Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-14/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, dalan 3, ev 2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, dalan 3, ev 2-də qeydiyyat olan barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 təkrarən bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslər üzərində zor tətbiq olunması ilə müqavimət göstərib qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 19:50-də ictimai yer hesab olunan Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 ünvanında yerləşən «Royal musiqi alətləri» mağazasına daxil olub heç bir əsaslı səbəb olmadan ünvansız olaraq nalayiq ifadələr işlədib öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla qərəzli hərəkətlər etmiş, bununla bağlı mağaza sahibi Zərərçəkmiş şəxs etirazı səbəbindən mağazanı tərk etdikdən sonra həmin mağazanın qarşısında öz qanunsuz əməllərini davam etdirərək çəkdiyi siqaretin kötüyünü sonuncunun üzərinə atmış, həmin vaxt orada olan və qeyd olunan səbəbdən yaranmış mübahisəyə müdaxilə edən qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib ucadan səs-küy salmaqla nalayiq ifadələr işlədib cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərini davam etdirərək Təqsirləndirilən şəxs1 qəsdən yumruqla vuraraq Zərərçəkmiş şəxs baş nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsindən sonra ucadan nalayiq söyüşlər söyüb Zərərçəkmiş şəxs qəsdən yumruqla bir zərbə vurub ona sol göz yuvasının qançır və sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək xuliqanlıq etmişdir. Bundan sonra o, xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 ünvanında Zərərçəkmiş şəxs oğlu Şahid2 ilə sözlü mübahisə edərkən onları sakitləşdirmək və baş verə biləcək qanun pozuntusunun qarşısını almaq məqsədi ilə onlara yaxınlaşmış Zərərçəkmiş şəxs gördükdə ictimai yer hesab olunan həmin yerdə təkrarən qardaşı Təqsirləndirilən şəxs1lə bir qrup şəxs halında sonuncu ilə mübahisə edib heç bir əsaslı səbəb olmadan ucadan səs-küy salmaqla nalayiq ifadələr işlədib cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək vahid niyyətlə əhatə olunan qəsdlə Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona zor tətbiq etməklə hədələməsinin ardınca silah qismində istifadə etdiyi istintaqa məlum olmayan hadisə yerindən götürdüyü daş parçası ilə onların qanunazidd davranışlarına son qoymaqla bağlı ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs qəsdən vuraraq başın ənsə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə müqavimət göstərib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 təkrarən bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslər üzərində zor tətbiq olunması ilə müqavimət göstərib qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 19:50-də Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 ünvanında yerləşən «Royal musiqi alətləri» mağazasının qarşısında qardaşı Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan qeyd edilən mağazaya daxil olub orada nalayiq ifadələr işlətməsinə görə mağaza sahibi Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs2 irad bildirməsini gördükdə onlara yaxınlaşmış, həmin vaxt qeyd olunan səbəbdən yaranmış mübahisəyə müdaxilə edərək qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşib heç bir əsaslı səbəb olmadan ucadan səs-küy salmaqla nalayiq ifadələr işlədib cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etdirərək qəsdən yumruqla vurub Zərərçəkmiş şəxs baş nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsindən sonra Təqsirləndirilən şəxs2 ucadan nalayiq söyüşlər söyüb qəsdən Zərərçəkmiş şəxs yumruqla bir zərbə vurub ona sol göz yuvasının qançırı və sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək xuliqanlıq etmişdir. Bundan sonra o, xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 ünvanında Zərərçəkmiş şəxs oğlu Şahid2 ilə sözlü mübahisə edərkən onları sakitləşdirmək və baş verə biləcək qanun pozuntusunun qarşısını almaq məqsədi ilə onlara yaxınlaşmış Zərərçəkmiş şəxs gördükdə ictimai yer hesab olunan həmin yerdə təkrarən qardaşı Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında sonuncu ilə mübahisə edib heç bir əsaslı səbəb olmadan ucadan səs-küy salmaqla nalayiq ifadələr işlədib cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək vahid niyyətlə əhatə olunan qəsdlə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla onların qanunazidd davranışlarına son qoymaqla bağlı ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona zor tətbiq etməklə hədələməsinin ardınca qardaşı Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi istintaqa məlum olmayan hadisə yerindən götürdüyü daş parçası ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq başın ənsə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə müqavimət göstərib xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o və qardaşları heç bir yerdə işləmirlər və adətən gün ərzində yaşadığı evin yaxınlığında gəzişib siqaret çəkməklə məşğul olurlar. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 ünvanında yerləşən «Royal musiqi alətləri» mağazasının sahibi Zərərçəkmiş şəxs oğlu Şahid2 uzun müddətdir ki, tanıyır, həmin şəxslərlə qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. Bəzən siqaret və ya spirtli içki almağa pul tapmadıqda Yasamal rayonu, N.Nərimanov prospekti, 125 ünvanında yerləşən «Royal musiqi alətləri» mağazasına gedib Nəsimidən 1-2 manat siqaret pulu almışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində «Royal musiqi alətləri» mağazasında işləyən Nəsimidən 1-2 manat siqaret pulu almaq məqsədi ilə həmin mağazaya gedib, siqaret çəkərək mağazaya daxil olmuşdur. Həmin vaxt o əsəbi halda olmuş və mağazanın içərisində olan pianolara baxaraq, dodağının altında söyüşlü mahnı zümzümə edərək, Nəsimini axtarmağa başlamış, lakin Nəsiminin mağazada olmadığını, onun atası Azərin və bir satıcı işləyən qadının mağazada olduğunu görmüşdür. Bu zaman Azər ona yaxınlaşıb kim olduğunu və niyə görə icazəsiz mağazaya daxil olub söyüş söydüyünü soruşmuş, lakin o Azəri bu sözlərinə məhəl qoymayıb asta addımlarla qapıya tərəf yönəlib mağazadan çıxmışdır. Bu zaman Azər də onun ardınca mağazadan çölə çıxıb növbəti dəfə nə üçün söyüş söydüyünü soruşaraq ona arxadan təpik vurmuş və o Azərin bu hərəkətinə əsəbiləşib əlindəki tüstülənən siqareti Azərin üstünə tullayıb kənara çəkilmişdir. Bunu görən Azər onun üstünə qışqıraraq çıxıb getməyini tələb etmiş, o isə Azərdən aralanıb 50-60 metr kənara çəkilərək dayanıb qardaşı Ülvinin gəlməsini gözləməyə başlamışdır. Təxminən 15-20 dəqiqə sonra qardaşı Ülvi ona yaxınlaşıb nə baş verdiyini soruşduqda Ülviyə bir qədər əvvəl həmişə olduğu kimi Nəsimidən 1-2 manat siqaret pulu almaq üçün «Royal musiqi alətləri» mağazasına getdiyini, lakin Nəsiminin mağazada olmamasını və onun atası Azərin onu mağazadan qovduğunu və Azərin ona arxadan təpik vurduğunu demişdir. Ülvi buna görə əsəbiləşib «Royal musiqi alətləri» mağazasının qarşısında dayanan Azərə yaxınlaşmış, o isə qardaşı Ülvinin ardınca Azərə yaxınlaşıb 5-6 metr kənarda dayanmışdır. Ülvi özünü onunla bir məhlədə yaşayan insan kimi Azərə təqdim edərək sonuncudan «ağsaqqal, nə olub?» deyə soruşmuş, Azər isə cavabında ona işarə edərək özünü pis apardığını bildirmişdir. Bu an Ülvi qəflətən Azərin üstünə hücum edib onun baş nahiyəsinə yumruqla vurmuşdur. Ülvinin ardınca o da əli ilə Azəri bir dəfə vurmuş, bundan sonra isə yerdən bir ovuc torpaq götürüb mağazanın şüşəsinə atmış və ardınca mağazanın qapısına yaxınlaşıb bir neçə dəfə qapını əlləri ilə dartıb möhkəm çırpmışdır. Bu vaxt Azərin əlində qırılmış stul ayağı ilə geri qayıtdığını görüb Ülvi ilə birlikdə oradan qaçıb uzaqlaşmışlar və kənarda dayanıb mağazanı müşahidə etməyə başlamışlar. Bir neçə dəqiqə sonra polis əməkdaşlarının mağazaya gəldiyini görüb Azərin polisə şikayət etdiyini başa düşərək daha da əsəbiləşmişdir. Bundan sonra Ülvi ilə danışıb belə qərara gəlmişlər ki, polislər getdikdən sonra mağazaya qayıdıb Azərlə haqq-hesab çəksinlər. Bu məqsədlə, yaşadığı məhəllələlərinə getmiş və qonşuluqda yaşayan Zaur və Babanın birlikdə dayanıb söhbət etdiklərini görmüşdür. Onlara yaxınlaşıb «Royal musiqi alətləri» mağazasının sahibi Azərlə bir qədər əvvəl söz-söhbətlərinin düşdüyünü və Azərin polis çağırdığını demişdir. Bundan sonra onlar belə qərara gəlmişlər ki, polis əməkdaşlarının getməsini gözləsinlər sonra isə birlikdə Azərin mağazasına gedib onunla söz-söhbətlərini həll etsinlər. Bu məqsədlə həmin gün saat 23 radələrində birlikdə Babanın idarə etdiyi «Opel Vectra» markalı tünd göy rəngli avtomobillə Azərin mağazasının yerləşdiyi binanın baş tərəfinə getmişlər. Orada Baba avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Bu zaman mağazanın qarşısında olan Azərin oğlu Nəsimi dostları ilə birlikdə onlara yaxınlaşıb niyə görə onun atasına əl qaldırdıqlarını soruşub onlara irad tutmuşdur. Bundan sonra onların arasında sözlü mübahisə yaranmışdır. Mübahisəni gördükdən sonra Azər onlara yaxınlaşmışdır. Mübahisə zamanı Nəsimi üzünü ona tutub «nə üçün belə hərəkət etmisən» deyə soruşduqda qardaşı Ülvi onu saxlayıb Nəsimigilin üstünə gedərək əlində olan şüşə qırığı ilə «spidəm, kənara çəkilin, yoxsa özümü doğrayıb qanımı üstünüzə tökərəm» demişdir. Bu zaman Azər Ülvidən 4-5 metr kənarda olmuş və tez oğlu Nəsimini və onun dostlarını kənara çəkmişdir. Bundan sonra o yerdən götürdüyü daşı ataraq Azərin başına çırpmışdır və onu söyməyə başlamışdır. Bu vaxt Azərin əlləri ilə başını tutaraq qışqırdığını və onun baş nahiyəsindən qan gəldiyini görüb cəld qardaşı ilə oradan uzaqlaşmışaraq çıxıb getmişdilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, qardaşları Bəhruz və Orxan da heç bir yerdə işləmirlər və adətən gün ərzində birlikdə yaşadıqları evin yaxınlığında gəzişib siqaret çəkməklə məşğul olurlar. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 ünvanında yerləşən «Royal musiqi alətləri» mağasının sahibi Zərərçəkmiş şəxs və onun oğlu Şahid2 obyekt sahibləri kimi uzun müddətdir ki, tanıyır həmin şəxslərlə qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Arabir siqaret və ya spirtli içki almağa pul tapmayanda həmin mağazaya gedib orada oturan Nəsimidən və ya Azərdən 1-2 manat siqaret pulu almışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində qardaşı Bəhruz Nəsimidən 1-2 manat siqaret pulu almaq üçün «Royal musiqi alətləri» mağazasına getmişdir. 10-15 dəqiqə sonra o Bəhruzun ardınca «Royal musiqi alətləri» mağazasına getmiş və bu zaman Bəhruzun həmin mağazadan 50-60 metr kənarda dayandığını görüb yaxınlaşaraq ondan nə baş verdiyini, siqaret pulu alıb-almadığnı soruşmuşdur. Bəhruz cavabında əsəbi halda bir qədər əvvəl həmişə olduğu kimi Nəsimidən 1-2 manat siqaret pulu almaq üçün «Royal musiqi alətləri» mağazasına getdiyini, lakin Nəsiminin mağazada olmamasını və Nəsiminin atası Azərin onu mağazadan qovduğunu və ona arxadan bir təpik vurduğunu demişdir. Bu o səbəbdən əsəbiləşib həmin mağasının qarşısında dayanmış Azərə yaxınlaşıb özünü Bəhruzun məhəllə üşağının olduğunu deyib ondan «ağsaqqal, nə olub» deyə soruşmuşdur. Onun bu sualına cavab olaraq Azər Bəhruza işarə edib onun özünü pis apardığını demişdir. Azərin bir anlıq üzünü Bəhruza doğru çevirməsindən istifadə edərək üstünə hücum edib onun baş nahiyəsinə yumruqla bir zərbə vurmuşdur. Bu zaman Bəhruz cəld şəkildə əli ilə Azərin sifətinə bir zərbə vurmuşdur. Bundan sonra Azər özünü itirib geri çəkilərək mağazanın içərisinə daxil olmuşdur. Bəhruz Azərin ardınca mağazanın qapısına yaxınlaşıb bir neçə dəfə qapını əlləri ilə dartıb möhkəm çırpmışdır. Bu vaxt Azərin əlində qırılmış stul ayağı ilə geri qayıtdığını görüb Bəhruzla birlikdə oradan qaçıb uzaqlaşaraq kənarda dayanıb mağazanı müşahidə etməyə başlamışlar. Bir neçə dəqiqə sonra polis əməkdaşlarının mağazaya gəldiyini görüb Azərin polisə şikayət etdiyini başa düşərək hiddətlənərək danışıb belə qərara gəlmişlər ki, polislər getdikdən sonra mağazaya qayıdıb Azərlə haqqhesab çəksinlər. Bundan sonra onlar öz məhəllələrinə gedib və qonşuluqda yaşayan Zaur və Babanın birlikdə dayanıb söhbət etdiklərini görmüşlər. Onlara yaxınlaşıb «Royal musiqi alətləri» mağazasının sahibi Azərlə bir qədər əvvəl münaqişələrinin olduğunu və Azərin polis çağırdığını danışaraq belə qərara gəlmişlər ki, polis əməkdaşlarının getməsini gözləsinlər, sonra isə birlikdə Azərin mağazasına gedib onunla söz-söhbətlərini həll etsinlər. Bu məqsədlə həmin gün saat 23 radələrində Azərin mağazasının yerləşdiyi binanın baş tərəfinə getmişlər. Mağazanın qarşısına yaxınlaşdıqda orada olan Azərin oğlu Nəsimi dostları ilə birlikdə onlara yaxınlaşıb niyə görə onun atasına əl qaldırdıqlarını soruşub irad tutmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisəni görən Azər mağazanın qarşısından aralanıb onlara yaxınlaşmışdır. Mübahisə zamanı Nəsimi Bəhruza üzünü tutub «nə üçün belə hərəkət etmisən» deyə soruşduqda Bəhruz əsəbiləşib onun üstünə cummuşdur. Sonra Azərdə onlara tərəf gəlmiş və o Bəhruzu Nəsimi və Azərdən aralamaq üçün cəld şəkildə yerdən şüşə parçası götürərək «spidəm, kənara çəkilin, yoxsa özümü doğrayıb qanımı üstünüzə tökərəm» deyə onları hədələməyə başlamışdır. Bunu görən Azər qorxaraq tez oğlu Nəsimini və onun dostlarını kənara çəkmişdir. Bu vaxt Bəhruz yerdən götürdüyü daşı ataraq Azərin başına vurmuşdur. Bir anlıq Azərin əlləri ilə başını tutaraq qışqırdığını və onun baş nahiyəsindən qan gəldiyini görüb görüb cəld oradan uzaqlaşmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 ünvanında yerləşən «Royal musiqi alətləri» mağazasını 2018-ci ilin sentyabr ayında icarəyə götürmüşdür. Həmin mağazanı oğlu Şahid2 işlədir, Şahid4 isə mağazada satıcı işləyir. xx xxxxxx 2019-cu il tarixdə Nəsimini öz işləri ilə məşğul olduğundan sonuncunun əvəzinə mağazada o olmuşdur. Həmin gün təxminən saat 19 radələrində əynində «Qalatasaray» futbol klubuna məxsus idman köynəyi olan sonradan tanıdığı Təqsirləndirilən şəxs2 siqaret çəkərək mağazaya daxil olub özü üçün züm-zümə edərək söyüş söyməyə başlamışdır. Həmin vaxt satıcı işləyən Xəyalədə mağazada olmuşdur. O Bəhruza yaxınlaşıb «sən neynirsən, kimsən ki, burada söyüş söyürsən» deyə soruşmuş, lakin Bəhruz onun yaxınlaşdığını görüb mağazanı tərk edib çölə çıxmışdır. Bəhruzun arxasınca çölə çıxıb «axmağın biri, nə üçün söyüş söyürsən» deyə iradını bildirdikdə Bəhruz əlində olan siqareti onun üstünə atıb kənara çəkilmişdir. Bəhruzun hərəkətlərindən əsəbləşib onun üzərinə getmiş və qışqıraraq çıxıb getməsini tələb etmişdir. Bundan sonra Bəhruz ondan aralanıb təxminən 50-60 metr kənarda dayanmışdır. Bu vaxt sonradan tanıdığı Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq «ağsaqqal nə olub» deyə soruşub Bəhruzun məhəllə uşağı olduğunu bildirmişdir. Buna cavab olaraq o «sənin məhəllə uşağın özünü pis aparır» dedikdə Ülvi onun baş nahiyyəsinin arxa hissəsindən yumruqla vurmuşdur. Həmin an az öncə onunla mübahisə edən Bəhruzda onun üzərinə cumub sol göz nahiyyəsindən yumruqla vurmuşdur. Bundan sonra o əlacsız qaldığı üçün cəld mağazaya qaçıb oradan stolun qırılmış ayağını götürərək geri qayıtmış, lakin bu zaman Bəhruzla Ülvi qaçıb getmişdilər. Bundan sonra o baş vermiş hadisə ilə bağlı DİN-in «102» xidmətinə məlumat vermişdir. Daha sonra isə polis əməkdaşları hadisə yerinə gəlib ondan ərizə və izahat alıb getmişlər. Baş vermiş hadisə barədə həmçinin oğlu Nəsimiyə məlumat verərək mağazaya gəlib onu evə aparmasını xahiş etmişdir. Təxminən 1-2 dəqiqə sonra Nəsimi dostu ilə birlikdə mağazaya gəlib onun halının pis olduğunu görüb əsəbiləşərək həmin uşaqları tanıdığını, onların yaxınlıqda qaldıqlarını, adətən gəlib ondan siqaret pulu aldıqlarını söyləyərək onları tapıb hərəkətlərinin səbəbini soruşaraq danışmaq istədiyini bildirmişdir. Təxminən saat 23 radələrində tünd göy rəngli «Opel Vectra» markalı bir avtomobil binanın baş tərəfinə gəldiyini görmüşdür. Həmin avtomobildən Ülvi dostları ilə düşərək mağazaya tərəf gəlmişlər. Bəhuruzda onlarnan bir yerdə mağazaya yaxınlaşmış, lakin o Bəhruzun həmin avtomobildən düşdüyünü görməmişdir. Bundan sonra Nəsiminin dostları ilə birlikdə Bəhruzla Ülvinin yanına getdiyini görüb onlara yaxınlaşdır. X4 əl qaldırmalarının səbəbini soruşaraq irad tutmuşdur. X11 «mən səni tanıyıram, nə üçün belə hərəkət etmisən, dükanda oturan ağsaqqal mənim atamdır» deyə bildirmişdir. Bu zaman Bəhruz ucadan səs-küy salmaqla nalayiq ifadələr işlədib Nəsiminin üzərinə tərəf gəlmiş, Bəhruzun qardaşı Ülvidə eyni ifadələri işlətməklə ondan 2-3 metr məsafədə dayanıb əlində olan bicağa bənzər parıldayan bir əşyanı ona tərəf bir necə dəfə yellədərək, daha sonra isə həmin əşyanı öz qoluna tutaraq «spidəm, özümü doğrayacam, kənara çəkilin, qanımı üstünüzə töküb sizidə xəstələndirərəm» deyə onu hədələmişdir. Ülvinin kiməsə xəsarət yetirməməsi üçün dərhal o irəli durmuş və bu zaman Bəhruz yerdən daş götürüb onun üzünə baxaraq başına tərəf atmış və həmin daş sol tərəfdən başının ənsə nahiyəsinə dəymiş, nəticədə başından qan gəlmişdir. Ülvi və Bəhruz onun xəsarət almağını və başından qan gəldiyini görüb həmin yerdən qaçmışdılar. O özünü pis hiss etdiyi üçün Nəsimi, Ünal və Samir onun qolundan tutaraq mağazaya aparmışlar. Baş vermiş hadisə ilə bağlı hadisə yerinə gəlmiş polis əməkdaşına zəng edib məlumat vermiş və polis əməkdaşları yenidən hadisə yerinə gəlmişlər. Həmin vaxta qədər Bəhruz və qardaşı Ülvi qaçıb getmişdilər. Polislər gəldikdən sonra Nəsimi təcili tibbi yardım çağırmış və təcili tibbi yardım avtomobili ilə mağazaya gələn həkimlər onu Kliniki tibbi mərkəzə aparmışdılar. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın ödənildiyini və onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, «Royal musiqi alətləri» mağazasının ünvan 4 ünvanında yerləşən filialında satış təmsilçisi vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində mağazanı bağlamaq istəyərkən «Royal musiqi alətləri» mağazasının Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 ünvanında yerləşən filialında satıcı işləyən Şahid4 ona zəng edərək mağazanın sahibi Azər müəllimin döyüldüyünü bildirib tez gəlməyini xahiş etmişdir. Bundan sonra o həmin mağazaya gəlib içəri daxil olduqda Zərərçəkmiş şəxs görüb nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs yaxınlıqda gəzişən «Qalatasaray» köynəyi geyinmiş şəxsin mağazaya daxil olub söyüş söyməsini, buna görə aralarında mübahisə yaranmasını, həmin şəxsi mağazadan qovmasını, bu səbəbdən həmin şəxsin digər şəxslə birlikdə onu mağazanın qarşısında yumruqla vurduğunu demişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs çağrışı ilə polis əməkdaşları hadisə yerinə gəlmişlər və sonuncudan ərizə, izahat alıb getmişlər. Polis əməkdaşları gedəndən sonra Azər müəllim oğlu Nəsimiyə zəng edib onu mağazadan evə aparmasını xahiş etmişdir. Bundan sonra Nəsimi dostu Ünal ilə birlikdə idarə etdiyi «Kia» markalı avtomobillə mağazaya gəlmişd və Azər müəllimdən onu kimin vurmasnı soruşmuş və sonuncu hadisə barədə ona danışmışdır. Buna cavab olaraq Nəsimi «Qalatasaray» köynəyi geyinən şəxsi tanıdığını, adətən yaxınlıqda ətrafda gəzişdiyini, arabir gəlib ondan da 1 manat siqaret pulu aldığını bildirib onları tapıb söz-söhbətə son qoyacağını bildirmişdir. Bundan sonra Nəsimi dostu Ünalla birlikdə mağazanı tərk edib binanın baş tərəfinə getmiş, o isə Azər müəllimlə birlikdə mağazanın qarşısında dayanıb Nəsimini gözləməyə başlamışlar. Saat 23 radələrində binanın baş tərəfinə Azər müəllimlə mübahisə edib dalaşan şəxslər digər iki nəfərlə birlikdə «Opel» markalı avtomobillə gəlmişlər. Nəsimi və dostu onlara tərəf getmiş və bu zaman onların arasında mübahisə baş verdiyini görüb Azər müəllimlə cəld onlara yaxınlaşmışlar. Həmin şəxslərdən biri, sonradan tanıdığı Ülvi əlində olan bicağa bənzər parıldayan bir əşyanı Azər müəllimə tərəf bir necə dəfə yellədərək, daha sonra isə həmin əşyanı öz qoluna tutaraq «spidəm, özümü doğrayacam, kənara çəkilin, qanımı üstünüzə töküb sizidə xəstələndirərəm» deyə onu hədələmişdir. Bu zaman Azər müəllim araya girib sonradan adını bildiyi Ülvi və Bəhruza «sakit olun, lazım deyil, mübahisə etməyin» deyə bildirdikdə əynində «Qalatasaray» idman köynəyi olan Bəhruz daşla Azər müəllimi başından vurmuş, zərbənin təsirindən sonuncunun başı qanamışdır. Bəhruz və Ülvi bunu görüb qaçmışlar. Bundan sonra Nəsimi Ünalla birlikdə köməkləşib Azər müəllimi mağazanın yanında avtomobilə əyləşdirərək təcili tibbi yardım xidmətinə zəng vurub kömək istəmişlər. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Azər müəllimi Kliniki tibbi mərkəzə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində atası Zərərçəkmiş şəxs ona zəng edib Yasamal rayonu, N.Nərimanov prospekti, 125 ünvanında yerləşən «Royal musiqi alətləri» mağazasında olduğunu bildirib özünü yaxşı hiss etmədiyini üçün onu evə aparmasını xahiş etmişdir. Bunu eşitdikdən sonra o idarə etdiyi avtomobillə atasının yanına getmişdir. Yolda təsadüfən dostu Unal ona zəng edib görüşmək istədiyini bildirmiş, cavabında Unala mağazaya gəlməsini söyləmişdir. Mağazaya çatıb atası Azərdən nə baş verdiyini soruşduqda o, bir neçə dəqiqə öncə mağazaya gələn «Qalatasaray» köynəyi geyinmiş şəxslə sonuncunun söyüş söydüyünə görə aralarında mübahisə olduğunu və mübahisə zamanı onlara yaxınlaşan digər şəxsin onun başından yumruqla vurduğunu bildirmişdir. Həmin şəxslərin əlatələrini soruşduqda məlum olmuşdur ki, həmin şəxs arabir gəlib ondan 1 manat siqaret pulu alan Bəhruzdur. Bununla əlaqədar atasına həmin şəxslərin onlar olmadığı vaxt mağazanın şüşəsini daşla qırıb mağazanı yandıraraq onlarla düşmənçilik edə biləcəklərini söyləyib söz-söhbətə son qoymaq üçün onlarla görüşməyi təklif etmişdir. Sonra binanın baş tərəfinə gedərək həmin şəxsləri axtarmış, lakin tapmamış, dayanıb siqaret çəkməyə və Unalla söhbət etməyə başlamışdır. Bu vaxt təxminən bir neçə dəqiqə sonra Bəhruz qardaşı Ülvi və tanımadığı iki nəfər şəxs onlara yaxınlaşmışlar. Bəhruza «ayıb olsun sənə, sən bilmirsən ki, Azər mənim atamdır, onunla dalaşırsan və onu döyürsən» deyə irad tutmuş, Bəhruz ona «yaxşı edirəm» deyə cavab qaytardığı üçün aralarında mübahisə baş vermişdir. Həmin vaxt atası Azər cəld onlara yaxınlaşıb «lazım deyil, mübahisə etməyin» demiş, bunu görən Bəhruzun yanında olan qardaşı Ülvi əlində olan bicağa bənzər parıldayan bir əşyanı atası Azərə tərəf bir necə dəfə yellədərək, daha sonra isə həmin əşyanı öz qoluna tutaraq «spidəm, özümü doğrayacam, kənara çəkilin, qanımı üstünüzə töküb sizidə xəstələndirərəm» deyə onu hədələmişdir. Bu an qəflətən Bəhruz yerdən götürdüyü daşla atası Azərin başına vurmuş, nəticədə atasının başından qan gəlməyə başlamış və o, yerə oturmuşdur. Bunu görən Bəhruz, qardaşı və yanında olan şəxslər qaçıb getmişlər. Bundan sonra o dostu Unal və mağazada işləyən Samirlə birlikdə köməkləşib atasını mağazaya apararaq təcili tibbi yardım çağırmışdır. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri atasını Kliniki tibbi mərkəzə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsinə uyğun olan, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 ünvanında yerləşən “Təbriz xalı” mağazasını 2015-ci ildən icarə müqaviləsi əsasında işlədir. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində mağazada olarkən səs-küy eşidərək narahat olmuş və bunun səbəbini bilmək üçün mağazadan çölə çıxmışdır. Bu zaman qonşuluqda olan Zərərçəkmiş şəxs məxsus “Royal musiqi alətləri” mağazasının qapısının Bəhruz və üzdən tanıdığı lakin adını bilmədiyi şəxs tərəfindən təpikləndiyininin şahidi olmuşdur. Onlara yaxınlaşdığı zaman həmin şəxslər oradan qaçaraq uzaqlaşmışlar. Daha sonra eşitmişdir ki, Bəhruzun qardaşı Ülvi Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruqla vurmuş, bundan əlavə Bəhruzda Azərin baş nahiyəsindən yumrula zərbə vurmuşdur. Bəhruz və Ülvidən özünü qorumaq məqsədilə Zərərçəkmiş şəxs mağazaya daxil olaraq qırılmış stolun ayağını götürüb yenidən çölə çıxmışdır. Bu zaman Bəhruz və Ülvi artıq oradan uzaqlaşmışdılar. Həmin gün yenidən bu xoşagəlməz hadisənin təkrarlanacağını ehtimalını nəzərə alaraq mağazanı iş vaxtı yekunlaşmadan bağlayaraq getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 ünvanında yerləşən «Royal musiqi alətləri» mağazasında satıçı işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Azər Müəllimovla birlikdə mağazasında olan zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs2 siqaret çəkə-çəkə içəri daxil olub ünvansız olaraq ucadan nalayiq söyüşlər söyərək mağazada gəzişməyə başlamışdır. Bunu görən Zərərçəkmiş şəxs Bəhruza yaxınlaşıb irad tutaraq ondan dərhal mağazanı tərk etməsini tələb etmişdir. Bundan sonra Bəhruz çəkdiyi siqareti damağından götürüb Zərərçəkmiş şəxs üzərinə ataraq mağazadan kənara çəkilib dayanaraq mağazaya baxmağa başlamışdır. Zərərçəkmiş şəxs da həmin şəxsin növbəti dəfə mağazaya girməməsi üçün mağazanın qarşısında dayanmışdır. Təxminən 2-3 dəqiqə sonra Bəhruzun sonradan tanıdığı qardaşı Ülvi mağazanın qarşısına gəlib Zərərçəkmiş şəxs səslənərək kobud tərzdə «nə olub ağsaqqal?» deyə soruşmuşdur. Zərərçəkmiş şəxs həmin şəxsdən kim olduğunu və nə istədiyini soruşduqda o, yaxınlıqda dayanmış Bəhruza işarə edərək sonuncu ilə məhəllə uşağı olduqlarını söyləyib Zərərçəkmiş şəxs Bəhruzla nə probleminin olduğunu soruşmuşdur. Bu zaman Bəhruz Ülviyə yaxınlaşmış və Zərərçəkmiş şəxs cavab verməyə macal tapadan Ülvi Bəhruzla birlikdə qəflətən Azər müəllimin üstünə hücum edərək yumruq və təpik zərbələri ilə onu vuraraq döyməyə başlamışlar. O bunu görüb bərk qorxmuş və cəld mağazanı tərk edərək qışqırmaqla kömək çağırmağa başlamışdır. Azər müəllim çətinliklə də olsa Bəhruzla Ülvinin əhatəsindən çıxıb mağazaya girmişdir. O, qorxduğu üçün ağlamağa başlayaraq cəld Azər müəllimin ardınca mağazaya daxil olmuşdur. Bundan sonra Bəhruzla Ülvi qaçıb getmişlər. Bir-iki dəqiqə sonra qonşuluqda yerləşən «Təbriz» xalça mağazasının müdiri və yaxınlıqdakı yaşayış binasının mühafizəsçisi yaxınlaşaraq Azər müəllimə köməklik göstərmişlər. Hadisədən bir neçə dəqiqə sonra Azər müəllim mobil telefonu ilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə məlumat vermişdir. O da öz növbəsində «Röyal» musiqi alətləri mağazasının Bakı şəhəri, Nizami rayon filialında satıcı işləyən Şahid1 zəng vurub hadisə barədə məlumat vermiş və 10-15 dəqiqə sonra Samir mağazaya gəlmişdir. Bundan sonra Azər müəllimdən icazə alıb yaşadığı evə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi” canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı xx.xx.2019-cu il tarixli, 620 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın ənsə nahiyəsinin əzilmiş yarası, həmin nahiyənin qançırı, sol göz yuvasının qançır və sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişdir, göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə törənməsi mümkündür. Ənsə nahiyəsinin yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. (i.v. 17-19) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, N.ünvan 5 ünvanında yerləşən «Royal musiqi alətləri» mağazasının qarşısıdır. (i.v. 20-21) xx.xx.2020-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. (i.v. 183-186) xx.xx.2020-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. (i.v. 205-209) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının rəyi, habelə istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 214-229) Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 etirafedici, Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud deyildir. Lakin məhkəmə törədilən əməllərin tövsifi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, ittiham aktından da göründüyü kimi xx.xx.2020-ci il tarixdə iki dəfə xuliqanlıq əməlinin törədilməsi qeyd edilmişdir. Həmin əməllərdən biri həmin günü saat 19:50 radələrində olub. Həmin vaxtı olan xuliqanlıq əməlindəki ittihamda silah tətbiqi ilə bağlı hər hansı bir müddəa yoxdur. İkinci əməl isə xx.xx.2020-ci il tarixdə saat 23 radələrindəki hərəkətlərlə bağlı olmuşdur. Və ittiham aktına əsasən həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham, həmin saatda törədilmiş cinayət əməli ilə əlaqədar olmuşdur. Məhkəmə hesab edir ki, həmin ikinci əməl üzrə Təqsirləndirilən şəxs2 CM-nin 221.3cü maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapmışdır və həmin ikinci epizod üzrə Təqsirləndirilən şəxs2 əməlində CM-nin 221.3-cü maddəsinin tərkibi vardır. Belə ki, Təqsirləndirilən şəxs2 həmin əməli yerdən daş götürüb, zərərçəkəni vurub xəsarət yetirməklə törətmişdir. Lakin məhkəmə ittihamın Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi hissəsi ilə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs1 CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham, onun xx.xx.2020-ci il tarixdə saat 23 radələrindəki hərəkətləri ilə əlaqədar olmuşdur. Həmin ikinci epizod üzrə məhkəmə bu qənaətə gəlməsini aşağıdakılarla əsaslandırır. Ümumiyyətlə qeyd edilməlidir ki, 2-ci epizod üzrə ittihama əsasən soyuq silah hesab edilən predmetlər “daş” və “bıçaq” olmuşdur, Təqsirləndirilən şəxs2 münasibətdə tətbiq etdiyi “daş”, Təqsirləndirilən şəxs1 münasibətdə isə tətbiq etdiyi “bıçaq” olmuşdur. Əsas 1. Təqsirləndirilən şəxs2 münasibətdə tətbiq etdiyi “daş”ın Təqsirləndirilən şəxs1 əməlində də CM-nin 221.3-cü maddəsinin yaradıb-yaratmaması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, ittihamın ikinci epizodundan görünür ki, saat 23 radələrində baş vermiş hadisə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs oğlu Nəsimi Mütəllimovla mübahisəsi ilə başlamışdır. Verilmiş ittihamdan da göründüyü kimi Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin onun oğlu Nəsimi ilə mübahisəsi zamanı orada olmamış, təqsirləndirilən şəxslərin Nəsimi Mütəllimovla mübahisəsi başladıqdan sonra Zərərçəkmiş şəxs həmin yerə, yəni onların yanına “yaxınlaşmış” və “yaxınlaşmasının məqsədi” isə “onları sakitləşdirmək və baş verə biləcək qanun pozuntusunun qarşısını almaq məqsədi” ilə əlaqədar olmuşdur. Zərərçəkmiş şəxs həmin yerə yaxınlaşmasından sonra, təqsirləndirilən şəxslər tərəfindən təkrarən sonuncuya qarşı xuliqanlıq əməli törətməsi baş vermişdir. Bu zaman təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs onlara yaxınlaşmasından sonra etdikləri hərəkətlər, həmin gün onların əvvəlki hərəkətləri olan birinci epizod üzrə saat 19:50-də baş vermiş xuliqanlıq əməlinə münasibətdə təkrarçılıq əlaməti yaranmışdır. Həmçinin nəzərə alınmalıdır ki, birinci epizod üzrə törədilən əməldə CM-nin 221.3-cü maddəsinin tərkibi olmadığı üçün, həmin əməl saat 23 radələrindəki ikinci epizod üzrə təkrarçılıq yaradanda da, məhz CM-nin 221.3-cü maddəsinin təkrarçılığını yaratmamışdır. Bundan başqa ikinci epizod üzrə təqsirləndirilən şəxslərin əməli “bir qrup şəxs halında” cinayətin törədilməsi kimi tövsif edilsə də, nəzərə alınmalıdır ki, həmin “bir qrup halı”nda əməli zərərçəkən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə yaxınlaşdıqdan sonra sonuncuya qarşı etmişlər, belə ki, təqsirləndirilən şəxslərin “qabaqcadan razılaşmaqla” əlbir olub, qrup yaradaraq məhz Zərərçəkmiş şəxs qarşı xuliqanlıq əməli törətməsi ilə bağlı məhkəməyə ittiham verilməmişdir. Həmçinin belə bir şəraitdə, yəni artıq mübahisə başladıqdan sonra zərərçəkənin həmin yerə yaxınlaşmasından sonra təqsirləndirilən şəxslərin bir qrup halında zərərçəkənə qarşı cinayət törətməsi əməlindəki “bir qrupluq”da qabaqcadan razılaşma ola bilməz. Məhkəmə bununla qeyd etmək istəyir ki, Cinayət Məcəlləsində iki və daha çox şəxsin birgə iştirakçılığı ilə, yəni “qrup halında” törədilən cinayətlərin ayrı-ayrı növləri, eləcə də həmin növlərə görə ayrı-ayrı məsuliyyətlər nəzərdə tutulmuşdur. Belə ki, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı ümumi norma kimi CM-nin 31-ci maddəsində müəyyən edilmişdir. CM-nin 34-cü maddəsində isə artıq iştirakçılığın növləri verilmişdir. CM-nin 34.1-ci maddəsinə əsasən “qabaqcadan razılaşmadan” iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. CM-nin 34.2-ci maddəsinə əsasən “qabaqcadan razılaşmaqla” iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Göründüyü kimi bir qrup halında cinayət iki formada törədilə bilər: “qabaqcadan razılaşmadan” və ya “qabaqcadan razılaşmaqla”. Məhz buna görə də bu iki fərqli formada yaranan iştirakçılıqla törədilən cinayətə görə, iştirakçıların cinayət məsuliyyəti də eyni deyildir. Belə ki, CM-nin 35.1-ci maddəsinə əsasən icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. CM-nin 35.2-ci maddəsinə əsasən icraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Yuxarıda sadalanan normaların hazırkı cinayət işi üzrə əhəmiyyəti bundan ibarətdir ki, hazırkı cinayət işi üzrə ümumiyyətlə təqsirləndirilən şəxslərə qarşı həmin 2-ci epizod üzrə, yəni saat 23 radələrindəki epizod üzrə, iki təqsirləndirilən şəxsin birgə iştirakı ilə törədilən cinayət əməlində, onlara qarşı verilmiş ittihamdakı “birgə iştirakçılıq” onların “qabaqcadan razılaşmaqla” həmin əməli törətməsi ilə bağlı deyildir. Belə ki, ikinci epizod üzrə verilmiş ittihanda qeyd edilmişdir ki, “onlara yaxınlaşmış Zərərçəkmiş şəxs gördükdə ictimai yer hesab olunan həmin yerdə təkrarən qardaşı Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında sonuncu ilə mübahisə edib”. Bununla da həmin ikinci epizod üzrə verilmiş ittihamda “onların qabaqcadan razılaşmaqla bir qrup yaratdıqdan sonra” xuliqanlıq əməli törətməsinə dair ittiham mövcud deyildir. Məhkəmə bu halla bağlı əlavə olaraq təkrarən qeyd edir ki, oğlu ilə yaranmış mübahisə zamanı, yəni artıq mübahisə baş verdikdən sonra Zərərçəkmiş şəxs hadisə yerinə yaxınlaşdıqdan sonra təqsirləndirilən şəxslər sonuncu ilə mübahisə etməyə başlamışlar və Zərərçəkmiş şəxs qarşı xuliqanlıq cinayəti törədiləndə, yəni belə bir şəraitdə baş vermiş cinayət əməlində, artıq başlanmış əməldə “razılaşma” mövcud ola bilməz. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən mübahisə baş verdikdən sonra, yəni artıq başlanılmış xuliqanlıq əməlindən sonra ani anda yerdən götürdüyü və soyuq silah hesab edilən daşla zərərçəkənə xəsarət yetirməsi onu göstərir ki, Təqsirləndirilən şəxs2 daşın tətbiqi barədə əvvəlcədən Təqsirləndirilən şəxs1lə razılaşması mövcud omamışdır. Təqsirləndirilən şəxs2 daşı əvvəlcədən ora gətirməmiş, hadisə başladıqdan sonra hadisə yerindən yerdən götürmüşdür. Həmçinin yenə də qeyd edilir ki, ittihama əsasən də Təqsirləndirilən şəxs2 daş tətbiqi ilə bağlı əməlinin Təqsirləndirilən şəxs1lə qabaqcadan razılaşdırılması ittihamda verilməmişdir, bu hal həm də mövcud ola bilməzdi. Beləliklə müəyyən edilir ki, həm ikinci epizod üzrə təqsirləndirilən şəxslərə verilmiş ittiham, onların həmin əməli “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi” kimi verilməmişdir. Həm də qeyd edildiyi kimi belə bir şəraitdə baş vermiş cinayət əməlində, yəni artıq əməl başladıqdan sonra “razılaşma” mövcud ola bilməz. Bununla da həmin əməldəki hər bir icraçının digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan əməli, icraçının ekstsessi hesab olunur. Buna görə də ikinci epizod üzrə Təqsirləndirilən şəxs2 soyuq silah hesab edilən daşla xuliqanlıq əməli törətməsi yalnız Təqsirləndirilən şəxs2 əməlində CMnin 221.3-cü maddəsinin tərkibini yarada bilər. Bundan əlavə Təqsirləndirilən şəxs2 belə bir ittiham üzrə, həm də belə bir şəraitdəki daş tətbiqi əməli Təqsirləndirilən şəxs1 üçün CM-nin 221.3-cü maddəsinin tərkibini yarada bilməz. Əsas 2. Təqsirləndirilən şəxs1 verilmiş ittihamdakı, Təqsirləndirilən şəxs1 “bıçaq” tətbiq etmə əməlinin CM-nin 221.3-cü maddəsinin tərkibini yaradıb-yaratmaması ilə bağlı məhkəmə aşağıdakıların qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs1 “bıçaq” tətbiqi məsələsi ittihamda “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək vahid niyyətlə əhatə olunan qəsdlə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla onların qanunazidd davranışlarına son qoymaqla bağlı ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona zor tətbiq etməklə hədələməsinin ardınca” kimi qeyd edilmişdir. Yəni ittihamdan da görünür ki, Təqsirləndirilən şəxs1 qarşı verilmiş ittihamda onun soyuq silah tətbiq etməsi əməlinin təzahur forması belə olmuşdur ki, o, soyuq silah qismində istifadə edilən “bıçaqla” zərərçəkənin üzərinə hücum edərək ona zor tətbiq etməklə hədələmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etməsi bu şəxsin qeyd edilən maddə ilə cinayət məsuliyətinə cəlb edilməsinə səbəb olur. CM-nin 221.2-ci maddəsində isə eyni əməllərin, yəni həmin Məcəllənin 221.1-ci maddəsində təsbit edilmiş xuliqanlıq əməllərinin bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsinə, habelə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Bununla da CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq əməlinin obyektiv cəhətdən təzahür formaları olan “zor tətbiq olunması ilə” və ya “belə zorun tətbiq edilməsi hədəsi” silah tətbiq edilməklə törədildikdə xx.xx.2017-ci il tarixədək qüvvədə olan CM-nin 221.3-cü maddəsinin tərkibini yaradırdısa, lakin həmin tarixdə edilmiş dəyişiklikdən sonra CM-nin 221.3-cü maddəsinin dispozisiyasında “zor” tətbiqi məsələsi dəqiqləşdirildiyindən, yəni silahın tətbiqi hansı halda CM-nin 221.3-cü maddəsinin tərkibini yarada bilməsi məsələsi xüsusiləşdirilmiş və yalnız “soyuq silahdan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması” əlaməti CM-nin 221.3-cü maddəsinin tərkibini yaradır. Bununla da xx.xx.2017-ci il tarixdən sonra “soyuq silahdan istifadə etməklə zorun tətbiq edilməsi hədəsi” artıq CM-nin 221.3-cü maddəsinin tərkibini yaratmır. Yəni həmin dəyişiklikdən sonra “hədə” əlaməti CM-nin 221.1-ci maddəsinin tərkibini yaratsada, CM-nin 221.3-cü maddəsinin tərkibini yaratmır. Beləliklə hazırkı iş üzrə ittihamda Təqsirləndirilən şəxs1 CM-nin 221.3-cü maddəsinin tərkibini yaradan əməli “Təqsirləndirilən şəxs1 bıçaqla zərərçəkmiş şəxsin üzərinə hücum edərək ona zor tətbiq etməklə hədələməsi” formasında verilmişdir. Verilmiş ittiham isə yuxarıda qeyd edildiyi kimi CM-nin 221.3-cü maddəsinin tərkibini yaratmır. Əsas 3. Hazırda qüvvədə olan CM-nin 221.3-cü maddəsindəki “silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması” əlaməti ilə bağlı məhkəmə əlavə olaraq aşağıdakıları qeyd edir. Belə ki, CM-nin 221.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin CM-nin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir: - əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi); - belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; - şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi. CM-nin 221.1-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi gedişində zor tətbiq etmə dedikdə, zərər çəkmiş şəxslə təmasda olmaqla ona fiziki ağrının yetirilməsi və ya onun döyülməsi, yaxud sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsi və ya sağlamlığına yüngül zərərin vurulması başa düşülür. Əmlakı məhv etmək dedikdə isə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülür. CM-nin 221.3-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi üçün zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşaiyət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər, və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək olsun. Əks təqdirdə, yəni yuxarıda göstərilən üç haldan birinin müəyyən edilməməsi törədilmiş əməlin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə müxtəlif üsullarla (silahı nümayiş etdirməklə, odlu silahdan havaya atəş açmaqla və sair) zərər çəkmiş şəxsə hədə qorxu gəlmə yalnız psixi zorun tətbiq edilməsinə dəlalət edir, bu isə CM-nin 221.3cü maddəsində nəzərdə tutulmuş “zor tətbiq etmə” anlayışının əlamətlərini ehtiva etmir. Belə olan halda, xuliqanlığın törədilməsi zamanı təqsirkar şəxsin silah və ya silah qismində istifadə olunan əşyaları yalnız nümayiş etdirməsi, yaxud həmin əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə hədə-qorxu gəlməsi, yaxud onun silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsinin və ya özgənin əmlakının məhv etməsinin və ya zədələməsinin qarşısının başqa şəxslər tərəfindən alınması, habelə qeyd edilən əşyaları tətbiq etmiş şəxsin onun iradəsindən asılı olmayan digər səbəblərdən zərər çəkmişə şəxsə zor tətbiq edə, əmlakı zədəyə və ya məhv edə bilməməsi hallarında əməl CM-nin 221.3-cü maddəsi ilə deyil, işin hallarından asılı olaraq CMnin 221.1 və 221.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə də hazırkı ittiham aktında Təqsirləndirilən şəxs1 qarşı verilmiş ittihamdakı “bıçaq” tətbiq edilməsi, yuxarıdakı qeyd edilən formada məhz CM-nin 221.3-cü maddəsinin tərkibini yaradan formada “zor tətbiq olunması” halı baş verməmişdir. CM-nın 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nın 221.2-ci maddəsinə əsasən: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da Təqsirləndirilən şəxs2 əməli CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin məhkəmə qeyd edir ki, tövsiflə bağlı yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 əməlində CM-nin 221.3-cü maddəsinin tərkibi yoxdur, onun əməlində CM-nin 221.2.1 və 221.2.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun əməli həmin maddələrlə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; İş materiallarında olan: “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. (i.v. 118) “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 148-149) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(004)-120/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli 091-46533-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 29) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(009)-110/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(004)-107/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə üzərində qəti olaraq saxlanılmış 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nın 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edıimış, əsaslar uzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx xxxx 2008-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" xx xxx 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 həzırda törətdiyi əməl Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin onunla barışmasını, ona dəymiş zərərin tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs2 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, CM-nın 66.2 və 66.5-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin 1(004)-107/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmalı və CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddəti ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: AR DİN Baki Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin 093-3575- 1220 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. (i.v. 150) “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 178) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(004)-120/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 091-42649-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 480 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək barəsində 04 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 27-28) Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1(006)-402/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci və 66.3-cü maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 480 (dörd yüz səksən) saat ictimai işlər cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq 60 (altmış) gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu cəza hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs1 qəti olaraq 4 (dörd) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 7(003)-817/2018 saylı qərarına əsasən məhkum Təqsirləndirilən şəxs1 barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilmişdir. Təqsirləndirilən şəxs1 Bəhruz oğlunun cəzasının çəkilməsi müddətinin əvvəli xx.xx.2015-ci il tarixdən heablandığına və o, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığına görə dərhal azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, az ağır cinayət əməlinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1(006)-402/2015 saylı hökmü ilə təyin edilmiş 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 7(003)-817/2018 saylı qərarına əsasən cəzasının çəkib qurtardığına görə azad edilməsinə münasibətdə Təqsirləndirilən şəxs1 məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni xx xxxxx 2018-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2015-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən bu, onun barəsində CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin onunla barışmasını, ona dəymiş zərərin tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 221.2.1 və 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə tutulduğu 01 (bir) gün müddəti ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğluna və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 32 (otuz iki) saata görə 192 (yüz doxsan iki) manat, Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Yasamal Rayon Məhkəməsinin 1(004)-107/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və üzərində 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddət (17.02. 2020-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddət (17.02. 2020-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 32 (otuz iki) saata görə 192 (yüz doxsan iki) manat, Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-14/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-14/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver