Məhkəmə qərarları › İş №1(004)-132/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-132/2020

12.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-132/2020 12.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs icarəyə götürdüyü saxlanc yeri hesab edilən ünvan 3A saylı binanın zirzəmi hissəsində yerləşən «Bunker» adlanan internet klubunun sağ yan pəncərə nəfəsliyini açmaqla binaya qanunsuz daxil olaraq oradan, Zərərçəkmiş şəxs məxsus bir ədəd dəyəri 1480 manat olan «Gamfmax» markalı prosessoru, bir ədəd dəyəri 350 manat olan «Msi» markalı monitoru, bir ədəd dəyəri 160 manat olan «HyperX» markalı qulaqcıqı, bir ədəd dəyəri 54 manat olan «Bloody» markalı kompyuter idarə edən siçan (mışka), bir ədəd dəyəri 56 manat olan «Bloody» markalı klaviaturanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2100 (iki min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, Nəsib bəy Yusifbəyli küçəsi, ev 23 A-da pasport qeydiyyatındadır və həmin ünvanda tək yaşamış, 2014-cü ilin avqust ayında həyat yoldaşı X3 ilə rəsmi olaraq ailə həyatı quraraq və həmin nikahdan 2017-ci il təvəllüdlü qızı X6 vardır. O, hal-hazırda həyat yoldaşı ilə qeyri rəsmi olaraq ayrılmış və birgə yaşamır. 2003-cü il tarixdə Qaradağ rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işi cəzasına məhkum edilmişdir. Bundan başqa 2006-cı il tarixdə Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2007-ci il tarixdə azadlığa buraxılmışdır. Bundan başqa 2011-ci il tarixdə Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək 03 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2014-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. Bundan başqa 2015-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2016-cı il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. O, həmin vaxtdan xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində heç bir cinayət hadisəsi törətməmiş və narkotik vasitələrdən də istifadə etmədiyini bildirmişdir. Təxminən 2020-ci ilin fevral ayının sonunda ünvan 2 A saylı ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında piyada keçərkən, həmin binanın qeyri yaşayış zirzəmisində «Bunker» adılanan inernet klubun olmasını görmüş və belə bir qərara gələrək, həmin internet klubdan kompyuter dəstlərindən birini oğurlayıb sonra isə satıb əldə pul edib öz şəxsi ehtiyaclarına xərcləsin. Bundan başqa bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 01:30 radələrində o, oğurluq etmək məqsədi ilə ünvan 3 A saylı ünvanda yerləşən «Bunker» adılanan internet klubunun hava nəfəsliyinin üzərində olan plastik pəncərəsini əli ilə bərk zərbə ilə vurduqda həmin pəncərəni içəri açmışdır. Bundan sonra o, ətrafa baxıb heç kəsin olmadığını görüb pəncərədən içəri daxil olaraq və birinci otaqda olan masanın üzərində bir neçə ədəd kompyuter dəstlərindən, bir dəstini masanın üzərindən sökərək, yəni bir ədəd «GAMFMAX» markalı prosessorunu, bir ədəd «MSİ» markalı monitorunu, bir ədəd «HYPEB» markalı qulaqcağını, bir ədəd «BLOODY» markalı kompyuter idarə edən siçan (mışka) və bir ədəd «BLOODY»markalı klaviaturası ilə birlikdə həmin nəfəslik pəncərəsindən çölə çıxardaraq oğurlamışdır. Həmin kompyuter dəstini yaşadığı Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, Nəsib bəy Yusifbəyli küçəsi ev 23 A-da saylı ünvana apararaq evə qoymuşdur. Elə həmin günü yəni xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində həmin kompyuter dəstini sellofan torbaya yığıb 2004-cü il tarixdən tanıdığı «Bəxtiyar» adlı tanışına satmaq üçün onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ünvanın qarşısına gəlmiş, həmin vaxtı «Bəxtiyar» adlı şəxs yaşadığı ünvanın qarşısına siqaret çəkdiyini, ona yaxınlaşıb həmin kompyuter dəstini göstərərək, özünə məxsus olduğunu və ona ümumi 70 manat pula satmağını təklif edərək özünə isə yeni kompyuter dəsti alacağını bildirmişdir. Bundan sonra «Bəxtiyar» adlı şəxs həmin kompyuter dəstinə baxıb və ondan bir daha oğurluq olub-olmamasını soruşmuş, o, isə ona özünə məxsus olduğunu bildirmişdir. Bu zaman «Bəxtiyar» adlı şəxs həmin kompyuter dəstinə baxıb bəyənərək, üstündə olan 70 manat pul ona vermiş, o, isə ona həmin kompyuter dəstini satmışdır. Həmin pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx xxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 28ci PB-nin əməkdaşları tərəfindən onu Yasamal rayon ərazisində saxlayaraq oğurluq hadisəsi barədə sorğu sual etmişlər, o, isə tam səmimi olaraq onlara xx xxxx 2020-ci il tarixdə təxminən saat 01:30 radələrində ünvan 5 saylı ünvanda yerləşən “Bunker” adlanan internet klubundan kompyuter dəstinin oğurlaması barədə etiraf etmişdir. O, törətmiş olduğu cinayət əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini və onun bu hərəkətlərini nəzərə alınmasını xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, o, oğurluq cinayətini tək törətmiş və bu barədə heç kəsə məlumat verməmişdir. Onu heç kəs oğurluğa məcbur etməmiş, həmin kompyuter dəstini oğurlamaqda məqsədi, satıb əldə pul edib öz şəxsi ehtiyaclarına xərcləsin. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, zərərçəkənə vurduğu ziyanı tam ödədiyini, evli olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını, ayaqlarının qanqrena olmasını, əziyyət çəkdiyini, azadlıqda müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdən bu günə ünvan 6 A saylı ünvanda yerləşən «Bunker» adlanan internet klubunu icarəyə götürmüşdür. Həmin internet klubda olan bütün avadanlıqlar ona məxsusdur. xx xxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində icarəyə götürdüyü ünvan 6 A saylı ünvanda yerləşən «Bunker» adlanan internet klubuna gələrkən, həmin internet klubun pəncə nəfəsiliyindən naməlum şəxs həmin kluba daxil olaraq ona məxsus bir ədəd dəyəri 1480 manat olan «GAMFMAX» markalı prosessorunu, bir ədəd dəyəri 350 manat olan «MSİ» markalı monitorunu, bir ədəd dəyəri 160 manat olan «HYPEB» markalı qulaqcıqını, bir ədəd dəyəri 54 manat olan «BLOODY» markalı kompyuter idarə edən siçan (mışka) və bir ədəd dəyəri 56 manat olan «BLOODY» markalı klaviyaturanı oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə yəni icarəyə götürdüyü «Bunker» adlanan internet klubuna gəlmiş, o, ərizə ilə müraciət edərək baş vermiş hadisə barədə onlara məlumat vermişdir. Həmin oğurluq hadisə nəticəsində ona ümumilikdə 2.100 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi barədə onun və atası X2 məlumatı olmuşdur. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır.. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində törətdiyi oğurluq əməllərini özündə əks etdirən görüntülərinin qeydə alındığı videoçəkilişin yazıldığı DVD-R diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/608 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmamış malların 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2020,0 manat müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə,zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsiilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X6 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, evli olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, hər iki ayaqlarında çürümə əlamətlərinin olmasına dair xəstəliyinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək 02 ay 21 gün həbsdə olmuşdur. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «Gamfmax» markalı prosessoru, bir ədəd «Msi» markalı monitoru, bir ədəd «HyperX» markalı qulaqcıq, bir ədəd «Bloody» markalı kompyuter idarə edən siçan (mışka) və bir ədəd «Bloody» markalı klaviatura Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və oğulruq hadisəsi özündə əks etdirən 1 ədəd DVD-R markalı video görüntü diski cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasənhəbsdə saxlanıldığı 02 ay 21 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 6 ay 18 gün (bir il altı ay on səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Maddi sübut kimi tanınmışbir ədəd «Gamfmax» markalı prosessoru, bir ədəd «Msi» markalı monitoru, bir ədəd «HyperX» markalı qulaqcıq, bir ədəd «Bloody» markalı kompyuter idarə edən siçan (mışka) və bir ədəd «Bloody» markalı klaviatura Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanıdövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X1 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar