Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-138/2020 28.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhər 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 mənzil 5-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və xx xxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olanbir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə gecə saat 06 radələrində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 43E ünvanında yerləşən «Topaz» mərc oyunları obyektin köməkçi giriş hissəsindəki dəmir seyf qapının açıq olmasından istifadə etməklə binaya qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus içərisində 2982 (iki min doqquz yüz səksən iki) manat məbləğində pul vəsaiti olan 200 (iki yüz) manat dəyərində dəmir seyfi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3182 (üç min yüz səksən iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundanbaşqa, Təqsirləndirilən şəxs2 təkrarəntamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olanbir qrup şəxshalında xx xxxxxx 2020-ci iltarixdəgecəsaat04radələrindəünvan 5 ünvanında yerləşən «Nizami Mall» ticarətmərkəzininbirinci mərtəbəsində yerləşən «ıPhone & Samsung» mağazasına vitrin şüşəsini sındırmaqla binaya qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus aksesuarları ilə birlikdə bir ədəd 1350 (min üç yüz əlli) manat dəyərində«iPhone» markalı «X» modelli və birədəd 1650 (min altı yüz əlli) manatdəyərində«iPhone» markalı «A2223» modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olanbir qrup şəxshalında xx xxxxxx 2019-cu il tarixdə gecə saat 06 radələrində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 43E ünvanında yerləşən «Topaz» mərc oyunları obyektinin köməkçi giriş hissəsindəki dəmir seyf qapının açıq olmasından istifadə etməklə binaya qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus içərisində 2982 (iki min doqquz yüz səksən iki) manat məbləğində pul vəsaiti olan 200 (iki yüz) manat dəyərində dəmir seyfi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3182 (üç min yüz səksən iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarəntamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə gecə saat 04 radələrində ünvan 5 ünvanında yerləşən «Nizami Mall» ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən «iPhone & Samsung» mağazasının vitrin şüşəsini sındırmaqla binaya qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus aksesuarları ilə birlikdə bir ədəd 1350 (min üç yüz əlli) manat dəyərində«iPhone» markalı «X» modelli və birədəd 1650 (min altı yüz əlli) manatdəyərində«iPhone» markalı «A2223» modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır və onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ildən başlayaraq mütəmadi olaraq kiçik məbləğlərdə «Topaz» mərc oyunları obyektlərində futbol oyunlarına pul qoymuş, lakin heç vaxt ciddi məbləğdə pul udmamışdır. Son dövrlər əsasən qonşuluqda Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 43E ünvanında yerləşən «Topaz» mərc oyunları obyektinə gedib futbol oyunlarına pul qoymuşdur.Tez-tez həmin obyektə gedib-gəldiyinə görə həmin obyektdə işləyən, müştərilərdən mərc oyunlarına qoyulan pul vəsaitlərini qəbul edən Murad adlı şəxsi tanımış və bir neçə dəfə Muradın mərc oyunlarından yığılan pul vəsaitlərini obyektdəki dəmir seyfə qoyduğunu görmüşdür. Bundan başqa, «Topaz» mərc oyunları obyektinə gedib-gələn zaman həmin obyektin ümumilikdə iki giriş qapısının olduğunu, əsas giriş qapısının çıxışının Zahid Xəlilov küçəsi istiqamətinə, digər giriş qapısının çıxışının isə obyektin yerləşdiyi çoxmərtəbəli binanın həyəti istiqamətində olduğunu və həminqapınınsadəcəolaraqiçəridən, qapının dəstəyi üzərində olan metal mexanizm vasitəsilə açılıb-bağlandığını bilmiş, xx xxxxxx 2019-cu il tarixdə axşam saat 23 radələrində qonşuluqda yerləşən həmin topaz məntəqəsinə gedib bir neçə dəqiqə futbol oyunları iləmaraqlanmış, buzamanobyektinbinanın həyəti istiqamətində olan giriş qapısının aralı olduğunu, lakin heç kəsin bunun fərqindəolmadığınıgörmüşdür. xx xxxxxx 2019-cu il tarixdə gecə saattəxminən 04 radələrindəsiqaret almaq üçün həyətə düşmüş, siqaret aldıqdan sonra qonşuluqda yerləşən həmin «Topaz»obyektinin ətrafında gəzişib ətrafa göz gəzdirərək tam sakitlik olduğunu yəqin etdikdən sonra obyektin binanın girişində olan hissəsinə daxil olub obyektə gedən elektrik naqilini özü iləgötürdüyükəlbətinləkəsibcərəyanıayırmış, bundan sonra obyektin binanın həyətinə açılan həmin dəmir qapısının aralı olmasından istifadə edib həmin qapını əli ilə itələyib açmış, içəri daxil olub obyektdə seyfin harada olmasını bildiyi üçün sol tərəfdə yerləşən seyfəyaxınlaşmışdır.Həminseyfitəkgötürüb blokun girişinə kimi gətirmiş, lakinyaşadığı evə qaldırmağa gücüçatmamış, ona görə də kömək etməsi üçün cəld yaxınlıqda yerləşən binanın 4-cümərtəbəsindəyaşayanuşaqlıq dostu Təqsirləndirilən şəxs1həmin vaxt evdə olmasını fikirləşdiyi üçün onun yaşadığı mənzilə getmiş, mənzilinqapısınıdöymüş, qapını Vaqifin anası İntizar açmış və o, Vaqiflə vacib işi olduğunu bildirib Vaqifi çağırmasını xahiş etmişdir.İntizar ondan Vaqifi gecənin bu vaxtı çağırmasının səbəbinisoruşduqda Vaqiflə vacib işinin olduğunu demiş, bundan sonra anası Vaqifi çağırmış, 2-3 dəqiqə sonra Vaqif çölə çıxıb nə üçüngəldiyinisoruşduqda o, Vaqifikənaraçəkibseyfi yaşadığı evə daşımaq üçün köməkliyə ehtiyacı olduğunu demişdir. Vaqif onunla razılaşmış və birlikdə köməkləşərək içərisində pul olan həmin seyfi götürüb onun yaşadığı evə qaldırmışlar. Yəni həmin seyfi Vaqiflə birlikdə Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 31A, mənzil 5-ə, yaşadığı ünvana aparmışdır. Bundan sonra Vaqifə narahat olmamasını söyləyib seyfi açaçağı təqdirdə içərisindən nə qədər pul çıxsa hörmətini edəcəyini demiş, Vaqif onunla razılaşıb getmişdir. Ümumi söhbət əsnasında Vaqif seyfin oğurluq olduğunu bilmişdir. Həmin gün yaşadığı mənzildə hamam otağında təklikdə seyfi çəkic və dəmir pazdan istifadə etməklə açmış, seyfin içərisində 3000 (üç min) manata yaxın pul olduğunu görüb götürmüş, seyfdə bir neçə dəftər vərəqindən ibarət üzərində adi əlyazma üsulu ilə rəqəmlər yazılmış sənədlər olmuş, həmin sənədləri götürüb lüzumsuz olduqlarına görə zibil qutusuna atmaq üçün evdən çıxmışdır. Həmin gün, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində mənzildən çıxıb sənədləri həyətdəki zibil qutusuna atdıqdan sonra həyətdə Vaqiflə görüşüb ona oğurladığı seyfdən çıxan puldan 50 (əlli) manat vermiş, Vaqif seyfdə nə qədər pul olması barədə soruşmadığı üçün o da bu barədə ona bir söz deməmişdir. Bundan sonra 200 (iki yüz) manat atası Rövşənə vermiş, qonşuluqda yaşayan kafe işlədən Elmira adlı qadına 150 (yüz əlli) manat borcu olduğu üçün ona da həmin puldan 150 (yüz əlli) manat vermiş, qalan məbləği isə həmin ərəfələrdə öz ehtiyaclarına sərf edib xərcləmişdir. Bundan başqa o, xx xxxxxx 2020-ci ildə pulu olmadığı üçün Vaqiflə birlikdə belə qərara gəlmişlər ki, yenidən oğurluq edib pul qazansınlar. Bu məqsədlə həmin gün gecə saat 04 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 17 ünvanında yerləşən «Nizami Mall» ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən «İphone & Samsung» telefon mağazasının çöl tərəfdən pəncərə şüşəsini sındırıb içəri girmiş, həmin vaxt gəlib-gedən olsa ona xəbər etməsi üçün Vaqif onu çöldə gözləmişdir. Mağazanın şüşəsini sındırmaq üçün özləri ilə qabaqcadan “sveça” dəmir parçasından hazırlanmış alət gətirmişlər. Həmin alətlə şüşəyə zərblə vurulan kimi sınır. Mağazadan bir ədəd qutuda yeni «İphone X» markalı mobil telefonu və bir ədəd ayrı qutuda yeni «İphone 11» markalı mobil telefonu oğurlayıb cəld həmin yeri tərk edərək uzaqlaşmış, xx xxxxxx 2020-ci il tarixdə oğurladığı telefonlardan «İphone 11» markalı telefonu qutusu və aksessuarları ilə birlikdə tanışı Şahid5 ilə bərabər Xətai rayonunun ərazisində yerləşən Əhmədli metrostansiyasının yaxınlığındakı «Fərid Telekom» telefon mağazasına şəxsiyyət vəsiqəsini təqdim etməklə 1150 (min yüz əlli) manata satmışdır. Telefonu satarkən Aygünlə birlikdə həmin mağazaya getməkdə hər hansı məqsədi olmamış, yol yoldaşı kimi onunla getmiş, telefonun oğurluq olması barədə Aygünə heç bir söz deməmiş, digər telefonu isə özü istifadə etmək üçün saxlamış, Vaqifə həmin «İphone 11» markalı mobil telefonu sataraq əldə etdiyi puldan 50 (əlli) manat vermişdir. Yerdə qalan məbləği isə öz ehtiyaclarına sərf edib xərcləmişdir. Telefonu alan Elnur adlı şəxs saxladığı 150 manat pulun 75 manatını sonradan onun sözü ilə tanışı Aygünə vermiş, o da həmin pulu ona çatdırmışdır. Yasamal rayonu, Z.Xəlilov küçəsi, 43E ünvanında yerləşən «Topaz» mərc oyunları obyektində işləyən Şahid1 və Şahid2 həmin obyektin işçiləri kimi tanımış, Murad hamı kimi, onun da mərc oyunlarına qoyduğu pulları qəbul etmiş, onlarla başqa heç bir əlaqə və münasibəti olmamışdır. Həmin obyektdə siqnalizasiya və video müşahidə sisteminin olduğunu öz müşahiələri ilə bilmiş, ona görədə içəri daxil olan zaman elektrik cərəyanını ayırmış, çünki elektrik cərəyanı olmadan həmin sistemlərin işləməsinin qeyrimümkün olduğunu bilmişdir. Hadisədən 3 (üç) gün sonra həmin seyfi yaşadığı mənzilin sanitar qovşağında laqonda aparatı ilə bir neçə hissəyə kəsib doğradıqdan sonra mobil telefonu ilə saat 19 radələrində ya *8555, yada *9111 nömrəsinəzəngvurub 36-37 yaşlı kişi cinsli sürücünün idarə etdiyi «X19» markalı, göyrəngli, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə YeniYasamal da yerləşən zibilliyə aparıbatmış, çünki uzaq olduğu üçün həmin yerdə seyfi tapa bilməyəcəklərini fikirləşmişdir. Gedərkən taksi sürücüsü həmin seyfin parçaları barədə ondan heçnə soruşmamışdır. Qeyd olunan seyfi parçalara doğrayıb bölmək üçünlaqondaaparatınıqonşuluqdayerləşən«Favorit» marketlə üzbəüz tikinti materiallarımağazasındanbirgünlüyə 5 manatmüqabilindəicarəyəgötürmüş, əvvəllər Bakı şəhərindəki «Orucoğlu»plastikqapı-pəncərə sexində usta işlədiyi üçün laqondadan istifadə etməyi bacarmışdır. Bundan qabaq o, şübhəlivətəqsirləndrilən şəxs qismində dindirilərkən həyacanlı olduğundan dəqiq xatırlamadığı üçün qeyd olunan seyfdən 2200 (ikiminikiyüz) manat məbləğində pul vəsaiti aşkar edib götürdüyünü göstərsə də sonradan Vaqiflə«Topaz»danoğurladığıseyfdən 3000 (üçmin) manata yaxın pul aşkaredibgötürdüyünü xatırlamış, həminpuldan 50 (əlli) manatını Vaqifə vermişdir. Pul vəsaiti ilə yanaşı həmin seyfdən həmçinin 2-3 ədəd dəftər vərəqi tapmış, həmin vərəqələrdə adi əl yazma üsulu ilə nəisə rəqəmlər yazılmış, belə başa düşmüşdür ki, «Topaz»məntəqəsininadihaqq-hesabvərəqələridir, onagörədədəftər vərəqələrinin lüzumsuz olduğunu düşünüb zibil qutusuna atmışdır. Şahid5 və telefonu satdığı dükanın sahibi Elnur adlı şəxsə «İphone 11» markalı mobil telefonun oğurluq olması barədə məlumat verməmiş və telefonun hədiyyə olmasını, Şahid5 ilə tanış və dost kimi münasibəti olduğunu demişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir, onun əməli nəticəsində vurulmuş ziyanı digər Təqsirləndirilən şəxs1 ilə müştərək qaydada ödəmişdir. Göstərilən xüsusatlar nəzərə alınmaqla barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uşaqlıq illərindən eyni məhəllədə yaşayan qonşu kimi tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 06 radələrində yaşadığı mənzildə yatan zaman anası İntizarın ona səslədiyini eşidib yuxudan qalxmış, nə baş verdiyini soruşduqda anası Kamilin onu çağıraraq mənzilin qapısı qarşısında gözlədiyini demişdir. O yataqdan qalxıb paltarını geyinərək mənzildən çıxmış, Kamilin mənzilin qapısı qarşısında onu gözlədiyini görüb nə istədiyini soruşmuş, Kamil onu kənara çəkib sakitcə“Topaz”dan götürdüyü seyfiyaşadığı mənzilə daşımaq üçün köməklik etmək lazım olduğunu, lakinbunutək bacarmadığınısöyləyibbirlikdəhəminseyfin içərisindəki puluözaralarında bölməyi təklifetmişdir. O,razılaşmış vəbirlikdəyaxınlıqdaYasamal rayonu, Z.Xəlilov küçəsi, 43 Eünvanında yerləşən «Topaz» mərc oyunları obyektinin binanın həyətinə açılan dəmir qapısının olduğu girişdə Kamilin əvvəlcədən götürdüyü seyfi köməkləşərəkonun yaşadığı evə aparmışlar. Bu vaxt obyektin işıqları sönülü olmuş, o bunun səbəbini soruşduqda Kamil obyektin elektrik cərəyanını əvvəlcədən ayırdığını demişdir. Bundan sonra Kamil ona narahat olmamağı söyləyib gün ərzində seyfi açacağını və içindən nə qədər pulçıxsa həmin puldan onun hörmətini edəcəyini demişdir. O razılığını bildirib öz yaşadığımənziləgetmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Kamil onunla məhəllədə görüşüb oğurladığı seyfdəki puldan 50 (əlli) manat pul vermiş, o pulu alıb Kamilərazılığınıbildirmiş, lakin seyfdənə qədər pul olması barədə Kamildən soruşmamışdır. Bundan başqaxx xxxxxx 2020-ci ildə pulunun olmadığı dövrdəKamilləməhəllədəgörüşübsöhbətedərkənbeləqəraragəlmişlər ki,oğurluqedibpulqazansınlar. Buməqsədləhəmingüngecəsaat 04 radələrində KamilintəklifiiləYasamalrayonu, Şıxəli Qurbanov küçəsi 17 ünvanında yerləşən «Nizamimall» ticarətmərkəzininbirincimərtəbəsindəyerləşən «İphone & Samsung» telefonmağazasınınyanında dayanıb ətrafa göz gəzdirmiş, Kamilhəminmağazaya şüşəsini sındırmaqlagirmişvəoradanbirədədqutudayeni, işlənməmiş «İphoneX» markalı mobiltelefonuvəbirədədqutudayeni, işlənməmiş «İphone 11» markalımobiltelefonoğurlamış, onlar həmin yeritərkedərəkuzaqlaşmışlar. Mağazanın şüşəsini sındırmaq üçün özləri ilə qabaqcadan “sveça” dəmir parçasından hazırlanmış alət gətirmişlər. Həmin alətlə şüşəyə zərblə vurulan kimi sınır. Kamil telefonları satdıqdan sonra onun hörmətini edəcəyini demiş, orazılaşmışdır.İki-üç günsonraKamilona 50 (əlli) manat pul verərək birlikdə oğurladığı telefonlardan «İphone 11» markalıtelefonusatdığını, digərtelefonuisəözüistifadəetdiyinidemişdir. Yasamal rayonu, Z.Xəlilov küçəsi, 43 E ünvanında yerləşən «Topaz» mərc oyunları obyektində işləyən Şahid1 vəMəmmədovZiyaİlhamoğlunuhəminobyektin işçiləri kimi tanıyır, aralarında elə birəlaqəvəmünasibətolmamış, əvvəllər heçbiroğurluq hadisəsi etməmiş, Kamilin oğurlanmış seyfiyaşadığımənzildəlaqondailəhissələrəayıraraqtaksiavtomobiliiləYeniYasamaldakızibilliy əaparıbatması barədə, eyni zamanda oğurlanmış mobil telefonun kimə, nə vaxt və hansı qiymətə satılmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində qeyd etmişdir ki, hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir, onun əməli nəticəsində vurulmuş ziyanı digər Təqsirləndirilən şəxs2 ilə müştərək qaydada ödəmişdir. Məhkəmədən bu xüsusatlar, o cümlədən ilk dəfə olaraq az ağır cinayət törətməsi nəzərə alınmaqla barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdən Yasamal rayonu Şıxəli Qurbanov küçəsi 17 ünvanında yerləşən «Nizami Mall» ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən «İphone & Samsung» telefon mağazası icarə müqaviləsi əsasında ona məxsusdur. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 06:30-da ona zəng edilərək bildirilmişdir ki, telefon mağazasına naməlum şəxslər vitrin şüşəsini sındırıb girmiş və oğurluq etmişlər. Mağazanın virtrin şüşəsinin sındırılması nəticəsində ona 760 manat ziyan dəydiyini, vitrində olan bir ədəd qutuda yeni 1714 manat dəyərində «İphone X» markalı mobil telefon və bir ədəd ayrı qutuda yeni 2020 manat dəyərində «İphone 11» markalı mobil telefonun oğurlandığını, «Samsung J-7» markalı mobil telefonun oğurluq zamanı ekranının sınması nəticəsində 200 manat maddi ziayn dəydiyini görüb ərizə ilə Yasamal RPİ-nin 27-ci PB-nə müraciət etmişdir. Bundan sonra məlum olmuşdur ki, qeyd olunan oğurluq faktı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmişdir. Ona Zərərçəkmiş şəxs2 ifadəsində əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər üzdən tanımış, belə ki, sonuncular onun işlədiyi mağazaya gələrək istifadələrində olan işlənmiş mobil telefon satmışlar. Lakin onların hərəkətlərində hər hansı bir qeyri-qanuni hal hiss etməmişdir. Oğurluq baş verən vaxt vitrin şüşəsinin qırılması nəticəsində ona 800 ( səkkiz yüz) manat, digər telefonun ekranının sınması nəticəsində 200 manat ziyan dəymiş, bundan başqa oğurlanan vaxt işlənməmiş vəziyyətdə olan «İphone 11» markalı mobil telefonun satış qiyməti 2.222 (iki min iki yüz iyirmi iki) manat, «İphone X» markalı mobil telefon telefonun qiyməti isə 1450 (bir min dörd yüz əlli) manat təşkil etmişdir. «İphone X» markalı mobil telefon telefon ona sonradan qaytarılsa da, əvvəlki dəyərindən aşağı qiymətə, yəni 650 (altı yüz əlli) manata satmış, digər mobil telefon isə iş üzrə maddi sübut olduğundan hazıradək ona qaytarılmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, onlarla barışdığını, bu səbəbdən onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbinin olmadığını bildirmiş və cəza təyin edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən hazıradək Bakı şəhərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, xx xxxx 2019-cu il tarixdə tanışı X12 tərəfindən notarial qaydada verilmiş etibarnaməyə əsasən ünvan 6 ünvanında yerləşən «Topaz» mərc oyunları obyektiniişlədir, obyektin fəaliyyətinə bilavasitə özü gündəlik nəzarət edir, obyektin mühasibat işlərini isə X12 həyata keçirir və obyektin rəsmi fəaliyyəti ilə bağlı Səadət Əliyeva ilə «xxxxxxxxxxxxxxx» MMC arasında müvafiq müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixdən Şahid1əmək müqaviləsi iləqeydolunanobyektdəaylıq 500 (beş yüz) manat əmək haqqı müqabilində satış meneceri vəzifəsində işləyir, MuradMəmmədovunsatışmenecerikimivəzifə borcu obyektəgələn müştərilərin mərc oyunlarına qoyduğu müxtəlif məbləğlərdə pul vəsaitlərini kassa aparatı vasitəsilə qəbul etmək və uduşdan əldə olunan vəsaitləri eyni vasitə ilə müştərilərə təqdim etməkdən ibarətdir. Obyektdə hər gün iş saatı səhər saat 11:30-da başlamaqla gecə saat 12:30-dək davam edir. Obyektin ümumilikdə iki giriş qapısı vardır. Əsas giriş qapısının çıxışı Zahid Xəlilov küçəsi istiqamətinə, digər giriş qapısının çıxışı isə obyektin yerləşdiyi çoxmərtəbəli binanın həyətinə açılır. Obyektin yalnız Zahid Xəlilov küçəsi istiqamətində çıxışı olan giriş qapısının kilidi vardır və həmin qapının açarının bir nüsxəsi satış meneceri Şahid1 onun tərəfindən verilmişdir və hər zaman onda olmuşdur. Obyektin binanın həyətinə çıxış olan giriş qapısının isə kilidi yoxdur, həmin qapı içəridən qapının dəstəyi üzərində olan metal mexanizm vasitəsilə açılıb-bağlanır. Obyektdə mərc oyunlarından yığılan pul vəsaiti obyektin içərisində olan dəmir seyfdə saxlanılır. Həmin seyf açarla kilidlənib açılır və həmin açarlardan bir nüsxəsi onun tərəfindən Murada verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Murad qardaşı Şahid2 ona təqdim edərək ona da iş verməyini xahiş etmiş, o etiraz etməyərək bir neçə gün Ziyanın onunla birlikdə işə gəlib obyektin fəaliyyəti ilə yaxından tanış olmasına razılıq verib məhz bundan sonra əmək müqaviləsi bağlamaqla onu işə götürəcəyini demiş, Ziya həmin vaxtdan etibarən qardaşı Muradla birlikdə işə gəlməyə başlamışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 10 radələrində o, yaşadığı mənzildə olan zaman Murad mobil telefonu ilə zəng vuraraq bir neçə dəqiqə əvvəl obyektə gəlib içəri daxil olduğunu və içərisində təxminən 3000 (üç min) manat pul olan dəmir seyfin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etdiyini demiş, o, narahat olaraq dərhal mənzili tərk edib obyektə getmiş və içəri daxil olan zaman həqiqətən də içərisində pul vəsaitinin saxlanıldığı dəmir seyfin yerində olmadığını görmüşdür. Bundan başqa həmin vaxt obyektdə olan elektrik sayğacına müdaxilə olunduğunu və obyektin elektrik enerjisinin kəsildiyini aşkar etmiş, obyektdən içərisində pul vəsaiti olan seyfin naməlum şəxslər tərəfindən oğurlanması barədə mobil telefonu ilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vurub məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirərək müvafiq sənədləşdirmə aparmış, bundan sonra isə polis əməkdaşlarının dəvəti ilə Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə gedib hadisə barədə şikayət ərizəsi yazmışdır. Hadisədən sonra konkret hesablama apararaq müəyyən etmişdir ki, həmin vaxt seyfin içərisində ona məxsus 2982 (iki min doqquz yüz səksən iki) manat məbləğində pul vəsaiti olmuş, həmin vəsait obyektin aylıq fəaliyyəti nəticəsində onun payına düşən qazanc məbləğidir. O, adətən hər ayın 20-dən sonra obyektdə əldə olunan gəlirdən öz aylıq qazancını hesablayıb götürmüş, obyektdə pul vəsaitlərinin yığılması üçün istifadə olunan zavod üsulu ilə hazırlanmış həmin dəmir seyfi obyekt fəaliyyətə başlayan ərəfələrdə «Qaradağ» rayonunda yerləşən «Sədərək» ticarət mərkəzindən 200 (iki yüz) manata almış, baş vermiş oğurluq nəticəsində ona konkret olaraq 3182 (üç min yüz səksən iki) manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, onlarla barışdığını, bu səbəbdən onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbinin olmadığını bildirmiş və cəza təyin edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid5 Əli qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin may ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs2 ilə Bakı şəhərində təsadüfən tanış olmuş, xx xxxxxx 2020-ci il tarixdə axşamtərəfi Kamil mobil telefonuna zəng vurub onu «Elmlər Akademiyası» metrostansiyasının qarşısına dəvət edərək söhbət etmək istədiyini demiş, etiraz etməyib «Elmlər Akademiyası» metrostansiyasının qarşısına gedib orada Kamillə görüşmüş, söhbət zamanı Kamil dostunun ona «İphone 11» markalı 64 GB yaddaşı olan mobil telefon hədiyyə etdiyini, lakin korpusunun ağ rəngli olması səbəbindən telefondan xoşlanmadığı üçün işlətmək istəmədiyini, satmaq istədiyini bildirərək bu məqsədlə onunla birlikdə Xətai rayonuna getməyi təklif etmişdir. O, etiraz etməyib Kamillə birlikdə metro vasitəsilə «Əhmədli» metrostansiyasına getmiş, təxminən saat 19 radələrində «Əhmədli» metrostansiyasına çatıb metrostansiyanı tərk etdikdən sonra Kamilin təklifi ilə metrostansiyasının yaxınlığında yerləşən «Fərid telekom» mağazasına getmiş, orada Kamil mağazada işləyən Elnur adlı şəxsə yaxınlaşaraq tanışları tərəfindən aksessuarları ilə birlikdə ona «İphone 11» markalı 64 GB yaddaşı olan mobil telefonun hədiyyə olunduğunu söyləyib həmin telefonu ona təqdim edərək satmaq istədiyini bildirmişdir. Elnur adlı həmin şəxs telefonu Kamildən alıb diqqətlə gözdən keçirərək əgər şəxsiyyət vəsiqən varsa, telefonu ala biləcəyini demişdir. Kamil buna cavab olaraq şəxsiyyət vəsiqəsini çıxarıb ona təqdim etmiş, bundan sonra Elnur adlı həmin şəxs telefonu 1150 (min yüz əlli) manata ala biləcəyini Kamilə demiş, Kamil özünə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb ona təqdim etmiş, Elnur telefonun iki sim kartlı olduğunu bildirib bu səbəbdən telefonun qeydiyyat rüsumunu, yəni 150 (yüz əlli) manatını ümumi məbləğdən çıxıb saxlayaraq Kamilə həmin telefona görə 1000 (min) manat pul vermiş, Kamil 1000 (min) manatı götürdükdən sonra Elnur telefonun qeydiyyatı olsa, sabah ona 150 (yüz əlli) manat da verəcəyini, lakin qeydiyyatı olmasa həmin puldan 75 (yetmiş beş) manat çıxacağını bildirmiş, sonra Kamillə birlikdə metro vasitəsilə «Elmlər Akademiyası» metrostansiyasına getmiş, orada Kamillə sağollaşıb öz yaşadığı evə qayıtmışdır. Növbəti gün saat 12 radələrində Kamil mobil telefonuna zəng vuraraq vaxtı olmadığını bildirib ona Xətai rayonundakı həmin telefon maqazasına gedib orada işləyən Elnur adlı həmin şəxsin verəcəyi 75 manatı alıb ona çatdırmağını xahiş etmiş, o, etiraz etməyib Xətai rayonundakı həmin telefon mağazasına gedib orada işləyən Elnur adlı şəxsdən 75 manatı alaraq elə həmin gün «Elmlər Akademiyası» metrostasiyasının qarşısında Kamilə vermiş, bir müddət sonra 2020-ci ilin yanvar ayının sonlarında Kamilin həbs olunduğunu eşidib onun düzgün insan olmadığını başa düşərək bir daha onunla əlaqə və ünsiyyət saxlamamaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən qeyd olunan mağazaya satılmış «İphone 11» markalı mobil telefonun cinayət yolu ilə, o cümlədən oğurluq nəticəsində əldə olunduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 5 ünvanında yerləşən inzibati binada qeydiyyatda olmaqla hazırda böyük qardaşı Şahid2la birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsi, ev 1A, mənzil 64-də kirayədə yaşayır. xx xxxxxx 2019-cu il tarixdən əmək müqaviləsi ilə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 31A ünvanında yerləşən «Topaz» məntəqəsində satış meneceri vəzifəsində işləmişdir. Vəzifə borcu məntəqəyə gələn müştərilərin mərc oyunlarına qoyduğu müxtəlif məbləğlərdə pul vəsaitlərini kassa aparatı vasitəsilə qəbul etmək və uduşdan əldə olunan vəsaitləri eyni vasitə ilə müştərilərə təqdim etməkdən ibarət olmaqla, məntəqədə hər gün iş saatı səhər saat 11:30-da başlamaqla gecə saat 12:30-dək davam etmişdir. Obyektin ümumilikdə iki giriş qapısı vardır, əsas giriş qapısının çıxışı Zahid Xəlilov küçəsi istiqamətinə, digər giriş qapısının çıxışı isə obyektin yerləşdiyi çoxmərtəbəli binanın həyətinə açılmışdır. Obyektin yalnız Zahid Xəlilov küçəsi istiqamətində çıxışı olan giriş qapısının kilidi olmuş və obyektin sahibi Zərərçəkmiş şəxs1 həmin qapının açarının bir nüsxəsini ona vermişdir, həmin açar hər zaman onda olmuşdur. Obyektin binanın həyətinə çıxışı olan giriş qapısının isə kilidi olmamış, həmin qapı içəridən qapının dəstəyi üzərində olan metal mexanizm vasitəsilə açılıb-bağlanmışdır. Obyektdə mərc oyunlarından yığılan pul vəsaiti obyektin içərisində olan dəmir seyfdə saxlanılırdı. Həmin seyf açarla kilidlənib açılırdı və Zərərçəkmiş şəxs1 həmin açarlardan bir nüsxəsini ona vermişdi. xx xxxxxx 2019-cu il tarixdə saat 11:30 radələrində qardaşı Şahid2la birlikdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 31A ünvanında yerləşən «Topaz» məntəqəsinə gedib qapını açaraq işə başlamış, həmişə olduğu kimi gecə saat 23:30-dək işləyib müştərilərdən mərc oyunlarına yatırdıqları müxtəlif məbləğlərdə pul vəsaitlərini kassa aparatı vasitəsilə qəbul etmiş, gecə saat 23:30-da müştərilər getdikdən sonra kassa aparatında toplanmış təxminən 3000 (üç min) manat məbləğində pul vəsaitini həmişə olduğu kimi götürüb seyfə qoyaraq qapısını kilidləmiş, bundan sonra qardaşı Ziya ilə birlikdə məntəqəni Zahid Xəlilov küçəsinə çıxışı olan qapıdan tərk edib qapını bağlayaraq dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı, tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə Yeni Yasamal, Məhəmməd Xiyabani küçəsi, 1 ünvanında yerləşən uşaqlıq dostu X2 işlədiyi «Topaz» məntəqəsinə gedib onunla hal-əhval tutaraq birlikdə istirahət etmək üçün «Playstation» oyun salonuna getməyi təklif etmiş, Məmməd razılaşıb gələcəyini söyləmiş və o, qardaşı Ziya ilə Yeni Yasamalda «Gülüstan» şadlıq sarayı ilə üzbəüz yerləşən «Feniks» adlanan «Playstation» oyun salonuna gedib kompüter vasitəsilə oyun oynamağa başlamışdır. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 00:30 radələrində Məmməd də onların yanına gəlmiş, birlikdə əyləşib kompüter vasitəsilə oyun oynamağa başlamışlar. Gecə saat 03:20-də qardaşı Ziya ilə birlikdə kirayədə qaldığı mənzilin yalnız onda olan bir nüsxə açarını işlədiyi «Topaz» məntəqəsində unutduğunu görüb açarı götürmək üçün onlayn internet vasitəsilə «Bolt» xidməti vasitəsilə taksi sifariş etmiş, Emin adlı sürücünün idarə etdiyi «Azsamand Runo» markalı taksi avtomobili ilə Məmmədlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 31A ünvanında yerləşən işlətdiyi «Topaz» məntəqəsinə getmiş, saat 03:29-da məntəqəyə çatmış, özü tək taksini tərk edib obyektin Zahid Xəlilov küçəsi istiqamətindən çıxışı olan giriş qapısına yaxınlaşmış, bu zaman obyektdə olan təhlükəsizlik siqnalizasiyasının işə düşdüyünü görmüş, özündə olan açarla qapını açaraq içəri daxil olan zaman içəridə elektrik enerjisinin kəsildiyini, bu səbəbdən işıqlandırma sisteminin söndüyünün şahidi olmuş, cəld «Samsung A30» markalı mobil telefonun fənərini işə salıb içəriyə baxmış, bu zaman içəridə heç kəs olmadığından və elektrik enerjisinin kəsilməsi səbəbindən siqnalizasiyanın işə düşdüyünü güman edib girişdən solda yerləşən siqnalizasiya aparatında müvafiq kodu yığmaqla siqnalizasiyasını söndürmüşdür. Əvvəllər də bir neçə dəfə obyektin elektrik enerjisi naməlum səbəbdən kəsildiyindən bu vəziyyətdən şübhələnməmiş, sonra kirayə qaldığı mənzilin açarını götürüb obyekti tərk edərək qapını bağlamış, taksi avtomobilinə əyləşib Məmmədlə birlikdə «Feniks» adlanan «Playstation» oyun salonuna getmiş, taksi sürücüsü Eminə 5 (beş) manat zəhmət haqqı verdikdən sonra Məmmədlə birlikdə taksini tərk edib oyun salonuna daxil olmuş, bu zaman qardaşı Ziyanın oyun salonunda onları gözlədiyini görüb saat 05 radələrinədək salonda əyləşib oyun oynadıqdan sonra onlayn internet vasitəsilə «Bolt» taksi xidmətindən taksi çağırmış və qardaşı ilə birlikdə yaşadığı ünvana getmişdir. Ünvana çatdıqdan sonra taksini tərk edib Məmmədlə sağollaşaraq qardaşı Ziya ilə birlikdə kirayə qaldığı mənzilə qalxıb yatmışdır. Məmməd isə qonşu binada yerləşən öz yaşadığı mənzilə getmişdir. Səhər saat 10 radələrində yuxudan qalxıb Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 43E ünvanında yerləşən işlədiyi «Topaz» məntəqəsinə getmiş, obyektin Zahid Xəlilov küçəsi istiqamətində çıxışı olan giriş qapısını açıb içəri daxil olduqda binanın həyətinə çıxışı olan digər qapının örtülü vəziyyətdə olduğunu, lakin həmin qapının kilidlənmədiyini, içərisində təxminən 3000 (üç min) manat pul olan dəmir seyfin isə yerində olmadığını, həmin giriş qapısının sağ tərəfində obyektin çöl tərəfdən divarına bərkidilmiş elektrik sayğacına müdaxilə olunaraq obyektin elektrik enerjisinin kəsildiyini görmüşdür. Dərhal başa düşmüşdür ki, içərisində təxminən 3000 (üç min) manat pul olan həmin seyf naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Mobil telefonu ilə obyektin sahibi Aqşin müəllimə zəng vuraraq bu barədə məlumat vermiş, həmçinin qardaşı Ziyaya zəng vurub bu barədə ona da bildirmişdir. Bir neçə dəqiqə sonra obyektin sahibi Aqşin, onun ardınca isə polis əməkdaşları hadisə yerinə gəlmiş, polis əməkdaşları hadisə yerinə baxış keçirərək müvafiq sənədləşdirmə aparmışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Aqşin müəllimin tələbi ilə obyektin Zahid Xəlilov küçəsi istiqamətində çıxışı olan əsas giriş qapısının kilidini dəyişmiş, yeni kilidin beş nüsxədən ibarət açarı yalnız onda olmuş, həmin nüsxələrdən hər hansı birini kiməsə verməmişdir. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03:29-da Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 43E ünvanında yerləşən işlədiyi «Topaz» məntəqəsinə əsas giriş qapısından daxil olan zaman obyektdə elektrik enerjisinin kəsildiyini və təhlükəsizlik siqnalizasiyasının işə düşdüyünü görəndə siqnalizasiyanın məhz elektrik enerjisinin kəsilməsi səbəbindən işə düşdüyünü düşünmüş, ona görə də, hüquq mühafizə orqanlarına məlumat verməyə lüzum görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 analoji ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkina küçəsi, ev 27/1-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, xx xxxx 2003-cü ildə X9 xidmətə qəbul olunmaqla həmin vaxtdan hazıradək Yasamal rayon mühafizə idarəsində 2638 çağırışlı avtopatrul xətti üzrə heyət başçısı vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə xidməti növbədə olmuş, həmin gün gecə saat 03:48-də Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən «Laliqa» adlanan playstation obyektinin yanında olan zaman həmin küçədə, qonşuluqda yerləşən mühafizə altında olan «Topaz» məntəqəsindən mərkəzi mühafizə məntəqəsinə «açılış» siqnalı daxil olması barədə mərkəzdən məlumat alıb dərhal onunla birlikdə növbədə olan sıravi polis nəfəri Ağabəy Şəfizadə ilə birlikdə hadisə yerinə getmişdir. Bu zaman «Topaz» məntəqəsinin Zahid Xəlilov küçəsinə çıxışı olan şəffaf şüşə rəngli giriş qapısını əlləri ilə yoxladıqda qapının bağlı olduğunu və obyektdə həyacan siqnalının çalınmadığını görmüş, dərhal mərkəzlə əlaqə saxlayıb onlarda qeyd olunmuş obyektin sahibinin mobil telefon nömrəsini əldə edərək əlaqə saxlayıb bu barədə məlumat vermiş, həmin şəxs qeyd olunan obyekti 3 ildir ki, Aqşin adlı şəxsə təhvil verdiyini söyləmiş, o, Aqşin adlı şəxsin mobil telefon nömrəsini alıb bir neçə dəfə zəng vursa da, cavab verən olmamışdır. «Topaz» məntəqəsinin Zahid Xəlilov küçəsinə çıxışı olan şəffaf şüşə rəngli giriş qapısının və obyektin digər tərəfdə binanın giriş hissəsində yerləşən seyf qapısının bağlı olduğunu görüb mərkəzlə efir vasitəsilə əlaqə saxlayıb obyektin sahibinin telefona cavab vermədiyini və obyekti «açılış» vəziyyətində qoyub getdiyini bildirmişdir. Sonra isə daha orada qalmayıb ərazidən uzaqlaşaraq xidməti vəzifəsini icra etməyə davam etmiş, səhər saatlarında «Topaz» məntəqəsinin sahibi Aqşin adlı şəxs ona zəng etmiş və məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər tərəfindən gecə saat 04 radələrində həmin «Topaz» məntəqəsindən içərisində təxminən 3000 manat məbləğində pul vəsaiti olan dəmir seyf oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı məhlədən Vaqifin dostu kimi tanıyır. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 06 radələrində evdə yatan zaman qapı döyülmüş, qapını açandan sonra evin giriş qapısını döyən şəxsin Kamil olduğunu görmüşdür. O, Kamildən gecənin bu vaxtı “xeyir ola” deyə soruşmuş, Kamil Vaqiflə 15 dəqiqəlik işi olduğunu demiş, o, Vaqifi çağırıb özü digər otağa keçib gözləmiş, Vaqif qapıda Kamillə nə isə danışıb getmişlər. Həmin vaxtdan 30 dəqiqə sonra Vaqif qayıtmış, o, Vaqifdən hara gedib-gəldiyini soruşmuş, Vaqif “işimiz var idi, gedib-gəldik” demişdir. Həmin vaxtdan sonra Vaqif tutulanda 28-ci PB-nə getmiş və bilmişdir ki, Vaqif Kamillə birlikdə Topazdan seyf və “Nizami Mall”un yanından telefonlar oğurlayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur, Kamil 2009-cu ildə ailə həyatı qurduqdan sonra Yasamal rayonu Zahid Xəlilov küçəsi bina 31a mənzil 5-də yaşamış, 2019-cu ilin dekabr ayının sonlarında yeni il bayramı ilə əlaqədar olaraq gəlini Nuranə Fərəcova atasının yaşadığı Göyçay şəhərində yerləşən evinə getmiş, Kamil isə yaşadığı ünvanda tutulduğu günə qədər tək qalmağa başlamış, Kamil tutulduqdan sonra o, bilmişdir ki, Kamil qonşuluqda yerləşən Topaz məntəqəsindən seyfi oğurlayıb gətirib evdə laqonda ilə doğramışdır. O, Kamilə 2019-cu ilin əvvəlində 200 manat pul borc vermiş, həmin 200 manatı Kamil 2019-cu ilin dekabr ayının 27-də ona geri qaytarmışdır, lakin Kamilin həmin pulu haradan əldə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əbürrəhimbəy Haqverdiyev küçəsi, 28D ünvanında yerləşən «Min bir xırdavat tikinti və təsərrüfat malları» mağazasını 10 il olar ki, icarəyə götürüb işlədir, mağazada pərakəndə şəkildə müxtəlif tikinti və təsərrüfat mallarının satışı, həmçinin icarəyə verilməsi ilə məşğul olur. Təqsirləndirilən şəxs2 bir müddətdir ki, üzdən tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə günün birinci yarısı mağazada olan zaman Təqsirləndirilən şəxs2 mağazaya gəlib özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək bir gün müddətinə laqonda aparatı icarəyə götürmək istədiyini bildirmiş, o, bunun səbəbini soruşduqda Kamil əvvəllər plastik qapı-pəncərə ustası kimi işlədiyini söyləyib yaşadığı mənzildə təmir işləri aparmaq üçün bir günlük laqonda aparatına ehtiyacı olduğunu demişdir. O, etiraz etməyib Kamilə laqonda aparatını təqdim edərək aparatın bir günlük icarə haqqının 5 (beş) manat olduğunu bildirmiş, Kamil razılaşıb ona 5 (beş) manat pul verərək laqonda aparatını götürüb getmişdir. Növbəti gün xx xxxxxx 2019-cu il tarixdə axşama yaxın vaxtlarda Kamil mağazaya gəlib işini yekunlaşdırdığını bildirərək laqonda aparatını təhvil vermişdir. Təqsirləndirilən şəxs2 ilə tanışı Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cuiltarixdəgecəsaat 06 radələrindəünvan 6 ünvanında yerləşən «Topaz» mərc oyunları obyektinə daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus içərisində 2982 (iki min doqquz yüz səksən iki) manat məbləğində pul vəsaiti olan 200 (iki yüz) manat dəyərində dəmir seyfi oğurlamaları barədə yalnız ifadə vermək üçün Yasamal rayon polis idarəsinə gələrkən bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2018-ci ildən etibarən ünvan 12 ünvanında yerləşən kafeni icarəyə götürüb işlədir, kafedə əsasən müştərilərə yeməklərin verilməsi ilə məşğul olur. Özü bilavasitə hər gün kafedə olur, yeməklərin əksəriyyətini özü hazırlamaqla yanaşı kafenin fəaliyyətinə də nəzarət edir. Təqsirləndirilən şəxs2 bir neçə ildir ki, tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə işlətdiyi kafenin yerləşdiyi məhəllədə yaşayır. 2019-cu ilin sentyabr-dekabr ayları ərzində Kamil bir neçə dəfə ona məxsus kafeyə gəlib nisyə yemək sifariş verib yemiş, həmçinin çay içmişdir. Kafenin yerləşdiyi məhəllədə yaşadığı üçün o, heç vaxt Kamilin xətrinə dəyməmiş, nisyə yemək istəyəndə vermişdir. 2019-cu ilin dekabr ayında Kamilin ona 171 (bir yüz yetmiş bir) manat borcu yaranmış, bununla əlaqədar Kamili məhəllədə gördükdə bir neçə dəfə ondan borcunu qaytarmasını xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 17 radələrində kafedə olan zaman Kamil içəri daxil olub nə qədər borcunun olduğunu soruşmuş, o, nisyə dəftərini açıb ona göstərərək ümumilikdə 171 (bir yüz yetmiş bir) manat borcunun olduğunu bildirmişdir. Kamil bir söz deməyib 150 (bir yüz əlli) manat pul verərək yerdə qalan 21 (iyirmi bir) manatı da sonra verəcəyini deyib getmişdir. Həmin vaxtdan sonra Kamil ona məxsus kafeyə gəlməmiş, 2020-ci ilin yanvar ayının sonlarında Kamilin həbs olunduğunu eşitmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdəoğurluqetməsivəborcununmüqabilindəona verdiyi 150 (biryüzəlli) manatməbləğindəpulvəsaitinicinayətyoluiləəldəetməsibarədəheçbirməlumatıolmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev pr. 25 ünvanında yerləşən «İphone» telefon mağazasını bir neçə ildir işlədir, həmin mağazada yeni və işlənmiş telefonların alqı0satqısı ilə məşğuldur. xx xxxxxx 2020-ci il tarixdə tanışı, Əhmədli metrosunun yaxınlığında telefon dükanı işlədən Şahid4 adlı şəxs ona zəng etmiş və onda yeni vəziyyətdə olan «İphone 11» markalı telefon olduğunu, həmin telefonu sahibindən ehtiyacı olduğu üçün satdığına görə aldığını demişdir. O, qeyd edilən telefona 1250 manat verə biləcəyini dediyi üçün Elnur telefonu ona satmağa razılıq vermişdir. O, həmin telefonun pulunu nəğd şəkildə verməklə Elnurdan almış, «İphone 11» markalı, 64 GB yaddaşlı, **********99973, **********36189İMEİkodlu mobil telefonu xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında sonradan adını bildiyi Xalid adlı şəxsə 1525 manata satmış, istintaqa ifadə verən vaxta qədər həmin telefonun oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən «İphone Telecom» mağazasında işləyən Şahid10 1525 (bir min beş yüz iyirmi beş) manat müqabilində təzə vəziyyətdə, qutuda, bütün aksessuarları ilə birlikdə ağ rəngli, «İphone 11» markalı, 64 GB yaddaşlı, **********99973, **********36189İMEİkodlu mobil telefon almış, bununla əlaqədar telefonla bağlı satıcı Şahid10 tərəfindən ona bir illik zəmanət talonu təqdim olunmuşdur. Həmin telefonun müqabilində 1525 (bir min beş yüz iyirmi beş) manat məbləğində ödənişi özünə məxsus «1 kart»la post-terminal vasitəsilə ödəmişdir. Elə həmin gün qeyd olunan «İphone 11» markalı mobil telefonu onunla bir ünvanda yaşayan anası X5 hədiyyə etmişdir. X20 həmin vaxtdan etibarən özünə məxsus (051) *** ** ** mobil telefon nömrəsi ilə «İphone 11» markalı mobil telefondan istifadə etməyə başlamışdır. Qeyd olunan «İphone» markalı «11» modelli **********99973, **********36189 İMEİ kodlu mobil telefonu alarkən həmin telefonun cinayət yolu ilə əldə olunduğunu bilməmiş, Yasamal rayon polis idarəsinin istintaq şöbəsinə gələrkən məlum olmuşdur ki, həmin mobil telefon oğurluq yolu ilə əldə olunmuşdur. Təqsirləndirilən şəxs2 vəTəqsirləndirilən şəxs1 tanımır, bu şəxslərlə heç bir əlaqə və münasibəti olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, on ildir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 29 ünvanında yerləşən «Fərid telekom» mağazasını icarə müqaviləsi əsasında işlədir, mağazada həm işlənmiş, həm də yeni telefonların alqı-satqısı ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 19 radələrində işlətdiyi telefon dükanına sonradan anket məlumatlarını bildiyi Təqsirləndirilən şəxs2 gəlmiş və ona tanışları tərəfindən aksessuarları ilə birlikdə «İphone 11» markalı 64 GB yaddaşı olan mobil telefonun hədiyyə olunduğunu söyləyib həmin telefonu satmaq istədiyini bildirmişdir. Telefonu satan zaman Kamil yanında olan 20-25 yaşlı qadını həyat yoldaşı kimi təqdim etmiş, o, Kamilə şəxsiyyət vəsiqəsi əsasında ala biləcəyini demiş, Kamil buna cavab olaraq şəxsiyyət vəsiqəsini çıxarıb ona təqdim etmiş, şəxsiyyət vəsiqəsinin həqiqətən də həmin şəxsə, yəni Təqsirləndirilən şəxs2 məxsus olduğunu yəqin etdikdən sonra o, telefonu 1150 (min yüz əlli) manata ala biləcəyini demiş, telefonu götürdükdən sonra diqqətlə baxmış və yeni olduğuna, ümumiyyətlə istifadə olunmadığına əmin olmuş, sonra Kamilə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb iki sim kartlı olduğu üçün telefonun qeydiyyat rüsumunu, yəni 150 (yüz əlli) manatını ümumi məbləğdən çıxıb saxlayaraq Kamilə həmin telefona görə 1000 (min) manat pul vermişdir. Kamil 1000 (min) manatı götürdükdən sonra ona telefonun qeydiyyatı olarsa ertəsi gün 150 (yüz əlli) manat əlavə verəcəyini, lakin qeydiyyatı olmasa həmin puldan 75 (yetmiş beş) manat çıxacağını demişdir. Növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə «www.imei.az» saytında yoxlayan zaman görmüşdür ki, telefonun bir nömrəsi mobil rabitə şəbəkəsində qeydiyyatdan keçmiş, digər nömrəsi isə keçməmişdir. Bu barədə Kamilin istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlayıb Kamilə məlumat vermiş və demişdir ki, qalan 150 manatın 75 manatını qeydiyyat üçün çıxacaqdır. Kamil onunla razılaşmış və xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində telefon satarkən onunla birlikdə olan, həyat yoldaşı kimi təqdim etdiyi adını və anket məlumatlarını bilmədiyi həmin qadın gəlib 75 manatı onun işlədiyi mağazadan götürmüş, həmin telefonu xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında işdən sonra «Neftçilər» metrostansiyasının yaxınlığındakı telefon mağazasında işləyən soyadını və atasının adını bilmədiyi Vasif adlı tanışına 1250 (min iki yüz əlli) manata satmış, telefon ağ rəngli olmaqla 64 GB yaddaş həcmində imei kodu **********99973 olmuş, telefonu alan zaman Təqsirləndirilən şəxs2 özünü çox səmimi aparmış, yanında qadın olması və həmin qadını həyat yoldaşı kimi təqdim etməsi onda həmin telefonun həqiqətən də ona məxsus olması barədə tam əminlik yaratmış, o, şübhələnməmiş, həmin telefonun oğurluq olduğunu bilmiş olsaydı dərhal polisə məlumat verərdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olmaları özlərinin etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərinifadələri,məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclası zaman təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə saat 06 radələrində Yasamal rayonu Zahid Xəlilov küçəsi 43E ünvanında yerləşən «Topaz» mərc oyunları obyektinə birgə daxil olmadıqlarını və seyfi birgə götürmədiklərini, Təqsirləndirilən şəxs1 yalnız seyfin daşınmasında iştirak etməsinə dair məlumatları məhkəmə özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir və hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu ilə onların qeyd olunan cinayət əməlini birgə icraçı kimi törətmələri tam sübuta yetirilir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə saat 06 radələrində tanışı Təqsirləndirilən şəxs1lə birlikdə Yasamal rayonu Zahid Xəlilov küçəsi 43E ünvanında yerləşən «Topaz» mərc oyunları obyektinə binanın həyətindən arxa giriş qapısından daxil olduğunu və obyektdə olan seyfi ünvan 2 mənzil 5-ə yaşadığı evə Təqsirləndirilən şəxs1 köməkliyi ilə apardığını, seyfin açıması nəticəsində əldə edillən puldan 50 manat Təqsirləndirilən şəxs1 verdiyini, həmçinin xx xxxxxx 2020-ci il tarixdə gecə saat 04 radələrində Yasamal rayonu Şıxəli Qurbanov küçəsi 17 ünvanında yerləşən “Nizami Mall” ticarət mərkəzinin birinci mərtəbəsində olan «İphone & Samsung» telefon mağazasının çöl tərəfdən pəncərə şüşəsini sındırıb içəridən bir ədəd qutuda yeni «İphone X» markalı mobil telefonu və bir ədəd ayrı qutuda yeni «İphone 11» markalı mobil telefonu Təqsirləndirilən şəxs1lə birlikdə oğurladığını bildirməklə istintaqa verdiyi ifadəsini bir daha əyani olaraq hadisə yerində təsdiqləmişdir. (Cild İ, iş vər. 159-164) Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə saat 06 radələrində tanışı Təqsirləndirilən şəxs2la birlikdə Yasamal rayonu Zahid Xəlilov küçəsi 43E ünvanında yerləşən «Topaz» mərc oyunları obyektinə binanın həyətindən daxil olduğunu və obyektdə olan seyfi ünvan 2 mənzil 5-ə Təqsirləndirilən şəxs2 yaşadığı evə köməkləşib apardığını, seyfin açıması nəticəsində əldə edillən puldan 50 manat aldığını, həmçinin xx xxxxxx 2020-ci il tarixdə gecə saat 04 radələrində Yasamal rayonu Şıxəli Qurbanov küçəsi 17 ünvanında yerləşən “Nizami Mall” ticarət mərkəsinin birinci mərtəbəsində olan «İphone & Samsung» telefon mağazasının çöl tərəfdən pəncərə şüşəsini sındırıb içəridən bir ədəd qutuda yeni «İphone X» markalı mobil telefonu və bir ədəd ayrı qutuda yeni «İphone 11» markalı mobil telefonu Təqsirləndirilən şəxs2la birlikdə oğurladığını bildirməklə istintaqa verdiyi ifadəsini bir daha əyani olaraq hadisə yerində təsdiqləmişdir. (Cild İ, iş vər.165-167) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3170 nömrəli rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ekranı zədəli vəziyyətdə olan «Samsung» markalı, «SM-J710FN/DS» modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 80 manat, ekranı zədələnməmişdən əvvəl istifadədə olmuş normal vəziyyətdə 120 manat müəyyən olunur. (Cild İİ, iş vər.10-12) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/367 nömrəli rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «İphone» markalı, «A2223» modelli mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarları ilə birlikdə təzə vəziyyətdə 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 1650 manat müəyyən olunur. Qərarda qeyd edilən «İphone» markalı, «X» modelli mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarları ilə birlikdə təzə vəziyyətdə 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 1350 manat müəyyən edilir. (Cild İİ, iş vər. 141-144) Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən oğurluq cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərininməhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı,zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir.İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı və onlara Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2-ci maddəyə görə təkrar törədildikdə; 177.2.3-cü maddəyə görə isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, xx xxxxxx 2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə, xx xxxx 2020-ci il tarixdə isə 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, iş vər. 64) Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild İ, iş vər.: 103-104) xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yeni məzmunda ittiham elan edilmişdir. (Cild İİ, iş vər.: 189-191) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(004)-56/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək onun barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-cii il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin xx xxxx 2020-ci il tarixli 4(004)-193/2020 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin müddəti xx xxx 2020-ci il tarixədək uzadılmışdır. (Cil İ, iş vər.: 145-146, Cild İİ, iş vər.139-140) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 1(004)-138/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmış və məhkəmənin xx xxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə vurulmuş zərəri digər Təqsirləndirilən şəxs1 ilə birlikdə müştərək qaydada tam şəkildə ödəmiş, zərərçəkmiş şəxslərlə barışdığından ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsindən xx xxxx 2011-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X6 arasında xx xxxx 2011-ci ildə nikah bağlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 835111 nömrəli və xx xxxx 2013-cü ildə verilmiş AZ-İİİ seriyalı 070392 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, xx xxxxxx 2012-ci il təvəllüdlü X8 və xx xxxx 2013-cü il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxs2, anası isə X3r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2010-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə qeyd edilən 500 manat cərimə tam ödənilmişdir. Hazırda üzərində məhkumluğu yoxdur. (Cild İ, iş vər. 247-248) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini etiraf etməklə səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışmaqla onlara vurulmuş zərəri tam şəkildə könüllü olaraq ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını, evli olmaqla himayəsində iki azyaşlı övladının olmasını onuncəzasınıyüngülləşdirənhallar kiminəzərəalır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 münasibətdə cəza məsələsini müzakirə edərək,Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və ağırlaşdıranhallarınolmamasınınəzərə alaraq hesab edir ki, ona təyinolunan cəzaədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinətam uyğunolmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdanməhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs2 ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə o, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild İ, iş vər.: 103-104) xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yeni məzmunda ittiham elan edilmişdir. (Cild İİ, iş vər.: 172-174) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(004)-57/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək onun barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-cii il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin xx xxxx 2020-ci il tarixli 4(004)-192/2020 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin müddəti xx xxx 2020-ci il tarixədək uzadılmışdır. (Cil İ, iş vər.: 143-144, Cild İİ, iş vər.137-138) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 1(004)-138/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmış və məhkəmənin xx xxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə vurulmuş zərəri digər Təqsirləndirilən şəxs2 ilə birlikdə müştərək qaydada tam şəkildə ödəmiş, zərərçəkmiş şəxslərlə barışdığından ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış şəxsdir. (Cild İ, iş vər. 249) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini etiraf etməklə səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərlə barışmaqla onlara vurulmuş zərəri tam şəkildə könüllü olaraq ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını onuncəzasınıyüngülləşdirənhallar kiminəzərəalır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 münasibətdə cəza məsələsini müzakirə edərək,Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilikdərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinətam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.Təqsirləndirilən şəxs1 ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan296 (iki yüz doxsan altı) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabınaödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan “İphone” markalı, “A2223” modelli mobil telefon qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalı, digər maddi sübut olan “İphone” markalı, “X” modelli və “Samsung” markalı, “SM-J710FN/DS” modelli mobil telefonların qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə DİN-nin NHİX-dən götürülmüş DVD disk və Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsi, 43E ünvanında yerləşən “Topaz” mərc oyunları obyektindən götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X14 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X14 məhkəməyədək icraat zamanı iştirak etdiyi 95 (doxsan beş) saata görə 570 (beş yüz yetmiş) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 95 (doxsan beş) saata görə 570 (beş yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 hökmlə ona təyin olunmuş cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 hökmlə ona təyin olunmuş cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan “İphone” markalı, “A2223” modelli mobil telefon qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın, digər maddi sübut olan “İphone” markalı, “X” modelli və “Samsung” markalı, “SM-J710FN/DS” modelli mobil telefonların qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə DİN-nin NHİX-dən götürülmüş DVD disk və Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsi, 43E ünvanında yerləşən “Topaz” mərc oyunları obyektindən götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-ekspertizası tədqiqatının dəyəri 296 (iki yüz doxsan altı) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X14 məhkəməyədək icraat zamanı iştirak etdiyi 95 (doxsan beş) saata görə 570 (beş yüz yetmiş) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-ninCəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 95 (doxsan beş) saata görə 570 (beş yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-ninCəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan Beynəlxalq BankMətbuat filialı, Bankın kodu 805142, VÖEN ********** AZ39İBAZ********************, SWİFT İBAZAZ2X M/h AZ03NABZ013501**********2944 (VÖEN **********) hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-138/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-138/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver