Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-138/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X3 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Bəhramova Fəridə Tofiq qızının, zərərçəkmiş şəxslər Bayramlı Pərvin Fərman qızının və Məmmədova Sevinc İlham qızının, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Şəmmədova Leyla Xaliq qızının, təqsirləndirilən şəxs Behbudov Əyyub Misirxan oğlunun iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Qubadlı rayonu, Qayalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması və 450 (dörd yüz əlli) manat cərimə cəzalarına məhkum edilmiş və cəzasını tam çəkməmiş, Qubadlı rayonu, Qayalı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 14cü məhəllə, yataqxana 2, otaq 1-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Behbudov Əyyub Misirxan oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5 və 29,180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Behbudov Əyyub Misirxan oğlu özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsin çantasından oğurluq etmiş və təkrarən, özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməyə cəhd etmişdir. Belə ki, Ə.M.Behbudov özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə, xx xxxxxx 2020-ci il tarixdə saat 11:35 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində, “xxxx” MMC-yə məxsus, **-YV-*** nömrəli 18 saylı marşurut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobusunda olarkən, sərnişinlərin sıxlığından istifadə etməklə və talama cinayət əməlinin törədilməsi üüçün real şərait olmasını görüb, həmin marşurut avtobusunda sərnişin kimi hərəkətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi döngə 1-də yaşayan Bayramlı Pərvin Fərman qızının üzərində olan belinə bərkidilmiş əl çantasının üzərinə etdiyi əməlin digər sərnişinlər tərəfindən görülməməsi üçün, sol əlində olan ağ rəngli selofan paketi əl çantasının üzərinə tutmaqla, sağ əli ilə əl çantasının kilidini açmış və əl çantasının içərisində olan pul kisəsini götürüb qarın nahiyyəsində digər sərnişinlərin görmədiyi şəraitdə tutmuş, sonra isə marşurut avtobusunun ASAN-3 xidmətinin yerləşdiyi inzibati binaya çatmamış bir dayanacaqda saxlamasından istifadə etməklə, marşurut avtobusundan düşərək, uzaqlaşmaqla, zərərçəkmiş şəxs Bayramlı Pərvin Fərman qızına məxsus bir ədəd 12 manat qiymətində pul kisəsini və pul kisəsinin içərisində saxlanılan 160 manat pulu gizli yolla talayıb, zərərçəkmiş şəxs Bayramlı Pərvin Fərman qızına ümumilikdə 172 manat ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə, xx xxxxxx 2020-ci il tarixdə saat 14:20 radələrində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən Elmlər Akademiyası metro stansiyasının qarşısında yerləşən avtobus dayanacağında sərnişinlərin sıxlığından istifadə etməklə və talama cinayət əməlinin törədilməsi üçün real şərait olmasını görüb, Bakubus MMC-yə məxsus **-JZ-*** dövlət qeydiyyat nişanlı M 2 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobusunu gözləyən, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 51A, mənzil 58-də yaşayan Məmmədova Sevinc İlham qızının dayanacaqda dayanmasını və dayanmış **-JZ-*** dövlət qeydiyyat nişanlı M 2 nömrəli marşurut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobusuna minməyə hazırlaşmasını gördükdən sonra, ona yaxınlaşmış, üzərində olan əl çantasının açıq olmasından istifadə etməklə, üzərinə etdiyi əməlin digər dayanacaqda dayanmış şəxslər tərəfindən görülməməsi üçün, sol əlində olan ağ rəngli selofan paketi əl çantasının üzərinə tutmaqla, sağ əli ilə əl çantasının içərisində olan bənövşəyi rəngli pul kisəsini götürüb üzərində olan gödəkcəsinin sol qoltuğunun altında, yəni gödəkcənin içəri hissəsində saxlamış, cinayət əməlini törətdikdən sonra uzaqlaşmaq istəyərkən, Məmmədova Sevinc İlham qızının qışqıraraq «onu tutun, onu tutun, pul kisəmi götürmüşdür» ifadəsini işlətməsindən sonra, polis əməkdaşları tərəfindən saxlanıldığına görə öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək, zərərçəkmiş şəxs Məmmədova Sevinc İlham qızına məxsus bir ədəd 10 manat qiymətində pul kisəsini, pul kisəsinin içərisində olan 51 manat 80 qəpik dəyərində pulunu, bir ədəd 2 manat qiymətində avtobusdan ödəniş üçün istifadə etdiyi Baku kart kartını və içərisində olan 1,20 manat pulunu açıq talayaraq, zərərçəkmiş şəxs Məmmədova Sevinc İlham qızına ümumilikdə 65 manat miqdarında ziyan vurmaqla, soyğunçuluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Ə.M.Behbudov ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, subaydır, heç bir yerdə işləmir, əvvəllər 1998-ci ilin may ayında Rusiya Federasiyası Xabarovski şəhərində məhkəmənin hökmü ilə RF CM-nin 126.2 (adam oğurluğu), 222.1(soyuq silah gəzdirmə) və 145-ci (quldurluq) maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2002-ci ilin yanvar ayının 25-də cəzasının sonu ilə azad olunmuşdur. Sonradan 2003-cü ilin yay aylarında Rusiya Federasiyası Xabarovski şəhər məhkəməsinin hökmü ilə, oğurulq maddəsi ilə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2008-ci ilin sentyabr ayının 11-də cəzasının sonu ilə azad olunmuşdur. 2009-cu ilin yay aylarında Rusiya Federasiyası Xabarovski şəhəri Jeleznodorojnıy rayonunda mənzildən oğurluq hadisəsi törətmiş, onun barəsində olan cinayət işini Rusiya Federasiyası Xabarovski şəhəri Jeleznodorojnıy rayon məhkəməsinə göndərmişlər, lakin o, məhkəmə baxşı vaxtında Rusiya Federasiyasını qanunsuz olaraq tərk edib Azərbaycan Respublikasına gəlmişdir. Bundan sonra 2010-cu ilin may ayında Rusiya Federasiyası Xabarovski şəhəri Jeleznodorojnıy rayon məhkəməsi tərəfindən barəsində axtarış elan edilmişdir. Sonradan 2011-ci ilin iyul ayında o, yenidən Rusiya Federasiyasına getmək üçün Gəncə şəhər hava limanında qeydiyyatdan keçdiyi vaxt, hava limanında onu saxlamışlar və ona barəsində Rusiya Federasiyası Xabarovski şəhəri Jeleznodorojnıy rayon məhkəməsi tərəfindən axtarış elan olunduğu üçün saxlanıldığını izah etmişlər. Beləcə onu 02 ay müddətində Gəncə istintaq təcridxanasında saxlamışlar, sonradan o, az ağır cinayət törətdiyinə görə barəsində axtarış elan olunduğundan, həmçinin beynəlxalq müqavilənin şərtlərinə əsasən, o, Azərbaycan Respublikası vətəndaşı olduğundan, onu Azərbaycan Respublikasının hüquq mühafizə orqanları Rusiya Federasiyası hüquq mühafizə orqanlarına təhvil verməmiş, nəticədə onu həbsdən azad etmişlər. 2015-ci ildə Rusiya Federasiyası Xabarovski şəhəri Jeleznodorojnıy rayon məhkəməsi tərəfindən barəsində olan cinayət işi qeydiyyatda olduğu ərazi üzrə, Sumqayıt şəhər polis idarəsinə göndərmişlər, orada da cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Sumqayıt şəhər prokurorluğunda barəsində olan cinayət işinə xitam verilmişdir. Sonradan 2015-ci ilin yay aylarında Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən, o, 750 manat cərimə cəzasına məhkum olunmuş, lakin cərimə cəzasını tam ödəməmişdir. xx xxxxxx 2020-ci il tarixli Abşeron rayon məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikasının CMnin 178.2.4, 67.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 08 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin cəzasını tam çəkib qurtarmamışdır. Həmin vaxtdan da Sumqayıt şəhəri 14-cü məhəllə, yataqxana 2, otaq 1-də yaşamışdır. Maddi vəziyyəti ağır olduğundan, pula ehtiyyacı olmuşdur, həmin vaxtlar da istəmişdir ki, oğurluq cinayət əməlini törətsin, qərara gəlmişdir ki, hər hansı bir avtobusda gizli şəkildə hər hansı bir sərnişinin sumkasından oğurluq etsin. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhərindən Bakı şəhərinə gəlmiş, Yasamal rayonu Şamaxinka adlanan ərazidə dayanacaqda taksidən düşmüşdür. Sonradan saat 10 radələrində dayanacaqda olarkən, 18 saylı sərnişin avtobusunun gəldiyini görüb, avtobusa minmiş, çünki həmin marşurut avtobusunun Yasamal rayonu ərazisində yerləşən Elmlər Akademiyası metro stansiyasının yanına gəldiyini bilmişdir, fikri də o, olmuşdur ki, həmin metro stansiyasına gəlsin. O, Elmlər Akademiyası metro stansiyasının yanında dayanacaqda avtobusdan düşmüş, Elmlər akademiyasının həyətində yerləşən kafedə nahar etmiş, sonradan o, tanıdığı, Sumqayıt şəhər sakini Miskin adlı şəxsə zəng vurmuş və ondan onun üçün iki ədəd mobil nömrə almasını xahiş etmiş, əvvəllər işlətdiyi mobil nömrədə borc yığıldığından və onun həmin borcu ödəmədiyindən, ona mobil nömrə satılması qadağan edilmişdir. Miskin də ona demişdir ki, «bir azdan 20 yanvar dairəsinə gələrəm, sənin üçün iki ədəd mobil nömrə öz adıma alaram, sənə xəbər edərəm». Bir az sonra Miskin ona zəng vurmuş və bildirmişdir ki, «mən mobil nömrələri almışam, səni 20 yanvar dairəsində gözləyirəm, gəl görüşək, mobil nömrələri sənə verim». O da yenidən 20 yanvar dairəsinə getmiş, orada 20 yanvar abidəsinin qarşısında Miskinlə görüşmüş, Miskin onun üçün aldığı iki ədəd Baksell mobil operatoruna aid mobil nömrələri ona vermiş, lakin orada yenidən bir ədəd də Azersell mobil operatoruna aid nömrəni öz adına alıb ona vermişdir. Sonradan onlar sağollaşmışlar, o, yenə də həmin tarixdə saat 12 radələrində 18 saylı sərnişin avtobusuna, avtobusun qabaq qapısından oturmuş, Elmlər Akademiyası metro stansiyası istiqamətində hərəkət etməyə başlamışdır. Avtubosda olarkən, sürücü sərnişinlərə ortaya sıxlaşmasını xahiş etmiş, onda ortaya sıxlaşarkən, görmüşdür ki, avtobusda sərnişin sıxlığı vardır, hamı bir-birinə sıxılmış vəziyyətdədir. O da bundan istifadə etmək qərarına gəlmiş, həmin vaxt da o, yanında bir qızın qalmasını görmüşdür. Həmin vaxt qızın qulağında nauşnik olmuş, mahnıya qulaq asmış, qızın sol aşağı böyür hissəsində balaca çanta olmuş, qız çantanı kəmərlə belinə bağlamışdır. O, görmüşdür ki, qızın fikri yayınmışdır, mahnıya qulaq asır, həmçinin avtobusdan çölə baxmış, qızın bu halı ona sərf etmiş, çünki o, qızın çantasından oğurluq etmək istəmiş, belə şaraitdə də oğurluq etsəydi, qızın xəbəri olmazdı, bundan əlavə də hamı bir-birinə sıxılmışdır. O, sol əlində olan ağ selofan paketi qızın belinə bərkidilmiş çantanın qabağında saxlamışdır ki, heç kim onun oğurluq etməyini görməsin, həmçinin avtobusda quraşdırılmış müşahidə kameraları etdiyi oğurluq hadisəsini lentə almasın. Sonra yavaşca və hiss olunmayacaq dərcədə, qızın belinə bərkidilmiş çantanın zamokunu sağ əli ilə açmış, görmüşdür ki, çantanın içərisində qara rəngli balaca pul kisəsi vardır. O, pul kisəsini sağ əli ilə götürmüş, pul kisəsini qarın nahiyyəsinə sıxmış, üzərində də ağ selofan paketi tutmuşdur ki, heç kim görməsin. Artıq oğurluq etdiyini görüb Elmlər Akademiyası metro stansiyası istiqamətində getməkdən imtina etmiş, ona görə də Yasamal rayonu ərazisində yerləşən Asan xidmətlə İnşaatçılar metro stansiyasının arasında avtobus sürücüsü avtobusu dayanacaqda saxlamış, o da həmin vaxt avtobusdan düşüb yuxarı həyət evlərinə tərəf getmişdir. Piyada məhəllə arası yolla hərəkət etdiyi vaxt, oğurladığı pul çantasını açmış, içərisində təxminən 150-160 manat pulun olmasını görüb götürmüş, pul çantasının içərisində iki ədəd bank kartı da olmuş, o, həmin kartları piyada hərkətdə olduğu küçədə kənarda yerdə qoymuş, pul çantasını da evin damına atmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu isə maddi ehtiyyaclarına xərcləmiş, yəni Elmler akademiyasının həyətində yerləşən kafedə çörək yemiş, danışıq kartı almış, digər pulu da borcu olduğu şəxslərə vermişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində dostu, Sumqayıt şəhər sakini Ruslan adlı şəxs ona sms göndərmiş və smsdə ona bildirmişdir ki, «mənim bir yaxın tanışım var, kredit götürmək istəyir, ona kömək et, görüşün, onun nömrəsini də sənə atıram». O da ruslanın ona göndərdiyi mobil nömrəyə zəng vurmuş və ona demişdir ki, «mən Ruslanın tanışıyam, sənin nömrəni mənə atıb ki, sən kredit götürmək istəyirsən, adında gecikmə yoxdursa, mən sənə kömək edərəm». Həmin şəxs də ona demişdir ki, «mən 28 may tərəfdəyəm, istəyirsən orada gəl görüşək, çay içib söhbət edərik». O bununla əlaqədar Elmlər metro stansiyasının qarşısındakı dayanacağa gəlmiş, istəmişdir ki, M2 marşrut avtobusuna otursun, 28 may metro stansiyası tərəfə getsin. Həmin vaxt o, dayanacaqda olduğu vaxt, orada başqa sərnişinlər də olmuş, avtobus gözləmişlər. O, görmüşdür ki, onun qarşısında bir nəfər qız dayanmışdır, çiynində olan çantasının zamoku açıq olmuş, çantanın içərisində olan bənövşəyi rəngli pul çantası da görünmüşdür. O, həmin vaxt pul çantasını görüb, qərara gəlmişdir ki, həmin çantanı da oğurlasın, çünki maddi çətinliyi olmuşdur, borcları olmuşdur. Ona görə də o, dayanacaqda olan insanların çox olmasından istifadə edib, sol əlində olan ağ rəngli selofan paketi qızın çantasının üzərində tutmuş, fikirləşmişdir ki, heç kəs görməsin. Sonra isə ağ selofan paketin altından sağ əlini qızın çantasına salmış, orada olan pul çantasını götürüb əynində olan gödəkçəsinin sol qoltuğunun altında içəridə gizlətmiş, sonra ağ selofan paketi qızın çantasının üzərindən çəkmişdir. Həmin M2 marşurut avtobusu gəlmiş, qız avtobusa ödəniş etmək üçün çantasından avtobus kartını götürmək istəmiş, lakin pul çantasını o, götürdüyündən, qız pul kisəsinin çantasında olmadığını görmüşdür. Həmin vaxt dayanacaqda, qız ona demişdir ki, «pul çantamı sən götürdün». O da həmin qıza demişdir ki, «xeyr mən götürmədim, səhv salırsan, gödəkçəmin qabağı açıq olduğundan, dedim ki, bax üstümə». Qız da ona demişdir ki, «sən mənim yanımda dayanmışdın, sən götürmüsən». O da qıza demişdir ki, «mən götürməmişəm». Sonra o, qızdan iki addım aralaşmaq istədikdə, iki oğlan onu qullarından tutmuş, ona demişlər ki, «sən götürmüsən». O da həmin vaxt pul çantasını gizlətdiyi yerdən götürüb çıxardıb həmin oğlanlardan birinə vermişdir. Oğlan da həmin pul çantasını qıza qaytarmışdır. O, həmin vaxt getmək istəmiş, həmin oğlanlara demişdir ki, “məni buraxın gedim”, bu vaxt qız qışqırmağa başlamış və yaxınlıqda olan polis əməkdaşlarını çağırmışdır. Polis əməkdaşları da gəlib ona yaxınlaşmışlar, qız polis əməkdaşlarına demişdir ki, “bu mənim çantamdan pul çantamı götürmüşdür”. Polis əməkdaşları qızdan soruşmuşlar ki, “sən bu şəxsdən şikayətçisən”, qızda polis əməkdaşlarına demişdir ki, “bəli şikayətçiyəm”. Sonra onu polis əməkdaşları yaxınlıqda olan 28-ci polis bölməsinə dəvət etmişlər, o da polis əməkdaşlarına etiraz etməmiş və birlikdə 28-ci polis bölməsinə getmiş, qız da onlarla birlikdə bölməyə gəlmişdir. Orada o, hər iki oğurluq hadisəsini törətdiyini etiraf etmiş. O, yuxarıda qeyd etdiyi əməllərdən başqa, hər hansı bir oğurluq hadisəsini törətməmişdir. Onun oğurluq hadisəsini törətdiyini heç kim görməmiş və oğurluq cinayət əməlini törətməyini əvvəlcədən kimsə bilməmişdir. O, oğurluq hadisəsini tək törətmiş, onunla başqa şəxslər olmamışdır. O, ilk oğurluq hadisəsini törətdikdən sonra, götürdüyü pul çantasını piyada hərəkətdə olduğu məhəllədə tanımadığı həyət evinin damına atmış, bank kartlarını da yolun kənarında yerdə qoymuşdur. O, ikinci dəfə oğurladığı pul kisəsini onu saxlamış oğlanlara təqdim etmiş, həmin oğlanlar da onu qıza təqdim etmişlər. Sevinc ad O, zərərçəkmiş şəxs Bayramlı Pərvin Fərman qızına baş vermiş hadisə nəticəsində ona 182 manat və zərərçəkmiş şəxs Məmmədova Sevinc İlham qızına baş vermiş hadisə nəticəsində 75 manat ziyan vurmuşdur. Ə.Behbudov hesab edir ki, onun törətdiyi ikinci cinayət əməli də CM 177.2.5-ci maddəsinə tövsif olunmalıdır. Özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və sonuncuların ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamalarını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Ə.M.Behbudovun təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, CD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bayramlı Pərvin Fərman qızı ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, subaydır, Bakı dövlət Universitetinin 4-cü kurs tələbəsidir, əvvəllər məhkum olunmamışdır. Sumqayıt şəhər sakini Behbudov Əyyub Misirxan oğlunu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində o, yaşadığı evindən çıxıb 92 saylı marşurut avtobusu ilə Bakı şəhəri Nəsimi rayonu 20 yanvar dairəsinə gəlmiş, avtobusdan Respublika xəstəxanası ilə üzbəüz dayanacaqda düşmüş, sonra isə Yasamal rayonu ərazisində yerləşən Elmlər Akademiyası metro stansiyasının yerləşdiyi əraziyə gəlmək üçün dayanacaqda 18 saylı marşurut avtobusuna minmiş, avtobusda sərnişin çox olduğundan ayaq üstə qalmış, avtobusa minərkən kartla ödəniş etmiş, sonra isə kartı əl çantasının cibinə qoymuş, zamokla əl çantasının ciblərini bağlamış, avtobusda sıxlıq olmuşdur. Həmin vaxt onun qulağında nauşnik olmuşdur, qulağına taxıb mahnıya qulaq asmış, ona görə də avtobusda olan sərnişinlərə fikir verməmiş və avtobusdan çölə baxmışdır. Onun üzərində qara rəngli əl çantası olmuş, o, əl çantasında çox vaxt pul kisəsini, kartları, şəxsiyət vəsiqəsini saxlamışdır. O, marşurut avtobusunda həmin tarixdə saat 11:30 radələrində hərəkətdə olduğu vaxt, Asan-3 xidmətinə iki dayanacaq qalmış, bir anlığa əl çantasının yüngülləşdiyini hiss etmiş, lakin heç bir hadisə baş vermədiyini görüb fikir verməmişdir. Bir nəfər şəxs görmüşdür ki, əlində şəxsiyyət vəsiqəsi vardır, sərnişinlərdən soruşur ki, bu şəxsiyyət vəsiqəsi kimindir. O da şəxsiyyət vəsiqəsinə baxanda, görmüşdür ki, şəxsiyyət vəsiqəsi onundur. O, şəxsiyyət vəsiqəsini həmin şəxsdən almış, çantasına qoyanda, görmüşdür ki, içərisində saxladığı pul kisəsi, içərisində olan pul əskinazları və bank kartları yerində yoxdur. O, həyəcanlamağa başlamış, özünü itirmiş, görmüşdür ki, kimsə onun pul kisəsini içərisində olan əşyalarla birlikdə götürmüşdür. Həmin vaxt sərnişinlər görmüşlər ki, o, həyəcanlıdır, ona bildirmişlər ki, getsin sürücünün yanına, avtobusda müşahidə kameraları vardır, sürücü ona nə lazımdırsa məsləhət görər. O, sürücüyə yaxınlaşmış, sürücüyə demişdir ki, «mənim əl çantamdan pul kisəmi götürüblər, məni nə edim». Sürücü də ona demişdir ki, «siz avtobusdan düşün, təcili ərazidə olan polis bölməsinə yaxınlaşın, müraciət edin, sizə kömək edərlər, avtobusda da müşahidə kameraları vardır, polis istəsə götürə bilər, sənə kömək edər». O, İnşaatçılar metro stansiyasının yaxınlığında dayanacaqda düşmüş, ağlaya-ağlaya polis əməkdaşına yaxınlaşmış, ona avtobusda olarkən, əl çantasının içərisindən pul kisəsinin naməlum şəxs tərəfindən götürülməsini bildirmişdir. Polis əməkdaşı da ona bildirmişdir ki, ASAN-3 xidmətinin yanında 28-ci polis bölməsi vardır, həmin bölməyə getsin, orada ərizə ilə müraciət etsin, ona kömək ediləcəkdir. O, polis bölməsinə getməmiş 102 xidmətinə müraciət etmiş, sərnişini olduğu 18 saylı marşurut avtobusunda naməlum şəxsin əl çantasının içərisindən pul kisəsini götürməsini, pul kisəmin içərisində 160-170 manat pulun və iki ədəd bank kartının olmasını bildirmişdir. Sonra isə 28-ci polis bölməsinə getmiş, orada ərizə yazaraq, sərnişini olduğu 18 saylı marşurut avtobusunda naməlum şəxsin əl çantasının içərisindən pul kisəsini götürməsini, pul kisəsinin içərisində 160-170 manat pulun və iki ədəd bank kartının olmasını bildirmişdir. Hadisə vaxtı onun pul kisəsində 160 manat və iki ədəd bank kartı olmuşdur, hadisəni törətmiş şəxsin cəzalandırılmasını və ona vurulmuş ziyanın ödənilməsini xahiş edir. O, çantasında olan pul kisəsini götürən şəxsi görməmiş, həmin şəxsin pul kisəsini hansı şəraitdə götürməsini bilməmişdir. Həmin şəxs ona heç bir xəsarət yetirməmiş, ona fiziki zor tətbiq etməmiş, sadəcə çantasında olan pul kisəsini onun xəbəri olmadan götürüb uzaqlaşmışdır, ona görə də o, ekspertizadan keçməkdən imtina edir. O, avtobusda sərnişinlərdən soruşmuşdur ki, kimsə naməlum şəxsin onun çantasından pul kisəsini götürməsini görmüşdürmü, sərnişinlər görməldiklərini ona bildirmişlər. Həmin şəxs ona məxsus pul kisəsini və içərisində olan əşyalarla birlikdə talamış, başqa hər hansı bir əşyanı talamamışdır. Onun əl çantasından oğurlanmış pul kisəsi qara rəngdə olmuş, o, həmin pul kisəsini 12 manata almış, həmçinin pul kisəsinin içərisində 160 manat pul olmuş, həmçinin iki ədəd xxxx kartı olmuş, həmin kartlardan heç birinin dəyəri olmamış, bir ədəd də marketlərdə istifadə olunan güzəşt kartı olmuş, güzəşt kartının qiyməti yoxdur. Ona da qeyd edir ki, o, ilkin araşdırma dövründə pul kisəsinin içərisində 160-170 manat pulu götürülməsini qeyd etmiş, əslində isə orada 160 manat pul olmuşdur, o, həyəcanlı olduğundan təxmini qeyd etmişdir. Əvvəllər də bu şəxs ona qarşı talama cinayətini törətməmişdir, birinci dəfədir ki, bu hadisə baş verir. Daha sonra zərərçəkmiş şəxs P.F.Bayramlı məhkəməyə ərizə təqdim edərək halhazırda Ə.M.Behbudovun ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Məmmədova Sevinc İlham qızı ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, subaydır, Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsidir, əvvəllər məhkum olunmamışdır. Sumqayıt şəhər sakini Behbudov Əyyub Misirxan oğlunu hadisə günü tanımışdır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavətləri olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində o, yaşadığı evindən çıxıb Bakı şəhəri Nəsimi rayonu 28 may metro stansiyası istifaqəmində hərəkət etmək üçün Yasamal rayonu ərazisində yerləşən Elmlər Akademiyası metro stansiyasının qarşısındakı avtobus dayanacağına gəlmiş, orada avtobus gözləmişdir ki, 28 may metro stansiyası tərəfə getsin, 28 may metro stansiyası istiqamətində M 2 marşurut avtobusu hərəkət edir. Həmin gün əhalinin sıxlığı ilə əlaqədar gələn marşurut avtobuslarında yer olmamış, o da növbəti gələn avtobusları gözləmişdir. Həmin vaxt o, görmüşdür ki, bir nəfər orta yaşlı şəxs ona baxır, həmin şəxsin ona baxması pis təsir etmiş, fikirləşmişdir ki, bu yaşda adam qızı yaşında insana nə səbəbə baxır, amma yenə də fikir verməmiş və dayanacaqda avtobusu gözləmişdir. Həmin şəxs də onun arxasında dayanmışdır. Onun çiynində qara rəngli, sumkanın ağzı knopka ilə bağlanan əl çantası olmuş, əl çantasının içərisində isə bənövşəyi rəngli pul kisəsi olmuş, çantasında ətir, spirt, nauşnik və digər gündəlik istifadə etdiyi əşyaları olmuş, həmçinin pul kisəmin içərisində ona aid tələbə bileti, tələbə güzəşt kartı, bir ədəd tələbə məvacibi aldığı Bank of Baku bank kartı, dükanlardan məhsul alarkən istifadə etdiyi güzəşt kartları olmuşdur. Həmin tarixdə saat 14:45 radələrində o, hiss etmişdir ki, avtobus dayanacağında olduğu vaxt kimsə onun çiynindən asdığı əl çantasından nə isə götürməsini hiss etmiş, ona görə də o, arxaya dönüb baxanda, bir nəfər tanımadığı şəxsin ona məxsus bənövşəyi rəngli pul kisəsini əl çantasından götürməsini görmüşdür. O, həmin şəxsdən pul kisəsini geri qaytarmasını istəməyinə baxmayaraq, həmin şəxs ona məxsus bənövşəyi rəngli pul kisəsini gödəkcəsinin iç cibinə qoyaraq iti addımlarla ondan uzaqlaşmağını görmüşdür. O, qışqırmağa başlamış və ətrafdakılara «polis, polis, bu şəxsi tutun, kömək edin, mənim pul kisəmi götürdü». Həmin vaxt orada olan iki nəfər tanımadığı oğlan həmin şəxsi tutmuşlar, bu vaxt o, görmüşdür ki, həmin şəxsin əynində olan qış gödəkcəsinin içəri hissəsində sol qoltuğunun altında ona məxsus pul kisəsi görünmüş, həmin vaxt onun pul kisəsi yerə düşmüşdür. O, tam əmin olmuşdur ki, həmin şəxs onun çantasından pul kisəsini götürmüşdür. Sonra həmin iki nəfər oğlan saxladıqları şəxsi onlara yaxınlaşan polis əməkdaşlarına təqdim etmişlər. Polis əməkdaşları ondan soruşmuşlar ki, “sən bu şəxsdən şikayətçisən”, o da polis əməkdaşlarna demişdir ki, “bəli şikayətçiyəm”. Sonra polis əməkdaşları onu və pul kisəsini götürən şəxsi 28-ci polis bölməsinə dəvət etmişlər, o da və həmin şəxs də polis əməkdaşları ilə polis bölməsinə getməyə etiraz etməmişdir. Həmin vaxt anası ona zəng vurmuş, o, anası ilə həyəcanlı olduğundan danışa bilməmişdir, polis əməkdaşları anasına demişlər ki, “biz 28-ci polis bölməsinə gedirik, istəyirsənsə, oraya gəlin”. O, polis bölməsinə gedərkən, anası da oraya gəlmişdir. Polis bölməsində olarkən bilmişdir ki, çantasından pul kisəsini Sumqayıt şəhər sakini Behbudov Əyyub Misirxan oğlu götürmüşdür, onun şəxsiyətini orada bilmişdir. O, polis bölməsində ərizə yazaraq, həmin şəxsin onun çantasından pul kisəsini götürməsini və ona ziyan vurmasını bildirmişdir. O, çantasında olan pul kisəsini götürən şəxsi görmüş, yanında dayanmış, ona şübhəli şəkildə baxmış, o da həmin şəxsdən şübhələnmiş, yanında ondan başqa kişi cinsinə aid bir şəxs olmamış, qadınlar olmuş, həm də həmin şəxs özünü şübhəli aparmışdır. Həmin şəxs ona heç bir xəsarət yetirməmiş, ona fiziki zor tətbiq etməmiş, sadəcə çantasında olan pul kisəsini götürüb uzaqlaşmaq istəmişdir, ona görə də o ekspertizadan keçməkdən imtina etmişdir. O dayanacaqda avtobusu gözlədiyi vaxt, orada başqa sərnişinlər də olmuş, insanlar sıx dayanmış, əlbəttə kənar şəxslər də həmin hadisəni görmüşlər. Həmin şəxs ona məxsus pul kisəsini və içərisində olan əşyalarla birlikdə talamış, başqa hər hansı bir əşyanı talamamışdır. Onun əl çantasından oğurlanmış pul kisəsi bənövşəyi rəngdə olmuş, o, həmin pul kisəsini 10 manata almış, həmçinin çantasının içərisində 51 manat, yəni iki ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq, 6 ədəd bir manatlıq və 3 ədəd 20 qəpiklik, iki ədəd 10 qəpiklik dəmir qəpiklər olmuş, həmçinin pul kisəsində olan tələbə bileti, tələbə güzəşt kartı və tələbə müavinət kartı onlara dövlət tərəfindən pulsuz verilir, həmin kartların dəyəri yoxdur, tələbə müavinət kartında hər hansı bir məbləğ olmamış, digər dükanlardan alqısatqı zamanı istifadə etdiyi güzəşt kartlarıdır, həmin kartların da qiyməti yoxdur, həmçinin avtobusdan ödəniş üçün istifadə etdiyi Baku kart kartını da 2 manata almış, kartın içərisində 1,20 manat pul olmuşdur. Ona baş vermiş hadisə zamanı ümumilikdə 65 manat ziyan vurulmuşdur. Əvvəllər də bu şəxs ona qarşı talama cinayətini törətməmişdir, birinci dəfədir ki, bu hadisə baş vermişdir. Daha sonra zərərçəkmiş şəxs S.İ.Məmmədova məhkəməyə ərizə təqdim edərək halhazırda Ə.M.Behbudovun ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xeyirbəyov Ramiz Dair oğlu ifadəsində göstərmişdir ki, o, Əlahiddə Çevik Polis Alayının 6-cı patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Yasamal rayonu H.Cavid prospektində yerləşən Elmlər Akademiyası metrostansiyasının qarşısında xidmət aparırmış. Həmin vaxt Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı Taborunun manqa komandiri Taleh Bağırov da həmin ərazidə xidmət aparırmış. Həmin vaxt o görmüşdür ki, qız uşağı Elmlər Akademiyası metro stansiyasının qarşısında dayanmış şəxslərin yanında qışqıraraq «polis çağırın» deyirmiş. O hər hansı bir hadisə baş verdiyini zənn edib avtobus dayanacağında dayanmış şəxslərin yanına getmişdir, Taleh də onunla olmuşdur. Qız uşağından soruşmuşdur ki, “nə olub, nə hadisə baş verib” , həmin qız uşağı ona və Talehə demişdir ki, “ yanımda dayanmış şəxs mənim pul kisəmi çantamdan götürmüşdü, burada olan şəxslər bu vətəndaşı saxladılar, həmin şəxs də əynində olan gödəkcəsinin sol qoltuğunun altından mənə məxsus pul kisəsi yerə düşdü, həmin şəxslər pul kisəsini götürüb mənə təqdim etdilər, bu şəxsi tutun, mənim çantamı götürüb”. Onlar cinayət törədən şəxsi saxlayan şəxslərin kimlər olmasını soruşmuş, həmin şəxslərin artıq orada olmadığını görmüşlər. Lakin onlar həm qızın, həm də cinayət törədən şəxsin şəxsiyyətini müəyyən etmək üçün, onları yaxınlıqda yerləşən 28-ci polis bölməsinə dəvət etmişlər. Onlar da onlarla birlikdə polis bölməsinə gəlmələrinə etiraz etməmişlər. Onlar birlikdə 28-ci polis bölməsinə gəlmiş, polis bölməsinə hadisəni törətmiş şəxsin Qubadlı rayonu Qayalı kənd sakini Behbudov Əyyub Misirxan oğlu olmasını, həmçinin qızın da Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayan Məmmədova Sevinc İlham qızı olmasını bilmişlər. Sonradan onlar Talehlə birlikdə 28-ci PB-nin rəhbərliyinə raport yazmış, baş vermiş hadisə barədə məlumat vermiş, həmçinin saxlanılan şəxsləri bölməyə təqdim etmiş, qanuni tədbir görülməsini xahiş etmişlər. Sonradan onlar xidmətlərini davam etdirməkdən ötrü 28-ci PB-dən çıxıb xidməti əraziyə yollanmışdır. Sonradan eşitmişlər ki, Əyyub Behbudov istintaq tərəfindən saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. O hadisənin necə baş verməsini görməmiş, qışqırıq səsinə avtobus dayanacağında dayanmış şəxslərə yaxınlaşmış, Sevinc Məmmədovadan hadisə barədə məlumat almışdır. O hadisə yerinə yaxınlaşarkən, Əyyubun yanında başqa şəxslər olmamış, həmçinin onlar orada olanda, onara məlum olmuşdur ki, Əyyub hadisəni tək törətmiş, onunla başqa şəxslər olmamışdır. Sevinc Məmmədova onlara bildirmişdir ki, «mənim əl çantamdan oğurlanmış pul kisəm bənövşəyi rəngdə idi, mən həmin pul kisəsini 10 manata almışdım, həmçinin çantamın içərisində 51 manat və dəmir qəpiklər olmalı idi, həmçinin pul kisəmdə tələbə bileti, tələbə güzəşt kartı və tələbə müavinət kartı, dükanlardan alqı-satqı zamanı istifadə etdiyim güzəşt kartları, avtobusdan ödəniş üçün istifadə etdiyim Baku kart kartı var idi, mənə baş vermiş hadisə zamanı ümumilikdə 74,20 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Həsənova Solmaz Yolçu qızı ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, evlidir, əvvəllər məhkum olunmamışdır. Məmmədova Sevinc İlham qızı onun nəvəsidir, Sevinc onunla bir evdə yaşayır, Sevinc Memarlıq və İnşaat universitetinin tələbəsidir. Sumqayıt şəhər sakini Behbudov Əyyub Misirxan oğlunu hadisə günü tanımış, əvvəllər tanımırmış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamış, onu sadəcə xx xxxxxx 2020-ci il tarixdə 28-ci PB-də görmüşdür. Sevinc xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxıb dükana getmişdir. Bir müddət sonra ona zəng vurmuşdur ki, ona qarşı cinayət törədilib.O polis bölməsində olarkən bilmişdir ki, Sevincin çantasından pul kisəsini Sumqayıt şəhər sakini Behbudov Əyyub Misirxan oğlu götürmüşdür. Sevinc polis bölməsində ərizə yazmış, həmin şəxsin onun çantasından pul kisəsini götürməsini və ona ziyan vurmasını bildirmişdir. O polis bölməsində olarkən Sevincin üzərində hər hansı bir xəsarət izi görməmiş, Sevinc ona demişdir ki, “həmin şəxs mənə heç bir xəsarət yetirmədi, mənə fiziki zor tətbiq etmədi, sadəcə çantamda olan pul kisəmi götürüb uzaqlaşmaq istədi”. O hadisə yerində olmamış, Sevincdən bu barədə soruşmuş, Sevinc ona demişdir ki, “həmin şəxs mənə məxsus pul kisəmi və içərisində olan əşyalarla birlikdə taladı, başqa hər hansı bir əşyanı talamadı”. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bədəlov Taleh Əlixan oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş R.D.Xeyirbəyovun ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 63-64-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Ə.M.Behbudov həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 115-116-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Ə.M.Behbudov barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 160-162-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Ə.M.Behbudov 1) Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat cərimə cəzasına məhkum edilmiş; Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 01 il 08 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına və 450 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 153-156-cı vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün surətində görünür ki, Ə.M.Behbudov Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına və 450 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 152-ci vərəqəsində olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, 44352 saylı sorğuya cavab məktubundan görünür ki, Ə.M.Behbudov Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat cərimə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına və 450 manat cərimə cəzasına məhkum edilmiş, lakin ona təyin olunmuş 07 ay 04 gününü çəkmiş və 450 manat cərimə cəzasını tam ödəmiş, 01 il 28 gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Cinayət işinin 309-323-cü vərəqələrində olan toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs S.İ.Məmmədovaya məxsus 01 (bir) ədəd pul kisəsi, pul kisəsinin içərisində olan 51 manat 80 qəpik dəyərində pul, 01 (bir) ədəd avtobusdan ödəniş üçün istifadə etdiyi “Baku Kart” kartı və içərisində olan 1,20 manat pul və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, 01 (bir) ədəd pul kisəsi, pul kisəsinin içərisində olan 51 manat 80 qəpik dəyərində pul, 01 (bir) ədəd avtobusdan ödəniş üçün istifadə etdiyi “Baku Kart” kartı və içərisində olan 1,20 manat pul sahibi S.İ.Məmmədovaya təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs S.İ.Məmmədova və P.F.Bayramlı tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara vurulmuş ziyan Ə.M.Behbudov tərəfindən tam ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, «İsuzu» markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı 18 saylı sərnişin avtobusunun daxilində sərnişinlər vardır və sərnişin sıxlığı müşahidə olunur. CD diskin içərisində olan 20201211-16427 saylı faylın içərisində olan görüntüdən görünür ki, təqsirləndirilən şəxs Behbudov Əyyub Misirxan oğlu 11:26:15-də Bakı şəhəri Yasamal rayonu 20 yanvar dairəsində yerləşən Azərsu ASC-nin inzibati binasının qarşısında olan dayanacaqda, dayanmaqla, həmin vaxt orada sərnişin götürməyə gələn 18 saylı sərnişin avtobusuna daxil olur. Bundan başqa, 20201211_125629 saylı faylın içərisində olan video görüntüdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:35:14-dən saat 11:35:23-dən Əyyub Behbudov həmin sərnişin avtobusunda olan Bayramlı Pərvin Fərman qızının sərnişinlərin sıxlığından istifadə edərək arxasında dayanır, həmin tarixdə saat 11:35:24dən saat 11:35:47-dək olan muddət ərzində Əyyub Behbudov əlində olan ağ selofan paketi Pərvin Bayramlının çiynindən asılmış çantasının üzərindən sol əli ilə tutmaqla, sağ əli ilə ağ selofan paketin altından, orada olan sərnişinlərin görmədiyi şəraitdə, Pərvin Bayramlının çantasının içərisində olan pul kisəsini götürür, həmin tarixdə isə saat 11:35:57-dən saat 11:36:03-dək sərnişin avtobusunun orta qapısından düşməklə, avtobusu tərk edir. Həmin tarixdə saat 11:36:12-də avtobusda olan başqa bir sərnişin yerə düşmüş şəxsiyyət vəsiqəsini götürüb kimə məxsus olmasını soruşur, Pərvin Bayramlı da şəxsiyyət vəsiqəsinin ona məxsus olmasını bildirməklə, şəxsiyyət vəsiqəsini alıb çantasına qoyarkən, pul kisəsinin yerində olmadığını görür, orada olan sərnişinlərdən pul kisəsinin hansı şaraitdə götürülməsini soruşur, sərnişinlər də avtobusda kamera olmasını və hadisənin hansı şəraitdə baş verməsinin kameraya düşməsini bildirirlər. Bundan başqa, 20201211_133224 saylı faylın içərisində olan video görüntüdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:36:02-də Əyyub Behbudov sərnişin avtobusunu tərk edərək, naməlum istiqamətə gedir. Bundan başqa, 20201211_124753 saylı faylın içərisində olan video görüntüdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:40:53-də Pərvin Bayramlı sərnişin avtobusu tərk edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxs Ə.M.Behbudovun özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsin çantasından oğurluq etmiş və təkrarən, özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməyə cəhd etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs Ə.M.Behbudovun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5 və 29,180.2.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 5 a Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə təqsirləndirilən şəxs Ə.M.Behbudova cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Ə.M.Behbudova cəza təyin edərkən özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və sonuncuların ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamalarını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Ə.M.Behbudovun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Ə.M.Behbudova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5 və 29,180.2.2ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Ə.M.Behbudova Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması və 450 (dörd yüz əlli) manat cərimə cəzalarından çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 28 (iyirmi səkkiz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günə 01 (bir) gün hesablanaraq, 06 (altı) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və sonuncuya hazırki hökmlə təyin edilmiş cəzaya həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Ə.M.Behbudov həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Ə.M.Behbudovun azadlığının faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ə.M.Behbudova tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxs S.İ.Məmmədovaya məxsus 01 (bir) ədəd pul kisəsi, pul kisəsinin içərisində olan 51 manat 80 qəpik dəyərində pul, 01 (bir) ədəd avtobusdan ödəniş üçün istifadə etdiyi “Baku Kart” kartı və içərisində olan 1,20 manat pul sonuncuya qaytarılması nəzərə alınmalı, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ə.M.Behbudovun məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili L.X.Şəmmədovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Ə.M.Behbudova göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili L.X.Şəmmədovaya məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Ə.M.Behbudov barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Behbudov Əyyub Misirxan oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5 və 29,180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə 02 (iki) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Behbudov Əyyub Misirxan oğluna 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Behbudov Əyyub Misirxan oğluna təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması və 450 (dörd yüz əlli) manat cərimə cəzalarından çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 28 (iyirmi səkkiz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günə 01 (bir) gün hesablanaraq, 06 (altı) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və sonuncuya hazırki hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxs Məmmədova Sevinc İlham qızına məxsus 01 (bir) ədəd pul kisəsi, pul kisəsinin içərisində olan 51 manat 80 qəpik dəyərində pul, 01 (bir) ədəd avtobusdan ödəniş üçün istifadə etdiyi “Baku Kart” kartı və içərisində olan 1,20 manat pul sonuncuya qaytarılması nəzərə alınsın. İş üzrə digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Behbudov Əyyub Misirxan oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Şəmmədova Leyla Xaliq qızının məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Behbudov Əyyub Misirxan oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-138/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-138/2021
05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver