Məhkəmə qərarları › İş №1(004)-14/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-14/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-14/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Pedaqoq: X3, Müdafiəçilər Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs oğlu və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx xxxxxx 2006-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzə Alvadı ərazi dairəsi, Təzə Alvadı kəndində qeydiyyatda olan barəsində “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna ittiham elan olunmuşdur ondan ötrü ki, o, on dörd yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmə cinayəti törətmişdir. Belə ki, o, aralarında olan tanışlıq münasibətlərinə görə aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi və aralarında iki ildən çox yaş fərqinin olduğu xx xxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 28 fevral 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu “Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında görüşdükdən sonra piyada hərəkət edərək Yasamal rayonu, H.Cavid prospekti 80 saylı ünvanda yerləşən hündürmərtəbəli binanın qarşısına gəlmiş, həmin tarixdə saat təxminən 22 radəlerində orada sonuncu ilə birlikdə həmin binanın 14-cü mərtəbəsinə çıxaraq pilləkən qəfəsliyinin eyvanında Zərərçəkmiş şəxs əynində olan şalvarını aşağı çəkib sonuncunun razılığı ilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə, yəni anus dəliyinə salıb çıxarmaqla qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını təmin edərək aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi və aralarında iki ildən çox yaş fərqinin olduğu xx xxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında anası ilə birlikdə yaşayır. Şahid1 onun qonşusudur. O, Ağa ilə bir neçə il bundan əvvəl Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən internet kafelərinin birində tanış olmuş, Ağa adını xatırlamadığı həmin internet kafenin işçisi olmuşdur. Onlar sadəcə həmin internet kafedə bir-birlərini gördükləri zamanı görüşüb söhbət etmişdirlər. Zərərçəkmiş şəxs dostu Şahid1 sevgilisi kimi tanımış, lakin bildiyinə görə, onlar arasında olan münasibət ciddi xarakter daşımamışdır. Ağa ona Pərvanənin və özünün 17 yaşının olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs cəmi iki dəfə görmüşdür. İlk dəfə onlar dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində görüşüb gəzərək söhbət etmişlər. Şahid2 ilə idman zalında tanış olmuşdur. Səmral və Ağa bir-birlərini tanımamışdırlar. 28 fevral 2022-ci il tarixdə o, dostu Səmral ilə birlikdə ayaqqabı almaq məqsədilə Sumqayıt şəhərində görüşmüşdür. Həmin vaxt Ağa onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək, Pərvanənin evdən qaçdığını və ona ev tapmaqda kömək lazım olduğunu bildirmişdir. O, dostu Səmralla birlikdə kömək etmək məqsədilə Ağa ilə Pərvanənin yanına getmişdir. O, Zərərçəkmiş şəxs evdən niyə qaçdığını soruşduqda Pərvanə ona dərslərindən zəif qiymət aldığını və bu səbəblə atasının onu danlayacağından qorxduğu üçün evdən qaçdığını bildirmişdir. Hündürmərtəbəli binanın yanından keçən zaman Pərvanə ona həmin binaya daxil olmağı təklif etmişdir. O, Pərvanənin evdən qaçması ilə bağlı problemi ilə maraqlanmaq məqsədi ilə onun təklifi ilə razılaşaraq həmin binaya daxil olub lift ilə 14-cü mərtəbəyə qalxmışdır. Həmin mərtəbədə o, Pərvanə ilə heç bir münasibətdə olmamış və orada təxminən 5-10 dəqiqə dayandıqdan sonra aşağı düşüb binadan bayıra çıxmışlar. O, Pərvanə ilə yuxarıda olan zaman onunla birlikdə gələn dostları Səmral və Ağa binanın qarşısında onları gözləmişlər. Bundan sonra o və Ağa metro ilə “20 Yanvar” metrostansiyasına gəlmiş, Səmral ilə Pərvanə isə Sumqayıt şəhərinə getmişdirlər. Yekun olaraq o, Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli hərəkət etməmiş və bu səbəbdən hazırki cinayət işi üzrə barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şahid1 ilə dəqiq xatırlamadığı tarixdə "İnstaqram" sosial şəbəkəsi vastəsilə tanış olmuş və bundan sonra onlar sevgili münasibətində olmuşlar. O, Ağa ilə təqribən bir müddət "İnstaqram" sosial şəbəkəsində danışdıqdan sonra onunla görüşməyə qərar vermişdir. İlk dəfə Ağa ilə 2022-ci ilin fevral ayında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində görüşmüşdür. Ağa Sumqayıt şəhərində yaşadığından və Bakı şəhərini tanımadığından onlar görüşdükləri vaxt Ağanın yanında onun dostu Ümüd adlı şəxs də olmuşdur. Onlar birlikdə Yeni Günəşlidə olan parka getmişlər, daha sonra o, oradan getmək istəmiş, lakin Ağa ona əsəbiləşərək Sumqayıtdan Bakıya ona görə gəldiyini bildirmiş və heç nə etməmiş gedə bilməyəcəyini demişdir. Bu vaxt Ümid adlı şəxs onun üstünə bıçaq çıxararaq onu qorxutmuşdur. Bu səbəbdən o, qorxduğu üçün evə qayıda bilməmişdir. Həmin gün o Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən binaların birinin blokunda Şahid1 ilə qeyri-təbii yolla cinsi əlaqə olmuşdur. Bundan müddət sonra onun ailəsində problemlərin yaranması və evdə atasının onu hicab bağlamağa məcbur etməsi səbəbindən o, 28 fevral 2022-ci il tarixdə yaşadığı evdən qaçmış və gedə biləcəyi başqa yer olmadığından ikinci dəfə yenidən Ağa ilə görüşmüşdür. Ağa onu Yasamal rayonu Elmlər metrosunun yaxınlığında yerləşən kafeyə aparmışdır. Bundan sonra Ağa dostu Ümüdlə əlaqə saxlayaraq onun evdən qaçdığını və getməyə yeri olmadığını demişdir. Daha sonra Ümüd onların olduqları yerə gəlmiş və həmin vaxt Ümüdün yanında tanımadığı, sonradan adının Səmral olduğunu öyrəndiyi şəxs də olmuşdur. Ümüd gəldikdən sonra onlar birlikdə gəzməyə başlamışdırlar. Bu zaman Ümüd hündürmərtəbəli binanın qarşısına çatdıqda ona həmin binanın yuxarı mərtəbəsinə qalxmağı təklif etmişdir. Həmin vaxt Ağa Ümüdün təklifini eşitsə də, onun Ümüdlə həmin binaya qalxmasına etiraz etməmişdir. O, Ağa ilə sevgili münasibətində olduğu üçün Ağanın onunla Ümüdün həmin binaya qalxmasına heç bir etiraz etməməsi ona pis təsir etmişdir. O da oraya qalxanda nə olacağı ilə maraqlanmadan onunla razılaşmış və onlar həmin binaya daxil olub liftlə yuxarı mərtəbəyə qalxmışdırlar. Həmin binanın xatırlamadığı mərtəbəsində yerləşən pilləkənlər olan yerdə Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra, onlar birlikdə aşağı düşmüşlər və həmin vaxt Ağa ilə Səmral binanın qarşısında onları gözləyirmişlər. Daha sonra o, Səmralla birlikdə əvvəllər tanımadığı, sonradan adının Əli olduğunu öyrəndiyi şəxsin evinə getmiş, Ağa ilə Ümüd isə birlikdə Sumqayıt şəhərinə qayıtmışdırlar. 28 fevral 2023-cü il tarixdə Şahid1 ilə görüşmüş lakin onlar arasında hər hansı formada cinsi əlaqə olmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hansı səbəbdən onunla binanın 14-cü mərtəbəsinə qalxmaq istəməsini bilməmişdir. Lakin növbəti məhkəmə iclası zamanı o, ifadəsində göstərdi ki, Ümüd onunla hündürmərtəbəli binanın qarşısına çatan zaman ona həmin binanın yuxarı mərtəbəsinə qalxmağı təklif etmişdir. O da onunla razılaşaraq həmin binaya daxil olub liftlə yuxarı mərtəbəyə qalxmışdır. Orada olan zaman o, eyvanda Ümüdlə dayanaraq evdən qaçmasının səbəbi barədə onunla söhbət etmişdir. Bundan sonra onlar birlikdə aşağı düşmüşlər. O, Ümüdlə cinsi əlaqədə olmamış və Ümid ona qarşı hər hansı seksual xarakterli hərəkət etməmişdir. Ona qarşı nə istintaq, nə də məhkəmə iclasları zamanı heç kəs tərəfindən təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayır. X4 onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə onun qızıdır. Dəqiq xatırlamadığı tarixdə həyat yoldaşı Gülşanə onun mobil telefonuna zəng edərək qızları Zərərçəkmiş şəxs məktəbdə olmadığını və onun qaçdığını bildirmişdir. O, dərhal qızı Pərvanənin telefonuna zəng vuraraq onun harada olduğunu soruşmuş, Pərvanə isə yolda olduğunu və evə gəldiyini bildirmişdir. Bundan təxminən yarım saat keçdikdən sonra o, yenidən qızına zəng vurduqda Pərvanə ona “Bakı funikulyoru”nun yanında olduğunu bildirmişdir. O, dərhal həyat yoldaşı ilə birlikdə oraya getmiş, lakin qızının orada olmadığını görmüşdür. O, bu dəfə də qızına zəng etdikdə qızı Pərvanə yenə də orada olduğunu bildirsə də, Pərvanə həmin yerdə olmamış və telefondan tanımadığı oğlan səsləri gəlmişdir. Bundan sonra o və həyat yoldaşı birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə qızları Zərərçəkmiş şəxs evdən qaçması ilə bağlı müraciət etmişdirlər. Bundan əlavə bildirmişdir ki, bundan əvvəl qızı Pərvanə heç vaxt evdən qaçmamışdır. O, heç vaxt qızını hicab taxmağa məcbur etməmiş və ya dərslərindən zəif qiymət aldığına görə danlamamışdır. O, ümumiyyətlə, qızı ilə çox ünsiyyətdə olmamış, onun tərbiyəsi ilə anası məşğul olmuşdur. Hadisədən sonra o, qızından evdən qaçmasının səbəbini aydınlaşdırmamışdır. Lakin qızı Pərvanənin şəhəri yaxşı tanımaması səbəbindən o hesab edir ki, tanımadığı şəxslər əvvəlcədən razılaşaraq qızını məktəbdən götürüb aparmışdırlar. Onun qızı Pərvanənin “İnstagram” sosial şəbəkəsindən istifadə etdiyindən xəbəri olmamışdır. O qızına qarşı heç vaxt əxlaqsız hərəkətlər etməmişdir və bununla bağlı təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Hüseynbala oğlu ifadəsində göstərmişdir ki, Şahid1 əvvəllər onun qaynı olmuşdur. Onlar bir-biri ilə yaxşı münasibətdə olmuşdurlar. 28 fevral 2022-ci il tarixdə saat təxminən 18 radələrində əvəllər işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Elmlər akademiyası metrostansiyasının yaxınlığında “Dönəriyyə” kafesində olan zaman, qaynı Ağa, adlarını sonradan bildiyi Pərvanə və Ümid adında şəxslər həmin kafeyə gəlmişlər. Bundan sonra Ağa və onun yanında olan şəxslər kafedə olan xidmətçiyə dönər sifariş vermişlər və dönəri yedikdən sonra hesablarını verərək kafeni tərk etmişlər. Hal-hazırda Şahid1 ilə əlaqəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid2 onun tanışıdır. 28 fevral 2022-ci il tarixdə, təxminən axşam saatlarında Səmral onun mobil telefonuna zəng edib getməyə başqa yeri olmadığından bir günlük gecəni onun yaşadığı evdə qalmağı ondan xahiş etdi. O isə Səmrala heç bir etiraz etməyərək buna razılıq vermişdir. Bundan sonra Səmral yanında əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi bir qızla onun yaşadığı evə gəlmişdir. Səmral və Pərvanə həmin gecəni onun evində keçirmişlər, səhəri gün isə o, Səmral və Pərvanəni mənzilindən yola salmışdır. Sözügedən iş üzrə baş verən hadisə barədə Polis Bölməsinə dəvət olunana qədər heç bir məlumatı olmamışdır. X13 adlı şəxsi tanımır. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 55-57-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayının sonlarından tanıyır. Onunla “İnstaqram“ sosial şəbəkəsində tanış olmuşdur. Bir müddət aralarında sosial şəbəkədə yazışdıqdan sonra yaxından tanış olmaq məqsədi ilə bir birinin əlaqə nömrələrini götürmüşlər. Bundan sonra telefon vastəsilə əlaqə yaratmağa başlamışlar. 2022-ci ilin fevral ayının əvvəllərində saat təqribən günorta radələrində Sumqayıt şəhərindən Bakı şəhərinə dostu olan Təqsirləndirilən şəxsla birlikdə gələn zaman Pərvanə onunla telefon əlaqəsi saxlayaraq onunla görüşmək istədiyini bildirmişdir. O da Pərvanəni şəkillərdə görməsinə baxmayaraq canlı görmək istədiyindən dostu Ümüdlə birlikdə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinə gəlmişdir. Onlar Günəşli qəsəbəsinə çatdıqdan sonra Pərvanənin təklif etdiyi ünvana gəlmişlər. Orada Pərvanə ilə görüşüb gəzişməyə başlmışlar. Pərvanə qəfildən onun yanında olan dostu Ümüdə tərəf baxaraq nəlayiq formada ondan siqaret istəmişdir bu zaman Ümüd cibindən açılıb qatlanan bıçağa bənzər dırnaqtutanı çıxarıb onun bıçaq tərəfini əlində oynatmağa başlamışdır. Ümüdün niyyətinin Pərvanəni qorxuzmaq olmuşdur. Bu zaman Ümüd üzünü çevirib Pərvanəyə iradını bildirərək onunla söyüşlə danışmamasını bildirmişdir. Bundan sonra onlar Pərvanə ilə bir qədər söhbət etdikdən sonra Pərvanə qardaşının hazırlıqdan gələcəyini bildirib evin açarlarınında onda olduğunu qeyd edərək evə tələsdiyi üçün çıxıb getmişdir. Onlarda Ümüdlə birlikdə işlərinin ardınca çıxıb getmişlər. Hətda Ümüd ona bildirmişdir ki, buna görə o burda bu qədər gözləmişdir. Bundan sonra o Pərvanə ilə dəfələrlə özünə məxsus olan 051 ***-**-** nömrəsindən Pərvanəyə məxsus olan telefon vastəsilə əlaqə saxlamışdır. 28 fevral 2022-ci il tarixdə günorta radələrində Pərvanə ona məxsus olan 051 ***-**-** saylı mobil nömrəsi ilə telefon əlaqəsi saxlayaraq evdə atası ilə dalaşdığını, evdən qaçdığını bildirmiş və hal hazırda Xalqlar tərəfdə parkda olduğunu demişdir. O da Pərvanəyə onu gözləməsini bildirmişdir. Pərvanənin zəngindən təqribən bir saat sonra o Pərvanənin olduğu yerə çatmışdır. Onlar bir qədər parkda gəzdikdən sonra birlikdə onun yeznəsinin işlədiyi Yasamal rayonu Elimlər adlanan ərazidə yerləşən kafeyə getmişlər. Kafedə birlikdə dönər yedikdən sonra Pərvanə ona bildirmişdir ki. evdə atası ilə dalaşdığından evə getməyəcək və ona bir gecəlik qalmağa yer lazımdır. Oda dostu Ümüdlə telefon əlaqəsi saxlayaraq Pərvanə üçün gecələməyə yer tapmasını xahiş etmişdir. Bu zaman Ümüd ona bildirmişdir ki, öz yerləşdiyi yerin adresini telefonda ona atsın. O ünvanı Ümüdə atandan təqribən 5 dəqiqə sonra Ümüd onların olduğu yerə çatmışdır. Belə ki, Ümüdlə telefonda əlaqə saxladığı zaman Ümüd ona Elimlər Akademyası yaxınlığında olduğunu ona bildirmişdir. Ümüd onlara çatan zaman Ümüdün yanında Səmral adlı bir dostuda olmuşdur. Həmin vaxt saat təqribən 22 radələri idi. Onlar kafenin qarşısında görüşdükdən sonra gəzişməyə başlamışlar. Ümüdlə Pərvanə onlardan bir qədər qabaqda gedirmişlər. Bu zaman Ümüdlə Pərvanə qarşıda olan hündürmərtəbəli bir binaya daxil olurlar. O Pərvanə və Ümüddən hara getdiklərini soruşduqda Ümüd ona binanın yuxarı mərtəbəsinə qalxdığını və orada video çəkliş aparacaqlarını bildirmişdir. O Səmralnan aşağıda onları gözləmişdir. Təqribən 15-20 dəqiqədən sonra onlar binanın aşağı mərtəbəsinə düşmüşlər. Bundan sonra o Ümüddən xahiş etmişdir ki, Pərvanənin bir gecəlik qalmağa yer təşkil etsin. Ümüd onun yer təşkil etməyə imkanı olmadığını bildirən zaman onların yanında olan Ümüdün dostu Səmral Pərvanənin bir gecəlik qalması üçün yer təşkil edəcəyini bildirmişdir. Səmral dostu Əli adlı şəxslə telefon əlaqəsi saxlayaraq Pərvanənin bir gecəlik onun evində qalmasını xahiş etmişdir. Bundan sonra o Ümüdlə birlikdə oradan çıxıb getmişlər. Pərvanədə Səmralnan birlikdə Sumqayıt şəhərinə yola düşmüşlər. Səhəri gün onun mobil telefonunda İnstaqram sosial şəbəkəsində onun səhvəsinə məsaj gəldiyini görmüş və ona yazan şəxsin Pərvanənin müəlliməsi olmuşdur. Pərvanənin müəliməsi ondan Pərvanənin harada olmasını soruşurmuş. O Pərvanənin hadara olmasını bilmədiyini bildirmiş və Pərvanə ilə telefon əlaqəsi saxlamaq istəmiş Pərvanəyə zəng çatmamışdır. Bundan sonra Səmralın istifadəsində olan xatırlamadığı mobil nömrə ilə əlaqə saxlayaraq polisin Pərvanəni axtardığını bildirmişdir. Səmraldan Pərvanəni Bakı şəhərinə yola salmasını xahiş etmişdir. Pərvanə onunla tanış olduğu zaman on üç yaşı olduğunu ona bildirdiyini demişdir. O Pərvanə ilə heç yerdə təbbi v\ qeyri təbii yolla cinsi əlaqədə olmadığını Pərvanəyə qarşı seksual xarakterli hərəkətlər etmədiyini bildirmişdir. Yalnız bir səfərində Pərvanənin boynunu qucaqladığını qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində gəzişərkən o Səmralla arxada getdiyini Ümüdün isə Pərvanə ilə qarşıda getdiklərini və qarşılarına çıxan hündürmərtəbəli binaya daxil olaraq oradan 15-20 dəqiqədən sonra çıxdığını həmin vaxt o Səmralla binanın qarşısında Ümüdü gözlədiyini bildirmişdir. O, Ümüdlə Pərvanınin hündürmərtəbəli binanın yuxarı mərtəbəsində nə işlə məşğul oduğunu bilməmişdir. Sadəcə Pərvanə Ümüdlə binadan düşdükdən sonra Pərvanə Ümüdün ona nəsə etdiyini bildirmişdir. O ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, Pərvanə ilə görüşləri zaman Pərvanə on üç yaşı olduğunu ona və Ümüdə demişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 58-60-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il tarixdə Sumqayıt şəhərində tanış olmuş və həmin vaxtdan bu günə kimi tanışlıq münasibətləri vardır. 28 fevral 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri 20 yanvar metrostansiyasıdan Elimlər Akademyasının metro stansiyasına özünə ayaqqabı almaq üçün gedərkən, həmin vaxt təsadüfən Ümüdlə rastlaşmışdır. Bu zaman Ümüddən hara getməsini soruşduqda. Ümüd ona Bakı şəhərində qohumu gilə qonaq gedəcəyini bildirmişdir. Bundan sonra Ümüd ona hazırda işi olmadığından birlikdə Elimlər Akademyası metrostansiyasına getməyini təklif etmişdir, o, isə sonuncuya heç bir etiraz etməyərək birlikdə Elimlər Akademyası metro stansiyasına gəlmişlər. Bundan sonra o, orada özü üçün ayaqqabını almış və oradan çıxıb evə gedərkən, həmin vaxt Ümüdün mobil telefonuna kimsə zəng etmiş və telefonda danışdıqdan sonra o, Ümüddən soruşmuşdur ki, kimdir onunla danışan, Ümüd isə dostu Ağa adlı şəxsin zəng etməsini, tanışı Pərvanə adlı qızla birlikdə olduqlarını və Pərvanənin qalmağa yeri olmadığını və bir gecəlik sonuncunun evində qalması üçün ev tapmasını ondan xahiş etmişdir. Bundan sonra Ümüd ondan xahiş etmişdir ki, onunla birlikdə Elimlər Akademyası metrostansiyasının qarşısına getsin və orada Ağa ilə görüşmək istəyir, o, isə heç bir etiraz etməyərək Ümüdlə birlikdə gəlmişdir. Bundan sonra orada ilk dəfə Ümüdin dostu Ağa və adını sonradan bildiyi Pərvanə adlı qızı görmüş, bu zaman Ümüd onu Ağa və Pərvanə ilə tanış etmişdir. Bundan sonra Elimlər Akademyasından bir qədər piyada hərəkət edərək Yasamal rayonu H.Cavid prospekti 80 saylı ünvanda yerləşən hündürmertəbəli binanın qarşısına gəlmişlər. Bundan sonra Ümüd, Ağa və Pərvanə birlikdə öz aralarında söhbət etmişlər, sonra isə Ümüd ona Pərvanə ilə birlikdə həmin hündürmərtəbəli binaya qalxacaqlarını və orada öz aralarında söhbət edəcəyini və onun həmin binanın qarşısında bir qədər gözləməsini bildirmişdir. Ümüd Pərvanə ilə birlikdə həmin hündürmərtəbəli binaya qalxmış, o, və Ağa həmin binanın qarşısında gözləmişlər. Təxminən 10-15 dəqiqədən sonra Ümüd Pərvanə ilə birlikdə həmin binanın qarşısına gəlmişlər. Bu zaman Ümüd ona Pərvanəyə bir gün qalmağa ev tapmasını xahiş etmişdir. O, isə Ümüdə Sumqayıt şəhərində yaşayan dostu Əli adlı şəxsin Sumqayıt şəhərində olan evində Pərvanənin bir gün qalmasını xahiş edəcəyini, əgər Əli icazə versə Pərvanəni Sumqayıt şəhərinə apara biləcəyini bildirmişdir. Elə həmin vaxt o, Əlinin istifadə etdiyi mobil telefonuna zəng edərək Pərvanənin evində bir gün qalmağını xahiş etmiş, Əli isə heç bir etiraz etməmişdir. Bundan sonra Ağa sonuncunun dediyinə görə yeznəsigilə və Ümüd isə qohumlarıgilə gedəcəklərini bildirərək birlikdə onlardan ayrılmışlar. O və Pərvanə birlikdə 20 yanvar metrostansiyasının qarşısında Sumqayıt şəhərinə gedən sərnişin daşıyan avtobusa əyləşərək Sumqayıt şəhərinə gəlmişlər. Orada o, Əli ilə görüşmüş və sonuncunun Sumqayıt şəhərində dəqiq ünvanını xatırlamadığı ünvana gəlmişlər. Həmin mənzil 1 otaqdan ibarət olmuş, mənzildə çarpayıda Pərvanə o, və Əli isə yerdə döşəmədə yatmışlar. Səhərisi gün yəni 01 mart 2022-ci il tarixdə saat təxminən 08 radələrində o, Pərvanəni Sumqayıt şəhərindən Bakı şəhərinə sərnişin daşıyan avtobusla yola salmışdır. Lakin sonradan nə hadisəsi baş verməsindən heç bir məlumatı olmamışdır. Sumqayıt şəhərində Pərvanə Əlinin yaşadığı ünvanda qalarkən o, və Əli Sonuncuya qarşı hər hansı bir fiziki zor tətbiq etməmiş və Pərvanə ilə seksual qeyri təbii yolla cinsi əlaqədə olmamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X17 canlı şəxsin ekspertizası haqqında 15 mart 2022-ci il tarixli 306 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. (Cild İ, i.v. 49-52) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2022-ci il tarixli 11/105 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Azyaşlı Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Azyaşlı Zərərçəkmiş şəxs hal-hazırda əqli və psixi inkişafına, fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. (Cild İ, i.v. 53- 57) “Yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinin tanınması haqqında” 16 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə yetkinlik yaşına çatmayan X16 ilə zəruri istintaq hərəkətlərinin aparılması üçün anası Qanuni nümayəndə2 onun qanuni nümayəndəsi qismində tanınmışdır. (Cild İ, i.v. 79) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 25 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ünvan 4 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının eyvanında 28 fevral 2022-ci il tarixdə saat 16 radələrində X18 ilə və həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. (Cild İ, i.v. 97-101) 26 may 2022-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs Şahid1 və Təqsirləndirilən şəxs tərəfindən onunla qeyri-təbii yolla cinsi əlaqədə olması ilə bağlı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmadığını sonuncunun üzünə qarşı bildirmişdir. (Cild İ, i.v. 102-104) 26 may 2022-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs Şahid1 və Təqsirləndirilən şəxs tərəfindən onunla qeyri-təbii yolla cinsi əlaqədə olması ilə bağlı ifadəsində göstərdiklərini Şahid1 üzünə qarşı bildirmişdir. Şahid1 Zərərçəkmiş şəxs ilə qeyritəbii yolla cinsi əlaqədə olmadığını sonuncunun üzünə qarşı bildirmişdir. (Cild İ, i.v. 105-107) “İfadənin yerində yoxlanılması haqqında” 11 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları aydınlaşdırmaq məqsədi ilə ifadəsini yerində yoxlanılarkən Zərərçəkmiş şəxs ünvan 5 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının eyvanında onu qucaqladığını yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 114-116) Sumqayıt şəhəri, 16 saylı tam orta məktəbin direktoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oxuduğu illər ərzində öznü nizam-intizamlı bir şagird kimi aparmışdır. Təqsirləndirilən şəxs məktəbdə keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Təqsirləndirilən şəxs müəllim kollektivinin hörmətini qazanmışdır. Məktəb bu cür şagirdlə fəxr edir. (Cild İ, i.v. 148) “Qətimkan tədbirinin seçilməsi barədə” 11 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində valideyn nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 148-149) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (Cild İ, i.v. 185) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X17 canlı şəxsin ekspertizası haqqında 25 avqust 2022-ci il tarixli 656 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində olan onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (Cild İ, i.v. 241-244) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X17 canlı şəxsin ekspertizası haqqında 25 avqust 2022-ci il tarixli 657 nömrəli rəyinə əsasən Şahid1 cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Şahid1 xarici cinsiyyət üzvlərində olan onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (Cild İ, i.v. 245-248) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2332 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yüksək ruhi heyacan (affekt) vəziyyətində olmamışdır. (Cild İ, i.v. 249-252) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2334 saylı rəyinə əsasən Şahid1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Şahid1 törətdiyi əməl dövründə də, hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Şahid1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Şahid1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Şahid1 əməli Azərbaycan Respublikası CM-nin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Şahid1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şahid1 cinayət əməlini törədən zaman yüksək ruhi heyacan (affekt) vəziyyətində olmamışdır. (Cild İ, i.v. 249-252) 03 sentyabr 2022-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Bağırlı X6 Ümüd Habil oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı bildirmişdir. (Cild İİ, i.v. 16-19) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X17 canlı şəxsin ekspertizası haqqında 27 oktyabr 2022-ci il tarixli 819 nömrəli rəyinə əsasən 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir. Zərərçəkmiş şəxs müəyyən edilmiş sümük yaşı 14-14,5 ilə uyğun gəlir. (Cild İİ, i.v. 41-44) Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 6 ünvanda qeydiyytdadır. Faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, AB yaşayış massivi ev 115-də anası Gülşanə atası Pərviz və azyaşlı qardaşları Məhəmməd və Rafiqlə birlikdə yaşayır. Özü 279 saylı tam orta məktəbin 8-ci sinifdə oxuyur. 2022-ci ilin təqribən yanvar ayının əvəllərində "İnstaqram" sosial şəbəkəsi vastəsilə Şahid1 ilə tanış olmuşdur. Onunla təqribən bir aya yaxın İstaqram sosial şəbəkəsində danışdıqdan sonra Ağa onunla daha yaxından tanış olmaq istəmiş və o telefon nömrəsini Ağaya vermişdir. Bundan sonra Ağa onunla telefon vastəsilə əlaqə saxlayıb danışırdı. Ağa ona öz istifadəsində olan 051 ***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan 055 ***-**- ** nömrəsi ilə əlaqə saxlayırdı. 2022-ci ilin fevral ayının əvvəllərində axşam radələrində Ağa ilə danışaraq razılaşmışlar ki, Ağa onun yaşadığı məhlə tərəfə gələcək və onlar görüşüb gəzişəcəklər. Ağa hər dəfə onunla danışanda onu sevdiyini deyirmiş. Danışıqlarının səhəri günü günorta saat təqribən 13 radələrində Ağa ona zəng vurub yaşadığı ünvana gəldiyini bildirmişdir. O, öz evlərinin ünvanını Ağaya bildirmişdir. O. anasından həyətə düşməyə icazə alıb və həyətə düşmüş Ağa ilə görüşmüşdür. Həmin vaxt Ağanın yanında onun dostu Ümüd adlı şəxsdə olmuşdur. Belə ki, o Ümüdü bir neçədəfə Ağa ilə telefonda “Whatsapp” sosial şəbəkə vastəsi ilə görüntülü danışarkən Ağanın yanında görmüşdür. O. həyətə düşüb onlarla salamlaşmış və birlikdə Yeni Günəşlidə olan parka gedib orada gəzişməyə başlamışlar. O Ağa və Ümüdnən gəzən zaman evə getmək istədiyini bildirmiş bu zaman Ümüd Ağanın üstünə qışqıraraq bildirmişdir ki, onu Sumqayıtdan Günəşliyə nəyə görə gətirmişdir. Ümüd bu sözləri Ağaya deyəndən sonra cibindən bıçağa bənzər bir əşya çıxarıb əlində oynatmağa başlamışdır. O, Ümüddən qorxub çıxıb evə getmək istəmişdir. Bu zaman Ağa və Ümüdündə onun arxasınca gəldiklərini görmüşdür. Ümüd əlində olan əşyanı gizlədib ona zarafat etdiyini bildirmişdir. Ümüd heç həmin əşya ilə onu hədələməmişdir. Bundan sonra Ağa və Ümüd çıxdıq evlərinə getmişlər. O da öz evlərinə getmişdir. Bundan sonra o Ağa ilə telefon vastəsi ilə mütamadi əlaqə saxlayıb danışırmış. Bütün olanlara baxmayaraq Ağa yenədə onu sevdiyini etraf edirmiş. Bu hadisədən təqribən bir həftə sonra Ağa onunla görüşmək üçün məhlələrinə getmək istədiyini ona bildirmiş. Lakin o Ağaya evdən çıxa bilməyəcəyini demişdir. Onuda qeyd etmişdir ki, evdə atası ona başını bağlamağı və namaz qılmağa məcbur etdiyindən evdən qaçmaq qərarına gəlmişdir. 28 fevral 2022-ci il tarixdə səhər saat 07:30-da anası Gülşanə onu məktəbə aparmış və onu məktəbin arxa qapısından içəri salmışdır anası çıxıb getdikdən sonra o məktəbin qabaq qapısından çıxmış yaxınlıqda olan avtobus dayanacağından 50 nömrəli marşurut avtobusuna minmiş və Xalqlar metrosu yaxınlığında olan H.Əliyev parkına getmişdir. O bir qədər parkda oturduqdan sonra Ağa ilə telefon əlaqəsi saxlamış ona evdən qaçdığını bildirmişdir. Ağaya əvvəlcədən evdən qaçacağı barədə heçnə deməmişdir. Ağa həmin vaxt ona bildirmişdir ki, hal hazırda Sumqayıt şəhərindədir bir iki saata gələcəkdir. Ağa gələnə qədər o parkda onu gözləmişdir. Təqribən 3-4 saata Ağa onun olduğu parka gəlib çatmışdır saat təqribən 15 radələri olarmış, Ağa onu götürüb metroya mindirib onu yeznəsinin işlədiyi Yasamal rayonu Elimlər metrosunun yaxınlığında yerləşən kafeyə aparmışdır. Orda Ağa onu yeznəsi ilə tanış etmişdir onun adını xatırlamır onu isə Ağa yeznəsinə sevgilisi kimi təqdim etmişdir. Onlar həmin kafedə oturub hərəsi bir dönər yemişlər. Saat təqribən 17-18 radələrində Ağa yeznəsindən icazə alaraq onunla gəzəcəyini bildirmişdir. Bundan sonra Ağa ilə birlikdə kafedən çıxıb gəzməyə başlamışlar. O həmin ərazini tanımadığından harada gəzdiyini bilmirmiş. Hündür mərtəbəli binanın qarşısından keçən zaman Ağa ona bildirmişdir ki, onunla cinsi əlaqədə olmaq istəyir. Əlavə olaraq onuda qeyd etmişdir ki, Ağa ilə aralarında olan söhbət əsnasında o Ağaya 15 yaşı olduğunu və qız uşağı olduğunu demişdir. O, Ağanın təklifi ilə razılaşmış və onlar birlikdə Ağa ilə həmin hündürmərtəbeli binanın blokuna daxil olub binanın yuxarı mərtəbəsinə liftlə qalxmışlar. Orada heç kim yox imiş o əynində olan qara rəngli cins şalvarını aşağı çəkmiş Ağa şalvarını çıxarıb cinsiyyət orqanını onun arxa keçəcəyinə salmaq istəmişdir lakin hansısa səbəbdənsə içəri salmamışdır və cinsiyyət orqanını arxa keçəcəyinə sürtərək yerə boşalmışdır sonra onlar paltarlarını geynib həmin binadan bayıra çıxmışlar. Onlar Ağa ilə birlikdə Ağanın yeznəsinin işlədiyi kafeyə geri qayıtmışlar. O Ağaya qalmağa yeri olmadığını bildirmişdir. Ağa ona təkidlə məsləhət görürmüş ki, o evə valideyinlərinin yanına qayıtsın. Lakin o, Ağaya bildirirmiş ki, evlərinə geri qayıtmaq istəmir. Bundan sonra Ağa öz telefonu ilə dostu Ümüdlə Ümidlə əlaqə saxlayaraq onun yanında olduğunu evdən qaçdığını getməyə yeri olmadığını demiş və Ağa Ümüdə konum atmışdır ki, Ümüd onların olduqları yerə gəlmişdir. Həmin vaxt Ümüdün yanında tanımadığı ilk dəfə idi ki, gördüyü sonradan adını Səmral kimi öyrəndiyi şəxsdə var imiş. Ümüd gəldikdən sonra onlar hamsı birlikdə kafedən çıxıb yaxınlıqda gəzişməyə başlamışlar. Ümüd ona yaxınlaşmış və onlar Ağa və Səmraldan bir qədər qarşıda gedirmişlər Ağa Səmralnan arxaya qalmışlar. Ümüd ona öyüd nəsihət verməyə başlamışdır ki, evə qayıtsın. Ümüd onunla bir hündürmərtəbəli binanın qarşısına çatan zaman ona onunla cinsi əlaqədə olmağı təklif etmişdir. O da onunla razılaşmış və onlar birlikdə binaya daxil olub liftlə yuxarı mərtəbəyə qalxmışlar orada olan eyvanda o şalvarını aşağı çekmiş bundan sonra Ümüd şalvarını çıxarıb öz cinsiyyət orqanını onun arxa keçəcəyinə yaxınlaşdırıb içəri salmış təqribən 5 dəqiqədən sonra cinsiyyət orqanını çıxarıb yerə boşalmışdır. Bundan sonra onlar paltarlarını geyinib aşağı düşmüşlər həmin vaxt Ağa ilə Səmral binanın qarşısında onları gözləyirmişlər saat təqribən 21-22 radələri olarmış onlar aşağı düşəndən sonra Ümüd Səmraldan xahiş etmişdir ki, onun bir gecəlik qalmağına yer tapsın. Bundan sonra Səmral onuda özü ilə Sumqayıt şəhərinə aparmışdır. Orada tanımadığı bir ünvana getmişlər. Həmin evdə Səmralın dostu qalrmış. Hətda onlar yolda olan zaman Səmral dostuna zəng vurub onun evində gecələməyi üçün icazə almışdır. Həmin gecə onlar yəni o və Səmralın dostunun evində qalmışlar. Səmralın dostunun adını xatırlamırmış. Səmral dostu ilə yerdə yer salıb yatmışlar o isə çarpayıda yatmışdır. Onların heç biri ona əl vurmamışlar. Həmin günün səhəri Ağa ona zəng vuraraq müəliməsinin onu axtardığını bildirib onun evə getməyini istəmişdir. Bundan sonra Səmral onu avtobusa mindirmiş və o avtobusdan “20 yanvar” metrosunun yaxınlığında düşmüşdür orada onu polislər qarşılayıb bölməyə aparmışlar. Atasının ona qarşı heç bir seksual xarakterli hərəkət etmədiyini atasından qorxduğu üçün və atasını polislərin özündən kənar tutmaları üçün polislərə yalan danışmış qorxurmuş ki, bütün bunlardan sonra atası ona xəsarət yetirər. Əlavə olaraq qeyd etmişdir ki, Ümüddə onun 13 yaşı olduğunu bilirmiş Ümüd onunla cinsi əlaqədə olmamışdan əvvəl Ümüd ondan yaş həddini soruşanda ona 13 yaşı olduğunu və qız uşağı olduğunu demişdir. (Cild İİ, i.v. 185-188) “Sübutların qiymətləndirilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 cinayətin törədildiyi vaxtda 16 yaşı tamam olmadığından cinayət işinin onun barəsində olan hissəsinə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinə hissəvi xitam verilmişdir. (Cild İİ, i.v. 194-203) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 16 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. (Cild İİ, i.v. 205-206) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2008-ci il təvəllüdlüdür. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisini tərk edərək Moskva şəhərinə getmişdir. “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 20 may 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən Şahid3 elan edilmiş ittiham ancaq azyaşlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət işi başlananadək verdiyi izahatlarında atasınən hərəkətləri barədə verdiyi məlumatlara əsaslanır ki, ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınandan sonra Zərərçəkmiş şəxs həmin hallar barədə düzgün izahat vermədiyini, atasının ona qarşı cinayət törətmədiyini bildirmişdir. Bununla yanaşı, Şahid3 ittiham olunduğu cinayəti törətməsini təsdiq edən əlavə heç bir sübut müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarından göründüyü kimi, 28 fevral 2022-ci il tarixdə valideyni məktəbə ötürüləndən sonra yaşadığı ünvana qayıtmamış azyaşlı Zərərçəkmiş şəxs, himayədə olan bir uşaq kimi qeyri-normal davranışı ilə bağlı polisə məhz Şahid3 tərəfindən müraciət olunması sonuncunun təqsirinin şübhə altına alınmasına ǝsas verǝn hallardan biridir. Təqsirləndirilən şəxs Şahid3 özünü təqsirli bilmədiyi, prosessual sənədləri imzalamaqdan imtina etməklə ittihamı əsassız hesab etməsinə və təqsirləndirilən şəxs qismində cəlb olunması ilə razı olmamasına əlavə diqqət cəlb etdiyi halda, istintaq yolu ilə onun müdafiə mövqeyini təkzib edən sübutların əldə edilməməsi göstərir ki, Azərbaycan Respublikası CM-nin 152.3-cü maddəsi ilə ittiham olunduğu cinayəti törətməsi sübuta yetirilməmiş, ona elan edilmiş ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldıran sübutlar müəyyən edilməmişdir. Şahid3 təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət işi üzrə icraata xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli yazılı və notarial təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinə əsasən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı bir-birilə ziddiyyətli ifadələr vermişdir. Belə ki, Zərərçəkmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış yazılı izahatından görünür ki, atası Şahid3 11 yaşından başlayaraq ona qarşı əxlaqsız hərəkətlər etməyə başlamış bir neçə dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa Şahid1 ilə cinsi əlaqədə olmuşdur. (Cild İ, i.v. 14-15) Göründüyü kimi Zərərçəkmiş şəxs hadisələrdən dərhal sonra ilkin olaraq verdiyi ifadəsində onunla cinsi əlaqədə olanların sırasında Təqsirləndirilən şəxs adını qeyd etməmişdir. Zərərçəkmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Fərid Alıyevə verdiyi 01 mart 2022-ci il tarixli izahatından görünür ki, atası Şahid3 bir neçə dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Şahid3 başqa onunla heç kim cinsi əlaqədə olmamışdır. (Cild İ, i.v. 29-31) Həmin izahat hadisədən iki gün sonra verilmiş və bu dəfə Zərərçəkmiş şəxs ifadəsini dəyişdirərək onunla yalnız atasının qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. İlkin ifadəsində qeyd etdiyi halın yəni Şahid1 onunla qeyri-təbii yolla cinsi əlaqədə olması burada öz əksini tapmamış, Təqsirləndirilən şəxsda adı hallanmamışdır. Zərərçəkmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi T.Alıyevə verdiyi izahatından görünür ki, atası Şahid3 bir neçə dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa 28 fevral 2022-ci il tarixdə Şahid1 və Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. (Cild İ, i.v. 35-37) Həmin izahatda Zərərçəkmiş şəxs Şahid1 və Təqsirləndirilən şəxs onunla 28 fevral 2022-ci il tarixdə qeyri-təbii yolla cinsi əlaqədə olmaqda günahlandırmışdır. Lakin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi hər iki ifadəsində israrla Şahid1la həmin tarixdə deyil ondan əvvəl cinsi əlaqədə olduqlarını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X17 canlı şəxsin ekspertizası haqqında 15 mart 2022-ci il tarixli 306 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə evdən çıxaraq Ümüd adlı şəxslə (sevgilisinin dostu) Sumqayıta gedib, tanımadığı evdə onunla bir gecə qalıb. Atası bir neçə dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu deyir. Sevgilisi Ağa ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. (Cild İ, i.v. 49-52) Göründüyü kimi məhkəmə tibbi ekspertizası zamanı Zərərçəkmiş şəxs ümumiyyətlə Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmasını deməmiş fərqli ifadə verərək birlikdə Sumqayıt şəhərində gecələdiklərini qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2022-ci il tarixli 11/105 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ilə psixoloji söhbət aparılmış və söhbət zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, atası Şahid3 bir neçə dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa Şahid1 ilə evdən qaçmamışdan əvvəl cinsi əlaqədə olmuşlar. Evdən qaçan günü Şahid1 ilə cinsi əlaqədə olmuşdur. Elə həmin gün Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olmuşdur. (Cild İ, i.v. 53-57) Həmin psixoloji söhbət zamanı Zərərçəkmiş şəxs Şahid1 onunla iki dəfə cinsi əlaqədə olmasını və evdən qaçan günü Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu göstərmişdir. Halbuki məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi hər iki ifadəsində israrla Şahid1la həmin tarixdə deyil ondan əvvəl və cəmi bir dəfə cinsi əlaqədə olduqlarını bildirmişdir. Zərərçəkmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Fərid Alıyev tərəfindən qeydə alınmış 09 may 2022-ci il tarixli zərərçəkmiş şəxsin dindirilməsi protokolundan görünür ki, 28 fevral 2022-ci il tarixdə əvvəlcə Şahid1 ilə daha sonra həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Atası Şahid3 onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. (Cild İ, i.v. 70-72) Həmin tarixədək olan hər beş izahatında Zərərçəkmiş şəxs atası ilə qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərsədə bundan sonrakı izahatlarında bu halı təkzib edərək Şahid1 və Təqsirləndirilən şəxs günahlandırmışdır. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 25 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ünvan 4 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının eyvanında 28 fevral 2022-ci il tarixdə saat 16 radələrində X18 ilə və həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. (Cild İ, i.v. 97-101) Həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla binanın 14-cü mərtəbəsində açıq eyvanda qeyri-təbii yolla cinsi əlaqədə olmasını əyani olaraq göstərsədə 20 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında Teymur Ümüdovun onunla binanın pilləkənlərində cinsi əlaqədə olduğunu göstərmişdir. 26 may 2022-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs 28 fevral 2022-ci il tarixdə saat 16 radələrində X18 ilə və həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. (Cild İ, i.v. 102- 104) Həmin istintaq hərəkəti zamanı məhkəmə iclasında verdiyi ifadənin əksinə olaraq Şahid1la 28 fevral 2022-ci il tarixdə qeyri-təbii yolla cinsi əlaqdə olduğunu göstərmişdir. 26 may 2022-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs 28 fevral 2022-ci il tarixdə saat 16 radələrində X18 ilə və həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. (Cild İ, i.v. 105- 107) Həmin istintaq hərəkəti zamanı məhkəmə iclasında verdiyi ifadənin əksinə olaraq Şahid1la 28 fevral 2022-ci il tarixdə qeyri-təbii yolla cinsi əlaqdə olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Valeh Nəbiyev tərəfindən qeydə alınmış 12 avqust 2022-ci il tarixli zərərçəkmiş şəxsin dindirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs sərbəst ifadəsinə 28 fevral 2022ci il tarixdə əvvəlcə Şahid1 ilə daha sonra həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Atası Şahid3 onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı verdiyi fərqli ifadənin səbəbi soruşulmuşdur. Bu zaman Zərərçəkmiş şəxs bildirmişdir ki, 28 fevral 2024-cü il tarixdə saat 14 radələrində ünvan 4 ünvanda yerləşən 14-cü mərtəbəli binanın 14-cü mərtəbəsində qapısı və pəncərəsi açıq eyvanında Ağa onunla iki dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Ağa Ümüdə zəng edərək həmin ünvana çağırmışdır. 2-3 saat sonra Ümüd həmin ünvanın 14-cü mərtəbəsinə qalxmış Ağa aşağı düşməsini bildirmişdir. Orada Ümüd onunla iki dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. (Cild İ, i.v. 201-204) Həmin izahatında Zərərçəkmiş şəxs əvvəlcə 28 fevral 2022-ci il tarixdə əvvəlcə Şahid1 ilə daha sonra həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ilə qeyritəbii yolla cinsi əlaqədə olduğunu göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ittiham etdiyi izahatlarının əksinə olaraq Şahid1 Təqsirləndirilən şəxs birbaşa binanın 14-cü mərtəbəsinə çağırdığını və həm Şahid1 həm də Təqsirləndirilən şəxs onunla iki dəfə qeyritəbii yolla cinsi əlaqədə olduğunu göstərmişdir. Həmçinin qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs eyni izahtında hadisələri iki fərqli formada danışmışdır. Bu halda Pərvanə Zeynalovun verdiyi izahatların həqiqiliyini şübhə altına alır. Zərərçəkmiş şəxs Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Valeh Nəbiyev tərəfindən qeydə alınmış 08 dekabr 2022-ci il tarixli yetkinlik yaşına çatmayanın dindirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayında Şahid1 ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində görüşdüyünü, ora Təqsirləndirilən şəxsda gəldiyini Şahid1 onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini lakin onun buna razı olmayaraq evə getdiyini bildirmişdir. 28 fevral 2022-ci il tarixdə əvvəlcə Şahid1 ilə daha sonra həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Ümüd Temurov 14 mərtəbəli binanın qarşısından keçərkən onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş o da bununla razılaşmışdır. (Cild İİ, i.v. 48-51) Həmin izahatında Zərərçəkmiş şəxs Məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Şahid1la fevral ayında Yeni Günəşli qəsəbəsində ilk dəfə görüşdükləri zaman cinsi əlaqədə olmadıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Valeh Nəbiyev tərəfindən qeydə alınmış 08 dekabr 2022-ci il tarixli yetkinlik yaşına çatmayanın dindirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayında Şahid1 ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində görüşdüyünü oraya Təqsirləndirilən şəxsda gəldiyini Şahid1 onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini lakin onun buna razı olmayaraq evə getdiyini bildirmişdir. 28 fevral 2022-ci il tarixdə əvvəlcə Şahid1 ilə daha sonra həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Ümüd Temurov 14 mərtəbəli binanın qarşısından keçərkən onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş o da bununla razılaşmışdır. (Cild İİ, i.v. 185-188) Zərərçəkmiş şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli baxış iclasında verdiyi ifadəsində göstərmişdir ki, 28 fevral 2024-cü il tarixdə Şahid1 ilə görüşmüş lakin onlar arasında hər hansı formada cinsi əlaqə olmamışdır. Həmin tarixdə Yasamal rayonunda yerləşən 14 mərtəbəli binanın pilləkənlərində Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Şahid1 ilə aralarında qeyri-təbii yolla cinsi əlaqə 2022-ci ilin fevral ayında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən binaların birinin blokunda olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hansı səbəbdən onunla binanın 14-cü mərtəbəsinə qalxmaq istəməsini bilməmişdir. Zərərçəkmiş şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli baxış iclasında verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş lakin Təqsirləndirilən şəxs ilə binanın 14-cü mərtəbəsinə qalxaraq yalnız söhbət etmişlər. Aralarında hər hansı formada cinsi əlaqə olmamışdır. Cinayət işinin materiallarında olan zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsindən görünür ki, qızı Zərərçəkmiş şəxs arabir yalan danışır. (Cild İ, i.v. 33-34) 230090199 nömrəli cinayət işinin materiallarından da görünür ki, Zərərçəkmiş şəxs atası Şahid3 ona qarşı seksual xarakterli hərəkətlər etməkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olması barədə ifadələr versədə sonradan yalan danışdığını atasının ona qarşı hər hansı əxlaqsız hərəkətlər etmədiyini bildirmişdir. Beləliklə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 152.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri, yəni seksual xarakterli zorakılıq hərəkətləri şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslinə aid olmaqla, bu növ cinayətlərin obyektiv araşdırılması və obyektiv nəticəyə gəlinməsi üçün zərəçəkmiş kimi təqdim olunan şəxsin cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələrinin tamlığı və uzlaşması böyük əhəmiyyət kəsb edir. Halbuki, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi təqdim olunan Zərərçəkmiş şəxs ifadələri arasında kifayət qədər əhəmiyyətli ziddiyyətlər, eləcə də cinayət işi üzrə başqa ziddiyyətli məqamlar mövcuddur və həmin ziddiyyətlər Təqsirləndirilən şəxs təqsirliliyinə dair məhkəmədə şübhələr yaratmaqla onun barəsində ittiham hökmünün çıxarılmasına daxili inam yaratmır. İstintaq orqanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X17 canlı şəxsin ekspertizası haqqında 15 mart 2022-ci il tarixli 306 nömrəli rəyinə əsaslanaraq Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə omaqda həm X12 həm də Şahid1 təqsirli bilmişdir. Lakin hər iki şəxs bunun baş vermədiyini bildirmişdir ki, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuş şəxs və ya şəxslərin dəqiq dairəsi müəyyənləşdirilməmişdir. İstintaq orqanının iddia etdiklərini nəzərə alsaq Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqə 28 fevral 2022-ci il tarixdə baş vermiş və hadisədən bir gün sonra yəni 01 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Sumqayıtdan qayıdarkən polis əməkdaşları tərəfindən qarşılanaraq polis bölməsinə aparılmışdır. Bundan sonra tibbi ekspertiza təyin edilsədə istintaq orqanı öz qərarında Zərərçəkmiş şəxs bədən səthi və geyimləri üzərində Şahid3, Şahid1 və Təqsirləndirilən şəxs məxsus genetik və bioloji nümunələr olub-olmadığını müəyyən edilməsi ilə bağlı sullar qoymamışdır. Məhz bu səbəbdən yanlış olaraq müqayisəli tədqiqatlar aparılmamış, hər hansı epitel hüceyrələri və bioloji material aşkar edilməsi mümkün olmamışdır. Cinayət işi üzrə dəfələrlə dindirilmiş Zərərçəkmiş şəxs izahat və ifadələrində gah Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmaması, gah da qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, eləcə də cinsi aktın sayı barədə fərqli rəqəmlər bildirmişdir. Bundan başqa ilkin ifadələrində atasının onunla cinsi əlaqədə olduğunu göstərsədə sonradan bunu təkzib etmişdir. Hətta, hazırkı cinayət işinin məhkəmə istintaqı zamanı da Zərərçəkmiş şəxs həmin ziddiyyətli mövqeyini davam etdirərək məhkəmə iclasında tərəflərin eyni məzmunlu suallarına cavab olaraq gah Təqsirləndirilən şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu gah da hər hansı formada cinsi əlaqədə olmadıqlarını bildirmişdir. Bundan əlavə əsas məqamlar biri olan hadisə yerinidə gah binanın 14-cü mərtəbəsində yerləşən eyvanı, gah xatırlamadığı mərtəbədə olan pilləkənlərin üzərində olduğunu bildirmişdir. İş materiallarında olan bütün izahatlarında Şahid1la 28 fevral 2022-ci il tarixdə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu qeyd etmiş lakin məhkəmə iclaslarında 28 fevral tarixində deyil daha əvvəl cinsi əlaqədə olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs ifadələri arasındakı ziddiyətləri nə ilə izah edə biləcəyini və ümumiyyətlə Təqsirləndirilən şəxs qarşı bu cür izahat verməsinin səbəbini ümumiyyətlə “ağlabatan” şəkildə izah edə bilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxsin uydurma, uzlaşmayan və ziddiyyətli ifadələrindən fərqli olaraq, Təqsirləndirilən şəxs cinayət işi üzrə eyni məzmunlu və uzlaşan ifadələr verməklə bütün ifadələrində Zərərçəkmiş şəxs ilə hər hansı formada cinsi əlaqədə olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələri əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş şəxs tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında ədalət mühakiməsini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-in 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Karpenko Rusiya Federasiyasına qarşı”, “Vidal Belçikaya qarşı” və “Edvards İngiltərəyə qarşı” şikayətlərlə bağlı qərarlarında xüsusi qeyd etmişdir ki, milli məhkəmələrin üzərinə düşən əsas vəzifələrdən biri şahidlərin verdikləri ifadələrin doğrulugunu və mötəbərliyini düzgün yoxlamaq, sübutların işin hallarına uyğun olub-olmaması və həmin sübutların mümkünlüyünü qiymətləndirmək, habelə ziddiyyət təşkil edən sübutları sübutlar siyahısından xaric etməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 350.2. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara və qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. X15 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs oğluna bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 80 (səksən) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs oğlu bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi, 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar