Məhkəmə qərarları › İş №1(004)-140/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-140/2022

28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-140/2022 28.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi 22 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, 02.11.1983-cü ildə ildə Qırğızıstan Respublikası Frunze (hazırda Bişkek şəhəri) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 25 dekabr 2021ci il tarixdən 28 dekabr 2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonu, Mustafa Sübhi küçəsindəki 97 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən otağın qapısının qıfılla bağlı olmamasından istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə saxlanc yeri kimi istifadə olunan həmin otağa qanunsuz daxil olaraq tamah niyyəti ilə hissə-hissə olmaqla oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 120 manat dəyərində olan “Okcu” markalı, “NY-E4002S” modelli, 3 hissəsi qaz və 1 hissəsi elektrikli olan gümüşü rəngli qaz plitəsini, 1 ədəd 120 manat dəyərində olan “Yıldız” markalı, 3 hissəsi qaz və 1 hissəsi elektrikli olan qara rəngli qaz piltəsini, 1 ədəd 50 manat dəyərində olan su çanağını, 5 ədəd qutuda hər birinin dəyəri 35 manat təşkil edən cəmi 10,655 kvadrat metr ölçüdə üzərində “Europe Line SE” yazıları qeyd edilmiş ümumilikdə 175 manat dəyərində olan döşəmə laminatlarını, 17 ədəd 30sm. x 30sm. ölçüdə hər birinin dəyəri 5 manat təşkil etməklə cəmi 85 manat dəyərində olan kafelləri, bir ədəd 40 manat dəyəri olan dəmir qabda 10 litr həcmdə döşəmə boyasını və 1 ədəd 25 manat dəyərində olan su çanağının kranını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 615 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 3 yaşı olanda anası X4 ilə birlikdə Qırğızıstan Respublikasından köçüb Azərbaycan Respublikasına Bakı şəhərinə gəlmiş və həmin vaxtdan anası Uzlipatın 2-ci həyat yoldaşı olmuş mərhum X6 ilə ailə həyatı qurduğundan sonuncuya məxsus ünvan 2 ünvanda yaşamağa başlamışlar. O, Bakı şəhərində orta məktəbə getmiş, lakin məktəbi sona kimi oxumamışdır. Azərbaycan dilini bilir, fikrini azərbayan dilində sərbət ifadə edir. O, bir neçə dəfə məhkumluq həyatı yaşamış, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhmum olmuş və Binəqədi rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli qərarına əsəsən 3 ay 11 gün müddətinə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. Həmin cəzadan azad olunduqdan sonra Yasamal rayonu M.Sübhi küçəsi ev 97 saylı ünvanda anası Uzlipat Əliyeva ilə birlikdə yaşayışını davam etməyə başlamışdır. Anası Üzlipatı yaşadıqları ərazidə qohum-qonşuları Çinarə, onu isə Alik deyə çağırılar. Həmin ünvanda yerləşən yaşadığı ev iki mərtəbəli fərdi yaşayış evdir. Həmin ev əvvəllər anası Üzlipatın həyat yoldaşı mərhum Fərhad Tağıyevin atası məhrum Sabir Tağıyevə məxsus olmuş, evin 2-ci mərtəbəsində olan mənzildə o və anası Uzlipat yaşamış, evin 1-ci mərtəbəsində yerləşən bir otaq isə onun ögəy bibisi olan mərhum Fərhad Tağıyevin bacısı Zərərçəkmiş şəxs məxsusdur, lakin sonuncu başqa ünvanda, yəni ünvan 4adığından həmin otağı təmir etməyə hazırlaşdığından oraya santexnika materialları və mətbəx əşyaları alıb yığaraq, otağın qapısının kilidi olmadığı üçün qapını örtüb qarşısına soyuducunu söykətmişdir ki, kənar şəxslər içəri daxil ola bilməsinlər. Belə ki, o, sonuncu dəfə cəzadan azad olduqdan sonra iş yeri tapa bilməmiş və narkoman olduğu üçün narkotik maddələr əldə etməyə pulu olmadığından məcbur olub, Zərərçəkmiş şəxs məxsus otaqda saxlanılan santexnika materialları və mətbəx əşyalarını oğurlayıb satmaq qərarına gəlmişdir. 2021-ci ilin dekabr ayının sonunda Zərərçəkmiş şəxs bir necə gün ərzində oraya gəlib- getməmiş və buna görə də sonuncunun gəlməyəcəyinə əmin olduqdan sonra o, 26.12.2021-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus otağın qapısının qarşısına söykədilmiş soyuducunu kənara çəkərək qapını açıb otağa daxil olmaqla, oğurlayıb satmaq məqsədi ilə orada saxlanılan santexnika materialları və mətbəx əşyalarından 2 ədəd qaz plitəsini, 5 ədəd qutuda olan döşəmə laminatları, 1 ədəd su çanağını, 1 ədəd santexnika kranını,1 ədəd dəmir bankada olan boyanı və kafelləri kənara yığmış, eləcə də həmin əşyalardan 1 ədəd dəmir bankada olan boyanı və kafelləri sellofan torbalara yığmışdır. Bundan sonra isə o, 26 dekabr 2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs məxsus laminatların arasında olan balaca laminat parçasını özü ilə götürərək yaşadığı evin yaxınlığında yerləşən balaca mağazaya gedib, orada satacı işləyən Cavidan adlı şəxsə göstərərək bildirmişdir ki, yaşadığı evdə təmir işləri aparmış və hal-hazırda evində qalıq qalmış 5 qutu laminatların hər bir qutusunu 5 manata satmaq istəyir. Cavidan da onun təklifi ilə razı olduğu üçün, o, Zərərçəkmiş şəxs məxsus otağa daxil olaraq oğurladığı əşyalardan 2 ədəd qutuda laminatları götürərək aparıb Cavidana verməklə ondan 10 manatı təhvil almışdır. Daha sonra, o, 27.12.2021-ci il tarixdə səhər saatlarında yenidən həmin otağa daxil olaraq oradan 3 qutu da laminatları götürərək gətirib Cavidana verməklə ondan 15 manatı almışdır. Bundan sonra o, həmin gün günorta saatlarında Zərərçəkmiş şəxs məxsus otağa yenidən daxil olaraq oradan oğurladığı əşyalardan bir ədəd qaz plitəsini götürüb hər hansı bir şəxsə satmaq üçün küçəyə çıxmış və «Sovetksi» adlanan ərazidə yerləşən Mənzil İstismar Sahəsinin yaxınlığında olarkən orada işləyən və tanıdığı Əliyəsədi gördüyündən ona yaxınlılaşıb, həmin qaz plitəsini yaşadığı ev üçün aldığını, lakin hələki, ehtiyacı olmadığından 30 manata satdığını bildirmişdir. Əliyəsəd də razılaşaraq 30 manat pul ödəyib, həmin qaz plitəsini ondan almışdır. Daha sonra o, həmin gün təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus həmin otağa daxil olaraq oğurladığı əşyalardan digər bir ədəd qaz plitəsini də götürüb satmaq üçün küçəyə çıxmış və küçədə «Sovetski» adlanan ərazidə qonşuluqda yaşayan tanıdığı Eldarla rastlaşdıqda, ona da, eyni olaraq həmin qaz plitəsini yaşadığı ev üçün aldığını, lakin hələki, ehtiyacı olmadığından 30 manata satdığını bildirmiş və Eldar da razılaşaraq 30 manat pulu ödəyib, həmin qaz plitəsini ondan almışdır. Bundan sonra o, həmin gün axşam saatlarında yenidən Zərərçəkmiş şəxs məxsus otağa daxil olaraq oradan oğurladığı əşyalardan 1 ədəd su çanağı və 1 ədəd su çanağının krantını götürüb hər hansı bir şəxsə satmaq üçün küçəyə çıxmış və «Sovetski» adlanan ərazidə küçələrlə piyada hərəkət edərkən xatırlamadığı yerdə küçədə rastlaşdığı təxminən 40-45 yaşlı orta boylu, tanımadığım bir kişiyə su çanağını 10 manata, su çanağının krantını isə 5 manata satmışdır. Bundan sonra o, 28 dekabr 2021-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs məxsus otağa daxil olaraq oradan oğurladığı əşyalardan sellofan torbalara yığdığı 1 ədəd qəmir qutuda olan boyanı və kafelləri də götürərək otağın qapısını bağlayıb soyuducunu çəkib qapının qarşısına söykəmiş və boya ilə kafelləri «20 Yanvar» metrostansiyasının yaxınlığında, yəni «20 Yanvar» dairəsinə olan avtovağzal adlanan yerə aparıb, orada respublikasının rayonlarına gedən taksilərin müştəriləri olan tanımadığı müxtəlif şəxslərə müxtəlif qiymətlərə, yəni bir ədəd dəmir bankada olan döşəmə boyasını 10 manata və kafelləri 30 manata sataraq cəmi 40 manat miqdarda pul əldə etmişdir. Bununla da, oğurladığı yuxarıda qeyd olunan əşyaları satmaqla ümumilikdə 150 manat pul əldə etməklə həmin pulları öz ehtiyaclarına xərcləyərək pulların bir qisminə Nəsimi rayonu «Kubinka» deyilən ərazidən tanımadığı şəxslərdən narkotik maddə heroin alaraq, həmin heroini də tamlıqla qəbul etmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə aradan qaldırılmasını, sonuncunun ona qarşı hər hansı tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsindəki 97 saylı evdə qeydiyyatda olmaqla ünvan 5 ünvanda kirayədə ailəsilə birlikdə yaşayır. Belə ki, mərhum qardaşı X6 təxminən 35-36 il bundan əvvəl X4 ilə qeyri-rəsmi nikaha daxil olaraq mərhum atasına məxsus olmuş ünvan 6 ünvanda yerləşən iki mərtəbəli fərdi evin ikinci mərtəbəsində yerləşən mənzildə yaşamışlar. Uzlipat Əliyeva mərhum qardaşı Fərhad Tağıyevlə yaşamağa başladığı vaxtdan onunla birlikdə əvvəlki ərindən olan oğlu Təqsirləndirilən şəxs da orada yaşamışdır. Uzlipata yaşadığı ərazidə qohum-qonşu arasında Çinarə, Alekseyi isə Alik deyə çağırırlar. Qardaşı Fərhad 2018-ci ildə vəfat etmiş, lakin buna baxmayaraq o, eləcə də digər qardaşı və bacısı həmin mülkün sahibləri olaraq Uzlipatı oradan çıxarmayaraq həmin evin 2-ci mərtəbəsindəki 2 otaqda müvəqqəti yaşamasına etiraz etməmişlər. Aleksey narkotik maddələrin istifadəçisidir və bununla bağlı bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Təxminən 5-6 aydır ki, Təqsirləndirilən şəxs sonuncu dəfə türmədən çıxmış və anası Uzlipatla birlikdə ünvan 6 ünvanda yerləşən iki mərtəbəli fərdi evin ikinci mərtəbəsində yaşamağa başlamışdır. Aleksey türmədən çıxandan sonra heç bir yerdə işləməmişdir. ünvan 6 ünvanda yerləşən iki mərtəbəli fərdi evin birinci mərtəbəsində olan bir otaq ona məxsusdur və həmin otaq təmirsiz olduğundan hal-hazırda o özü orada yaşamır, lakin buna baxmayaraq hər həftə gəlib-gedərək həmin otağı yoxlamış, ona görə ki, həmin otağın təmiri üçün müəyyən santexnika təmir-tikinti materialları və mətbəx əşyaları alıb həmin otaqda saxlamış və bu otağın qapısının kilidi olmadığı üçün qapını örtüb arxasına soyuducunu söykəmişdir. Aleksey və onun anası Uzlipatın həmin otağa daxil olmalarına heç vaxt icazə verməmişdir. 01.01.2022-ci il tarixdə otağı yoxlamaq üçün ünvan 7 ünvana gəlmiş və soyuducunu qapının üzərindən sürüşdürüb qapını açıb otağa daxil olmuşdur. Bu zaman həmin otaqda təmir üçün saxladığı yeni almış olduğu santexnik ləvazimatlarının, laminatın, qaz plitələrinin və digər əşyaların, yəni hər birinin qiyməti 120 manat olan 2 ədəd qaz plitələri, qiyməti 50 manat olan 1 ədəd su çanağı, hər birinin qiyməti 40 manat olan 5 ədəd qutuda təxminən 17 kvadratmetrlik döşəmə laminatları, hər birinin qiyməti 5 manat olan 17 ədəd 30sm x30sm ölçüdə kafelləri, qiyməti 40 manat olan bir ədəd dəmir qabda 10 litr döşəmə boyası, qiyməti 25 manat olan santexnik kranının, ümumilikdə 640 manat məbləğində əmlakının qanunsuz olaraq otağa daxil olmaqla oğurlandığını aşkar etmişdir. Bundan sonra o, evin 2-ci mərtəbəsində yaşayan Alekseyin anası olan Uzlipat Əliyevaya otaqdan əşyalarının oğurlanmasını ilə əlaqədar bildirərək söhbət zamanı onun oğlu Alekseydən şübhələndiyini bildirmişdir. Həmçinin, orada Təqsirləndirilən şəxs da görərək onunla da söhbət etmiş və əşyalarının oğurlanmasında ondan şübhələndiyini bildirərək bir-iki gün ərzində oğurladığı əşyaları qaytarmasını tələb edib, əks təqdirdə polisə şikayət edəcəyini bildirmişdir. Aleksey isə həmin əşyaları oğurlamadığını bildirmişdir. Bundan iki gün keçəndən sonra 03.01.2022-ci il tarixdə əşyalarının oğurlanması ilə əlaqədar Yasamal RPİ-nin 27-ci PB-nə şikayət ərizəsi yazaraq müraciət etmişdir. Əşyaları oğurlanmamışdan əvvəl sonuncu dəfə 25 dekabr 2021-ci il tarixdə qeyd olan ünvana gəlib əşyalarına baxanda hamısı yerində olmuş və yalnız 01 yanvar 2022-ci il tarixdə həmin ünvana gəlib otağı açıb baxarkən yuxarıda qeyd etdiyi əşyaların oğurlandığını aşkar etmişdir. O, Alekseydən bu oğurluğu törətməsindən şübhələndiyi üçün ona bir-iki gün ərzində oğurladığı əşyaları qaytarıb yerinə qoymasını tələb etmişdir. Lakin Aleksey oğurladığı əşyalarımı qaytarmadığına görə 27-ci PB-nə 03.01.2022-ci il tarixdə şikayət ərizəsi yazmışdır. Ona görə, izahatında əşyalarının oğurlanmasını 03.01.2022-ci il tarixdə aşkar etdiyini göstərmişdir. Həmin əşyaları 2021-ci ilin dekabr ayında “Sədərək” Ticarət mərkəzində yerləşən müxtəlif dükanlardan almışdır. Həmin əşyaları alması ilə əlaqədar dükandan qəbz və ya qaimə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1986-cı ildən hal-hazıra kimi Bakı şəhəri Yasamal rayonu, 61 saylı Mənzil Kommunal İstismar İdarəsində fəhlə işləyir. ünvan 8 ünvanda yaşayan Çinarə kimi tanıdığı qadını təxminən 7-8 il olar ki, tanıyır, onun oğlu Alekseyi isə 2021-ci ilin yay aylarından tanıyır. İşlədiyi 61 saylı Mənzil Kommunal İstismar İdarəsinin inzibati binası həmin ünvanın yaxınlığında yerləşir. Çinarə və Alekseylə heç bir düşməçiliyi, ədavəti və şəxsi qərəzçiliyi yoxdur. 27.12.2021-ci il tarixdə günorta saatlarında Aleksey işlədiyi MKİİ-nin yaxınlığında olarkən, əlində tutduğu qaz plitəsi ilə ona yaxınlaşaraq həmin plitəni yaşadığı ev üçün aldığını, lakin hələki, ehtiyacı olmadığı üçün 30 manata satmaq istədiyini bildirmişdir. O da, razılaşıb Alekseyə 30 manat verərək qaz plitəsini alaraq həmin plitəni yaşadığı ünvana aparmışdır. Qaz plitəsini təzə vəziyyətdə karton qutunun içərisində olmuşdur. 04 yanvar 2022-ci il tarixdə səhər saatlarında 27-ci PB-nin əməkdaşları iş yerinə gəlib onun Alekseydən qaz plitəsi alıb-almaması ilə maraqlanmışlar və o da, olduğu kimi, 27.12.2021ci il tarixdə Alekseyin ona qaz plitəsini 30 matata satdığını onlara bildirmişdir. Polis əməkdaşları Alekseyin həmin qaz plitəsini oğurladığını ona bildirdikləri üçün, o da öz növbəsində Alekseyin ona satdığı həmin qaz plitəsini yaşadığı evdən götürüb, 27-ci Polis bölməsinə apararaq təhvil verdiyindən orada həmin qaz plitəsi protokol tərtib olunaraq ondan götürülmüşdür. Həmin vaxt PB-də ona məlum olmuşdur ki, Aleksey müxtəlif tikinti əşyalarını öz qohumunun evindən oğurlayaraq həmin əşyalardan digər qaz plitəsini Sovetski adlanan ərazidə yaşayan Şahid3 və 5 qutu döşəmə laminatını eyni ərazidə yaşayan Şahid2 öz şəxsi əşyaları kimi satdığından həmin şəxslər də aldıqları bu əşyaları onun kimi eyni olaraq gətirib 27-ci PB-nə təhvil vermişdirlər. Alekseydən qaz plitəsini alarkən onun oğurluq etməsindən xəbəri və məlumatı olmamışdır. Alekseydən qaz plitəsindən başqa heç bir əşya almamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır və 2006-cı ildən hal-hazıra kimi ünvan 10 ünvanda yerləşən marketdə satıcı işləyir. ünvan 11 ünvanda yaşayan Aleksey adlı şəxsi 2021-ci ilin yay aylarından tanıyır. Belə ki, Aleksey bir neçə dəfə işlədiyi marketə gələrək ərzaq malları almışdır. İşlədiyi mini market Alekseyin yaşadığı ünvanın yaxınlığında yerləşir. Onunla heç bir düşməçiliyi, ədavəti və şəxsi qərəzçiliyi yoxdur. Təxminən 26 və ya 27 dekabr 2021-ci il tarixdə günorta saatlarında Aleksey işlədiyi marketə gəlmiş və əlində döşəmə laminat parçasını göstərib bildirmişdir ki, yaşadığı evdə təmir işləri aparmış və hal-hazırda 5 qutu döşəmə laminatı artıq qaldığından artıq qalan döşəmə laminatlarının hər bir qutusunu 5 manata satmaq istəyir. Aralarında razılaşdıqları üçün Aleksey həmin döşəmə laminatlarnın yaşadığı ünvanda olduğunu bildirərək marketə gətirib ona təhvil verəcəyini bildirmişdir. Bundan sonra Aleksey əvvəlçə 2 qutu döşəmə laminatı gətirib ona 10 manata satmış, sonra isə əlavə olaraq 3 qutu döşəmə laminatını da gətirib ona 15 manata satmışdır. Həmin döşəmə laminatlarını işlədiyi mini marketin yaxınlığında olan yaşadığı evə apararaq onları yaşadığı evin təmirində istifadə etmək istəmişdir. 04 yanvar 2022-ci il tarixdə səhər saatlarında 27-ci PB-nin əməkdaşları iş yerinə gəlib onun Alekseydən döşəmə laminatı alıb-almaması ilə maraqlanmışlar və o da, olduğu kimi, onlara təxminən 10 gün bundan əvvəl Alekseyin ümumilikdə 5 ədəd qutuda döşəmə laminatlarını ona 25 manata satdığını bildirmişdir. Alekseydən laminatları alarkən onun oğurluq etməsindən xəbəri və məlumatı olmamışdır. Alekseydən 5 qutu döşəmə laminatlardan başqa heç bir əşya almamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 12 ünvanda ailəsi ilə birlikdə yaşayır və bu yolla da, «Sovetski» adlanan ərazidə qonşuluqda, yəni Yasamal rayonu M.Sübhi küçəsi ev 97 saylı ünvanda yaşayan Çinarə kimi tanıdığı qadını təxminən 5-6 il olar ki, onun oğlu Alekseyi isə 2021-ci ilin yay aylarından tanıyır. Çinarə və Alekseylə heç bir düşmənçiliyi, ədavəti və şəxsi qərəzçiliyi yoxdur. 27.12.2021-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı evin yaxınlığında olarkən, Aleksey əlində tutduğu qaz plitəsi ilə ona yaxınlaşaraq həmin plitəni yaşadığı ev üçün aldığını, lakin hələki, ehtiyacı olmadığı üçün 30 manata satmaq istədiyini bildirmişir. O da, razılaşıb Alekseyə 30 manat verərək həmin qaz plitəsini alaraq həmin plitəni yaşadığı ünvana aparmışdır. Qaz pilitəsi açıq, yəni qutusus olsa da təzə vəziyyətdə olmuşdur. 04 yanvar 2022-ci il tarixdə səhər saatlarında 27-ci PB-nin əməkdaşları yaşadığı ünvana gəlib onun Alekseydən qaz plitəsi alıb-almaması ilə maraqlanmışlar və o da olduğu kimi, 27.12.2021ci il tarixdə Alekseyin ona qaz plitəsini 30 matata satdığını onlara bildirmişdir. Polis əməkdaşları Alekseyin həmin qaz plitəsini oğurladığını ona bildirdikləri üçün, o da, öz növbəsində Alekseyin ona satdığı həmin qaz plitəsini yaşadığı evdən götürüb, 27-ci Polis bölməsinə apararaq təhvil verdiyindən həmin qaz pilitəsi protokol tərtib olunaraq ondan götürülmüşdür. Həmin vaxt PB-də ona məlum olmuşdur ki, Aleksey müxtəlif tikinti əşyalarını öz qohumunun evindən oğurlayaraq həmin əşyalardan digər qaz plitəsini Sovetski adlanan ərazidə Mənzil Tikinti istismar idarəsində fəhlə işləyən Şahid1 və 5 qutu döşəmə laminatını eyni ərazidə yaşayan və orada yerləşən balaca marketdə satıcı işləyən Şahid2 öz şəxsi əşyaları kimi satdığından həmin şəxslər də aldıqları bu əşyaları onun kimi eyni olaraq gətirib 27-ci PB-nə təhvil vermişdirlər. Alekseydən qaz plitəsini alarkən onun oğurluq etməsindən xəbəri və məlumatım olmamışdır. Alekseydən qaz plitəsindən başqa heç bir əşya almamışdır. Cinayət işinin 37-ci vərəqəsində olan 04 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 94-cü vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 yanvar 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 120-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 16.02.2022-ci ci il tarixli 9/500 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus olmaqla Aleksey Tepyakov tərəfindən oğurlanmış 1 ədəd “Okcu” markalı, “NY-E4002S” model, 3 hissəsi qaz və 1 hissəsi elektrikli olan, gümüşü rəngli qaz piltəsinin dəyəri 120 manat, 1 ədəd “Yıldız” markalı, 3 hissəsi qaz və 1 hissəsi elektrikli olan, qara rəngli qaz piltəsinin dəyəri 120 manat və üzərində “Europe Line SE” yazıları olan, 1380x193x8mm, 2,131m2 ölçülü (1 bağlamada 8 ədəd) döşəmə laminatlarının dəyəri ümumi dəyəri 175 manat təşkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların təzə vəziyyətdə olması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 415,00 manat müəyyən edilir. Cinayət işinin 119-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Cinayət işinin 125-126-cı vərəqələrində olan maddi sübut kimi tanıma haqqında 16.02.2022-ci il tarixli qərardan görünür ki, 5 ədəd qutuda döşəmə laminatları, 1 ədəd “Yıldız” markalı və 1 ədəd “Okcu” markalı qaz plitələri iş üzrə maddi sübut kimi tanınmış və 22.02.2022-ci il tarixli iltizam əsasında məhkəmə baxışınadək məsul saxlanılması üçün sahibi olan iş üzrə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 100-102-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28.01.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.09.2016-cı il tarixli hökmünə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş və 12.07.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarına əsasən 3 ay 11 gün vaxtından əvvəl şərti olaraq azad edilərək 25.10.2021-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.09.2016-cı il tarixli hökmünə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş və 12.07.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarına əsasən 3 ay 11 gün vaxtından əvvəl şərti olaraq azad edilərək 25.10.2021-ci ildə cəza müddəti başa çatmışdır. Bu kimi hal da Təqsirləndirilən şəxs məhkumluğu götürülməmiş və ödənilməmiş hesab olunduğundan onun tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivini yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 04 yanvar 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 5 ədəd qutuda döşəmə laminatları, 1 ədəd “Yıldız” markalı və 1 ədəd “Okcu” markalı qaz plitələri məsul saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 22 saylı Vəkil Bürosunun vəkili N.N.Rəhmanovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 22 saylı Vəkil Bürosunun vəkili N.N.Rəhmanovaya məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 5 ədəd qutuda döşəmə laminatları, 1 ədəd “Yıldız” markalı və 1 ədəd “Okcu” markalı qaz plitələri məsul saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 22 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar