Məhkəmə qərarları › İş №1(004)-137/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-137/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-137/2025 21.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər: Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3-1 və 29,177.2.3-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamış və təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, eləcə də təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 150a/4 ünvanında yerdən Zərərçəkmiş şəxs məxsus içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, VÖEN, 01 ədəd "xxxx" ASC-yə məxsus balansında 709,92 manat (yeddi yüz doqquz manat doxsan iki qəpik) pul olan «BirKart» bank kartı, balansından pul olmayan 01 ədəd "xxxx" ASC-yə məxsus debit bank kartı, 02 ədəd "xxxx" ASC-yə məxsus bank kartları, 520 ABŞ dolları, həmin dövrlər üzrə azərbaycan manatının məzənnəsi ilə 884 manat və 300 manat pul olan 200 manat dəyərində qara rəngli dəri materialdan hazırlanmış “Lacoste” markalı pul kisəsini tapmış, lakin həmin pul kisəsinin sahibi məlum olduğu halda pul kisəsini sahibinə qaytarılmasına təşəbbüs göstərmədən gizli olaraq talayıb ümumilikdə 1384 manat maddi ziyan vurduqdan sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, VÖEN sənədlərini bilmədiyi ünvanda atmış, təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edib "xxxx" ASC-yə məxsus «BirKart» bank kart vasitəsi ilə ödənişlər etməklə 20 iyul 2023-cü il tarixdə saat 16:22 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında yerləşən “Oba” marketdən 3 manat 50 qəpik dəyərində siqaret və «Bizon» içkisi, 20 iyul 2023-cü il tarixdə saat 16:28 dəqiqədən saat 16:45 dəqiqəyədək olan müddət ərzində ünvan 5vanında yerləşən “Oba” marketdən 01 dəfə 28 manat, 02 dəfə 41 manat ödəməklə 110 manat dəyərində ərzaq və tütün məmulatları alaraq gizli olaraq Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid “BirKart» bank kartının balansından vahid niyyətlə əhatə olunan qəsdlə 113,50 manat pulu (yüz on üç manat əlli qəpik) gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1497,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, daha sonra isə təkrarən həmin gün saat 16:46 radələrində elektron məlumat daşıyıcılarından istifadə edərək zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid “BirKart” bank kartının balansında qalmış 596 manat 42 qəpik pulu ünvan 5vanında yerləşən “Oba” marketdən alış-veriş etməklə çıxarıb talamaq istəmiş, lakin kart, sahibi tərəfindən bloklandığından, özünün iradəsindən aslı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək oğurluq törətməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixində saat 16:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında olan zaman yerdən bir ədəd qara rəngli dəridən hazırlanmış pul kisəsi tapmışdır. Həmin pul kisəsinin içərisində 01 ədəd 100 ABŞ dolları, 01 ədəd 50 ABŞ dolları, 03 ədəd 20 ABŞ dolları, 02 ədəd 1 manatlıq əskinaslar və 50 qəpik, həmçinin kimə məxsus olduğuna baxmadığı şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, VÖEN və bir neçə bank kartı olmuşdur. O, həmin pul kisəsini götürərək orada olan nəğd pulla özünə mobil telefon, köynək kimi əşyalar alaraq əyləncəyə və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra dəqiq xatırlamadığı tarixdə o, pul kisəsinin içərisində olan bank kartlarından alış-veriş etmək qərarına gəlmişdir. Bu məqsədlə o, pul kisəsinin içərisindən "xxxx" aid «BirKank» Umico kartını götürərək Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında yerləşən “Oba” marketə getmiş və həmin kartla oradan 3,50 manat dəyərində 01 ədəd «Rotmans» markalı siqaret və 01 ədəd «Bizon» içkisi alıb oranı tərk etmişdir. Daha sonra o, oradan çıxaraq Bakı şəhəri, Yasamal rayonu, M.A.Şərifzadə küçəsində yerləşən digər «Oba» marketdən 02 blok “Sobranie” markalı siqaret və 01 blok “Rothmans” markalı siqaret alıb ümumilikdə 113 manat 50 qəpik pul xərcləmiş, mağazadan götürdüyü başqa ərzaq məhsulları üçün ödəniş etmək istədikdə isə artıq kart sahibi tərəfindən kart bloklandığı üçün ödəniş etmək mümkün olmamışdır. Bundan sonra o, mağazadan çıxaraq evə getmiş və pul kisəsinin içərisində olan digər kartları kartları və sənədləri zibil qutusuna atmışdır. 25 iyul 2023-cü il tarixində axşam saatlarında yaşadığı evin qarşısında polis əməkdaşları ona yaxınlaşaraq Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları olduqlarını və onun oğurluqda şübhəli olduğunu bildirərək onu Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində olan zaman o, özündə saxladığı dəri pul kisəsini polis əməkdaşlarına təqdim edərək içərisində olan pulları və "xxxx" aid «BirKank» Umico kartından 113 manat 50 qəpik pul xərclədiyini deyərək digər "xxxx" ASC tərəfindən verilmiş debit kartı və 02 ədəd "xxxx" ASC tərəfindən verilmiş bank kartlarından alış-veriş etmədiyini bildirmişdir. Əməlindən peşmandır. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onlarla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, son dövrlərdə ciddi yaddaş pozğunluğu problemi yaşayır. Bununla əlaqədar özünə məxsus dəri pul kisəsini itirmişdir. Təxminən yay aylarında Qax rayonunda iş yoldaşları ilə birlikdə istirahətdə olan zaman ona məxsus "xxxx" ASC tərəfindən verilmiş “Umico” kartından oğurluq olması barədə ***-***-**-** saylı mobil nömrəsinə mesajlar gəlmişdir. O, dərhal bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət etmişdir. Həmin hadisədən uzun zaman keçdiyi üçün pul kisəsinin içərisində hansı əşyaların və dəqiq olaraq hansı məbləğdə pulun olmasını hazırda xatırlamır. Yeganə xatırladığı həmin pul kisəsinin içərisində 600 ABŞ dolları məbləğində pulun olmasıdır. Lakin ibtidai istintaq zamanı verdiyi ifadəsində pul kisəsində olan pul və əşyalar barədə dəqiq məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onlarla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında yerləşən “Oba” marketdir (i.v. 10- 13) “Diskə baxış keçirilməsi haqqında” 23 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 20 iyul 2023-cü il tarixdə saat 16:19-da şəxsiyyəti məlum olmayan şəxs Yasamal rayonu, H.ünvan 3 ünvanında yerləşən “Oba” marketdən bank kartı ilə alış-veriş edərək marketdən çıxıb getmişdir. (i.v. 14) “Maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus oğurlanmış 01 ədəd qara dəridən hazırlanmış pul kisəsi götürülmüşdür. (i.v. 22) “Təqdim olunmuş mobil telefon aparatına baxış keçirilməsi haqqında” 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı mobil telefonun "xxxx" MMC-yə məxsus ***- ***-**-** GSM nömrə ilə qeydiyyatdan keçmiş "xxxx" mobil tətbiqinə daxil olduqda, 20 iyul 2023-cü il tarixdə 16:22-də Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında yerləşən «Oba» marketdə 3,50 manat ödəniş olunması, balansın isə 706.42 manat qalması, 20 iyul 2023-cü il tarixdə saat 16:28-də ünvan 4 ünvanında yerləşən «Oba» marketdə 28 manat ödəniş olması, balansın isə 678.42 manat qalması, saat 16:30-da 41 manat, ödəniş olması, balansın isə 637.42 manat qalması və saat 16:43-də 41manat ödəniş olması, balansın isə 596.42 manat qalması, saat 16:45-də, saat 16:46-da isə yenidən ödənişlərin aparılması, lakin kart Zərərçəkmiş şəxs tərəifndən bloklandığı üçün ödənişlərin aparılması mümkün olunmadığı müəyyən olunmuşdur. (i.v. 56-58) 27 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 59-60) “Diskə baxış keçirilməsi haqqında” 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 20 iyul 2023-cü il tarixdə saat 16:19-də əynində qara qısaqol köynək, qara şalvar olan şəxsin kassanın qarşısında dayandığı, daha sonra əlində olan qara rəngli pul kisəsindən "xxxx"-a aid «Birkart» bank kartını çaxaraq posterminalı yaxınlaşdırıb ödəniş etməsi, kartla ödəniş etdikdən sonra 01 ədəd «Rotmans» markalı siqaret və 01 ədəd «Bizon» içkisi alıb kassanın qarşısından uzaqlaşıb mağazanı tərk etməsi müəyyən olunmuşdur.Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə əks olunan əynində qara qısa köynək və qara şalvarı olan şəxs özüdür, həmin mağazadan 01 ədəd «Rotmans» markalı siqaret və 01 ədəd «Bizon» içkisi alıb "xxxx"-a məxsus «BirKart» bank kartından 3 manat 50 qəpik ödəniş etdiyini bildirmişdir. (i.v. 61) “İfadənin yerində yoxlanılması haqqında” 28 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə məxsus «BirKart» bank kartı ilə alış-veriş etməklə oğurluq etdiyi hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında yerləşən “Oba” market və ünvan 5vanında yerləşən “Oba” marketə yerləşir. (i.v. 88-89) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024-cü il tarixli 9/1344 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “Lacoste” yazısı olan, 9,5x13sm ölçüdə, qara rəngli pul kisəsinin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 30.0 manat müəyyən olunmuşdur. (i.v. 133-136) “Sübutların qiymətləndirilməsi haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, oğurluq hadisəsini əks etdirən 01 ədəd CD disk, yəni, Təqsirləndirilən şəxs "xxxx" ASC-nə məxsus «BirKart» kartı ilə «Oba» marketdə alış-veriş etməsini əks etdirən disk iş üzrə maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. 01 ədəd qara dəridən hazırlanmış pul kisəsi maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 141-149) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən və zərəçəkmiş şəxs ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair 22 iyun 2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 29,177.2.3-1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamış və təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, eləcə də təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 150a/4 ünvanında yerdən Zərərçəkmiş şəxs məxsus içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, VÖEN, 01 ədəd "xxxx" ASC-yə məxsus balansında 709,92 manat (yeddi yüz doqquz manat doxsan iki qəpik) pul olan “BirKart» bank kartı, balansından pul olmayan 01 ədəd "xxxx" ASC-yə məxsus debit bank kartı, 02 ədəd "xxxx" ASC-yə məxsus bank kartları, 520 ABŞ dolları, həmin dövrlər üzrə azərbaycan manatının məzənnəsi ilə 884 manat və 300 manat pul olan 200 manat dəyərində qara rəngli dəri materialdan hazırlanmış “Lacoste” markalı pul kisəsini tapmış, lakin həmin pul kisəsinin sahibi məlum olduğu halda pul kisəsini sahibinə qaytarılmasına təşəbbüs göstərmədən gizli olaraq talayıb ümumilikdə 1384 manat maddi ziyan vurduqdan sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, VÖEN sənədlərini bilmədiyi ünvanda atmış, təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edib "xxxx" ASC-yə məxsus «BirKart» bank kart vasitəsi ilə ödənişlər etməklə 20 iyul 2023-cü il tarixdə saat 16:22 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında yerləşən “Oba” marketdən 3 manat 50 qəpik dəyərində siqaret və «Bizon» içkisi, 20 iyul 2023-cü il tarixdə saat 16:28 dəqiqədən saat 16:45 dəqiqəyədək olan müddət ərzində ünvan 5vanında yerləşən “Oba” marketdən 01 dəfə 28 manat, 02 dəfə 41 manat ödəməklə 110 manat dəyərində ərzaq və tütün məmulatları alaraq gizli olaraq Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid “BirKart» bank kartının balansından vahid niyyətlə əhatə olunan qəsdlə 113,50 manat pulu (yüz on üç manat əlli qəpik) gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1497,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, daha sonra isə təkrarən həmin gün saat 16:46 radələrində elektron məlumat daşıyıcılarından istifadə edərək zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid “BirKart» bank kartının balansında qalmış 596 manat 42 qəpik pulu ünvan 5vanında yerləşən “Oba” marketdən alış-veriş etməklə çıxarıb talamaq istəmiş, lakin kart, sahibi tərəfindən bloklandığından, özünün iradəsindən aslı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək oğurluq törətməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 150a/4 ünvanında yerdən Zərərçəkmiş şəxs məxsus içərisində müəyyən əşyala və pul olan pul kisəsini tapıb həmin pul kisəsinin sahibi məlum olduğu halda pul kisəsini sahibinə qaytarılmasını qizli talama kimi qiymətləndirilərən E.Səmədova bununla balı ittiham verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs pul kisəsini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə hərəkətdə olan zaman tapmışdır. Məhkəmə hesab edir ki, E.Səmədova verilmiş ittihamın həmin hissəsində göstərilən əməl qizli talama kimi giymətləndirilə bilməz və ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdardan az olarsa, müvafiq olaraq əməllər Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad olunmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluğa cəhd kimi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə, xeyli miqdarda soyğunçuluğa cəhd kimi Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə və başa çatmış quldurluq kimi Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman faktiki olaraq talanmış əmlakdan çıxış etməklə əməlin həm də bitmiş oğurluq və ya soyğunçuluq, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsfi edilməsinə ehtiyac yoxdur. Yalnız şəxsin faktiki ələ keçirdiyi özgə əmlakının məbləği cinayətkar məqsədlə ehtiva olunan məbləğdən az olsa da, “xeyli miqdarda ziyan”ın hüdudlarında olduqda, məsələn təqsirkar əlli min manat məbləğində özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq etdiyi halda faktiki olaraq otuz min manat məbləğində ziyan vurduqda, əməl cinayətə cəhd və yaxud başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi deyil, faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış xeyli miqdarda ziyan vurmaqla oğurluq və yaxud xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilən izaha uyğun olaraq hazırkı işdə təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş miqdarda əmlakı (596 manat) elektron məlumat daşıyıcılarından istifadə etməklə talamağa cəhd etmiş və CM-nin həmin maddəsində nəzərdə tutulmuş miqdarda əmlakı (113.50 manat) elektron məlumat daşıyıcılarından istifadə etməklə taladığından onun əməlləri başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi deyil, faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış cinayət kimi CM-nin 177.2.3-1-ci maddələri ilə tövsif edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 29,177.2.3-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə 177.2.2 və 29,177.2.3-1-ci maddəsi ittihamdan xaric edilməlidir. CM-nin: 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:20 dəqiqədə tutulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-543/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs ioğlunun barəsində 03 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə zalından həbsdən dərhal azad edilmişdir. (i.v. 81-83) “Qətimkan tədbirinin seçilməsi haqqında” 28 iyul 2023-cü il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 84-86) Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 01 mart 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə şərti sınaq müddəti ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 104-105) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2017-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023cü il tarixədək olan 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Lacoste” yazısı olan, 9,5x13sm ölçüdə, qara rəngli pul kisəsinin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək olan cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Lacoste” yazısı olan, 9,5x13sm ölçüdə, qara rəngli pul kisəsinin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar