Məhkəmə qərarları › İş №1(004)-137/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-137/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-137/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx.xx.2001-ci il tarixdə Lənkəran rayonu, Cil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, Lənkəran rayonu, Cil kəndində qeydiyyatda olan, Bakı şəhərində daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 29, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 avqust 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanda yerləşən meyvətərəvəz satışı mağazasının qarşısındakı masanının üzərindən Zərərçəkmiş şəxs2 məxsus daxilində 25 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi və üzərində 25 manat dəyərində qobur olan 3750 manat dəyərində “iPhone 14 Pro Max” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3800 (üç min səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 oktyabr 2023-cü il tarixə saat 01 radələrində ünvan 2 ünvanda dayanmış “Mercedes Benz” markalı **-XK-*** dövlət nömrə nişanlı avtomobilin sol qabaq yan şüşəsinin bir qədər açıq olmasından istifadə edib avtomobilin sol qabaq yan qapısını açmağa nail olaraq avtomobilin qabaq sol oturacağı üstündən Zərərçəkmiş şəxs1 məxsus 30 manat dəyərində “Powerbank” cihazını və balansında 371 manat 9 qəpik (üç yüz yetmiş bir manat doqquz qəpik) pul olan "xxxx" ASC-nə aid “Albalı” bani kartını gizli olaraq taladıqdan sonra elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edib həmin kart vasitəsi ilə 06 oktyabr 2023-cü il tarixdə saat 08:17 dəqiqədə ünvan 3 ünvanında yerləşin “Oba” marketdən 43 manat 50 qəpik dəyərində tütün məmulatları, 06 oktyabr 2023-cü il tarixdə saat 08:24 dəqiqədən saat 08:25 dəqiqəyədək olan müddət ərzində ünvan 4 ünvanında yerləşən “Bravo” marketdən 03 dəfə 43 manat ödəməklə ümumilikdə 129 manat dəyərində ərzaq və tütün məmulatları, 06 oktyabr 2023cü il tarixdə saat 08:33 dəqiqədən saat 08:34 dəqiqəyədək olan müddət ərzində ünvan 5 ünvanında yerləşən “Araz” marketdən 04 dəfə 43 manat ödəməklə ümumilikdə 172 manat dəyərində ərzaq və tütün məmulatları alaraq vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-nə aid “Albalı” bank kartının balansından 344 manat 50 qəpik (üç yüz qırx dörd manat əlli qəpik) pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 344,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, cinayət əməllərini davam etdirərək həmin gün saat 10 radələrində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edib zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-nə aid “Albalı” bank kartı vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Araz” marketdən 35 manat dəyərində alış-veriş etmək istəsə də həmin kartın balansında 26 manat 59 qəpik qalması və qeyd edilən alışveriş olunması üçün kartın balansında kifayət qədər pul olmaması səbəbindən öz əməllərini başa çatdıra bilməmiş, bununlada vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus 374 manat 50 qəpik (üç yüz yetmiş dörd manat əlli qəpik) pulu elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edib gizli olaraq talamaqla oğurluq etmiş, 35 manat pulu isə gizli olaraq talamaq istəsə də cinayət əməlini öz iradəsindən asılı olmayan qeyd edilən səbəblərə görə başa çatdıra bilməyərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, 06 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,124 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 07 oktyabr 2023-cü il tarixdə saat 17:00 dəqiqədə ünvan 6 ünvanın qarşısında Bakı şəhər Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən törətmiş olduğu oğurluq cinayətində şübhəli bilinərək saxlanılıb Polis Şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol cibindən sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,124 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən üç il müddətdir narkotik istifadə edir, ilk olaraq marixuana ilə başlayıb, sonralar isə əsasən “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroinə keçmiş, olmayanda da “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Hazırda da “çəkmə” üsulu ilə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə etməkdədir. İşləmir, daimi olaraq işlədiyi iş yeri yoxdur, subaydır, Bakı şəhəri, Yasamal rayonu ərazisində gündəlik evlərdə yaşayır. “İİ Qarabağ” müharibəsində əvvəldən sonadək iştirak etmiş, döyüşlərdə fəal olub fərqləndiyinə görə Ali Baş Komandan tərəfindən “X10”na görə və "X3" medallarına layiq görülmüşdür. 29 avqust 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 8 ünvanda yerləşən telefon qovşağının qarşısında meyvə-tərəvəz satışı mağazasının yanından keçərkən həmin mağazanın qarşısında olan yeşiklərin üzərində, 01 ədəd, qara rəngli, normal görünüşdə və normal vəziyyətdə olan yaxşı mobil telefonun sahibsiz olduğunu görmüşdür. Yeşiklərə tərəf yaxınlaşdıqda müəyyən etmişdir ki, masanın üstündə "iPhone 14 Pro Max” markalı mobil telefondur. Həmin vaxt maddi imkanı pis olduğundan qərara almışdır ki, yeşiklərin üzərindəki telefonu götürsün, müştəri taparsa satıb pul əldə edər. Ətrafa nəzər yetirmiş və ətrafda heç kimin olmadığını, onu heç kimin görmədiyini dəqiqləşdirib həmin mobil telefonu yeşiyin üstündən götürüb həmin yerdən dərhal uzaqlaşmışsır. Ertəsi günü, yəni, 30 avqust 2023-cü il tarixdə təxminən saat 10-11 radələrində bir nəfər, xarici görkəmindən və danışığından İran İslam Respublikası vətəndaşı və digər bir nəfər mülki geyimli, sonradan özünü polis əməkdaşı kimi təqdim edən şəxslər ona yaxınlaşmışlar. Görünüşcə və danışığı ilə İran İslam Respublikası vətəndaşına oxşayan şəxs ona demişdir ki, onun istifadəsində olan, özünə məxsus 01 ədəd “iPhone 14 Pro Max” markalı mobil telefonu oğurlanmış və həmin telefonu proqram vasitəsi ilə izləyərək müəyyən etmişdir ki, sözügedən həmin mobil telefonu ondadır. Belə ki, görünüşcə və danışığı ilə İran İslam Respublikası vətəndaşına oxşayan şəxs özünə məxsus “iPhone 14 Pro Max” markalı mobil telefonunun oğurlandığı, bundan sonra, telefonundakı “icloud” vasitəsi ilə xəritə üzərindən izləyərək telefonun harada olmasını, bununla bağlı polisə məlumat verdiyini və telefonun yeri ilə həmçinin onun yerini müəyyən etdiyini demişdir. Bütün bunlardan sonra hər şeyin aydın olduğunu görüb dərk etmişdir ki, hər hansısa bir başqa hərəkət edə bilməyəcək və nə baş veribsə olduğu kimi deyib mobil telefonu da geri qaytarmalıdır. Eyniliklə belə də etmiş və etdiyi hərəkəti hazırda dediyi kimi danışmış, bundan başqa, oğurladığı mobil telefonun hazırda üzərində olduğunu bildirmişdir. Daha sonra birlikdə Bakı Şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aparılmış və orada oğurladığı “iPhone 14 Pro Max” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa 06 oktyabr 2023-cü il tarixdə saat təxminən 01 radələrində tək olaraq ünvan 9 ünvanı qarşısından keçərkən yolun sağ tərəfində dayanmış, yaxınlığında və sükanında heç kim olmayan “Mercedes-Benz” markalı, **-XK- *** dövlət nömrə nişanlı avtomobilin qabaq sol yan şüşəsinin bir qədər açıq olduğunu görmüşdür. Həmin vaxt pula ehtiyacı olduğundan qərara almışdır ki, yoxlasın görsün avtomobilin qapısını aça bilərsə avtomobildə pul və ya qiymətli nəsə əşya olarsa götürsün. Eyniliklə belə etmiş və sol qabaq yan şüşənin açıq hissəsindən istifadə edərək əlini avtomaşının içərisinə salmış və avtomobilin qapısını açmışdır. Həmin vaxt qabaq sol oturacaq üzərində 01 ədəd pul kisəsi və mobil telefon üçün olan "Pover bank” olduğunu görmüşdür. Pul kisəsini açıb müəyyən etmişdir ki, pul kisəsinin içərisində pul yoxdur, lakin “Unibank”a məxsus Albalı kartı vardır. O, pul kisəsindən Albalı bank kartını və Poverbankı götürüb qapını örtərək oradan uzaqlaşmış, pul qabı isə avtomobildə qalmışdır. Həmin gün saat təxminən saat 09 radələrində müxtəlif marketlərə getmiş, belə ki, kartın pin kodunu bilmədiyi üçün bankomatdan pul çıxara bilməzdi. Ona görə də kod lazım olmadan 50 manata kimi məbləğdə ərzaq və ya başqa nəsə marketlərdən almaqla Albalı kartının içərisində olan pul məbləğini çıxarmağı düşünmüşdür. Odur ki, Bakı şəhəri, Yasamal rayonu, Hikmət Hacıyev küçəsində yerləşən «Oba» marketə daxil olmuş və 3 blok siqaret alıb həmin kart vasitəsi ilə 43 manat 50 qəpik ödəniş edib marketdən çıxmışdır. Bundan sonra Bakı şəhəri, Yasamal rayonru, Şərifzadə küçəsində yerləşən «Bravo» marketə daxil olmuş və «Oba» marketdən aldığı siqaretləri marketdə olan saxlanc yerinə qoyub oradan da siqaret və digər ərzaq məhsulları alıb kart vasitəsi ilə 4 dəfə olmaqla hər dəfə 43 manat ödəməklə alış-veriş edib marketdən çıxmışdır. Bundan sonra həmin küçədə yerləşən digər marketə, yəni, «Araz» marketə daxil olmuş və aldığı siqaret və ərzaq məhsullarını saxlanc yerinə qoyub marketdən siqaret və ərzaq məhsulları alıb kart vasitəsi ilə 3 dəfə olmaqla hər dəfə 43 manat ödəniş etmişdir. Sonuncu dəfə isə 43 manat dəyərində alış-veriş etmək istədikdə kartda o qədər pulun olmadığını bildirilmişdir. Oğurluq yolu ilə əldə etdiyi «Unibank» bank kartından təxminən 350 manata yaxın bazarlıq etmiş, Pover bankı isə yolda atmış belə ki, onu alacaq kimsə tapmamış, üzərində gəzdirmək istəməmişdir. Bundan başqa 06 oktyabr 2023-cü il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “Kubinka” adlanan yerdə olan zaman ağrıları olduğundan üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, kişi cinsli bir şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində sellofana bükülmüş bir ədəd bükümdə olan “kakos” kimi tanınan narkotik vasitə heroin almışdır. Həmin heroini bir qədərdən sonra şəxsi istifadə etməyi üçün əynində olan qara rəngli şalvarın sol yan cibinə qoyub üzərində saxlamışdır ki, daha sonra istifadə edər. 07 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində ünvan 10 ünvanın qarşısından piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları bir gün əvvəl avtomobildən oğurluq etməyində şübhə etdiklərini deyərək ona Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci PŞ-nə onlarla birlikdə gəlməyə dəvət etmişlər. Polis əməkdaşlarını görüb özünü itirmiş, hər hansısa bir başqa hərəkət etməyə macal tapmamış və birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci PŞnə getmişdirlər. Şöbədə öz istəyi ilə oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, predmet, maddə, narkotik vasitə və ya psixotrop maddə, ümumiyyətlə üzərində qeyri-qanuni olan nə varsa təqdim etməyi təklif olunmuşdur. Şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı sellofana bükülmüş bir bükümdə olan “kakos” kimi tanınan narkotik vasitə heroini əynindəki qara rəngli şalvarın sol cibindən çıxarıb təqdim etmişdir. O, polis şöbəsində etdiyi oğurluq cinayətini etiraf etmişdir. Əməlindən peşmandır, başında kontuziyalar var, qarabağ qazisi olmuşdur. Hazırda şikayətçiləri yoxdur, telefonu qaytarmışdır, digər kartı götürdüyü şəxs də o İVS-də olarkən deyib ki, şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 7 oktyabr 2023-cü il tarixində saat 17:00-da Yasamal rayonu, M.Seyidov küçəsi 20C ünvanının qarşısında şəxsi saxlamışlar, özlərini təqdim etmişlər, Polis Şöbəsinə dəvət etmişdirlər. Ondan bir gün əvvəl maşından oğurluq etmişdi, həmin o oğurladığı kartı gedib marketlərdə istifadə etmişdi, oradan pul çəkilmişdir. Şöbədə olan zaman bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, aludəçisidir, üzərində narkotik vasitə var, onu da təqdim etmişdir, çəkiliş və vəkilin iştirakı ilə. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Adıgözəl Əkbərov adlı şəxs vətəndaşa məxsus avtomobildən oğurluq etdiyi üçün və həmin oğurladığı kartdan istifadə etdiyi üçün tərəflərindən saxlanılıb, 7 oktyabrda təxmini saat 17:00 radələrində, Polis Şöbəsinə gətirilib, orada etdiyi cinayəti səmimi olaraq etiraf edib və üzərindən, sol yan cibindən narkotik vasitə aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs X2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 06 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində özünə məxsus Mercedes Benz markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayaraq evə getmiş, səhər saat 07 radələrində avtomaşına yaxınlaşdığı zaman sol qabaq yan şüşəsinin bır qədər açıq qoyub getdiyini aşkar etmişdir. O, avtomobilə yaxınlaşdıqda görmüşdür ki, avtomobildə qabaq sol oturacaq üstünə qoyduğu bir ədəd Poverbank cihazı və pul kisəsinin içərisindən “Unibank” “Albalı” kartı oğurlanıb. O, binanın qarşısındakı videonəzarət kamerasına baxmaq istəmiş, lakin ona ilk əvvəl polisə müraciət etmək lazımdır olduğunu bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, kartından müxtəlif mağazalarda ödəniş edilməklə cəmi 344 manat 50 qəpik pulu kartdan çıxarılmışdır. Həmin vaxt o, elə düşünmüşdür ki, kartında olan bütünlüklə 371,09 manat pul oğurlanıb, ona görə də, ilkin izahat və ərizəsində kartımdakı bütün pula yaxın miqdar, yəni, 370 manat pulun çıxarıldığını göstərmişdir. Hazırda tam dəqiqliklə və aydınlıqla hadisə baş verdiyini müəyyən etdikdən sonra, yəni, "xxxx"a aid bank kartının oğurlandığını aşkar etdikdən sonra "xxxx"a aid applikasiyaya daxil olmuş və müəyyən etmişdir ki, hadisə baş verdikdə kartında ümumilikdə 371,09 manat pul olmuşdur. Kartını oğurlayan şəxs 07 dəfə 43 manatlıq, 01 dəfə isə 43,50 məbləğində alış-veriş edərək ümumilikdə ona məxsus "UNİ Bank”a aid bank kartımdan 344,50 manat məbləğində pulu gizli olaraq çıxartmışdır. Hadisə baş verdiyi vaxt kartında olan ümumilikdə 371,09 manat puldan 344,50 manat istifadə edildikdən sonra həmin sözügedən kartında 26,59 manat məbləğində pul qalmışdır. Bütün bunları "xxxx"a aid applikasiyadan müəyyən etmiş, belə ki, sonda gələn məlumatdan başqa kartından hər hansısa bir növbəti alış-veriş olmamış, poverbankın dəyəri isə 30 manat olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən Azərbaycanda Bakı şəhərində yaşayır. Bakı şəhərində yerləşən Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində Azərbaycan dilində təhsil alır. Azərbaycan dilində yazıb-oxumağı mükəmməl bilir, İran İslam Respublikası vətəndaşı olsa da əslən Azərbaycanın Cəbrayıl rayonundandır, ana dili Azərbaycan dilidir. 29 avqust 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində ünvan 11 ünvanında yerləşən atası Qiyasa məxsus meyvə-tərəvəz mağazasında atasına köməklik edərkən özünə məxsus “iPhone 14 Pro Max 128 GB” markalı mobil telefonunu mağazanın qarşısında olan masaya qoymuş, bir neçə dəqiqə sonra mobil telefonun masanın üstündə olmadığını görmüşdür. Anlamışdır ki, yoldan keçən kimsə mobil telefonu oğurlayıb. O, özünə məxsus digər iPhone markalı mobil telefonun mobil tətbiqi vasitəsilə oğurlanmış “iPhone 14 Pro Max” markalı mobil telefonun İcloud proqramına daxil olmuş və bu zaman oğurlanmış telefonun naviqasiyasını qoşub izləməyə başlamışdır. O, hadisə barədə 29-cu PŞ-nə müraciət etmiş və polis əməkdaşları ilə birlikdə telefonunu oğurlayan Təqsirləndirilən şəxs müəyyən etmişlər. Telefonu Təqsirləndirilən şəxs olmuş, müvafıq qaydada telefonu götürülmüşdür. “iPhone 14 Pro Max” markah mobil telefonunu 3700 manata almış, Onun kaburasnın üzlüyünü 25 manata, telefonun üzərində olan GSM nömrəni isə 25 manata almışdır. Ümumilikdə ona 3750 manat məbləğində maddi ziyan dəymişdir. Telefon qobur və GSM nömrə ilə birlikdə ona geri qaytarılmışdır. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, Məhkəmə Əmtəəşünaslıq Ekspertizasının 26 sentyabr 2023-cü il tarixli 3-16-16/2-9/7079/2023 nömrəli rəyində göstərilən məbləğlərlə razı olmamış, 01 ədəd “iPhone 14 PRO MAX” markalı mobil telefonunun qobur və nömrə ilə birlikdə dəyərini 3750 manat, GSM nömrənin dəyərini 25 manat, qoburu, yəni, kaburasını 25 manat qəbul edilməsini xahiş etmiş, oğurlanmış mobil telefonunun üzərində “Azerfon” operatora məxsus ***-***-**-** nömrə olmuşdur. Həmin telefon ona qaytarılarkən qoburu və nömrəsi üzərində olmuşdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5250 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №167...» dairəvi möhür əksi və “...Şübhəli şəxs: Əkbərzadə-imza, iştirakçılar: üç-imza, Təhqiqatçı: K.Rahmanov-imza... “ yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-1,124 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli 6405 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin 1200 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ qulaq seyvanının sıyrığı, xaya nahiyyəsinin şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti müayinə olunan dediyi xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7079 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Çin istehsalı olan “İphone 14 PRO MAX” markalı, tünd-boz rəngli, sensor dizaynlı, 128 GB yaddaşlı, daxili antenalı mobil telefonun (satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla), üzərində dünya xəritəsinin təsviri verilmiş qobur və GSM nömrəsinin istifadədə olması nəzərə alınmaqla 2023-cü iln avqust ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: İphone 14 PRO MAX markalı mobil telefon – 2150,00 manat, Qobur –5,00 manat, GSM nömrə – 4,00 manat. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 avqust 2023cü il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanda yerləşən meyvə-tərəvəz satışı mağazasının qarşısındakı masanının üzərindən Zərərçəkmiş şəxs2 məxsus daxilində 25 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi və üzərində 25 manat dəyərində qobur olan 3750 manat dəyərində “iPhone 14 Pro Max” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3800 (üç min səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 oktyabr 2023-cü il tarixə saat 01 radələrində ünvan 2 ünvanda dayanmış “Mercedes Benz” markalı **-XK-*** dövlət nömrə nişanlı avtomobilin sol qabaq yan şüşəsinin bir qədər açıq olmasından istifadə edib avtomobilin sol qabaq yan qapısını açmağa nail olaraq avtomobilin qabaq sol oturacağı üstündən Zərərçəkmiş şəxs1 məxsus 30 manat dəyərində “Powerbank” cihazını və balansında 371 manat 9 qəpik (üç yüz yetmiş bir manat doqquz qəpik) pul olan "xxxx" ASC-nə aid “Albalı” bani kartını gizli olaraq taladıqdan sonra elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edib həmin kart vasitəsi ilə 06 oktyabr 2023-cü il tarixdə saat 08:17 dəqiqədə ünvan 3 ünvanında yerləşin “Oba” marketdən 43 manat 50 qəpik dəyrəində tütün məmulatları, 06 oktyabr 2023-cü il tarixdə saat 08:24 dəqiqədən saat 08:25 dəqiqəyədək olan müddət ərzində ünvan 4 ünvanında yerləşən “Bravo” marketdən 03 dəfə 43 manat ödəməklə ümumilikdə 129 manat dəyərində ərzaq və tütün məmulatları, 06 oktyabr 2023cü il tarixdə saat 08:33 dəqiqədən saat 08:34 dəqiqəyədək olan müddət ərzində ünvan 5 ünvanında yerləşən “Araz” marketdən 04 dəfə 43 manat ödəməklə ümumilikdə 172 manat dəyərində ərzaq və tütün məmulatları alaraq vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-nə aid “Albalı” bank kartının balansından 344 manat 50 qəpik (üç yüz qırx dörd manat əlli qəpik) pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 344,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, cinayət əməllərini davam etdirərək həmin gün saat 10 radələrində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edib zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-nə aid “Albalı” bank kartı vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Araz ” marketdən 35 manat dəyərində alış-veriş etmək istəsə də həmin kartın balansında 26 manat 59 qəpik qalması və qeyd edilən alışveriş olunması üçün kartın balansında kifayət qədər pul olmaması səbəbindən öz əməllərini başa çatdıra bilməmiş, bununlada vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus 374 manat 50 qəpik (üç yüz yetmiş dörd manat əlli qəpik) pulu elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edib gizli olaraq talamaqla oğurluq etmiş, 35 manat pulu isə gizli olaraq talamaq istəsə də cinayət əməlini öz iradəsindən asılı olmayan qeyd edilən səbəblərə görə başa çatdıra bilməyərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etməyə cəhd etmişdir. İlk öncə məhkəmə hesab edir ki, istintaq orqanı əsassız olaraq Zərərçəkmiş şəxs2 dəymiş ziyanın məbləğini 3800 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli 9/7079 saylı rəyində oğurlanmış əşyaların dəyəri 2159,00 manat müəyyən edilmişdir (İphone 14 PRO MAX markalı mobil telefon – 2150,00 manat, Qobur –5,00 manat, GSM nömrə – 4,00 manat). Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanın miqdarının 2159,00 manat olması müəyyən edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Resoublikası Cinayət Məcəlləsinin 29,177.2.3-1-ci maddəsi xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş üzrə maddi sübut kimi tanınmış DVD disklərə və iş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs cinayət əməllərinin törədilməsi təsdiq edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-402/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 16 aprel 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs Mohammedreza Khaninin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur, onunla barışmışdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “X10na görə” və “X3” medalları ilə təltif edilmişdir. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, X3 olmasını, 3-cü qrup əlil olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi saxlanılan 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “İphhone 14 Pro Max” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349;351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azəraycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 maddələri ilə 2 (iki) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 2 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 142 (yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,074 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maadi sübut kimi tanınmış 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphhone 14 Pro Max” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar