Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-140/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Müdafiəçi1, X1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxx 2002-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 17 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Təqsirləndirilən şəxs1 xx xxxx 2002-ci ildə Rusiya Federasyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 10 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2002-ci ildə Qobustan rayonu, Mərəzə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3ayan Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 12 noyabr 2018-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinin plastikdən olan giriş qapısını özündə olan vintaçanla müdaxilə edib açıb saxlanc yeri olan binaya birlikdə qanunsuz daxil olaraq 1 ədəd 150 manat dəyərində "Lenovo A7" markalı notbuku, 50 manat dəyərində «Keneksi T2» markalı mobil telefonu, 100 manat dəyərində « Nokia J 1» markalı mobil telefonu və 50 manat dəyərində gipsdən hazırlanmış fiqurları gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 Təsim oğlu ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 19 iyun 2019-cu il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Bakı şəhəri Xətai rayonu X.Məmmədov küçəsi,13 ünvanında yerləşən qab-qacaq mağazasının nəfəslik yerini özündə olan vintaçanla müdaxilə edib açıb saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq 1 ədəd 300 manat dəyərində “iPhone 6S” markalı mobil telefonu gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 oktyabr 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 ünvan 5 ünvanında işlətdiyi “Sarwood” adlı mebel mağazasının giriş qapısının kilidini sındırmaqla saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq bir ədəd 1000 manat dəyərində "Samsung Tab S 5” markalı planşeti, üzərində 150 manat dəyərində ***-***-**-** nömrəsi olan 200 manat dəyərində "İPhone 5” markalı mobil telefonu, 500 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X5 ilə birlikdə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 02 yanvar 2018-ci il tarixə keçən gecə saat 01 radələrində X3 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ofisinin qapısını özündə olan vintaçanla müdaxilə edərək açıb həmin binaya qanunsuz daxil olaraq 1 ədəd 1400 manat dəyərində "Lenovo A7” markalı notbuku gizli talayıb zərərçəkmiş Rüstəm Abbasova 1400 (min dörd yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 12 noyabr 2018-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 3-cü mikrarayon ərazisində yerləşən “X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinin plastikdən olan giriş qapısını özündə olan vintaçanla müdaxilə edib açıb saxlanc yeri olan binaya birlikdə qanunsuz daxil olaraq 1 ədəd 150 manat dəyərində "Lenovo A7” markalı notbuku, 50 manat dəyərində «Keneksi T2» markalı mobil telefonu, 100 manat dəyərində « Nokia J 1» markalı mobil telefonu və 50 manat dəyərində gipsdən hazırlanmış fiqurları gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 19 iyun 2019-cu il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi ünvan 7 ünvanında yerləşən qab-qacaq mağazasının nəfəslik yerini cinayət qrupunun digər üzvü Təqsirləndirilən şəxs1 özündə olan vintaçanla müdaxilə edib açdıqdan sonra onlar birlikdə saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq 1 ədəd 300 manat dəyərində "iPhone 6S” markalı mobil telefonu gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4 cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs3 cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə məhkəmə hazırlıq iclasının zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ilk olaraq məhkəmə aidiyyat məsələsini həll ətməli olduğu üçün, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət baxılmamış saxlanılmalıdır və cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il tarixli qərarına əsasən ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir. CPM-nin 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 12 noyabr 2018-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 ilə birgə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən ofisdə oğurluq cinayəti törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 19 iyun 2019-cu il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs3 Təsim oğlu ilə birgə Bakı şəhəri Xətai rayonu X.Məmmədov küçəsi,13 ünvanında yerləşən mağazada oğurluq cinayəti törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 02 oktyabr 2019-cu il tarixdə saat 03 radələrində ünvan 5 ünvanın yerləşən mağazada oğurluq cinayəti törətmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslərə üç müstəqil əməlin törədilməsinə görə ittiham verilmişdir. Həmin əməllər CPM-də nəzərdə tutulmuş uzanan və ya davam edən cinayətlərə aid deyildir, qeyd edilən cinayət əməlinin biri Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tərəfindən, digəri Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 tərəfindən, sonuncu əməl isə tək Təqsirləndirilən şəxs1 tərəfindən törədilmişdir. Yəni hər üç cinayət əməli müstəqildir. Bu səbəbdən məhkəmə hesab edir ki, CPM-nin 74.4-cü maddəsi nəzərə alınaraq hazır ki, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə göndərilməlidir. İş materiallarından görünür ki, cinayət işinin istintaqı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təthiqat İdarəsinin Ağır Cinaytlərin istintaqı şöbəsi tərəfindən aparılmışdır. Bakı Şəhər Baş Polis İdarəsinin internet saytından göründür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi ünvanı ünvan 9n cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Qeyd edilənlərə əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhər Xətai Rayon Məhkəməsinə göndərilməlidir. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də CPM-nin 300.1.4-cü maddəsindəki qərardır. Belə ki, CPM-nin 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Xətai Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Dadaşzadə Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-140/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-140/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver