Məhkəmə qərarları › İş №1(004)-138/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-138/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-138/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin nümayəndələri: Nümayəndə1 və Nümayəndə2 Təqsirləndirilən şəxs: xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləmiş, hazırda işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 314.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olaraq səhlənkarlıq etmişdir. Belə ki, o, 01 mart 2019-cu il tarixli, 1000/242-Ş saylı əmrlə həmin tarixdən 14 mart 2022-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat idarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda cinayət işi başlamaq, səlahiyyəti daxilində bütün istintaq və digər prosessual hərəkətləri aparmaq, şəxsi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və onun barəsində qətimkan tədbirinin seçilməsini təmin etmək, cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək xüsusi müsadirənin təmin edilməsi üçün tədbirlər görmək, cinayət işi üzrə icraatın xitam olunması barədə qərar qəbul etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədi ilə X8 və X3 xx.xx.2019cu il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına bəyan etməməklə, qaçaqmalçılıq yolu qızıl-zinət əşyalarını keçirmələri faktına görə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanaraq icraatına verilmiş ********* nömrəli cinayət işi üzrə istintaq zamanı Füzuli Bünyətov və Kənan Bünyətovun üzərində aşkar edilərək 12 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat idarəsinə təhvil verilmiş ümumi çəkisi 9 qram olan brilyant qaşları, 1 ədəd qolbağı, 1 ədəd boyunbağını, 1 cüt sırğanı, 2 ədəd üzüyü və 1 ədəd qol saatını, ümumi çəkisi 143 qr olan 100 ədəd müxtəlif rəngli və ölçülü daşlardan ibarət olan qızıl-zinət əşyalarını vəzifəsindən irəli gələn prosessual hərəkətlərin icrası ilə bağlı, yəni 27 iyun 2019-cu il tarixdə təyin etdiyi məhkəmə-əmtəəşünaslıq ekspertizasının icrasını təmin etmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat idarəsinin mühasibat və uçot şöbəsinin cinayətdən xəbərsiz rəisi Şahid4 özü və Şahid4 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli protokolla təhvil alaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həmin tarixdə şəxsən təqdim etdikdən və təyin edilmiş müvafiq ekspertizanın xx.xx.2019-cu il tarixli, 16971/16972 nömrəli ekspert rəyini, maddi sübut olan ümumi dəyəri 14.925 manat təşkil edən həmin qızıl-zinət əşyalarını 22 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev, 36C ünvanında yerləşən Azərbaycan Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin inzibati binasında Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks" Birliyi Analitik şöbəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin məlumat və qeydiyyat şöbəsinə təhkim olunmuş cinayətdən xəbərsiz inspektoru Şahid2 şəxsən qəbul etdikdən sonra həmin iş üzrə X4 cinayətin predmeti olan qızıl-zinət əşyalarından dövlət nəfinə könüllü olaraq imtina etməsi barədə 04 iyul 2019-cu il tarixli ərizəsi və 06 iyul 2019-cu il tarixli cinayət təqibinə bəraətverici əsaslar olmadan şəraitin dəyişməsi ilə əlaqədar xitam verilməsi haqqında qərar əsasında dövlət nəfinə keçirilməli olmasına baxmayaraq, qeyd olunan qərarın icrasını təmin etmək üçün qızıl-zinət əşyalarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi" qaydalarının şəxsin dövlətin xeyrinə imtina etdiyi malların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən qəbul edilməsi barədə müddəasına əmək etməklə həmin Birliyin saxlancına təhvil verməli olduğu halda həmin qızıl-zinət əşyalarını Birliyin saxlancına təhvil verilməsini təmin etməməklə 14.925 manat məbləğində qızıl-zinət əşyalarını Bakı şəhəri ərazisində özünün şəxsi ehtiyaclarına sərf edib öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə" əsasnamənin tələblərinə əsasən müsadirə edildikdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinə hərracda satılması üçün təhvil verilməli olan ona etibar edilmiş 14.925 (on dörd min doqquz yüz iyirmi beş) manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşının və dövlət qurumunun cəmiyyətdə nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədi ilə Astara gömrük postundan keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına piyada yolla gedən Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə gömrük nəzarətindən keçərkən saxlanılması, üzərində aparılmış şəxsi yoxlama zamanı belinə bağladığı belliyin içərisindən 17.000 (on yeddi min) manat məzənnəsində 10.000 (on min) ABŞ dollarının aşkar edilərək götürülməsi faktı əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində xx.xx.2019cu il tarixdə araşdırmanın aparılması ona həvalə edilmiş xx/xx/017396 qeydiyyat nömrəli material üzrə araşdırma zamanı Zərərçəkmiş şəxs üzərində aşkar edilərək xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat idarəsinə təhvil verilmiş 10.000 ABŞ dolları məbləğində pul vəsaitini vəzifəsindən irəli gələn prosessual hərəkətlərin icrası ilə bağlı, yəni sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi üçün xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat idarəsinin mühasibat və uçot şöbəsinin cinayətdən xəbərsiz rəisi Şahid4 özü və Şahid4 tərəfindən imzalanmış həmin tarixli protokolla qeyd olunan idarənin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında yerləşən inzibati binasına təhvil alaraq qəbul edib, iş üzrə heç bir ekspertiza təyin etməyərək, material üzrə 21 avqust 2019-cu il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalar”a əsasən ancaq 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyutanın fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısına aid olması ilə əlaqədar Zərərçəkmiş şəxs əməlində qaçaqmalçılıq cinayət tərkibinin olmadığı üçün həmin pul vəsaitini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə 24 mart 2003-cü il tarixli, 30 nömrəli əmrlə təsdiq edilmiş “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə” təlimatının gömrük orqanları tərəfindən müvafiq qaydada götürülmüş pul və qiymətlilərin maliyyə xidmətinə təhvil verilməli olması, müvafiq səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş qərarında pulun sahibinə qaytarılması nəzərdə tutulduqda, mal sahibi yaxud onun vəkalət verdiyi şəxsin Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müvafiq təsərrüfat strukturuna və ya maliyyə xidmətinə ərizə ilə müraciət edərək 20 gün ərzində həmin malların müvafiq akt və digər təsdiqedici sənədlər əsasında təhvil alma barədə imza etdirilməklə sahibinə (və ya onun səlahiyyətli nümayəndəsinə) qaytarılmalı olması barədə tələblərinə riayət etməklə Zərərçəkmiş şəxs qaytarılmasını təmin etməli olduğu halda özünə götürüb Bakı şəhərində öz şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs məxsus olmaqla ona etibar edilmiş həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 (on yeddi min) manat təşkil edən 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, daha sonra törətdiyi cinayəti pərdələmək məqsədi ilə xx/xx/017396 qeydiyyat nömrəli araşdırma materialını götürüb işlədiyi idarəyə təqdim etməyərək istintaqla müəyyən edilməyən şəraitdə gizlədib, 2019-cu ilin sentyabr ayında isə barəsində şikayət olunmasının qarşısını almaqla məsuliyyətdən yayınmaq məqsədilə öz şəxsi vəsaiti hesabına 17.000 (on yeddi min) manat təşkil edən pul vəsaitini qeyri-prosessual şəraitdə işlədiyi İdarədən kənarda və heç bir təsdiqedici sənədə imza etdirmədən Zərərçəkmiş şəxs qaytarıb, qeyd edilən hərəkətləri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşının və dövlət qurumunun cəmiyyətdə nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi Rusiya Federasiyası vətəndaşı X1 xx.xx.2019-cu il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə 2 ədəd metal qabda 517,75 qram çəkidə yaşıl barıt partlayıcı maddəsini keçirməsi faktına görə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2- ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanaraq icraatına verilmiş ********* nömrəli cinayət işi üzrə istintaq zamanı Akif Qaxramanovun üzərində aşkar edilərək “Azərterminalkompleks" Birliyinə təhvil verilmiş 2 ədəd metal qabda, 517,75 qram çəkidə yaşıl barıt partlayıcı maddəsini vəzifəsindən irəli gələn prosessual hərəkətlərin icrası ilə bağlı, yəni 01 oktyabr 2019-cu ildə təyin etdiyi kompleks məhkəmə-ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizasının icrasının həmin predmetlərin ekspert tədqiqatına təqdim edilməklə təmin edilməsi üçün xx.xx.2019-cu il tarixdə Azerbaycan “Azərterminalkompleks" Birliyinin Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru Şahid6 özü və Şahid6 tərəfindən imzalanmış həmin tarixli protokolla qeyd olunan Birliyin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sol kənar 3 ünvanında yerləşən inzibati binasında təhvil alaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edib müvafiq ekspertizanın xx.xx.2019-cu il tarixli 16971/16972 nömrəli ekspert rəyini, maddi sübut olan 2 ədəd metal qabda, ekspertiza tədqiqatında istifadə edildikdən sonra 516,75 qram çəkidə qalan yaşıl barıtı bağlamada Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks" Birliyi Analitik şöbəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin məlumat və qeydiyyat şöbəsinə təhkim olunmuş inspektoru Şahid2 1 noyabr 2019-cu il tarixdə qəbul etdikdən sonra işinə laqeyd münasibət göstərərək xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə 24 mart 2003-cü il tarixli, 30 nömrəli əmrlə təsdiq edilmiş “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə" təlimata əsasən, yəni maddi sübutlar partlayıcı maddə, o cümlədən insan həyatı üçün təhlükə yarada biləcək bu kimi qəbildən olan əşyaların ekspert rəyindən sonra məhkəmənin qanuni qüvvəyə minmiş qərarınadək qanunvericiliklə tələb olunan xüsusi müəyyənləşdirilmiş yerdə saxlanılması barədə tələblərinə əməl etməyərək həmin maddi sübutun xüsusi mühafizə edilməklə saxlanıldığı və təhvil aldığı “Azərterminalkompleks" Birliyinə qaytarmayıb ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində yerləşən xidməti iş otağında xüsusi mühafizə etməməklə saxlayıb maddi sübutun istintaqa məlum olmayan şəraitdə ehtiyatsızlıqdan itməsinə səbəb olmaqla, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşının və dövlət qurumunun cəmiyyətdə nüfuzunun qorunub-saxlanılması ilə bağlı, habelə istintaq olunan cinayət işləri üzrə maddi sübutlarla işin müəyyən olunmuş normativ sənədlərə uyğun qurulması ilə əlaqədar qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmaqla səhlənkarlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixli, 1000/242Ş nömrəli əmrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə müstəntiq vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixli, 1000/264Ş nömrəli əmrə əsasən gömrük orqanlarından xaric edilməklə, gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Ona qarşı elan edilmiş ittihamdakı əməli səriştəsizliyindən törətmişdir, peşmandır. Cinayət işi üzrə ətraflı ifadə vermişdir, ifadəsi ittiham aktında və cinayət işi materiallarında vardır. Həmin ifadəsində də göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə X8 və X3 xx.xx.2019-cu il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl-zinət əşyalarını keçirmə faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması ona həvalə edilmişdir. xx.xx.2019-cu il tarixli malların yoxlanılması və şəxsi yoxlama haqqında protokola əsasən Füzuli Bünyətovdan ümumi çəkisi 9 qram olan brilyant qaşlar, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd üzük və 1 ədəd qol saatı, Kənan Bünyətovdan isə ümumi çəkisi 143 qr olan 100 ədəd müxtəlif rəngli və ölçülü daşlar aşkar edilərək götürülmüş, hüquqpozma predmetləri 206081, 206082 və 206083 nömrəli polietilen bağlamalarda qablaşdırılmışdır. xx.xx.2019-cu il tarixli məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, həmin tarixli, 1800-013/0xx-xx/000131 qeydiyyat nömrəli məktubla hüquqpozma predmetləri və qərarın surəti xx.xx.2019-cu il tarixdə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təhvil verilmiş, həmin ekspertizadan daxil olmuş xx.xx.2019-cu il tarixli, 1387/1388 nömrəli ekspert arayışına əsasən hüquqpozma predmetlərinin ümumi qiymətinin 14.925 manat olduğu müəyyən edilmişdir. Tərəfindən 24 aprel 2019-cu il tarixdə cinayət işi icraatına qəbul edilmiş, lakin aşkar edilmiş predmetlər xx.xx.2019-cu il tarixdən maddi sübutların təhvil verilməsi haqqında protokola əsasən Dövlət Gömrük Komitəsinin Xəzinəsinə, maliyyə və təchizat idarəsi mühasibat uçotu şöbəsinin rəisi Şahid4 təhvil verilmiş, cinayət işi ilə birlikdə ona təhvil verilməmiş, çünki maddi dəyəri olan cinayətin predmetini təşkil edən əşyalar və ya pul vəsaitləri bir qayda olaraq həmin şöbəyə təhvil verilməklə saxlanılmışdır. İstintaqın gedişində qızıl-zinət əşyalarının daşlarının ayrılıqda qiymətlərinin müəyyən olunmalı olması, habelə işdə ekspert rəyi yox arayışın olmasını, ona görə də rəyin alınmasının zəruri olduğunu nəzərə alaraq 27 iyun 2019-cu il tarixdə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. 03 iyul 2019-cu il tarixdə qərarı özü və yaxud digər əməkdaş Məhkəmə Ekspertiza Mərkəzinə təqdim etmiş, lakin maddi sübutları təqdim etməmiş, çünki hesab etmişdir ki, artıq bu iş üzrə bir dəfə əşyalar tədqiq olunduğundan həmin arayışdan istifadə oluna bilər. Bundan sonra cinayət işini istintaqa nəzarət edən aidiyyəti şəxslərə məruzə etdikdən və həmin şəxslərlə müzakirə olunduqdan sonra qanuni olaraq kifayət qədər əsas olduğu üçün Füzuli Bünyətov barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 40.2.3-cü maddəsinə, yəni şəraitin dəyişməsi əsasına görə xitam edilməsi, sonuncudan götürülmüş və Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsində saxlanılan qızıl-zinət əşyaların və brilyant qaşların dövlət nəfinə tutulması, həmin qızıl-zinət əşyaları və brilyant qaşların qəbulu və rəsmiləşdirilməsinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən həyata keçirilməsi barədə tərəfindən xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş, həmin qərar xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun sabiq birinci müavini tərəfindən təsdiq edilmişdir. Bununla belə həmin ərəfədə Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli, 16971/16972 nömrəli məktub və həmin məktuba əlavə edilmiş vəsatətin məzmununda ********* nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixli ekspertiza təyin olunduğu, lakin tədqiqat obyektinin ekspertizaya təqdim olunmadığı qeyd edilmiş, tədqiqat obyektləri tələb edilmişdir. O da müvafiq rəyin alınıb cinayət işinə əlavə edilməsinin zəruri olduğunu düşünüb xx.xx.2019cu il tarixində ekspertizaya təqdim olunması üçün 14.925 manat dəyərində qızıl-zinət əşyalarını və brilyant daşları Dövlət Gömrük Komitəsinin Xəzinəsindən, maliyyə və təchizat idarəsi mühasibat uçotu şöbəsinin rəisi Şahid4 protokolla təhvil alaraq həmin gün aparıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim etmiş, lakin dəqiq kimə təqdim etdiyini xatırlamır. xx.xx.2019-cu il tarixli maddi sübutun təhvil alınması barədə protokolda adının qarşısında olan imza özünə məxsusdur. Ona ekspertiza rəyinin hazır olduğu barədə məlumat verildikdən sonra Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi Analitik şöbəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin məlumat və qeydiyyat şöbəsinə təhkim olunmuş inspektoru Şahid2 rəyi və maddi sübutları həmin Mərkəzdən götürərək ona gətirməsini xahiş etmişdir. 22 iyul 2019cu il tarixdə Ceyhun rəylə birlikdə həmin maddi sübutları ona təqdim etmişdir. “Maddi sübutların təhvil-təslim cədvəli”nin 47-ci sıra nömrəsindəki “Adı və soyadı” xanasında olan əl yazısı, eləcə də “İmza” xanasında olan imza özünə məxsusdur. O, xx.xx.2022-ci il tarixli, 16971/16972 nömrəli ekspert rəyini ********* nömrəli cinayət işinin materiallarına əlavə edib cinayət işini təhvil vermiş, lakin maddi sübutları otağında saxlamış, hesab etmişdir ki, həmin maddi sübutları Cənub Ərazi Baş Gömrük idarəsindən nümayəndə gəlib ondan götürəcəkdir. Elə həmin ərəfələrdə məzuniyyətə çıxmış, gömrük orqanlarında həmin vaxtlar yeni işlədiyindən təcrübəsizlik və səriştəsizlik etmiş, maddi sübutların dövlət nəfinə keçirilməsi ilə bağlı qanunvericiliyin tələbini düzgün icra etməmişdir. Məzuniyyətdən qayıtdıqdan sonra, xidməti otağında və seyfində lazımsız əşyaları təmizləyən zaman, səhlənkarlıq edib 14.925 manat dəyərində maddi sübut olan qızıl-zinət əşyalarını və brilyant qaşları lazımsız əşyalarla birlikdə atmışdır. X15 barəsində aparılan ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarda xx.xx.2019-cu il tarixli ekspertiza təyin edilməsinin qeyd olunmaması, həmin cinayət işinin tikilmiş cildində həmin qərarın mövcud olmaması xüsusatı ilə əlaqədar heç nə deyə bilməz. ********* nömrəli cinayət işi üzrə heç bir məktub, o cümlədən iş üzrə maddi sübutların DGK-nın və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilməsinə dair məktub mövcud olmamışdır. Cənub Ərazi Gömrük Baş İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1000-154/1xx-xx/015133 qeydiyyat nömrəli həmin məktub qeyd edilən predmetlərin dövlət nəfinə keçirilməsi üçün göndərilməsi ilə bağlı yazılsa da, faktiki olaraq həmin məktuba maddi sübutlar əlavə edilməmiş, maddi sübutlar göndərilməmiş, ekspertiza üzrə rəy alındıqdan sonra əlbəəl təqdim edilməsi nəzərdə tutulmuş, həmin məktubun sistemə işlənilməməsi həmin sistemdə yaxşı işləyə bilməməyi və təcrübəsizliyi ilə bağlı olmuşdur. Həqiqətən də Şahid2 tərəfindən xx.xx.2019-cu il tarixdə ********* nömrəli cinayət işi üzrə qızıl-zinət əşyaları və brilyant daşlardan ibarət predmetlər və rəy Məhkəmə Ekspertiza Mərkəzindən götürülərək ona təqdim edilmiş, “Maddi sübutların təhvil-təslim cədvəli” adlı sənəddə “Maddi sübutu qəbul etdim” və “xx.xx.2019” sözləri, cədvəlin 47-ci sıra nömrəsindəki “Adı və soyadı” xanasında olan əl yazısı, eləcə də “İmza” xanasında olan imza özünə məxsusdur. Astara gömrük postundan keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına piyada yolla gedən Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə gömrük nəzarətindən keçərkən saxlanılması, üzərində aparılmış şəxsi yoxlama zamanı belinə bağladığı belliyin içərisindən 17.000 (on yeddi min) manat məzənnəsində 10.000 (on min) ABŞ dollarının aşkar edilərək götürülməsi faktı əsasında Cənub Ərazi Baş Gömrük İdarəsindən toplanmış material Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmiş, xx.xx.2019-cu il tarixdə Baş İdarəyə daxil olmuş və xx/xx/017396 nömrə ilə qeydiyyata alınmış, araşdırmanın aparılması ona tapşırılmışdır. Tərəfindən xx.xx.2019-cu il tarixli qərarla Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin iş üzrə o, 19 iyul 2019cu il tarixdə ekspertizaya təqdim etmək üçün Zərərçəkmiş şəxs aşkar edilmiş 10.000 ABŞ X16 Komitəsinin Xəzinəsindən, maliyyə və təchizat idarəsi mühasibat uçotu şöbəsinin rəisi Şahid4 protokolla təhvil alaraq götürsə də, sonradan ekspertizanın təyin edilməsinə zərurət qalmamış və o da həmin vəsaiti hazırda xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs özünə qaytarmışdır. Qeyd olunan material üzrə ekspertiza təyin edilməmişdir. xx.xx.2019cu il tarixli “Pulların təhvil alınması barədə” protokolda “Təhvil aldı” sözündən sonra adının qarşısında olan imza özünə məxsusdur. ********** nömrəli cinayət işi üzrə 14.925 manat dəyərindəki qızıl-zinət əşyaları və brilyant qaşları öz xidməti otağında olan seyfi təmizləyərkən səhvən atdığını bir müddət sonra fərq etmiş, həmin vaxt işlədiyinə görə vəzifəsindən azad ediləcəyindən qorxduğu üçün hər hansı şəxsə məlumat verməmişdir. ********** nömrəli cinayət işi üzrə artıq cinayət təqibinə xitam verildiyi və artıq ekspert rəyinə ehtiyac olmadığı halda niyə ekspertiza qərarının icrasını dayandırmamasını bununla əlaqələndirir ki, bu məsələni işlədiyi şöbənin rəhbərliyi ilə müzakirə edən zaman belə qərara gəlmişlər ki, cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilsə də rəy iş materiallarında olsun. Bundan əlavə icraatında olmuş ********* nömrəli cinayət işi üzrə maddi sübut olan 517,15 qram çəkidə, iki qabda olan yaşıl barıtı 09 oktyabr 2019-cu il tarixdə əlavə məhkəmə-ballistik ekspertizasının təyin edilməsi ilə əlaqədar ekspertiza tədqiqatına təqdim etmək üçün “Azərterminalkompleks” Birliyindən təhvil almış, təhvil aldıqdan sonra ekspertizaya təqdim etmiş və 31 oktyabr 2019-cu il tarixdə 25341 saylı rəylə birlikdə həmin maddi sübutlar onun xahişi əsasında Birliyin əməkdaşı Şahid2 tərəfindən Məhkəmə Ekspertiza Mərkəzindən götürülməklə ona təqdim edilmişdir. Həmin maddi sübutlar ona təqdim edildikdən sonra o, həmin cinayət işi üzrə ibtidai istintaqı tamamlayaraq 30 noyabr 2019-cu il tarixdə ittiham aktı tərtib etmiş və cinayət işini baxılması üçün Qusar rayon məhkəməsinə göndərmişdir. Həmin dövrdə bir qayda olaraq məhkəməyə göndərilən cinayət işləri üzrə qiymətli əşyalar və narkotik vasitələrdən başqa bütün maddi sübutları xidməti otağında saxlamış, ********* nömrəli cinayət işi üzrə maddi sübut olan və 1 qramı ekspertiza tədqiqatında istifadə edildikdən sonra çəkisi 516,15 qram çəkidə, iki qabda olan yaşıl barıtı da öz xidməti otağında saxlamışdır. 2020-ci ilin mart ayında həmin cinayət işi üzrə hökm çıxarılmış və maddi sübutların dövlət nəfinə keçirilməsi qeyd olunmuşdur. Həmin hökm ona məumat üçün təqdim edilsə də bununla bağlı hökmün icrası ona həvalə edilməmişdir. Hökmün icrası əsasən dəftərxananın əməkdaşlarına həvalə edilmişdir. Əslində maddi sübutlar “Azərteminalkompleks” Birliyinə tərəfindən təhvil verilməli, işlədiyi Baş İdarənin rəisinin adından həmin maddi sübutlar hökm çıxarıldıqdan sonra Birlikdən tələb edilməklə Daxili İşlər Nazirliyinə göndərilməli idi. Həmin dövrdə hökmün icra edilməməsinin səbəbini bilmir. 2022-ci ilin mart ayında vəzifəsindən azad edilərkən səhv xatırlamırsa həmin maddi sübutlar onun xidməti seyfində olmuş, həmin maddi sübutları kiməsə təhvil verib-vermədiyini xatırlamır. ********* saylı cinayət işi üzrə tərtib etdiyi ittiham aktında iş üzrə maddi sübut olan 516,15 qram çəkidə, iki qabda olan yaşıl barıtın “Azərterminalkompleks” Birliyində saxlanıldığını göstərməsini onunla əlaqələndirir ki, o, əslində “Azərterminalkompleks” Birliyinə həmin maddi sübutları təhvil verməli olsa da, hesab etmişdir ki, cinayət işini məhkəməyə göndərdikdən sonra maddi sübutları Birliyə təhvil verər, ona görə də ********* saylı cinayət işi üzrə ittiham aktının arayış hissəsində 3-cü bənddə maddi sübutların “Azərterminalkompleks” Birliyində saxlanıldığını göstərmiş, bununla belə işinin çoxluğu ilə əlaqədar həmin maddi sübutları Birliyə təhvil verməyi unutmuşdur. Eyni zamanda bildirir ki, hökm çıxarılanda pandemiya dövrü olmuş və dövlət müəssisələri, o cümlədən Dövlət Gömrük Komitəsinin şəxsi heyəti həftədə cəmi bir neçə gün fasilələrlə işə çıxmışdır. Ona görə də həmin dövrdə hökmün icrasını təmin etmək üçün tədbirlər görə bilməmişdir. ********* saylı cinayət işi üzrə tərəfindən tərtib edilmiş “Azərterminalkompleks” Birliyinin Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləyən Şahid6 həmin iş üzrə maddi sübut olan iki ədəd metal qabda, 517,15 qram çəkidə yaşıl barıt partlayıcı maddəsini ekspert tədqiqatına təqdim etmək üçün təhvil almasına dair nümunənin götürülməsi haqqında 09 oktyabr 2019-cu il tarixli protokolun məzmununu təsdiq edir, həqiqətən də həmin tarixdə ekspertiza tədqiqatına təqdim etmək üçün “Azərterminalkompleks” Birliyinin Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləyən Şahid6 həmin iş üzrə maddi sübut olan iki ədəd metal qabda, 517,15 qram çəkidə yaşıl barıt partlayıcı maddəsini təhvil almışdır. Həqiqətən də Şahid2 tərəfindən xx.xx.2019-cu il tarixdə ona ********* saylı cinayət işi üzrə 516,75 qram, iki ədəd qabda yaşıl barıtdan ibarət olan maddi sübutlar rəylə birlikdə təqdim edilmiş, “Maddi sübutların təhvil-təslim cədvəli” adlı sənəddə “Maddi sübutu qəbul etdim” və “xx.xx.2019” sözləri, cədvəlin 16-cı sıra nömrəsindəki “Adı və soyadı” xanasında olan əl yazısı, eləcə də “İmza” xanasında olan imza özünə məxsusdur. Bütün göstərilən hərəkətlərindən peşmandır. Ona görə də özünü verilmiş ittiham üzrə təqsirli bildiyini, əməlini səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, həmçinin CM-nin 314.1-ci maddəsi ilə də təqsirli bilməsini, əməlini etiraf etməsini, peşmançılıq keçirməsini, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, müddətlərin tətbiq edilib, həmin CM-nin 314.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunmasını, həmçinin CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələr üzrə zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, həmçinin vurulmuş ziyanın 25% məbləğində dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin CM-nin 179.2.3-cü maddəsi üzrə verilmiş ittiham, ona verilmiş CM-nin 308.1-ci maddəsini əhatə etdiyindən, onun ittihamından CM-nin 308.1-ci maddəsinin xaric edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 göstərdi ki, 1993-cü ildən gömrük orqanlarında, 2019-cu ilin fevral ayından etibarən isə “Azərterminalkompleks” Birliyi Analitik şöbəsinin inspektoru vəzifəsində işləyir, həmin vaxtdan etibarən Əməliyyat-İstintaq Baş İdarəsinin məlumat və qeydiyyat şöbəsinə təhkim olunmuşdur. Xidməti vəzifəsi Baş İdarə adından müxtəlif dövlət orqanlarına göndərilmiş məktubları ünvanlarına çatdırmaq, maddi sübutları və ekspertiza təyin edilməsi haqqında qərarları icra edilməsi üçün müvafiq ekspertiza mərkəzlərinə aparmaq, ekspert tədqiqatı nəticəsində tərtib edilmiş rəyi və qablaşdınlmış şəkildə maddi sübutları qəbul edərək Əməliyyat-İstintaq Baş İdarəsinə gətirməkdən ibarətdir. Maddi sübutları, rəyləri, digər orqanlardan daxil olan sənədləri Baş İdarənin əməkdaşlarına, o cümlədən cinayət işi üzrə istintaqı aparan müstəntiqə təhvil vermək üçün üçün təhvil- təslim haqqında kitaba və ya bu barədə tərtib edilmiş cədvələ imza etdirməklə, şəxsən özlərinə təqdim etmişdir. Mahiyyəti üzrə bildirir ki, təxminən 21 və ya 22 iyul 2019-cu il tarixlərində Əməliyyat- İstintaq Baş İdarəsinin sabiq müstəntiqi Təqsirləndirilən şəxs icraatında olan ********* nömrəli cinayət işi üzrə ekspert rəyinin artıq hazır olduğunu, həmin rəyi və maddi sübut olan qızıl-zinət əşyalarını ekspertiza mərkəzindən götürməyini zəng edib xahiş etmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə yolu düşəcəyi halda onun xahiş etdiyi ekspert rəyini və maddi sübutları oradan götürəcəyini bildirmişdir. 22 iyul 2019- cu il tarixdə o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə gedib orada Əməliyyat-İstintaq Baş İdarəsinin sabiq müstəntiqi Təqsirləndirilən şəxs icraatında olmuş ********* nömrəli cinayət işi üzrə aparılmış ekspert tədqiqatı nəticəsində tərtib olunmuş 16971/16972 nömrəli ekspert rəyini və maddi sübutları təhvil almışdır. Rəydə ekspertiza tədqiqatı obyektlərinin qızıl zinət əşyaları olduğu yazılsa da, maddi sübutlar Mərkəzin bağlamasında qablaşdırılıb ştampla möhürləndiyi üçün içərisində dəqiq olaraq hansı növ qızıl zinət əşyalarının olduğunu bilməmişdir. Baş İdarəyə gəldikdən sonra rəy və maddi sübutlarla bağlı “maddi sübutların təhvil- təslim cədvəli" adlı sənədə rəy və maddi sübutlar barədə müvafiq məlumatları yazmış və elə həmin gün, yəni 22 iyul 2019-cu il tarixdə rəy və maddi sübutu şəxsən Təqsirləndirilən şəxs təhvil vermişdir. Təhvil-təslim zamanı Təqsirləndirilən şəxs öz xətti ilə cədvələ “maddi sübutu qəbul etdim" və “xx.xx.2019" sözlərini yazaraq imzalamaqla içərisində tədqiqat obyektləri olan bağlamanı və rəyi qəbul etmişdir. Həmin təhvil-təslim cədvəlinin surətini Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinə verdiyi izahatına əlavə etmişdir. Həmçinin 31 oktyabr və ya 01 noyabr 2019-cu il tarixində Əməliyyat-İstintaq Baş İdarəsinin müstəntiqi Təqsirləndirilən şəxs icraatında olan ********* saylı cinayət işi üzrə ekspertiza rəyinin hazır olduğunu, həmin rəyi və ekspertizanın tədqiqat obyekti olan maddi sübutları, yəni barıtı da həmin Mərkəzdən götürüb ona gətirməyini xahiş etmişdir. 01 noyabr 2019-cu il tarixdə o, Təqsirləndirilən şəxs xahişi əsasında sonuncunun icraatında olan ********* saylı cinayət işi üzrə 25341 saylı ekspertiza rəyini və maddi sübutu təhvil almışdır. Maddi sübut qablaşdırılmış və ştampla möhürlənmiş vəziyyətdə olmuş, Baş İdarəyə qayıtdıqdan sonra rəy və maddi sübutlarla bağlı maddi sübutların təhvil-təslim jurnalına ekspert rəyi əsasında məlumatları daxil etmiş, həmin gün rəyi və maddi sübutu Təqsirləndirilən şəxs təhvil verməklə öz xətti ilə “maddi sübutu və rəyi qəbul etdim”, “xx.xx.2019” yazılarını yazdırmış və öz imzası ilə Təqsirləndirilən şəxs rəyi və maddi sübutları qəbul etdiyini təsdiq etmişdir. Həmin təhvil-təslim cədvəlinin qeyd olunan vərəqinin surətini Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinə verdiyi izahatına əlavə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 göstərdi ki, 2015-ci ilin mart ayından gömrük orqanlarında, 2018-ci ilin sentyabr ayından isə Əməliyyat-İstintaq Baş İdarəsinin məlumat və qeydiyyat şöbəsinin inspektoru vəzifəsində çalışır. Xidməti vəzifəsi Baş İdarəyə daxil olan sənədlərin, Baş İdarə əməkdaşları tərəfindən yazılmış məktubların Dövlət Gömrük Komitəsinin elektron sənəd dövriyyəsi sistemi vasitəsi ilə qeydiyyatı, daxil olmuş sənədlərin Məlumat və qeydiyyat şöbəsinin xidməti otağında yerləşən dolabın Baş İdarə əməkdaşlarına aid hissələrinə yerləşdirilməsindən ibarətdir. Şöbə əməkdaşlarından hansısa məzuniyyətdə, ezamiyyətdə olduqda və ya üzrlü səbəbdən işə çıxmadıqda onların da vəzifələrini icra edir. Hazırda Baş İdarənin arxivinə məsul şəxs olmadığı üçün onun vəzifələrini müvəqqəti olaraq özü icra edir. Mahiyyəti üzrə bildirir ki, 2018-ci ildən hazırki tarixədək Baş İdarənin istintaq və təhqiqat idarəsi tərəfindən araşdırılan materiallar və istintaqı aparılan cinayət işlərinin, nəzarət icraatlarının idarə rəhbərliyi tərəfindən yoxlanılması zamanı Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş, araşdırılması Baş İdarənin sabiq müstəntiqi Təqsirləndirilən şəxs tapşırılmış və arxiv məlumatlarına görə xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materialın Əməliyyat-İstintaq Baş İdarəsinin arxivində olmaması müəyyən edilmiş və bu barədə şifahi olaraq rəhbərliyə bildirmişdir. Bundan sonra özünün iştirakı ilə xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan sənədlərin qeydiyyatı sistemindən həmin material ilə bağlı sənədlər çıxarılmışdır. Müəyyən edilmişdir ki, həmin material Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs 10.000 ABŞ dollarının götürülməsi faktı əsasında toplanılaraq xx.xx.2019-cu il tarixdə Cənub Ərazi Baş İdarəsindən Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmiş, Təqsirləndirilən şəxs tərəfindən araşdırılmış və daxil olma sənədinin qarşısı xx.xx.2019-cu il tarixdə “İCRA OLUNDU" cavabı, “cinayət təqibinin başlanması rədd olundu xx.xx.2019" qeydi ilə bağlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ərəfələrdə Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş məktublar araşdırılmış, lakin həmin material üzrə rədd qərarının prokurora göndərilməsi, həmçinin pul vəsaitlərinin ekspertizaya təqdim edilməsi ilə bağlı hər hansı bir sənəd aşkar edilməmişdir. Qeyd edir ki, arxivə təhvil verilən materiallar arxivə məsul əməkdaş tərəfindən qəbul edilərək mütləq şəkildə arxivin elektron qeydiyyat sisteminə salınır, ondan sonra fiziki olaraq material arxivdə hər müstəntiq üçün nəzərdə tutulmuş hissəyə və ya illərə görə bölünmüş dolaba yerləşdirilir. İstinad edilən materialın arxivdə olub-olmaması istər elektron qaydada sistemdən, istər də fiziki olaraq tərəfindən bir neçə dəfə yoxlanılsa da, nə arxivdə, nə də arxivə təhvil verilən sənədlərin qeydiyyatının elektron sistemində həmin material tapılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 göstərdi ki, 2015-ci ildən 2020-ci ilədək gömrük orqanlarında, “Azərterminalkompleks" Birliyinin müxtəlif şöbələrində inspektor vəzifəsində işləmiş, 2020-ci ildə vəzifəsindən azad edilmişdir. Sonuncu vəzifəsi “Azərterminalkompleks” Birliyinin Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru olmuşdur. Xidməti vəzifəsi xəzinəyə təhvil verilən malların, yəni məsələn silahların, spirtli içki və digər malların saxlancını təmin etməkdən ibarət olmuşdur. Həmin mallar əsasən hüquqpozma predmetləri və ya belə əməli törətmiş şəxslərdən götürülmüş əşyalardan ibarət olmuşdur. Hüquqpozma predmetini aşkar etmiş və ya əşyanı götürmüş qurumdan və ya gömrük əməkdaşından daxil olan müraciət əsasında protokolla həmin əşyalar tərəfindən götürülərək xidməti otaqdakı seyfə qoyulmuş və bu barədə tərtib edilmiş protokolun bir nüsxəsi sənədlər qovluğuna əlavə edilmişdir. İstintaq orqanının icraatında olan işlərlə bağlı isə həmin orqandan daxil olmuş müraciət əsasında dəyərli əşyaların ekspertizaya təqdim edilməsi məqsədi ilə də mallar eyni qaydada xəzinədən təhvil alınır. Ekspert tədqiqatından sonra isə xidməti qeyd əsasında mallar yenidən xəzinəyə təhvil verilir və bu proses də müvafiq qaydada sənədləşdirilir, qəbul edilmiş qərardan asılı olaraq bəzən isə məhkəməyə göndərilir, bəzən də müstəntiqin özü tərəfindən yaxud Birliyin inspektorları tərəfindən mallar vətəndaşa qaytarılır. ********* saylı cinayət işi üzrə tərtib edilmiş 09 oktyabr 2019-cu il tarixli protokolun məzmununu təsdiq edir, protokolda adının qarşısındakı imza özü tərəfindən icra edilmiş, Təqsirləndirilən şəxs 09 oktyabr 2019-cu il tarixdə ********* saylı cinayət işi üzrə maddi sübut olan iki ədəd metal qabda, 517,15 qram çəkidə yaşıl barıt partlayıcı maddəsini ekspert tədqiqatına təqdim etmək üçün ondan təhvil almışdır. Bununla belə həmin maddi sübutlar sonradan işlədiyi dövrdə “Azərterminalkompleks” Birliyinə qaytarılmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, hazırda meyvə-tərəvəz ticarəti ilə məşğul olur, özünə məxsus mağazası var. 2019-cu ilin may ayında atası Şahid1 İran İslam Respublikasının Astara şəhərindən meyvə və tərəvəz sifariş edib Rusiya Federasiyasına göndərilməsini təmin etməyini xahiş etmiş və ona 10.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Pul vəsaitinin oğurlanmaması üçün təhlükəsizlik məqsədi ilə həmin pul vəsaitini belinə bağlayıb İran İslam Respublikasına yola düşmüşdür. Astara gömrük postundan keçərkən həmin pul vəsaiti gömrük əməkdaşları tərəfindən aşkar edilmiş və barəsində araşdırma aparıldıqdan sonra toplanmış material Dövlət Gömrük Komitəsinin istintaq orqanına göndərilmişdir. Təxminən 15 gün sonra, yəni 2019-cu ilin may ayında ona zəng edən şəxs özünü Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinin müstəntiqi Təqsirləndirilən şəxs kimi təqdim edərək materialın onun icraatında olduğunu bildirib onu Bakı şəhərinə, istintaq orqanına dəvət etmişdir. Bundan sonra o, Nicatın nömrəsini, yəni ***-***-**-** saylı nömrəsini atasına vermiş və istintaq orqanına çağırıldığı barədə məlumatlandırmışdır. Atası özü Nicatla danışacağını bildirmişdir. Bu danışıqdan təxminən 20 gün sonra atası ilə bərabər atasına məxsus “Mersedes Benz E220" markalı avtomobillə Bakı şəhərinə getmiş və həmin gün saat 12 radələrində Nicatla idarədən kənarda özünün təklif etdiyi, Bakı şəhərində şəhəri yaxşı tanımadığı üçün hazırda xatırlamadığı yerlərdən birində görüşmüşlər. Nicat görüşə köhnə seriyalı, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı “BMW" markalı avtomobillə gəlmişdir. O, sükan arxasında gözləmiş, atası isə avtomobildən düşüb Nicatla söhbət etməyə başlamış və biraz kənara getmişlər. Həmin vaxt Nicat xidməti yox mülki geyimdə olmuşdur. Təxminən 20 dəqiqə söhbət etdikdən sonra atası avtomobilə qayıtmış, Astaraya qayıdacaqlarını, Nicatın bir neçə gün sonra onunla əlaqə saxlayaraq 10.000 ABŞ dollarını qaytaracağını bildirmiş, Nicatla söhbeti barədə əlavə olaraq heç nə deməmişdir. Bu görüşdən bir neçə gün sonra atası Rusiya Federasiyasına getmişdir. 2019-cu ilin iyul ayının əvvəllərində Nicat ona zəng edərək İstintaq İdarəsinə dəvət etmiş, çağırıldığı tarixdə İstintaq İdarəsinə gedərək izahatını vermiş, Nicat ona işlərini yekunlaşdırdıqdan sonra bir neçə gün ərzində pulu qaytaracağını bildirmişdir. O, Astara rayonuna qayıtdıqdan 2 ay sonra, yəni 2019-cu ilin təxminən sentyabr ayında Nicat onu yenidən Bakı şəhərinə dəvət etmiş və pulu qaytaracağını bildirmişdir. O da Bakı şəhərinə gedərək hazırda xatırlamadığı yerdə, lakin İdarədən kənarda Nicatla görüşmüşdür. Nicat cibindən hər hansı bağlamada olmayan 10.000 ABŞ dollarını çıxararaq ona vermiş, saydıqdan sonra pul vəsaitinin tam olduğunu görüb Nicatla sağollaşıb ayrılmışdır. Nicat pul vəsaitlərini ona qaytaranda hər hansı sənədə imza etdirməmişdir. Pulun ona qaytarılması, barəsində olan araşdırma üzrə xeyrinə qərar qəbul edilməsi müqabilində nə özü, nə də atası Nicata hər hansı məbləğdə pul verməmişlər. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı, notariat qaydada təsdiq edilmiş ərizəsində göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2007-ci ildən gömrük orqanlarında, 2018-ci ilin avqust ayından etibarən isə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində xidmət edir. Xidməti vəzifəsi Şöbə tərəfindən araşdırılan materiallar üzrə qanuni qərar qəbul edilməsinə, aşkar edilmiş hüquqpozma faktının tam, hərtərəfli, obyektiv və vaxtında araşdırılmasına, işlər üzrə hüquqpozma predmetlərinin müvafiq saxlanclara verilməsinə və gün ərzində daxil olmuş müraciətlərin cavablandırılmasına nəzarətdən ibarətdir. Mahiyyəti üzrə bildirir ki, 13 yanvar 2019-cu il tarixdə, saat 10 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn X8 və X3 gömrük nəzarətindən keçərkən şəxsi yoxlama zamanı bəyan etmədikləri ümumilikdə 14.925 manat dəyərində brilyant qaşlar, müxtəlif qızıl-zinət əşyaları və qiymətli daşlara aid edilməyən zərgərlik məmulatlarının aşkar edilərək götürülməsi faktı əsasında rəisi olduğu Təhqiqat şöbəsinin baş təhqiqatçısı X13 tərəfindən araşdırma aparılmışdır. Araşdırma dövründə zəruri hərəkətlərin həyata keçirilməsi təmin edilmiş, şəxslərin izahatı alınmış, 14 yanvar 2019-cu il tarixdə məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilərək xx.xx.2019-cu il tarixdə qərarın və hüquqpozma predmetləri olan brilyant qaşlar, qızıl-zinət əşyaları və digər dəyərli daşlara aid olmayan qaşların Məhkəmə Ekspertiza Mərkəzinə verilməsi tərəflərindən təmin edilmişdir. Ekspert rəyində malların ümumi qiyməti 14.925 manat göstərildiyindən materialın aidiyyəti üzrə istintaq orqanına göndərilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, əvvəlcə Komitə sədrinin adına Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi tərəfindən ünvanlanmış məktub əsasında 12 fevral 2019-cu il tarixdə rəisi olduğu şöbəsinin digər təhqiqatçısı X9 işlə bağlı Bakı şəhərinə getdiyi üçün həmin hüquqpozma predmetləri Dövlət Gömrük Komitəsinin Xəzinəsinə, Maliyyə və təchizat idarəsi mühasibat uçotu şöbəsinin rəisi Şahid4 təhvil verilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Ekspert tədqiqatı nəticəsində verilmiş rəydə hüquqpozma predmetlərinin ümumi qiyməti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibini yaratdığı üçün material xx.xx.2019-cu il tarixli məktubla aidiyyəti üzrə istintaq orqanına təhvil verilmişdir. 11 iyul 2019-cu il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisinin adına Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi adından icraçısının istintaq şöbəsinin sabiq müstəntiqi Təqsirləndirilən şəxs olduğu xx.xx.2019-cu il tarixli, 1000-154/1xx-xx/015133 qeydiyyat nömrəli məktub daxil olmuşdur. Həmin məktubun məzmununda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə Əməliyyat-İstintaq Baş idarəsində istintaqı aparılmış və Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli qərarına əsasən icraatına xitam verilmiş ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilən 0,519 - 0,002 karat intervalında qiymətli daşların və 58,96 qram çəkidə qızıl zinət əşyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2014-cü il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlət xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi" Qaydasının tələblərinə müvafiq olaraq dövlət nəfinə qəbulu və rəsmiləşdirilməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsinin xahiş edilməsi göstərilmişdir. Bununla belə həmin məktuba maddi sübutlar əlavə edilməmiş, məktubda göstərilən maddi sübutlar faktiki təqdim edilməmişdir. Ümumiyyətlə bildirir ki, cinayət işi üzrə götürülmüş qızıl zinət əşyalarının dövlət nəfinə keçirilmə prosesinin əməkdaşı olduğu Baş İdarəyə heç bir aidiyyəti yoxdur. Həmin proses istintaq orqanının müraciəti əsasında Maliyyə və təchizat idarəsi tərəfindən həyata keçirilir, yalnız malların rəsmiləşdirilməsi ilə bağlı istintaq orqanından və ya maliyyə idarəsindən müraciətlər daxil olacağı halda, Baş İdarə olaraq hər hansı bir əməliyyat (gömrük rəsmiləşməsi) apara bilmək səlahiyyətləri olur. Buna baxmayaraq sonradan istintaq orqanından, maliyyə idarəsindən və ya komitənin digər müvafiq qurumundan məktubun icrası ilə bağlı digər müraciətlər daxil olmadığından, həmin məktubun sadəcə məlumat üçün göndərildiyini nəzərə alıb xx.xx.2019-cu il tarixdə Dövlət Gömrük Komitəsinin “EDOC" elektron sənəd dövriyyəsi sistemində həmin məktubun icrasını “Tanış oldum” məlumat xarakterli cavabı ilə bağlamışdır. Sonradan da həmin məktubla bağlı nə istintaq orqanından, nə maliyyə və təchizat idarəsindən əlavə heç bir müraciət daxil olmamışdır. Qeyd etdiyi məktub elektron qaydada təsdiq olunmaqla, göndərilmiş, o da buna arxayın olub “Tanış oldum" məlumat xarakterli cavabı ilə sənədin qarşısını bağlamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, hazırda meyvə-tərəvəz ticarəti ilə məşğul olur, özünə məxsus mağazası var, oğlu Zərərçəkmiş şəxsla bərabər ticarətlə məşğuldurlar. Birgə ticarətləri ilə əlaqədar 2019-cu ilin may ayında oğlu Zərərçəkmiş şəxs İran İslam Respublikasının Astara şəhərindən meyvə və tərəvəz sifariş edib Rusiya Federasiyasına göndərilməsini təmin etməyini xahiş etmiş, Rahilə 10.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Həmin pul vəsaiti ilə Rahil meyvə ticarətini həyata keçirib özü üçün gəlir əldə etməli idi. Həmin vaxt Rahil pul vəsaiti oğurlanmaması üçün təhlükəsizlik məqsədi ilə həmin pul vəsaitini belinə bağlayıb İran İslam Respublikasına Astara gömrük postundan keçərkən həmin pul vəsaiti gömrük əməkdaşları tərəfindən aşkar edilmiş və barəsində araşdırma aparılması üçün götürülmüşdür. Bir neçə gün sonra Rahil ona zəng edərək Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinin Nicat adlı müstəntiqinin onu Bakı şəhərinə, istintaq orqanına dəvət etdiyi barədə xəbər vermiş, eyni zamanda Nicatın nömrəsini, yəni ***-***- **-** saylı nömrəni ona vermişdir. O, Nicatın həmin nömrəsinə zəng edərək onunla danışmış və Rahilin barəsində aparılan araşdırmanın aqibətinin necə olacağı ilə maraqlanmış, Nicat ona bu barədə hələ yekun bir nəticəyə gəlmədiyini, araşdırmanın nəticələrindən asılı olaraq qərar qəbul edəcəyini bildirmişdir. O, Rusiya Federasiyasına getməli olduğu üçün 2019-cu ilin iyul ayında yenidən Nicatla görüşmək qərarına gəlmiş, məqsədi Rahilin barəsində cinayət işinin başlanıb- başlanmayacağını öyrənmək olmuşdur. Ona görə də təxminən 2019-cu ilin iyul ayında özünə məxsus "Mersedes Benz E220” markalı avtomobillə oğlu Rahillə birlikdə Bakı şəhərinə getmiş və həmin gün saat 12 radələrində Nicatla idarədən kənarda özünün təklif etdiyi, Bakı şəhərində, “Koroğlu" metrostansiyasının ətrafında görüşmüşlər. Nicat görüşə köhnə seriyalı, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı “BMW" markalı avtomobillə gəlmişdir. Rahil sükan arxasında gözləmiş, o isə avtomobildən düşüb Nicatla təklikdə söhbət etməyə başlamış və biraz kənara getmişlər. Həmin vaxt Nicat xidməti yox mülki geyimdə olmuşdur. Söhbət zamanı Nicat ona narahat olmamağını, Rahilin əməlində cinayət tərkibi olmadığını və cinayət işinin başlanmasının rədd ediləcəyini bildirmişdir. O, Rahilə məxsus 10.000 ABŞ dollarının nə vaxt qaytarılacağı ilə maraqlandıqda Nicat bu barədə özünün məlumat verəcəyini, pul vəsaitlərini bir neçə günə qaytaracağını vəd etmişdir. O da arxayınlaşmış və Nicatla sağollaşıb Rahillə birlikdə Astara rayonuna qayıtmış, bir neçə gün sonra isə Rusiya Federasiyasına getmişdir. Həmin gündən sonra Rahil bir neçə dəfə Nicata zəng edərək özünə məxsus 10.000 ABŞ dollarını tələb etsə də Nicat hər dəfə pulun qaytarılmasını təxirə salmışdır. 2019-cu ilin sentyabr ayında isə uzun təkiddən sonra Nicat idarədən kənar yerdə Rahillə görüşərək 10.0 ABŞ dollarını özünə qaytarmış, bu barədə Rahil özü ona məlumat vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 10.000 ABŞ dollarının özünə qaytarılması, habelə Zərərçəkmiş şəxs barəsində aparılan araşdırma ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsi, yaxud digər hər hansı məqsədlərlə ondan yaxud oğlu Zərərçəkmiş şəxs pul vəsaiti yaxud digər qiymətli əşya tələb etməmiş, o da, Rahil də Nicata heç nə verməmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2009-cu ildən gömrük orqanlarında, xx.xx.2017-ci il tarixdən isə Dövlət Gömrük Komitəsi Maliyyə və təchizat idarəsi mühasibat uçotu şöbəsinin rəisi vəzifəsində xidmət edir. Xidməti vəzifəsi Komitənin xəzinəsinə nəzarət, xəzinəyə təhvil verilən malların, yəni qızıl-zinət əşyaları, pullar və digər qiymətli əşyaların saxlancını təmin etməkdən ibarətdir. Həmin mallar əsasən hüquqpozma predmetləri və ya belə əməli törətmiş şəxslərdən götürülmüş digər qiymətli əşyalardan ibarət olur. Hüquqpozma predmetini aşkar etmiş və ya qiymətli əşyanı götürmüş qurumdan və ya gömrük əməkdaşından daxil olan müraciət əsasında protokolla həmin əşyalar tərəfindən götürülərək xidməti otaqdakı seyfə qoyulur və bu barədə tərtib edilmiş protokolun bir nüsxəsi sənədlər qovluğuna əlavə edilir. İstintaq orqanının icraatında olan işlərlə bağlı isə həmin orqandan daxil olmuş müraciət əsasında dəyərli əşyaların ekspertizaya təqdim edilməsi məqsədi ilə də mallar eyni qaydada xəzinədən təhvil alınır. Ekspert tədqiqatından sonra isə xidməti qeyd əsasında mallar yenidən xəzinəyə təhvi verilir və bu proses də müvafiq qaydada sənədləşdirilir. Həmçinin, istintaq orqanının yekun qərarı, məhkəmə hökmü və ya icra vərəqəsi əsasında təhvil götürdüyü mallar mülkiyyətçiyə, onun etibarnamə üzrə nümayəndəsinə, vəkilinə təhvil verilir və ya predmetlərin dövlət nəfmə keçirilməsi ile bağlı tərəfindən müvafiq tədbirlər görülür. Onu da qeyd edir ki, predmetlərin dövlət nəfinə keçirilməsi üçün ilkin olaraq idarənin balansına keçirilir. Belə ki, həmin predmetler kassa mədaxil orderi tərtib olunmaqla, onun, rəhbərlik tərəfindən imza və möhürlə təsdiq olunur, xəzinə kitabında bu barədə qeydiyyat aparılır, qeyd edilən predmet əgər valyutadırsa, həmin gün tərəfindən bank vasitəsilə milli valyutada Maliyyə Nazirliyinin büdcə hesabına köçürülür, əgər həmin predmetler qızıl-zinət əşyaları və ya qiymətli metallardırsa müvafiq hərrac yolu ilə dövlət büdcəsinə köçürülür. Belə ki, daxili təlimata uyğun olaraq qızıl-zinət əşyaları və ya qiymətli metalların qiymətləndirilib hərraca çıxarılmasının təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsində olan komissiya tərəfindən müvafiq ekspert dəvət olunur, ekspert tərəfindən qiymətli əşyaların və metallar qiymətləndirilməklə, rəy alınır, bundan sonra hərrac komissiyasına təqdim olunur, hərrac komissiyasının yekun protokoluna uyğun olaraq həmin qızıl-zinət əşyalan və ya qiymətli metallar “Azərterminalkompleks" Birliyi vasitəsilə hərracda satılır, əldə edilən vəsait milli valyutada dövlət büdcəsinə köçürülür. Mahiyyəti üzrə bildirmişdir ki, Komitə sədrinin adına Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi tərəfindən ünvanlanmış məktub əsasında 12 fevral 2019-cu il tarixdə həmin Baş İdarənin əməliyyat və təhqiqat idarəsi təhqiqat şöbəsinin təhqiqatçısı X10 tanımadığı, görmədiyi və aralarında hər hansı bir münasibət olmayan Azerbaycan Respublikası vətəndaşları X8 və X2 götürülmüş, tərtib edilmiş protokola əsasən içərisində 907 ədəd brilyant qaş, üzərində brilyant qaşlar olan 1 ədəd kolye, bilərzik, sırğa cütü və üzük dəsti, 1 ədəd üzərində brilyant qaşlar olan üzük, 1 ədəd qol saatı, 100 ədəd müxtəlif rəngli və ölçülü bəzək daşları olduğunu bildiyi polietilen zərfdə qablaşdırılmış qızıl zinət əşyalarını ona təhvil vermişdir. Bu barədə iki nüsxədə protokol tərtib edilərək tərəfindən imzalanmış və qızıl zinət əşyalarını xidməti seyfə qoymuş, tərtib edilmiş protokolu isə qovluğa tikmişdir, həmin protokolun surətini araşdırma zamanı izahatına əlavə etmişdir. Bundan sonra 15 iyul 2019-cu il tarixdə Əməliyyat-İstintaq Baş İdarəsi istintaq və təhqiqat idarəsi istintaq şöbəsinin sabiq müstəntiqi Təqsirləndirilən şəxs ona müraciət edərək icraatında olan cinayət işi üzrə hüquqpozma predmeti olan, qeyd etdiyi qızıl-zinət əşyalarını ekspert tədqiqatına təqdim etmək məqsədilə xəzinədən təhvil almışdır. Bu barədə xx.xx.2019-cu il tarixli protokol tərtib edilmiş, imzalanmış və həmin protokolu da sənədlər qovluğuna tikmişdir. Qeyd etdiyi protokolun surətini Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə verdiyi izahatına əlavə etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs tərəfindən həmin qızıllar ona təhvil verilməmişdir. Hazırkı vaxtadək həmin qızıl- zinət əşyalarının mülkiyyətçiyə qaytarılması və ya dövlət nəfinə keçirilməsi ilə bağlı hər hansı bir istintaq orqanının, məhkəmənin qərarı, yaxud da icra vərəqəsi daxil olmadığı üçün tərəfindən tədbir görülməmişdir. Hazırda da Azərbaycan Respublikası vətəndaşları X8 və X2 götürülmüş qızıl zinət əşyalarının harada olması barədə heç bir məlumatı yoxdur. Bundan başqa bildirmişdir ki, Komitə sədrinin adına Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi tərəfindən ünvanlanmış məktub əsasında 07 may 2019-cu il tarixdə həmin Baş İdarənin əməliyyat və təhqiqat idarəsi təhqiqat şöbəsinin böyük tehqiqatçısı Ramil Balaşov tanımadığı, görmədiyi və aralarında hər hansı bir münasibət olmayan Azerbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs götürülmüş, tərtib edilmiş protokola əsasən 10.000 ABŞ Dolları məbləğində pulun olduğunu bildiyi polietilen zərfdə qablaşdırılmış valyutanı ona təhvil vermişdir. Bu barədə iki nüsxədə protokol tərtib edilərək tərəfindən imzalanmış və həmin valyutanı xidməti seyfə qoymuş, tərtib edilmiş protokolu isə qovluğa tikmiş, həmin protokolun və məktubun surətini Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə verdiyi izahatına əlavə etmişdir. Bundan sonra, 19 iyul 2019-cu il tarixdə Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsi İstintaq şöbəsinin sabiq müstəntiqi Təqsirləndirilən şəxs ona müraciət edərək icraatında olan cinayət işi üzrə hüquqpozma predmeti olan, qeyd etdiyi valyutanı ekspert tədqiqatına təqdim etmək məqsədilə xəzinədən təhvil almışdır. Yenə də bu barədə xx.xx.2019-cu il tarixli protokol tərtib edilmiş və həmin protokolu da sənədlər qovluğuna tikmişdir. Qeyd etdiyi protokolun da surətini Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə verdiyi izahatına əlavə etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs tərəfindən həmin 10.000 ABŞ Dollarından ibarət xarici valyuta vəsaiti ona təhvil verilməmişdir. Hazırkı vaxtadək həmin pul vəsaitinin mülkiyyətçiyə qaytarılması və ya dövlət nəfine keçirilməsi ilə bağlı hər hansı bir istintaq orqanının, məhkəmənin qərarı, yaxud da icra vərəqəsi daxil olmadığı üçün tərəfindən tədbir görülməmişdir. Hazırda da Zərərçəkmiş şəxs götürülmüş 10.000 ABŞ Dolları məbləğində pul vəsaitinin harada olması barədə heç bir məlumatı yoxdur. xx.xx.2019-cu il tarixli və xx.xx.2019- cu il tarixli, eləcə de xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli maddi sübutların təhvil verilməsi barədə protokollarda adının qarşısında olan imzalar özünə məxsusdur. İş üzrə zərərçəkmiş şəxsin nümayəndələri qismində tanınmış Nümayəndə2 və Nümayəndə1 istintaqa təqdim etdikləri ərizələrində, cinayət işi üzrə heç bir tələbləri olmamış, vəsatət və şikayətlərinin olmadıqlarını bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 1387/1388 nömrəli ekspert arayışına əsasən X8 və X2 götürülmüş və ********* nömrəli cinayət işi üzrə maddi sübut olan və hüquqpozma predmetləri hesab edilən qızıl-zinət əşyalarının ümumi qiymətinin 14.925 manat olduğu müəyyən edilmişdir. İş materiallarına əsasən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ərizəyə əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, sonuncunun xx.xx.2010-cu il təvəllüdlü qızı X5 və xx.xx.2014-cü il təvəllüdlü oğlu X6, xx.xx.2018-ci il təvəllüdlü oğlu X11 və xx.xx.2020-ci il təvəllüdlü qızı X7 adlı dörd azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Lakin məhkəmə törədilən əməllərin tövsifi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasına dair əsasların olub-olmaması məsələsində aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün tövsif edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlinin Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 314.1-ci maddələri ilə yanaşı, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma əməli cinayət hesab edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarının 23-cü bəndindən görünür ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CMnin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Hazırki ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs əməli 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğu halda, bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 39-cu bəndinə əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Hazırkı cinayət işi üzrə də elan edilmiş həmin ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə “mənimsəmə və ya israf etmə” cinayəti törətmiş vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs əməli 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğu halda, bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olması qənaətinə gəlinir. Buna görə də Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərdən, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməsi hissəsi ilə məhkəmə razılaşmır və məhkəmə hesab edir ki, həmin maddə ilə də ittihamın irəli sürülməsi hissəsi əsassızdır. Belə ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə törətmiş olduğu “mənimsəmə və ya israf etmə” əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, CM-nin 308.1-ci maddəsi üzrə təqsirli bilinməsinə dair hissə ittihamdan xaric edilməlidir. Bununla da məhkəmə əməlin tövsifi məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinin Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 314.1-ci maddələri ilə tövsif edilməsi hissəsi əsaslı olmuşdur, ona görə də törətmiş olduğu əməllərin Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif edilməsi hissəsi düzgündür. Bu səbəbdən də Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif edilməlidir. Bununla da, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir. Lakin təqsirləndirilən şəxsin həmin maddələr üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri üzrə aşağıdakı əsaslara görə cinayət məsuliyyətindən azad olunmalıdır. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxslərin ərizələrinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş dəymiş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır. Belə ki, vurulmuş ziyan olan qızıl-zinyət əşyalarının dəyəri 14.925 manat və həmin dövrdə rəsmi məzənnə ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində ziyan, ümumilikdə 31.925 manat təşkil edən ziyan tam ödənilmişdir. Bundan əlavə iş materiallarındakı xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı, “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında” istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən şəxs H.Mustafayevin xx.xx.2022-ci il tarixli qərarı 3.731,25 manat və iş materiallarında olan Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli, 16887 saylı ödəniş qəbzinə əsasən dövlət büdcəsinə Təqsirləndirilən şəxs tərəfindən 4.250 manat olmaqla, cəmisi 7.981,25 manat ödəniş edilmişdir. Həmin ödənişin təyinadı cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödənişdir. Beləliklə də vurulmuş ümumi ziyan olan 31.925 manatın 25%-i təşkil edən 7.981,25 manat pul dövlət büdcəsinə Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Bundan əlavə təqsirləndirilən şəxs həm də Cinayət Məcəlləsinin 314.1-ci maddəsi üzrə də aşağıdakı əsaslara görə cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs özünü CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilməsini, əməlini etiraf etməsini, peşmançılıq keçirməsini, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, müddətlərin tətbiq edilib, həmin CM-nin 314.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunmasını və həmin hissədə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəmə qeyd edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinə münasibətdə təqsirləndirilən şəxsin tövsif edilən CM-nin 314.1-ci maddəsi üzrə törətdiyi əməl üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsas vardır. Çünki CM-nin 314.1-ci maddəsi üzrə törətmiş olduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Təqsirləndirilən şəxsə həmin maddədəki əməl üzrə ittiham xx.xx.2019-cu il tarixdə törədilən, bununla da 2019-cu ildə törədilən əməl üzrə ittiham verilmişdir. Artıq 2019-cu ildə törədillən əməl üzrə CM-nin 314.1-ci maddəsindəki əməl üzrə 2 ildən çox vaxt keçmişdir. Belə olduğu təqdirdə CM-nin 314.1-ci maddəsi üzrə əməlin törədildiyi vaxtdan cinayət işinə baxıldığı və yekun qərar çıxarıldığı hazırkı vaxtda 02 ildən artıq müddət, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs CM-nin 314.1-ci maddəsi üzrə törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməsini və cinayət işinin icraatına xitam verilməsini xahiş edir. CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. CM-nin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə maddi sübut kimi tanınmış 517,15 qram yaşıl barıt partlayıcı maddəsinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinin əməkdaşı Şahid6 təhvil götürməsinə dair 09 oktyabr 2019-cu il tarixli protokol, ********* nömrəli cinayət işi uzrə maddi sübut olan 14.925 manat dəyərindəki qızıl zinət əşyalarını Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsinin rəisi Şahid4 götürməsi barədə xx.xx.2019-cu il tarixli protokol, xx/xx/017396 qeydiyyat nömrəli material üzrə Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs götürülmüş 10.000 ABŞ Dollarını məbləğində pul vəsaitini Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsinin rəisi Şahid4 təhvil alması barədə xx.xx.2019-cu il tarixli protokol cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri və Cinayət Məcəlləsinin 314.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə verilmiş ittiham CM-nin 179.2.3-cü maddəsi ilə verilmiş ittihamla əhatə olunduğundan, onun ittihamından CM-nin 308.1-ci maddəsini əks etdirən rəqəm ifadəsi xaric edilsin. İş üzrə maddi sübut kimi tanınmış 517,15 qram yaşıl barıt partlayıcı maddəsinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinin əməkdaşı Şahid6 təhvil götürməsinə dair 09 oktyabr 2019-cu il tarixli protokol, ********* nömrəli cinayət işi uzrə maddi sübut olan 14.925 manat dəyərindəki qızıl zinət əşyalarını Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsinin rəisi Şahid4 götürməsi barədə xx.xx.2019-cu il tarixli protokol, xx/xx/017396 qeydiyyat nömrəli material üzrə Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs götürülmüş 10.000 ABŞ Dollarını məbləğində pul vəsaitini Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsinin rəisi Şahid4 təhvil alması barədə xx.xx.2019-cu il tarixli protokol cinayət işinin materiallarında saxlanılsın. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar