həmin şəxslərə hüquqi yardım göstərə biləcəyini demiş və bu barədə iş verən olsa ona xəbər vermələrini bildirmişdir. Özü ünvan 9 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşadığını demişdir. Şahid1 onun həm sinif yoldaşı, həm də tələbə yoldaşı, onunla həmişə yaxın münasibətləri olduğunu bildirmişdir. X8 bir neçə ay əvvəl Ruslanın vasitəsi ilə tanıdığını və onlar tanış olduğu zaman Pünhan ona, Yasamal rayonu ərazisində, metronun “Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Məryəm Plaza” biznes mərkəzində yeməkxananı işlədiyini və həmin biznes mərkəzinin 2-ci mərtəbəsində Təqsirləndirilən şəxs2 ofis götürərək hüqüq məsləhətxanası kimi işlədiyini, onun yanına gedərsə onu işə götürəcəyini bildirmişdir. O, “Məryəm Plaza” biznes mərkəzinin 2-ci mərtəbəsinə gedərək, Təqsirləndirilən şəxs2la tanış olduğunu, bütün bu hadisələrin 2023-cü ilin mart ayının ortalarında baş verdiyini bildirmişdir. Ofisdə olduğu ilk günlərdə Şahid1 tanışı olan Zərərçəkmiş şəxs1 ofisə gətirib, onun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma işinin olduğunu və Fikrətə kömək etmək lazım olduğunu demişdir. O, Fikrəti dinləyərək, onun Korrupsyada olan işi ilə bağlı özü üçün qeydlər etdikdən sonra həmin vaxt ofisdə olmayan Təqsirləndirilən şəxs2 zəng edib Fikrətin məsələsi barədə məlumat verdiyini və sonuncuya köməklik edib-edə bilməyəcəyini soruşduğunu demişdir. Raufona həmin işdə zərərçəkmiş şəxsin ziyanını ödəməsindən sonra araşdırmasını dayandırmaq üçün Fikrətə 15.000 manat məbləğdə pul gətirməsini deməsini bildirmişdir. O, da Ruslanın yanında Fikrətə 15.000 manat pul gətirməsini dediyini bildirmişdir. Fikrət hissə-hissə olaraq, 2023-cü ilin mart ayı ərzində Şahid1 yanında ofisdə ona ofisdə 8.000 manat, ardınca iki dəfə ona məxsus "xxxx" ASCyə aid **********401601 saylı bank kartı hesabına 1.000 manat və daha sonra 1.000 manat məbləğdə pul göndərdiyini, sonra Ruslanla ona 1.000 manat pul göndərdiyini, növbəti dəfə yenə ofisə gələrək, ona 1.000 manat və sonuncu dəfə isə 3.000 manat məbləğdə pul verdiyini bildirmişdir. Fikrət pulu hissə-hissə verdiyinə görə Rauf buna narazılığını bildirdiyini və “müəllim” ilə danışdığını, “müəllim”in pulu bütöv istədiyini bildirirdiyini demişdir. Sonra o, Fikrət ilə əlaqə saxlayıb Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan işində zərərçəkmiş şəxs ilə görüşməsini və onun 20.000 manat məbləğdə pulunu ödəməsini bildirdiyini demişdir. Fikrət 2023-cü ilin aprel ayında ofisdə ona 18.000 manat məbləğdə pul verərək zərərçəkmiş şəxsə ödəməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 deməsinə görə, işindəki zərərçəkmiş şəxsin adı da öz adaşı olan “Fikrət” adlı şəxsin olduğunu, lakin o, onlara 18.000 manat məbləğdə pul ödədiyi vaxtda onun həmin işdə başqa bir “Füzuli” adlı zərərçəkmişin də ortaya çıxdığını və Raufla o, 2023-cü lin may ayının axırları Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən “Qardaşlar” kafesində həmin “Füzuli” adlı şəxslə görüşdüklərini, orada Rauf Füzuli adlı şəxsə Fikrətə məxsus 18.000 manat məbləğdə pulu verdiyini, Fikrətin barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan ərizəsini geri götürməsini deməsini bildirmişdir. Bundan başqa, 2023cü ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs1 ofisdə onunla görüşərək, tanışı olan “Elmar” adlı şəxsi də Raufun vasitəsi ilə onu DƏRX-nin Şamaxıərazi idarəsindən“GPRS” sistemlərinə nəzarətçi üzrə Lənkəran şəhərində köçürülməsi üçün köməklik göstərməsini deməsini bildirmişdir. O, da onunla razılaşdığını və Raufla danışıb bu işdə Fikrətə köməklik göstərib-göstərə bilməyəcəyini soruşduğunu, Təqsirləndirilən şəxs2 “Elmar” adlı şəxsə köməklik göstərə biləcəyini bildirdiyini demiş və bu iş üçün Fikrətə 20.000 manat məbləğdə pul gətirməsini deməsini bildirmişdir. O, da Fikrətin öz işi üçün Raufa çatdırmaq üçün verdiyi 15.000 manat məbləğdə puldan Raufona heç bir məbləğdə pul vermədiyi üçün Fikrətə 20.000 manat deyil, 30.000 manat məbləğdə pul gətirməsini deməsini və 10.000 (on min) manat hissəsini özünə götürməsini qərara aldığını bildirmişdir. Ona görə də, o, Raufun Elmarın işinə kömək etmək üçün 30.000 manat məbləğdə pul istədiyini ona dediyini bildirmişdir. Fikrətin onunla razılaşdığını və 2023-cü ilin aprel ayının axırlarında Fikrətinonun işəldiyi ofisə tək gələrək, Elmara məxsus 30.000 manat məbləğdə pulu ona nağd şəkildə verdiyini bildirmişdir. O, da həmin pulu götürdüyünü vəpulun üstündən 10.000 manat pulu özü üçün götürdüyünü və 20.000 manat hissəsini eyni tarixdə “Məryəm Plaza” biznes mərkəzinin 2-ci mərtəbəsində yerləşən ofisdə Raufla görüşüb pulu ona verdiyini bildirmişdir. Rauf həmin puldan ona 800 manat məbləğdə əlavə pul verdiyini və pulu özü ilə götürüb ofisdən getdiyini demişdir. 2023-cü ilin iyun ayının axırlarında Fikrət ona müraciət edib “Elmar” adlı şəxsin işinin həll olunmadığını bildirdiyini və Elmarın pulunu geri istədiyini demişdir. O, Raufa bu barədə bildirdiyini, Rauf vaxtı uzatdığına görə o, onun yalan danışdığını anladığını və pul sahibinin pulu qaytarmasını bildirdiyini, Raufdan Fikrətin və Elmarın pullarını geri verməsini tələb etdiyini demişdir. Rauf pulu qaytarmadığına görə o, onun yalançı olduğunu bildiyini demişdir. O, Raufu Fikrətə XDMXnin generalı kimi təqdim etmədiyini bildirmişdir. Elmar adlışəxsin işə düzəlməsinə kömək etməsini vəd edərək Zərərçəkmiş şəxs1 aldığı 30000 manat puldan 10800 manatını ona çatdığını, qalanının isə Təqsirləndirilən şəxs2 verildiyini bildirmişdir. Həmin pulu Raufla öz aralarında bölüşdürdükdən sonra onun payına düşən pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 aldığı puldan tanışı Şahid1 yalnız 200 manat şirinlik kimi pul verdiyini və iş düzəlmədiyi üçün Ruslan 200 manat pulu ona qaytardığını bildirmişdir. Bu cinayəti o, Raufla birlikdə törətdiyini, Ruslan bu işlə bağlı Fikrətdən pul istəmədiyini, ona heç bir vəd vermədiyini, vədi o, və Rauf Fikrətə verdiyini, pulu da Fikrətdən onun özün aldığını bildirmişdir. Bundan başqa, Tofiq adlı şəxsi uzun müddət tanıdığını, 2019-cu ilin dekabr ayında Tofiq adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq bir nəfər tanışı olan şəxsin quldurluq əməli etdiyini və onun cinayət işinin Yasamal rayon polis idarəsin istintaq şöbəsində aparıldığını, onun azadlığa buraxılmasında köməklik göstərilməsi lazım olduğunu demişdir. Tofiq adlı şəxsin xahişi ilə o, 2019-cu ilin dekabr ayında onun tanışları olan Fazil, oğlu Orxan və Müslüm adlı şəxslə Xətai rayonu K.Günəşli qəsəbəsində yerləşən "Mirtağı" məscidinin yaxınlığında görüşdüyünü, həmin vaxt Tofiq qohumunun həbs edildiyini və onun cəzadan azad edilməsində köməklik lazım olduğunu demişdir. O, Fazil adlı şəxslə söhbət zamanı həbs edilmiş oğlu Osmanın vəkili olaraq iştirak edə bilməyəcəyini, lakin onun azadlığa buraxılmasında əməli köməklik göstərə biləcəyini ona demişdir. Bundan sonra vəkil təyin edilməsi üçün 1000 manat pul lazım olduğunu demiş, Fazil adlı şəxslə danışdıqdan sonra məsləhətləşəcəyini və bundan sonra ona cavab verəcəyini demişdir. Bundan sonra 2020-ci ilin yanvar ayında o, Fazil ilə Köhnə Günəşli qəsəbəsində yerləşən "Mirtağı" məscidinin yaxınlığında görüşdüyünü, Fazil adlı şəxs oğlu Osmanın hüquqlarının müdafiə edilməsi üçün ona 1000 manat pul verdiyini, həmin vaxt onun yanında ortaq tanışı Tofiq və Müslümündə olduğunu bildirmişdir. O, 1000 manat pulu aldıqdan sonra tanışı İlqar adlı vəkil ilə Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən 16 saylı Vəkil bürosuna gedərək orada İlqar adlı vəkil ilə Fazilin qohumu olan Azər adlı şəxs arasında Osmanın barəsində olan cinayət işi üzrə vəkil müqaviləsi bağlandığını bildirmişdir. Həmin vaxt orada İlqar adlı vəkilə 1000 manat pul verdiyini bildirmişdir. İlqar isə həmin puldan onun vasitəçilik etdiyi üçün 200 manat məbləğində pul verdiyini demişdir. Bundan sonra o, Fazil adlı şəxsin oğlu Osmanın azadlığa buraxılması məqsədilə hissə-hissə olmaqla ümumilikdə 11.000 manat pul aldığını bildirmişdir. Osman adlı şəxsin azadlığa buraxılması istiqamətində müxtəlif cəhdlər etsə də lakin, müsbət nəticə əldə etmək mümkün olmadığını bildirmişdir. Aldığı pulu o, öz ehtiyacına xərclədiyini demişdir. Həmin şəxsin azadlığa buraxılması ilə bağlı polisdə heç kimə müraciət etmədiyini və heç kimə heç bir məbləğdə pul vermədiyini bildirmişdir. O, bu göstərdiyi cinayəti tək törətdiyini, heç bir şəxslə əlbirliyi olmadığını bildirmişdir. Bundan başqa, o, Şahid4 uzun müddət tanıdığını, həmin şəxs vasitəsi ilə onun qayınanası Zərərçəkmiş şəxs3 tanıdığını bildirmişdir.2022-ci ilin fevral ayında Rasim ona qaynanası Tahirənin oğu X7 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbirinin seçilməsini bildirdiyini, bu barədə Tahirənin və onun söhbətləşmək istədiyini demişdir. Bu minvalla, o, Tahirənin yaşadığı Rasimin Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 43 ünvanında yerləşən mənzilinə getdiyini, həmin mənzilə getdikdə Tahirə ona X7 işinə köməklik etməsini ondan istədiyini, o, da bu barədə köməklik etməyə çalışacağını bildirdiyini demişdir. Bu məqsədlə onlar aralarında 9000 manat məbləğində pula razılaşaraq, ilkin olaraq ünvan 10 ünvanının qarşısında 5000 manat və bir qədər sonra həmin yerdə 4000 manat pulu Tahirədən Rasimin iştirakı ilə aldığını bildirmişdir. Lakin, sonradan o, Tahirənin oğluna heç bir köməklik edə bilməyəcəyini bildiyini demişdir. Bu minvalla, o, Tahirədən götürdüyü 9000 manat pulun, ilkin olaraq 5000 manatını Tahirənin yaşadığı ünvan 11 ünvanın qarşısında, geri qalan 4000 manat pulu isə həmin yerdə bir qədər sonra Rasimin iştirakı ilə geri qaytardığını bildirmişdir. Bundan sonra Tahirənin oğlunun işi Bakı Ağır Cinayətlər məhkəməsinə getdiyini, Tahirə yenidən ondan övladına köməklik etməsini istədiyini ona dediyini bildirmişdir. O, da ona çalışacağını bildirdiyini demişdir. Bundan sonra Tahirə iləəlaqə saxlayaraq işlə maraqlandığıüçün xərcləri olcağına görə ondan 500 manat məbləğində pul istədiyini demişdir. Tahirə də Rasimin vasitəsi ilə 500 manat məbləğində pulu ona verdiyini bildirmişdir. Ardınca Bakı Ağır Cinayətlər məhkəməsinə hazırda xatırlamadığı şəxslərdən xahişlər etdiyini və Tahirədən məhkəmədə oğlunun işinə köməklik etmək üçün xidmət haqqı kimi Tahirənin yaşadığı ünvan 11 ünvanın qarşısında 10.500 manat məbləğində nağd olaraq pul aldığını demişdir. Ağır Cinayətlər Məhkəməsində Tahirənin oğluna 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini, Tahirə də bundan razı olduğunu demişdir. Bundan sonra Tahirənin oğluna verilmiş hökmdən prokurorluğun protest verdiyini demişdir. Bu zaman Tahirə ondan Apellyasiya məhkəməsində oğlunun işi ilə bağlı köməklik etməsini istədiyini bildirmişdir. O, da bunun müqabilində Tahirədən əlavə 2000 manat pulu Rasimin iştirakı ilə aldığını, lakin apellyasiya məhkəməsində Tahirənin oğluna 5 il azadlıqdan məhrumetmə cəzası təyin edildiyini bildirmişdir. Bundan sonra o, 2000 manat pulu geri qaytarmaq istəsə də, Tahirə ondan pulu qəbul etmədiyini demişdir. Sonradan Tahirənin ondan şikayət etməyə başladığını demişdir.Tahirədən aldığı pulu öz ehtiyacına xərclədiyini demişdir. O, Zərərçəkmiş şəxs3 əldə etdiyi pulları Tahirənin oğlunun etdiyi cinayətə görə onun məhkəmədə işinin onun xeyrinə, yəni azadlığa buraxdırmaq və işinin icraatına xitam verdirmək adı ilə köməklik etmək niyyəti ilə aldığını bildirmişdir. Belə ki, 12 fevral 2022-ci il tarixdə ünvan 12 ünvanda 5000 manat, xx.xx.2022-ci il tarixdə ünvan 13a 4000 manat,Şahid4 vasitəsi ilə 2022-ci ilin aprel ayında ünvan 14 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında 500 manat, 2022-ci ilin may ayında ünvan 13a 10000 manat,2022-ci ilin iyun ayında ünvan 13a 500 manat, cəmi 20000 manat pulu aldıqdan sonra məhkəmə tərəfindən ona verilmiş 02 il müddədinə azadlıqdan məhrum edilmə cəzasına baxmayaraq Bakı Apellyasiya məhkəməsində onun cəzasını 01 il müddətinə endirəcəyinə köməklik göstərəcəyimə dair Tahirəyə vəd verib, 2022-ci ilin oktyabr ayında 500 manat və 2022-ci ilin oktyabr ayının sonlarında ünvan 13a 2000 manat,ümumilikdə 22500 manat məbləğində pulu hissə-hissə olmaqla Tahirədən nağd olaraq aldığını bildirmişdir. O, göstərdiyi cinayəti tək törətdiyini, heç bir şəxslə əlbirliyi olmadığını bildirmişdir. Bundan başqa, o, 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs4 ilə bir nəfər xatırlamadığı şəxsin vasitəsi ilə tanış olduğunu, Zərərçəkmiş şəxs4 onun atalıq məsələsi ilə bağlı mülki işini məhkəmə vasitəsi ilə həll etmək istədiyini ona bildirdiyini demişdir. O, da, ona həmin işi onun xeyrinə məhkəmə vasitəsi ilə həll edə biləcəyini bildirdiyini və ona bu məsələni 1200 manat müqabilində pul müqabilində görə biləcəyini dediyini bildirmişdir. 2023-cü ilin iyul ayının 5-də ünvan 16 ünvanında yerləşən Ali Məhkəmənin binasının qarşısında Zərərçəkmiş şəxs4 ilə görüşdüyünü və o, ona nağd olaraq 700 manat məbləğində pul verdiyini və qalan 500 manat məbləğ pulu ona verdiyi bank kart hesabına həmin gün axşamı köçürtdüyünü bildirmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs4 1200 manat məbləğində pul aldığını, lakin maddi vəziyyəti ilə bağlı pulu xərclədiyini demişdir. Heç bir məhkəmə orqanına Sevincin iddası ilə bağlı müraciət etmədiyini demişdir. O, bu göstərdiyi cinayəti tək törətdiyini, heç bir şəxsləəlbirliyi olmadığını demişdir. Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayətini Təqsirləndirilən şəxs2la birlikdə törətdiyini, Şahid1 ilə heç bir cinayət əlaqəsi olmadığını, o, sadəcə olaraq Zərərçəkmiş şəxs1 korrupsiyadan olan işində köməklik göstərməsini ondan xahiş etdiyini demişdir. 200 manat pulu ona onun üçün klient gətridiyinə görə verdiyini bildirmişdir. Ruslanın onun və Raufun Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməsində iştirakı olmadığını bildirmişdir. Ruslan da onlara inandığını, Fikrətin işində ona yardımçı olacağıını düşündüyünü demişdir. Qeyd etdiklərindən savayı başqa heç bir cinayət törətmədiyini, onun yuxarıda qeyd etdiyi məslələri həll etmək səlahiyyətinin olmadığını, lakin o, həmin şəxslərə hüquqi yardım etmək istədiyini, eləcə də keçmişəlaqələrindən istifadə etmək yolu ilə cəhd etməyəçalışdığını, lakin həmin şəxslərə verdiyi vədləri icra edə bilmədiyini, etdiyi əməllərdən tam peşman olduğunu demişdir, əməlindən peşmandır, ziyan tam ödənilmişdir, ona görə də amnistiya tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 dostu Pünhan Məmmədovun vasitəsi ilə 2023-cü ilin aprel ayında tanımışdır. Rafael onun işlədiyi, hüquqşünas kimi məsləhətlər verdiyi Yasamal rayonu Bəsti Bağırova küçəsi 12 ünvanında yerləşən “Məryəm Plaza”dakı ofisinə gəlib onunla tanış olduğunu və iş olarsa ona tapşırmağı, birlikdə işləməyi ondan xahiş etdiyini bildirmişdir. Həmin müddətdə Rafael ona Zərərçəkmiş şəxs1 adlışxəsin Korrupsiyaya qarşı Mübarizə İdarəsində işi olduğunu, ona bu işdə kömək etmək lazım olduğunu dediyini bildirmişdir. O, da bu işlə maraqlandığını və həmin işdə Füzului adlışəxsin 18000 manatının alınıb aldadıldığını bildiyini demişdir. Rafaelə işin həll edilməsi üçün Füzulinin ziyanının ödənməli olmasını dediyini bildirmişdir. Həmin müddətdə Rafael onun Firkət adlı şəxslə də telefonla danışdırdığını, Fikrətlə danışıb zərərçəkmiş şəxsin ziyanının ödənməli olduğunu dediyini, özünü Rauf kimi ona təqdim etdiyini bildirmişdir. Rafael ona 28000 manat pul gətirib verdiyini, həmin pulu Zərərçəkmiş şəxs1 verməsini bildirdirmişdir. O, həmin 28000 manatın 10000 manat hissəsini Rafaelin özünə qaytardığını, qalan 18000 manatı isə həmin Füzuli adlışəxslə görüşüb ona verdiyini demişdir. Onun bu işdə heç bir maddi marağı olmadığını, o, Rafaeldən heç bir şəxsin işə düzəlməsi üçün hər hansı bir məbləğdə pul almadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1la yalnız bir dəfə mobil telefonda danışdığını, ona zərərçəkmiş şəxsin pulunun ödənməli olduğunu dediyini, lakin ona özünü XDMX-nin generalı kimi təqdim etmədiyini bildirmişdir. Hüquqi məsləhətlər vermək məqsədi ilə Zərərçəkmiş şəxs1la hər hansı müqavilə bağlamadığını bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələri, DVD disklərdə olan səs-video məlumatları və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1994-cü ildən 2010-cu ilədək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində işləmiş, 2010-cu ildən 2015-ci ilədək Binəqədi Bələdiyyəsinin üzvü olmaqla 2015-ci ildən də işsiz olmuşdur. O, 2022-ci ildə bir nəfər şəxsə torpaq sahəsinə dair kadastr işində kömək edərək onu Məzahir adlı şəxslə tanış etdiyini bildirmişdir. Daha sonra həmin Fikrət Allahverdiyev adlı şəxsin ondan, həmçinin əmlak komitəsinin əməkdaşı Xudaverdi Kərimovdan şikayət etdiyini eşitdiyini demişdir. Onun etdiyi şikayətə görə ondan sənəd hazırlanması üçün 20.000 manat pul alınsa da, ona saxta sənəd verilmiş və buna görə komitədən ona sənəd verilməsindən imtina edildiyini bildirmişdir. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığını demişdir. Allahverdiyev Fikrətin deməsinə əsasən ondan həmin pulu onun tərəfindən alındığını bildirmişdir. Həmin araşdırma gedən vaxt keçmiş iş yoldaşı olan Şahid1 ilə görüşüb söhbət əsnasında bu barədə ona danışdığını demişdir. 2023-cüilin mart ayının ortalarında Ruslan onu ünvan 17 ünvanında yerləşən “Məryəm Plaza” biznes mərkəzinə aparıb orada onu Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış etdiyini və həmin şəxsin guya Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı Rauf adlı şəxsin ofis işlərinə baxan şəxs olduğunu dediyini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 ilə tanış olduğunu və o, özünü ona işgüzar adam kimi təqdim etdiyini bildirmişdir. Barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığını dedikdə Təqsirləndirilən şəxs1 ona köməklik edəcəyini deyib bütün məlumatları özünün öyrənəcəyini və yalnız bundan sonra ona nə yolla kömək edəcəyini bildirdiyini demişdir. Həmin ərəfələrdə, yəni 2023-ci ilin mart ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə Rafael ondan işini dəqiqləşdirmək üçün bir gün vaxt istədiyini və bir günün tamamında, axşam saat 18:00-da o, öz iş yerinə, yəni ofisinə çağıraraq onun barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan araşdırma üzrə bütün məlumatları, hətta onun ona demədiyi məlumatları və şəxslərin adlarını dediyinə görə onun Təqsirləndirilən şəxs1 etibarının tam yarandığını və onun ətraflı əlaqələrinin olmasına şübhəsi olmadığını bildirmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 onu “Rauf” adlı şəxslə telefonla tez-tez danışdıraraq, onlara inanmını daha da gücləndirdiyini demişdir. Təqsirləndirilən şəxs1 ona deməsinə görə, guya Rauf adlı general onun barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma üzrə zərərçəkmiş şəxsə qaytarmaq üçün 20.000 (iyirmi min) manat məbləğdə və həmçinin araşdırmaya xitam verilməsi üçün əlavə 15.000 (on beş min) manat məbləğdə pul istədiyini bildirmişdir. Onun onlara tam güvəni olduğu üçün heç bir şəkildə şübhə etmədiyinə görə 17 mart 2023-cü il tarixdə Şahid1lə birlikdə Təqsirləndirilən şəxs1 işlədiyi ünvan 17 ünvanında yerləşən “Məryəm Plaza” biznes mərkəzinin 2-ci mərtəbəsində yerləşən ofisinə getdiyini və Ruslanın iştirakı ilə ilk dəfə Təqsirləndirilən şəxs1 orada 8.000 (səkkiz min) manat, daha sonra həmin ilin may ayının əvvəllərinədək olan müddət ərzində hissə-hissə olmaqla 5.000 (beş min) manat, 2.000 (iki min) manat, 10.000 (on min) manat məbləğlərdə pul verdiyini demişdir. Sonuncu dəfə o, “PayPoint” ödəmə terminalı vasitəsi ilə Bakı şəhərində müxtəlif ünvanlardan Təqsirləndirilən şəxs1 onda olan birinci rəqəmi 4, 12-16-cı rəqəmləri isə “1601” olan bank kartı hesabına ümumilikdə 8.000 (səkkiz min) manat məbləğdə pul vəsaiti köçürtdüyünü bildirmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 ona söz verdiyini, Rauf adlı general onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan işini tam bağlayacağını, yəni həm zərərçəkmiş şəxsin ziyanını ödəyəcəyini, həm də onun cinayət məsuliyyətinə cəlb olunacağını qarşısını alacağını demişdir. Rafael və Rauf adlı şəxslər ona bir ay yarım ərzində tam şəkildə işi həll edəcəklərinə söz verib dəfələrlə çağırılmaqlarına baxmayaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə getməsinə mane olduqlarını bildirmişdir. Beləliklə, yuxarıda göstərdiyi iş üçün o, “Təqsirləndirilən şəxs1” və “Rauf” adlı şəxslərə ümumilikdə 33.000 (otuz üç min) manat məbləğdə pul verdiyini demişdir. O, Təqsirləndirilən şəxs1 ilə dəfələrlə görüşsə də Təqsirləndirilən şəxs2 heç vaxt görmədiyini və onunla yalnız bir neçə dəfə Təqsirləndirilən şəxs1 vasitəsilə ilə telefon əlaqəsi saxlayıb danışdığını, çünki Rafael həmin Raufun guya “məxfi” general olduğunu bildirdiyini demişdir. Bu müddət ərzində, yəni 2023-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona onun müxtəlif şəxslərin işlə təmin olunmasına köməklik etmək kimi imkanı olduğunu bildirmişdir. O, ona tam inandığı üçün bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Şamaxı rayonu üzrə ərazi İdarəsində “GPRS” cihazlarına nəzarətçi vəzifəsində işləyən Elmar adlı tanışına bildirdiyini demişdir. Elmar adlı şəxs işlədiyi Şamaxı rayonundan Lənkəran rayonu üzrə ərazi İdarəsinə eyni vəzifəyə köçürülmək istədiyini bildirdiyini demişdir. O, Təqsirləndirilən şəxs1 bu barədə bildirdiyini və o, Elmar adlı tanışına da iş yerini dəyişməkdə köməklik göstərə biləcəklərini, “Rauf” adlı generalın bu işi həll edə biləcəyini deyib bunun üçün ondan 30.000 (otuz min) manat məbləğdə pul istədiyini demişdir. Elmarın qayınatası Mirzəbəy onun çox yaxından tanıdığı adam olduğu üçün o, ona 30.000 (otuz min) manat məbləğdə pul verdiyini və o, 2023-ci ilin may ayının ortalarında, gününü dəqiq xatırlamadığı tarixdə keçmiş iş yoldaşı Şahid1lə birlikdə Təqsirləndirilən şəxs1 ünvan 17 ünvanında yerləşən “Məryəm Plaza” biznes mərkəzinin 2-ci mərtəbəsində yerləşən ofisinə gedib orada “Elmar” adlı tanışının iş yerinin həll edilməsində köməklik göstərmələri üçün Elmarın qayınatasına məxsus 30.000 (otuz min) manat məbləğdə pulu Ruslanın yanında Təqsirləndirilən şəxs1 verdiyini demişdir. Rafael ona Elmarın ən geci bir ay yarım vaxt ərzində iş yerini dəyişəcəyini demişdir. O, Təqsirləndirilən şəxs1 ona vəd etdiyi hər iki işi həll edəcəyini düşündüyü ərəfədə, yəni 2023-ci ilin iyul ayının sonlarında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hazırda adını xatırlamadığı əməkdaşı onunla telefon əlaqəsi yaradıb onu həmin İdarəyə dəvət etdiyini və o, idarəyə getdiyini demişdir. İdarədə olarkən ondan şikayətçi olmuş “Fikrət Allahverdiyev” adlı şəxsə vurulmuş 20.000 (iyirmi min) manat məbləğdə pulu ödəməsini tələb etdiyini demişdir. Bu vaxt o, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedərək işinin həll olunması, ondan və digər şəxslərdən şikayət edən zərərçəkmiş şəxs Fikrət Allahverdiyevin ziyanının tam ödənməsindən ötrü Rauf adlı genarala çatması üçün Təqsirləndirilən şəxs1 ümumilikdə 33.000 manat məbləğdə pul vəsaiti verdiyini bildirdiyini demişdir. Lakin, bundan sonra ona Rafaelin ümumiliyyətlə nə onun barəsində olan araşdırmanın xitam olunması üçün heç kimə pul vermədiyi, nə də ondan şikayət edən zərərçəkmiş şəxs Fikrət Allahverdiyevə heç bir məbləğdə maddi ziyan ödəmdiyi məlum olduğunu demişdir. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin adını xatırlamadığı əməkdaşı ona əgər ziyanı tam şəkildə ödəməsə həbs oluna biləcəyini demişdir. Ona görə də, o, məcbur olub “Rövşən” adlı tanışına zəng edərək ondan üç gün sonra pulu geri qaytarmaq üçün ona 20.000 manat məbləğdə borc pul verməsini xahiş etdiyini demişdir. Rövşən də qısa müddətdə 11.700 (on bir min yeddi yüz) ABŞ dolları və 100 manat məbləğdə pul ilə onun həmin vaxt olduğu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gəlib həmin pulu Fikrət Allahverdiyevin ziyanını ödəyə bilməsi üçün ona verdiyini bildirmişdir. O, isə öz növbəsində həmin 20000 manat pulu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Fikrət Allahverdiyevə ödədikdən sonra “Məryəm Plaza” biznes mərkəzinə gedib dəfələrlə Təqsirləndirilən şəxs1la görüşməyə və pulunu tələb etməyə çalışdığını demişdir. Lakin, Rafael əvvəllər onunla görüşüb Rauf adlı generaldan pulunu aldıqdan sonra qaytaracağına vəd versə də sonralar ümumiliyyətlə onu tapa bilmədiyini və “Məryəm Plaza” biznes mərkəzində olan ofisinə gəlib-getmədiyini öyrəndiyini demişdir. Beləliklə, o, 4-5 ay ərzində Təqsirləndirilən şəxs1 tapa bilməyib ondan pulunu geri ala bilməyəcəyini anladıqdan sonra Təqsirləndirilən şəxs1 və əlbiri olan Təqsirləndirilən şəxs2 barəsində hüquq mühafizə orqanlarına və dövlət idarələrinə şikayət etməyə başladığını bildirmişdir. Onun Elmar adlı tanışının işini dəyişməsi üçün Təqsirləndirilən şəxs1 verdiyi 30.000 manat pulun hamısını onun ailəsinə məxsus olduğunu, o, həmin vəsaitdən nə “pay” kimi özünə hissə götürmədiyini, nə də həmin pulu öz cibindən vermədiyini, lakin dələduzlar Təqsirləndirilən şəxs1 və onunla əlbir olan Təqsirləndirilən şəxs2 nə ona məxsus 33.000 manat, nə də Mirzəbəy adlı şəxsin 30.000 manat məbləğdə pulunu qaytarmadığı üçün Mirzəbəy adlı şəxs də pulunu hazırda ondan tələb etdiyini demişdir. Təqsirləndirilən şəxs1 və onunla əlbir şəkildə fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 həmçinin Ruslanın göstərdiyi cinayətkar əməlləri nəticəsində ona 33.000 (otuz üç min) manat məbləğdə maddi ziyan dəydiyini bildirmişdir. Həmçinin onun vasitəsi ilə Elmar adlı tanışının ailəsinə əlavə 30.000 (otuz min) manat məbləğdə maddi ziyan dəydiyini və onlar həmin pulu ondan tələb etdiklərini bildirmişdir. O, sonuncu dəfə Təqsirləndirilən şəxs1 30000 manat pulu tanışı Şahid1 yanında ünvan 17 ünvanda yerləşən “Məryəm Plaza” biznes mərkəzinin 2-ci mərtəbəsində yerləşən ofisində verdiyini, Ruslan onu Rafaelin hansısa Rauf adlı generalın yaxın adamı olduğunu və “əli hər yerə girir” deyə bildirdiyini, onun inandırmağa çalışdığını demişdir. O, rahatlıqla pul verməsinin mümkün olduğunu demişdir. Raufun üzünü görmədiyini, ilk dəfə Səbail RPİ-də görəndə səsini eşidən kimi onunla telefonda “general Rauf” kimi danışan şəxsin məhz həmin Rauf olduğunu səsindən tanıdığını bildirmişdir. İzahatında hadisələrin 2022-ci ildə olması səhvən qeyd edildiyini, göstərdiyi hadisələrin 2023-cü ildə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 və Rauf ondan pulu aldıqdan sonra o, onlara inandığı üçün qəbz almadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 əlavə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respubikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində barəsində aparılan araşdırma ilə bağlı onun cinayət məsuliyyətinə cəlb olunmamağı və cinayət işinin icraatına xitam verilməsinə nail olacaqlarını bildirdikləri üçün o, həmin şəxslərə ümumilikdə 33.000 manat pul vermiş, bundan başqa Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs5 kürəkəni Elmar Nəsirovu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin Şamaxı rayonu üzrə ərazi idarəsində ”GPRS” cihazlarına nəzarətçi vəzifəsindən Lənkəran rayonu üzrə ərazi idarəsinə eyni vəzifəyə köçürmələri üçün o, həmin şəxslərə 30.000 manat pul vermiş, bununla əlaqədar o, Rafael və Raufa ümumilikdə 63.000 manat pul vermiş, hazırki vaxta kimi ona ümumilikdə 40.000 manat pul qaytarılmış, lakin qalan 23.000 manat pul isə hazırki vaxta kimi ona qaytarılmamış, izahatında həmin hadisələrin 2022-ci il tarixdə olması səhv qeyd olunmuş, belə ki, həmin pulları 2023-cü ilin mart ayından 2023-cü ilin may ayına kimi vermişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, ona vurulmuş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini və onlara qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təqaüdçü olmuş, Zərərçəkmiş şəxs1 xeyli vaxt tanımış, aralarında normal münasibətlər olmuşdur. Fikrətlə söhbət zamanı Fikrətə X10 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin Şamaxı rayonu üzrə ərazi idarəsində ”GPRS” cihazlarına nəzarətçi vəzifəsində işlədiyini demişdir. O, onun ailə vəziyyəti ilə bağlı Lənkəran rayonu üzrəərazi idarəsinə eyni işə köçürülməsini istədiyini demişdir. Söhbət zamanı Fikrət ona bu işdə ona köməklik edəcəyinə və nail olacağına dair söz verdiyini və 2023-cü ilin may ayının ortalarında Bakı şəhəri Yasamal rayonu ərzisində hazırda dəqiq xatırlamadığı yerdə Zərərçəkmiş şəxs1 bu işinin həll edilməsi üçün ondan 30.000 manat məbləğdə pul istədiyini və o, həmin məbləğ pulu ona şəxsən nağd olaraq verdiyini bildirmişdir. O, ona kürəkəninin işini adlarını bildirmədiyi tanışları vasitəsi ilə təxminən bir ay ərzində həll edəcəyini bildirdiyini demişdir. Lakin, həmin müddət bitsə də kürəkəninin iş yerinin dəyişməsi məsələsi həll olunmadığını və o, bu səbəbdən Fikrətlə görüşdüyünü və ona kürəkəninin iş yerinin dəyişdirilməsindən imtina etdiyini, ona verdiyi pulu geri qaytarılmasını tələb etməyə başladığını demişdir. Hazırda Fikrət ondan almış olduğu pulu tam şəkildə geri qaytardığını demişdir. Onun Fikrətə qarşı heç bir iddiası, tələbi və şikayəti olmadığını bildirmişdir. X10 iş yerini dəyişdirilməsi ilə bağlı Fikrətə pul verməsini bilmədiyini və o, bu barədə heç nə demədiyini demişdir. Fikrət ondan aldığı pulları kimə verməsindən onun məlumatının olmadığını və həmin şəxsləri ümumiyyətlə tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 əlavə ifadəsində göstərmişdir ki, kürəkəni Elmar Nəsirovu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin Şamaxı rayonu üzrə ərazi idarəsində ”GPRS” cihazlarına nəzarətçi vəzifəsindən Lənkəran rayonu üzrə ərazi idarəsinə eyni vəzifəyə köçürülməsi üçün o, tanışı Zərərçəkmiş şəxs1 30.000 manat pul vermiş, Fikrət həmin pulu ona tam şəkildə qaytarmış, buna görə onun heç kimdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğlu X13 2021-ci ilin dekabr ayında Sabunçu RPİ-nin əməkdşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlanılmışdır. Oğlu saxlanıldıqdan sonra barəsində cinayət işi başlanılaraq barəsində həbs qətimkan tədbiri seçilərək tutulduğunu bildirmişdir. Həmin zaman o, oğlu Ramilin həbsdən azad olunması üçün müxtəlif yollar axtarmağa başladığını, bu ərəfədə kürəkəni Şahid4 ilə söhbətləşən zaman o, Təqsirləndirilən şəxs1 adlı tanışı olduğunu və həmin şəxs oğlunun işini bağlamağa köməklik edə biləcəyini demişdir. O, da kürəkəni Rasimdən Rafael ilə onu tanış etməsini və həmin şəxslə söhbətləşərək oğlunun işini bağlamağa köməklik etməsini xahiş etdiyini bildirmişdir. Bu minvalla 12 dekabr 2022-ci il tarixdə kürəkəni Rasimin yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 43 ünvanında Rasim və o, Rafael ilə görüşdüklərini bildirmişdir. Görüş zamanı Rafael ona 9000 manat nağd pul müqabilində oğlu Ramilin işini bağlayaraq oğlunu həbsdən azad etdirəcəyini bildirmişdir. Ardınca ona Rafael izah edərək 5000 manat məbləğində pulu Sabunçu RPİdə işləyən tanışlarına verərək, digər 4000 manat pulu isə məhkəmədə olan tanışlarına verərək işin həllini həyata keçirəcəyini demişdir. O, da həmin gün, yəni 12 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 43 ünvanında 5000 manat məbləğində pulu Rafaelə kürəkəni Rasimin iştirakı ilə verdiyini demişdir. O, uzun müddət kürəkəni Rasimin yaşadığı ünvanda yaşadığını, 25 fevral 2022-ci il tarixdə yaşadığı ünvan 19ünvanın qarşısına gələrək ona zəng etdiyini və ondan yaşadığı evin qarşısına çıxmasını istədiyini demişdir. O, da evin qarşısına çıxdığını, Rafael ona təcili olaraq qalan 4000 manat pulu istədiyini, məhkəmə ilə danışıq aparmaq lazım olduğunu demişdir. Həmin zaman kürəkəni Rasim işi ilə əlaqədar Masallı rayonunda olduğunu demişdir. O, da ilkin olaraq Rafaelə həmin pulu vermək istəmədiyini bildirsə də, həmin günü kürəkəni Rasim Bakı şəhərinə gəlib çatdığını və 25 fevral 2022-ci il tarixdə ünvan 11 ünvanda evin qarşısında o, Rasimin iştirakı 4000 manat pulu Rafaelə verdiyini demişdir. Bundan sonra oğlu Ramilin işinin Sabunçu RPİ-dən Bakı Ağır Cinayətlər məhkəməsinə getdiyini demişdir. Bu zaman o, Rafael ilə əlaqə saxlayaraq nəyə görə işin Ağır Cinayətlər məhkəməsinə getməsi barədə soruşduğunu demişdir. Bu zaman Rafael ona işin Sabunçu RPİ-də deyil Bakı Ağır Cinayətlər Məhkəməsində həll olunacağını bildirmişdir. Bundan sonra Rafael ondan 500 manat məbləğdə pul istədiyini, oğlu Ramilin işinə Ağır Cinayətlər Məhkəməsində istədiyi hakim tərəfindən baxılmasını demişdir. O, Rafael ilə razılaşdığını və kürəkəni Rasimə 500 manat məbləğində pulu verdiyini, Rafael ilə görüşüb həmin pulu ona verdiyini bildirmişdir. 2022-ci ilin aprel ayında kürəkəni Rasim Rafael ilə Bakı Ağır Cinayətlər məhkəməsinin qarşısında görüşərək 500 manat məbləğdə pulu Rafaelə verdiyini bildirmişdir. 2022-ci ilin may ayında Rafael ona zəng edərək Ağır Cinayətlər Məhkəməsində oğlu Ramilin işinin həll olunması üçün 10.000 manat məbləğində pulun verilməsi lazım olduğunu bildirmişdir. Bu zaman o, Rafaelin ona verdiyi vədə görə 9.000 manat məbləğində pula oğlunun işi bağlanmalı olduğunu halda, hazırda ondan nə əsasla yenidən pul istədiyini bildirmişdir. Bu zaman Rafael ona oğlu Ramilin etdiyi cinayətin ağır olduğunu və işin qaydasında getmədiyi üçün 10.000 manat pulun veriməsinin lazım olduğunu bildirdiyini demişdir. Bundan sonra o, narazılığını bildirsə də, 2022-ci ilin may ayında yaşadığı ünvan 11ünvanda evin qarşısında Rafaellə görüşdüyünü və Rafaelə 10.000 manat məbləğdə pulu verdiyini demişdir. Bundan sonra oğlu Ramilə Bakı Ağır Cinayətlər məhkəməsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini bildirmişdir. Bu zaman 2022-ci ilin iyun ayının əvvələrində Rafael ona oğluna 2 il müddətinə işin oxunması ilə əlaqədar məhkəmədə işləyən tanışlarına 500 manat məbləğində hədiyyə pul verilməli olduğunu bildirmişdir. O, da oğluna az iş verildiyi üçün sevindiyini və 2022-ci ilin iyun ayının əvvəlində ünvan 11 ünvanda evin qarşısında Rafaellə görüdüyünü və onunla görüş zamanı 500 manat məbləğində pulu Rafaelə verdiyini demişdir. Bundan sonra oğlu Ramilə verilmiş hökmlə bağlı prokuror tərəfindən apellyasiya şikayəti verildiyini və işin apelyasiya məhkəməsində baxılmağa başlanıldığını bildirmişdir. Bu zaman Rafaelə nəyə görə oğlunun işinə yenidən Bakı Apellyasiya məhkəməsində baxılması barədə soruşduğunu bildirmişdir. Bu zaman Rafael ondan narahat olmaması barədə bildirərək 500 manat məbləğində pul istədiyini, oğlunun işinə apellyasiya məhkəməsində istədiyi hakim tərəfindən baxmasını bildirmişdir. O da razılaşaraq 2022-ci ilin oktyabr ayının əvvələrində ünvan 11 ünvanda yaşadığı evin qarşısında kürəkəni Rasim ilə Rafaelin görüşdüyünü və görüş zamanı Rafaelə 500 manat məbləğdə pulu verdiyini bildirmişdir. Bundan sonra Rafael ona zəng edərək Apellyasiya məhkməsində oğlu Ramilə verilmiş Ağır Cinayət Məhkəməsi tərəfindən 2 il azadlıqdan məhrumetmə cəzasını 1 ilə endirəcəyini bildirərək əlavə 2000 manat məbləğdə pul istədiyini demişdir. O, da Rafaellə razılaşaraq 2022-ci ilin oktyabr ayının sonlarında yaşadığı ünvan 11ünvanda evin qarşısında görüşərək 2.000 manat məbləğində pulu kürəkəni Rasimin iştirakı ilə Rafaelə verdiyini demişdir. Lakin, 05 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya məhkəməsi tərəfindən oğlu Ramilə verilmiş ilkin cəzası dəyişilərək 5 il müddətinə müəyyən edildiyini demişdir. Bundan sonra o, Rafaelə 22.500 manat məbləğində pul verdiyini, lakin onun işini həll etmədiyini demişdir. Bu zaman Rafael ona səbirli olmağını bildirərək Ali Məhkəməyə müraciət edəcəyini bildirdiyini demişdir. Bu zaman o, Rafaeldən ona verdiyi pulu geri qaytamasını istədikdə, Rafael ona pulları geri qaytarmadığını demişdir. Bununla da, Rafael ona qarşı dələduzluq edərək ümumilikdə 22.500 manat məbləğində pulunu ələ keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 əlavə ifadəsində göstərmişdir ki, oğlu X7 həbsdən azad olunması üçün kürəkəni Şahid4 Ərzuman oğlunun vasitəsilə və özünün Təqsirləndirilən şəxs1 vermiş olduğu ümumilikdə 22.500 manat pulu Rafael hazırki vaxta kimi ona qaytarmamışdır. Daha sonra Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, ona vurulmuş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini və onlara qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, X14 onun həyat yoldaşı olmuşdur. Onunla 2014-cü ildə ailə həyatı qurduğunu və onların bu nikahdan iki azyaşlıövladı olduğunu bildirmişdir. Ərinin 2019-cu ilin dekabr ayında Yasamal rayonu ərazisində quldurluq cinayəti törətdiyi üçün barəsində həbs qətimkan tədbiri seçildiyini və daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət əməlinə görə Osman Nəcəfova 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyini bildirmişdir. 2020-ci ildəəri təzə tutulduğu üçün bu işdə ona köməklik edə biləcək tanış axtarırdığını və bu zaman əri Osmanın qardaşı Orxana bu barədə bildirdiyini, o, Tofiq adlı bir nəfər tanışının olmasını, Tofiqin əlaqələrinin geniş olduğunu bildirdiyini demişdir. Bundan sonra Tofiqin onlarla görüşdüyünü, o, Rafael adlı bir tanışı olduğunu və həmin Rafael adlışəxsin bu işi rahatlıqla həll edə biləcəyini demişdir. Həmin vaxt onların başqa tanışı olmadığı üçün Tofiqin dediklərinə inandığına görə Rafael adlışəxəsin bu işi həll etməsinə razılıq verdiyini bildirmişdir. Bundan sonra 2020-ci ilin yanvar ayının ortalarında Tofiq yanında bir nəfər tanımadığı şəxslə Zığ bağlarında yaşadığı evə gəldiyini və həmin vaxt Tofiq onu Rafael adlı şəxslə tanış etdiyini, Rafael onlara bu işlə tanış olduqdan sonra gedişata baxıb pulu danışaraq onlara deyəcəyini dediyini bildirmişdir. Səhəri gün Tofiq Rafael ilə onlara gəldiyini və orada Rafael yoldaşının işini Yasamal RPİ-də müstəntiqlə danışdığını və 14000 manat verəcəyi halda ərinin əməlini daha yüngül maddəyə tövsif olunacağını və yoldaşının azadlığa buraxılaraq işinə xitam veriləcəyini dediyini bildirmişdir. Onlar da, Rafael adlışəxsə inandıqlarını bildirmişdir. Lakin, həmin miqdarda pulunun olmadığıüçün əvvəlcə o, anası Xalidədən borca pul tapıb bu işdə köməklik üçün ona verməsini xahiş etdiyini bildirmişdir. Anası da tanımadığı şəxsdən faizə 5000 manat borc götürüb ona verdiyini bildirmişdir. O, da Tofiq və Rafaelin yanında yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları yaşayış sahəsi nömrəsiz ünvanda yerləşən həyət evində qaynatası Şahid3 5000 manat pulu tam şəkildə verdiyini, qayınatası da 5.000 manat pulu saydıqdan sonra Rafaelə verdiyini və Rafael də pulu sayıb götürərək qalan pulu da tamamlamasını bildirdiyini demişdir. Sonra yoldaşı Osmana məxsus "Mercedes" markalı avtomobili dəyər-dəyməzinə 6000 manata satdıqlarını və həmin pulu da qaynatası onun yanında yaşadığı evdə Tofiqin iştirakı ilə Rafaelə sayıb verdiyini bildirmişdir. Rafael də həmin 6000 manat pulu sayıb götürdüyünü və qalan 6000 manat pulu isəöz cibindən qoyub getdiyini bildirmişdir. Həmin gün Rafael yenidən onlarla əlaqə saxladığını və bu işin 11000 manata deyil, 21000 manata həll oluna biləcəyini dediyini bildirmişdir. Onlar da, həmin miqdarda pulunun olmadığını və verdiyi cəmi 11000 manat puldan başqa bir qəpik də olsun pul verə bilməyəcəyini dediklərini bildirmişdir. Bu zaman Rafael guya özünü onlara yaxın kimi təqdim edərək qalan 10000 manat pulu da özünün qoyub cəmi 21000 manat pulu müstəqtiqlə deyil, tamam başqa bir nəfər şəxsin əli ilə həll edəcəyinə söz verdiyini demişdir. Həmin vaxt Rafael öz cibindən qoyacağı 10000 manat pulu isə borc kimi qoyacağını və Osman çölə buraxıldıqdan sonra 10000 manat pulu ona qaytaracağını dediyini bildirmişdir. Onlar da, Rafaelin dediklərinə inanıb onunla razılaşdıqlarını bildirmişdir. Rafaelin dediyinə görə guya yoldaşına ümumiyyətlə işin Ağır Cinayətlər məhkəməsinə getməyəcəyini və işin xitam olunacağını bildirdiyini demişdir. Həmin vaxt Rafael sonuncu 6000 manat pulu onlardan aldıqdan sonra 2020-ci ilin yanvar ayının sonunda əri Osmanın azadlığa buraxılacağacına söz verdiyini demişdir. Lakin, 2020-ci ilin yanvar ayı bitərək fevral ayına keçsə də, həyat yoldaşının həbsdə qaldığını və onu azadlığa buraxılmadığını bildirmişdir. Həmin vaxtdan onlar mütəmadi olaraq Rafaelə zəng edib işin nə yerdə olması və gecikməsinin səbəbini soruşsalar da, Rafael hər dəfə müxtəlif bəhanələr gətirərək işin uzandığını bildirirdiyini demişdir. Bir neçə aydan sonra artıq yoldaşının Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxıldığını və ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası verildiyini bildirmişdir. Artıq bu zaman onlar Rafael tərəfindən aldadıldığlarını başa düşdüklərini və Rafael iləəlaqə saxlayaraq verdiyi pulu geri qaytarmasını tələb etdiklərini bildirmişdir. Lakin, Rafael verdiyi vədə əməl etməyərək onların işini həll etmədiyini və aldığı pulu qaytarmadığını bildirmişdir. Bundan sonra isə o, məcbur qalıb DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini demişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, ona vurulmuş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini və onlara qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, atalıq məsələsi ilə bağlı işini məhkəmə qaydasında həll etmək üçün özünə münasib vəkil axtarmışdır ki, onun işlərini hüquqi qaydada görsün, sonra 2023-cü ilin iyun ayında bir nəfər tanışı vasitəsilə özünü ona vəkil kimi təqdim edən 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, Rafael onun işini məhkəmədə həll edəcəyinə vəd vermiş, Rafael ondan 2-3 min manat məbləğində pul istəsə də 1.200 manata razılaşmışlar və qalan pulu isə işi görüb qurtardıqdan sonra verəcəyini Rafaelə demiş, Rafaelə inandığı üçün özünə aid sənədlərin surətini, 05 iyul 2023-cü il tarixdə ünvan 21 ünvanında yerləşən Ali Məhkəmənin inzibati binasının yaxınlığınad 700 manat nabğd olaraq, həmin gün axşam isə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən «Bravo» marketin yaxınlığında olarkən 500 manat pulu ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs1 bank hesabına köçürmüş, Rafael ilə telefonla danışmış, Rafael pulu qəbul etdiyini bildirmiş, Rafael ondan üummilikdə 1200 manat pul alsa da hətta məhkəmədə onu təmsil etmək üçün etibarnamə belə almadan, bu məsələ ilə bağlı şeç bir iş görməyərək ona qarşı dələduzluq etmiş, artıq aldadıldığını başa düşüb Rafaeldən pulunu tələb edən zaman Rafael əvvəlcə müxtəlif bəhanələr gətirsə də sonradan onun qadın olmadığndan istifadə edərək ona hədə-qorxu gələrək yüksək vəzifəli mötəbər şəxslərin adını çəkməklə onların adamı olmasını bildirib onu qorxutmaqla heç nə edə bilməyəcəyini demiş, sonra Rafael barəsində polisə çoxsaylı şikayətlər olmasını və Yasamal RPİ-də cinayət işinin istintaqının aparıldığını öyrənmiş, polisə şikayət etdikdən sonra belə Rafael onun 1200 manat pulunu qaytarmamışdır. Daha sonra Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq, ona vurulmuş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini və onlara qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 22 ünvanında qeydiyyatda olsa da, ünvan 23 ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs1 təxminən 10 ildir ki, tanıdığını, həmin şəxsin əvvəllər vəkillik fəaliyyəti ilə məşğul olduğunu, həmin şəxsin hüquq sahəsində işləməsini bildiyini demişdir. 2021-ci ilin dekabr ayında qaynı X13 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq tutulduğunu, bu zaman qaynanası Zərərçəkmiş şəxs3 oğuna köməklik yolu axtarmağa başladığını bildirmişdir. Həmin vaxt onun yadına Rafael adlı tanışı düşdüyünü və Rafael tərəfindən qaynanasına köməklik edə biləcəyini demişdir. Bu minvalla o, Rafaeli xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 3 ünvana dəvət etdiyini qaynanası Tahirə və Rafael görüşdürdüyünü bildirmişdir. Görüş zamanı Rafael onlara tanışları vasitəsi ilə Ramilin işini bağlamağa və Ramili həbsdən azad eləməyə köməklik edə biləcəyini bidirdiyini və bu işi həyata keçirmək üçün 9000 manat pulun lazım olduğunu söylədiyini demişdir. Ardınca Rafael həmin 9000 manat puldan 5000 manat pulu Sabunçu RPİ-də işəyən tanışlarına verəcəyini, digər 4000 manat pulu isə məhkəmədə olan tanışlarına verərək işin həllini həyata keçirəcəyini demişdir. Qaynanası Tahirə də həmin gün Rafaellə razılaşaraq onun iştirakı ilə 5000 manat pulu Rafaelə verdiyini demişdir. Həmin ərəfədə qaynanası Tahirə onun yaşadığı ünvanda yaşamasını demişdir. 25 fevral 2022-ci il tarixdə Rafael yaşadığı ünvana gələrək qaynanası Tahirəyə təcili olaraq qalan 4000 manat pulu vermək lazım olduğunu bildirdiyini, artıq məhkəmədə işləri danışmaq lazım olduğunu bildirmişdir. Həmin zaman o, rayondan Bakı şəhəri istiqamətində yolda olduğunu demişdir. Qaynanası Tahirə və Rafael onu yaşdığı ünvanın qarşısında gözlədiklərini demişdir. O, yaşadığı ünvana çatdıqda Rafael və qayınanası Tahirə ilə görüşdüyünü və Rafaelin qaynanasına dediklərini Rafael ona da dediyini bildirmişdir. Bundan sonra Tahirə razılaşaraq 4000 manat pulu həmin günü yaşadığı ünvanın qarşısında onun iştirakı ilə Rafaelə verdiyini demişdir. Bundan sonra qaynı Ramilin işi Sabunçu RPİ-dən Bakı Ağır Cinayətlər məhkəməsinə getdiyini, qaynanası və o, Rafaelə nəyə görə işin Ağır Cinayətlər məhkəməsinə getməsi barədə soruşduqda, Rafael işin orada həll olacağını bildirdiyini demişdir. Bundan sonra Rafael qayınanası Tahirədən 500 manat pulu istədiyini, Ramilin işinə Ağır Cinayətlər məhkəməsində istədiyi hakim baxması üçün 500 manat pul lazım olduğunu demişdir. Tahirə ona 500 manat məbləğində pul verdiyini, həmin pulu Rafaelə çatdırmasını xahiş etdiyini demişdir. Bu minvalla, o, Rafael ilə Bakı Ağır Cinayətlər məhkəməsinin qarşısında görüşərək 500 manat pulu Rafaelə verdiyini demişdir. 2022-ci ilin may ayında onun məlumatı olmadan Rafael qayınanası Tahirənin onunla birlikdə yaşadığı ünvanın qarşısına gələrək aldadıb Ramilin işinin Bakı Ağır Cinayətlər məhkməsində həll olunması üçün 10000 manat pulun lazım olduğunu bildirdiyini demişdir. Həmin zaman qayınanası Tahirə razılaşmaya əsasən 9000 manat işin həll olunacağını bildirməsinə baxmayaraq nəyə görə Rafael yenidən 10000 manat pul istəməsini söyləmişdir. Bu zaman Rafael Tahirəyə işin qaydasında getmədiyini və Ramilin etdiyi cinayətin ağır olduğunu bildirərək 10000 manat pulun lazım olduğunu bildirdiyini demişdir. Bu zaman qaynanası Tahirə oğlunun işinin həll olunması üçün razılaşaraq 10000 manat pulu Rafaelə verdiyini demişdir. Onun bu barədə sonradan xəbəri olduğunu demişdir. Bundan sonra Ramilə Bakı Ağır Cinayətlər məhkəməsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyini demişdir. Daha sonra Rafael Ramilə 2 il iş verilməsi ilə əlaqədar məhkəmədə işləyən şəxslərə şirinlik vermək lazım olduğunu qaynanası Tahirəyə bildirərək 500 manat pul istədiyini demişdir. Tahirədə onunla razılaşaraq 500 manat pulu Rafaelə verdiyini demişdir. Lakin o, həmin yerdə iştirak etmədiyini, sadəcə olaraq bu barədə qaynanası ona bildirdiyini demişdir. Ardınca Ağır cinayətlər məhkəməsində 2 il hökm verilməsi ilə əlaqədar prokurorluq tərəfindən apellyasiya məhkəməsinə şikayət verildiyini, sonra Rafael qaynanası Tahirədən 500 manat pul istədiyini, apleyasiya məhkməsində Ramilin işinə istədiyini hakim baxdıracağını bildirməsini demişdir. X5 500 manat pulu yaşadığı ünvanın qarşısında verdiyini demişdir. Həmin pulu verməzdən əvvəl Tahirə bu barədə ona bildirdiyini demişdir. Bundan sonra Rafael qaynanası Tahirənin yanına gələrək, Apellyasiya Məhkəməsində Ramilə verilmiş cəzanı bir ilə endirilməsi üçün 2000 manat pul lazım olduğunu söyləmişdir. Bu barədə qayınanası Tahirə ona bildirdiyini demişdir. Sonda Tahirə razılaşaraq yazşadığı ünvanın qarşısında 2000 manat pulu Rafaelə verdiyini demişdir. O, həmin zaman iştirak etməsə də, işin gedişatı ilə bağlı tam xəbərdar olduğunu demişdir. Lakin, sonra Ramilə apellyasiya məhkəməsində ilkin verilmiş 2 il cəza 5 illik cəza ilə əvəz olunduğunu bildirmişdir. Bu zaman Rafaelin onların etibarından sui-istifadə edərək aldadaraq 22.500 manat qaynanası Tahirənin pulunu ələ keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 onun qudası, qızı X1 arvadı olmuşdur. 2021-ci ilin dekabr ayında Sabunçu rayonunda kürəkəni Ramili narkotik vasitələrin dövriyyəsinə görə tutdulduğunu bildirmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində Ramilin barəsində olan iş Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən qudası Tahirə ona Ramilin həbsdən azad edilməsi üçün məhkəməyə 10000 manat pul verilməli olduğunu bildirmişdir. O, Tahirəyə bu iş üçün təxminən 10000 manat Rafael adlı şəxsə pul verildiyini demişdir. Çünki qızının bir neçə qızıllarının və Tahirənin özünün qızıllarının satıldığını bildiyini demişdir. O, da kiçik qızının cehizini almaq üçün uzun illər yığdığı pulun 10000 manat hissəsini Tahirəyə kürəkəninin həbsdən çıxması üçün verdiyini demişdir. 2022-ci ilin iyun ayının əvvəllərində evdə ondan Tahirə pulu özü götürüb getdiyini bildirmişdir. Daha sonra Tahirə pulu ondan götürdüyu gündən iki-üç gün sonra aparıb Rafaelə verdiyini bildirmişdir. Sonradan kürəkəninə Bakı Ağır Cinayətlər Məhkəməsində 2 il azadlıqdan məhrum etmə, daha sonra isə Bakı Apelyasiya Məhkəməsində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının verildiyini demişdir. Beləliklə Rafael onun qudasını aldatdığını bildirmişdir. O, özü Rafaellə görüşmədiyini, onunla heç vaxt danışıq aparmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2006-ci ildən 2009-cu ilədək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində işləmişdir. İşlədiyi vaxtda onunla birgə işləyən Zərərçəkmiş şəxs1 ilə yaxın münasibəti yarandığını və onlar hazırki vaxta qədər onunla ara-sıra görüşdüklərini demişdir. 2023-cü ilin fevral ayının axırlarında Zərərçəkmiş şəxs1la metronun “İçəri Şəhər” stansiyasının yaxınlığında görüşüb çay içmək üçün kafelərin birində oturduqlarını, söhbət əsnasında Fikrət bir nəfər şəxsə torpaq sahəsinə dair Kadastr işində kömək etdiyi üçün şikayət üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığını ona bildirdiyini, ona köməklik edə biləcək tanışı olmasını ondan soruşduğunu demişdir. O, Fikrətə Rafaeladlı tanışı olduğunu, onun insanlara hüquqi yardım göstərdiyini, onun hazırda ünvan 17 ünvanda yerləşən “Məryəm Plaza” biznes mərkəzinə dövlət qurumunun generalı “Rauf” adlı şəxsin ofis işlərinə baxdığını demişdir. Həmin gün o, Fikrət ilə birlikdə Təqsirləndirilən şəxs1 işlədiyi ofisə gedib onları tanış etdiyini demişdir. Ofisdə Fikrət Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığını dedikdə Rəfael Qasımov ona köməklik edəcəyini dediyini, bütün məlumatları özünün öyrənəcəyini və yalnız bundan sonra nə yolla kömək edəcəyini soruşduğunu demişdir. Bir gün sonra Rafael Fikrətə zəng edərək onu ofisə çağırdığını və o, Fikrətlə birlikdə ofisə getdiyini, Rafael Koprrupsiya qarşı Mübarizə İdarəsində olan bütün məlumatları, hətta Fikrətin ona demədiyindən artıq məlumatları və şəxslərin adlarını dediyinə görə X11 etibarı tam yarandığını bildirmişdir. Təqsirləndirilən şəxs1 deməsinə görə “Rauf” adlı general Fikrətin barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma üzrə zərərçəkmiş şəxsə qaytarmaq üçün 20.000 (iyirmi min) manat məbləğdə və həmçinin araşdırmaya xitam verilməsi üçün əlavə 15.000 (on beş min) manat məbləğdə pul istədiyini bildirdiyini demişdir. Fikrət Rafaelə tam inandığı üçün 17 mart 2022-ci il tarixdə onunla birlikdə Rəfael Qasımovun işlədiyi ünvan 17 ünvanında yerləşən “Məryəm Plaza” biznes mərkəzinin 2-ci mərtəbəsində yerləşən ofisinə getdiklərini və onun iştirakı ilə Fikrət ilk dəfə Rəfael Qasımova orada 8.000 (səkkiz min) manat, daha sonra onun iştirakı ilə 1000 manat pul verdiyini demişdir. Sonra onun məlumatı olsada pulun verilməsində iştirak etmədiyini, lakin Rafael ona “Rauf” adlı şəxslə birlikdə Fikrətdən ümümilikdə 33000 manat, Fikrətin tanışı “Elmar” adlı şəxsin iş yerini dəyişmək üçün isə 30.000 manat məbləğdə pul aldığını bildirmişdir. Sonradan Rafaelin onu və Fikrəti aldatması, heç bir iş görməməsi və Təqsirləndirilən şəxs2 general olması haqqında dediklərinin hamısının yalan olduğunun ona məlum olmasını bildirmişdir. Rafael bu işlərə görə ona 200 manat pul versə də bir müddət sonra ondan 200 manat guya borc kimi istəyib həmin pulu da onun əlindən aldıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma qızı, X14 isə qızının həyat yoldaşı olmuşdur. Onların bu nikahdan iki azyaşlı övladı olmuşdur. 2019-cu ilin dekabr ayında Osman Yasamal rayonu ərazisində quldurluq cinayəti törətdiyi üçün barəsində həbs qətimkan tədbiri seçildiyini, daha sonra isə BakıAğır Cinayətlər Məhkəməsində həmin cinayət əməlinə görə Osman Nəcəfova 11 il azadıqıdan məhrumetmə cəzası təyin edildiyini bildirmişdir. Bundan sonra qızı və qaynatasıgil bu işdə ona köməklik də biləcək tanış axtarmağa başladıqlarını bildirmişdir. Bir müddət sonra qızı Osmanın qardaşı Orxanın Tofiq adlı bir nəfər tanışı vasitəsilə Rafael adlışəxsi qızıgilə gətirərək bu işin həll olunmasına nail olacaqlarını bildirdiklərini demişdir. Həmin ərəfədə qızı ona bu işin həlli üçün 14.000 manat pul laızm olduğunu dediyini və ondan nə qədər borc tapa bilirsə tapıb onlara verməsini xahiş etdiyini demişdir. O, da bir nəfər tanımadığı şəxsdən 5.000 manat faizə pul götürüb qızıgilin yaşadığı evdə ona verdiyini bildirmişdir. Həmin gün qızı onunla əlaqa saxladığı zaman həmin verdiyi 5.000 manat pulu qayınatasına verdiyini, qayınatasının da onun yanında yaşadıqları evində 5.000 manat pulu Rafael adlı şəxsə verdiyini bildirdiyini demişdir. Bir neçə gün sonra isə qızı yoldaşı Osmanın avtomobilini də dəyər-dəyməzə 6.000 manata satıb yaşadıqları evdə Rafaelə verdiklərini bildirdiyini demişdir. Lakin sonradan Rafael verdiyi vədəəməl etmədiyini və ondan pulu qaytarmasını tələb etdikdə isə yalanlar danışaraq indiyə kimi verilən 11.000 manat pulu qaytarmadığını demişdir. O, özü də bir dəfə Rafaelə zəng edərək pulu qaytarmasını tələb etdiyini demişdir. Rafael yalan danışaraq pulu qaytarmadığını, sonra isə qızı polisə zəng edərək məlumat verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Nəcəfov Osman onun oğludur. 2014-cü ildə oglu Osman Elnarə ilə ailə həyatı qurduğunu və birgə nigahdan iki uşağının olduğunu bildirmişdir. Oğlu 2019-cu ilin dekabr ayında Yasamal rayonu ərazisində quldurluq cinayəti törətdiyi üçün barəsində həbs qətimkan tədbiri seçildiyini va daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət əməlinə görə oğlu Osman Nəcəfova 11 il azadlıqdan məhrumetmə cəzası təyin edildiyini bildirmişdir. 2020-ci ildə oğlu təzə tutulduğu üçün bu işdə ona köməklik edə biləcək tanış axtardığını, bu zaman digər oğlu Orxan Tofiq adlı bir nəfər tanışının olduğunu, Tofiqin əlaqələrinin geniş olduğunu bildirdiyini demişdir. Bundan sonra Tofiq onlarla görüşdüyünü, Rafael adlı bir tanışı olduğunu və həmin Rafael adlı şəxs bu işi rahatlıqla həll edə biləcəyini demişdir. Həmin vaxt onların başqa tanışı olmadığı üçün Tofiqə inanıb Rafael adlı şəxsin bu işi həll etməsinə razılıq verdiklərini demişdir. Bundan sonra 2020-ci ilin yanvar ayının ortalarında Tofiq yanında bir nəfər tanımadığı şəxslə Zığ bağlarında yaşadığı evə gəldiyini və həmin vaxt Tofiq onu Rafael adı ilə tanış etdiyini bildirmişdir. Həmin vaxt Rafael onlara bu işlə tanış olduqdan sonra gedişata baxıb pulu danışaraq onlara deyəcəyini bildirmişdir. Səhərisi gün Tofiq Rafael ilə birlikdə onlara gəldiyini və orada Rafael oğlunun işini Yasamal RPİ-də müstəntiqlə danışdığını, 14.000 manat veriləcəyi halda oğlunun əməlinin daha yüngül maddəyə tövsif olunacağını və onun azadlığa buraxılaraq işinə xitam veriləcəyini dediyini bildirmişdir. Onlar da, Tofiqin dediyinə görə Rafael adlı şəxsə inandıqlarını bildirmişdir. Lakin həmin miqdarda pulu olmadığı üçün üün əvvəlcə gəlini Elnarə anası Xalidədən borca pul tapıb bu işdə köməklik üçün onlara verməsini xahiş etdiyini demişdir. Anası da 5.000 manat pul tapıb onlara verdiyini demişdir. Gəlini Elnarə də Tofiq və Rafaelin yanında yaşadığı Hövsan qəsəbəsi, Zığ bağları yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən həyət evində ona 5.000 manat məbləğində pul verdiyini demişdir. O, da 5.000 manat pulu saydıqdan sonra Rafaelə verdiyini və Rafael pulu sayıb götürərək qalan pulu da tamamlanmasını bildirdiyini demişdir. Sonra oğlu Osmana məxsus "Mercedes" markalı avtomobili dəyər-dəyməzinə 6.000 manata satdıqlarını və həmin pulu da yaşadığı evdə o, Tofiqin İştirakı ilə Rafaelə sayıb verdiyini demişdir. Rafael də həmin 6000 manat pulu sayıb götürdüyünü və pulu isə öz cibinə qoyub getdiyini bildirmişdir. Həmin gün Rafael yenidən onlarla əlaqə saxladığını və bu işin 11.000 manata deyil, 21.000 manata həll oluna biləcəyini dediyini bildirmişdir. Onlar da həmin miqdarda pulu olmadığını və verdiyi cəmi 11.000 manat puldan başqa bir qəpik də olsun pul verə bilməyəcəyini dediklərini bildirmişdir. Bu zaman Rafael guya özünü onlara yaxın kimi təqdim edərək qalan 10.000 manat pulu da özünün qoyub cəmi 21000 manat pulu müstəntiqlə deyil, tamam başqa bir nəfər şəxsin əli ilə həll edəcəyinəsöz verdiyini demişdir. Həmin vaxt Rafael öz cibində qoyacağı 10.000 manat pulu isə borc kimi qoyacağını və Osman çölə buraxıldıqdan sonra 10.000 manat pulu ona qaytaracağını dediyini bildirmişdir. Onlar da, Rafaelin dediklərinə inanıb onunla razılaşdıqlarını bildirmişdir. Rafaelin dediyinə görə guya yoldaşına ümumiyyətlə işin Ağır Cinayətlər məhkəməsinə getməyəcəyini və işin xitam olunacağını bildirdiyini demişdir. Həmin vaxt Rafael sonuncu 6.000 manat pulu ondan aldıqdan sonra 2020-ci ilin yanvar ayının sonunda oğlu Osmanın azadlığa buraxılacağacına söz verdiyini demişdir. Lakin 2020-ci ilin yanvar ayı bitərək fevral ayına keçsə də, oğlunun həbsdə qaldığını və onu azadlığa buraxılmadığını bildirmişdir. Həmin vaxtdan onlar mütəmadi olaraq Rafaelə zəng edib işin nə yerdə olması və gecikməsinin səbəbini soruşsa da, Rafael hər dəfə müxtəlif bəhanələr gətirərək işin uzandığını bildirdiyini demişdir. Bir neçə aydan sonra artıq oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxıldığını və ona 11 il azadlıqdan məhrumetmə cəzası verildiyini demişdir. Artıq bu zaman onlar Rafael tərəfindən aldadıldıqlarını başa düşdüklərini və Rafael ilə əlaqə saxlayaraq verdiyi pulu geri qaytarmasını tələb etdiklərini demişdir. Lakin, Rafael verdiyi vədə əməl etməyərək onların işini həll etmədiyini və aldığı pulu qaytarmadığını demişdir. Bundan sonra isə gəlini Elnarə məcbur qalıb Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini demişdir. Cinayət işinin 1-ci cild 51-52-ci vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 174-176-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 05 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 238-241-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə zalından həbsdən azad olunmuşdur. Cinayət işinin 2-ci cild 239-240-cı vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 5-ci cild 137-138-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 191-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 80-81-ci vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 179-181-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 05 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 232-237-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə zalından həbsdən azad olunmuşdur. Cinayət işinin 2-ci cild 237-238-ci vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Xətai rayonu prokuroru Sərdar İmanovun 18 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 6-cı cild 170-174-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 6-cı cild 119-146-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, 02 (iki) ədəd DVD disk sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 178-181-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-119425/23 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdən hazıradək Təqsirləndirilən şəxs1 tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Təqsirləndirilən şəxs1 adına olan və etibarnamə ilə istifadəsinə verilmiş nəqliyyat vasitələri barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasında mövcud olan məlumatların kompyuter cinayəti qoşma olaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 183-cü vərəqəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21330/2-33522/2023 saylı məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 hazırda mülkiyyətində olan xx.xx.2022-ci il tarixdən özgəninkiləşdirilən daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 12-ci vərəqəsində olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Cinayət işinin 6-cı cild 100-cü vərəqəsində olan Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayətinin olmadığını göstərmişdir. Cinayət işinin 6-cı cild 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi RPİ-də Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinin icraatına xx.xx.2017-ci ildə Azərbaycan Respublikası CPM-in 40.3cü maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin 6-cı cild 96-98-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3.500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəriməni tam olaraq ödədiyi üçün Şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 Xətai rayon məhkəməsinin Azərbaycan Respublikası CM-in178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 02 gün azadlığın məhdudlaşdırılması 3.500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cərimə ödənilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 1-ci cild 28-ci vərəqəsində olan 05 sentyabr 2023-cü il tarixdə Səbail RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X15 tərəfindən tərtib olunmuş “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 5.000 manat pul Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Cinayət işinin 1-ci cild 108-ci vərəqəsində olan 06 sentyabr 2023-cü il tarixdə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən tərtib edilmiş “maddi ziyanın ödənilməsi haqqında” protokolan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 5.000 manat pul götürülmüşdür. Cinayət işinin 1-ci cild 109-cu vərəqəsində olan 06 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, 5.000 manat pul vəsaiti Zərərçəkmiş şəxs1 təqdim edilmişdir. Cinayət işinin 1-ci cild 110-cu vərəqəsində olan 06 sentyabr 2023-cü il tarixdə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən tərtib edilmiş “maddi ziyanın ödənilməsi haqqında” protokolan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 10.025 manat pul götürülmüşdür. Cinayət işinin 1-ci cild 111-ci vərəqəsində olan 06 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, 10.025 manat pul vəsaiti Zərərçəkmiş şəxs1 təqdim edilmişdir. Cinayət işinin 1-ci cild 185-ci vərəqəsində olan 12 sentyabr 2023-cü il tarixdə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən tərtib edilmiş “maddi ziyanın ödənilməsi haqqında” protokolan görünür ki, Təqsirləndirilən şəxs1 anası X3 təqdim etdiyi 15.000 manat pul götürülmüşdür. Cinayət işinin 1-ci cild 186-187-ci vərəqələrində olan 12 sentyabr 2023-cü il tarixli qəbzlərdən görünür ki, 15.000 manat pul vəsaiti Zərərçəkmiş şəxs1 təqdim edilmişdir. Cinayət işinin 1-ci cild 217-ci vərəqəsində olan 27 sentyabr 2023-cü il tarixdə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən tərtib edilmiş “maddi ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qayınatası Nuriddin Süleymanovun təqdim etdiyi 20.500 manat pul götürülmüşdür. Cinayət işinin 1-ci cild 218-220-ci vərəqələrində olan 27 sentyabr 2023-cü il tarixli qəbzlərdən görünür ki, 20.500 manat pul vəsaiti Zərərçəkmiş şəxs1 təqdim edilmişdir. Cinayət işinin 5-ci cild 151-ci vərəqəsində olan 04 oktyabr 2023-cü il tarixdə Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 tərəfindən tərtib edilmiş “maddi ziyanın ödənilməsi haqqında” protokolan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 5.000 manat pul qəbzlə Zərərçəkmiş şəxs2 təqdim etmişdir. Cinayət işinin 5-ci cild 129-cu vərəqəsində olan 16 noyabr 2023-cü il tarixdə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən tərtib edilmiş “maddi ziyanın ödənilməsi haqqında” protokolan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2.000 manat pul götürülmüşdür. Cinayət işinin 3-cü cild 6-cı vərəqəsində olan 06 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, 2.000 manat pul vəsaiti qəbzlə Zərərçəkmiş şəxs2 təqdim edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə olan səs yazıları Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 aralarında baş verən mobil telefonda danışığıdır. Həmin danışıqlarda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 onunla tanışlığının Rasim vasitəsi ilə olmasını, vəd verdiyi işi həll edə bilməməsini, oğlunun tutulmasını, vermiş olduğu 20000 manat məbləğində pulunu geri qaytarmasını istəmiş və Rafael narahat olmamasını həll edəcəyini bildirmişdir. "2" adlı faylda qeyd olunan səs yazısına qulaq asdıqda cinayət işi üzrə zərərçəkmiş Hüseynova Təqsirləndirilən şəxs1 işin hansı yerdə qalması barədə soruşması, 9000 manat pulu Təqsirləndirilən şəxs1 tərəfindən alınan zaman işin qaydasında olacağını bildirməsi, bundan əlavə ilkin 5000 manat, sonradan 4000 manat məbləğində pulu Rafael verən şəxs Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 aralarında baş verən mobil telefonda danışıqdır. Həmin danışıqlarda Tahirə nə zaman işin həll olacağını söyləməsi müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 öz növbəsində işin həll olacağını, həmin anda rahat olmamasını, sonradan yenidən zəng etmək istəməsini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmn mobil telefon danışıqlarının özü və Tahirə arasında olmasını bildirmişdir. Bundan əlavə həmin danışıqlar zamanı 9000 manat məbləğində pulu ödəniş etməzdən əvvəl qeydə alınmış səs yazılar olmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 22000 manat məbləğində pul almasını qeyd etsə də, həmin puldan hissə-hissə yəni, 5000 manat və 4000 manat olmaqla 9000 manat pulu aldıqdan sonra qaytarmasını bildirmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, videogörüntülü danışıqları özündə əks etdirən «- Fazil: ..... Dünəndən özün deyirsən konkret.....Rafael: Konkret sənə söz deyim? Sənin oğlunun problemi nədi? Maraqlandın heç? Bildin dərdi nədi, azarı nədi? Sənin oğlun hər dəfə 300 manat, 200 manat, 150 manat, 500 manat pul istəyəndə sənin evində, ailəndə, uşağında problem yaranır. Fazil: ... qoy yaransın!.. Rafael: Sənin əlində yoxdu, açığı sənin əlində pul olmayanda onda da olmayanda o da tıncıxır, başlayır artıq-əskik danışır, başlayır söyüş zad söyür. Mən bu gecə səhərəcən Quranhaqqı yatmamışam. Sən özün kişisəne Fazil sənin kimsə atanın qəbrinə söyüş söysə qəbul edərsən? Fazil: Aə məni gündə 100 dənə söyüb. Bilmirsən axı. Deyir pulumu qaytar faiz ödəyirəm. Rafael: Başa düşdüm. Qardaş pulunu istəyirsən? Keçən səfər gəldim burda oturdum sənin yerində dedim Fazil pulunu istəyirsən? Dur otur maşına gedək götürək pulunu. Fazil: İndi deyirlər konkret... Çünki elə adamdan soruşmuşam deyir bu işi kimsə həll eləyə bilərsə başımı qoyarame daşın altına. Mümkün deyil.... Rafael: Mən sənə elə söz deməmişəm.... Fazil: Mənə hörmətsizlik eləməzdin, mən inanmışam sənə pul vermişəm, qardaş, 4 ildi...Rafael: İtirən adamın burnundan gələr. Bax oğlun Orxana da demişəm......Fazil: O heç də.... canımda qurban.....Rafael: Mən 3 ildi gedirəm.......Fazil: Biz sənə inanmışıq ki, bu işi həll edəcəksən, ay Rafael. Rafael: Mən bu işi həll eləyirəm. Fazil: 4 ildi heç nə yoxdu.....Rafael: Pulunu istəyir? Mən onun pulunu verirəm. Mən nə namusumu nə dədəmi çöldən tapmamışam. Fazil: Aə Allah eləməsin. Birinci günə mən sənə demişəm ki, mən sənə yığıb pulunu verəcəm. Ona da deyir faiz ödəyir....... Rafael: Mən də 3 ildi sənlə bir yerdə pul verirəm. Sən 25.000 pul vermisən mənə? Yox. Mənim sentyabrdan bu tərəfə 25.000 manat, 25.000 manat yox Allah şahiddi adam günaha girməz. 20.000 manat pulum qalıb. Sentyabr ayından bəri 20.000.....25.000-də bəyənmədiyin, gündə söydüyün Kamran. Fazil: O yatır yaxşı. Niyə yatır? Rafael: Mən də o pulu vermişəm işin düzəlməyinə. Mən də bilirəm ki, bu işi düzəldəcəm.......» Danışıqlıar qeyd olunan cümlə ilə başa çatır, qeyd olunan danışıqların X18 Qsımov arasında olduğu və video kamera vasitəsi ilə qeydə alındığı müəyyən edilir, həmin görüntüdə Şahid3 ilə Təqsirləndirilən şəxs1 masa arxasında əyləşdikləri və söhbət etdikləri əks olunmuşdur. Təqsirləndirilən şəxs1 videogörüntüdə onun və Şahid3 olduğunu, aralarında yuxarıda qeyd olunan danışıqların aparıldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 özünü CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs1 barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.6-cı bəndində 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər nəzərdə tutulmuşdur; 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs1 əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilən 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və o, 1988– 1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxs olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.6-cı bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs1 əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.6-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 1.6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-131/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-131/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver