Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-14/2023 05.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14 Sədrəddin oğlunun, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, X11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X14 iştirakları ilə, xx xxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvələr məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan mənzil verilməsinə heç bir səlahiyyəti olmadığı halda əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri vəzifəsində xidmət etmiş Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin sonuncuya verilməsinə kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Suraxanı rayonu Füzuli döngəsi 9 ünvanının qarşısında Zərərçəkmiş şəxs5 9000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə pensiya məbləğinin artırılmasına heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə etməklə sonuncuya təyin edilmiş pensiya məbləğinin artırılmasına kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin yanvar-fevral aylarında ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs10 Zərərçəkmiş şəxs5 vasitəsi ilə ona göndərdiyi 2000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə pensiya məbləğinin artırılmasına heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs9 etibarından sui- istifadə etməklə sonuncuya təyin edilmiş pensiya məbləğinin artırılmasına kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin may ayında ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs9 Zərərçəkmiş şəxs5 vasitəsi ilə ona göndərdiyi 2000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Daha sonra o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan mənzil verilməsinə heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs14 Sədrəddin oğlunun etibarından suiistifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin sonuncuya verilməsinə kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin iyun ayında ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs14 Zərərçəkmiş şəxs5 vasitəsi ilə göndərdiyi 13000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs14 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bandan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan mənzil verilməsinə heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs13 etibarından suiistifadə etməklə Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin sonuncuya verilməsinə kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin iyul ayında ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs13 Zərərçəkmiş şəxs5 vasitəsi ilə göndərdiyi 13000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs13 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan mənzil verilməsinə heç bir səlahiyyəti olmadığı halda əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 51 saylı Yanğından Mühafizə xidmətinin növbə rəisi vəzifəsində xidmət etmiş Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin sonuncuya verilməsinə kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin avqust ayında ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs3 9000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə pensiya təyin olunmasına heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 51 saylı Yanğından Mühafizə xidmətinin növbə rəisi vəzifəsində xidmət etmiş Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə sonuncunun arvadı X6 pensiya təyin olunmasına kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin avqust ayında ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 7000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan mənzil verilməsinə heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 51 saylı Yanğından Mühafizə xidmətinin növbə rəisi vəzifəsində xidmət etmiş Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 etibarından suiistifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin sonuncuya verilməsinə kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin avqust ayında ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 13000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan mənzil verilməsinə heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 51 saylı Yanğından Mühafizə xidmətinin növbə rəisi vəzifəsində xidmət etmiş Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs4 etibarından suiistifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin sonuncuya verilməsinə kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin avqust ayında ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs4 28000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan mənzil verilməsinə heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu X11 etibarından sui-istifadə etməklə Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin sonuncuya verilməsinə kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin sentyabr ayında ünvan 6 ünvanında yerləşən FHN-nin X37 Mühafizə xidmətinin X19 Mühafizəsi üzrə X18 11 saylı X9 inzibati binasında X24 Cəfərovun vasitəsi ilə göndərdiyi 10000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək Rüxsarə Əsədovaya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan mənzil verilməsinə heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs17 etibarından suiistifadə etməklə Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin sonuncuya verilməsinə kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin noyabr ayında ünvan 6 ünvanında yerləşən FHN-nin X37 Mühafizə xidmətinin X19 Mühafizəsi üzrə X18 11 saylı X9 inzibati binasında Zərərçəkmiş şəxs17 20000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə pensiya məbləğinin artırılmasına heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə etməklə sonuncuya təyin edilmiş pensiya məbləğinin artırılmasına kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin noyabr ayında ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs9 3700 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan mənzil verilməsinə və pensiya məbləğinin artırılmasına heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs20 etibarından sui-istifadə etməklə Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin sonuncuya verilməsinə və təyin edilmiş pensiya məbləğinin artırılmasına kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin noyabr ayında ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs20 1000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan mənzil verilməsinə heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs8 etibarından suiistifadə etməklə Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin sonuncuya verilməsinə kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin noyabr ayında ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs5 vasitəsi ilə ona göndərdiyi 9000 manat, 2018-ci ilin dekabr ayında isə həmin ünvanda Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs5 vasitəsi ilə ona göndərdiyi 2500 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 11500 manat məbləğində nağd pul vəsaitini alaraq ələ keçirib Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə pensiya məbləğinin artırılmasına heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etməklə sonuncuya təyin edilmiş pensiya məbləğinin artırılmasına və oğlu Elgün Xəlilovu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 işə düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Südçülük Savxozu adlanan ərazidə Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs5 vasitəsi ilə ona göndərdiyi 8500 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə pensiya məbləğinin artırılmasına heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə etməklə sonuncuya təyin edilmiş pensiya məbləğinin artırılmasına kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin dekabr ayında ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs5 vasitəsi ilə ona göndərdiyi 8000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə pensiya məbləğinin artırılmasına heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə etməklə sonuncuya təyin edilmiş pensiya məbləğinin artırılmasına kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin dekabr ayında ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs12 Zərərçəkmiş şəxs5 vasitəsi ilə ona göndərdiyi 3000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə işə qəbul edilməsinə heç bir səlahiyyəti olmadığı halda əvvəllər tanıdığı Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə etməklə sonuncunu Fövqəladə Hallar Nazirliyinin X21 Xidmətinin Ağcabədi rayon Dövlət X13 yanğınsöndürən vəzifəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2018-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev 71 ünvanının qarşısında Zərərçəkmiş şəxs18 əvvəlcə 4000 manat, sonra isə 2018-ci ilin dekabr ayının ortalarında eyni ünvanda 4000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 8000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs18 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə işə qəbul edilməsinə heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan, əvvəlcədən tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 manqa komandiri Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə etməklə sonuncunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X17 sürücü kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib, aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla 2019-cu ilin fevral ayının 14-də Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 8, yataqxana 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs16 4500 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edib, 04 mart 2019-cu il tarixdə həmin vəzifədən azad olunmasına baxmayaraq tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan mənzil verilməsinə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs19 özünü Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin işçisi kimi təqdim edərək etibarından sui-istifadə etməklə Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin sonuncuya verilməsinə kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq bu adla 2019-cu ilin aprel ayında ünvan 9 ünvanında Zərərçəkmiş şəxs19 10000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, törədilmiş əməldə özünü qismən təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadə verən zaman məhkəmənin sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o Zərərçəkmiş şəxs1 4200 manat, Zərərçəkmiş şəxs2 ifadə verən zaman məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o Zərərçəkmiş şəxs2 6500 manat məbləğində pul almışdır. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə tədqiq edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1992-1997-ci illər ərzində Azərbaycan Respublikasının Prezdenti yanında İdarəçilik Akademiyasının sosial idaəretmə və sosiolgiya fakültəsini oxuyub bitirmiş, 1999-cu il tarixdən yanğından mühafizə xidməti üzrə müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının FHN-nin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsinə təyin edilmişdir. Həmin vəzifə üzrə fəaliyyəti FHN-nin kadr məsələləri üzrə xüsusi rütbəli əməkdaşları ilə bağlı işə qəbul, işdən xaric, xususi rütbələrin verilməsi, cəza, mükafatlandırılma və digər məsələlər ilə bağlı əmrləri icra etmək, müvafiq şəxslər üzrə şəxsi işlərə qeydiyyat aparmaqdan ibarət olmuşdur. 2019-cu ilin mart ayının 4-də işdən xaric edilmiş və həmin tarixdən də ona təqaüd təyin edilmişdir. O, FHN-nin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində xidmət edən zaman maddi vəziyyəti aşağı olduğundan 2017-ci il tarixdən həmin işlə yanaşı başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmiş, buna görə o, parfümeriya və tütün məmulatlarının satışı ilə məşğul olmağı qərara almışdır. Ona parfümeriya və tütün məmulatlarının satışı ilə məşğul olmaq üçün müəyyən məbləğlərdə pul vəsaiti lazım olmuş, bu səbəbdən də qohumları və tanışlarından borc pul istəmiş, borc pul tapmaqdıqda isə FHN-də işləyən tanışlarına sələmə də olsa pul vəsaiti əldə etmək üçün müraciət etmişdir. O, FHN-nin Qardağ rayonu üzrə Yanğından Mühafizə idarəsinin rəisi, polkovnik Elçin Ələkbərovun yanma getmiş və sonuncu onu qohumu Şahid4 ilə tanış etmiş, sonuncudan qara metal alveri ilə məşğul olmaq üçün borca 82000 manat pul almış, metal alverindən qazanacağı puldan Şahid4 də ödəyəcəyinə dair sonuncu ilə razılığa gəlmişlər, lakin sonradan iflas olduğu üçün Şahid4 aldığı borcu qaytara bilməmişdir. Buna görə o, Kadrlar idarəsində işləməsini əsas gətirərək təqaüddə olan, hazırda xidmət edən FHN-nin əməkdaşlarına pensiya məbləğinin artırılması, Nazirlikdə işləyən və işləməkdə olan ev növbəsində olan əməkdaşlara Bakı şəhəri, Suraxanı rayonu ərazisində inşa edilən xidməti evlərin verilməsi və həmin əməkdaşların qohumlarını işə düzəldilməsi adı ilə aldadaraq onların pul vəsaitlərini ələ keçirməsini planlaşdırmışdır. O, bu məqsədlə 2005-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X16 yanğın söndürəni, daha sonra manqa komandiri vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs5 ilə 2018-ci ilin əvvəlində görüşərkən sonuncuya FHN-nin Kadrlar idarəsində işlədiyindən FHN-nin əməkdaşları üçün Suraxanı rayon ərazisində nəzərdə tutulmuş yaşayış binasından mənzillərin ayrılıması üçün köməklik edə biləcəyini, daha çox pul vəsaiti əldə edə bilmək üçün Zərərçəkmiş şəxs5 pensiya məbləğinin artırılması və işə qəbul edilməsi ilə bağlı məsələləri rahatlıqla həll edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 bu işlərin görülməsində hər hansı bir vəzifəli şəxslə əlaqəyə girdiyi barədə məlumat verməmiş, o, Kadrlar idarəsində işlədiyi üçün Zərərçəkmiş şəxs5 ona inanmış və bu işləri görə biləcəyini düşünmüşdür. Buna görə Zərərçəkmiş şəxs5 ondan Suraxanı rayonu ərazisində FHN-nin əməkdaşları üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin verilməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs5la dostluq münasibəti olduğu üçün həmin binalardan 2 otaqlı mənzili başqalarından fərqli olaraq daha ucuz qiymətə verəcəyini bildirmiş və mənzilin verilməsi üçün Zərərçəkmiş şəxs5 9000 manat pul istəmişdir. Nazim ona qısa müddət ərzində həmin məbləği düzəldərək verəcəyini demişdir. Təxminən 3-4 gündən sonra, yəni 2018-ci ilin yanvar ayının əvvəllərində Nazim ona zəng edərək 9000 manat pulu düzəltdiyini bildirmiş və onunla görüşmək istəmişdir. O, Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Suraxanı rayonu, Füzuli döngəsinə gəlməyini xahiş etmiş, Nazim isə həmin gün təxminən 01 saatdan sonra onun dediyi ünvana gələrək onunla görüşmüş və 9000 manat pulu ona vermişdir. O, Nazimdən pulu alan zaman 2 ay ərzində mənzillə təmin olunacağını deyib inandırmış və yenə də başqa mənzil istəyən, işə düzəlmək istəyən və pensiya məbləğinin artırılmasını istəyən şəxslərin olacağı təqdirdə ona bildirməsini xahiş etmişdir. 2018-ci ilin yanvar-fevral aylarında Zərərçəkmiş şəxs5 ona zəng edərək görüşmək istədiyini və Zərərçəkmiş şəxs10 adlı şəxsin təyin edilmiş pensiya məbləğinin artırılmasına köməklik göstərməyini xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs10lə Nazim Cəvərovun iştirakı ilə Bakı şəhəri Xətai rayonunda yerləşən 11 saylı X9 inzibati binasının yaxınlığındakı çayxanada görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs10 ondan təqaüdə çıxdığı halda pensiya məbləğinin aşağı fazilə hesablanmasını və həmin pensiya məbləğinin artırılmasına köməklik etməsini istəmiş, o da Zərərçəkmiş şəxs10 FHN-nin Kadrlar idarəsində işlədiyini və pensiya məslələrinin artırılması onun səlahiyyətlərində olduğu, pensiya məsələsinə görə sənədlərin tərtibi onun tərəfindən hazırlandığını, sənədləri onun tərəfindən hazırlanaraq müvafiq qurumlara təqdim edildiyini bildirmiş, onun məqsədi Zərərçəkmiş şəxs10 aldadaraq pul almaq olmuşdur. Zərərçəkmiş şəxs10lə söhbət zamanı o, pensiya məbləğinin artırılması üçün ondan 3000 manat pul istəmiş, lakin Zərərçəkmiş şəxs10 ona imkanının aşağı olması səbəbindən 2000 manat pul düzəldərək verə biləcəyini demiş, o, əvvəlcə Ələddini inandırmaq üçün həmin məbləğlə iş görə bilməyəcəyini demiş və fikirləşərək ona cavab verəcəyini bildirmişdir. Həmin gün axşam, yəni 2018-ci ilin fevral ayının dəqiq xatırlamadığı vaxtda Zərərçəkmiş şəxs5 zəng edərək Zərərçəkmiş şəxs10 pensiyasını 2000 manata artıracağını bildirmiş, həmçinin başqa şəxslər də müraciət etdiyi halda ona deməsini bildirmiş, Zərərçəkmiş şəxs5 onun sözlərinə inanmış və Zərərçəkmiş şəxs10 2000 manat pul alaraq 2018-ci ilin fevral ayında Bakı şəhəri Xətai rayonunda yerləşən Əhmədli metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs5la görüşərək 2000 manat pulu almış və Zərərçəkmiş şəxs5 qısa müddət ərzində Zərərçəkmiş şəxs10 pensiya məsələsinin həll olunacağını demişdir. O, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs10lə söhbət edən zaman aldığı pulu hər hansı şəxsə verəcəyi barədə söhbətlər etməmiş, onları inandıraraq pensiya məbləğinin artırılması işlərinin görülməsinin ona tapşırıldığını demişdir. Sonradan Zərərçəkmiş şəxs10 pensiya məbləğinin artmadığını görüb Zərərçəkmiş şəxs5la birlikdə onun yaşadığı ünvana gedərək verdiyi 2000 manat pulu tələb etmiş, lakin həmin vaxt o, evdə olmamışdır. Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs5 onun ailə üzvləri qarşılamış və pulu qısa müddətdə qaytaracaqlarını bildirmişlər. Bir müddətdən sonra xatırlamadığı vaxtda ailə üzvləri tərəfindən Zərərçəkmiş şəxs10 aldığı 2000 manat pulu Zərərçəkmiş şəxs5 verərək Zərərçəkmiş şəxs10 çatdırmasını xahiş etmiş, Zərərçəkmiş şəxs5 da onun ailə üzvlərindən aldığı 2000 manat pulu Zərərçəkmiş şəxs10 qaytarmışdır. 2018-ci ilin may ayında Zərərçəkmiş şəxs5 ona zəng edərək görüşmək istədiyini və Zərərçəkmiş şəxs9 adlı şəxsin pensiya məbləğinin artırılmasına köməklik göstərməyini xahiş etmiş, daha sonra Zərərçəkmiş şəxs9la Nazim Cəvərovun iştirakı ilə Bakı şəhəri Xətai rayonunda yerləşən Əhmədli metrostansiyasının yaxınlığındakı çayxanada görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs9 ondan təqaüdə çıxdığı halda pensiya məbləğinin aşağı faizlə hesablanmasını və həmin pensiya məbləğinin artırılmasına köməklik etməsini istəmiş, o isə Zərərçəkmiş şəxs9 FHN-nin Kadrlar idarəsində işlədiyini və pensiya məsələlərinin artırılması onun səlahiyyətlərində olduğunu, pensiya məsələsinə görə sənədlərin tərtibi onun tərəfindən hazırlandığını, sənədlər onun tərəfindən hazırlanaraq müvafiq qurumlara təqdim edildiyini bildirmiş, onun məqsədi Zərərçəkmiş şəxs9 aldadaraq pul almaq olmuşdur. Zərərçəkmiş şəxs9la söhbət zamanı o, pensiya məbləğinin artırılması üçün 2000 manat pul istəmiş, Zərərçəkmiş şəxs9 ona inanaraq pulu verəcəyini bildirmişdir. 2018-ci ilin may ayında saat 15 radələrində Zərərçəkmiş şəxs5 ona zəng edərək Məzahirin 2000 manat verib ona çatdırmasını xahiş etdiyini bildirmiş, o, Zərərçəkmiş şəxs5la həmin gün, saat 17 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən Əhmədli metrostansiyasının yaxınlığında görüşərək orada Məzahirin göndərdiyi 2000 manat pulu Zərərçəkmiş şəxs5 almış və sonuncuya qısa müddət ərzində Məzahirin pensiya məsələsinin həll olunacağını demişdir. O, Zərərçəkmiş şəxs5 və Məzahirlə söhbət edən zamanı aldığı pulu hər hansı şəxsə verəcəyi barədə söhbətlər etməmiş, onları inandıraraq pensiya məbləğinin artırılması işlərinin görülməsinin ona tapşırıldığını demişdir. Sonradan Məzahir pensiya məbləğinin artmadığını görüb Zərərçəkmiş şəxs5la birlikdə onun yaşadığı ünvana gələrək verdiyi 2000 manat pulu tələb etmişdir. Həmin vaxt o, evdə olmamış, Məzahir və Zərərçəkmiş şəxs5 onun ailə üzvləri qarşılamış və pulu qısa müddətdə qaytaracaqlarını bildirmişlər. Bir müddətdən sonra xatırlamadığı vaxtda ailə üzvləri tərəfindən Məzahirdən aldığı 2000 manat pul Zərərçəkmiş şəxs5 verilərək Məzahirə çatdırılması xahiş olunmuşdur. Zərərçəkmiş şəxs5 da onun ailə üzvlərindən aldığı 2000 manat pulu Məzahirə qaytarmışdır. 2018-ci ilin iyun ayında Zərərçəkmiş şəxs5 onu Zərərçəkmiş şəxs14 adlı şəxslə tanış edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin alınaraq Zərərçəkmiş şəxs14 verilməsini xahiş etmişlər. O, Qərib və Nazimlə Xətai rayonu ərazisində yerləşən parkda görüşmüş, görüş zamanı Qərib ona Suraxanı rayonu ərazisində FHN-nin əməkdaşları üçün inşa ediləcək binadan mənzil almaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs5 yanında Qəribdən 2 otaqlı mənzilin verilməsi müqabilində 13.000 manat pul istəmiş, eyni zamanda Zərərçəkmiş şəxs14 ona pensiyasının artırılmasını da xahiş etmiş, o da əlavə olaraq Qəribdən 2000 manat pul istəmişdir. Söhbət zamanı o, mənzilin verilməsi və pensiyanın artırılmasını qısa müddətdə həll edəcəyini söz vermiş, Qərib də onunla razılaşaraq 15.000 manatı Nazimdən göndərəcəyini bildirmişdir. Təxminən 2 gündən sonra Nazim ona zəng edərək Əhmədli metrostansiyasının yaxınlığında olduğunu və Qərib Musyevin ona pul göndərdiyini bildirmişdir. 2018-ci ilin iyun ayında, saat 19 radələrində o, Əhmədli metrostansiyasının yanına gələrək Nazimlə görüşmüş və Qəribin göndərdiyi 15.000 manat pulu Nazimdən almışdır. Daha sonra o, aldığı pulun qarşılığında Zərərçəkmiş şəxs14 nə mənzil vermiş, nə də pensiya məbləğini artırmışdır. Onun məqsədi Qəribi aldadadaraq pulunu almaq olmuşdur. Qərib və Nazim onun sözlərinə güvənmiş və evlərin verilməsi və pensiyanın artırılması onun işi olduğunu düşünərək pulu vermişlər. Bir müddətdən sonra Qərib aldanıldığını görüb Nazimlə birlikdə onun yaşadığı evə gəlib pulu tələb etmişdir. O, evdə olmadığı üçün onun ailə üzvləri qısa müddətdə Qəribdən aldığı 15.000 manat pulu qaytaracaqlarına söz vermiş və dəqiq xatırlamadığı vaxtda ailə üzvləri Qəribdən aldığı 15.000 manat pulun 13.000 manatını Nazimə verərək Qəribə qaytarmasını xahiş etmişlər. Nazim də həmin pulun üzərinə 2000 manat öz hesabından qoyaraq Qəribə qaytarmışdır. Nazimin pulu verməsində məqsəd həmin şəxsləri ondan Nazimin tanış etməsi olmuşdur. 2018-ci ilin iyul ayında Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs13 adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu ərazisində FHN-nin işçiləri üçün inşa ediləcək binadan mənzilin verilməsini xahiş etmiş, daha sonra Nazim ona Yusifin görüşmək istədiyini bildirmiş, həmin gün o, Nazim və Yusiflə Xətai rayonu ərazisində görüşərək söhbət etmiş, söhbət zamanı Yusif ona mənzil almaq istədiyini demiş, o, Yusifi də aldadaraq evlərin verilməsinin onun səlahiyyətində olduğunu deyib 2 otaqlı mənzilin verilməsi üçün Yusifdən 13.000 manat pul istəmiş və mənzilin qısa müddətdə verilməsinə söz vermişdir. Yusif onunla razılaşmış və pulu Nazimdən göndərəcəyini bildirmişdir. Yusillə söhbətindən 3-4 gün sonra Nazim ona zəng edərək yenidən Əhmədli metrostansiyasının yanına gəlməyini və Yusifin 13000 manat pul göndərdiyini bildirmiş, o da həmin vaxt Əhmədli metrostansiyasının yanına gedərək Nazimlə görüşmüş və Zərərçəkmiş şəxs5 Yusif Rəfıyevdən aldığı 13.000 manatı Bakı şəhəri, Xətai rayonu ərazisində ona vermişdir. Sonradan hazırda xatırlamadığı tarixdə X33 Cəfərovun vasitəsi ilə aldığı pul vəsaitini Zərərçəkmiş şəxs5 verərək Zərərçəkmiş şəxs13 qaytarmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs5 həmin pulu Zərərçəkmiş şəxs13 vermişdir. O, təkcə Zərərçəkmiş şəxs5 vasitəsi ilə deyil, digər FHNnin əməkdaşlarının vasitəsi ilə də bir çox şəxsləri aldadaraq müəyyən məbləğdə pul almışdır. Belə ki, əvvəlcədən tanıdığı FHN-nin 51 saylı Yanğından Mühafizə xidmətinin növbə rəisi vəzifəsində xidmət etmiş Zərərçəkmiş şəxs3 və sonuncunun tanışlarını aldadaraq onlara mənzillərin verilməsi və pensiya təyin etdirəcəyi adı ilə aldadaraq pul almışdır. 2018-ci ilin avqust ayında Zərərçəkmiş şəxs3 ona müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində inşa ediləcək binadan mənzil verilməsini ondan xahiş etmiş, o, Zərərçəkmiş şəxs3 həmin binalardan iki otaqlı mənzil verilməsi üçün 10.000 manat pul istəmiş, Vüqar ona 9000 manat pul verə biləcəyini demiş, o bir az fikirləşmək üçün Zərərçəkmiş şəxs3 vaxt istəmişdir. Həmin gün axşam saatlarında o, Zərərçəkmiş şəxs3 zəng edərək 9000 manatı hazırlamağını bildirmiş, Vüqar ona pulun hazır olduğunu və hazırda verə biləcəyini demiş, o isə Vüqara pulu sabah götürəcəyini bildirmişdir. Ertəsi gün Vüqar ona Surxanı rayonu Əmircan qəsəbəsinə gəlməsini xahiş etmiş, o, ertəsi gün 2018ci ilin avqust ayında Suraxanı rayonu Əmircan qəsəbəsinə getmiş və Vüqarla görüşərək Vüqardan 9000 manat pul almışdır. O, pulu alan zaman Vüqara da evlərin verilməsinin onun səlahiyyətində olduğunu deyib aldatmışdır. Vüqar da onun Kadrlar idarəsində işlədiyi üçün inanmışdır. O, Vüqara mənzillərin verilməsi, işə düzəldilməsi və pensiya təyin etdirmək istəyən şəxslərin olduğu halda ona müraciət etməsini də bildrmişdir. Buna görə Vüqar 2018-ci ilin avqust ayında yenidən ona müraciət edərək tanışı Zərərçəkmiş şəxs1 arvadı Tehran Kərimovaya pensiya təyin edilməsinə köməklik göstərməsini və Namiqlə görüşməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs3la razılaşaraq həmin gün Zərərçəkmiş şəxs1la Bakı şəhəri Xəzər rayonu ərazisində görüşmüş, görüş zamanı Namiq ona arvadı Tehranın gözündən əməliyyat oldunduğunu və pensiya düzəltmək istədiyini bildirmiş və onun bu işdə Namiqə köməklik etməsini xahiş etmişdir. O, Namiqə özünü pensiya düzəldən kimi təqdim etmiş, Namiq isə onun Kadrlar idarəsində işlədiyinə görə inanmışdır. O, Zərərçəkmiş şəxs1 pensiya düzəldilməsi müqabilində 7000 manat pul istəmiş və qısa müddət ərzində arvadı Tehranın 450 manat pensiya alacağını bildirmiş, Namiq onun bu sözlərinə inanaraq razılaşmışdır. Söhbətlərindən təxminən 2 gün sonra Namiq 7000 manat pulun 3000 manatını düzəldərək Vüqarla birlikdə Suraxanı rayonu Əmircan qəsəbəsinə gəlmiş və əvvəlcə 3000 manatı Namiq Vüqarın iştirakı ilə ona vermiş, qalan 4000 manatını isə toplayaraq qısa müddət ərzində verəcəyini bildirmiş, o da Namiqlə razılaşmışdır. Bir ay keçdikdən sonra o, Namiqə zəng edərək qalan 4000 manatın da lazım olduğunu bildirmiş və pulu çatdırmasını xahiş etmiş, Namiq 2 gündən sonra qalan 4000 manatı da düzəldərək yenidən Vüqarla birlikdə Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsinə gələrək 4000 manatı ona vermişdir. O, Namiqdən ümumilikdə 7000 manat pul almışdır. Bu işlərin görülməsi üçün o, Namiqdən arvadı Tehran Kərimovanın ona etibarnamə verməsini istəmiş, Namiq də ona inanaraq arvadı Tehrnın adına ona etibarnamə vermişdir. 1 ay keçdikdən sonra o, Namiqi inadırmaq üçün X38 Kərimovanın adına hesab kartı açdıraraq Vüqara verib Namiqə çatdırmasını xahiş etmiş, həmin kartın pensiya kartı olmadığını Vüqar da bilməmişdir. Vüqar həmin kartı aparıb Namiqə vermişdir. O, Namiq və Vüqarı inandırmaq üçün X30 adına açdırdığı hesab kartına 3 ay müddətdə hər ay 450 manat pul köçürmüşdür. Namiq onun arvadı Tehrana pensiya düzətməsinə inanmışdır. O, eyni zamanda Vüqarı da inandırmaq işədiyindən bu cür hərəkət etmişdir. Daha sonra onun yalanı ortaya çıxdıqda Namiq ondan pulunu tələb etmiş, lakin o, Namiqin pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs3 ona inandığı üçün 2018-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 adlı şəxsin də mənzil almasında köməklik göstərməyini xahiş etmiş, o, Vüqarla razılaşaraq Zərərçəkmiş şəxs2lə görüşmüş, görüş zamanı Fərman ondan 2 otaqlı mənzil verilməsini xahiş etmiş, o Fərmana mənzilin verilməsinin onun səlahiyyətində olduğunu bildirərək 2 otaqlı mənzilin verilməsi üçün 13000 manat pul istəmiş, Fərman isə onunla razılaşaraq pulu qısa müddət ərzində verəcəyini demişdir. Söhbətlərindən təxminən 3-4 gün sonra Vüqar ona zəng edərək Fəmanın pulu hazırladığını və onunla görüşmək istədyini bildirmişdir. Həmin vaxt Vüqar ona Suraxanı rayonu Əmircan qəsəbəsinə gəlməsini xahiş etmiş, o da Vüqarın təyin etdiyi yerə getmişdir. O, Əmircan qəsəbəsində olan zaman Fərman və Vüqar orda olmuş, Fərman Vüqarın iştirakı ilə ona həmin yerdə 13000 manat pul vermişdir. O, Fərmana qısa müddət ərzində mənzillə təmin olunmasını bildirmişdir. Fərman onun Karlar idarəsində işlədiyinə görə inanmışdır. Bundan başqa 2018-ci ilin avqust ayında Zərərçəkmiş şəxs3 ona müraciət edərək tanışı Zərərçəkmiş şəxs4 adlı şəxsin 2 otaqlı tam təmirli mənzil almaq istədiyini və onunla görüşmək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs3la razılaşaraq həmin gün Zərərçəkmiş şəxs4lə görüşmüşdür. Görüş zamanı o, Zərərçəkmiş şəxs4 FHN-nin Kadrlar idarəsində işlədiyini və mənzillərin verilməsinin onun səlahiyyətində olduğunu demiş, Qabil də onun bu sözlərinə inanmışdır. Qabil ondan 2 otaqlı tam təmirli və mebellə təchiz olunmuş mənzilin verilməsini xahiş etmiş, o, Qabilə belə bir mənzilin verilməsi üçün 28000 manat pul lazım olduğunu bildirdikdə Qabil onunla razılaşmış və pulu verə biləcəyini demişdir. Təxminən iki gündən sonra o, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3la Suraxanı rayonu Əmircan qəsəbəsində görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs4 ona 28000 manat pul vermiş, o isə Qabilə qısa müddət ərzində mənzillə təmin olunmasına söz vermişdir. O, aldığı pullardan hər-hansı məbləğdə Zərərçəkmiş şəxs3 verməmişdir. O, Vüqar və digər şəxsləri inandıraraq aldadıb pullarını almışdır. 2018-ci ilin sentyabr ayında tanışı Zərərçəkmiş şəxs5 ona yenidən müraciət edərək Rüxsarə Əsədova adlı qadının mənzil almasına köməklik göstərməsini və Rüxsarə Əsədova ilə görüməsini xahiş etmişdir. O, Nazimlə razılşaraq Rüxsarə ilə 11 saylı X9 inzibati binasının yaxınlığında görüşmüş, görüş zamanı Rüxsarə ondan iki otaqlı mənzil verilməsini xahiş etmiş, O, Rüxsarədən iki otaqlı mənzilin verilməsi üçün 10000 manat pul istəmiş, mənzillərin verilməsinin onun səlahiyyətində olduğunu bildirərək Rüxsaranı aldatmış, sonuncu da onun bu sözlərinə inanmış və onunla söhbətindən 2 gün sonra 10000 manat pulu işlədiyi 11 saylı X9 inzibati binasının qarşısında Zərərçəkmiş şəxs5 verərək ona çatdırmasını xahiş etmişdir. Nazim Rüxsarədən 10000 manat pulu alaraq eyni ünvanda, yəni 11 saylı X12 inzibati binasının qarşısında onunla görüşərək ona vermişdir, lakin sonradan Rüxsarə onların yaşadığı evə gəlmiş və şikayət edəcəyini bildirmiş, buna görə də Rüxsarədən alınan pul Zərərçəkmiş şəxs5 vasitəsi ilə geri qaytarılmışdır. 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs5 ona müraciət edərək Zərərçəkmiş şəxs17 adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin verilməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs5 vasitəsi ilə Zərərçəkmiş şəxs17la görüşmüş, görüş zamanı Yaşar ondan iki otaqlı mənzil verilməsini xahiş etmiş, o da Yaşara mənzillərin verilməsinin onun səlahiyyətində olduğunu bildirmiş və inandıraraq iki otaqlı mənzilin verilməsi müqabilində Yaşardan 20000 manat pul istəmişdir. Yaşar onun sözlərinə inandıqdan sonra onunla razılaşmış, bir neçə gündən sonra Yaşar ona zəng edərək pulu hazırladığını bildirmiş və Nazimlə birlikdə 11 saylı X2rşısında onu gözlədiyini demiş, o, həmin gün ora getmiş və Yaşarla görüşərək 20000 manat pul almış, həmin vaxt Nazim də orda olmuşdur. O, Yaşara 2 ay ərzində mənzillə təmin olunacağına söz vermişdir. 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs5 yenidə ona müraciət edərək tanışı Zərərçəkmiş şəxs11 pensiya məbləğinin artırılmasına köməklik etməyini xahiş etmiş və Elxanla birlikdə görüşmək istədyini demiş, o da Nazimlə razılaşaraq həmin gün onlarla Xətai rayonu ərazisində görüşmüşdür. Görüş zamanı Elxan ondan pensiya məbləğinin artırılmasına köməklik etməyini xahiş etmiş, o da Elxana pensiya məbləğinin artırılması müqabilində 4000 manat pul istəmiş, lakin Elxan ona 3700 manat pulunun olduğunu bildirmiş, o da Elxanla razılaşmışdır. Bir neçə gündən sonra Nazim ona zəng edərək Elxanın pulu hazıladığını və onunla görüşmək istədiyini bildirmiş və onu Əhmədli metrostansiyasının yanında gözlədiklərini demişdir. O, həmin gün Əhmədli metrostansiyasının yanına getmiş və Nazim, Elxanla görüşmüşdür. Elxan görüş zamanı ona 3700 manat pul vermiş, o da həmin vaxt qısa müddət ərzində pensiya məbləğin artacağına söz vermişdirmiş, Elxan və Nazim onun bu sözlərinə inanmış və çıxıb getmişlər. Sonradan Elxan pensiya məbləğinin artmadığını görüb Nazimlə birlikdə onun yaşadığı evə getmişlər, o, evdə olmadığı üçün Elxanı ailə üzvləri qarşılamış və qısa müddətdə pulunu qaytaracaqlarına söz vermişlər. Sonradan aldığı 3700 manat pulu Zərərçəkmiş şəxs11 Zərərçəkmiş şəxs5 vasitəsi ilə ailə üzvləri geri qaytarmışdır. 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs20 adlı şəxsə Bakı şəhəri, Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin verilməsinə köməklik göstərilməsini xahiş etmiş, o da Nazimlə razılaş və İlkin Zülfüqrovla görüşmüşdür. Görüş zamanı İlkin ondan 2 otaqlı mənzil verilməsini xahiş etmiş, o da İlkindən bunun müqabilində 10000 manat pul istəmiş, lakin İlkin hazırda o qədər pulunun olmadığını əvvəlcə 1000 manat verə biləcəyini demiş, o, İlkinə fikirləşərək cavab verəcəyini bildirmişdir. Həmin gün o, İlkinə razı olduğunu bildirmiş və İlkinlə 11 saylı X2rşısında görüşərək 1000 manat pul almışdır. Həmin vaxt Nazim də orada olmuşdur. Sonradan İlikin aldanıldığını bilmiş və pulunu tələb etməyə başlamış, buna görə onun yaşadığı ünvana da getmişdir. Ailə üzvləri İlkindən aldığı 1000 manat pulu Nazim vasitəsi ilə geri qaytarmışdır. 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs5 ona Zərərçəkmiş şəxs8 adlı şəxsə Bakı şəhəri, Suraxanı rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin xidməti işçiləri üçün inşa ediləcək binalardan 2 otaqlı mənzilin alınaraq ona verilməsini xahiş etmişdir. O, Eyvazla və Nazimlə həmin vaxt görüşmüş, görüş zamanı Eyvaz ondan 2 otaqlı mənzil verilməsini xahiş etmiş, o da Eyvazdan 2 otaqlı mənzil verilməsi müqabilində 9000 manat pul istəmiş, Eyvaz onunla razılaşaraq həmin pulu Nazimdən göndərəcəyini bildirmişdir. Təxminən 2 gün sonra Nazim ona zəng edərək Eyvazın 9000 manat pul göndərdiyini bildirmiş və Əhmədli metrostansiyasının yanına gəlməyini xahiş etmiş, o da həmin gün axşam tərəfi Əhmədli metrostansiyasının yanına getmiş və Nazimlə görüşmüşdür. Nazim həmin vaxt Eyvazın ona göndərdiyi 9000 manatı ona vermiş, həmçinin bildirmişdir ki, Eyvaz pensiya məbləğini də artırmaq istəyir, ona bu işdə də köməklik etməyini xahiş etmiş, o isə Nazimə pensiya məbləğinə görə də əlavə olaraq 2500 manat pul lazım olduğunu bildirmişdir. Nazim Eyvaza zəng etmiş və onun sözlərini Eyvaza çatdırmış, Eyvaz onunla razılaşmış və pulu Nazimlə göndərəcəyini demişdir. 2018-ci ilin dekabr ayında Nazim ona zəng edərək Eyvazın 2500 manat pul göndərdiyini bildirmiş və Əhmədliyə gəlməsini xahiş etmişdir. O həmin gün Əhmədli metrostansiyasının yanına getmiş və orada Nazimlə görüşərək Eyvazın göndərdiyi 2500 manat pulu almışdır. O ümumilikdə Eyvazdan Nazimin vasitəsi ilə 11500 manat pul almışdır. Sonradan Eyvazın işlərini düzəltmədiyini görüb Eyvaz pulunu geri tələb etmiş, ailə üzvləri isə 11050 manat düzəldərək Nazimdən Eyvaza göndərmişlər. Bundan başqa 2018-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs6 adlı tanışının olduğunu və onun oğlunu işə düzətməkdə köməklik etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs6la görüşmüş, görüş zamanı Sahib ona oğlunu işə düzəltmək istədiyini, eyni zamanda pensiya məbləğini artırmaq istədiyini bildirmişdir. O bu iki işə görə Sahibdən 10000 manat pul istəmiş, lakin Sahib o qədər pulunun olmadığını və iki işə görə cəmi 8500 manat pul verə biləcəyini demiş, o da Sahiblə razılaşmışdır. Sahib həmin vaxt pulu Nazimlə ona göndərəcəyini bildirmiş, bir müddət keçdikdən sonra Nazim ona zəng edərək Sahibin 8500 manat pul göndərdiyini və onunla görüşmək istədiyini demişdir. Həmin gün Nazim Binə qəsəbəsinə gələrək Sahibin göndərdiyi 8500 manat pulu ona vermişdir. Bir müddətdən sonra Sahib işinin alınmadığını görüb pulunu geri istəmiş, buna görə onun yaşadığı ünvana gəlmiş, o, evdə olmadığı üçün ailə üzvləri onu qarşılamış və qısa müddətdə pulunu qaytaracaqlarına söz vermişlər. Dəqiq xatırlmadığı tarixdə isə ailə üzvləri Zərərçəkmiş şəxs5 vasitəsi ilə Sahibdən aldığı pulun 4500 manatını Zərərçəkmiş şəxs6 qaytarmışlar. 2018-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs5 ona müraciət edərək Zərərçəkmiş şəxs7 adlı şəxsin mənzil alınmasında köməklik etməsini xahiş etmiş, o da onunla razılaşmış və Zəminə ilə görüşmüşdür. Görüş zamanı Zəminə ondan iki otaqlı mənzilin verilməsində ona köməklik etməyisini xahiş etmiş, o bunun müqabilində Zəminədən 8000 manat pul istəmiş, Zəminə də onunla razılaşaraq həmin pulu Nazimdən göndərəcəyini bildirmiş, təxminən 02 gündən sonra Nazim ona zəng edərək Zəminənin 8000 manat verdiyini bildirmiş və onunla görüşmək istədiyini deyərək Əhmədli metrostansiyasının yaxınlığına gəlməsini xahiş etmiş, o isə həmin gün Əhmədli metrostansiyasının yaxınlığına gedib orada Nazimdən Zəminənin ona göndərdiyi 8000 manat pulu almışdır. Bir müddətdən sonra Zəminə evin verilmədiyini görüb pulunu geri istəmiş, buna görə onun yaşadığı ünvana gəlmiş və ailə üzvləri Zəminəni sakitləşdirmək üçün aldığı pulu geri qaytarmışlar. 2018-ci dekabr ayında Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs12 adlı şəxsin pensiya məbləğinin artırılmasına köməklik göstərməyisini xahiş etmiş, o Nazim və Əfqanla Xətai rayonu, ərazisində görüşmüşdür. Görüş zamanı Əfqan ondan pensiyasının artırılması üçün köməklik istəmiş, o da Əfqandan bunun müqabilində 3000 manat pul istəmişdir. Əfqan onunla razılaşmış və söhbət zamanı Əfqana bildirmişdir ki, pensiya məbləğinin artırılması onun səlahiyyətindədir. Bundan sonra Əfqan ona inanmış və onunla razılaşaraq pulu Nazimlə ona göndərəcəyini demişdir. Bir neçə gündən sonra Nazim ona zəng edərək Əfqanın 3000 manat pul verdiyini və onunla görüşmək istədiyini bildirmiş, Nazim onunla Əhmədli metrostansiyasının yaxınlığında görüşmüş və Əfqanın göndərdiyi 3000 manatı ona vermişdir. Lakin Əfqanın pulunu o, qaytarmamışdır. 2018-ci ilin dekabr ayının əvvəllərində Şahid2 adlı dostu ona zəng edərək qohumunu işə düzətmək istədikdələrini deyərək bu işi görə biləcəyi halda köməklik etmək lazım olduğunu bildirmiş, o da Rəşada onun FHN-nin Kadrlar idarəsində işləyini bildiyini və işə düzəltmək elə onun səlahiyyətində olduğunu demişdir. Rəşad təxminən danışıqlarından iki gün sonra ona zəng edərək qohumunun gəldiyini və onunla görüşmək istədiyini bildirmiş, o Rəşadla razılşmış və həmin gün Bakı şəhəri, Nizami rayon polis idarəsinin yaxınlığındakı kafedə görüşmüşlər. Həmin vaxt Rəşadın qohumunun adının Vüsal olduğunu bilmiş və Vüsal ora qardaşı ilə birlikdə gəlmişdir. Onlar birlikdə oturub söhbət edən zaman X25 Xidmətinin Ağcabadi rayon şöbəsinə sürücü vəzifəsinə işə düzəlmək istədiyini bildirmiş, o da Vüsala həmin işə görə 8000 manat pul lazım olduğunu demiş və işə düzəlmək 6 ay müddət çəkəcəyini bildirmişdir. Vüsal onunla razılaşmış və həmin vaxt üzərində 4000 manat pul gətirdiyini demiş, o onunla razılaşaraq həmin çayxananın qarşısında 4000 manatı Vüsaldan almış, qalan 4000 manatı isə Vüsal bir həftə ərzində verəcəyini bildirmişdir. Bir həftədən sonra yenidən onlar həmin ünvanda görüşmüşlər və Vüsal yenədə də ona 4000 manat pul vermiş, bir neçə aydan sonra Vüsal işinin alınmadığını görüb pulunu geri tələb etməyə başlamışdır. O, onlara qısa müddətdə pullarını qaytaracağını demiş, lakin pulu qaytara bilmədiyi üçün Vüsal ondan şikayət etmiş və onunla bərabər Vüsal Rəşaddan da şikayət etmişdir. Rəşad da buna görə Vüsala 5000 manat pul qaytarmışdır. 2019-cu ilin fevral ayında Zərərçəkmiş şəxs5 ona bacısı oğlu Zərərçəkmiş şəxs16 işə düzəltməsini xahiş etmiş, o da Zərərçəkmiş şəxs16 11 saylı X13 sürücü vəzifəsinə işə düzəldəcəyinə söz vermiş, həmin vaxt Elyarla görüşərkən Elyar özü də ondan işə düzəlməyinə köməklik göstərməyini xahiş etmişdir. O Elyardan işə düzəltməyi müqabilində 4500 manat pul istəmiş, Elyar onunla razılaşmışdır. Bir neçə gündən sonra Nazim ona zəng edərək Elyarın pulu düzəltiyini bildirmiş və görüşmək istəmiş, onu yaşadıqları ünvana, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən yataqxananın qarşısına çağırmışlar, o da ünvana getmiş Elyar və Nazimlə görüşmüşdür. Görüş zamanı Elyar dayısı Nazimin yanında ona 4500 manat pul vermiş, o, Elyarı qısa müddətdə işə düzəldəcəyinə söz vermişdir. Həmin vaxt məqsədi onların ona inanması olmuş, pulu aldıqdan bir neçə müddət keçmişdir ki, Elyar işinin düzəlmədiyini görüb pulunu geri tələb etmiş, buna görə bir neçə dəfə yaşadığı ünvana gəlmiş və ailə üzvləri ondan aldığı 4500 manat pulun 2500 manatını Nazimə verərək Elyara qaytarmasını xahiş etmişlər. Nazim də həmin pulu aparıb Elyara qaytarmışdır. O, 04 mart 2019-cu il tarixdə öz arzusu ilə xidmətdən xaric olmasına baxmayaraq özünü FHN-nin əməkdaşı kimi göstərərək bir çox şəxsləri də aldadıb pullarını almış, 2019-cu ilin aprel ayında Zərərçəkmiş şəxs19 adlı FHN-nin keçmiş əməkdaşı ona müraciət edərək FHN-nin əməkdaşları üçün inşa edilmiş binadan mənzil verilməsinə köməklik etməyimi xahiş etmişdir. Onunla görüşərkən mənzillərin verilməsi onun səlahiyyətində olduğunu bildirmiş, Dadaş da kadrlar idarəsində işlədiyini düşünüb ona inanmış, ondan 2 otaqlı mənzil verilməsini xahiş etmişdir. O bunun müabilində Dadaşdan 10000 manat pul istəmiş, Dadaş onanla razılaşmış və 2019-cu ilin aprel ayında Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində birlikdə görüşərək həmin vaxt Zərərçəkmiş şəxs19 ona 10000 manat pul vermişdir. Dadaşla söhbət edən zaman ondan aldığı pulu hər hansı vəzifəli şəxsə verəcəyi barədə söhbət etməmiş, onu inandırmaq üçün mənzillərin verilməsi onun səlahiyyətində olduğunu demişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, şəxsləri aldadaraq pul vəsaitlərini ələ keçirən zaman həmin pulları hər hansı vəzifəli şəxsə verəcəyi barədə hər hansı bir məlumat verməmiş, özünü həmin işləri görən şəxs kimi təqdim etmiş, onun Kadrlar İdarəsində işləməsi şəxslərin rahat aldanmasına səbəb olmuş, eyni zamanda o əldə etdiyi məbləğlərdən Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 verməmiş, o, Zərərçəkmiş şəxs5 vasitəçi kimi istifadə etmiş və inandırmış, aldığı pul vəsaitlərindən Zərərçəkmiş şəxs5 hər hansı məbləğdə pul verməmiş, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan zaman iflas olunduğu üçün, borclarını qaytarmaq məqsədilə özündən uyduraraq yuxarıda göstərilən vədlərlə ayrı-ayrı şəxslərdən pul vəsaitlərini bundan xəbərsiz olan Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 vasitəsilə almışdır. Yekun olaraq o etdiyi əməldən peşman olduğunuğu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəyərək onlarla barışmasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2016-cı il tarixədək təxminən ümümi olaraq 21 il müddət ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətində yanğın söndürən vəzifəsində çalışmış və təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs5 isə onun iş yoldaşı olmuşdur. 2018-ci ilin may ayında Nazim ilə söhbət edən zaman onun pensiyasının aşağı faizlə hesablandığını bildirmiş, Nazim isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin işləyən tanışı Təqsirləndirilən şəxs onun pensiya məbləğini artırılmasında ona köməklik göstərə biləcəyini və bunun müqabilində 2000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, isə aylıq pensiya məbləğinin artırılması məqsədilə Nazimin təklifi ilə razılaşmışdır. 2018-ci ilin may ayında Nazimin iş yerinin qarşısında onunla görüşərək 2000 manat pulu Təqsirləndirilən şəxs çatdırılması üçün Nazimə vermişdir. Bundan sonra Nazim ona pensiyasının məbləğinin artırıldığını bildirmiş və onun “Kapital Bankda” olan hesabına 360 manat pul köçdüyünü görmüşdür. Lakin sonrakı aylarda kartına hər hansı məbləğdə pulun ödənilmədiyini görərək aldanılnıdığını başa düşmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 Sədrəddin oğlu ifadəsində göstərmişdir ki, 2000-ci ilə qədər təxminən 18 il Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin 13 nömrəli X17 bölmə komandiri vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin 11 nömrəli X17 manqa komandiri kimi tanımışdır. 2018-ci ilin iyun ayının əvvəllərində Nazim söhbət əsnasında FHN-nin Kadrlar idarəsində işləyən tanışı Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində tikilən inzibati binalardan Nazirliyin əməkdaşı olan şəxslər üçün nəzərdə tutulan mənzillərdən birini onun üçün düzəldə biləcəyini bildirmiş və onu Təqsirləndirilən şəxslə tanış etmişdir. Bundan sonra Qəzənfər ona 13000 manat pul müqabilində iki otaqlı mənzil düzəldə biləcəyini bildirmişdir. O da Qəzənfərlə razılaşaraq təxminən bir həftə sonra 13000 manat məbləğində pulu Əhmədli qəsəbəsində “Ukrayna” dairəsinin yaxınlığında Nazim vasitəsilə Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa o, Nazimə pensiya məbləğinin də artırılması ilə bağlı Qəzənfərdən köməklik göstərməsini xahiş etməsini bildirmiş, Nazim isə Qəzənfərdən bu barədə soruşacağını bildirmişdir. Bundan sonra Nazim ona Qəzənfərlə danışdığını Qəzənfərin əlavə olaraq pensiya məbləğini artırması üçün 2000 manat pul istədiyini bildirmişdir. O isə bununla razılaşaraq 2018-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs5 vasitəsilə Qəzənfərə 2000 manat pul vermişdir. Bir müddət sonra o, nə mənzil, nə də pensiya məsələsinin düzəlmədiyindən Təqsirləndirilən şəxs tərəfindən aldadıldığı ona məlum olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2014-cü ilə qədər təxminən 23 il Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin 13 nömrəli X17 yanğın söndürən vəzifəsində çalışmış və təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs5 onun iş yoldaşı olmuşdur. 2018-ci ilin mart-aprel aylarında Zərərçəkmiş şəxs5la görüşən zaman Nazim söhbət əsnasında ona tanışının FHN-nin işçiləri üçün Suraxanı rayonu ərazisində tikilən inzibati binalardan Nazirliyin əməkdaşı olan şəxslərə mənzil düzəldə bildiyini və bunun müqabilində 13000 manat mənləğində pul lazım olduğunu bildirmişdir. O isə yataqxanada yaşadığından Nazimin təklifi ilə razılaşaraq 2018-ci ilin iyul ayında Xətai metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs5la görüşmüş və 13000 manat pulu Nazimə vermişdir. Bir müddət keçdikdən sonra mənzil verilmədiyini görüb aldandığını başa düşmüş və Nazimə verdiyi pulu tələb etmişdir. Nazim tərəfindən 13000 manat məbləğində pul ona geri qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Fövqəladə Hallar Nazirliyinin 51 saylı X10 növbə rəisi vəzifəsində çalışmış və Təqsirləndirilən şəxslə təxminən 2000-ci ildən birlikdə işləmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 isə onun iş yoldaşları olmuşdur. Onunla Təqsirləndirilən şəxs arasında normal dostluq münasibətləri olmuşdur. Təxminən 2017-ci ildə Qəzənfər ona özü və ya digər iş yoldaşları əgər istəyərlərsə, onlara Xəzər rayonu, Hövsan qəsəbəsi və Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən tam təmirli və mebellə təchiz olunmuş iki otaqlı mənzil təşkil edə biləcəyini bildirmişdir. Bundan başqa Qəzənfər ona həmçinin əgər istəyən olarsa, pensiya düzəldə biləcəyi ilə bağlı vədlər vermişdir. O, Qəzənfərin verdiyi vədlərə inanaraq digər iş yoldaşları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bu barədə məlumat vermişdir. O, mənzilə ehtiyacı olduğundan Qəzənfərdən ona iki otaqlı mənzil təşkil edilməsində köməklik göstərməsini xahiş etmiş, Qəzənfər isə bunun müqabilində ondan 9000 manat məbləğində pul tələb etmişdir. Daha sonra o, Qəzənfərin ona vəd etdiyi iki otaqlı mənzili əldə etmək üçün 9000 manat pulu 2018-ci ilin avqust ayında Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində Qəzənfərə vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs onun vasitəsilə iş yoldaşları olan Zərərçəkmiş şəxs2 ona iki otaqlı mənzil verilməsi məqsədilə 13000 manat, Zərərçəkmiş şəxs4 ona iki otaqlı mənziı mənzil verilməsi məqsədilə 28000, Zərərçəkmiş şəxs1 isə arvadı Tehran Kərimovaya pensiya düzəltmək məqsədilə 7000 manat məbləğində pul əldə etmişdir. Qəzənfər Namiqin arvadı Tehran Kərimovanın adına olan «Kapital Bank»a məxsus plastik kartı gətirib ona vermiş, o da həmin plastik kartı Namiqə vermiş, 3 ay müddət ərzində həmin karta hər ay 450 manat pul köçürülsə də, bundan sonra həmin karta hər hansı məbləğdə pul köçməmişdir. Namiq ondan pulun nəyə görə köçmədiyini soruşduqda o, Namiqə maraqlanacağını bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, həmin kapital bank kartı pensiya kartı deyil, adi hesab kartı imiş. Həmçinin Qəzənfər tərəfindən ona və iş yoldaşlarına təxminən bir neçə aya mənzil veriləcəyi ilə bağlı vədlər verilsə də, bir müddət keçdikdən sonra mənzil və pensiya məsələsinin həll olmadığını görərək Qəzənfərin onu və iş yoldaşlarını aldatdığı ona məlum olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun tanışıdır və əvvəllər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləmişdir. 2018-ci ilin noyabr ayında o, Vüqarla görüşdüyü zaman söhbət arasında həyat yoldaşı Tehran Kərimova üçün pensiya düzəltmək istədiyini bildirmiş, Vüqar isə ona FHN-nin Kadrlar idarəsində işləyən tanışı Təqsirləndirilən şəxs adlı şəxsin həmin pensiyanı düzəldə biləcəyini bildirmiş və onları tanış etmişdir. Təqsirləndirilən şəxs tanışlıqdan sonra ona Tehran Kərimova üçün pensiya düzəldə biləcəyini bildirmiş və bunun müqabilində ondan 7000 manat pul istəmişdir. O, Qəzənfərlə razılaşmış və Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsində hissə-hissə olmaqla 2018-ci ilin noyabr ayında 3000 manat 2019-cu ilin yanvar ayında isə 4000 manat olmaqla, ümumilikdə 7000 manat məbləğində pulu Qəzənfərə vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs3 ona verdiyi Tehran Kərimovanın adına olan «Kapital Bank»a məxsus plastik kartdan 03 ay müddətində 450 manat məbləğində pul çıxarmışdır. Lakin 03 aydan sonra karta pul keçmədiyi üçün bu barədə maraqlandıqda ona təqdim edilən kartın adi hesab kartı olduğu ona məlum olmuşdur. Son olaraq o təqsirləndirilən şəxsin yaxınları tərəfindən ona vurulmuş maddi zərərin hər ay hissə-hissə olaraq ödəniləcəyi barədə ved verilərək ondan Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığı barədə ərizə alınmiş, lakin təqsirləndirilən şəxsin qohumları verdikləri vədə əməl etmədiyi üçün o hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərəri tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun iş yoldaşı olmuşdur. 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs3la görüşdüyü zaman Vüqar onun üçün dostu Təqsirləndirilən şəxs adlı şəxsin Suraxanı rayonu ərazisində tikilən inzibati binalardan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olan şəxslərə mənzil düzəldə biləcəyini və 28000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Vüqar ona Qəzənfərin Kadrlar idarəsində işlədiyini dediyi üçün o, Vüqarın təklifi ilə razılaşaraq 28000 manat pulu Vüqarın iştirakı ilə Suraxanı rayonu, Əmircan qəsəbəsində Qəzənfərə vermişdir. Vüqar ona mənzil məsələsinin 3 aya həll olunacağını bildirsə də, 3 ay keçdikdən sonra ona vəd edilən mənzilin verilmədiyini görmüş və Vüqara vasitəsilə Qəzənfərlə əlaqə yaradaraq verdiyi 28000 manat məbləğində pulun geri qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun iş yoldaşı olmuşdur. O, 2018-ci ilin avqust ayında Zərərçəkmiş şəxs3la görüşən zaman Vüqar ona Təqsirləndirilən şəxs adlı tanışının Suraxanı rayonu ərazisində tikilən inzibati binalardan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olan şəxslərə mənzillər düzəldə bildirmişdir. O, mənzil şəraitini yaxşılaşdırmaq üçün Vüqardan ona 3 otaqlı mənzil verilməsini xahiş etmiş, Vüqar isə ona bunun müqabilində 13000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, Vüqarın sözlərinə inanaraq 13000 manat pulu Suraxanı rayonu, Əmircan qəsəbəsində ona vermişdir. Lakin sonra uzun müddət keçməsinə baxmayaraq ona vəd olunan mənzili əldə edə bilməmiş və aldadıldığını başa düşmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış və 13000 manat məbləğində pulu Vüqara vermişdir. Son olaraq o təqsirləndirilən şəxsin yaxınları tərəfindən ona vurulmuş maddi zərərin hər ay hissə-hissə olaraq ödəniləcəyi barədə ved verilərək ondan Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığı barədə ərizə alınmiş, lakin təqsirləndirilən şəxsin qohumları verdikləri vədə əməl etmədiyi üçün o hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərəri tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs17 onun iş yoldaşı olmuşdur. 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs17 söhbət zamanı ona tanışı Zərərçəkmiş şəxs5 vasitəsilə ucuz qiymətə mənzil ala biləcəyini bildirmiş və onları tanış etmişdir. O, mənzil şəraitinin yaxşılaşdırılması üçün Nazimdən mənzil alınmasında ona köməklik göstərməsini xahiş etmiş, Nazim isə ondan bunun müqabilində 10000 manat pul istəmişdir. O, Nazimin təklifi ilə razılaşaraq 10000 manat məbləğində pulu Nazimə vermiş, lakin pulun əslində kimə çatacağından xəbəri olmamışdır. Bundan bir müddət keçdikdən sonra ona vəd edilən mənzilin alınmadığını görərək aldandığını başa düşmüş və Zərərçəkmiş şəxs5 verdiyi 10000 manat məbləğində pulu ondan tələb etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin 10000 manat məbləğində pul Təqsirləndirilən şəxs verilmişdir. 2019-cu ilin sonlarında Zərərçəkmiş şəxs17 tərəfindən məxsus 10000 manat pul ona geri qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, 2008-ci ilədək təxminən 09 il Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin sürücüsü vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs5 isə Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətində manqa komandiri kimi tanımışdır. 2018-ci ilin noyabr ayında Nazim söhbət əsnasında FHN-nin Kadrlar idarəsində işləyən tanışı Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində tikilən inzibati binalardan Nazirliyin əməkdaşı olan şəxslər üçün nəzərdə tutulan mənzillərdən birini onun üçün düzəldə biləcəyini bildirmiş və onu Təqsirləndirilən şəxslə tanış etmişdir. Bundan sonra Qəzənfər ona 11500 manat pul müqabilində iki otaqlı mənzil düzəldə biləcəyini bildirmiş, o da Qəzənfərlə razılaşaraq 2018-ci ilin noyabr ayında Əhmədli metrostansiyasının yaxınlığında 11500 manat pulu Zərərçəkmiş şəxs5 vasitəsilə Qəzənfərə vermişdir. Bundan bir müddət keçsə də, ona vəd edilən iki otaqlı mənzil verilməmiş və Təqsirləndirilən şəxs tərəfindən aldadıldığı ona məlum olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, 2009-ci il tarixədək təxminən 10 il Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin 11 nömrəli X17 yanğınsöndürən vəzifəsində çalışmış və təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs5 isə onun iş yoldaşı olmuşdur. 2018-ci ilin dekabr aylarında Zərərçəkmiş şəxs5la görüşən zaman Nazim söhbət əsnasında ona tanışı Təqsirləndirilən şəxs pul müqabilində pensiya məbləğinin artırılması ilə bağlı köməklik göstərə biləcəyini və bunun müqabilində 4500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, Nazimin təklifi ilə razılaşaraq Qəzənfərə Nazimin vasitəsilə pensiya məbləğinin artırılması müqabilində 4000 manat məbləğində pul vermişdir. Bundan bir ay sonra o, pul müqabilində oğlunu FHN-də işə düzətmək məqsədilə Təqsirləndirilən şəxs daha 4500 manat pulu Zərərçəkmiş şəxs5 vasitəsilə vermişdir. Bir müddət keçdikdən sonra oğlunun işə düzəlmədiyini və pensiya məbləğinin artmadığını görüb aldandığını başa düşmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən 2021-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətində çalışmış və təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs5 FHN Dövlət X28 Xidmətində manqa komandiri olmuşdur. Təqsirləndirilən şəxs həmin Hissənin 3 nömrəli Yanğından Mühafizə dəstəsində işləyən zaman tanımışdır. 2018-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs5 ona mesaj yazaraq bildirmişdir ki, Suraxanı rayonu ərazisində tikilən Nazirliyin əməkdaşı olan şəxslər üçün nəzərdə tutulan mənzillərdən istəyib-istəmədiyini soruşmuş, o isə mənzilə ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra Nazim ona mənzil düzəltmək üçün 8000 manat pul lazım olduğunu bildirmişdir. O, Nazimin təklifi ilə razılaşaraq 2018-ci ilin sonlarında 8000 manat pulu Nazimə vermiş, lakin mənzil məsələsinin kim tərəfindən həll edildiyi və pulun kimə çatacağı ona məlum olmamışdır. 2019-cu ilin əvvəllərində ona vəd edilən mənzilin verilmədiyini gördükdən sonra aldandığı və verdiyi 8000 manat məbləğində pulun Təqsirləndirilən şəxs çatdırıldığı ona məlum olmuşdur. O, ödədiyi pulun geri qaytarılması məqsədilə Qəzənfərin yaşadığı ünvana getmiş, onu orada Qəzənfərin ailə üzvləri qarşılayaraq Qəzənfərin ondan aldığı pulu qısa müddət ərzində qaytaracağına söz vermişdirlər. Bundan sonra Qəzənfərin ailə üzvləri tərəfindən ona məxsus 8000 manat məbləğində pul hissə-hissə geri qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 1997-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Dövlət X28 Xidmətində sürücü manqa komandiri vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs5 onun iş yoldaşı olmuşdur. 2018-ci ilin dekabr ayında tanışı Zərərçəkmiş şəxs5 ona FHN-nin Kadrlar idarəsində baş zabit işləyən Təqsirləndirilən şəxs vasitəsilə pensiyanın artırılması ilə bağlı köməklik göstərə biləcəyini və bunun müqabilində 3000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O da Nazimin təklifi ilə razılaşaraq 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Əhmədli metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs5 3000 manat vermişdir. Lakin bir müddət keçdikdən sonra pensiya məbləğinin artırılmadığını görüb aldadıldığı ona məlum olmuşdur. Zərərçəkmiş şəxs5 tərəfindən ona verilmiş 3000 manat məbləğindən puldan cəmi 400 manat məbləğində pul ona qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 18 nömrəli bölməsində sürücü vəzifəsində çalışmış və Təqsirləndirilən şəxs onun iş yoldaşı olmuşdur. 2019-cu ilin aprel aylarında Təqsirləndirilən şəxs 10000 manat pul müqabilində ona Fövqəladə Hallar Nazirliyindən mənzil ala biləcəyini bildirmişdir. O, bu təklilflə razılaşaraq Təqsirləndirilən şəxs ünvan 12 ünvanının qarşısında 10000 manat pul vermişdir. Lakin sonradan uzun müddət keçməsinə baxmayaraq ona vəd olunan mənzili əldə edə bilməmiş və aldadıldığını başa düşmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası FHN-nin X21 Xidmətinin 11 saylı X10 manqa komandiri vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs onun iş yoldaşı olmuşdur. Tanışı Zərərçəkmiş şəxs4 Qəzənfərin FHN-nin əməkdaşları üçün tikilmiş binalardan mənzillər verilməsi ilə məşğul olduğunu eşitmiş və Qəzənfərə zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. Görüş zamanı o, yataqxanada yaşadığı üçün mənzil almaq məqsədilə Qəzənfərdən köməklik göstərməsini xahiş etmişdir. Qəzənfər ona 3 otaqlı mənzilin verilməsi müqabilində 9000 manat məbləğində pul tələb etmişdir. O, Qəzənfərin təklifi ilə razılaşaraq 2018-ci ilin sentyabr ayında Qəzənfərlə Bakı şəhəri, Suraxanı rayonu Füzuli döngəsi 9 ünvanının qarşısında görüşmüş və 3 otaqlı mənzilin verilməsi üçün ona 9000 manat pul vermişdir. Bundan sonra Qəzənfər FHN-nin işçiləri üçün nəzərdə tutulmuş binaların açılışı ilə bağlı nəzərdə tutulan siyahının doldurulması məqsədilə bu barədə mənzili olmayan iş yoldaşlarına mənzil düzəldə biləcəyi ilə bağlı məlumat verməsini xahiş etmişdir. Qəzənfər ona həmçinin pensiya məbləğlərinin artırılması ilə bağlı məsələlərdə də köməklik göstərəcəyini bildirmişdir. O, Qəzənfərin dediklərini iş yoldaşlarına bildirdikdə mənzilə və ya pensiya məbləğinin artırılmasına ehtiyacı olan şəxslər işlərinin həll edilməsi üçün Qəzənfərə onun vasitəsilə müəyyən məbləğlərdə pul vermişdirlər. O, müxtəlif vaxtlarda tanışı Zərərçəkmiş şəxs10 pensiya məbləğinin artırılması məqsədilə 2000 manat, Zərərçəkmiş şəxs9 pensiya məbləğinin artırılması üçün 2000 manat, tanışı Zərərçəkmiş şəxs14 Sədrəddin oğlundan iki otaqlı mənzilə görə 13000 manat, tanışı Zərərçəkmiş şəxs13 02 otaqlı mənzil alınması üçün 13000 manat, Zərərçəkmiş şəxs15 iki otaqlı mənzil alınması üçün 10000 manat, tanışı Zərərçəkmiş şəxs11 pensiya məbləğinin artırılması üçün 3700 manat, Zərərçəkmiş şəxs20 mənzil alınması üçün 1000 manat, X3 mənzil almaq üçün 11500 manat, Zərərçəkmiş şəxs6 oğlunu işə düzəltmək və pensiya məbləğinin artırılmasına köməklik edilməsi üçün 8500 manat, Zərərçəkmiş şəxs7 mənzil verilməsi üçün 8000 manat, Zərərçəkmiş şəxs12 pensiya məbləğinin artırılması məqsədilə 3000 manat, bacısı oğlu Zərərçəkmiş şəxs16 11 saylı X22 sürücü vəzifəsinə işə düzəltmək üçün 4500 manat məbləğində pul alaraq Qəzənfərə vermişdir. Onun bu işə tanışlarını cəlb etməkdə məqsədi sadəcə ehtiyacı olan şəxslərə kömək etmək olmuş və Qəzənfərə verdiyi pullardan özünə hər hansı məbləğdə pul çatmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının sualına cavab olaraq bildirmişdir ki, adlarını qeyd etdiyi şəxslər onun vasitəsi ilə Qəzənfərlə tanış olduğuna, həmin şəxslərin maddi vəziyyətinin aşağı olması səbəbindən, həmçinin həmin şəxslərdən utandığına görə ümumilikdə 20000 manat borc götürməklə Təqsirləndirilən şəxs yaxın qohumlarının ona hissə-hissə ümumilikdə 48000 manat verdiyi pulun üzərinə qoyaraq Zərərçəkmiş şəxs10 2000 manatı, Zərərçəkmiş şəxs14 alınmış 15000 manat, Zərərçəkmiş şəxs13 13000 manat, Zərərçəkmiş şəxs15 10000 manat, Zərərçəkmiş şəxs11 3700 manat, Zərərçəkmiş şəxs8 11050 manat, Zərərçəkmiş şəxs6 4500 manat, Zərərçəkmiş şəxs7 8000 manat, Zərərçəkmiş şəxs12 600 manat, Zərərçəkmiş şəxs20 1000 manat və Zərərçəkmiş şəxs16 2500 manatı şəxslərin özlərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs onunla söhbət edən zaman bu işləri görəcəyindən əmin şəkildə danışmış və onun etibarını qazanmışdır. O, Qəzənfərin Kadrlar idarəsində çox işlərin həllində mühüm rol oynadığını düşünmüşdür. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs10 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 118-123-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X17 bölmə komandiri vəzifəsində işləmiş, 2016-cı ildən etibarən isə təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs5 da orada işlədiyi müddətdə tanımışdır. Təxminən 2018-ci ilin yanvar-fevral aylarında Zərərçəkmiş şəxs5la görüşən zaman o, Zərərçəkmiş şəxs5 pensiya məbləğinin az hesablandığını bildirmiş, buna görə FHN-nə müracət etmək istədiyini demiş, həmin vaxt Nazim ona FHN-nin Kadrlar idarəsində Qəzənfər adlı tanışının işlədiyini, bu işlərdə Qəzənfərin ona kömək edə biləcəyini demiş, o da Nazimdən Qəzənfərlə onu görüşdürməsini xahiş etmiş, təxminən 3-4 gündən sonra Zərərçəkmiş şəxs5 onu Təqsirləndirilən şəxslə tanış etmiş, tanışlıq zamanı o, Qəzənfərdən pensiya məbləğini artırılmasına köməklik göstərməsini xahiş etmiş, Qəzənfər ona pensiya məbləğinin artırılmasının özünün səlahiyyətində olduğunu bildirərək ondan pensiya məbləğinin artırılması üçün 3000 manat pul istəmiş, o, işə Qəzənfərə imkanının aşağı olduğu üçün 2000 manat verə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs FHN-nin Kadrlar şöbəsində işlədiyi üçün onun bu işləri görə biləcəyini düşünmüş və inanmış, buna görə də o, 2000 manat pulu həmin vaxtlarda, yəni 2018-ci ilin fevral-yanvar aylarında Zərərçəkmiş şəxs5 vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın, Zərərçəkmiş şəxs5 isə həmin pulu Təqsirləndirilən şəxs aparıb vermişdir. O, Qəzənfərlə görüşdüyü üçün pulu Zərərçəkmiş şəxs5 göndərmişdir. Bir müddət keçdikdən sonra pensiya məbləğinin artmadığını görmüş və Zərərçəkmiş şəxs5 onu Qəzənfərlə görüşdürməsini xahiş etmiş, o, Nazimlə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, lakin Qəzənfəri evdə tapa bilməmiş, Qəzənfərin ailə üzvləri ona Qəzənfərin aldığı pulu qısa müddət ərzində qaytaracağını bildirmiş, Onun təkidindən sonra 2019-cu ilin yay aylarında Zərərçəkmiş şəxs5 vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi 2000 manat pulu Nazim gətirərək tam həcmdə ona qaytarmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs17 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 190-194-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 1997-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 13 nömrəli X17 yanğınsöndürən vəzifəsində işləmiş və təqaüdə çıxmışdır. Onun yaşadığı ev yataqxanada yerləşdiyi üçün hal-hazırda da nazirliyin əməkdaşlarına xidməti evlərin verilməsi üçün nəzərdə tutulan siyahıda qeydiyyatda dayanmışdır. Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X17 manqa komandiri vəzifəsində işlədiyi vaxtdan tanımışdır. 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs5la görüşən zaman Nazim söhbət əsnasında tanıdığı bir şəxsin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nəzdində xidməti işçilər üçün Suraxanı rayonu ərazisində tikilən inzibati binalardan Nazirliyin əməkdaşı olan şəxslərə mənzillər düzəltdiyini bildirmiş, Nazimə həmin şəxsin kim olması barədə sual verdikdə Nazim ona həmin şəxsin FHN-nin Kadrlar idarəsində işləyən Təqsirləndirilən şəxs olduğunu bildirmiş, o, Nazimin vasitəsi ilə Təqsirləndirilən şəxslə tanış olmuş, tanışlıq zamanı Qəzənfər ona iki otaqlı tam təmirli evi düzəltmək üçün 20000 manat pul lazım olduğunu, həmin mənzilləri tez bir zamanda verilcəyini demiş, Qəzənfər həmin vaxt mənzilin verilməsinin özünün səlahiyyətində olduğunu bildirmiş, o, Qəzənfərin sözlərinə inanmış, 2018-ci ilin noyabr ayında 11 saylı X9 inzibati binasında Zərərçəkmiş şəxs5 iştirakı ilə 20000 manat pulu Təqsirləndirilən şəxs vermişdir O, Təqsirləndirilən şəxs pulu verdikdən bir neçə müddət keçməsinə baxmayaraq söz verdiyi mənzili ona verməmişdir. Buna görə Təqsirləndirilən şəxs şübhələnmiş və Zərərçəkmiş şəxs5 Qəzənfərin ünvanını öyrənmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, lakin yaşadığı ünvanda tapa bilməmişdir. Sonradan o, Qəzənfərin bir çox şəxsləri də aldadaraq pullarını aldığını öyrənmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs FHN-nin Kadrlar idarəsində işlədiyinə görə onun yuxarıda sadalanan işləri görə biləcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs onu aldadaraq 20000 manat pulunu alan zaman həmin pulu hər hansı vəzifəli şəxsə verəcəyi barədə məlumat verməmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs11 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 201-202-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 1984-cü ildən 2004-cü ilə qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Dövlət X28 Xidmətinin X19 mühafizəsi üzrə X18 11 nömrəli X17 inspektor vəzifəsində işləmiş, 2004-cü ildən etibarən isə təqaüdə çıxmışdır. Təxminən 2018-ci ilin noyabr ayında tarixini dəqiq xatırlamadığı vaxtda tanışı Zərərçəkmiş şəxs5 onunla görüşən zaman o, Nazimə pensiya məbləğini artırmaq istədiyini bildirdikdə sonuncu ona FHN-nin Kadrlar idarəsində baş zabit işləyən Təqsirləndirilən şəxs pensiya artırılması, FHN-nin əməkdaşları üçün tikilmiş evlərin verilməsinə köməklik göstərdiyini demiş, ona da köməklik göstərməsi üçün xahiş edəcəyini bildirmişdir. 2 gündən sonra Nazim ona zəng edərək Qəzənfər pensiya məbləğinin artırılması üçün 4000 manat pul istədiyini demiş, o, Nazimə 3700 manat pulunun olduğunu bildirmiş, eləcə də Qəzənfərlə tanış olmaq istədiyini demiş, həmin vaxt Nazim onu Qəzənfərlə tanış etmiş, söhbət zamanı Qəzənfər pensiya məbləğinin artırılmasına görə çox inandırıcı danışmış, eyni zamanda Qəzənfərin Kadrlar İdarəsində işlədiyi üçün onun işini düzəldəcəyinə inanmış, o, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Əhmədli metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs5 iştirakı ilə Təqsirləndirilən şəxs 3700 manat məbləğində pul vermiş, bir müddət keçdikdən sonra pensiya məbləğinin artmadığını görüb Nazimə bu barədə bildirmiş, daha sonra Qəzənfərin onları aldatdığını anlamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs18 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 64-66-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayında uzaq qohumu Penitensiar xidmətdə işləyən Şahid2lə telefonla danışan zaman FHN-nin Yanğından Mühafizə İdarəsinin Ağcabadi rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlmək istədiyini demiş. Şahid2 ona FHN-nin Kadrlar idarəsində işləyən Qəzənfər adlı dostunun olduğunu, Qəzənfərin onu işə düzəldə biləcəyini bildirmiş, o, Şahid2 Qəzənfərlə danışmasını və Qəzənfərlə tanış etməsini xahiş etmiş, Rəşad onunla razılaşmış və görüşmələri üçün vaxt təyin etmişlər. 2018-ci ilin dekab ayında saat 20-22 radələrində o, qardaşı Vüqarla birlikdə ünvan 13 ünvanında yerləşən Nizami RPİ-nin yaxınlığındakı çayxanada Şahid2 və Qəzənfərlə görüşüb çay içmiş, söhbət zamanı Qəzənfər onu işə düzəltmək müqabilində 8000 manat pul istəmiş və işini 5-6 ay ərzində həll edəcəyni demiş, həmin vaxt müəyyən müsabiqələrdən keçdikdən sonra çağırılacağını bildirmiş, o, Qəzənfərlə razılaşaraq həmin vaxt üzərində gətirdiyi 4000 manat pulu ünvan 15 ünvanının qarşısında Qəzənfərə vermiş, 10 gündən sonra qalan 4000 manatı da həmin ünvanda Qəzənfərə vermişdir. O, Qəzənfərin Kadrlar idarəsində işlədiyinə və inandırıcı danışdığına görə inanmışdır. Qəzənfər həmin vaxt ondan aldığı pulu hər hansı bir şəxsə verəcəyi barədə söhbət etməmişdir. O, Qəzənfərə verdiyi pulu Şahid2 tələb etmiş, Şahid2 də ona 5000 manat pul qaytarmışdır. Həmin pulun Qəzənfər və ya Şahid2 hesabına qaytarılmasını bilməmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs16 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 3-cü cildinin 7-10-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, işsiz olduğu üçün 2019-cu ilin qış aylarında dayısı Zərərçəkmiş şəxs5 və digər şəxslərə müraciət edərək onu işə düzəltməsini xahiş etmiş, dayısı Zərərçəkmiş şəxs5 FHN-nin Kadrlar idarəsində Qəzənfər adlı şəxsin onu işə düzəldə biləcəyini demiş və Qəzənfərlə danışdıqdan sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə gündən sonra dayısı Zərərçəkmiş şəxs5 onunla əlaqə saxlayaraq Qəzənfərlə iş barəsində söhbət etdiyini bildirmiş və işə düzəldilməsi müqabilində Qəzənfərin 4500 manat pul istədiyini demiş, bundan sonra o, Qəzənfərlə tanış olmaq istəmiş və dayısı Nazimdən onu Qəzənfərlə görüşdürməsini xahiş etmişdir. O, Qəzənfərlə görüşən zaman Qəzənfər ona 11 saylı X5 sürücüsü vəzifəsinə işə düzəldəcəyinə söz vermiş, o, Qəzənfərin FHN-nin Kadrlar idarəsində işlədiyinə görə inanıb etibar etmiş, buna görə də 2019-cu ilin fevral ayında dayısı Zərərçəkmiş şəxs5la birlikdə yaşadığı Binəqədi rayonu, Sumqayıt şossesi 8, 1 nömrəli yataqxananın qarşısında Qəzənfərlə görüşərək özü şəxsən Təqsirləndirilən şəxs 4500 manat pul vermişdir. Bir müddət keçdikdən sonra işinin düzəlmədiyini görüb Qəzənfər tərəfindəm aldanıldığını bilmiş və dayısı Zərərçəkmiş şəxs5 Qəzənfərdən pulunu alıb geri qaytarmasını xahiş etmiş, təxminən 2019-cu ilin iyun ayında dayısı Zərərçəkmiş şəxs5 onun Qəzənfərə verdiyi 4500 manat pulun 2500 manatını qaytarmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs20 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 211-214-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2018-ci ilin təxminən noyabr ayında dostu Zərərçəkmiş şəxs17la görüşən zaman sonuncu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nəzdində xidməti işçilər üçün Suraxanı rayonu ərazisində tikilən inzibati binalardan bir tanışı vasitəsi ilə pul qarşılığında ev ala biləcəyi barədə məlumat vermiş və həmin vaxt onu FHN-də əvvəllər işləyən, hazırda təqaüdə çıxan Zərərçəkmiş şəxs5la tanış etmiş, Zərərçəkmiş şəxs5la söhbət edən zaman Nazim ona FHN-nin Kadrlar idarəsində işləyən baş zabit Qəzənfər adlı şəxsin Suraxanı rayonu ərazisində FHN-nin işçiləri üçün tikilmiş evlərdən mənzillər verdiyini bildirmiş. O, Zərərçəkmiş şəxs5 Qəzənfərlə görüşdürməsini xahiş etmiş, Nazim təxminən 2 gündən sonra onu Qəzənfərlə görüşdürmüş, görüş zamanı o, Qəzənfərdən iki otaqlı mənzil verilməsində ona köməklik etməsini xahiş etmiş, Qəzənfər iki otaqlı mənzil verilməsi müqabilində ondan 10000 manat pul itəmiş, o, Qəzənfərin Kadrlar idarəsində işlədiyi üçün inanmış, o, ilkin olaraq 1000 manat pul verə biləcəyini demiş. Qəzənfər ona fikirləşərək xəbər edəcəyini bildirmiş, həmin gün axşam saatlarında Nazim ona zəng edərək Qəzənfərin razı olduğunu, ilkin olaraq 1000 manat qəbul edə biləcəyini bildirmiş, o da ertəsi gün Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Əhmədli metrostansiyasının yaxınlığında Qəzənfərlə görüşüb Nazim və Yaşarın iştirakı ilə Qəzənfərə 1000 manat pulu vermiş, üç ay sonra ondan ev almağı ilə əlaqədar hər hansı bir sənəd tələb olunmadığı üçün şübhələnməyə başlamış və Yaşar və Nazimdən Qəzənfərlə görüşdürməsini xahiş etmiş, Nazim onu Qəzənfərin yaşadığı ünvana aparmış, lakin Qəzənfər evdə olmamış, Qəzənfərin ailə üzvləri onu qarşılayaraq Qəzənfərin ondan aldığı 1000 manat pulu qısa müddət ərzində qaytaracağını bildirmişdir. 2019-cu ilin martaprel ayında Nazim onun Qəzənfərə verdiyi 1000 manat pulu tam olaraq geri qaytarmışdır. Pulunu geri aldıqdan sonra ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti Təqsirləndirilən şəxs Yaşar, Nazim və digər şəxsləri aldatmış və pullarını almışdır. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs FHN-nin Kadrlar idarəsində işlədiyinə görə onun yuxarıda sadalanan işləri görə biləcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs onu aldadaraq 1000 manat pulunu ələ keçirən zaman həmin pulu hər hansı vəzifəli şəxsə verəcəyi barədə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2012-ci il tarixli 1659/ş nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs FHN-nin Kadr siyasəti Baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsinə təyin edilmişdir.(Cild İ, i.v. 56) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2019-cu il tarixli 0356 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. (Cild İ, i.v. 57) Hadisə yerinə baxış keçirilməsi barədə 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs16 tərəfindən 4500 manat məbləğində pul vəsaitləri Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 8 ünvanının qarşısında verilmişdir. (Cild İ, i.v. 151-156) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2021-ci il tarixli 14/xxxx/01927 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs FHN-nin Kadr siyasəti Baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsində qulluq edərkən “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən vəzifələri FHN- nin kadr məsələləri üzrə xüsusi rütbəli əməkdaşları ilə bağlı işə qəbul, işdən xaric, xususi rütbələrin verilməsi, cəza, mükafatlandırılma və digər məsələr ilə bağlı əmrləri icra etmək, müvafiq şəxslər üzrə şəxsi işlərə qeydiyyatını aparmaqdan ibarətdir. (Cild İ, i.v. 201-202) Hadisə yerinə baxış keçirilməsi barədə 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən X7 göndərdiyi 10000 manat məbləğində pul vəsaitlərini və Zərərçəkmiş şəxs17 tərəfindən 20000 manat məbləğində pul vəsaitləri Təqsirləndirilən şəxs ünvan 16 ünvanının qarşısında verilmişdir. (Cild İİİ, i.v. 81-83) Hadisə yerinə baxış keçirilməsi barədə 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14 Sədrəddin oğlu, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12 məxsus pul vəsaitləri Təqsirləndirilən şəxs ünvan 16 ünvanının qarşısında verilmişdir. (Cild İİİ, i.v. 85-87) Zərərçəkmiş şəxs Şahid3 Nazim oğlu ilə Təqsirləndirilən şəxs arasında aparılmış 02 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 Nazim oğlu iş üzrə verdiyi ifadəsini bir daha təsdiq edərək 2018-ci ilin yanvar ayından 2019-cu ilin ferval ayının 19-dək onun vasitəsi ilə tanış olduğu şəxslərin, həmçinin onun etibarından istifadə etməklə, onları aldatmaqla FHN-nin əməkdaşları üçün inşa ediləcək binalardan mənzillərin verilməsi, pensiya məbləğinin artırılması və işə düzəldilməsi adı ilə dələduzluq edərək xeyli miqdarda pullarını ələ keçirdiyini, həmin işlərin özü tərəfindən görülməsinə onları inandırdığını deyərək Qəzənfər Qyliyevin üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onlara yalan vədlər verib pullarını ələ keçirdiyini bildirmişdir.(i.v. 114-116) “Sübutların qiymətləndirilməsi haqqında” 05 mart 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd Tehran Kərimovun adına olan “Kapital Bank” plastik kart və 03 ədəd “Kapital Bank” hesabından çıxarış qəbzləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanmışdır. (Cild İİİ, i.v. 219-258) Məhkəmə, təqsirləndirilən şəxsin ibtidail istintaq zamanı və məhkəmədə təsdiq etdiyi ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitlərinin onların göstərdiyindən daha az olduğunu bildirsədə məhkəmə Təqsirləndirilən şəxs bu ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-nin 178.2.2, 178.2.3 və 178.2.4 maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş materiallarında olan: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Kadr siyasəti Baş idarəsində xidmət etdiyi müddət ərzində özünü intizamlı əməkdaş kimi göstərmişdir. Qanunları, rəhbəredici sənədləri bilir və gündəlik işində onlardan düzgün istifadə etmişdir. Verilən tapşırığı vaxtında yerinə yetirmişdir. Xidmət etdiyi müddət ərzində cəzası olmamışdır. (Cild İ, i.v. 203) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (Cild İİ, i.v. 52-53) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 yanvar 2022-ci il tarixli 4(007)-26/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablanmaqla 01 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 103-108) Zərərçəkmiş şəxs10 xx.xx.2022-ci il tarixdə rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona pensiya məbləğinin artırılmasına vəd verib aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 2000 manat pulu tam həcmdə qaytardığını bildirmişdir. (Cild İİİ, i.v. 117) Zərərçəkmiş şəxs14 Sədrəddin oğlu 04 mart 2022-ci il tarixdə rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona pensiya məbləğinin artırılması və Bakı şəhəri, Suraxanı rayonu ərazisində FHN-nin əməkdaşlarına inşa ediləcək binadan mənzil verilməsi adı ilə vəd verib aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 15000 manat pulu tam həcmdə qaytardığını bildirmişdir. (Cild İİİ, i.v. 118) Zərərçəkmiş şəxs X26 xx.xx.2022-ci il tarixdə rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Suraxanı rayonu ərazisində FHN-nin əməkdaşlarına inşa ediləcək binadan mənzil verilməsi adı ilə vəd verib aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 13000 manat pulu tam həcmdə qaytardığını bildirmişdir. (Cild İİİ, i.v. 119) Zərərçəkmiş şəxs X20 xx.xx.2022-ci il tarixdə rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Suraxanı rayonu ərazisində FHN-nin əməkdaşlarına inşa ediləcək binadan mənzil verilməsi adı ilə vəd verib aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 10000 manat pulu tam həcmdə qaytardığını bildirmişdir. (Cild İİİ, i.v. 120) Zərərçəkmiş şəxs11 xx.xx.2022-ci il tarixdə rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona pensiya məbləğinin artırılması adı ilə vəd verib aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 3700 manat pulu tam həcmdə qaytardığını bildirmişdir. (Cild İİİ, i.v. 121) Zərərçəkmiş şəxs8 xx.xx.2022-ci il tarixdə rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona Suraxanı rayonu ərazisində FHN- nin əməkdaşları üçün tikilmiş binalardan mənzil verilməsi adı ilə vəd verib aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 11050 manat pulu qaytardığını bildirmişdir. (Cild İİİ, i.v. 122) Zərərçəkmiş şəxs6 xx.xx.2022-ci il tarixdə rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona pensiya məbləğinin artırılması və oğlunu işə düzəltməsi adı ilə vəd verib aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 8500 manat pulun 4500 manatını qaytardığını bildirmişdir. (Cild İİİ, i.v. 123) Zərərçəkmiş şəxs12 xx.xx.2022-ci il tarixdə rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona pensiya məbləğinin artırılması adı ilə vəd verib aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 3000 manat pulun 600 manatını qaytardığını bildirmişdir. (Cild İİİ, i.v. 124) Zərərçəkmiş şəxs18 xx.xx.2022-ci il tarixli rayon prokurorluğuan ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onu işə düzəltmək adı ilə vəd edib aldadaraq dələduzluq yolu ilə aldığı 8000 manat puldan 5000 manatını geri qaytardığını bildirmişdir. (Cild İİİ, i.v. 125) Zərərçəkmiş şəxs16 xx.xx.2022-ci il tarixli rayon prokurorluğuan ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onu işə düzəltmək adı ilə vəd edib aldadaraq dələduzluq yolu ilə aldığı 4500 manat puldan 2500 manatını geri qaytardığını bildirmişdir. (Cild İİİ, i.v. 126) Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli rayon prokurorluğuna ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun arvadı Tehran Kərimovaya pensiya düəldəcəyi adı ilə vəd verib aldadaraq dələduzluq yolu ilə aldığı 7000 manat pulun 1350 manatını Kapital Bank hesab kartına vurmaqla qaytardığını bildirmişdir. (Cild İİİ, i.v. 127) X27 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Zərərçəkmiş şəxs12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. X20 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs14 Sədrəddin oğlu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs16 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs20 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs17 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs18 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş 09 yanvar 2023cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs19 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş 07 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş 27 dekabr 2022ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin bir hissəsi ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş notarius tərəfindən təsdiq edilmiş 23 dekabr 2022ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin bir hissəsi ödənilmişdir və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin bir qisminə dəymiş zərərin ödənilməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində az yaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 14 yanvar 2022-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut 01 ədəd Tehran Kərimovun adına olan “Kapital Bank” plastik kart və 03 ədəd “Kapital Bank” hesabından çıxarış qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 100 (bir yüz) saata görə 600 (altı yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 14 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd Tehran Kərimovun adına olan “Kapital Bank” plastik kart və 03 ədəd “Kapital Bank” hesabından çıxarış qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 100 (bir yüz) saata görə 600 (altı yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-14/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-14/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver