Məhkəmə qərarları › İş №1(004)-139/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-139/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-139/2023 22.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, X2, müdafiəçi 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi, ev 62 ünvanda qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Belə ki, o, ünvan 2 ünvanda yerləşən binanın yaşadığı 7 nömrəli mənzilinin istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın (YTQN01-2001) 1.10.2, 6.2 və "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ N 02-2002) 2.3.3.1, 2.3.6 bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməyərək yaşadığı mənzilin daxili elektrik xətlərini müvafiq qaydaların tələblərinə uyğun olaraq quraşdırılmasını, mənzilin elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktiki baxışların, planlaşdırılmış təmirlərin keçirilməsini təmin etməmiş və yanğın törədə bilən pozuntuları aradan qaldırmamışdır. Bu səbəbdən də, 17 may 2022-ci il tarixdə saat 22 radələrində mənzilin eyvan hissəsində, eyvana girişdən sağ tərəfdə döşəmə səviyyəsində gərginlik altında olan naqildə qısaqapanmanın yaranması nəticəsində əmələ gəlmiş temperaturdan yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermiş, yanğının qonşuluqda yerləşən mənzillərə yayılması nəticəsində binanın 3-cü mərtəbəsində yerləşən 7B nömrəli mənzilin sahibi 1948-ci il təvəllüdlü X12 sağ yuxarı və hər iki baldır nahiyələrinin İİ-İİİ dərəcəli termiki yanığı xəsarətləri alaraq tənəffüs vasitəsilə dəm qazı ilə zəhərlənmədən hadisə yerində ölmüş, ona məxsus mənzilə tikinti üzrə 6000 manat, əmtəə üzrə 11030 manat, cəmi 17030 manat, yanğının təsirinə məruz qaldığı üçün 3-cü mərtəbədə yerləşən, Zərərçəkmiş şəxs3 məxsus mənzilə tikinti üzrə 8000 manat, əmtəə üzrə 18400 manat, cəmi 26400 manat, Zərərçəkmiş şəxs2 məxsus mənzilə tikinti üzrə 6300 manat, əmtəə üzrə 7016 manat, cəmi 13316 manat, Zərərçəkmiş şəxs6 məxsus mənzilə tikinti üzrə 4000 manat, əmtəə üzrə 3055 manat, cəmi 7055 manat, Zərərçəkmiş şəxs5 məxsus mansard hissəyə tikinti üzrə 17400 manat, əmtəə üzrə 4240 manat, cəmi 21640 manat, yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən 2-ci mərtəbədə yerləşən Zərərçəkmiş şəxs8 məxsus mənzilə tikinti üzrə 9200 manat, əmtəə üzrə 10800 manat, cəmi 20000 manat, Zərərçəkmiş şəxs7 məxsus mənzilə tikinti üzrə 8600 manat, əmtəə üzrə 4860 manat, cəmi 13460 manat, 1-ci mərtəbədə yerləşən Zərərçəkmiş şəxs10 məxsus mənzilə tikinti üzrə 6000 manat, əmtəə üzrə 2500 manat, cəmi 8500 manat, Zərərçəkmiş şəxs4 məxsus mənzilə tikinti üzrə 8400 manat, əmtəə üzrə 4380 manat, cəmi 12780 manat, Zərərçəkmiş şəxs11 məxsus mənzilə tikinti üzrə 4000 manat, əmtəə üzrə 5060 manat, cəmi 9060 manat, X3 tikinti üzrə 1200 manat, əmtəə üzrə 3100 manat, cəmi 4300 manat, ümumilikdə 153541 manat məbləğində maddi ziyan dəymiş, bununla da, Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda anası Şəmsiyə İsmayılovaya məxsus mənzildə yaşamışdır. Mənzili iki hissəyə bölərək 1/2 hissəni Zərərçəkmiş şəxs6 satmış, özü isə eyvan tipli sahədə yaşamışdır. Yaşadığı eyvan tipli sahədə döşəmə səviyyəsindən təqribən 1.5 metr hündürlükdə divara vurulmuş elektrik lampası, onun yanında paltar dolabı, 4 siyirtməli plastik materialdan olan dolab, çarpayının yanında stol-stul və əlavə dolab olmuş, mənzilin elektrik xətləri divarüstü çəkilmiş, giriş qapısından sol tərəfdə 3 girişli elektrik yuvası olmuş, həmin elektrik yuvasına elektrik uzadıcısı daxil edilməklə eyvan hissəyə elektrik enerjisi verilmişdir. Elektrik uzadıcısına isə daim yanılı vəziyyətdə olan divardan asdığı elektrik lampası qoşulu olmuşdur. Elektrik yuvasına uzadıcı daxil etməklə digər sahələrdə də elektrik enerjisindən istifadə etmişdir. Həmin elektrik uzadıcısı eyvanın hər bir hissəsinə çatmışdır. Tərəfindən mənzilin elektrik xətlərində hər hansı təmir-bərpa işləri aparılmamışdır. Mənzilin daxilində elektrik sayğacı və elektrik avtomatları olmamışdır. Sayğac və avtomatlar binanın əsas girişindən daxil olduqda sol tərəfdə yerləşən elektrik şitində yerləşmişdir. Eyvanın divarları taxta fonerdən, döşəməsi taxtadan, tavan hissəsi isə lambrin təbəqədən ibarət olmuşdur. 17 may 2022-ci il tarixdə səhər saat 11 radələrində yuxudan duraraq binanın məhəlləsinə düşərək maşınların parklanması işlərinə başlamış, saat 22:10 dəqiqədə anası Şəmsiyə onu çağıraraq binanın elektrik xətlərində nasazlıq olduğunu, işıqların közərdiyini bildirmişdir. Binanın həyətinə girdikdə, həqiqətən də elektrik lampalarının közərdiyini görmüş və hər hansı nasazlığın olmasını ehtimal edərək mənzilinə tərəf qaçmışdır. Mənzilinə yaxınlaşdıqda tüstü iyi hiss etmiş, lakin mənzilin giriş qapısından tüstü kəskin olduğundan içəriyə daxil ola bilməmişdir. Həmin vaxtı digər sahələrdə tüstülənmə və yanğın olmamışdır. Bundan sonra yenidən binanın həyətinə düşərək yanğın barədə qonşulara və yanğınsöndürənlərə məlumat vermiş, yanğınsöndürənlər gələrək yanğının qarşısını almışlar. Yanğın söndürüldükdən sonra qonşuluqda yerləşən mənzildən 1948-ci il təvəllüdlü X5 meyiti aşkar edilərək çıxarılmışdır. Yanğın nəticəsində yaşadığı mənzil daxil olmaqla qonşuluqda yerləşən bir neçə mənzil içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmışlar. Yanğının qəsdən törədilməsi ehtimalı yoxdur. Onun heç kimlə düşmənçiliyi, ədavəti və qərəzli münasibətləri olmamışdır. Yanğın yaşadığı mənzilin eyvan tipli otağında işlək vəziyyətdə olan uzadıcı və ya uzadıcıya qoşulu vəziyyətdə olan elektrik lapmasının naqillərində yaranmış elektrik nasazlıqdan baş vermişdir. Maddi imkanı zəif olduğundan yaşadığı mənzilin elektrik avadanlıqlarına, müdafiə aparatlarına vaxtlıvaxtında profilaktik baxışların, eləcə də planlaşdırılmış təmirlərin keçirilməsini təmin etməyərək yanğın törədə bilən pozuntuları aradan qaldırmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2022-ci il tarixli 10/3252 nömrəli məhkəmə yanğın-texniki ekspertizasının rəyi ilə tanış olmuş, rəylə razıdır və yanğın mənbəyi yaşadığı mənzilin eyvan hissəsində, eyvana girişdən sağ tərəfdə döşəmə səviyyəsndə olmuşdur. Yaşadığı mənzildə yanğın, gərginlik altında olan naqildə qısaqapanmanın yaranması nəticəsində əmələ gəlmiş temperaturdan yaxınlıqda yerləşən yanar materialların alışmasından baş vermişdir. Daimi iş yeri olmadığı və maddi imkanı zəif olduğu üçün yaşadığı mənzildə daxili elektrik xətləri müvafiq qaydaların tələblərinə uyğun olaraq quraşdırılması, həmçinin evin elektrik avadanlıqlarına, mudafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktiki baxışların, eləcə də planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntuları aradan qaldırmamış və buna görə də tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ N 01-2001) 1.10.2, 6.2 və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ N 02-2002) 2.3.3.1, 2.3.6 bəndlərinin tələbləri pozulmuşdur. Bundan başqa özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin, həmçinin zərərçəkmiş şəxslərin ona qarşı şikayət, tələb və mülki iddialarının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, həmçinin zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2019-cu ildən ünvan 2 ünvanda yerləşən özünə məxsus 7A nömrəli mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. 17 may 2022-ci il tarixdə saat 22 radələrində ailə üzvləri ilə birlikdə evdə olarkən, binanın dəhlizindən səs-küy gəldiyini eşitmiş və yanıq iyi hiss etmişdir. Əri Rizvan evin giriş qapısını açaraq çölə çıxmaq istəyərkən binanın dəhlizində qatı tüstü və alovun olduğunu görmüş, pilləkən qəfəsi ilə düşmək mümkün olmadığından yanğınsöndürənlər gələnədək ailə üzvləri ilə birlikdə mənzilin eyvan hissəsində gözləmişlər. Daha sonra yanğınsöndürənlər gələrək yardımçı pilləkənlər vasitəsilə onları həyətə düşürmüşlər. Çöldən yanğını müşahidə etdikdə yanğının daha çox qonşusu Təqsirləndirilən şəxs mənzilində olduğunu görmüşdür. Yanğın yanğınsöndürənlər tərəfindən söndürüldükdən sonra 3-cü mərtəbədə yerləşən mənzildə yaşayan X5 meyiti çıxarılaraq polis əməkdaşlarına təhvil verilmişdir. Yanğın nəticəsində yaşadığı mənzilin giriş qapısının ön hissəsində mənzilə aid və dəhlizdə yerləşən dolabda olan bütün əşyalar yanğının təsirinə məruz qalmış, mənzilin içərisindəki əşyalar isə yanğının söndürülməsi zamanı istifadə olunmuş suyun təsirindən yararsız vəziyyətə düşməsi nəticəsində ona maddi ziyan dəymişdir. Yanğın, qonşusu Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan elektrik xətlərində yaranmış elektrik qəza halından baş vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən 1 nömrəli mənzil özünə məxsus olsa da, orada yaşamamışdır. 17 may 2022-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanda yerləşən binada yanğın baş verməsi barədə məlumatı 1 gün sonra almış, hadisə yerinə getdikdə ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasında yanğın baş verdiyini, yanğın nəticəsində binanın 3-cü mərtəbəsində olan mənzillərin yanğının təsirinə məruz qaldığını və özünə məxsus mənzilin isə yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirinə məruz qaldığını görmüşdür. Həmçinin yanğın nəticəsində binanın 3-cü mərtəbəsində yaşayan Elen Abdullabəyovanın öldüyünü eşitmişdir. Yanğın nəticəsində binanın 3-cü mərtəbəsində yerləşən mənzillər içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmış, 1-ci və 2-ci mərtəbədə olan mənzillər isə yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən içərisindəki əşyalarla birlikdə yararsız vəziyyətə düşmüşdür. Yanğın, qonşusu Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan elektrik xətlərində yaranmış elektrik qəza halından baş vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən 7 nömrəli mənzildə yaşamışdır. Yaşadığı mənzil əvvəl atası X11 adına, atası öldükdən sonra isə anası Şəmsiyə İsmayılovanın adına rəsmiləşdirilmişdir. 2007-ci ildə atası Eldar İsmayılov qardaşı Əkbərin və onun yaşaması üçün mənzili iki hissəyə bölmüş, 2009-cu ildə isə atası Eldar yaşadıqları mənzilin üst hissəsini, yəni dam hissəsini təmir etdirərək ailə üzvləri ilə birlikdə yaşaması üçün ona vermişdir. Təxminən 2019-cu ildə daha əvvəl iki hissəyə bölünərək istifadəsində olan sahəni Zərərçəkmiş şəxs6 almışdır. Zərərçəkmiş şəxs6 isə orada təxminən 2021-ci ilin avqust ayından yaşamağa başlamışdır. Anası Şəmsiyə binanın birinci mərtəbəsində olan çox illər əvvəl anbar kimi istifadə etdikləri sahəni təmizləyərək orada yaşamışdır. 17 may 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı mənzildən bir qədər uzaqda olarkən dostları yaşadıqları bina tərəfdən alovun yüksəldiyini bildirmiş, evə tərəf getdikdə qardaşı Təqsirləndirilən şəxs yaşadığı mənzildən açıq alovun yüksəldiyini görmüşdür. Binanın 3–cü mərtəbəsinə qalxmış, digər sahələrdə alov olmamış, yalnız qardaşı Əkbərin yaşadığı mənzildən alovun yayıldığını görmüşdür. Pilləkən qəfəsi ilə qalxdıqda birinci və ikinci mərtəbəsindəki mənzillərdə, həmçinin 3-cü mərtəbədə olan digər mənzillərdə açıq alovun olmasına rast gəlməmişdir. Açıq alov yalnız qardaşı Əkbərin yaşadığı mənzil tərəfdə olmuşdur. Yenidən aşağıya düşərək, qonşulara köməklik etmiş, bir müddət sonra hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınmış, yanğın söndürüldükdən sonra binanın 3-cü mərtəbəsində yerləşən mənzildə yaşayan X5 meyiti aşkar edilmişdir. Yanğın nəticəsində öz yaşadığı sahə də daxil olmaqla binanın 3-cü mərtəbəsində yerləşən mənzillər içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmış, 1-ci və 2-ci mərtəbədə olan mənzillər isə yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən içərisindəki əşyalarla birlikdə yararsız vəziyyətə düşmüşdür. Qardaşı Əkbərin yaşadığı evdə daim elektrik enerjisinə qoşulu olan elektrik uzadıcısı, ütülər, elektrik lampası olmuşdur. Qardaşı Əkbərin yaşadığı mənzildə olan cihazlarda daha əvvəl qısapanma halı baş verərək birinci mərtəbədə olan elektrik avtomatından açılma halları olmuş, elektrik cihazları nasaz və köhnə olduğundan bu kimi hallar tez-tez baş vermişdir. Əkbərin yaşadığı eyvan tipli sahənin pəncərələri qara parça ilə örtüldüyündən divarda olan elektrik lampası həmişə yanılı vəziyyətdə olmuşdur. Elektrik lampasının sonluğu açıq olmuş və qardaşı Əkbər həmin divar işığının çılpaq xəttinin sonluğunu elektrik yuvasına soyuq burma üsulu ilə bərkidərək istifadə etmişdir. Həmçinin Əkbərin evinə girişdən sol tərəfdə yerləşən elektrik xətti təxminən 1 il əvvəl qırılmış, Əkbər usta çağırmadan xətti özü biri-birinə soyuqburma üsulu ilə birləşdirərək istifadə etmişdir. Qeyd olunan xətdə isə daim olaraq uzadıcı taxılı vəziyyətdə qalmışdır. Qardaşı Əkbər narkotik vasitə alüdəçisidir və demək olar ki, gün ərzində narkotik vasitənin təsiri altında olur. Yanğın qardaşı Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan elektrik xətlərində yaranmış elektrik qəza halından baş vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında ünvan 2 ünvanda yerləşən 7 nömrəli mənzili Günel adlı şəxsdən almış, aldığı gündən hal-hazıradək orada yaşamamışdır. 18 may 2022-ci il tarixdə saat 15 radələrində ailə üzvləri ilə birlikdə televizorda xəbərlərə baxarkən 17 may 2022-ci il saat 22 radələrində ünvan 2 ünvanda yanğın hadisəsinin baş verdiyini görmüş və yanğının baş verdiyi ünvana getmişlər. Çatdıqda həqiqətən də yanğın hadisəsinin baş verdiyini, özünə məxsus mənzilin və digər mənzillərin yanğının təsirinə məruz qaldığını görmüşdür. Həmçinin yanğın söndürüldükdən sonra binanın 3-cü mərtəbəsində yerləşən mənzildə yaşayan X5 meyitinin aşkar olunmasını eşitmişdir. Yanğın nəticəsində binanın 3-cü mərtəbəsində yerləşən mənzillər içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmış, 1-ci və 2-ci mərtəbədə olan mənzillər isə yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən içərisindəki əşyalarla birlikdə yararsız vəziyyətə düşmüşdür. Yanğının Əkbərin yaşadığı mənzildə olan elektrik xətlərində yaranmış elektrik qəza halından baş verdiyini eşitmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 1991-ci ildən ünvan 2 ünvanda yerləşən özünə məxsus 5 nömrəli mənzildə yaşayır. 17 may 2022-ci il tarixdə saat 22 radələrində binanın dəhlizindən səs-küy gəldiyini eşitmiş və mətbəxin pəncərəsini açaraq yuxarıya baxdıqda yanğın baş verdiyini və alovun ən çox 3-cü mərtəbədə, qonşusu Təqsirləndirilən şəxs yaşadığı mənzilin daxilində olduğunu görmüşdür. Həmin vaxt digər sahələrdə alov zəif olmuşdur. Dərhal mənzildən çıxaraq binanın həyətinə düşmüş, bir müddət sonra hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınsa da, binanın 3-cü mərtəbəsində yerləşən mənzildən qonşusu X5 meyiti aşkar edilmişdir. Yanğın nəticəsində binanın 3-cü mərtəbəsində yerləşən mənzillər içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmış, yaşadığı mənzil daxil olmaqla binanın 1-ci və 2-ci mərtəbəsində olan mənzillər isə yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən içərisindəki əşyalarla birlikdə yararsız vəziyyətə düşmüşdür. Yanğını ilkin aşkar etdiyi zaman ətrafda hər hansı şübhəli halla rastlaşmamış, yanğın qəsdən törədilməmişdir. Yanğın, Əkbərin yaşadığı mənzildə olan elektrik xətlərində yaranmış elektrik qəza halından baş vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2004-cü ildən ünvan 2 ünvanda yerləşən 4 nömrəli mənzildə yaşayır. Yaşadığı mənzil xalası Şahid3 adına rəsmiləşdirilsə də, evin faktiki sahibi özüdür və hadisə nəticəsində maddi ziyan ona dəymişdir. 17 may 2022-ci il tarixdə saat 22 radələrində evdə olarkən binanın dəhlizindən yanıq iyi hiss etmiş və dəhlizə çıxmaq istədikdə tüstü olduğunu görmüş, dərhal binanın həyətinə düşmüş və 101 qaynar xəttinə zəng edərək hadisə barədə məlumat vermişdir. Yuxarıya baxdıqda yanğının binanın 3-cü mərtəbəsində qonşusu Təqsirləndirilən şəxs məxsus mənzilin eyvan hissəsində olduğunu görmüşdür. Yanğın yanğınsöndürənlər tərəfindən söndürüldükdən sonra binanın 3-cü mərtəbəsində yerləşən mənzildə yaşayan X5 meyiti çıxarılaraq polis əməkdaşlarına təhvil verilmişdir. Yanğın nəticəsində binanın 3-cü mərtəbəsində yerləşən mənzillər içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmış, 1-ci və 2-ci mərtəbədə olan mənzillər isə yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən içərisindəki əşyalarla birlikdə yararsız vəziyyətə düşmüşdür. Baş vermiş hadisə nəticəsində yaşadığı mənzil içərisindəki əşyalarla birlikdə yanğının söndürülməsi zamanı istifadə olunmuş suyun təsirindən yararsız vəziyyətə düşmüşdür. Yanğın, qonşusu Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan elektrik xətlərində yaranmış elektrik qəza halından baş vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 1983-cü ildən ünvan 3 ünvanda yaşayır. Mənzil mərhum əri X11 adına olmuş, əri Eldar 2018-ci ildə öldükdən sonra mənzil adına rəsmiləşdirilmişdir. Qeyd olunan sahədə oğulları Zərərçəkmiş şəxs5 və Təqsirləndirilən şəxs yaşamışlar. 2004-cü ildən isə binanın giriş hissəsində, pilləkən qəfəsinin altında olan sahəni yaşayış yeri kimi düzəldərək orada yaşamışdır. 17 may 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı sahədə televizora baxdığı zaman elektrik lampalarında közərmə baş verdiyini görmüş, oğlu Əkbəri çağıraraq elektrik lampalarında közərmə olduğunu bildirmiş, Əkbər isə binanın girişində olan elektrik lövhəsinə baxaraq heç bir narahatçılığın olmadığını bildirərək küçəyə çıxmışdır. 3-4 dəqiqə sonra Əkbər küçədən qaça-qaça gələrək 3-cü mərtəbədə yanğın olduğunu bildirmişdir. 1-ci mərtəbədən 3-cü mərtəbəyə baxdıqda oradan güclü alovun olduğunu görmüş, sonra bu barədə qonşulara məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınsa da, 3-cü mərtəbədə yerləşən mənzildə yaşayan X5 meyiti aşkar edilərək müvafiq orqanlara təhvil verilmişdir. Yanğın nəticəsində binanın 3-cü mərtəbəsində yerləşən mənzillər içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmış, 1-ci və 2-ci mərtəbədə olan mənzillər isə yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən içərisindəki əşyalarla birlikdə yararsız vəziyyətə düşmüşdür. Əkbərin yaşadığı mənzildə elektrik yuvası giriş hissədə olmuş, Əkbər həmin elektrik yuvasına elektrik uzadıcı qoşmaqla eyvan tipli otaqda elektrik enerjisindən istifadə etmiş, Əkbərin evində elektrik avadanlıqlarından 2 ədəd elektrik plitəsi, elektrik lampası olmuşdur. Oğlu Əkbərin daimi iş yeri olmamış, o binanın həyətində maşınların parklanmasına nəzarət etmiş, Əkbər narkotik vasitədən daimi istifadə etmişdir. Əkbərin yaşadığı sahədə təqribən 1 il əvvəl elektrik xətlərində yaranmış nasazlıqlan qoruyucu avtomat atmış, lakin yanğın baş verməmişdir. Yanğının 3-cü mərtəbədən başlamasını görsə də, konkret olaraq haradan başlaması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2000-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir və sonradan vətəndaşlıq alaraq orada yaşamışdır. X12 bacısıdır və ünvan 3B ünvanında yaşamışdır. 18 may 2022ci il tarixdə qohumları istifadəsində olan mobil telefonuna zəng edərək Elenin yaşadığı mənzildə yanğın hadisəsinin baş verdiyini və nəticədə Elenin ölməsi barədə məlumat vermişlər. Şəxsi işləri ilə əlaqədar yalnız 30 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasına gələ bilmiş və Bakı şəhərinə gəldikdən sonra bacısı Elenin yaşadığı ünvana getdikdə binada yanğın olduğunu, eləcə də Elenin yaşadığı mənzilin yanğının təsirinə məruz qaldığını görmüşdür. Bacısı Elenlə münasibəti yaxşı olmuş, tez-tez onunla telefon əlaqəsi saxlamış və ona pul göndərmişdir. Aralarında heç vaxt dava-dalaş və ya sair qərəzli münasibətləri olmamışdır. Elenin hər hansı şəxslərlə dava-dalaş, küsülülük və sair qərəzli münasibətləri olmamışdır o sakit insan olmuşdur. Sonuncu dəfə 14 may 2022ci il tarixdə bacısı Elenlə telefonda danışmış, bu zaman Elen hər şeyin qaydasında olduğunu demiş, bir qədər danışaraq hal-əhval tutduqdan sonra sağollaşmışlar. Baş vermiş yanğının səbəbi barədə heç bir dəqiq məlumatı yoxdur. Lakin, qonşularla söhbəti zamanı, yanğının Təqsirləndirilən şəxs yaşadığı mənzildən başladığını eşitmişdir. Yanğın, Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan elektrik naqillərində yaranmış elektrik qəza halından baş vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs10 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 1982-ci ildən ünvan 2 ünvanda yerləşən özünə məxsus 1 nömrəli mənzildə qızı Şahid4 ilə birgə yaşamış, 2017-ci ildən qızı Kəmalə başqa ünvana köçərək ailə üzvləri ilə birlikdə orada yaşamışdır. 10 may 2022-ci il tarixdə göz əməliyyatı olunması ilə bağlı qızı Kəmalənin evinə gedərək müvəqqəti orada yaşamışdır. 18 may 2022-ci il tarixdə saat 14 radələrində qızı mobil telefon vasitəsilə zəng edərək yaşadıqları ünvan 2 ünvanda yanğın baş verdiyini, özünə məxsus mənzilin və digər mənzillərin yanğının təsirinə məruz qaldığını bildirmişdir. Hadisə yerinə gedə bilməsə də, yanğın nəticəsində binanın 3-cü mərtəbəsində yerləşən mənzillərin içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qaldığını, özünə məxsus mənzil daxil olmaqla 1-ci və 2-ci mərtəbədə olan mənzillərin isə yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən içərisindəki əşyalarla birlikdə yararsız vəziyyətə düşdüyünü eşitmişdir. Yanğın, qonşusu Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan elektrik xətlərində yaranmış elektrik qəza halından baş vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2002-ci ildən ünvan 2 ünvanda yerləşən faktiki olaraq özünə məxsus olan 8 nömrəli mənzildə yaşayır. Lakin evin sənədləri yeznəsi X8 adına rəsmiləşdirilmişdir. 17 may 2022-ci il tarixdə saat 22 radələrində evdə olarkən binanın dəhlizinə çıxmış, bu zaman qonşusu Təqsirləndirilən şəxs yaşadığı mənzil tərəfdən alovun yüksəldiyini görmüşdür. Binanın pilləkən qəfəsi yandığından həmin sahə ilə düşə bilməmiş, qonşuların köməkliyi ilə pəncərədən nərdivan vasitəsi ilə binanın həyətinə düşmüşdür. Bir qədər sonra hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğın söndürüldükdən sonra 3cü mərtəbədə yerləşən mənzildə yaşayan qonşusu X5 meyiti çıxarılaraq polis əməkdaşlarına təhvil verilmişdir. Yanğın nəticəsində yaşadığı mənzil və binanın 3-cü mərtəbəsində yerləşən mənzillər içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalaraq ona maddi ziyan dəymiş, binanın 1-ci və 2-ci mərtəbəsində olan mənzillər isə yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən içərisindəki əşyalarla birlikdə yararsız vəziyyətə düşmüşdür. Yanğın qonşusu Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan elektrik naqillərində yaranmış elektrik qəza halından baş vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs11 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda yerləşən 1a nömrəli mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. 17 may 2022-ci il tarixdə bağ evində olduğu zaman qonşular istifadəsində olan mobil telefonuna zəng edərək ünvan 2 ünvanda yanğın hadisəsinin baş verdiyini bildirmiş, dərhal ailə üzvləri ilə birlikdə hadisənin baş verdiyi ünvana getdikdə ona məxsus mənzilin yerləşdiyi binada yanğının baş verməsinin şahidi olmuşdur. Yanğın söndürüldükdən sonra binanın 3-cü mərtəbəsində yerləşən mənzildən X5 meyiti aşkar edilmişdir. Yanğın nəticəsində binanın 3-cü mərtəbəsində yerləşən mənzillər içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmış, özünə məxsus mənzil də daxil olmaqla binanın 1-ci və 2-ci mərtəbəsində olan mənzillər isə yanğının söndürülməsi zamanı istifadə olunan suyun təsirindən içərisindəki əşyalarla birlikdə yararsız vəziyyətə düşmüşdür. Konkret olaraq yanğının haradan başlaması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən ünvan 6 ünvanında yaşayır. 17 may 2022-ci il tarixdə saat 22 radələrində küçədə olduğu zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs görmüş, Əkbər həyəcanla yaşadığı binanın 3-cü mərtəbəsindən tüstü çıxdığını bildirmişdir. Əkbərlə birlikdə binanın 3-cü mərtəbəsinə qalxdıqda Təqsirləndirilən şəxs yaşadığı mənzildən açıq alov və tüstü çıxdığını, həmin vaxt digər sahələrdə yanğının olmadığını görmüş və Əkbərin yaşadığı mənzilin daxilində elektrik naqillərində baş verən qısaqapanmaya \barədə məlumat vermiş, özü isə binanın 1-ci və 2-ci mərtəbəsində yaşayan qonşulara, həmçinin 112 qaynar xəttinə yanğın barədə məlumat vermişdir. Bundan sonra yenidən 3-cü mərtəbəyə qalxmaq istəmiş, lakin artıq alov digər sahələrə yayıldığından binanın küçəsinə düşmüşdür. Qısa müddət ərzində yanğın binanın 3-cü mərtəbəsinin demək olar ki, bütün sahələrinə yayılmış, bir qədər sonra hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınsa da, binanın 3-cü mərtəbəsində yerləşən mənzilin daxilindən 1 nəfər yaşlı qadın meyiti çıxarılmışdır. Əkbər binanın həyətində avtomobillərin parklanmasına nəzarət etmiş və daimi olaraq narkotikdən istifadə etmişdir. Yanğın Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan elektrik xətlərində yaranmış elektrik qəza halından baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC Yasamal rayon Enerji Təchizatı və satış İdarəsinin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi Şahid6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayından "xxxx" ASC Yasamal rayon Enerji Təchizatı və Satış İdarəsinin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsində işləyir. 17 may 2022-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi barədə hadisədən bir müddət sonra məlumatı olmuş, 19 may 2022-ci il tarixdə hadisə yerinə getdikdə həqiqətən də yanğın baş verdiyini və binanın 3-cü mərtəbəsində olan mənzillərin yanğının təsirinə məruz qaldığını görmüşdür. Həmçinin hadisə nəticəsində binanın 3-cü mərtəbəsində yaşayan X5 öldüyünü eşitmişdir. X9 elektrik enerjisindən istifadəsinə görə borcla əlaqədar elektrik enerjisinin verilişi dəfələrlə kəsilmiş və bu barədə aktlar tərtib olunmuşdur. Lakin, S.İsmayılova xətti yenidən qoşaraq elektrik enerjisindən istifadə etmişdir. Yanğın Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan elektrik xətlərində yaranmış elektrik qəza halından baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 43 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi Şahid7 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından Bakı şəhəri Yasamal rayonu, Mənzil Komunal Təsərrüfat Birliyinin 43 saylı Mənzil Komunal İstismar sahəsinin rəisi vəzifəsində işləyir. 17 may 2022-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində olan mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar saat 23 radələrində məlumatı olmuş, dərhal hadisə yerinə getmiş və çatdıqda 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verdiyini, bir neçə mənzilin yanğının təsirinə məruz qaldığını görmüş, həmçinin hadisə nəticəsində binanın 3-cü mərtəbəsində olan mənzildə yaşayan X5 öldüyünü eşitmişdir. ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binası Bakı şəhəri Yasamal rayonu, Mənzil Komunal Təsərrüfat Birliyinin balansındadır. Binanın 3-cü mərtəbəsində, Təqsirləndirilən şəxs yaşadığı, yanğın hadisəsinin baş verdiyi mənzilin daxilində əlavə olaraq taxta parçalardan eyvan inşa edilmiş və qardaşı Zərərçəkmiş şəxs5 tərəfindən binanın dam hissəsi tutularaq mənzil kimi istifadə edilmişdir. Yanğın Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan elektrik xətlərində yaranmış elektrik qəza halından baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. "xxxx" ASC-dən daxil olmuş 01 iyun 2022-ci il tarixli 7-01-/3504 nömrəli məktuba əsasən ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzil üzrə abonent xx.xx.2004-cü il tarixdə **********20007 saylı abunə kodu ilə X5 adına qeydiyyata alınmışdır. Hadisənin baş verdiyi xx.xx.2022-ci il tarixində saat 22:00 radələrində göstərilən ərazidə elektrik enerjisinin verilişində gərginliyin artıb-azalması, fasilələrin olması barədə "xxxx" ASC-yə heç bir məlumat daxil olmamışdır. İİ cild: səhifə 213-221 SOCAR “Azəriqaz” İstehsalat Birliyindən daxil olmuş 07 iyun 2022-ci il tarixli SOCAR **********0490075X00442 nömrəli və 19 iyul 2022-ci il SOCAR **********30560046 X00931 məktubuna əsasən X5 yaşadığı fərdi yaşayış evi qazlaşdırılmış və buna dair qazın alqı-satqısı barədə 15 mart 2021-ci il tarixli AKX-02874xx/xx-2021 nömrəli müqavilə bağlanmışdır. ünvan 8 ünvanı üzrə qaz təchizatında heç bir fasilə və qazın verilişində artıb-azalma, sızma və qəza halları olmamışdır. İİ cild: səhifə 222-229, İİ cild: səhifə 104 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 08 iyun 2022-ci il tarixli 5126 nömrəli məktubuna əsasən xx.xx.1988-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi, ev 62 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə almamışdır. İİ cild: səhifə 1 Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 43 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli 02/47 nömrəli məktubuna əsasən Yasamal rayon 43 saylı MKİS-nin inzibati ərazisində yerləşən 1890-cı ildə inşa edilmiş C.Mustafayev küçəsi ev 62 ünvanı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Ç.Mustafayev küəsi ev 62 ünvanı abidə evdir və Mədəniyyət və Turizm Nazirliyinin siyahısındadır. Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında mənzilləri yanan şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10, X7, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, X12, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs11dır. İİ cild: səhifə 9-33 FHN Əməliyyat-İstintaq İdarəsinin əməliyyat şöbəsinin 14 iyun 2022-ci il tarixli 31/03493 nömrəli və 20 avqust 2022-ci il tarixli 31/02994 nömrəli əməliyyat tapşırıqlarının cavabına əsasən ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasında xx.xx.2022-ci ildə baş vermiş yanğın binanın 3-cü mərtəbəsindən başlamış, yanğına səbəb 3-cü mərtəbədə yerləşən Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan elektrik naqillərində yaranmış qəza halı olmuşdur. Baş vermiş yanğın hadisəsi ərəfəsində Təqsirləndirilən şəxs yaşadığı eyvan tipli sahədə işıq yanılı vəziyyətdə olmuşdur. İİ cild: səhifə 8, İ cild: səhifə 84 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 13 iyul 2022-ci il tarixli **********27 nömrəli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən yaşayış binasının 3-cü mərtəbəsinin 7B saylı mənzili X5 adına, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən yaşayış binasının 3-cü mərtəbəsinin 7A saylı mənzili Zərərçəkmiş şəxs3, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62, 7 saylı mənzili paylı mülkiyyət hüququ əsaslnda X7 və Zərərçəkmiş şəxs6 adlarına qeydiyyata alınmış və hazırda mülkiyyətlərindədir. İİ cild: səhifə 101-103 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X17 xx.xx.2022-ci il tarixli 64 nömrəli rəyinə əsasən X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ yuxarı və hər iki baldır nahiyələrinin İİ-İİİ dərəcəli termiki yanığı həyatidir, yüksək hərarətin yerli təsirindən törənmişlər, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, ölümün baş vermə səbəbi ilə əlaqəlidir. X5 ölümünə səbəb tənəffüs vasitəsilə dəm qazı ilə zəhərlənmə olmuşdur, bu onun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı aşkar edilmiş karboksihemoqlobinlə təsdiqlənir. Ölüm, meyitin müayinəsindən təxminən 12-16 saat əvvəl baş vermişdir. X5 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində karboksihemoqlobin aşkar edilmiş, etil spirti aşkar edilməmişdir. İİ cild: səhifə 125-130 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli 6/2955 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizası rəyinə əsasən tədqiqata təqdim olunmuş yanmış və yarıyanmış taxta qalıqlarında və kömür nümunələrində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər yoxdur. İİ cild: səhifə 109-111 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2022-ci il tarixli 9/3665 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyinə əsasən əmtəə üzrə pərakəndə satışda mövcüd olan anoloji malların qiymətinə əsasən tədqiqata təqdim edilmiş məlumatlarda qeyd edilən zərərçəkmişlərə məxsus qiymətləndirilməsi mümkün olan malların normal vəziyyətdə, nəzəri hesablama yolu ilə orta bazar qiymətinin ümumi dəyəri ilə hesablandıqda təxminən, Zərərçəkmiş şəxs8 məxsus 2 adda mallar 1150 manat, X3 məxsus 15 adda mallar 1470 manat, Zərərçəkmiş şəxs10 məxsus 11 adda mallar 1900 manat, Zərərçəkmiş şəxs5 məxsus 7 adda mallar 1420 manat, Zərərçəkmiş şəxs7 məxsus 9 adda mallar 1530 manat, Zərərçəkmiş şəxs4 məxsus 9 adda mallar 790 manat, Zərərçəkmiş şəxs2 məxsus 24 adda mallar 3427 manat, Zərərçəkmiş şəxs6 məxsus 9 adda mallar 1670 manat, Zərərçəkmiş şəxs11 məxsus 7 adda mallar 1360 manat kimi müəyyən edilr. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Təqdim edilmiş məlumatlarda qeyd edilən bəzi malların markası, modeli, texniki göstəriciləri, əmtəə görünüşü məlum olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. İİ cild: səhifə 157-161 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli 9/6340 nömrəli əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası rəyinə əsasən Zərərçəkmiş şəxs1 məxsus əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji malların qiymətinə əsasən tədqiqata təqdim edilmiş məlumatda qeyd edilən 18 adda qiymətləndirilməsi mümkün olan malların normal vəziyyətdə, nəzəri hesablama yolu ilə orta bazar qiymətilə ümumi dəyəri təxminən 11030,00 manat müəyyən edilir. Zərərçəkmiş şəxs3 məxsus əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji malların qiymətinə əsasən tədqiqata təqdim edilmiş məlumatda qeyd edilən 8 adda qiymətləndirilməsi mümkün olan malların normal vəziyyətdə, nəzəri hesablama yolu ilə orta bazar qiymətilə ümumi dəyəri təxminən 7850,00 manat müəyyən edilir. İİİ cild: səhifə 1-5 30 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarda məhkəmə əmtəəşünaslıq ekspertizasının rəylərində göstərilən maddi ziyanın məbləği ilə zərərçəkmiş şəxslər tərəfindən təqdim olunmuş siyahılar üzrə maddi ziyanın məbləği arasında ziddiyət olduğu üçün, ekspertin öz sahəsi üzrə ixtisaslaşmasını, cinayət prossesində marağı olmadan, tərtib etdiyi rəydə materialları, əmlakı, onların ölçü vahidini, miqdarını, məbləğini daha dəqiq göstərdiyini nəzərə alaraq hadisə nəticəsində əmtəə üzrə dəymiş maddi ziyanın məbləği məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində olduğu kimi qəbul edilmiş, ekspert tərəfindən qiymətləndirilməyən yerdə qalan əmlakın dəyəri zərərçəkmiş şəxslərin göstərdiyi məbləğdə qiymətləndirilmişdir. İİİ cild: səhifə 23-37 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 10/3253 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasında yerləşən vətəndaş Zərərçəkmiş şəxs10 məxsus mənzilin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 6000 manat, vətəndaş X3 məxsus mənzilin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1200 manat, vətəndaş Zərərçəkmiş şəxs4 məxsus mənzilin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 8400 manat, vətəndaş Zərərçəkmiş şəxs7 məxsus mənzilin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 8600 manat, vətəndaş Zərərçəkmiş şəxs8 məxsus mənzilin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 9200 manat, vətəndaş Zərərçəkmiş şəxs3 məxsus mənzilin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 8000 manat, vətəndaş Zərərçəkmiş şəxs2 məxsus mənzilin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 6300 manat, vətəndaş Zərərçəkmiş şəxs6 məxsus mənzilin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 4000 manat, vətəndaş X10 məxsus mənzilin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 6000 manat, vətəndaş Zərərçəkmiş şəxs5 məxsus mənzilin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 17400 manat, vətəndaş Zərərçəkmiş şəxs11 məxsus mənzilin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 4000 manat məbləğində olduğu müəyyən olunmuşdur. İİİ cild: səhifə 6-9 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2022-ci il tarixli 10/3252 nömrəli məhkəmə yanğın-texniki ekspertizasının rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli binada yaranmış yanğın izlərinin nisbi xarakterinə və yaranma mexanizminə görə müəyyən edilmişdir ki, yanğının mənbəyi, binanın 3-cü mərtəbəsində Təqsirləndirilən şəxs yaşadığı evin eyvan hissəsində, eyvana girişdən sağ tərəfdə döşəmə səviyyəsində olmuşdur. Hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmiş mənbə zonasında elektrik uzadıcısının qalıqlarının aşkar edildiyini və istintaq tərəfindən həmin uzadıcıya eyvanda olan divar işığının naqilinin qoşulu olduğu, həmin divar işığının da, daima yanılı vəziyyətdə saxlanıldığı müəyyən edildiyini, eləcə də nümunələrin tədqiqatı zamanı naqilin damarları üzərində elektrik qəza halı olan qısaqapanmaya xarakterik ərimə əlamətinin aşkar edildiyini nəzərə aldıqda, yanğın gərginlik altında olan naqildə qısaqapanmanın yaranması nəticəsində əmələ gələn temperaturdan yaxınlıqda yerləşən yanar materialların alışmasından baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın (YTQN01-2001) 1.10.2, 6.2 bəndlərinin və "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları'nın (YTQ) N 02-2002) 2.3.3.1, 2.3.6 bəndlərinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli binanın 3-cü mərtəbəsində Təqsirləndirilən şəxs yaşadığı evin daxili elektrik xətləri müvafiq qaydaların tələblərinə uyğun olaraq quraşdırılması, həmçinin evin elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtıvaxtında profilaktiki baxışların, eləcə də planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntular aradan qaldırılmadığına görə, "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları'nın (YTQ N 01-2001) 1.10.2, 6.2 və "Fardi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları"nın (YTQ Nº02-2002) 2.3.3.1, 2.3.6 bəndlərinin tələbləri həmin evdə yaşayan Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İİİ cild: səhifə 10-15 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İİ cild: səhifə 42-46 xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan» tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 bağlamada elektrik uzadıcısı, elektrik xətləri və 01 bağlamada yanğından sonrakı qalıq nümunələri maddi sübut kimi tanınaraq saxlanılması üçün FHN Əməliyyat-İstintaq İdarəsinin İnzibati-təsərrüfat sektoruna təhvil verilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X5 hüquqi varisi Zərərçəkmiş şəxs1, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, X2 və Zərərçəkmiş şəxs10 ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X4 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, onlar Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, həmçinin zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsipi və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin, həmçinin zərərçəkmiş şəxslərin ona qarşı şikayəti, tələb və mülki iddialarının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsinin sanksiyasında nəzərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının FHN Əməliyyat-İstintaq İdarəsinin İnzibati-təsərrüfat sektorunda saxlanılan 01 bağlamada yanğından sonrakı qalıq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 bağlamada elektrik uzadıcısı və elektrik xətləri sahibinə qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 450 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş” başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının FHN Əməliyyat-İstintaq İdarəsinin İnzibati-təsərrüfat sektorunda saxlanılan iş üzrə maddi sübut 01 bağlamada yanğından sonrakı qalıq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə digər maddi sübut olan 01 bağlamada elektrik uzadıcısı və elektrik xətləri sahibinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 450 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar