Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-139/2018 18.04.2018 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 01 saylı hüquq məsləhətxanasının vəkili X3, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, yaşayış massivində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-cimaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2017-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəriYasamal rayonu Əsəd Əhmədov küçəsi 6 C saylı yaşayış binasının yan tərəfinəgələrək orada tanışı Şahid1 və qeyrilərinin əvvəllər tanımadığı - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid2 ilə dayanıb Şahid2 bir neçə gün əvvəl Şahid1 oğlu ilə aralarında baş vermiş sözlü mübahisənin səbəbini aydınlaşdırdıqlarını gördükdə Zərərçəkmiş şəxs2 nə üçün oraya gəldiklərini və hansı məsələni aydınlaşdırdıqlarını irad tutub, sonuncunu kənara çəkərək heç bir əsaslı səbəb olmadan mübahisə edib səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər edərək ətrafda yaşayan insanların narahatçılığına əsas olan və istirahətlərinin müəyyən müddət pozulması ilə müşayiət edilən qərəzli hərəkətlərlə zor tətbiq edib əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs2 qəsdən vurub ona alt dodağın iç səthinin əzilmiş yarası, sol kürək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələrı təyin edilməyən xəsarətlər yetirmiş, həmçinin o, həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını alaraq onları ayırmağa çalışan Zərərçəkmiş şəxs2 qardaşı, digər şəxs Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə müqavimət göstərərək əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs1 qəsdən vurub ona sağ gözaltı nahiyənin şişkinlik fonunda qançırı və əzilmiş yarası, sağ yanaq nahiyəsinın sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Cəbrayıl rayonundan məcburi köçkün kimi 1993-cü ıldən aılə üzvülərı ilə birlikdə Yasamal rayonu Yeni Yasamal 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışdır. Onunla eyni ərazidə məskunlaşmış məcburi köçkünlər Sərdar və Emin adlı şəxsləri tanıyır və həmin şəxslərlə münasibətləri vardır. xx xxxxxxx 2017- ci il tarixdə saat 20 radələrində o, boş vaxtını kecirtmək üçün Yeni Yasamal ərazisində - «BİZİM MARKETİN» arxasında yerləşən binanın altında olan «Topaz» məntəqəsinə gələrkən, həmın binanın altında yerləşən «internet club»un yantərəfində Sərdar, Emirı həmçinin digər 3 və ya 4 nəfər tanımadığı şəxslərin orada dayandıqlarını görmüşdür. Bu zaman o, həmin yerə yaxınlaşarkən onların içərisindən ona tərəf gələn «Cimi» ləqəbli Emin onunla görüşmüşdür. O, Eminə «xeyir ola nə üçün burada yığışdıqlarını» soruşduqda sonuncu ona idman cüssəli 3 nəfər şəxsi göstərib həmin şəxslərlə mübahisə düşdüyünü bildirmişdir. O, isə nə mübahisə olduğunu soruşduqda, Sərdar onların danışığını eşitdiyindən ona heç bir mübahisə olmadığını, hər şeyin qaydasında olduğunu bildirmişdir. Bu zaman o, qeyd edilən şəxslərin hamısı ilə, əl ilə görüşüb özünü onlara Rüfət kimi təqdim etmişdir. Onunla görüşərkən adlarını Eltun, Tuncay və Səbuhi kimi təqdim edən şəxslərdən Eltun (nisbətən hündürboylu olanı) qeyri-etik şəkildə əli ilə ona salam verdiyi üçün o, buna öz iradını bildirib nə üçün onunla qeyri-səmimi görüşdüyünü soruşmuşdur. Bunun ardınca isə o, qeyd etdiyi Eltun adlı şəxsə nə üçün mübahisəyə gəldiklərini soruşduqda, həmin şəxs yenə də ona hər-hansı bir cavab vermədikdə Eltunu özü ilə gəlməsi üçün kənara çəkən anda qəflətən sağ əli ilə həmin şəxsin sifət nahiyyəsinə yumruq zərbəsi vurmuşdur. O, zərbənin həmin şəxsə dəyib-dəymədiyini hiss etməmişdir. Elə bu zaman bunun davamı olaraq əlləri ilə həmin şəxsi özünə tərəf çəkəndə Eltun yerə yıxılmışdır. O isə özünü Eltunun üzərinə yıxıb onu vurmaq isdədikdə həmin şəxsin üst köynəyi əynindən çıxmışdır. Eltun adlı şəxsin onun altından çıxmağa və ona aşağıdan yuxarı zərbə vurmağa çalışdığını gördükdə o, buna imkan verməyərək sonuncunun sifət və kürək nahiyyəsinə bir-birinin ardınca əli ilə zərbə vurmuşdur. Elə bu zaman o, sağ kürək nahiyyəsində istilik və küt ağrı hiss etdiyi üçün Eltunu buraxmışdır. Sonra onlar hər ikisi ayağa qalxmışlar. O, bir qədər əvvəl özünü ona Tuncay kimi təqdim edən şəxsin sağ əlində bıçaq olduğunu görmüş və dərhal başa düşmüşdür ki, onu Tuncay adlı şəxs bıçaqla vurmuşdur. Bıçağın əlamətlərini o, qaranlıq olduğu üçün görməmişdir. Elə bu anda həmin qeyd etdiyi 3 nəfər şəxs oradan naməlum istiqamətdə qaçmışlar. Onun xəsarət almasını görən Sərdar və Emin onu avtomobillərinə əyləşdirərək Respublika Kliniki Xəstəxanasına çatdırmışlar. Sonra nə baş verməsi onun yadında deyildir. Sonradan ona məlum olmuşdur ki, o, bıçaq xəsarəti alması nəticəsində çoxlu qan itirmiş, sağ ağ ciyəri isə zədələnmişdir. Hadisə zamanı digər şəxslər münaqişəyə müdaxilə etməmiş və ya ona digər hər hansı bir xəsarət yetirməmişlər. Onu hadisə yerinə heç kim dəvət etməmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı Emin adlı şəxsin əlində və ya üzərində bıçaq, həmçinin sonuncunun kiminsə üzərinə bıçaq çıxarmasını görməmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, hadisə zamanı Eltunu yumruqla vurub yerə yıxdığı zaman Tuncay onun üstünə gələrkən o, sonuncunun sinəsindən arxaya itələyib yerə yıxmışdır. Lakin Tuncayın bu zaman xəsarət alıb-almamasını o, görməmişdir. Lakin Eltun adlı şəxsi o, yumruq zərbələri ilə həm ayaqüstə, həmdə yerdə olan zaman vuraraq xəsarət yetirmişdir. Hadisənin təsadüfi axarı zəminində, gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tam ödədiyini, ondan şikayət və tələblərinin olmadığını, özünün məcburi köçkün olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Bağ Evi 3550 B ünvanında pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Qum Adası yaşayış massivi yeni evdə yaşayır. O və qardaşı Tuncay klassik güləşlə professional şəkildə məşğulolmuşdur. Təxminən 5-6 ildir ki, o, Şahid2 məşq yoldaşı kimi tanımışdır. Səbuhi özü də klassik güləşlə məşğul olmuşdur. Səbuhi ilə qardaşı Tuncay 2015-ci ildə 18 ay müddətinə MN-nin «N» saylı hərbi hissəsində həqiqi hərbi qulluq keçmişdirlər. 04 və ya xx xxxxxxx 2017-ci ildə Səbuhi ilə görüşərkən sonuncu ona və Tuncaya bir neçə gün əvvəl Yeni Yasamal ərazisində yerləşən kompyuter oyunları salonunda tanımadığı həmyaşıdı olan şəxslərlə mübahisə etdiyini və aralarında münaqişə olduğunu, lakin heç bir dava-dalaş olmadığını bildirmişdir. Səbuhi özü Yeni Yasamalda yaşayır. xx xxxxxxx 2017-ci ildə, saat 19 və ya 19:20 radələrində o və qardaşı Tuncay yaşadıqları evdə olarkən tanıdığı Məhəmməd adlı şəxs xatırlamadığı nömrədən Tuncayın istifadəsində olan 055- ***-**-** saylı nömrəyə zəng edərək kompyuter oyunları salonunun qarşısına gələn bir neçə nəfər şəxsin Səbuhini axtardığını, üzərlərində bıçaq olduğunu, onlara oraya gəlmələrini və Səbuhini hər-hansı bir pis vəziyyətlə qarşılaşmasının qarşısını almalarını xahiş etmişdir. Tuncay bu zaman bu barədə ona bildirmiş və onlar birlikdə taksi avtomobili ilə bir-başa Yeni Yasamal ərazisinə gəlmişlər. Bu zaman onlar Səbuhiyə zəng etmiş və onun olduğu yeri dəqiqləşdirib «BİZİM MARKETİN» arxa tərəfində yerləşən binanın yan tərəfinə gəlmişlər. Oraya çatdıqda Səbuhi ilə görüşmüş, həmçinin orada sonradan adını bildiyi Sərdar adlı şəxsin Səbuhi ilə bir neçə gün əvvəl mübahisə edən oğlanın atası olduğunu bilmişlər. Həmçinin orada Sərdarın yanında adını bilmədiyi kiçik oğlunun, digər tanımadığı şəxsin və sonradan adını bildiyi «Cimi» ləqəbli Emin adlı şəxsin olduğunu bilmişlər. Bu zaman Sərdar Səbuhiyə sakit şəkildə oğlunun və onun həmyaşıd və idmançı olduqlarını, nə üçün mübahisə etdiklərini irad tutduqda, Səbuhi Sərdara sakit şəkildə artıq onların arasında olan mübahisəni aydınlaşdırdıqlarını və barışdıqlarını bildirmişdir. Həmçinin Sərdar özü haqqında onlara bildirərək, əslən Şuşa şəhərindən olduğunu, qaçqın kimi Yeni Yasamalda məskunlaşdıqlarını, həmçinın «Cimi» ləqəbli Emin adlı şəxsin qeyd edilən ərazidə nüfuzlu şəxs olduğunu bildirmişdir. O, bu zaman Eminin və ya qeyrisinin üzərində bıçaq olub-olmamasına fikir verməmişdir. Lakin Emin tez-tez onlara «qol gücünə güvənməmələrini» bildirmişdir. Bundan sonra Səbuhi və Tuncayla o, qarşı tərəflə sakit şəkildə görüşüb aralaşan zaman Sərdarla gələn şəxslərdən biri oradan çıxıb getmişdir. Bu zaman Sərdar onlara bir qədər gözləmələrini, bildirib Səbuhi ilə mübahisə edən oğlunun oraya gələcəyini, bu işdə «qaranlıq məqamlar» olduğunu bildirmişdir. Həmin vaxt Emin orada olmamışdır. Təxminən 2-3 dəqiqə sonra onlar Eminlə bir nəfər, zahiri görünüşcə hündurboylu və idmancüssəli şəxsin onlara tərəf gəldiklərini görmüşlər. Qeyd etdiyi şəxs onlara yaxınlaşıb əl ilə salamlaşıb özünü Rüfət kimi təqdim etmişdir. Elə bu zaman Rüfət onun qolundan tutub onu özü ilə birlikdə kənara çəkərək «sənsən buraya söhbətə gələn?» deyərək sağ əli ilə onun sifətindən yumruqla vurmuşdur. Zərbədən o, özünü saxlaya bilməyib arxası üstə yerə yıxılmışdır. Tuncay isə Rüfətin qarşısına keçib onu sakitləşdirmək istəyərkən Rüfət onu əli ilə geri itələmiş və Tuncay da müvazinətini itirib yerə yıxıldığı üçün sifətindən xəsarət almışdır. Bu zaman o, yerdə olan zaman Rüfət onun üzərinə yıxılıb onun bədəninin müxtəlif nahiyyələrindən yumruqla vurduğu üçün o, ani olaraq halsızlaşmışdır. Ani olaraq o, Rüfətin nisbətən «boşaldığını» görüb dərhal kənara çəkilib ayağa qalxmışdır. Bu zaman Rüfət də ayağa qalxmışdır. O, Rüfətin əynində olan xatırlamadığı üst geyim əşyasının kürək nahiyyəsindən qana boyandığını görmüşdür. Sonra Tuncayın sağ əlində tutduğu göy dəstəkli bıçağın qana boyanmasını görüb onun Rüfəti bıçaqla vurmasını başa düşmüşdür. Həmin vaxt Emin adlı şəxs sağ əlində olan əlamətlərini xatırlamadığı bıçaqla Səbuhiyə tərəf gələrkən Sərdar onun qarşısına keçib onu kənara itələmişdir. Həmin anda o,Tuncay və Səbuhi oradan qaçıb kənarlaşmışlar. Tuncayın sağ gözaltı nahiyyəsində xəsarət olmuşdur. Ona sonradan Tuncay bildirmişdir ki, o, həmin xəsarəti Rüfətin onu kənara itələdiyi zaman yıxılaraq həmin nahiyyəsinin daşa dəyməsi nəticəsində almışdır. Rüfət və digərləri isə hadisə yerində qalmışlar. Sonra o və Tuncay Səbuhi ilə görüşüb aralaşmışdır. Tuncayla o, piyada bir qədər getdikdən sonra sonuncu bıçağı xatırlamadığı istiqamətdə, hadisə yerindən bir qədər kənarda qaranlıq yerə tullamışdır. Növbəti gün Yasamal RPİ-nin 29-cu PB- nin əməkdaşları tərəfindən Tuncay saxlanılaraq həmin bölməyə gətirilmişdir. Hadisə təxminən 1 dəqiqə ərzində davam etmiş və o, ətrafda kənar şəxslərin olmasını görməmişdir. Tuncay onun Rüfət adlı şəxs tərəfindən döyülməsini gördüyü üçün sonuncunu zərərsizləşdirmək məqsədi ilə bıçaqla vurmuşdur. Hadisə vaxtı Sərdarı və qeyrilərini, həmçinin Səbuhini heç kəs vurmamış və ya xəsarət yetirməmişdir. Hadisə vaxtı Sərdar və ilkin olaraq onunla oraya gələn digər iki nəfər şəxs münaqişəyə hər-hansı bir müdaxilə etməmiş və ya heç kəsi vurmamışlar. Tuncay da Rüfətdən başqa heç kəsə xəsarət yetirməmişdir. Hadisə vaxtı kənardan heç kəs oraya toplanmamış, kənar şəxslərin diqqəti oraya yönəlməmişdir. Rüfətin oraya nə üçün gəlməsi ona məlum deyildir. Hadisə vaxtı Tuncayın bıçağı haradan əldə etməsi barəsində onun özündən eşitmişdir. Belə ki, Tuncay Rüfətin kənardan hadisə yerinə gəldiyini görüb ehtiyyat üçün həmin bıçağı yaxınlıqda olan «TOPAZ» məntəqəsindən xəlvəti olaraq götürmüşdür. Təqsirləndirilən şəxslə barışdıqlarını, təqsirləndirilən şəxsin onlara dəymiş ziyanı tamamilə ödədiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, ona görə də təqsirləndirilən şəxsə cəza təyin edilməsini istəmədiklərini, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Bağ Evi 3550 B ünvanında pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Qum Adası yaşayış massivi yeni evdə yaşayır. O və qardaşı Eltun güləşin klassik növü ilə məşğul oluşdur. Təxminən 5-6 ildir ki, Şahid2 məşq yoldaşı kimi tanımış və sonuncu da klassik güləşlə məşğul olmuşdur. Bundan başqa Səbuhi ilə o, 2015-ci ildə 18 ay müddətinə MN-nin «N» saylı hərbi hissəsində həqiqi hərbi qulluq keçmişdir. 04 və ya xx xxxxxxx 2017-ci ildə Səbuhi ilə görüşərkən sonuncu ona və Eltuna bir neçə gün əvvəl Yeni Yasamal ərazisində yerləşən kompyuter oyunları salonunda tanımadığı həmyaşıdı olan şəxslərlə mübahisə etdiyini və aralarında münaqişə olduğunu, lakin heç bir dava-dalaş olmadığını bildirmişdir. Səbuhi özü isə Yeni Yasamal ərazisində yaşayır. xx xxxxxxx 2017-ci il tarixdə, saat 19 və ya 19:20 radələrində o və qardaşı Eltun yaşadıqları evdə olarkən tanıdığı Məhəmməd adlı şəxs xatırlamadığı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək kompyuter oyunları salonunun qarşısına gələn bir neçə nəfər şəxsin Səbuhini axtardığını, üzərlərində bıçaq olduğunu, onların oraya gəlmələrini və Səbuhinin hər-hansı bir pis vəziyyətlə qarşılaşmasının qarşısını almalarını xahiş etmişdir. O, bu barədə Eltuna bildirmiş və birlikdə taksi ilə birbaşa Yeni Yasamal ərazisinə gəlmişlər. Bu zaman onlar Səbuhiyə zəng etmiş və onun olduğu yeri dəqiqləşdirib «BİZİM MARKETİN» arxa tərəfində yerləşən binanın altında olan kompyuter oyunları salonunun yan tərəfinə gəlmişlər. Oraya çatıb Səbuhi ilə görüşdükdə orada sonradan adını bildiyi Sərdar adlı şəxsin Səbuhi ilə bir neçə gün əvvəl mübahisə edən oğlanın atası olduğunu bilmişdir. Həmçinin Sərdarın yanında onun adını bilmədiyi kiçik oğlunun, digər tanımadığı şəxsin və sonradan adını bildiyi «Cimi» ləqəbli Emin adlı şəxsin olduğunu görmüşdür. Bu zaman Sərdar Səbuhiyə sakit şəkildə oğlunun və onun həmyaşıd olduqlarını, hər ikisininidmançı olmalarını, nə üçün mübahisə etdiklərini irad tutub bildirərkən Səbuhi Sərdara sakit şəkildə artıq onların arasında olan mübahisəni aydınlaşdırdıqlarını və barışdıqlarını bildirmişdir. Həmçinin Sərdar özü haqqında onlara bildirərək əslən Şuşa şəhərindən olduğunu, qaçqın kimi Yeni Yasamalda məskunlaşdıqlarını, həmçinin «Cimi» ləqəbli Emin adlı şəxsin qeyd edilən ərazidə nüfuzlu şəxs olduğunu bildirmişdir. Həmin söhbət onların öz aralarında yenə də «sülh» yönümündə davam etmişdir. O bu zaman Eminin və ya qeyrisinin üzərində bıçaq olub-olmamasına diqqət yetirməmişdir. Lakin Emin tez-tez onlara «qol gücünə güvənməmələrini» bildirib bir kənara çəkilib telefonla kiminləsə danışmışdır. Bundan sonra Səbuhi və Eltunla o, qarşı tərəflə sakit şəkildə görüşüb aralaşan zaman Sərdarla gələn şəxslərdən biri oradan çıxıb getmişdir. Bu zaman Sərdar onlara bir qədər gözləmələrini bildirib Səbuhi ilə mübahisə edən oğlunun oraya gələcəyini, bu işdə «qaranlıq məqamlar» olduğunu bildirmişdir. Təxminən 2-3 dəqiqə sonra onlar Eminlə bir nəfər, zahiri görünüşcə hündurboylu və idmancüssəli şəxsin onlara tərəf gəldiklərini görmüşlər. O, həmin şəxsin oraya gəldiyini görüb münaqişə baş verəcəyini zənn edərək yaxınlıqda olan «TOPAZ» oyun salonuna daxil olaraq hər kəsin başının qarışdığını görüb masanın üzərində olan bir ədəd dəstəyi göy rəngli mətbəx bıçağını ani olaraq götürüb əynində olan şalvarın belinə qoyaraq geri qayıtmışdır. Sonra o, həmin yerdən çıxıb geri qaytmışdır. Həmin vaxt qeyd etdiyi şəxs onlara yaxınlaşıb əl ilə salamlaşaraq özünü Rüfət kimi təqdim etmişdir. Elə bu zaman Rüfət qardaşı Eltunun qolundan tutub «sənsən buraya söhbətə gələn?» deyərək onu özü ilə bir qədər kənara çəkərək sağ əli ilə sonuncunun sifətindən yumruqla vurduğu üçün Eltun özünü saxlaya bilməyib arxası üstə yerə yıxılmışdır. O isə Rüfətin qarşısına keçib onu sakitləşdirmək istəyərkən sonuncu onu kənara itələmiş və o, müvazinətini itirib yerə yıxılaraq sifətinin sağ tərəfi daşa dəyib xəsarət almışdır. Bu zaman o, dərhal ayağa qalxmış və həmin vaxt Rüfət Eltunun üstünə yıxılaraq - uzanaraq yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyyələrinə güclü zərbələr vurduğu üçün o, Eltunun «iniltili» səs çıxardığını eşitmişdir. Buna görədə o, Rüfəti zərərsizləşdirmək və Eltunu onun əlindən almaq üçün qeyd etdiyi bıçağı sağ əlinə götürərək sonuncuya yaxınlaşıb arxası ona tərəf və əyilmiş halda olduğu vəziyyətdə bir dəfə bıçağın tiyəsi ilə Rüfətin sağ kürək nahiyyəsinə vurub bıçağı geri çəkmişdir. Həmin vaxt Emin adlı şəxs sağ əlində olan əlamətlərini xatırlamadığı bıçaqla Səbuhiyə tərəf gələrkən Sərdar onun qarşısını keçərək onu kənara itələmişdir. Artıq o, Rüfəti vurduğu üçün Eltun sonuncunun əlindən çıxaraq ayağa qalxmışdır. Eltunun əynində olan köynək Rüfətlə süpürləşərkən əynindən çıxmış və bu zaman Rüfət də ayaqüstə qalxmışdır. Həmin anda o, Eltun və Səbuhi oradan qaçıb kənarlaşmış, Rüfət və digərləri isə orada qalmışlar. Sonra o və Eltun Səbuhi ilə görüşüb aralaşmışlar. Onlar piyada bir qədər getdikdən sonra o, bıçağı xatırlamadığı istiqamətdə, hadisə yerindən bir qədər kənarda qaranlıq yerə tulamışdır. Növbəti gün o, Yasamal RPİ-nin 29-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirilmişdir. Hadisə qısa müddət ərzində davam etmiş və kompyuter oyunu salonunun yan tərəfində baş vermişdir. Hadisə zaman ətrafda kənar şəxslərin olmasını o, görməmişdir. O, qardaşı Eltunun Rüfət adlı şəxs tərəfindən döyülməsini gördüyü üçün sonuncunu zərərsizləşdirməkdən ötrü onu bıçaqla vurmuşdur. Hadisə vaxtı Sərdarı və qeyrilərini, həmçinin Səbuhini heç kəs vurmamış və ya xəsarət yetirməmişdir. Hadisə vaxtı Sərdar və ilkin olaraq onunla oraya gələn digər iki nəfər şəxs münaqişəyə hərhansı bir müdaxilə etməmiş və ya heç kəsi vurmamışlar. O da Rüfətdən başqa heç kəsə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxslə barışdıqlarını, təqsirləndirilən şəxsin onlara dəymiş ziyanı tamamilə ödədiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, ona görə də təqsirləndirilən şəxsə cəza təyin edilməsini istəmədiklərini, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanışahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şuşa şəhərindən məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu KDY kənarında - Yeni Yasamal ərazisində yerləşən yarıtikili binada ailəsi ilə birlikdə məskunlaşmışdır. Onun 2 qız, 2 oğlan övladı vardır. Böyük oğlu Şahid6 1997-ci ildə anadan olmuş və onunla bir ünvandayaşayır. O, daimi olaraq heç yerdə işləmədiyi üçün etibarnamə əsasında«CHERY» markalı, ** VX *** qeydiyyat nişanlı avtomobili taksi kimi idarə edir. 05 və ya xx xxxxxxx 2017-ci ildə Yeni Yasamal ərazisində yaşayan tanışlarından (dəqiq kimdən eşitdiyini xatırlamır) eşitmişdir ki, oğlu Sənan həmin ərəfədə Yeni Yasamal ərazisində yerləşən «internet klub»da dostu Rabil ilə bir yerdə olarkən Səbuhi adlı idmançı şəxslə aralarında mübahisə yaranmışdır. Lakin o, həmin ərəfədə oğlu ilə ailədaxili mübahisə zəmnində ünsiyyət saxlamadığı üçün bubarədə onun özündən heç nə soruşmamışdır. xx xxxxxxx 2017-ci ildə təxminənsaat 18-19 radələrində yaşadığı ərazidə-qonşuluqda yaşayan Emin adlı şəxsdənbu barədə soruşduqda, həmçinin Səbuhi adlı şəxsi tanıyıb-tanımadığını soruşmuş Emin belə bir idmançı oğlanı qiyabi tanıdığını, lakin hadisə barəsində ətraflı heç bir məlumatının olmadığını, sadəcə olaraq tanışlarından eşitdiyini ona bildirmişdir. O da həmin vaxt qeyd edilən Səbuhi adlı şəxslə görüşmək və onunla oğlu Sənanın gələcək münasibətlərində dava-dalaş olmasın deyə onları barışdırmaq üçün göstərilən «internet klub»a tərəf yola düşmüşdür. Bu zaman kiçik oğlu Kənan da onunla bir yerdə olmuşdur. Həmin vaxt Emin də ona həmin istiqamətdə gələcəyini bildirmişdir. O, Yeni Yasamalda «BİZİM MARKETİN» arxa hissəsində yerləşən kluba gedərək orada işləyən Əli adlı şəxsdən Səbuhi adlı şəxsi tanıyıb tanımadığını soruşub olanları ona danışmış və sonuncunu barışıq məqsədi ilə oraya dəvət etməsini xahiş etmişdir. Bu zaman o, Əli adlı şəxsin söhbətdən məlumatlı olduğunu görmüşdür. Lakin Əli hadisənin təfərrüatları ilə bağlı ona heç nə deməmişdir. Sonra Emin adlı şəxs də oraya gəlmişdir. Həmçinin bir qədər sonra o, təsadüfən Rabilin qardaşı Ağca adlı şəxsin də oraya gəldiyini görmüşdür. Görüşdükdə Ağca ona bir gün əvvəl artıq Səbuhi adlı şəxslə görüşdüklərini, hər- hansı bir münaqişələrinin olmadığını, münasibətlərinin aydınlaşdırıldığını bildirmişdir. X7 adlı şəxsə zəng edərək sonuncunu oraya dəvət etdiyi üçün bir qədər sonra Səbuhi tək olaraq onların yanına gəlmişdir. O, Səbuhi ilə tanış olub oğlu Sənan və dostu Rabillə aralarında baş verənlər barədə soruşduqda Səbuhi ona aralarında heç bir münaqişə olmadığını, dost kimi ayrıldıqlarını, bundan sonra da aralarında heç bir münaqişə olmayacağını bildirmişdir. O da Səbuhiyə Şuşa şəhərindən qaçqın kimi Yeni Yasamalda məskunlaşdıqlarını bildirib bir qədər dostcasına onunla söhbət etmişdir. Bir neçə dəqiqə sonra oraya Səbuhinin tanışları kimi iki nəfər tanımadığı, özlərini Eltun və Tuncay kimi təqdim edən idman cüssəli qardaşlar gələrək onlarla görüşmüşlər. Artıq münasibətlərə aydınlıq gətirildiyindən «sağollaşmaq» ərəfəsində olarkən Ağca oranı tərk etmişdir. Sonra o, da artıq Sənanla Səbuhinin arasında gələcəkdə dava-dalaş olmayacağına əmin olduğu üçün həmin şəxslərlə sağollaşıb kənara çəkilmişdir. Bu zaman oğlu Kənan Sənana zəng etdiyini ona bildirib Sənanın da oraya gəlmək istədiyini qeyd etmişdir. O da kənarda dayanmış Səbuhiyə və digərlərinə artıq Sənanın da oraya gəldiyini, onun yanında barışmalarını bildirib gözləmələrini xahiş etmişdir. Təxminən 1-2 dəqiqə sonra o, həmin yerə Yeni Yasamal ərazisində yaşayan Rüfət adlı şəxsin gəldiyini görmüşdür. Rüfətin oraya kimin tərəfindən dəvət olunması ona məlum deyildir. Rüfət gəlib onlar ilə görüşmüş və ondan nə söhbət olduğunu soruşmuşdur. O da Rüfətə aralarında heç bir münaqişənin olmadığını, artıq qarşı tərəflə razılıq əldə edildiyini bildirdikdə Rüfət Eltun adlı şəxsin qolundan tutub «sən buraya söhbətə gəlmisən?» deyərək əli ilə onun sifətindən vurmuşdur. Bu zaman Eltun adlı şəxs yerə yıxılmış, Rüfətin isə onun üstünə tərəf əyilmişdir. Münaqişə zamanı Eltunun əynində olan üst paltarı əynindən çıxmışdır. O, dərhal Tuncayın arxadan Rüfətə yaxınlaşdığını görmüş və Tuncayı arxadan tutub ayrımaq məqsədi ilə onu kənara çəkdiyi an Eltun və Rüfət ayağa qalxmışlar. Lakin o, Rüfətin özündə olmadığını, kürək nahiyyəsində paltarının qan içində olduğunu görüb onun bıçaqlandığını başa düşmüşdür. Həmin anda o, Tuncayın əlində tiyəsi qana bulanmış, dəstəyi göy rəngli bıçaq görmüş, başa düşmüşdür ki, Tuncay Rüfəti bıçaqla «süpürləşən» vaxtı arxadan vurmuşdur. Həmçinin o, Tuncaydan başqa Eminin və ya digərinin üzərində bıçaq olduğunu görməmişdir. Tuncayın isə həmin bıçağı nə zaman tətbiq edərək Rüfəti vurması, bundan başqa həmin bıçağı haradan əldə etməsi ona məlum deyildir. Həmin vaxt Səbuhi, Tuncay və Eltun oradan qaçmışlar. O da Emin və Kənanla köməkləşib öz avtomobili ilə Rüfəti yaxınlıqda olan Respublika Klıniki Xəstəxanasına aparmışdır. Əlavə olaraqıfadəsində göstərmişdir ki, o, münaqişə vaxtı heç kəsi vurmamış, oğlu Kənan da həmçinin münaqişəyə heç bir müdaxilə etməmiş, Sənan və ya Rabil isə ümumiyyətlə oraya gəlməmişlər. Rüfətin hadisə yerinə kimin tərəfindən dəvət edilməsi ona məlum deyildir. Bundan başqa o, Eminin hadisə vaxtı kiminləsə münaqişə etməsini və ya vurmasını görməmişdir. Hadisə «internet klub»un yan tərəfində, saat 20 radələrində, təxminən 1 dəqiqə ərzində ani olaraq baş vermişdir. Rüfətin nə üçün Eltunu vurması və ya onu kənara çəkərək ona zor tətbiq etməsi də ona məlum deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmədə dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2017-ci ildə, saat 18-19 radələrində yaşadığı küçədə olarkən qonşuluqda yaşayan Sərdar ona yaxınlaşıb oğlu Sənanın bir neçə gün əvvəl «BİZİM MARKET»in arxasında yerləşən internet klubda kiminləsə münaqişə etdiyini, dostu Rabilin də orada olduğunu, həmin şəxslərin cavan olduqlarını, gələcəkdə yenidən görüşüb mübahisə edə biləcəklərini ona bildirib, birlikdə həmin kluba getmələrini ondan xahiş etmişdir. Onun isə belə bir hadisədən məlumatı olmadığı üçün Sərdarın xahişinə əsasən həmin yerə getməyə razılıq vermişdir. Sərdarın yalnız mübahisəni sülh yolu ilə həll etmək üçün oraya getməsini o, başa düşdüyü üçün buna razılıq vermişdir. Həmin vaxt Sərdar oğlu Kənanla birlikdə öz avtomobili ilə həmin yerə getmiş, o, isə evə bir-iki ərzaq alıb verərək yaxın olduğu üçün həmin yerə - internet kluba yürüyərək getmişdir. Həmçinin o, Sənanın mübahisə etdiyi Səbuhi adlı şəxsi qiyabi tanıdığını, lakin hadisə barəsində ətraflı heç bir məlumatının olmadığını Sərdara bildirmişdir. X5 «BİZİM MARKETİN» arxa hissəsində yerləşən internet klubun qarşısında dayanmış, Sərdar orada işləyən Əli adlı şəxsdən Səbuhi adlı şəxsi tanıyıb tanımadığını soruşub olanları ona danışmış və sonuncunu barışıq məqsədi ilə oraya dəvət etməsini xahiş etmişdir. Həmçinin bir qədər sonra təsadüfən Rabilin qardaşı Ağca adlı şəxs də oraya gəlmişdir. Görüşdükdə Ağca onlara bir gün əvvəl artıq Səbuhi adlı şəxslə görüşdüklərini, hər-hansı bir münaqişələrinin olmadığını, münasibətlərinin aydınlaşdırıldığını bildirmişdir. X7 adlı şəxsə zəng edərək onu həmin yerə dəvət etdiyi üçün bir qədər sonra Səbuhi tək olaraq onların yanına gəlmişdir. Onlar birlikdə Səbuhi ilə tanış olmuşlar. Sərdar oğlu Sənan və dostu Rabillə aralarında baş verənlər barədə Səbuhidən soruşduqda sonuncu aralarında heç bir münaqişə olmadığını, dost kimi ayrıldıqlarını, bundan sonra da aralarında heç bir münaqişə olmayacağını bildirmişdir. Sərdar da Səbuhiyə Şuşa şəhərindən qaçqın kimi Yeni Yasamalda məskunlaşdığını bildirib bir qədər dostcasına onunla söhbət etmişdirlər. Bir neçə dəqiqə sonra oraya Səbuhinin tanışları kimi iki nəfər tanımadığı, özlərini Eltun və Tuncay kimi təqdim edən idman cüssəli qardaşlar da gəlib onlarla görüşmüşlər. Artıq münasibətlərə aydınlıq gətirildiyindən sağollaşmaq ərəfəsində olarkən Ağca oranı tərk etmişdir. Sonra Sərdar da artıq Sənanla Səbuhinin arasında gələcəkdə dava-dalaş olmayacağına əmin olduğu üçün həmin şəxslərlə sağollaşıb kənara çəkilmişdir. Bu zaman Sərdarın oğlu Kənan Sənana zəng etdiyini, sonuncunun daoraya gəlmək istədiyini bildirmişdir. Buna görə də Sərdar kənarda dayanmış Səbuhiyə və digərlərinə artıq oğlu Sənanın da oraya gəldiyini, onun yanında barışmalarını onlara bildirib gözləmələrini xahiş etmişdir. Bu zaman həmin şəxslər dayanıb elə həmin yerdə gözləmişlər. Təxminən 1-2 dəqiqə sonra oraya Yeni Yasamal ərazisində yaşayan Rüfət adlı şəxs gəlmişdir. Rüfətin oraya kimin tərəfindən dəvət olunması ona məlum deyildir. Rüfət oraya gəlib görüşmüş və Sərdardan nə söhbət olduğunu soruşduqda sonuncu Rüfətə aralarında heç bir münaqişənin olmadığını, artıq qarşı tərəflə razılıq əldə edildiyini bildirdikdə Rüfət Eltun adlı şəxsin qolundan tutub «sən buraya söhbətə gəlmisən?» deyərək əli ilə onu vurmuşdur. Zərbənin Eltunun harasına dəyməsini o, görməmişdir. Sonra Eltun yerə yıxılmış, Rüfət isə onun üstünə tərəf əyilmişdir. Həmin anda Eltunun qardaşı Tuncayı da Rüfətə tərəf gedərkən səbəbini bilmədiyi halda yerə yıxılmışdır. Münaqişə zamanı Eltunun əynində olan üst paltarı əynindən çıxmışdır. Bu zaman Sərdar dərhal Tuncayı arxadan tutub ayrımaq məqsədi ilə onu kənara çəkmişdir. Həmin vaxt Eltun və Rüfət ayağa qalxmışlar. Lakin o, Rüfətin özündə olmadığını, kürək nahiyyəsində paltarının qan içində olduğunu görüb sonuncunun bıçaqlandığını başa düşmüşdür. Həmin anda o, Tuncayın əlində tiyəsi qana bulanmış. dəstəyi göy rəngli bıçaq olduğunu görmüşdür. Tuncayın isə həmin bıçağı nə zaman tətbiq edərək Rüfəti vurması, bundan başqa həmin bıçağı haradan əldə etməsi ona məlum deyildir. Həmin vaxt Səbuhi, Tuncay və Eltun oradan qaçmışlar. O. da Sərdarla və Kənanla köməkləşib Rüfəti yaxınlıqda olan Respublika Kliniki Xəstəxanasına aparmışdır. Həmin vaxt Rüfəti həkimlər üst mərtəbəyə qaldırdıqları üçün sonuncu ilə heç birtəması olmamışdır. O, münaqişə vaxtı heç kəsi vurmamış, üzərində heç bir bıçaq və ya sair əşya olmamış, həmçinin digər şəxsə qarşı zor tətbiq etməmişdir. Əlavə olaraq ifadəsində Rüfəti həmin yerə çağırmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailəsi Cəbrayıl rayonundan məcburi köçkün kimi 1993- cü ildən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən yarıtikili binada məskunlaşmışdır. O, özü də həmin ünvanda valideyinləri ilə birlikdə yaşayır. Adətən boş vaxtlarını dostu - Şahid6 ilə birlikdə keçirir. Onu öz tanışları və ya ailəsi «Rabil» deyə çağırırlar. Sənanın da ailəsi Şuşa rayonundan məcburi köçkün kimi onunla eyni ərazidə yaşayır. xx xxxxxxx 2017-ci ildə, saat 21 radələrində o, dostu Sənanla Yasamal rayonu Əsəd Əhmədov küçəsi 6C saylı binanın altında yerləşən «internet klub»da əyləşib kompyuterdə idman oyunu oynayarkən yanakı masada tək əyləşən əvvəllər tanımadığı, sonradan adını bildiyi Səbuhi adlı şəxslə aralarında mübahisə yaranmışdır. Belə ki, o və Sənan Səbuhinin kompyuter oynayarkən özündən qeyri-iradi səs çıxarmasına ünvansız olaraq gülmüşlər. Bu zaman Səbuhi buna sərt şəkildə reaksiya vermiş və onlara tərəf baxıb nə üçün «gülüşdüklərini» irad tutmuşdur. Ani olaraq o və Sənan ayağa qalxmış və Səbuhi onun yaxasından tutub «nə üçün onu ələ salıb güldüyünü» ondan soruşmuşdur. Bu zaman o və Sənan həmin şəxsi tanımadıqlarını, aralarında anlaşılmamazlıq olduğunu bildirmişlər. Səbuhi adlı şəxs isə onun yaxasından tutub münaqişə etmək istəyərkən Sənan onların arasına girib onları sakitləşdirmişdir. Həmin vaxt Səbuhi Sənanla da sözlə mübahisə etmiş və sonradan görüşüb münasibətlərini aydınlaşdırmalarını tələb etmişdir. Qeyd edilən vaxt tanımadığı digər şəxslər onları münaqişə etməyə qoymamışlar. Həmin vaxt nə Sənan nə də ki, o, Səbuhi adlı şəxslə heç bir dava-dalaş etməmiş və ya heç kəs bir-birinə xəsarət yetirməmişdir. Onlar həmin şəxsin idmançı olmasını və sonradan görüşüb söhbət etmək kimi ifadə işlətməsini nəzərə alıb həmin yerdən çıxmışlar. Göstərilən vaxt «internet klubda» tanımadığı 8-10 nəfər şəxs olmuşdur. Sonradan o bu barədə qardaşı Alıcaya məlumat verdiyi üçün həmin gün və ya sonrakı gündə Alıca Səbuhi ilə görüşüb sonuncu ilə onları qiyabi olaraq barışdırmışdır. Yəni, həmin gündən sonra o və ya Sənan Səbuhıni görməmişlər. Lakin sonradan ona məlum olmuşdur ki, həmin mübahisədən həmçinin Sənanın atası Sədarın da məlumatı olmuşdur. Belə ki, göstərilən ərəfədə Sənan və atası ailədaxili münasibətlərə görə bir-birləri ilə danışmamışlar. xx xxxxxxx 2017-ci ildə, saat 23 radələrində Sənan ona zəng edərək sonuncunun özünün Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən işlədiyi «FRESH MART» adlı supermarketdə olduğu vaxt qardaşı Kənan mobil telefonuna zəng edərək bildirmişdir ki, atası Sərdarla birlikdə Səbuhi adlı şəxslə həmin «İNTERNET KLUB»da görüşmüş və Sərdar onları barışdırmaq istəmişdir. Sənan həmin vaxt işdə olduğu üçün oraya getməmişdir. Həmçinin Sənan ona bildirmişdir ki, həmin gün saat 20 radələrində «İNTERNET KLUB» -un yerləşdiyi binanın yan tərəfində baş vermiş münaqişə zamanı qiyabi olaraq tanıdığı Rüfət adlı şəxslə Səbuhinin dostu, adını bilmədiyi şəxs arasında münaqişə yaranmış və bu zaman Rüfəti qarşı tərəfdən kimsə kürəyindən bıçaqlayaraq xəsarət yetirmişdir. Ona həmçinin məlum olmuşdur ki, Sərdar, Kənan və Emin onun və Sənanın sonradan Səbuhi ilə görüşüb münaqişə edə biləcəklərindən ehtiyyat edərək həmin gün saat 20 radələrində Səbuhi ilə görüşmüş, bu zaman görüşə həmçinin Səbuhinin iki nəfər tanışı da gəlmiş, onların arasında barışıq olduqdan sonra, qeyd etdiyi Rüfət adlı şəxs oraya gələrəkmünaqişə etmiş və bu zaman Səbuhinin dostlarından biri Rüfəti bıçaqlamışdır. O, hadisənin dəqiq təffərrüatları haqqında məlumata malik deyildir. Həmçinin həmin yerdə bir qədər əvvəl qardaşı Alıca da olmuş, lakin sonuncu oradan erkən çıxıb getdiyi üçün münaqişəni görməmışdir. Əlavə olaraq bildirmişdir ki, Səbuhi ilə onların arasında yaranmış mübahisə zamanı onlar bir-birlərinə zor tətbiq etməmiş və ya heç kəs bir-birinə xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onun ailəsi Şuşa şəhərindən məcburi köçkün kimi 1993-cü ildən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən yarıtikili binada məskunlaşmışdır. Adətən boş vaxtlarını dostu - Şahid5 ilə birlikdə keçirir. Ayaza öz tanışları və ailəsi Rabil deyə müraciət edirlər. xx xxxxxxx 2017-ci ildə, saat 21 radələrində o, dostu Ayazla Yasamal rayonu Əsəd Əhmədov küçəsi 6C saylı binanın altında yerləşən «internet klub»da əyləşib kompyuterdə idman oyunu oynayarkən yanakı masada əyləşən əvvəllər tanımadıqları, sonradan adını bildiyi Səbuhi adlı şəxslə aralarında mübahisə yaranmışdır. Belə ki, o və Ayaz Səbuhinin kompyuter oynayarkən özündən qeyri- iradə səs çıxarmasına ünvansız olaraq gülmüşlər. Bu zaman Səbuhi buna sərt şəkildə reaksiya vermiş və onlara tərəf baxıb nə üçün «gülüşdüklərini» irad tutmuşdur. Ani olaraq o, Ayazla ayağa qalxmış və Səbuhi Ayazın yaxasından tutub «nə üçün onu ələ salıb güldüyünü» ondan soruşmuşdur. Belə ki, o, Səbuhinin idmançı olduğunu onun zahiri görünüşündən hiss etmişdir. Bu zaman o və Ayaz həmin şəxsə onu tanımadıqlarını, aralarında anlaşılmamazlıq olduğunu bildirmişlər. Səbuhi adlı şəxs isə Ayazın yaxasından tutub sonuncu ilə münaqişə etmək istəyərkən o, həmin şəxslərin arasına girib onları sakitləşdirmişdir. Həmin vaxt Səbuhi onunla da sözlə mübahisə etmiş və sonradan görüşüb münasibətlərini aydınlaşdırmalarını tələb etmişdir. Qeyd edilən vaxt tanımadığı digər şəxslər onları münaqişə etməyə qoymamışlar. Nə Ayaz nə də ki, o, Səbuhi adlı şəxslə heç bir dava-dalaş etməmiş və ya heç kəs bir-birinə xəsarət yetirməmişdir. Onlar Səbuhinin idmançı olmasını və sonradan görüşüb söhbət etmək kimi ifadə işlətməsini nəzərə alıb həmin yerdən çıxmışlar. Göstərilən vaxt «internet klubda» tanımadığı 8-10 nəfər şəxs olmuşdur. Sonradan ona məlum olmuşdur ki. Ayaz bu barədə qardaşı Alıcaya məlumat vermiş, həmin gün və ya sonrakı gündə Alıca Səbuhi ilə görüşüb sonuncu ilə onları qiyabi olaraq barışdırmışdır. Yəni, həmin gündən sonra o və ya Ayaz Səbuhini görməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin mübahisədən atası Sədarın da məlumatı olmuşdur. Belə ki, göstərilən ərəfədə o və atası ailədaxili münasibətlərə görə «küsülü» olmuşlar. Odur ki, onun sonrakı gedişatdan məlumatı olmamışdır. xx xxxxxxx 2017-ci ildə, saat 20 radələrində o, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən işlədiyi «FRESH MART» adlı supermarketdə işdə olarkən qardaşı Kənan onun mobil telefonuna zəng edərək bildirmişdir ki, atası Sərdarla birlikdə onunla mübahisə edən Səbuhi adlı şəxslə həmin «İNTERNET KLUB»da görüşmüş və atası onları barışdırmaq istədiyi üçün onun həmin yerə gəlməsini xahiş etmişdir. O isə işdə və uzaqda olduğunu bildirib hazırda ora gələ bilməyəcəyini bildirmişdir. Bundan təxminən 2-3 saat sonra o, yaşadığı evə gələrkən ona məlum olmuşdur ki, yəni qardaşı Kənan ona bildirmişdir ki, həmin vaxt «İNTERNET KLUB» -un yerləşdiyi binanın yan tərəfində qiyabi olaraq tanıdığı Rüfət adlı şəxslə Səbuhinin dostu, adını bilmədiyi şəxs arasında münaqişə yaranmış və bu zaman Rüfəti qarşı tərəfdənkimsə kürəyindən bıçaqlayaraq xəsarət yetirmişdir. Ona həmçinin məlum olmuşdur ki, atası Sərdar, qardaşı Kənan və qonşuları Emin onun və Ayazın sonradan Səbuhi ilə görüşüb münaqişə edə biləcəklərindən ehtiyyat edərək həmin gün saat 20 radələrində Səbuhi ilə görüşmüş, bu zaman görüşə həmçinin Səbuhinin iki nəfərtanışı da gəlmiş, onların arasında barışıq olduqdan sonra, Rüfət adlı şəxs oraya gələrək münaqişə etmiş, münaqişə zamanı Səbuhinin dostlarından biri Rüfəti bıçaqlamışdır. O, hadisənin dəqiq təffərrüatları haqqında məlumata malik deyildir. Həmçinin ona məlum olmuşdur ki, həmin yerdə bir qədər əvvəl Alıca da olmuş, lakin o, çıxıb getdiyi üçün münaqişəni görməmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 838 saylı, xx.xx.2017-ci il tarixli rəyinə əsasən 1996-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən olunmuş xəsarətlər alt dodağın iç səthinin əzilmiş yarası, sol kürək nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx xxxxxxx 2017-ci il tarixdə əmələ gələ bilərdilər, ümümilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələr təyin edilmir. Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərinxarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətin yıxılma zamanı və ya özu tərəfindən özünə yetirmə nətiçəsində deyil, kənar şəxs (şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinməsi barədə fikir söyləmək mümkündür. Xəsarət yetirilən zaman zərər çəkmiş şəxs və xəsarət yetirən şəxs müxtəlif vəziyyətlərdə ola bilərdilər. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 839 saylı, xx.xx.2017-ci il tarixli rəyinə əsasən 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən olunmuş xəsarətlər sağ gözaltı nahiyənin şişkinlik fonunda qançırı və əzilmiş yarası, sağ yanaq nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx xxxxxxx 2017-ci il tarixdə əmələ gələ bilərdilər, ümümilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələr təyin edilmir.Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətin yıxılma zamanı və ya özu tərəfindən özunə yetirmə nəticəsində deyil, kənar şəxs (şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinməsi barədə fikir söyləmək mümkündür. Xəsarət yetirilən zaman zərər çəkmiş şəxs və xəsarət yetirən şəxs müxtəlif vəziyyətlərdə ola bilərdilər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslər və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, məcburi köçkün olmasını, ilk dəfə bu növ təsnifatdakı cinayəti törətməsini, zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslərin onunla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrəməhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-cimaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 06 ay (bir il altı ay) müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-139/2018
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-139/2018
18.04.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver