Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-133/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Zülfiqar oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1986-cı il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, hazırda işsiz, məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakının xeyli miqdarda olan hissəsini müxtəlif vaxtlarda öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs MMC-nin (VÖEN:**********) ünvan 2 ünvanında yerləşən, “X5 23” filialında administrator vəzifəsində işlədiyi dövr ərzində öz qulluq mövqeyindən istifadə edərək əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, eləcə də cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş mağaza administratorunun vəzifə təlimatına əsasən anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına, kassa əməliyyatların doğru aparılmasına nəzarət edilməsi, mal qəbulu əməliyyatlarının həyata keçirilməsi, mal qəbulu zamanı baş verən problemlərin həlli üçün müvafiq strukturlara müraciət edilməsi, satış zamanı alınan məhsulların qaytarılma, dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət edilməsi, mağazanın sayılması üçün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi, təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirlərin alınmasının təmin edilməsi, qəbul edilən məhsulların sayını, satışa yararlığının yoxlanılması, mağaza büdcəsi, sifariş, xərclər, qalıq hesabatlarının, habelə işəgötürənə ziyan vurma hallarına yol verilməməsi və digər işlərin görülməsinin ona həvalə edilməsinə baxmayaraq, tamah niyyətilə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəyərək talamaq məqsədilə həmin müddətdə mağazanın inventarında olan satış üçün tam maddi məsuliyyətinə götürdüyü 89042,38 manat dəyərində məişət və qida məhsullarının xeyli miqdar təşkil edən 12692,97 manat dəyərində olan hissəsini müxtəlif vaxtlarda mağazadan çıxararaq kassaya mədaxil etmədən istintaqa məlum olmayan digər şəxslərə satmaqla əldə etdiyi həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf edərək ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-nin “X5 23” filialına məxsus 12692,97 manat dəyərində özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də 2020-ci ildə satıcı-kassir kimi işə başlamış, xx.xx.2022-ci il tarixə qədər həmin marketdə müxtəlif vəzifələrdə işləmiş, bu zaman əmək müqaviləsi ilə birlikdə tam maddi məsuliyyət haqqında müqavilə də bağlamışdır. xx.xx.2020-ci il tarixdə “X5 23” mağazasında adminstrator vəzifəsinə keçmiş, bu zaman əmək müqaviləsinə və onunla bərabər tam maddi məsuliyyət haqqında müqaviləyə müvafiq dəyişikliklər olunmuşdur. Mağaza adminstratoru kimi vəzifə təlimatlarına anbar və satış zalının təmiz, nizamlı olmasına, market personalının işə davamiyyətinə və digər məsələlərə, kassa sisteminə nəzarət etmək, kassada baş vermiş problemlərlə bağlı rəhbərliyə məlumat vermək və lazımı köməkliklərin edilməsi, inkassassiya prosesini təşkil etmək, mal qəbulunu həyata keçirmək və baş vermiş problemlərə görə müvafiq strukturlara məlumat vermək, işdən çıxmaq, vəzifə və yerini dəyişmək istəyən işçilərlə əlaqədar mərkəzi ofisə məlumat vermək, mağazada məhv ediləcək məhsullarla bağlı nəzarəti həyata keçirmək, market avadanlıqlarında yaranmış problemlərlə bağlı müvafiq strukturlara məlumat vermək, mağaza büdcəsi, sifariş, xərclər və qalıq hesabatlarını hazırlamaq, marketin ehtiyacları ilə bağlı müvafiq strukturlara məlumat vermək, işçilərin motivasiya və performanslarının artırılması üçün toplantıların edilməsi, ehtiyac olan məhsulların siyahısının hazırlanması və firmalara məlumat verilməsi, mağazanın sayılması üçün lazimi tədbirilərin görülməsinin təşkil etmək, yenilikləri tətbiq etmək, təhlükəsizliyi təmin etmək, mağazada satış zalının açılışı və qiymətlərin dəyişdirilməsinə nəzarət etmək, komanda çalışmasını təşkil etmək olmuşdur. Yaranan kəsir həm onun nəzarətsizliyindən yaranmış, həm də mənimsəmişdiş. Belə ki, mağazaya şirkətlər tərəfindən gətirilən məhsulların bir hissəsini hal-hazırda adlarını xatırlamadığı şəxslərə satmış və həmin pulları kassaya mədaxil etməyərək öz xərclərinə istifadə etmişdir. Nəticədə 12.692,97 (on iki min altı yüz doxsan iki manat doxsan yeddi qəpik) manat kəsir əmələ gəlmişdir. Həmçinin ətraf məhəllələrdə yaşayan əhaliyə nisyə mal vermiş, daha sonra unutduğu üçün götürməmiş, bundan başqa mağazadan kassaya mədaxil etməyərək çıxartdığı məhsulları adlarını xatırlamdağı şəxslərə satmışdır. Əsasən, spirtli, spirtsiz içkiləri, kosmetoloji və tütün məhsullarını işlədiyi müddətdə kassaya mədaxil etməyərək mağazadan çıxararaq satmış, bu kimi üsullarla mənimsəmişdir. İşdən çıxdığı vaxtda MMC-nin daxili nizamnaməsinə görə mağazaya müvafiq yoxlama gəlmiş və sayın yoxlaması aparılmışdır. Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi onun mağazada mənimsəmə etdiyindən şübhələnmiş, buna görə də işdən çıxmamışdan əvvəl, yoxlama gəlmişdir. Yoxlama bitdikdən sonra əmin olmuşdur ki, 12.692,97 (on iki min altı yüz doxsan iki manat doxsan yeddi qəpik) manat kəsir yaranmışdır. Etdiyi əmələ görə peşmandır. Tərəfindən Zərərçəkmiş şəxs MMC-ə vurulmuş ziyanın bir hissəsi ödənilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “X6 23” mağazasında administrator kimi işə başlamış, işə daxil olarkən, əmək müqaviləsi, həmçinin tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmış, təhvil-təslim aktı imzalanaraq “X5 23” mağazası ona təhvil verildikdən sonra işə başlamışdır. Həmin akta görətəhvil veriləcək mağaza üzrə hesabat aparılır və əksiksiz formada mağaza növbəti şəxsə təhvil verilir. “X5 23” mağazasını Təqsirləndirilən şəxs təhvil verməmişdən əvvəl inventarizasiya yoxlaması keçirilmiş və heç bir əksiklik olmadan ona təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs mağazada işlədiyi müddətdə şirkətin inventarizasiya şöbəsi tərəfindən qısa müddətlik aralıqlarla mağaza yoxlanılmış və əksiklik olduğu aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş yoxlama zamanı 6157,10 manat əksik olduğu aşkar olunmuşdur. Daha sonra inventarizasiya şöbəsinin verdiyi yoxlama aktlarının nəticəsində xx.xx.2023-cü il tarixdə auditora müraciət olunmuş və audit yoxlaması həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdə inventarizasiya şöbəsinin verdiyi aktlar, həmçinin auditin öz keçirdiyi araşdırmalar nəticəsində “X5 23” mağazasında Təqsirləndirilən şəxs tərəfindən 12692,97 manat mənimsəmə edildiyi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də verdiyi ifadələrdən də müəyyən olunur ki, əsasən tütün, spirtli və spirtsiz içkilərdən olan məhsulları kassaya mədaxil etməyərək satmış və həmin məhsulların satışından əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda aralarında mediasiya barışığı var. Cinayət işinin icraatında xitam verilməsinə etirazları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs MMC-də inventarizasiya şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “X5 23” mağazasında administrator kimi işə başlamış, sonuncu işə daxil olarkən, əmək müqaviləsi ilə bir yerdə tam maddi məsuliyyətlə də razılaşmış və imzası ilə təsdiq etmişdir. “X5 23” mağazası Təqsirləndirilən şəxs təhvil verməmişdən əvvəl yoxlama keçirilmiş yoxlama zamanı əksik olmadan sonuncuya təhvil vermişlər. xx.xx.2022-ci il tarixdə keçirilmiş yoxlama zamanı 6157,10 manat, xx.xx.2022-ci il tarixdə isə növbəti inventarizasiya yoxlamasında 6535,87 manat əksik olduğu aşkar olunmuşdur. Daha sonra yoxlama aktlarının nəticəsində xx.xx.2023-cü il tarixdə auditora müraciət olunmuş və audit yoxlaması həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdə aktlar, həmçinin auditin öz keçirdiyi araşdırmalar nəticəsində həmin mağazada Təqsirləndirilən şəxs tərəfindən 12692,97 manat əksik olduğu aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, 2020-ci ilin oktyabr ayının axırı-noyabr ayının əvvəlindən Təqsirləndirilən şəxs adminlik etdiyi Zərərçəkmiş şəxs də işləyirdi. Vəzifəsi satıcı-kassir idi. İşlədiyi müddət ərzində təxmini iki ay olar işləmişdir, iki ay ərzində özü bu təqsirləndirilən şəxsdən nə ziyan, nə marketdən oğurluq etdiyini, nəsə apardığını görməmişdir. İstintaq zamanı veridyi ifadəsini məhkəmədə təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 bildirmişdir, Zərərçəkmiş şəxs MMC tərəfindən ona təqdim olunmuş sənədlərdə Təqsirləndirilən şəxs Qazqaf oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər “X5 23” mağazasında administrator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sənədlər əmək müqaviləsi tam maddi məsuliyyətlə bağlı müqavilə də olmuşdur. “X5 23” mağazası üzrə Təqsirləndirilən şəxs tam maddi məsul şəxs olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin səlahiyyətli nümayəndələri bu işlə bağlı xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. O, MMC tərəfindən ona təqdim olunmuş sənədləri və 2 inventarizasiya yoxlamasını müşahidə etdi və araşdırmanı apardıqdan sonra xx.xx.2023-cü il tarixdə audit rəyini tərtib edib MMC-yə təqdim etdi. Apardığı araşdırma zamanı müəyyən etdi ki, ünvan 4 ünvanında yerləşən “X5 23” mağazasının administratoru Təqsirləndirilən şəxs öhdəliyində olan məbləğdən 12692,97 manat pul əksikdir. Bununla bağlı Zərərçəkmiş şəxs MMC-yə məlumat verdi və məsələyə hüquqi qiymət verilməsi üçün hüququ-mühafizə orqanlarına müraciət etmələrini bildirdi. Təqsirləndirilən şəxs mağazada olan məhsulları özü satmış və pulunu kassaya mədaxil etməmişdir. Beləliklə araşdırma zamanı müəyyən etmişdir ki, onun öhdəliyində olan məhsullardan əksiklər var. Onların qiymətinin cəmi isə 12692,97 manat olmuşdur. Bununla bağlı şəxsin etirafedici izahatı və digər hüquqi sənədlərin hamısını audit rəyi ilə birlikdə MMC-yə təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2020-ci il tarixli 621 saylı əmrdən çıxarışa əsasən Təqsirləndirilən şəxs Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2020-ci il tarixindən Administrator vəzifəsinə keçirilməlidir. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla, ödənilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən imzalanmış iltizamnamələrdə sonuncu sayımda axıra kimi iştirak etdiyini, sayım qaydalara uyğun keçdiyini, artıq və əskik mallarnan tanış olduğunu, tapılan səhvlər üzərində düzəliş olunduğunu, sayılan miqdarların qanuniliyi ilə tam razı olduğunu və heç bir etirazının olmadığını qeyd etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2023-cü tarixli arayışına əsasən Təqsirləndirilən şəxs ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2022-ci il tarixində 6157,10 (altı min yüz əlli yeddi manat on qəpik), xx.xx.2022-ci il tarixində 6535,87 manat (altı min beş yüz otuz beş manat səksən yeddi qəpik) çatışmazlıq müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 01 may 2023cü il tarixinə, Zərərçəkmiş şəxs MMC-ə olan ümümi borc 12692,97 AZN (on iki min altı yüz doxsan iki manat doxsan yeddi qəpik) təşkil edir. İş materiallarında olan “Auditor rəy”dən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək keçirilən audit yoxlaması nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs MMC-nin ünvan 6 ünvanında yerləşən “OBA-Yeni Yasamal 23” mağazada administrator vəzifəsində çalışmış Təqsirləndirilən şəxs öhdəliyində olan maddiyatdan 12692,97 (on iki min altı yüz doxsan iki manat doxsan yeddi qəpik) manat dəyərində ziyan vurmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5788 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli təhvil təslim nəticələrinə dair yekun aktların düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim olunmuş maliyyə arayışı məlumatları, qaimə-fakturalar, inkassasiya sənədləri, kassanın “Z” hesabatına əsasən “Yeni Yasamal 23” filialında yaranmış çatışmazlıq 12692,97 manat məbləğində müəyyən olunur. Audit aktına əlavə edilmiş qaimə-fakturalar və digər sənədlər, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsi, maddi-məsuliyyət haqqında müqavilələr cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2024-cü il tarixli, HŞ300 nömrəli məktubuna əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə vurmuş olduğu maddi ziyanın 6000 manat hissəsini ödəmiş, 6693 manat hissəsini isə ayda 557.75 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-02330 nömrəli barışıq sazişinə əsasən tərəflər etiraf edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə 6693 AZN borcu var, Zərərçəkmiş şəxs MMC xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs borcun ödənilməsini tələb etməyəcəyini öhdəsinə götürür, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, hissə-hissə olmaqla cəmi 12 ay ərzində, aylıq ödəniş məbləği 557,75 AZN olan pul vəsaitini Zərərçəkmiş şəxs MMC-nin bank hesabına hər ayın ilk 3 təqvim günü ərzində ödəyəcəyini öhdəsinə götürür. Borc gecikdirildiyi və 1 ay ərzində ödənilmədiyi halda Zərərçəkmiş şəxs MMC qalıq borcunu bütövlükdə, məcburi qaydada tutulması üçün məhkəməyə müraciət edəcəkdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 179.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindəki məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X1 adında uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, ziyanı qismən ödəməsini və zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmamasını, ailəli olmasını, himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 200,00 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmədə müdafiə etmiş Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Zülfiqar oğluna Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 200,00 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Zülfiqar oğluna ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-133/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-133/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver