Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-140/2020 27.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi, anası X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, 150 nömrəli orta məktəbin 11 A sinif şagirdi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 A ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişlər. Belə ki, F.T.Balayev tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2020-ci il tarixdə saat 21:50-də Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 534/24 ünvanında yerləşən “Hüseyn Cavid” adına istirahət parkında sonuncunun idarə etdiyi ona məxsus «Mon» markalı moped ilə həmin parkda piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşmış, həmin vaxt o, Zərərçəkmiş şəxs sol əlində tutduğu içərisində 70 manat dəyərində pul kisəsi, 280 manat nəğd pul, milli valyuta ilə dəyəri 214,2 manat olan 126 ABŞ dolları, 55,2 manat olan 30 Avro, 700 manat dəyərində «Nokia-7» markalı **********10329 imei kodlu mobil telefon, üzərində 50 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** nömrələr, 150 manat dəyərində eynək olan dəyəri 50 manat təşkil edən boz rəngli çantanı sonuncunun əlindən aldıqdan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi mopedlə həmin yerdən uzaqlaşıb gedərək Zərərçəkmiş şəxs məxsus əmlakı açıq talamaqla ümumilikdə sonuncuya 1574 manat 40 qəpik (min beş yüz yetmiş dörd manat qırx qəpik) dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında anası Aytən və dayısı Bədəl ilə birlikdə yaşayır. Onun 8 yaşı olanda atası rəhmətə gedibdir. O, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 150 nömrəli orta məktəbin 11 A sinfində təhsil alsa da, çox vaxt dərsə getməyib, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən dönər bişirilən yerdə işləyib özünə məxsus «Mon» markalı moped ilə sifariş olunan ünvanlara dönər daşımışdır. Təqsirləndirilən şəxs2 bir qonşu kimi tanımış və onunla yoldaşlıq etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs2 ilə məhəllədə oturub söhbət edib qərara gəlmişlər ki, onun mopedi ilə birlikdə şəhərə çıxıb küçələrdə idarə etsinlər kimin əlində çanta olduğunu görsələr onun yaxınlığına mopedi sürüb çantasını əlindən qaçırıb içərisindəki qəniməti bölsünlər. Razılığa əsasən Təqsirləndirilən şəxs2 onun mopedini idarə etmiş, o isə çantanı qaçırmaq məqsədi ilə mopedin arxasında oturmuşdur. Onlar» “Hüseyn Cavid” parkının ətrafında fırlanarkən parkın ərazisində birbirinin qoluna girib gəzən iki qadınlardan nisbətən yaşlı qadının sol əlində iri həcmli asma əl çantası olduğunu görmüşlər. Qadının əlindən çantasını qaçırmaq üçün Təqsirləndirilən şəxs2 piyada keçidindən parkın ərazisinə daxil olub qadınların arxasınca mopedi yavaşyavaş idarə etməyə başlamışdır ki, adamlar az olan münasib yerdə qadınlara yaxınlaşsınlar.Həmin vaxt saat 21:50 radələri olmuş, istirahət parkının ərazisi və avtomobil yolları elektirik fanarları ilə işıqlandırılmışdır. Parkın baş tərəfində avtomobil yolundan istirahət parkına olan keçidə qadınlar çatanda Təqsirləndirilən şəxs2 mopedi idarə edib arxadan qadınlara sol tərəfdən yaxınlaşmışdır. O, əyilib sağ əli ilə yaşlı qadının sol əlində olan çantasını tutub çəkərək əlindən almışdır. Təqsirləndirilən şəxs2 mopedi sürərək dayanmadan həmin yerdən uşaqlaşmışdır. Onlar metronun «Elmlər Akademyası» metrostansiyasının qarşısından keçib yaşayış binalarının arası ilə məhləyə gedib ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 evinin yaxınlığında plana düşüb sökülmüş tikililərin zirzəmisində qaçırdıqları boz rəngli çantanı açıb içərisində boş yemək qazanı, bir ədəd qabının içərisində eynək, dərman qutusunda bir hissəsi istifadə olunmuş dərman, bir ədəd tünd yaşıl rəngli pul qabı olduğunu görmüşlər. Pul qabını açdıqda içərisində «Nokia 7» markalı mobil telefon 280 manata milli azərbaycan manatı, 126 ABŞ dolları, 1 ədəd 20, 2 ədəd 5 Avro pul olduğunu, bundan başqa plastik bank kartları və marketlərdə istifadə olunan kartlar, Zərərçəkmiş şəxs “Yeni Azərbaycan” partiyasının üzvlük vəsiqəsi və Azad Həmkarlar təşkilatının üzvlük vəsiqəsi olduğunu görmüşlər. Onlar pul qabında olan pulları götürüb bölmüşlər. Təqsirləndirilən şəxs2 «Nokia 7» markalı mobil telefon, 50 manat, 100 ABŞ dolları, 30 Avronu götürmüşdür ki, özünə məxsus mopedin kredit borcunu ödəyəcəkdir. O isə yerdə qalan pulları götürmüşdür. Çantanı içindəki əşyalarla birlikdə onlara lazım olmadığından sökülmüş tikilinin zirzəmisinə atmışlar. O, istintaqda ifadə verərkən əşyaları atdığı yeri göstərib həmin çantanı içərisindəki əşyalarla birlikdə istintaqa təhvil vermişdir. Puldan 70 manatını özünə yeməyə xərcləmiş, telefonuna 10 manatlıq, kontur yükləmiş, qalan 30 manat və 26 ABŞ dollarını istintaqa təqdim etmişdir. xx xxxxxx 2020-ci il tarixdə sahə inspektoru evlərinə gəlib ona çanta qaçırdığını soruşmuş və o, etdiyi cinayət əməlini etiraf edərək sahə inspektoru ilə birlikdə Bakı şəhəri Yasamal RPİnin 26-cı PB-nə getmişdir. Təqsirləndirilən şəxs2 yaşda ondan böyük olsa da, həmin cinayət əməlini onlar razılaşaraq birlikdə etmişlər. Təqsirləndirilən şəxs2 onu həmin cinayəti etməyə təhrik etməmiş və ona hədə-qorxu gəlməmişdir. O, öz razılığı və iradəsi ilə həmin cinayəti etmişdir. O, həmin cinayət əməlindən başqa heç bir cinayət əməli işlətməmişdir. Onlar çantasını qaçırdığı qadını və onun yanındakı qadını tanımamışlar. Onların niyyəti çantanı qaçırıb içərisindəki pulu və dəyərli əşyanı əldə etmək olmuşdur. Onlar çantanın içərisində zərərçəkmişə məxsus bank kartları və vəsiqə olduğunu bilməmişlər. Həmin bank kartlarından istifadə etməmişlər və etmək niyyətləri olmamışdır. Çantadakı pulu və telefonu götürdükdən sonra digər əşyaları lazımsız bilib yaşayış olmayan uçulmuş tikilinin zirzəmisinə atmışlar. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini, yetkinlik yaşına çatmamasını, cinayət nəticəsində əldə edilmiş əmlakın tapılmasına fəal köməklik etməsini, ilk dəfə cinayət məsuliyyətə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin aradan qaldırılmasını, zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında nənəsi, babası və atası ilə birlikdə yaşayır, anası 1 il olar ki, rəhmətə gedibdir. O, əvəllər məhkum olunmamışdır və hazırda işsizdir. Təqsirləndirilən şəxs1 təxminən 1 il olar ki, tanıyır, onunla yoldaşlıq edir. xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs1 ilə məhəllədə oturub söhbət edərək razılaşmışlar ki, Təqsirləndirilən şəxs1 mopedi ilə Bakı şəhərində küçələrdə gəzsinlər kimin əlində çanta görsələr həmin çantanı qaçırıb içərisindəki pulları və qiymətli əşyaları aralarında bölsünlər. Onlar razılaşdıqdan sonra o, Təqsirləndirilən şəxs1 mopedini idarə etmiş, sonuncu isə arxada oturmuş ki, adamların əlindən çantanı o, çəkib alsın. Onlar “Sovetski” deyilən ərazidə gəzərək “Hüseyn Cavid” adına istirahət parkının yanına gəlmişlər. Diqqət yetirəndə görmüşlər ki, parkın ərazisində bir-birinin qoluna girib gəzən iki qadınlardan nisbətən yaşlı qadının sol əlində iri həcmli asma əl çantası var. Onlar həmin çantanı qaçırmaq qərarına gəlmişlər və o, mopedi piyada keçidindən parkın ərazisinə daxil edib qadınların arxasınca yavaş-yavaş idarə etməyə başlamışdır ki, adamlar az olan münasib yerdə qadınlara yaxınlaşsınlar. Həmin vaxt saat 21:50 radələri olmuş, istirahət parkının ərazisi və avtomobil yolları elektirik fanarları ilə işıqlandırılmışdır. Parkın baş tərəfində avtomobil yolundan istirahət parkına olan keçidə qadınlar çatanda o, mopedi idarə edib sürətlə arxadan qadınlara sol tərəfdən yaxınlaşmışdır. Təqsirləndirilən şəxs1 əyilib sağ əli ilə yaşlı qadının sol əlində tutduğu çantasını tutub çəkərək əlindən çıxarmışdır. O, mopedi sürərək dayanmadan həmin yerdən uşaqlaşmışdır. Onlar metronun «Elmlər Akademyası» metrostansiyasının qarşısından keçib yaşayış binalarının arası ilə məhləyə gedib onun yaşadığı evin aşağı hissəsində yaşayış olmayan evin zirzəmisində qaçırdıqları boz rəngli çantanı açıb içərisində boş yemək qazanı, bir ədəd qabında eynək, dərman qutusunda bir hissəsi istifadə olunmuş həblər, bir ədəd tünd yaşıl rəngli pul qabı olduğunu görmüşlər. Pul qabını açdıqda içərisində «Nokia 7» markalı mobil telefon 280 manata milli azərbaycan manatı, 126 ABŞ dolları, 1 ədəd 20, 2 ədəd 5 Avro pul olduğunu, bundan başqa plastik bank kartları və marketlərdə istifadə olunan kartlar, Zərərçəkmiş şəxs “Yeni Azərbaycan” partiyasının üzvlük vəsiqəsi və onun adına olan başqa vəsiqələr görmüşlər. Onlar pul qabında olan pulları götürüb bölmüşlər. O, «Nokia 7» markalı mobil telefonu, 50 manat, 100 ABŞ dolları, 30 Avronu götürmüşdür ki, özünə məxsus mopedin kredit borcunu ödəyəcəkdir. Təqsirləndirilən şəxs1 isə 100 manat və 26 ABŞ dollarını götürmüşdür. Çantada olan digər əşyaları qaytarıb çantanın içərisinə qoyaraq sökülmüş evin zirzəmisinə atmışlar. O, əldə etdiyi pullardan 158 manatını mopedə görə borclu olduğu «Klass» elektronikə ödəmiş, yerdə qalan pulu isə özünə xərcləmişdir. xx xxxxxx 2020-ci ildə saat 18:00 radələrində atası ona zəng edib Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları evə gəlib onu axtardıqlarını demişdir. Onun özü 26-cı PB-nə getmişdir və ona məlum olmuşdur ki, qadının əlindən çantasını qaçırdıqlarını polis əməkdaşları artıq bilirlər və ondan əvvəl Təqsirləndirilən şəxs1 polis bölməyə aparmışdılar. Təqsirləndirilən şəxs1 etdikləri cinayət əməlini etiraf etmişdir. O, qaçırdığı «Nokia-7» markalı mobil telefonu üzərində götürmüş və istintaqda təqdim etmişdir. O, ilk dəfədir ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayət əməli etmişdir. Onlar razılaşıb həmin cinayət əməlini işlətmişlər. Təqsirləndirilən şəxs1 o, məcbur etməmişdir və ona təsir göstərməmişdir. Onlar çantasını qaçırdıqları qadını əvvəldən tanımamışlar, onu ilk dəfədir ki, görmüşlər və həmin qadına qarşı heç bir zor göstərməmişlər, onu hədələməmişlər. Onlar çantasını qaçırdığı qadını və onun yanındakı qadını tanımamışlar. Onların niyyəti çantanı qaçırıb içərisindəki pulu və dəyərli əşyaları əldə etmək olmuşdur. Onlar çantanın içərisində zərərçəkmişə məxsus bank kartları və vəsiqə olduğunu bilməmişlər. Həmin bank kartlarından istifadə etməmişlər və etmək niyyətləri olmamışdır. Çantadakı pulu və telefonu götürdükdən sonra digər əşyaları lazımsız bilib yaşayış olmayan uçulmuş tikilinin zirzəmisinə atmışlar. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini, cinayət nəticəsində əldə edilmiş əmlakın tapılmasına fəal köməklik etməsini, ilk dəfə cinayət məsuliyyətə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin aradan qaldırılmasını, zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafları ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə qızının evinə qonaq getmiş və öz evinə qayıtmaq üçün saat 21:15-də qızı ilə birlikdə evdən çıxaraq piyada söhbət edə-edə “Hüseyn Cavid” adına istirahət parkına gəlmişlər. Onlar parkda gəzərkən sağ əlindən qızı tutmuş, sol əlində isə əl çantası olmuşdur. Onlar parkın baş tərəfinə çatanda arxadan sürətlə gəlib onun sol tərəfindən bir moped ötüb keçərək dayanmadan yoluna davam etmişdir. Bu vaxt qızı Könül qışqıraraq mopedlə keçənlər onun çantasını qaçırdıqlarını demişdir. O, sol əlində tutduğu çantanı moped ilə yanlarından keçən 2 nəfər oğlanların qaçırdığını yalnız qızı deyəndən sonra əlinə baxanda bilmişdir.O, mopeddə neçə nəfərin olduğunu görməsə də, qızı onların 2 nəfər olduğunu demişdir. Moped dayanmadan “Hüseyn Cavid” prospekti ilə metronun «Elmlər Akademiyası» metrostansiyası istiqamətində getdiyinə görə onlar da, həmin istiqamətdə bir neçə metr qaçıb dayanmışlar. Onlar sonra həmin istiqamətdə gedib metronun «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında polis əməkdaşı görüb ona çantasını mopedlə 2 nəfərin qaçırdığını demişdir. Polis əməkdaşı onlara bildirmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə gedib müraciət etsinlər. Onlar polis bölməsinə deyil, qızının evinə qayıtmışlar və qızı 28-ci PB-nə zəng edib “Hüseyn Cavid” istirahət parkının ərizisində mopedlə 2 nəfər arxadan gəlib anasının çantasını qaçırdığını demişdir. Ona ərazinin 26-cı PB-nə aid olduğunu, həmin bölməyə müraciət etmələrini demişdir. O da, 26-cı PB-nə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. O, çantasında olan pulun məbləğini dəqiq bilmədiyinə görə ilkin ərizəsində və ifadəsində çantasında olan əşyaların adlarını və dəyərlərini düz desə də, çantada olan pulun məbləğini az demişdir. Sonradan dəqiqləşdirmişdir ki, çantada onun çox məbləğdə pulu olmuşdur. O, daha sonra əlavə ifadə verərkən həmin iki nəfər sonradan şəxsiyyətləri ona məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun boz rəngli 50 manat dəyərində çantasını, içərisində 70 manat dəyərində pul kisəsini, həmin kisənin içərisində olan 280 azərbaycan manatını, 126 ABŞ dollarını, 30 Avronu, həmçinin 700 manat dəyərində «Nokia-7» markalı mobil telefonu,üzərində 50 manat dəyərində ***-***-**-** nömrəsini, 5 manat dəyərində ***-***-**- ** nömrəsini, 150 manat dəyərində eynəyini, 2 ədəd xxxxxxxxxxxxa, 1 ədəd Beynəlxalq banka məxsus plastik kartları, “Yeni Azərbaycan” partiyasının üzvlük vəsiqəsini, Azad Həmkarlar ittifaqının üzvlük vəsiqəsini açıq talayıb apardıqlarını bildirmişdir. Onun talanmış bankamat kartlarında hesabında pul olmadığına görə həmin kartları bağlatmamış və yeni kart almamışdır. Həmin kartların və vəsiqələrin talanması nəticəsində ona maddi zərər dəyməmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsini, hazırda sonunculara qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını nəzərə alaraq onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PBnin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, o, DİO-da 2011-ci ildən işləyir, 2017-ci ildən isə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-də sahə inspektoru vəzifəsində polis leytenantı rütbəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 21:50 radələrində vətəndaş Zərərçəkmiş şəxs “Hüseyn Cavid” adına istirahət parkında naməlum şəxslərin basqın edib əl çantasını açıq talaması barədə Zərərçəkmiş şəxs PB-nə şikayət ərizəsi əsasında hadisənin baş verdiyi ərazidə quraşdırılmış TŞ kamera görüntüləri ilə həmin cinayət əməlini törətmiş Bakı şəhəri Yasamal rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edərək istintaqa təqdim etmişlər. Həmin şəxslər tərəfindən başqa cinayət əməli törətmələri müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş anası Zərərçəkmiş şəxs ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 52-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 70-71-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 166-169-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, sonuncu barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Ev dustaqlığının müddəti isə xx xxx 2019-cu il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 170-171-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 190-cı vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 191-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 209-210-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx xxxxxx 2020-ci il tarixli, 177 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin 213-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 5376 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 325,00 manat müəyyən edilir. Cinayət işinin 212-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 215-216-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx xxxx 2020-ci il tarixli, 577 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müainənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 219-220-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 11/13 saylı məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əsas fərdi-psixi xüsusiyyətləri rəyin tədqiqat prosesinin təsviri hissəsində (s.3) açıqlanmışdır. Təqsirləndirilən şəxs1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafına görə hal-hazırda və hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Cinayət işinin 218-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 229-238-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, soyğunçuluq yolu ilə ələ keçirilmiş Təqsirləndirilən şəxs2 tərəfindən stintaqa təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Nokia-7» markalı **********10329 imei kodlu mobil telefon, Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 1 ədəd əl çantası, 1 ədəd pul qabı, 1 ədəd eynək, 30 manat, 26 ABŞ dolları maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş və istintaqın sonunda həmin əşyalar zərərçəkmiş şəxsin özünə qaytarılması qərara alınmış, həmçinin hadisə yerinin və cinayət əməli törətmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini özündə əks etdirən 4 ədəd DVD disklər oz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmiş, hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonunculara yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan DVD disklərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 1 ədəd moped xx xxxxxx 2020-ci il tarixdə saat 21:47:31-də Hüseyn Cavid prospektindən eyni adlı parkın sol kənarından gəlib sürətlə TŞ kamerası quraşdırılmış dirəyə yaxın məsafədən keçir, parkın ərazisinə piyada keçidindən girir. Saat 21:49:35-də həmin kameraya yaxın parkın sol kənarı ilə 2 qadın qol-qola tutmuş vəziyyətdə parkın baş tərəfinə doğru söhbət edə-edə adi yerişlə gedirlər sol tərəfdəki yaşlı qadının sol əlində asma əl çantası var. Həmin qadınlardan arxada, təxminən 20 metr aralı məsafədə moped yavaş-yavaş gəlib dayanır, sonra yenə asta sürətlə yoluna davam edir. Həmin mopedi əynində qara rəngli gödəkçəsi olan başında isə mopedi idarə etmək kaskası olan oğlanidarə edir. Onun arxasında isə boz rəngli papaqlı gödəkçəsi olan ikinci oğlan oturubdur.Moped qadınların arxasınca yavaş-yavaş parkın baş tərəfinə doğru gedir. TŞ 2-077-2(1) video müşahidə qurğusunun görüntüsündən məlum olur ki, qadınlar saat 21:49:40-da parkın baş tərəfinə çatırlar, mopet isə yavaş-yavaş gələrək saat 21:49:45-də parkın baş tərəfinə çatıb dayanır və anidən sürətlə qadınların arxasınca getməyə başlayır. Fırlanan TŞ 2-056-1 kamerasından görünür ki, saat 21:50-30-da moped sürətlə qadınlara yaxınlaşıb solda gedən qadının əlindən çantanı mopeddə arxada oturan oğlan çəkib alır və moped dayanmadan sürüb gedir. Beləliklə də, soyğunculuq əməlinin xx xxxxxx 2020-ci il tarixdə saat 21:50 dəqiqə 30 saniyədə baş verməsi aydınlaşır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikasının CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikasının CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini, yetkinlik yaşına çatmamasını, cinayət nəticəsində əldə edilmiş əmlakın tapılmasına fəal köməklik etməsini, ilk dəfə cinayət məsuliyyətə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin aradan qaldırılmasını, zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən sonuncunun xx xxxxxx 2020-ci il tarixdən hökmün çıxarıldığı xx xxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 05 (beş) ay 08 (səkkiz) gün müddət nəzərə alınmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86-cı maddəsinə əsasən onun həyat və tərbiyə şəraitini, əqli və psixiki inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini, yetkinlik yaşına çatmış şəxslərin ona təsirini və s. nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini, cinayət nəticəsində əldə edilmiş əmlakın tapılmasına fəal köməklik etməsini, ilk dəfə cinayət məsuliyyətə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin aradan qaldırılmasını, zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Nokia- 7» markalı **********10329 imei kodlu mobil telefon, 1 ədəd əl çantası, 1 ədəd pul qabı, 1 ədəd eynək, 30 manat, 26 ABŞ dolları sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli, iş üzrə digər maddi sübut olan 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştətərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və İ.Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri R.M.Mirzəyevə, T.H.Aslanova, Müdafiəçi1 və Müdafiəçi2ə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili R.M.Mirzəyevə ibtidai istintaq dövründə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat, Müdafiəçi1 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili T.H.Aslanova ibtidai istintaq dövründə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat, Müdafiəçi2ə isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində isə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən hökmün çıxarıldığı xx xxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 05 (beş) ay 08 (səkkiz) gün müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Nokia-7» markalı **********10329 imei kodlu mobil telefon, 1 ədəd əl çantası, 1 ədəd pul qabı, 1 ədəd eynək, 30 manat, 26 ABŞ dolları sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə digər maddi sübut olan 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq dövründə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat, Müdafiəçi1 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində isə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-140/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-140/2020
27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver