Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-133/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbyacan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yarımçıq məktəb tikilisində məskunlaşaraq yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə verilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanında yerləşən parkda istirahət edən Zərərçəkmiş şəxs yaxınlaşaraq guya azyaşlı uşağının sonuncu tərəfindən döyülməsini bəhanə edərək yaratdığı mübahisə zamanı, özündə formalaşmış hirsililik fonunda mübahisəni M.Xiyabani küçəsi 10 ünvanında yerləşən parkda davam etdirməklə istənilən narazılığı zor gücünə həll etmək iqtidarında olmasını nümayış etdirib, öz şəxsiyyətini ətrafdakıların və zərər çəkmişin şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan parkda şəxsin xəsarət alacağını bilərək və əvəlcədən bunu arzu edərək xuliqanlıq niyyəti ilə bir dəfə qəsdən təpiklə arxa tərəfindən vuraraq yerə yıxması nəticəsində sonuncuya qamış sümüyünün bayır kondilusunun qopma xarakterli sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olunan xuliqanlıq niyyəti ilə qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xadimə işləyir. Onun ikisi oğlan, biri qız olmaqla, üç övladı vardır və övladlarını tək böyüdür. Zərərçəkmiş şəxs onun qonşusudur. 11 iyul 2023-cü il tarixdə axşam saatlarında o, işdən çıxıb evə qayıdan zaman qonşusu X2 ona zəng edərək Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən parkda onun qızını vurduğunu bildirmiş, o isə dərhal həmin yerə doğru gəldiyini bildirmişdir. Bir qədər sonra o, həmin parka gəldikdə oradakı uşaqlardan birindən burada nə baş verdiyini soruşmuş, Əlituran adlı bir uşaq ona futbol oynadıqları zaman topun Zərərçəkmiş şəxs dəydiyini, Lətifənin də onları söyməyə başladığını və qızı Leylaya əli ilə şillə vurduğunu bildirmişdir. Bundan sonra o qızının üz nahiyyəsinin bir tərəfinin qızardığı görmüş və əsəbiləşərək parkda Lətifənin yanına gedərək ona “sən kimsən ki, mənim uşağıma vurursan” deyərək onu itələmişdir. Bundan sonra Lətifə arxa-arxaya getmiş və ayaqları bir-birinə ilişərək yıxılmışdır. Bundan sonra o Lətifəyə köməklik etməyərək oradan getmişdir. Latifə onun qızının vurduğu üçün o, Lətifəni itələmiş, ona təpik vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında yaşayır. Bəzən yaşadığı evin yaxınlığında yerləşən parka gedərək orada oturur. 11 iyul 2023-cü il tarixində axşam saatlarında həmin parkdan evə qayıdan zaman qonşusu Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onun üzünə şillə vurmuşdur. O, Aynadan ona niyə şillə vurduğunu soruşduqda Ayna ona uşaqlarını döydüyünü bildirmişdir. O, Aynaya uşaqlarına əlini də vurmadığını bildirsə də, Ayna onu itələmişdir. O, Ayna onu itələdiyi üçün yerə yıxılmış, həmin vaxt o, yerdə olan zaman Ayna onun ayağına təpiklə vurmuşdur. Bundan sonra Ayna oradan uzaqlaşaraq çıxıb getmiş, həmin vaxt yoldan keçən iki nəfər tanımadığı oğlan onu yerdən qaldıraraq evə aparmışlar. O, Aynanın ona yetirdiyi xəsarətlər nəticəsində 01 il 08 ay ərzində gəzə bilməmişdir. O, Aynanın uşaqlarını vurmamışdır, ümumiyyətlə, Aynanın uşaqlarını tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qayınanasıdır. Dəqiq xatırlamadığı tarixdə o, Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra onu evə yola salmışdır. Bundan təxminən iki saat sonra Lətifə ona zəng vuraraq Yasamal rayonu ərazisində “Qismət” şadlıq sarayının yaxınılığında yerləşən parkda Ayna adlı şəxsin onun ayağını sındırdığını bildirmişdir. O, hadisənin şahidi olmamışdır, lakin Lətifənin yanına gəldikdən sonra ayağının sındığını görüb 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun anasıdır. Onun bir qardaşı və Leyla adlı bir bacısı vardır. Dəqiq xatırlamadığı tarixdə yaşadıqları evin yaxınlığında yerləşən parkda futbol oynayan zaman top başqa bir uşağın ayağından çıxaraq parkda əyləşən qonşuları Zərərçəkmiş şəxs tərəf getmiş, o da topun arxasınca gedib götürmək istəyən zaman Lətifə onun anasını söyməyə başlamışdır. O, Lətifəyə anası haqqında belə danışmamağı bildirmişdir. Həmin vaxt Lətifə futbol oynamayan, kənarda dayanıb baxan bacısı Leylanı yanına çağıraraq onun üzündən şillə vurmuşdur. Bundan sonra Leylanın üzü qızarmış və ağlamağa başlamışdır. Həmin vaxt anasının işdən çıxan vaxtı olduğu üçün o, qardaşını axtarmağa getmiş, qayıdıb gələn zaman anasının artıq parka gəldiyini görmüşdür. Anası Təqsirləndirilən şəxs Lətifəyə yaxınlaşaraq ondan niyə uşağını vurduğunu soruşmuş, Lətifə isə onun uşağına vurmadığını bildirmişdir. Həmin vaxt anası Lətifəyə yaşlı qadın olduğunu bildirərək çiynindən itələmiş, Lətifə isə arxaarxaya gedərək ayağı ilə parkdakı daşlardan birinə ilişib yıxılmışdır. Bundan sonra onlar anası ilə birlikdə evə qayıtmışdırlar. Anası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təpiklə vurmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun anasıdır. Dəqiq xatırlamadığı tarixdə yaşadıqları evin yaxınlığında yerləşən parkda qardaşları dostları ilə futbol oynayan zaman atılan top qonşuları Zərərçəkmiş şəxs yanından keçmişdir. Qardaşı Ömər top gətirməyə gedən zaman Lətifə onun anası haqqıda söyüşlər söyməyə başlamışdır. Bu zaman o Lətifəyə tərəf baxdığı üçün Lətifə ona yaxınlaşaraq onun üzündən əli ilə vurmuşdur. Bundan sonra o, ağlamağa başlamışdır. Həmin vaxt qonşuları Fərqanə onlara yaxınlaşmış, bir az sonra isə anası parka gələrək Lətifədən onu niyə soruşduğunu bildirərək iradını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Dəqiq xatırlamadığı tarixdə işdən qayıdan zaman rəfiqəsi ilə parkda gəzməyə başlamışdır. Həmin vaxt orada uşaqlar futbol oynayan zaman atılan top parkda əyləşən, adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxin yanına tərəf getmişdir. Aynanın oğlu Ömər topu gətirməyə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs Ömərə anasının gecələr başqa yerə gedib-gəldiyini, pozğun olduğunu deməyə başlamışdır. Həmin vaxt Aynanın kənarda oynayan qızı Leyla Zərərçəkmiş şəxs anası haqqında belə danımamasını bildirmişdir. Zərərçəkmiş şəxs qızın yanına gələrək onun üzündən əli ilə vurmuşdur. Həmin vaxt o, gələrək Leylanı kənara çəkmiş və Aynaya zəng vuraraq Lətifənin qızını vurduğunu bildirmişdir. Bundan bir qədər sonra Ayna parka gələrək Lətifəyə yaxınlaşıb qızına niyə şillə vurduğunu soruşmuş və əli ilə çiynindən itələmişdir. Bundan sonra Zərərçəkmiş şəxs arxa-arxaya gedərək yerə yıxılmışdır. Daha sonra onlar uşaqları götürərək oradan uzaqlaşmışdırlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təpik vurmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 26 iyul 2023-cü il tarixli, 831 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət- qamış sümüyünün bayır kondilusünun qopma xarakterli sınığı küt əşyanın (alətin) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi. dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v. 11-13) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə keçirilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerlənşən parkdır. (i.v. 79) Zərərçəkmiş şəxs ərizəsindən və ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6. Təxminən 2023-cü ilin mart ayında evdə olan istifadə etmədiyi paltarları toplayıb qonşuluqda yaşayan yaşlı qadına, yəni Aynanın qayınanasına vermək istəmişdir. Bu məqsədlə onların yaşadığı evə getmişdir. Orada olan zaman evin qapısı açıq olsa da, evdə heç kim olmamışdır. Buna görə də oradan uzaqlaşıb evinə tərəf gələrkən Ayna onu görmüş və nalayiq ifadələrlə onu söyüb təhqir etmişdir. Ayna ona nə səbəblə qapını döyməməyini irad bildirmişdir. Ona cavab olaraq «qayınanan üçün pal-paltar gətirmişəm, onu vermək istəyirdim» demişdir, Ayna yenə də onu söymüş, lakin ona məhəl verməyib çıxıb getmişdir. Bundan sonra Aynanın az yaşlı övladları harada onu görsələr onu nalayiq ifadələrlə təhqir ebib əllərində olan əşyaları ona tərəf atmışdırlar. xx.xx.2023-cü il tarixdə saat 18.30 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasmal 2 ünvanında yerləşən parkın içərisindən evinə tərəf gələn zaman Aynanın uşaqları onu görüb yenə də söyüb təhqir etməyə başlamışlar. Uşaqlara «nənələri yaşında qadın olduğunu, nə səbəblə söyüb təhqir etdiklərini soruşmuşdur. Uşaqlar yenə də ona qarşı öz hərəkətlərini davam etdirən zaman parkdan keçən şəxs həmin uşaqlara acıqlanmış və yoluna davam etmişdir. Yolla gedən zaman arxasından bir nəfər onu təpiklə vurmuş və zərbənin təsirindən yerə yıxılmış və nəticədə ayağında şiddətli ağrılar olmuşdur. Ətrafda olan şəxslər ona köməklik edərək skamyada oturtmuşlar, bu zaman onu vuran şəxsin Ayna olduğunu görmuş, Aynadan nə səbəblə onu vurduğunu söyləmişdir, Ayna cavab olaraq “bilmədim sənsən, mənə zəng vurdular ki, bir nəfər qadın uşaqlarını döyür və buna görə də əsəbiləşib gəlib vurdum”-deyə bildirmişdir. Bundan sonra Ayna uşaqlarını da götürüb parkdan getmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanında yerləşən parkda istirahət edən Zərərçəkmiş şəxs yaxınlaşaraq guya azyaşlı uşağının sonuncu tərəfindən döyülməsini bəhanə edərək yaratdığı mübahisə zamanı, özündə formalaşmış hirsililik fonunda mübahisəni M.Xiyabani küçəsi 10 ünvanında yerləşən parkda davam etdirməklə istənilən narazılığı zor gücünə həll etmək iqtidarında olmasını nümayış etdirib, öz şəxsiyyətini ətrafdakıların və zərər çəkmişin şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan parkda şəxsin xəsarət alacağını bilərək və əvəlcədən bunu arzu edərək xuliqanlıq niyyəti ilə bir dəfə qəsdən təpiklə arxa tərəfindən vuraraq yerə yıxması nəticəsində sonuncuya qamış sümüyünün bayır kondilusunun qopma xarakterli sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olunan xuliqanlıq niyyəti ilə qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 11 iyul 2023-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs hərəkətləri nəticəsində (yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər iki uşağına anaları Ayna barədə xoşagəlməz ifadələr işlətməsi və Aynanın 07 yaşında olan Leyla adlı qızının üzündən vurması) başlanması məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə öz təsdiqin tapmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim etdiyi yazılı ərizəsindən görünür ki, onunla Təqsirləndirilən şəxs aralarında əvəllərdə mübahisə olmuşdur. Bununla da tərəflər arasında yaranmış mübahisə zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində olduğundan xuliqanlıq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyekinə görə ictimai qaydanın və ictimai təhlükəsizlik əleyhinə olan qaydaların pozulmasına yönəlməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydaya və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə sonuncunun hərəkətləri nəticəsində və bundan əlavə onların arasında olan şəxsi münasibətlər zəminində olmuşdur. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi cinayətin baş vermə səbəbi məlum olsa da, istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunur: “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının hüquqi mövqeyinə görə belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs həmin zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə motivlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə olduğundan Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 15-ci bəndinə əsasən, Az ağır zərər vurmanın əlamətlərinə aşağıdakılar aiddir: - həyat üçün təhlükəliliyin olmaması; - Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilmiş və hazırkı «Qaydalar»ın İ fəslində qeyd edilmiş ağır zərər vurmanın əlamət və nəticələrinin olmaması; - sağlamlığın uzun müddət pozulması; - ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi. Sağlamlığın uzun müddət pozulması Həmin Qaydaların 17-ci bəndinə əsasən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10 faizdən 33 faizə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Qətimkan tədbiri seçilməsi haqqında” 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 65-66) Elektron məhkəmə sistemindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X5 anası Təqsirləndirilən şəxsdır. (i.v. 70) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 83) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin0 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 00:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-133/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-133/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver