Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-140/2023 01.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə elektron məlumat daşıyıcısı hesab edilən Zərərçəkmiş şəxs məxsus "xxxx"a aid 4169 7377 0546 9225 nömrəli plastik kartın şəklini atası Şahid2 tərəfindən hədiyyə edilmiş “Xiaomi” markalı mobil telefonda aşkar etdikdən sonra 24 fevral 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanda yerləşən evdə Zərərçəkmiş şəxs bank hesabına elektron məlumat daşıyıcısından istifadə etməklə internet vasitəsilə qanunsuz daxil olaraq oradan 24 fevral 2022-ci il tarixdə saat 16:18:17də 19 manat, həmin tarixdə saat 22:14:02-də 154,66 manat, 26 fevral 2022-ci il tarixdə saat 18:24:49-da 98 manat, həmin tarixdə saat 19:06:49-da 35,20 manat, 27 fevral 2022ci il tarixdə saat 13:41:39-da 145,45 manat, 28 fevral 2022-ci il tarixdə saat 03:31:38-də 197,77 manat, həmin tarixdə saat 04:48:05-də 39,67 manat, 01 mart 2022-ci il tarixdə saat 01:19:58-də 74,40 manat və həmin tarixdə saat 01:36:19-da 16,05 manat məbləğində pul vəsaitlərini "xxxx" AZ MMC-nə köçürüb qida, spirtli və enerji içkiləri sifariş etməklə Zərərçəkmiş şəxs ümumilikdə 780,20 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin fevral ayının ortalarında atası Şahid2 bildirmişdir ki, onunla birlikdə işləyən, iş yoldaşı olan “Solmaz” adlı qadın özünə məxsus mobil telefonunu satır və həmin telefonu onun üçün almışdır. Atası Şahid2 iş yoldaşından aldığı telefonu ona verdikdə “Xiaomi” markalı, qara rəngli, saz və işlək vəziyyətdə olan normal bir mobil telefon olduğunu görüb həmin telefonu atasından götürüb istifadə etməyə başlamışdır. Özünə məxsus və özünün istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini atasının ona verdiyi “Xiaomi” markalı qara rəngli həmin mobil telefona yerləşdirib telefonu işlətmiş, bir neçə gündən sonra, daha dəqiq 24 fevral 2022-ci il tarixdə həmin telefonun funksyalarını daha da dərindən öyrənmək üçün telefonu yoxlayan zaman şəkillər bölməsində “bank kartı” şəklinin olduğunu görmüşdür. Şəkilə diqqətlə nəzər yetirəndə həmin bank kartının "xxxx"a aid 4169 7377 0546 9225 seriya nömrəli kart olduğunu müəyyən etmiş, kartın içində pul olduğunu güman edib bundan istifadə etmək qərarına gəlmişdir. Əvvəllər “Bolt” çatdırma şirkətində işlədiyinə görə bu haqda məlumatı olmuş və bilmişdir ki, telefon vasitəsi ilə aplikasiyadan istifadə edib qida və ya digər məhsullar sifariş verə bilər. Bunu yoxlamaq üçün “Bolt” aplikasiyasından qeydiyyatdan keçmiş və ödəniş edilmə üsulunu kartla ödəmək seçib mobil telefonunun şəkillər bölməsində şəklini aşkar etdiyi bank kartının məlumatlarını yazaraq “Bolt”da qeydiyyatdan keçmişdir. Belə ki, ilk dəfə “Bolt” aplikasiyasına daxil olub istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Təqsirləndirilən şəxs” adı ilə maxmudovrewad@gmail. com email adresi yazaraq qeydiyyatdan keçmişdir. Sözügedən kartda pulun olub-olmadığını yoxlamaq üçün ilkin olaraq az məbləğdə sifariş verib nəticəni gözləmişdir. xx.xx.2022-ci il tarixdə saat 16:18-də “Bolt” aplikasiyası vasitəsi ilə “Buyukfirat Elmlər” adlı restoranın səhifəsindən yeməklər sifariş verərək mobil telefonunun şəkillər bölməsindən şəklini aşkar etdiyi "xxxx"a aid 4169 7377 0546 9225 seriya nömrəli bank kartının məlumatlarını əlavə edərək həmin kartla 19 manat ödəniş edib sifarişinin yaşadığı mənzil yaxınlığına çatdırılmasını yazmışdır. Sonra sifariş verdiyi yeməklər çatdırılmış və sifarişini götürüb yaşadığı mənzilə gedib yeməyini yemişdir. Daha sonra öz aləmində məlumat yayındırmaq bəhanəsini düşünüb “Bolt” aplikasiyasından yenidən qeydiyyatdan keçmək qərarına gəlmişdir. Bu dəfə “Bolt” aplikasiyasına daxil olub ***-***-**-** saylı mobil telefon nömrəsi ilə sosial şəbəkələrdə daim istifadə etdiyi “Esmin Memmedov” niki ilə qeydiyyatdan keçmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə saat 21:50-də “Bolt” aplikasiyası vasitəsi ilə “X8” adlı satıcıdan maksimum sifariş verə bildiyi miqdar qədər, yəni, 40 ədəd enerji içkisi olan 250 ml-lik “Red Bull” sifariş vermiş və ödəniş zamanı sözügedən mobil telefonun şəkillər bölməsindən şəklini tapdığı "xxxx"a aid 4169 7377 0546 9225 seriya nömrəli kartın nömrəsini yazaraq 154 manat 66 qəpik ödəniş edib sifarişini yaşadığı mənzil yaxınlığında yerləşən “Malboro Pub”un yaxınlığına çatdırılmasını qeyd etmişdir. Bir qədərdən sonra etdiyi 40 ədəd enerji içkisi olan 250 ml-lik “Red Bull” içkiləri “Bolt” kuriyeri vasitəsi ilə ona çatdırılmış və sifarişini götürüb yaşadığı mənzilə getmişdir. Həmin enerji içkilərini yaşadığı ünvanda, özünə aid otağında yerləşdirib hissə-hissə içməyə başlamışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə istifadə etdiyi mobil telefonda şəklini aşkar etdiyi bank kartından yenidən istifadə etmək, yəni, şəxsi ehtiyacı üçün həmin kartla nəsə almaq qərarına gəlmişdir. Beləliklə, eyni həmin prosesi etmiş və “Bolt” aplikasiyasına daxil olub ***-***-**-** saylı mobil telefon nömrəsi ilə maksimum sayda sifariş verilməsi mümkün sayda, yəni, 40 ədəd enerji içkisi olan 250 ml-lik “Red Bull” sifariş verib foto şəklini aşkar etdiyi "xxxx"a aid 4169 7377 0546 9225 seriya nömrəli kartla 98 manat ödəniş edib sifarişini yaşadığı mənzil yaxınlığında yerləşən “Malboro Pub”un yaxınlığına çatdırılmasını qeyd etmişdir. Bir qədərdən sonra “Bolt” kuriyeri vasitəsi ilə sifarişi ona çatdırılmış və sifarişini götürüb yaşadığı mənzilə getmişdir. Həmin enerji içkilərini yaşadığı ünvanda, özünə aid otaqda yerləşdirib bir-bir içmişdir. Bundan sonra, acdığı üçün yemək sifariş vermək qərarına gəlmiş və ödəməyə pulu olmadığı üçün alacağı yeməyin ödənişini şəklini aşkar etdiyi başqa şəxsə aid olan kartla ödəməyi düşünmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 18:15-də “Bolt” aplikasiyasına daxil olub ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Shaurma N1” restoranından müxtəlif yeməklər və şirniyyat sifariş verib foto şəklini mobil telefonunda aşkar etdiyi "xxxx"a aid 4169 7377 0546 9225 seriya nömrəli kartla 35 manat 20 qəpik ödəniş edib sifarişini yaşadığı mənzil yaxınlığında yerləşən “Malboro Pub”un yaxınlığına çatdırılmasını qeyd etmişdir. Bir qədərdən sonra “Bolt” kuriyeri vasitəsi ilə sifarişi çatdırılmış və sifarişini götürüb yaşadığı mənzilə gedib sifariş verdiyi yeməkləri yemişdir. Bundan sonra, ertəsi gün, yəni, 27 fevral 2022-ci il tarixdə spirtli içki içmək istəmiş və pulu olmadığından sözügedən kartla ödəniş edib spirtli içkilər sifariş vermək qərarına gəlmiş, maksimum sifariş vermək limitinədək spirtli içkilər sifariş vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 13:02-də “Bolt” aplikasiyasına daxil olub ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Pive Al” restoranından müxtəlif spirtli içkilər sifariş verib foto şəklini mobil telefonunda aşkar etdiyi başqasına məxsus "xxxx"a aid 4169 7377 0546 9225 seriya nömrəli kartla 145 manat 45 qəpik ödəniş edib sifarişini yaşadığı mənzil yaxınlığında yerləşən “Malboro Pub”un yaxınlığına çatdırılmasını qeyd etmişdir. Bir qədərdən sonra “Bolt” kuriyeri vasitəsi ilə sifarişi çatdırılmış və sifarişini götürüb yaşadığı mənzilə gedib sifariş verdiyi içkiləri yaşadığı mənzildə otağına yerləşdirmiş və həmin içkiləri hissə-hissə içmişdir. Bundan sonra, ertəsi gün, yəni, 28 fevral 2022-ci il tarixdə sözügedən kartla ödəniş edərək enerji içkisi olan “Red Bull” sifariş vermək qərarına gəlmiş, həmin günü saat 02:39-da “Bolt” aplikasiyasına daxil olub ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Shaurma N1” restoranından maksimum sayda sifariş vermək mümkünlüyü olan qədər, yəni, 40 ədəd, enerji içkisi olan 250 ml-lik “Red Bull” sifariş verib foto şəklini mobil telefonunda aşkar etdiyi "xxxx"a aid 4169 7377 0546 9225 seriya nömrəli kartla 197 manat 77 qəpik ödəniş edib sifarişini yaşadığı mənzil yaxınlığına çatdırılmasını aplikasiyaya qeyd etmişdir. Bir qədərdən sonra “Bolt” kuriyeri vasitəsi ilə sifarişi çatdırılmış və sifarişini götürüb yaşadığı mənzilə gedib sifariş verdiyi içkiləri yaşadığı mənzildə özünə aid yataq otağında yerləşdirmiş və enerji içilərini hissə-hissə içmişdir. Bundan sonra, bir neçə saat keçmiş, acdığı üçün yemək sifariş vermək qərarına gəlmiş və xx.xx.2022-ci il tarixdə, saat 04:24-də “Bolt” aplikasiyasına daxil olub ***-***-**-** saylı mobil telefon nömrəsilə “Manqal Food” restoranından yemək sifariş verib foto şəklini mobil telefonunda aşkar etdiyi kimə məxsus olduğunu bilmədiyi "xxxx"a aid 4169 7377 0546 9225 seriya nömrəli kartla 39 manat 67 qəpik ödəniş edib sifarişini yaşadığı mənzil yaxınlığına çatdırılmasını qeyd etmişdir. Bir qədərdən sonra “Bolt” kuriyeri vasitəsi ilə sifarişi çatdırılmış və sifarişini götürüb yaşadığı mənzilə gedib sifarişlə gələn yeməyini yemişdir. Bundan sonra, ertəsi gün, yəni, 01 mart 2022-ci il tarixdə enerji içkisi olan “Red Bull” sifariş vermək qərarına gəlmiş və həmin günü saat 01:05-də “Bolt” aplikasiyasına daxil olub ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə “Shaurma N1” restoranından 15 ədəd enerji içkisi olan 250 ml-lik “Red Bull” sifariş verib foto şəklini mobil telefonnmda aşkar etdiyi başqa şəxsə aid olduğunu bildiyi "xxxx"a aid 4169 7377 0546 9225 seriya nömrəli kartla 74 manat 40 qəpik ödəniş edib sifarişini yaşadığı mənzil yaxınlığına çatdırılmasını qeyd etmişdir. Bir qədərdən sonra “Bolt” kuriyeri vasitəsi ilə sifarişi çatdırılmış və sifarişini götürüb yaşadığı mənzilə gedib sifariş verdiyi içkiləri yaşadığı mənzildə özünə aid otağına yerləşdirmiş və enerji içkilərini hissə-hissə içmişdir. Bundan sonra, təxminən 20 dəqiqə vaxt keçmiş, yəni, xx.xx.2022-ci il tarixdə, saat 01:25-də xatırlamadığı mobil telefon nömrəsindən zəng olunmuş və orta yaşlı kişi cinsindən olan bir nəfər şəxs “Bolt” kuryeri olduğunu, 3 ədəd enerji içkisi olan “Red Bull”a görə 16 manat 05 qəpik pulun çıxıldığını, lakin həmin enerji içkisinin ona çatdırılmadığını bildirib sifariş verdiyi yerə yaxınlaşmağını və qalıq qalan üç ədəd enerji içkisi olan “Red Bull”u götürməyini bildirmişdir. Eyniliklə belə etmiş və sözügedən "xxxx"a aid 4169 7377 0546 9225 seriya nömrəli kartla 16 manat 05 qəpik ödəniş etdiyindən “Bolt” kuriyeri vasitəsi ilə sifarişi çatdırılmış və sifarişini götürüb yaşadığı mənzilə gedib enerji içkilərini hissə-hissə içmişdir. Bundan sonra isə maddi problemləri yarandığından istifadəsində olan mobil telefonda olan telefon nömrələrini, fotoşəkilləri, mesajları, bir sözlə telefonda nə varsa hamısını silmiş və telefonu format edərək sıfırlayıb tanımadığı şəxsə satmışdır. O, göstərmişdir ki, törətdiyi əməli edən zaman, yaxud həmin hərəkətləri etdikdən sonra bu barədə hər hansısa bir şəxsə məlumat verməmiş, etdiyi hərəkətlər barədə əvvəllcədən və ya sonradan hər hansısa bir şəxs və ya şəxslərə məlumat verməmişdir. Atası Şahid2 alıb ona hədiyyə etdiyi və onun tərəfindən istifadə olunan mobil telefonda foto şəklini aşkar etdiyi başqasına məxsus olduğunu bildiyi "xxxx"a aid 4169 7377 0546 9225 seriya nömrəli bank kartından bir neçə dəfə sifarişlər etməklə içkilər və yeyinti məhsulları alsa da, sonradan pula ehtiyacı olduğu üçün həmin mobil telefonu sıfırlayıb satmışdır. Sayları çox olan enerji və spirtli içkilər sifariş versə də, hamısını yaşadığı mənzilə aparıb öz otağında yerləşdirib hissə-hissə özü üçün istifadə etmiş, onlardan hər hansısa bir ədədini mağaza, kiosk, “şərab evləri” və digər bir yerə verməmiş, qarşılığında da pul və ya başqa nəsə əldə etməmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmadığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 02 (iki) il olar ki, özünə məxsus "xxxx" ASC-nə aid “Birkart” kredit kartından istifadə edir. Sonuncu dəfə 2022-ci ilin yanvar ayının əvvəllərində qeyd etdiyi bank kartından istifadə etdikdən sonra həmin kartı yaşadığı evə qoymuş, həmin vaxtı kart hesabında təxminən 860 manata yaxın pul olmuşdur. Fikirləşmişdir ki, zərurət olarsa həmin kartdan pul çıxarıb istifadə edər. Həmin vaxtdan başlayaraq maddi problemləri yaranmadığına görə 2022-ci ilin mart ayının əvvəllərinədək qeyd etdiyi kartından pul məxaric etməmişdir. 03 mart 2022ci il tarixdə saat 13:00-dan saat 14:00 radələrinədək vaxt ərzində həyat yoldaşı Şahid3 “Birkart” kredit kartından götürdüyü aylıq kredit borcunu ödəmək məqsədi ilə Yasamal rayonunda yerləşən “Kaspian Plaza” Biznes Mərkəzində getmiş və orada olduğu zaman ödəniş terminalı vasitəsi ilə karta pul köçürmək istədikdə ona məlum olmuşdur ki, kartın balansında olan məbləğ 78 manat 33 qəpikdir. Yəni, həmin kartda olan təxminən 780 manata yaxın pul məlum olmayan səbəblərdən yoxa çıxmışdır. Həyat yoldaşı bu barədə ona telefonla məlumat vermiş, daha sonra həmin gün birlikdə "xxxx"ın “Bravo-2” filialına yaxınlaşmışlar. Kartın balansında olan təxminən 780 manat pulun naməlum şəxs tərəfindən çıxarıldığını banka bildirdikdə bank əməkdaşı ona kartından pul köçürülmələrinə dair çıxarışı vermişdir. Həmin aldığı çıxarışdan məlum olmuşdur ki, 24 fevral 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək olan müddət ərzində özünə məxsus olan kartdan ümumilikdə 780 (yedd yüz sənsən) manat 20 (iyirmi) qəpik pul məlum olmayan şəraitdə naməlum şəxs tərəfindən oğurlanmışdır. Dərhal oradaca kartı bloklamış və eyni zamanda xəbəri olmadan bank əməliyyatları keçirib kartından pul çıxarılması ilə bağlı rəsmi olaraq banka müraciət etmişdir. 04 mart 2022-ci il tarixdə bank əməkdaşları bildirmişlər ki, bu barədə hüquq mühafizə orqanlarına müraciət etsin. Ona görə də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. O, göstərmişdir ki, kart hesabına müdaxilə edən şəxsin kimliyi barədə hər hansı bir şübhələndiyiz şəxs yoxdur. 24 fevral 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək olan müddət ərzində özünə məxsus olan kartdan ümumilikdə 780 (yedd yüz sənsən) manat 20 (iyirmi) qəpik pul məlum olmayan şəraitdə naməlum şəxs tərəfindən oğurlanmışdır. Hazırda ona dəymiş zərər tam şəkildə ödənilib, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X4 qızını təxminən bir il altı aydır ki, tanıyır. Belə ki, Solmazla birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35C ünvanda yerləşən yeni inşa olunmuş hündürmərtəbəli binada təmizlik işləri aparır. Solmazla qohumluq münasibəti olmasa da, ədavət və düşmənçilikləri də yoxdur, iş yoldaşı kimi münasibətləri normaldır. 2022-ci ilin fevral ayının əvvəllərində aralarında olan söhbət zamanı Solmaz pula ehtiyacının olduğuna görə özünə məxsus “Xiomi” markalı mobil telefonu satmaq istədiyini bildirmiş, Solmazdan həmin mobil telefonu almaq istədiyini və telefonu neçə manata satacağını soruşmuşdur. Solmaz da demişdir ki, özünə məxsus həmin mobil telefonu ona 120 manata satar. Razılığını bildirib qarşılıqlı razılaşma əsasında həmin mobil telefonu qeyd etdiyi məbləğdə pula Solmazdan almışdır. Solmaz həmin mobil telefonu ona satan zaman telefonun üzərində olan hazırda xatırlamadığı mobil nömrəni çıxarıb götürmüşdür. Bundan sonra həmin mobil telefonu istifadə etməsi üçün oğlu Rəşada vermiş və həmin gündən başlayaraq qeyd etdiyi mobil telefondan Rəşad istifadə etməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu Rəşad, ona verdiyi “Xiomi” markalı mobil telefonda olan bank kartından istifadə etməklə iş yoldaşı, yəni mobil telefonu ona satan Solmazın qızı Ayselin təxminən 780 manat pulunu ələ keçirmişdir. O, göstərmişdir ki, Hüseyn-X3 ona satdığı “Xiomi” markalı mobil telefonda hansısa şəkil, video, həmçinin digər proqramların olması barədə məlumatı yoxdur. Belə ki, həmin mobil telefonu Solmazdan aldıqdan sonra istifadə etməsi üçün oğlu Rəşada vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Hüseyn-X3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Şahid2 təxminən bir il altı aydır ki, tanıyır. Belə ki, birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35C ünvanda yerləşən yeni inşa olunmuş hündürmərtəbəli binanın təmizlik işlərinə baxırlar. Aralarında normal münasibətlər olmuşdur. 2022-ci ilin fevral ayının təxminən əvvəllərində pula ehtiyacı olduğuna görə özünə məxsus “Xiomi” markalı mobil telefonu satmaq qərarına gəlmiş, bu barədə Oqtaya dedikdə sonuncu onun istifadəsində olan həmin mobil telefonu almaq istədiyini və telefonu neçə manata satacağını soruşmuşdur. İş yoldaşı kimi hörmət edib həmin mobil telefonu ona 120 manata satacağını demiş, Oqtay da öz razılığını bildirmiş və qarşılıqlı razılaşma əsasında özünə məxsus həmin mobil telefonu qeyd etdiyi məbləğdə pula Oqtaya satmışdır. Həmçinin, qeyd etdiyi mobil telefonu Oqtaya satan zaman telefonun üzərində olan mobil nömrəni çıxarıb götürmüş, lakin, mobil telefonda olan proqramlar barədə anlayışı olmadığına görə özünə məxsus mobil telefonu Oqtaya satan zaman mobil telefonun yaddaşında olan nə varsa, heç birinə müdaxilə etməmişdir. 2022-ci ilin mart ayının əvvəllərində qızı Ayseldən eşitmişdir ki, naməlum şəxs Ayselə məxsus "xxxx" tərəfindən verilmiş kartdan təxminən 780 manat pul çıxarmışdır. Ona görə də qızı Aysel Bakı Şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gedib baş vermiş hadisə barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. O, göstərmişdir ki, Şahid2 satmış olduğu “Xiomi” markalı mobil telefonun fotoşəkillər saxlanan qovluğunda qızı Zərərçəkmiş şəxs məxsus yuxarıda qeyd etdiyi "xxxx" tərəfindən verilmiş kartın şəkli mobil telefonun qalereya hissəsində olmuşdur. Mobil telefon proqramlarının idarə edilməsində səriştəsi olmadığına görə həmin mobil telefondan heç bir şey pozmadan həmin mobil telefonu Oqtaya satmışdır. Yalnız həmin mobil telefonun üzərində olan özünə məxsus mobil nömrəni çıxarıb götürmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonradan bildiyinə görə Rəşad, onunla eyni ünvanda yerləşən binada təmizlik işləri aparan Oqtayın oğludur, həmçinin sonradan məlum olmuşdur ki, qızı Ayselin bank kartından təxminən 780 manat pulu Rəşad əldə etmiş və şəxsi ehtiyaclarına xərcləmişdir. Yəni, özünə məxsus “Xiomi” markalı mobil telefonu Oqtaya satdıqdan sonra Oqtay həmin mobil telefonu istifadə etməsi üçün oğlu Rəşada vermiş, Rəşad da həmin mobil telefonda olan şəkillərin içərisindən qızı Ayselə məxsus bank kartını görmüş və həmin kartın şəklindən istifadə etməklə qızı Ayselə məxsus təxminən 780 manat pulu kartdan əldə etmiş və xərcləmişdir. Cinayət işinin 78-79-cu vərəqələrində olan 30 noyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 122-124-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 noyabr 2022-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 132-134-cü vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi X2 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmuş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 135-136-cı vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir tələb, şikayət və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 30 noyabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 08 (səkkiz) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 08 (səkkiz) günun 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-140/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-140/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver