Məhkəmə qərarları › İş №1(004)-139/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-139/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-139/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Ermənistan SSRİ-nin Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, «xxxx» MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, xx.xx.2021-ci il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikinti işlərinə rəhbərlik edilməsi və sair işlərin aparılması zamanı işlərin təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, «xxxx» MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 nömrəli subpodrat müqaviləsinə əsasən sifarişçinin verdiyi layihə əsasında svay işlərinin görülməsi üçün lazımlı olan texnika, qurğu, iş avadanlıqları və işçi qüvvəsini təşkil edərək ünvan 3 ünvanında yerləşən ərazidə mövcud tikili hasarın aşmasının qabağını almaq məqsədi ilə svay quyularının qazılması və metal boruların basdırılması işlərinin icrasına rəhbərlik etdiyi zaman «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları» nın 1.19, 2.26, 10-cu bəndinin və xx xxxxxx 2020-ci il tarixli «Svay işlərinin görülməsinə dair» 01 №-li subpodrat müqaviləsinin 3.2.2-ci bəndinin tələblərinə əsasən həmin evin ərazisində aparılan tikinti-quraşdırma işlərini müəyyən edilmiş qaydada təsdiq edilmiş iş icra layihəsi və ya texnoloji kartalar əsasında təşkil etməli olduğu, işçilər ilə bilavasitə iş yerində təlimatlandırma aparmaqla işlərin təhlükəsiz metod və yerinə yetirmə üsullarını öyrətməli olduğu, eləcə də yer səthindən 2 metr hündürlükdə yerləşən kənarları qoruyucularla çəpərlənməmiş iş meydançasında işlərin təhlükəsiz aparılması üçün işçiləri qoruyucu kəmərlə təmin etməli olduğu halda vəzifəsindən irəli gələn öhdəlikləri icra etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək tikinti-quraşdırma işlərini müəyyən edilmiş qaydada təsdiq edilmiş iş icra layihəsi və ya texnoloji kartalar əsasında təşkil etməməklə, işçilər ilə bilavasitə iş yerində təlimatlandırma aparmaqla işlərin təhlükəsiz metod və yerinə yetirmə üsullarını öyrətməməklə və yer səthindən 2 metr hündürlükdə yerləşən kənarları qoruyucularla çəpərlənməmiş iş meydançasında işlərin təhlükəsiz aparılması üçün işçiləri qoruyucu kəmərlə təmin etməməklə müvafiq tikinti norma və qaydalarını pozmuş, nəticədə onun tabeçiliyində faktiki olaraq fəhlə qismində işləyən Zərərçəkmiş şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində həmin evin 2 metr hündürlüyə malik mişar daşlarla hörülmüş hasarında svay-qazma işləri apararkən müvazinətini itirib yıxılaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ağır kəllə beyin travması alması nəticəsində ona sağ təpə sümüyünün basılmış qəlpəli sınığı, sağ gicgah-ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirilmiş və həmin xəsarətlərin yetirilməsi zamanı baş beyinin sağ yarımkürəsi üzərində subdural hematoma (sərt beyin qişası altına qanın yığılması) səbəbindən xx.xx.2020-ci il tarixdə müalicə aldığı «Medistyle Hospital» klinikasında ölmüş, yəni tikinti işlərinə rəhbərlik edilməsi və sair işlərin aparılması zamanı işlərin təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, direktoru olduğu “xxxx” MMC onun tərəfindən xx xxxx 2016-ci il tarixdə təsis olunaraq dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin əsas fəaliyyət istiqaməti tikinti işlərindən ibarət olmuşdur. Onun rəhbərlik etdiyi “xxxx” MMC xx xxxxxx 2020-ci il tarixdə direktoru X11 olan “xxxx” MMC ilə həmin tarixli 01 nömrəli subpodrat müqaviləsi bağlayaraq, sonuncunun verdiyi layihə əsasında svay işlərinin görülməsi üçün lazımlı olan texnika, qurğu, iş avadanlıqları və işçi qüvvəsini təşkil edərək ünvan 3 ünvanında yerləşən ərazidə mövcud tikili hasarın aşmasının qarşısını almaq məqsədi ilə svay quyularının qazılması və metal boruların basdırılması işlərinin görülməsini öz üzərinə götürmüşdür. Həmin işlərin görülməsinə ilkin olaraq “xxxx” MMC-nin işçiləri olan Şahid2 və Şahid3 cəlb edilmişdir. xx xxxxxx 2020-ci il tarixdən ərazidə svay işlərinin görülməsinə başlanmışdır. Hadisədən təxminən 3-4 gün əvvəl işçisi Vasif svay işlərinin görülməsində ona köməklik etmək və ekskavatoru idarə etməyi öyrətmək məqsədi ilə Zərərçəkmiş şəxs onun işlədiyi əraziyə dəvət etmişdir. Zərərçəkmiş şəxslə şirkət arasında əmək müqaviləsi bağlanmamış, o, “xxxx” MMC-nin rəsmi işçisi olmamış, sadəcə Vasifin yanında gəlib ona işlərində köməklik etmişdir. Poladı rəsmi işçi kimi həmin ərazidə hər hansı işlərin görülməsinə cəlb etmədiyi üçün ona hər hansı məbləğdə ödəniş etməmişdir. Öz işçilərinə münasibətdə həmin ərazidə svay-qazma işlərinin təhlükəsiz görülməsinə nəzarəti özü həyata keçirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində ərazidə svay işlərinin görülməsi ilə məşğul olarkən qəfil ekskovatorun arxa tərəfində səs-küy eşitmiş, dərhal həmin yerə doğru hərəkət etdikdə Zərərçəkmiş şəxs ayaqları yuxarı vəziyyətdə, başının isə daş kubiklə dəmir borunun arasında qaldığını görmüşdür. Hadisənin necə baş verdiyini, yəni Zərərçəkmiş şəxs hansı şəraitdə yıxıldığını görməmişdir. Cünki, həmin vaxt “xxxx” MMC-nin işçiləri olan Cavid və onun fəhləsi Elvin ərazinin aşağı tərəfində yerləşən konteynerin olduğu yerdə, Zaminlə Vasif isə idarə etdikləri qazma texnikası olan ekskavatorda olmuşlar, özü də hər iki ekskavatorun arasında dayanıb onlara müxtəlif göstərişlər verdiyi üçün Poladın həmin vaxt nə işlə məşğul olmasını görməmişdir. Bundan sonra Poladın qıc vəziyyətdə olduğunu görüb işçilərə onun dilini tutmalarını və qatlanmağa qoymamalarını tapşırmış, Vasif onun dilini tutmuş, əl-üzünü yuyaraq onu ayıltmağa çalışmış, Cavid isə dərhal istifadəsində olan mobil telefon vasitəsilə hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Qısa müddət ərzində hadisə yerinə təcili yardım briqadasının həkimi və tibb işçisi gələrək Polada ilkin tibb yardım göstərib onu Sabunçu rayonu ərazisində yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparmış, özləri də hadisə yerində olan işçilərlə birlikdə həmin xəstəxanaya getmişlər. Poladın vəziyyəti ağır olduğu üçün o həmin xəstəxanada dərhal əməliyyat olunmuş, əməliyyatdan sonra isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs daha keyfiyyətli tibbi yardım alması üçün onu bir neçə gün sonra həmin xəstəxanadan özəl tibb müəssisəsi olan “Medistyle Hospital” klinikasına köçürülməsini təşkil etmiş, lakin həmin klinikada göstərilən tibbi müdaxilələrə baxmayaraq Polad xx xxxxxxxx 2020-ci il tarixdə almış olduğu xəsarətlərdən ölmüşdür. Əlavə olaraq bildirmişdir ki, ərazidə işə başlamazdan əvvəl işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılması onun tərəfindən şifahi qaydada həyata keçirilmiş, təlimatlandırma hər gün səhər saat 09 radələrində başlamış, lakin bununla bağlı işçilər tərəfindən hər hansı bir jurnala imza çəkilməmiş, təhlükəsizliyi təmin etmək məqsədi ilə işçılərə verilən avadanlıqlar barədə akt tərtib edilməmişdir. Zərərçəkmiş şəxs özü plastik dəbilqə versə də, hadisənin baş verdiyi vaxt onun başında plastik dəbilqə olmamış, lakin əynində göy jilet, ayağında bir cüt botinka və əllərində bir cüt əlcək olmuşdur. Habelə həmin vaxt Poladın olduğu yerin təxminən 2 metr, yəni çox hündür olmaması, habelə olduğu yerdə müvazinətini itirə biləcək təhlükəli bir işlə məşğul olmaması səbəbindən onu təhlükəsizlik kəməri ilə təmin etməmişdir. Zərərçəkmiş şəxs onun işçisi olmadığına baxmayaq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(004)-3441/2020 saylı qərarına əsasən Zərərçəkmiş şəxs əmək müqaviləsi olmadan işə cəlb etdiyinə görə “X17” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 20.000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında zamanı Zərərçəkmiş şəxs hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, qardaşı Polad 2012-ci il tarixdən Bakı şəhərində müxtəlif yerlərdə operator vəzifəsində işləmiş və ailəsi ilə birlikdə Bakı şəhərində kirayə yaşamışdır. Baş vermiş hadisədən təxminən bir neçə gün əvvəl qardaşı Zərərçəkmiş şəxs işsiz olduğu üçün əvvəllər onunla birgə işlədiyi tanışı Şahid2 ona iş tapmasını xahiş etmiş, sonuncu isə onunla birgə işləyə biləcəyini demişdir. Beləliklə qardaşı Polad həmin vaxtdan Vasiflə birlikdə Yasamal rayonu ərazisində yerləşən “Royal Park” yaşayış massivində olan yaşayış evinin ərazisində svay-qazma işlərinin görülməsi ilə məşğul olmağa başlamışdır. Qardaşının həmin yerdə əmək müqaviləsi bağlayib bağlamaması barədə məlumatı olmamış, lakin həmin işlərin görülməsinə görə qardaşının gündəlik təxminən 30 manat məbləğində gəlir əldə etdiyini bilmişdir. Hadisənin baş verdiyi xx xxxxxxxx 2020-ci il tarixdə saat 18-19 radələrində Vasifin məlumatı əsasında qardaşının iş yerində yıxılaraq xəsarət aldığını və təcili yardım avtomobili ilə Sabunçu rayonu ərazisində yerləşən xəstəxanaya aparıldığını öyrənmiş, bu səbəbdən dərhal həmin xəstəxanaya getmişdir. Xəstəxanaya çatdıqda qardaşının vəziyyəti ağır olduğu üçün onun təcili şəkildə əməliyyat edildiyini öyrənmişdir. Həmin vaxt xəstəxanada olan, özlərini qardaşının iş yoldaşı kimi təqdim edən Cavid və Nəbi adlı şəxslər qardaşının xx xxxxxxxx 2020-ci il tarxidə saat 18 radələrində iş gördüyü ərazidə torpağa basdırılmış dəmir boruların üzərindəki palçığı təmizləyərkən ehtiyyatsızlıqdan yıxılaraq xəsarət aldığını bildirmişlər. Qardaşı Polad həmin gün əməliyyatdan çıxmış və vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Bundan sonra daha keyfiyyətli tibbi yardım göstərilməsi üçün xx xxxxxxxx 2020-ci il tarixdə qardaşı həmin xəstəxanadan özəl tibb müəssisəsi olan “Medistyle Hospital” klinikasına köçürülmüş, lakin xəstəxanada göstərilən tibbi müdaxilələrə baxmayarq xx xxxxxxxx 2020-ci il tarixdə aldığı xəsarətlərdən həmin xəstəxanada vəfat etmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o xx.xx.2020-ci il tarixdə “xxxx” MMC-nin rəhbəri olan Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlayaraq həmin MMC-yə operator vəzifəsinə işə gəbul edilmişdir. Onun əsas vəzifəsi verilmiş tapşırıqlar üzrə şəxsi ekskavatoru ilə svay-qazma işlərinin aparılmasından ibarət olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə “xxxx” MMC ilə “xxxx” MMC-nin arasında subpodrad müqaviləsi bağlanmışdır və o həmin tarixdən etibarən Yasamal rayonu, Yeni Yasamal, Kənar Dairəvi yol 10 ünvanında yerləşən “Royal Park” yaşayış massivinin “A” blokunda olan 29 nömrəli evin ərazisində svayqazma işlərinin görülməsi ilə məşğul olmuşdur. Ərazidə svay işlərinin görülməsində “xxxx” MMC-nin direktoru kimi Təqsirləndirilən şəxs, şirkətin operator köməkçisi Şahid3, özü və zərərçəkən Zərərçəkmiş şəxs, “X16” MMC-nin mühəndisi Şahid1 və onun işçisi Şahid4 iştirak etmişlər. Zərərçəkmiş şəxs təxminən 7-8 ildir ki, tanımış, onunla birlikdə əvvəllər “xxxx” MMCdə fəhlə işləmişdir. Həmin ərəfələrdə Polad onunla əlaqə saxlayaraq işsiz olduğunu bildirdiyi üçün özünün işlədiyi yerə işə gəlməsini, işlərin aparılmasında onlara köməklik göstərməsini, habelə onun yanında ekskavator idarə etməyi öyrənməsini xahiş etmiş, sonuncu da onunla razılaşdığı üçün hadisədən təxminən 3-4 gün əvvəl onu özü ilə iş yerinə gətirmişdir. Həmin vaxt onu yanında görən Nəbi müəllim Poladın kimliyini soruşduqda ona Poladı yanında gətirdiyini, svay işlərinin görülməsində ona köməklik edəcəyini və ona ekskavatoru idarə etməyi öyrədəcəyini bildirmiş, sonuncu da buna etiraz etməmişdir. Zərərçəkmiş şəxslə “xxxx” MMC arasında əmək müqaviləsi bağlanmamış, o, MMC-nin rəsmi işçisi olmamış, sadəcə onun yanında gəlib onlara işlərin görülməsində köməklik həmdə texnikanı idarə etməyi örgənmişdir. Hadisənin baş verdiyi xx xxxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində həmin ərazidə idarə etdiyi ekskovatorla qazma işlərinin görülməsi ilə məşğul olarkən qəfil səs-küy eşitmiş, dərhal həmin yerə doğru hərəkət etdikdə Zərərçəkmiş şəxs ayaqları yuxarı vəziyyətdə, başının isə daş kubiklə dəmir borunun arasında qaldığını görmüş və Təqsirləndirilən şəxs və Zaminin köməkliyi ilə onun başını çətinliklə həmin yerdən çıxarıb əl-üzünü yumuşdur. Həmin vaxt idarə etdiyi ekskavatorun içində olduğu üçün hadisənin necə baş verməsini görməmiş, Cavid və onun fəhləsi Elvin ərazinin aşağı tərəfində olan konteynerin yanında, Zamin də idarə etdiyi ekskavatorda olmuş, Nəbi məllim isə ona və Zaminə işlə bağlı müxtəlif göstərişlər vermişdir. Hadisə ilə əlaqədar Poladın qıc olduğunu görüb onun dilini tutmuş və qatlanmağa qoymamış, ardınca da əl-üzünü yuyaraq onu ayıltmağa çalışmış, Cavid isə dərhal istifadəsində olan mobil telefon vasitəsilə hadisə yerinə təcili yardım çağırmışdır. Qısa müddət ərzində təcili yardım həkimi və tibb işçisi hadisə yerinə gələrək Polada ilkin tibb yardım göstərib onu Sabunçu rayonu ərazisində yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar, özləri də hadisə yerində olan işçilərlə birlikdə həmin xəstəxanaya getmişlər. Poladın vəziyyəti ağır olduğu üçün o həmin xəstəxanada dərhal əməliyyat olunmuş, əməliyyatdan sonra onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişlər. Bundan sonra Poladın daha keyfiyyətli tibbi yardım alması məqsədilə onu bir neçə gün sonra həmin xəstəxanadan özəl tibb müəssisəsi olan “Medistyle Hospital” klinikasına köçürülməsini təşkil edilmişdir. Həmin klinikada göstərilən tibbi müdaxilələrə baxmayaraq Polad xx xxxxxxxx 2020-ci il tarixdə almış olduğu xəsarətlərdən ölmüşdür. Ərazidə svay-qazma işlərinin təhlükəsiz görülməsinə nəzarəti Təqsirləndirilən şəxs həyata keçirmiş, belə ki, sonuncu işə başlamazdan əvvəl hər gün səhər saat 9 radələrində işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılmasını şifahi qaydada həyata keçirmiş, lakin bununla bağlı işçilər tərəfindən hər hansı bir jurnala imza etdirilməmiş və təhlükəsizliyi təmin edilməsi ilə bağlı avadanlıqların verilməsi barədə akt tərtib edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əliyevin Vasif lxan oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdən “xxxx” MMC ilə əmək müqaviləsi bağlayaraq mühəndis vəzifəsində işləyir. “xxxx” MMC Fazil adlı şəxlə podrat müqaviləsi bağlamışdır və həmin müqaviləyə əsasən Yasamal rayonu, Yeni Yasamal, Kənar Dairəvi yol 10 ünvanında yerləşən “Royal Park” yaşayış massivinin “A” blokunda olan 29 nömrəli evin ərazisində svay-qazma işlərinin görülməsini şirkət öz üzərinə götürmüşdür. Bundan sonra “xxxx” MMC “xxxx” MMC ilə subpodrat müqaviləsi bağlayaraq həmin evin ərazisində svay işlərinin aparılmasını sonuncu şirkətə həvalə etmişdir. xx xxxxxx 2020-ci il tarixdən həmin evin ərazisində svay-qazma işlərinin görülməsinə başlanmış, işlərin görülməsinə nəzarət “xxxx” MMC tərəfindən ona həvalə edilmiş, lakin svay işləri “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs rəhbərliyi və nəzarəti altında həmin şirkətin işçiləri tərəfindən aparılmışdır. İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılması “xxxx” MMC-nin rəhbəri olan Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Təlimatlandırma hər gün səhər saat 9 radələrində başlamış, lakin işçilər ancaq şifahi şəkildə təlimatlandırılmış və bununla bağlı onlar tərəfindən hər hansı bir jurnala imza edilməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində həmin ərazidə svay-qazma işlərinin görülməsi zamanı qazma texnikası olan ekskovatorun arxa tərəfindən səs-küy eşitmiş və dərhal həmin yerə doğru hərəkət etdikdə fəhlə Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda həmin vaxt orada olan Nəbi, Vasif və Zamin Poladın ərazinin bir qədər hündür olan hissəsindən yıxılaraq başının ilk öncə dəmir boruya, daha sonra isə daşa dəydiyini bildirmişlər. Həmin vaxt özü bir qədər kənarda olduğu üçün hadisənin necə baş verməsini görməmişdir. Hadisə baş verən vaxt Elvin ərazidə olan konteynerin içini təmizləməklə məşğul olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Poladın həmin vaxt yuxarı tərəfdə hasarın dibində olan mişar daşları ilə hörülmüş təxminən 2 metr hündürlükdə olan yerdə dayanıb əlindəki hansısa alətlə həmin yerdə torpağa basdırılmış şnek və dəmir borunun üzərindəki palçıqları təmizlədiyi zaman müvazinətini itirərək yerə yıxılmışdır. Poladın qıc vəziyyətdə olduğunu görüb işçilərə onun dilini tutmalarını və qatlanmağa qoymamalarını tapşırmış və dərhal istifadəsində olan mobil telefon vasitəsilə hadisə yerinə təcili yardım çağırmışdır. Qısa müddət ərzində təcili yardım həkimi və tibb işçisi gələrək Polada ilkin tibb yardım göstərib onu Sabunçu rayonu ərazisində yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar, özləri də hadisə yerində olan işçilərlə birlikdə həmin xəstəxanaya getmişlər. Poladın vəziyyəti ağır olduğu üçün həmin xəstəxanada dərhal əməliyyat olunmuş, əməliyyatdan sonra onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə isə Poladın almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat almışdır. Hadisənin baş verdiyi vaxt Zərərçəkmiş şəxs başında plastik dəbilqə olmamış, lakin əynində göy jilet, ayağında bir cüt botinka və əllərində bir cüt əlcək olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal kənar dairəvi yol 10 ünvanında yerləşən “ROYAL PARK” yaşayış massivinin “a” blokunda yerləşən 29 nömrəli evin ərazisidir. Ərazidə tikinti quraşdırma işləri aparılır. Əraziyə giriş dəmir qapıdandır. Qapıdan daxil olduqda içəridə diametri 272 mm olan dəmir borular vardır. Ərazi eniş formalıdır. Qazma işləri aparılmaqla 3 müxtəlif hündürlük yaradılmışdır. 2-ci səviyyə hündürlükdə müxtəlif təyinatlı 2 ədəd tikinti maşını saxlanmışdır. 3-cü səviyyəyə baxış zamanı həmin hissədə divarın qarşısında diametri 273 mm olan dəmir borular basdırılmışdır. Daha sonra hadisənin baş verdiyi yəni, Zərərçəkmiş şəxs yıxıldığı yer istintaq hərəkətinin iştirakçısı Təqsirləndirilən şəxs tərəfindən təqdim edildi. Həmin hissə 90 dərəcəli küncdür. Təxminən 2 metr hündürlükdə mişar daşı ilə hörülmüş ərazinin ətrafına dəmir borular basdırılmışdır. Həmin hissədə olan dəmir borular müxtəlif hündürlükdədir. Künc hissədə olan borunun hündürlüyü 255 sm-dir. Onun yanında isə vint şəkilli çıxıntıları olan şnek vardır. Şnekin hündürlüyü 210 sm-dir. Borunun üzərində bərk materialdan olan məmulatla toxunma nəticəsində yaranan izlər vardır. Belə ki, borunun müəyyən hissələrində torpaq örtük olsa da, yuxarı səviyyəsində çox hissədə qaşınaraq təmizlənmişdir. Şnekin dişləri torpaqla örtülmüş vəziyyətdədir. Dəmir borunun sağ tərəfində 2 ədəd mişar daşı yerindən qoparaq torpaq örtüyü üzərinə aşmış vəziyyətdədir. Sonuncu borudan sol tərəfdə 70 sm məsafədə 210 sm uzunluğunda eyni diametrli boru basdırılmışdır. Borunun üzərində paslanma izləri müşahidə edilsədə üzərinə hopmuş torpaq qatı və digər məmulatlar müəyyən edilmir. Həmin borudan sağ tərəfdə müxtəlif uzunluqda olan borular bir-birinə demək olarki bitişik vəziyyətdə torpağa basdırılmışdır. Hadisə yerinə baxış keçirilərkən cinayət təqibi üçün əhəmiyyət kəsb edən əlavə hər hansı bir hal aşkar edilməmiş və götürmə aparılmamışdır. (i.v. 5-13) xx xxxx 2016-cı il tarixli 01 nömrəli əmrdən görünür ki, “X17” MMC-nin direktor vəzifəsini həmin cəmiyyətin təsisçisi Təqsirləndirilən şəxs öz üzərinə götürmüşdür. (i.v. 101) xx xxxx 2020-ci il tarixli 07 nömrəli əmrdən görünür ki, Şahid2 “X17” MMC-yə xx xxxx 2020-ci il tarixdən operator vəzifəsinə qəbul edilmişdir. (i.v. 109) Xidmətlərin göstərilməsinə dair xx xxxxxx 2020-ci il tarixli 01 nömrəli müqavilədən görünür ki, “Xidmət göstərən” adlanan X12 şəxsində bir tərəfdən, “Sifarişçi” adlanan digər tərəfdən X9 arasında xidmət müqaviləsi bağlanmışdır. Podratçı mövcud işçi layihəsi əsasında svay işlərinin görülməsi üçün lazımi tikinti texniki-tikinti şirkətləri, briqadir və ya işçi qüvvəsinin təşkil edərək ünvan 6 ünvanında yerləşən ərazidə mövcud tikili hasarın aşmasının qabağını almaq məqsədilə svay quyularının qazılması və metal boruların bastırılması işlərinin görülməsini təşkil edir və işlərə nəzarətini öhdəsinə götürür xidmətləri yerinə yetirir. (i.v. 125- 128) xx xxxxxx 2020-ci il tarixli, 01 nömrəli podrat müqaviləsindən görünür ki, podratçı “xxxx” MMC-nin direktoru X11 və sifarişçi X12 arasında müvafiq podrat müqaviləsi bağlanılmışdır. Müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, podratçı işçi layihəsi əsasında svay işlərinin görülməsi üçün lazımlı olan texnika, qurğu, iş avadanlıqları və işçi qüvvəsini təşkil edərək ünvan 3 ünvanında yerləşən ərazidə mövcud tikili hasarın aşmasının qabağını almaq məqsədi ilə svay quyularının qazılması və metal boruların basdırılması işlərini öhdəsinə götürür. Müqavilənin digər bəndlərində müqavilənin qiyməti və hesablaşma şərtləri, tərəflərin hüquq və öhdəlikləri, müqavilə və zəmanət müddəti, tərəflərin məsuliyyəti, məxfilik, vergilər və rüsumlar, fors major, mübahisələrin həlli qaydası, əlavə şərtlər və yekun müddəalar qeyd olunmuşdur. Müqavilənin hər bir səhifəsi podratçı və sifarişçi tərəfindən imzalanaraq və möhürlənərək təsdiqlənmişdir. (i.v. 70-74) Svay işlərinin görülməsinə dair xx xxxxxx 2020-ci il tarixli 01 nömrəli podrat müqaviləsindən görünür ki, sifarişçi “xxxx” MMC-nin direktoru X11 və podratçı “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs Məzahir oğlu arasında subpodrat müqaviləsi bağlanılmışdır. Müqavilənin birinci bəndində qeyd olunmuşdur ki, podratçı sifarişçinin verdiyi layihə əsasında svay işlərinin görülməsi üçün lazımlı olan özünə məxsus texnika, qurğu, iş avadanlıqları və işçi qüvvəsini təşkil edərək ünvan 3 ünvanında yerləşən ərazidə mövcud tikili hasarın aşmasının qabağını almaq məqsədi ilə svay quyularının qazılması və metal boruların basdırılması işlərini öhdəsinə götürür. Müqavilənin digər bəndlərində müqavilənin qiyməti və hesablaşma şərtləri, tərəflərin hüquq və öhdəlikləri, müqavilə və zəmanət müddəti, tərəflərin məsuliyyəti, məxfilik, vergilər və rüsumlar, fors major, mübahisələrin həlli qaydası, əlavə şərtlər və yekun müddəalar qeyd olunmuşdur. Həmin müqavilənin 3.2.2 və 3.2.3-cü maddələrində qeyd olunmuşdur ki, podratçı işə cəlb etdiyi işçiləri fərdi mühafizə, təhlükəsizlik avadanlıqları və s. ilə təmin etməlidir. Podratçı işləri keyfiyyətlə və tikinti normativlərinə uyğun yerinə yetirib sifarişçiyə təhvil verməyə borcludur. Müqavilənin hər bir səhifəsi podratçı və sifarişçi tərəfindən imzalanaraq və möhürlənərək təsdiqlənmişdir. (i.v. 75-80) Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X17” MMC-nin qanuni təmsilçisi Təqsirləndirilən şəxs Məhəttəm oğludur. (i.v. 100) Astara rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli AZ İİ №102501 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020ci il tarixdə travmatik pnevmaotoraks səbəbindən vəfat etmişdir. (i.v. 174) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Əmək təhlükəsizliyinin tədqiqi haqqında xx xxxxxx 2021-ci il tarixli 10/3724 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları” nın 1.19, 2.26, 10-cu bəndinin və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Svay işlərinin görülməsinə dair 01 №-li podrat müqaviləsi”nin 3.2.2-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin bilavasitə texniki səbəbi olmuşdur. Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Royal Park” yaşayış massivinin “A” blokunda olan 29 nömrəli evin ərazisində aparılan tikinti-quraşdırma işlərini müəyyən edilmiş qaydada təsdiq edilmiş iş icra layihəsi və ya texnoloji kartalar əsasında təşkil etmədiyinə, işçilər ilə bilavasitə iş yerində təlimatlandırma aparmaqla işlərin təhlükəsiz metod və yerinə yetirmə üsulları öyrədilmədiyinə, eləcə də yer səthindən 2 metr hündürlükdə yerləşən kənarları qoruyucularla çəpərlənməmiş iş meydançasında işlərin təhlükəsiz aparılması üçün işçiləri qoruyucu kəmərlə təmin etmədiyinə görə “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.19, 2.26, 10-cu bəndinin və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Svay işlərinin görülməsinə dair 01 №-li podrat müqaviləsi”nin 3.2.2-ci bəndinin tələbləri həmin işlərin təhlükəsiz görülməsinə cavabdeh olan “xxxx” MMC-in direktoru Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. (187-191) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsinin Yasamal rayon şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 01 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs adına Bakı şəhəri 3 saylı Şəhər klinik Xəstəxanasında tərtib olunmuş c3346 saylı xəstəlik tarixinin kserosurətində qeyd edilir ki, o, xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində “Müştərək travma. Açıq kəllə beyin travması. Baş beyinin ağır dərəcəli əzilməsi. Sağ beyin yarımkürəsinin üzərində subdural hematoma. Dislokasiya. Pnevmosefaliya. Sağ təpə sümüyünün basılmış qəlpəli sınığı. Sağ gicgah-ənsə sümüklərinin xətti sınığı. Ağ ciyərlərin küt travması. Sağ tərəfli pnevmosefaliya” diaqnozu ilə xəstəxanaya daxil olmuş, bir gündən sonra “Medistyle Hospitalına” aparılmış və orada ona “Açıq kəllə beyin travması. Subdural hematomanın ləğvi əməliyyatından sonrakı vəziyyət. Pnevmotoraks” diaqnozu qoyulmuş, aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstə xx.xx.2020-ci il tarixdə saat 04:30-da ölmüşdür. Vətəndaş Zərərçəkmiş şəxs adına tərtib edilmiş xəstəlik tarixlərində qeyd olunan xəsarətlər – açıq ağır kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, baş beyinin sağ yarımkürəsinin üzərində subdural hematoma, sağ təpə sümüyünün basılmış qəlpəli, sağ gicgah-ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, ağ ciyərlərin küt travması, pnemotoraks, L2 fəqərə cisminin sağ köndələn çıxıntısının yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sıvay-qazma işləri apararkən yıxılaraq başının dəmir boruya dəyməsi nəticəsində törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi ekspertizadan keçirilmədiyindən onun ölümünün səbəbini dəqiq müəyyən etmək mümkün deyil, lakin adına tərtib edilmiş xəstəlik tarixlərində qeyd olunanlara əsaslanaraq demək olar ki, onun ölümünə səbəb almış olduğu ağır kəllə beyin travması nəticəsində sağ təpə sümüyünün basılmış qəlpəli sınığı, sağ gicgah-ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, baş beyinin sağ yarımkürəsi üzərində subdural hematoma (sərt beyin qışası altına qanın yığılması) ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi ola bilərdi. Ölüm, “Medistyle Hospitalın” da xx.xx.2020-ci il tarixdə saat 04:30-da baş vermişdir. (i.v. 204-208) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(004)-3441/2020 saylı qərarından görünür ki, “X17” MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi üçün “X17” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilmişdir. Baki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-149/2021 saylı qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(004)-3441/2020 saylı qərarından X17” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibb, məhkəmə-texniki-təhlükəsizlik ekspertizalarının rəyləri, götürmə və baxış protokolları və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmişdir. (i.v. 209-221) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun tərəfindən hər hansı işlərin yerinə yetirməsinə cəlb edilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə məqsədi ilə verildiyi qənaətinə gəlir. Belə ki, Baki Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(004)- 3441/2020 saylı və Baki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-149/2021 saylı qərarları ilə “X17” MMC tərəfindən Zərərçəkmiş şəxs əmək müqaviləsi bağlamadan hər hansı işlərə cəlb edilməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in: 222.1-ci maddəsinə əsasən Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda - bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 222.3-cü maddəsinə əsasən Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. xx xxxx 1980-ci ildə təsdiq olunmuş “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın tələblərinə görə: -bənd 1.19. “Tikinti-quraşdırma işlərinə yeni qəbul olunmuş işçilər işə buraxılmazdan əvvəl və işlərin yerinə yetirilməsi zamanı müəssisə rəhbəri işçilərin 12.0.004-79 DÜST-in (dövlət standartının) tələblərinə uyğun olaraq peşə üzrə hazırlıq və təhlükəsizlik texnikası üzrə təlim keçməsini təmin etməlidir. İşə qəbul olunmuş fəhlələrlə 3 ayda bir dəfədən az olmayaraq iş yerlərində təhlükəsizlik texnikası üzrə təkrar təlimatlar keçirilməli və ildə bir dəfədən az olmayaraq müəssisədə yaradılmış komissiya tərəfindən onların bilikləri yoxlanılmalıdır. Bu yoxlamalardan yalnız müsbət keçmiş işçi sərbəst işləməyə buraxılmalıdır”. -bənd 2.26. “1,3 m və daha şox hündürlükdə və aşırımdan 2 m-dək məsafədə olan iş yerləri, 12.4.059-78 DÜST-ünə (Dövlət standartına) uyğun olaraq müvəqqəti qoruyucu çəpər ilə təmin olunmalıdır. Qoruyucu çəpərin quraşdırılması mümkün olmadıqda, hündürlükdə görülən işlər, 12.4.089-80 DÜST-ülə, qoruyucu kəmərlərin istifadəsi ilə yerinə yetirilməlidir”. -bənd 10. “Tapşırılmış iş sahəsi dairəsində, iş icraçılarının və ustaların (usta-briqadirlərin) üzərinə aşağıdakı vəzifələr düşür. a) işləri müəyyən edilmiş qaydada təsdiq edilmiş iş icra layihəsi və ya texnoloji kartalar əsasında təşkil etmək və fəhlələri işlərin təhlükəsizlik yerinə yetirilməsi metodları ilə tanış etmək. v) işlərin təhlükəsiz metod və yerinə yetirmə üsulları haqda işçilər ilə bilavasitə iş yerində təlimatlandırma aparmaq və bu haqda xüsusi jurnalda müvafiq qeydiyyat aparmaq”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 222.3-cü maddəsi ilə düzgün tövsif edildiyindən, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 203) 137 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ondan ötrü ki, o, həqiqətən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K,İsmayılov küçəsi yat/Na ev 2-də pasport qeydiyyatındadır. Qeydiyyatda olduğu müddətdə qonşuları tərəfindən 137 saylı MKİS-nə heç bir narazılıq və şikayət ərizəsi daxil olmamışdır. (i.v. 197) “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seşilmişdir. (i.v. 247-250) Zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş ərizədən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınan Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələbi yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs münasibətdə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. CM-nın 56.1.1-ci madəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar