Məhkəmə qərarları › İş №1(004)-141/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-141/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-141/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 oktyabr 2020-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən “Məşədi Dadaş” məscidinin yaxınlığına gedərək orada istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrı bükümlərdə olmaqla cəmi təmiz çəkisi 3,524 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, şəxsi istehlak miqdarında iki bükümdə, bir bükümdə 0,31 qram, ikinci bükümdə 0,19 qram cəmi təmiz çəkisi 0,50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və qəhvəyi rəngli, dairəvi formalı, olan həblərdə hər birində təsir maddəsinin miqdarı 0,04 qram olan cəmi 3 (üç) ədəd həbdən ibarət olmaqla təsir maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edən narkotik vasitə olan metadon preparatını əldə edib özünə məxsus əl çantasında saxlamaqla daşımış, əlverişli şərait yaranacağı təqdirdə istifadə etmək üçün həmin narkotik vasitə olan heroindən 0,017 qram və 0,034 qram hissəsini götürüb istintaqa məlum olmayan maye ilə qataraq iki ədəd bir qramlıq şprisə doldurmaqla birinci şprisdə 0,46 ml, ikinci şprisdə 0,92 ml olmaqla hazırlayaraq qəbul etmək üçün özündə saxlamış, 11 oktyabr 2020-ci il tarixdə saat 00:30 dəqiqədə təsadüfən görüşdüyü Xırdalan şəhərinə getmək üçün sərnişin qismində arxa oturacaqda əyləşdiyi tanışı Şahid1 idarə etdiyi VAZ- 2121 markalı, 05 O 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ölkə ərazisində elan edilmiş komendant saatı rejimi ilə əlaqədar ünvan 2 ünvanda quraşdırılmış 8 saylı stasionar postda polis əməkdaşları tərəfindən saxlanılaraq qadağan olunmuş vaxtda hərəkətlərinə icazə olub-olmaması ilə bağlı aparılan yoxlama zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əl çantasında saxladığı qeyd edilən narkotik vasitələrin polis əməkdaşları tərəfindən aşkar olunacağından ehtiyat edərək şəxsi istehlak üçün üzərində hazır vəziyyətdə saxladığı içərisində maye halında heroin olan şprislərdən birini avtomobilin sürətlər ötürücüsünün yanında, içərisində narkotik vasitələri gizlətdiyi əl çantasını isə avtomobilin yük yerində gizlətmiş, polis əməkdaşları tərəfindən avtomobildə narkotik vasitələr olması ehtimalına görə Yasamal RPİ-nin 27-ci polis bölməsinin inzibati binasının həyətinə gətirilərək orada keçirilən baxış zamanı həmin avtomobildən ona məxsus dörd ədəd bükümdə- bir bükümdə 1,107 qram, ikinci bükümdə 0,824 qram, üçüncü bükümdə 0,769 qram və dördüncü bükümdə 0,773 qram olmaqla, cəmi təmiz çəkisi 3,473 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, hazır istifadə üçün nəzərdə tutulmuş iki ədəd bir qıramlıq şpirisdə, maye halında birinci şprisdə 0,46 ml, ikinci şprisdə 0,92 ml, quru halda isə təmiz çəkisi müvafiq olaraq 0,017 qram və 0,034 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, şəxsi istehlak miqdarında, iki bükümdə olan, bir bükümdə 0,31 qram, ikinci bükümdə isə 0,19 qram, cəmi təmiz çəkisi 0,50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və qəhvəyi rəngli, dairəvi formalı, olan həblərdə hər birində təsir maddəsinin miqdarı 0,04 qram olan cəmi 3 (üç) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edən narkotik vasitə olan metadon preparatı aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10.10.2020-ci il tarixdə saat 23:30 radələrində dostu Mahmudla “Məşədi Dadaş” məscidinin yanında rastlaşmışdır. Onlar söhbət edən zaman o Mahmuddan avtomobilsiz olduğu üçün onu Binəqədi rayonuna tanışı Nərmin adlı qızın evinə aparmasını xahiş etmişdir. Mahmud onun bu xahişinə etiraz etməmiş və o üzərində olan bir ədəd qara rəngli çantanı sonuncunun idarə etdiyi “VAZ 2121” markalı, 0 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoymuş özü isə avtomobilin arxa sağ tərəfində əyləşmişdir. Onlar birlikdə “Təzə Bazar” adlanan ərazidən keçərkən Mahmud özünün tanışı olan Elşadı yolun kənarında görüb avtomobili saxlayıb onunla söhbət etmişdir. Söhbət zamanı Elşad da Mahmudan onu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə aparmasını xahiş etmişdir. Mahmud Elşadın bu xahişinə etiraz etməmiş və sonuncu Mahmudun avtomobilində qabaq sağ tərəfdə əyləşmişdir. Onlar yolda olan zaman Mahmud öz mobil nömrəsindən Nazimin mobil nömrəsinə zəng edərək demişdir ki, tanışlarını evlərinə aparır və istəyirsə o da gələ bilər. Nazim Mahmudla telefon danışığı zamanı razılaşmış və bir neçə dəqiqədən sonra Mahmud Nazimi “Heydər Əliyev” sarayının qarşısında olan yolun kənarından götürmüşdür. Nazim avtomobilin arxa sol tərəfində, yəni Mahmudun arxasında əyləşmişdir. Bir qədər getdikdən sonra 11.10.2020-ci il tarixdə saat 00:30 radələrində Yasamal rayonu ərazisində olan “Dövlət Statistika Komitəsinin” binasının qarşısında qurulmuş postda polis əməkdaşları onları saxlamışlar. Bu zaman o evdən çıxarkən cibində hazır saxladığı özünün istifadəsi üçün olan içərisində maye halında narkotik vasitə heroin olan bir ədəd şprisi əynindəki gödəkçənin sağ yan cibindən gizlin heç kimin görmədiyi və hiss etmədiyi şəraitdə çıxararaq avtomobilin sürət qutusunun yanına qoymuşdur. Polis əməkdaşları ölkə ərazisində olan mövcud hərbi rejimlə əlaqədar olaraq evdən bayıra çıxmaq üçün müvafiq icazələrinin olub-olmamasını soruşmuşlar və onlar icazələrinin olmağını bildirmişlər. Bundan sonra polis əməkdaşları Mahmuda avtomobilin arxa yük yerinə baxış keçirmək istədiklərini bildirmişlər, sonuncu isə avtomobilin arxa tərəfindəki yük yerini açmış və polis əməkdaşları orada olan ona məxsus qara rəngli əl çantasının içərisindən maye ilə dolu olan şpris və bir neçə bükümdə narkotik vasitə aşkar etmişlər. Polis əməkjdaşlarının sualına cavab olaraq Mahmud həmin çantanın və onun içərisindən aşkar edilmiş predmetlərin kimə məxsus olmasını bilmədiyini demişdir. Bundan sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində onların iştirakı ilə Mahmudun idarə etdiyi həmin avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sol tərəfində yerləşən sürücü oturacağının alt hissəsindən tünd qəhvəyi rəngli dəri qabda olan bir ədəd bıçaq, avtomobilin sürət ötürücüsünün yanında isə bir ədəd qatlanan bıçaq və həmin yerdən içərisində maye olan bir ədəd şpris aşkar edilmişdir. Mahmud həmin bıçaqların özünə məxsus olmasını, şprisin isə ona məxsus olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları avtomobilin arxa yük yerindən ona məxsus bir ədəd qara rəngli əl çantasını aşkar etmişlər. Həmin çantanın içərisində olan dəmir qutunun içərisindən üç ədəd qəhvəyi rəngli həb, bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda ot kütləsi, bir ədəd göy rəngli kağıza bükülmüş halda ot kütləsi, dörd ədəd sellofana bükülmüş halda qəhvəyi rəngli kütlələr, çantanın yan cibindən isə içərisində qəhvəyi rəngdə maye olan bir ədəd şpris aşkar edilmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq o bildirmişdir ki, avtomobilin arxa yük yerindən aşkar edilmiş bir ədəd qara rəngli əl çantası və çantanın içərisindən aşkar edilmiş bükümlər halında narkotik vasitə olan heroin və qurudulmuş marixuana, “metadon” dərman həbləri, bir ədəd içərisində maye halında heroin olan şpris özünə məxsusdur və həmin narkotik vasitələri 08.10.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Təzə Pir” məscidinin arxa qapısının yaxınlığında adını bilmədiyi 35 yaşı olan kişi cinsli şəxsdən ümumlikdə 150 (yüz əlli) manata öz istifadəsi üçün almışdır. Bundan sonra polis əməkdaşları ona məxsus narkotik vasitələri zərfə qoyub qablaşdırmışlar. O, həmin protokolu və zərfi imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Bakı şəhəri BPİ-nin DYPİ-nin YPXA-nın inspektoru vəzifəsində işləyir. 11 oktyabr 2020-ci il tarixdə gecə saatlarında ünvan 3 ünvanda quraşdırılmış 8 saylı postda xidməti avtomobillə iş yoldaşı Şahid5 ilə xidmətdə olmuşdur. Saat 00:30 radələrində həmin ünvanda VAZ-2121 markalı Rusiya Federasiyası məxsus dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edərək postdan keçmək istəmişdir. Azərbaycan Respublikanın ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar olaraq onlar həmin avtomobili saxlamışlar. Həmin vaxt ərazidə Yasamal RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid6 də xidmətdə olmuşdur. Onlar həmin avtomobili saxladıqda xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Avtomobilin içərisində 4 nəfər şəxs olmuş, həmin şəxslərdən biri sürücü, biri qabaq sağ oturacaqda, digər iki nəfər isə arxa oturacaqda əyləşmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra hərbi vəziyyət ilə əlaqədar evdən çölə çıxmağın qadağan olunması onlara izah olunmuşdur. Lakin həmin şəxslər heç nə deməyərək özlərini şübhəli apardıqları üçün polis əməkdaşları həmin şəxslərdən xahiş etmişlər ki, onlar avtomobildən düşsünlər. Onlar da heç bir etiraz etməmiş və avtomobildən düşmüşlər. Bundan sonra həmin avtomobilə baxış keçirilmiş və baxış zamanı yük yerində qara rəngli dəri materialdan olan əl çantası olduğu müəyyən edilmişdir. Həmin çantaya baxış keçirilən zaman çantanın arxa hissəsində seplə bağlanmış cibindən üzərində “Midea VRF” yazıları olan qutu aşkar olunmuşdur. Həmin qutu yoxlanıldıqda içərisində metamfetamin yazıları olan 3 ədəd qəhvəyi rəngli həb, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində quru ot halında kütlə, 1 ədəd tünd göy rəngli siqaretin kağızına bükülmüş içərisində quru ot halında kütlə, 4 ədəd sellofana bükülmüş qəhvəyi rəngli spesfik iyə malik maddə müəyyən edilmişdir. Bundan sonra əl çantasının ön sepli cib hissəsi yoxlanılmış və həmin yerdən içərisində tünd qəhvəyi rəngli maye olan şpris aşkar olunmuşdur. Sürücüdən və avtomobildə olan 3 nəfər sərnişindən əl çantasında olan maddələrin nə olduğunu və kimə məxsus olması barədə sual verilmiş, onlar müxtəlif bəhanələr gətirmişlər. Bundan sonra həmin avtomobil və şəxslər Yasamal RPİ-nin 27-ci PB-nə gətirilərək təhvil verilmişdir. Polis bölməsində həmin şəxslərin Şahid3, Şahid2, Təqsirləndirilən şəxs və Şahid1 olması müəyyən edilmişdir. Polis bölməsində xidməti otaqlarının birinə vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə Şahid1 hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra həmin şəxslərin, polis əməkdaşlarının və vəkilin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilən zaman sükanın arxa hissəsində olan oturacağın ayaqaltısından tünd qəhvəyi rəngli qabın içində metal rəngli bir ədəd bıçaq, sürət ötürücüsünün yanından isə qara rəngli açılıbbağlanan bıçaq aşkar olunmuşdur. Şahid1 əlində olan çantasından isə bir ədəd bükülmüş 1 manatlıq əskinas, avtomobilin sürət ötürücüsünün yanında isə maye olan bir ədəd şpris aşkar olunmuşdur. Baxış zamanı Şahid1 aşkar edilmiş bıçaqların ona məxsus olmasını demişdir. Şahid1 məxsus avtomobildə olan həmin çantanın kimə məxsus olması barədə sual verildikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, çanta və içərisində olan mayelər, həb və kütlələr ona məxsusdur. Təqsirləndirilən şəxs həmin maddələrin “kakos” və “nəşə” olduğunu, şprisdə olan mayeni isə öz istifadəsi üçün hazırladığını bildirmişdir. Aşkar edilmiş bıçaqlar və narkotik maddələr zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid5 və Şahid6 də Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 80-83-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 3 aydır ki tanıyır, dostluq münasibəti vardır. Şahid3 və Şahid2 da dostlarıdır, onlarla uzun müddətdir ki, dostluq münasibətindədir, Onların heç bir qərəzçiliyi və ədavəti yoxdur. 10.10.2020-ci il tarixdə saat 23:30 radələrində dayısı Raufa məxsus olan idarə etdiyi “VAZ 2121 Niva” markalı, 0 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Məşədi Dadaş” məscidinin yanında Ruslanla rastlaşmış, sonuncu ilə bir qədər söhbət edərək hal-əhval tutduqda o xahiş etmişdir ki, avtomobilsiz olduğu üçün onu Binəqədi rayonuna tanışının evinə aparsın. Ruslana etiraz etməmiş, Ruslan avtomobilin arxa sağ tərəfində əyləşmiş və birlikdə “Təzə Bazar” adlanan ərazidən keçərkən Elşadı yolun kənarında görmüşdür. Avtomobili saxlayaraq onunla söhbətləşdikdə sonuncu demişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərinə gedir, maşınsız olduğu üçün onu Xırdalan şəhərinə aparsın. Etiraz etməyərək onu aparacağını demiş, Elşad qabaq sağ tərəfdə yanında əyləşmiş, düşünmüşdür ki, Elşadla Ruslanı lazımı ünvanlara düşürüb yenidən evə qayıdarkən yolda darıxacaq, buna görə də öz mobil nömrəsindən Nazimin mobil nömrəsinə zəng edərək bildirmişdir ki, “tanış uşaqları var, onları aparıb evlərinə düşürürəm, istəyirsən sən də gəl, birlikdə qayıdaq”. Nazim də razılaşmış və bir neçə dəqiqədən sonra onu “Heydər Əliyev” sarayının qarşısında olan yolun kənarından götürmüşdür. Nazim arxa tərəfində əyləşmiş, onlar bir qədər getdikdən sonra 11.10.2020ci il tarixdə təxminən saat 00:30 radələrində Yasamal rayonu ərazisində olan “Dövlət Statistika Komitəsinin” binasının qarşısında qurulmuş postda polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onların ölkə ərazisində olan mövcud hərbi rejimlə əlaqədar olaraq evdən bayıra çıxmaq üçün müvafiq icazələrinin olub-olmamasını soruşmuşlar, onlar icazələrinin olmamasını bildirmiş, polis əməkdaşları onların icazəsinin olmamasını gördükdə onları Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Sükan arxasında düşərək polis əməkdaşları ilə bir qədər söhbət etmiş, polis əməkdaşları avtomobilin arxa yük yerinə baxış keçirmək istədiklərini bildirdikdə avtomobilin arxa tərəfindəki yük yerini açmış, yük yerində olan qara rəngli əl çantasının içərisindən içərisində maye dolu şpris və bir neçə bükümdə kütlə aşkar edilişdir. Həmin çantanın və onun içərisindən aşkar edilmiş predmetlərin kimə məxsus olmasını bilmədiyini demişdir. Bundan sonra polis əməkdaşları təkidlə onların hamısını polis bölməsinə dəvət etmişlər. Polis bölməsində dövlət hesabına müdafiəçi təyin edilmiş, bundan sonra, Ruslanın, Elşadın, Nazimin və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi həmin avtomobilə baxış keçirərkən avtomobilin qabaq sol tərəfində yerləşən sürücü oturacağının alt hissəsindən tünd qəhvəyi rəngli dəri qabda olan bir ədəd bıçaq, avtomobilin sürət ötürücüsünün yanında isə bir ədəd qatalanan bıçaq və həmin yerdən içərisində maye olan bir ədəd şpris aşkar edilmişdir. Həmin bıçaqların özünə məxsus olmasını, şprisin isə ona məxsus olmamasını bildirmişdir. Bundan sonra üzərində olan bir ədəd qara rəngli əl çantasına baxış keçirilərkən çantanın içərisindən bir ədəd bükülü vəziyyətdə F 42393293 nömrəli bir manatlıq pul əskinazı aşkar olunmuşdur. Bundan sonra avtomobilin arxa yük yerindən bir ədəd qara rəngli əl çantası aşkar olunmuş, Ruslan həmin çantanın ona məxsus olmasını və onun içərisində narkotik vasitə olmasını bildirmişdir. Həmin çantanın içərisindən üzərində “Midea VRF” yazıları olan dəmir qutunun içəsidindən üç ədəd qəhvəyi rəngli həb, bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda spesifik iyli ot kütləsi, bir ədəd göy rəngli kağıza bükülmüş halda spesifik iyli ot kütləsi, dörd ədəd sellofana bükülmüş halda qəhvəyi rəngli spesifik iyli kütlələr, çantanın yan cibindən isə içərisində qəhvəyi maye olan bir ədəd şpris aşkar edilmişdir. Ruslan demişdir ki, aşkar edilmiş həmin predmetlərin içərisində “nəşə” və “kokos” adlanan narkotik vasitələrdir, həmin narkotik vasitələri bir müddət əvvəl internet vasitəsi ilə qramını 25 manat olmaqla öz istifadəsi üçün almış və şprisdəki narkotik vasitə olan mayeni isə özü üçün qəbul etməsi üçün hazırlamışdır. Bundan başqa avtomobildən iş üzrə əhəmiyyət kəsb edən digər predmet aşkar edilməmişdir. Aşkar edilmiş predmetlər kağız zərflərdə qablaşdırılaraq üzəri 167 saylı möhürlə möhürlənmiş və zərflərin üzəri hamımız imzalanmışdır. Əvəllər narkotik vasitələrdən istifadə etməmiş, Ruslanın idarə etdiyi həmin avtomobildə narkotik vasitə daşımasını bilməmiş, bu barədə əvvəldən heç bir məlumatı olmamış, Ruslanla birlikdə heç bir narkotik vasitə qəbul etməmiş, Ruslanın, Nazimin və Elşadın narkotik vasitələrdən istifadə edib-etməmələrini bilməmişdir. 10.10.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxaraq həmin şəxslərlə birlikdə gedib qayıtmağa razı olmuş və buna görə də ölkədə olan mövcud hərbi vəziyyətin tələblərini pozmuşdur. Heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, Ruslanın, Nazimin və Elşadın narkotik vasitələrdən istifadə edib-etməməsi barədə məlumatı yoxdur, onlarla birlikdə heç zaman narkotik vasitə istifadə etməmiş və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. “VAZ 2121” markalı, 0 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobil dayı Raufa məxsusdur, lakin həmin avtomobili etibarnamə olmadan idarə edir. İdarə etdiyi avtomobildən aşkar edilmiş bıçaqların hər ikisi özünə məxsusdur, onlardan birinin soyuq silah olmasını bilmiş və həmin bıçaqların hər ikisini təsərrüfat məqsədi ilə istifadə etmək üçün avtomobilin qabaq sol tərəfində yerləşən oturacağın alt hissəsində saxlamışdır. Bu barədə heç kimə, eləcə də Ruslana, Nazimə və Elşada məlumat verməmişdir. Üzərində olan qara rəngli əl çantasından aşkar edilmiş bükülü halda olan bir manatlıq əskinazı isə bir neçə gün əvvəl Ruslan vermiş və həmin əskinazı özünə məxsus həmin əl çantasında saxlamışdır. Onun içərisində heroin izlərinin olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Avtomobilin arxa yük yerindən aşkar edilmiş bir ədəd qara rəngli əl çantası isə Ruslana məxsusdur. Belə ki, Ruslan avtomobilinə əyləşməzdən əvvəl həmin çantanı yük yerinə qoymuş və həmin çantanan narkotik vasitələr olması barədə ona, Nazimə və Elşada heçnə deməmişdir. Avtomobilin salonunda əyləşərək birlikdə gedərkən isə özü qəbul etmək üçün hazırladığı içərisində narkotik vasitə maye olan bir ədəd şprisi postda polis əməkdaşları onları saxlayarkən gizlincə cibindən çıxararaq avtomobiliin sürət qutusunun yanına qoymuşdur. Bütün bunlar barədə Ruslan sonradan demişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 139-141-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 tanımır, onlarla heç bir tanışlığı və münasibəti yoxdur. Şahid1 isə dostudur və ünasibəti vardır. 10.10.2020-ci il tarixdə saat 23 radələrində Mahmud zəng edərək hal-əhval tutmuş və demişdir ki, “tanış uşaqlar var, onları maşınla aparıb evlərinə düşürəcəm, istəyirsən sən də gəl, sonra yenə birlikdə qayıdarıq”. Mahmudla razılaşmış və bir qədər sonra Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan “Heydər Əliyev” sarayının arxa tərəfindən yolun kənarında dayanmışdır. Mahmud idarə etdiyi 05 O 664 HP dövlət qeydiyyat nişanlı ağ rəngli Niva markalı avtomobillə həmin yerə gəlmiş və götürmüşdür. Mahmud sükanın arxasında, sonradan Şahid3 olmasını bildiyi şəxs qabaq sağ tərəfdə, Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs Elşadın arxa tərəfində, o, isə Mahmudun arxasında əyləşmişdir. Mahmud demişdir ki, bu şəxslər onun tanışlarıdır, Ruslanı Binəqədi rayonuna, Elşadı isə Abşeron rayonu, Xırdalan şəhərinə mənzillərinə düşürəcək, daha sonra isə onlar ikisidə birlikdə qayıdacaq. Bir bir qədər getdikdən sonra 11.10.2020-ci il tarixdə saat 00:30 radələrində Yasamal rayonu ərazisində olan “Dövlət Statistika Komitəsinin” binasının qarşısında qurulmuş postda polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları ölkə ərazisində olan mövcud hərbi rejimlə əlaqədar olaraq evdən bayıra çıxmaq üçün müvafiq icazələrinin olub-olmamasını soruşmuşlar, onların icazələrinin olmamasını gördükdə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Mahmud sükandan düşərək polis əməkdaşları ilə bir qədər söhbət etmiş və avtomobilin arxa tərəfindəki yük yerini açmışdır. Bundan sonra polis əməkdaşları təkidlə onların hamısı polis bölməsinə dəvət etmişlər. Hamısı polis bölməsinə gəldikdən sonra polis əməkdaşları onların iştirakı ilə həmin avtomobilə baxış keçirərkən avtomobilin salonundan iki ədəd bıçaq, iki ədəd şpris, bir neçə ədəd büküm aşkar edilmişdir. Baxış zamanı Mahmud demişdir ki, bıçaqlar ona məxsusdur, Ruslan isə aşkar edilmiş həmin şpris və içərisində narkotik vasitə olan bükümlərin ona məxsus olmasını bildirmişdir. Avtomobildən başqa heç nə aşkar edilməmişdir. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan çəkərək istifadə etmiş, lakin sonrada istifadə etməmişdir. Ruslanın həmin avtomobildə narkotik vasitə daşımasını, Mahmudun isə həmin avtomobildə iki ədədə bıçaq saxlamasını bilməmiş, bu barədə əvvəldən heç bir məlumatı olmamış, Mahmudla və Ruslanla birlikdə heç bir narkotik vasitə qəbul etməmiş. Mahmudun, Ruslanın və Elşadın narkotik vasitələrdən istifadə edib-etməmələrini bilməmişdir. 10.10.2020-ci il tarixdə təxminən saat 23 radələrində yaşadığı evdən çıxaraq Mahmudla birlikdə gedib qayıtmağa razı olmiş və buna görə də ölkədə olan mövcud hərbi vəziyyətin tələblərini pozmuşdur. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 135-137-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 tanımır, onlarla heç bir tanışlığı və münasibəti yoxdur. Şahid1 isə dostudur və münasibətlər vardır. 10.10.2020-ci il tarixdə saat 23 radələrində Mahmud idarə etdiyi idarə etdiyi 05 O 664 HP dövlət qeydiyyat nişanlı ağ rəngli Niva markalı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, “Təzə Bazar” adlanan ərazidə hərəkət edərkən onu görmüş, avtomobil saxlayaraq salamlaşmış və hara getməsini soruşmuş, sonuncuya demişdir ki, “evə gedirəm, əgər mümkünsə məni Abşeron rayonu, Xırdalan şəhərinə yaşadığım ünvana düşür”. Mahmud da etiraz etməmişdir. Mahmudun sağ tərfində əyləşmiş, arxasında isə sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs əyləşmişdir. Bir qədər sonra onlar yoldan sonradan Şahid2 olmasını bildiyi şəxsi də götürmüşdür. Nazim Mahmudun arxa tərəfində əyləşdmiş, söhbət zamanı Mahmud demişdir ki, onlar Xırdalana, Ruslanı isə Binəqədiyə aparıb qoyduqdan sonra Mahmudla Nazim birlikdə şəhər qayıdacaqlar. Bir bir qədər getdikdən sonra 11.10.2020-ci il tarixdə saat 00:30 radələrində Yasamal rayonu ərazisində olan “Dövlət Statistika Komitəsinin” binasının qarşısında qurulmuş postda polis əməkdaşları onları saxlanışlar. Polis əməkdaşları onları ölkə ərazisində olan mövcud hərbi rejimlə əlaqədar olaraq evdən bayıra çıxmaq üçün müvafiq icazəmizin olub-olmamasını soruşmuşlar, icazələrinin olmamasını gördükdə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Mahmud sükan arxasından düşərək polis əməkdaşları ilə bir qədər söhbət etiş və avtomobilin arxa tərəfindəki yük yerini açmışdır. Bundan sonra polis əməkdaşları təkidlə onların hamısını polis bölməsinə dəvət etmişlər. Hamısı polis bölməsinə gəldikdən sonra polis əməkdaşları onların iştirakı ilə həmin avtomobilə baxış keçirərkən avtomobilin salonundan iki ədəd bıçaq, iki ədəd şpris, bir neçə ədəd büküm aşkar etmişdir. Baxış zamanı Mahmud demişdir ki, bıçaqlar ona məxsusdur, Ruslan isə bildirmişdir ki, aşkar edilmiş həmin şpris və içərisində narkotik vasitə olan bükümlər ona məxsusdur. Avtomobildən başqa heç nə aşkar edilməmişdir. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan çəkərək istifadə etmiş, lakin sonrada istifadə etməmişdir. Ruslanın həmin avtomobildə narkotik vasitə daşımasını, Mahmudun isə həmin avtomobildə iki ədədə bıçaq saxlamasını bilməmiş, bu barədə əvvəldən heç bir məlumatı olmamış, Mahmudla və Ruslanla birlikdə heç bir narkotik vasitə qəbul etməmişdir. Mahmudun, Ruslanın və Elşadın narkotik vasitələrdən istifadə edib-etməmələrini bilməmişdir. 10.10.2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Təzə Bazar” adlanan ərazidən qohumlarıgildən çıxaraq yaşadığı evimə getmiş, Mahmuddan xahiş edərək avtomobillə evə aparmasını xahiş etmiş və buna görə də birlikdə gedərkən ölkədə olan mövcud hərbi vəziyyətin tələblərini pozmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəqliyyat vasitəsinə baxış və götürmə aparılması haqqında” 11 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 00:30 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş Şahid1 idarə etdiyi VAZ-2121 markalı, 05 O 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sol oturacağının ayaqaltı hissədə tünd qəhvəyi rəngli qabın içindən metal rəngli uzunluğu 32 sm, tiyəsinin uzunluğu 19 sm, dəstəyinin uzunluğu 13 sm olan,tiyəsində 4993 nömrəsi yazılmış bir ədəd bıçaq, sürət ötürücüsünün yanında qara rəngli uzunluğu 21 sm, dəstəyinin uzunluğu 12 sm olan, tiyəsinin uzunluğu 9 sm olan bir ədəd açılıb-bağlanan bıçaq, əl çantasının içərisindən bir ədəd bükülmüş halda F42393293 nömrəli bir mantlıq əskinas, avomobilin sürət ötürücüsünün yanında içərisində maye olan bir ədəd şpris, avtomobilin arxa yük yerində olan qara rəngli dəri çantanın arxa cibindən üzərində “Midea VRF” yazıları olan dəmir qutunun içərisindən 3 ədəd qəhvəyi rəngli həb, bir ədəd gümüşü rəngli falqaya bükülmüş içərisində spesfik iyə məxsus ot şəkilində kütlə, bir ədəd göy rəngli kağıza bükülmüş içərisində spesfik iyə məxsus ot şəkilində olan kütlə, 4 ədəd sellofa bükülmüş, qəhvəyi rəngli spesfik iyə məxsus olan maddələr, çantanın yan cibindən içərisi qəhvəyi rəngli maye ilə dolu olan bir ədəd şpris aşkar olundu. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin ona məxsus olmasını, həmin maddələrin “kakos” və “nəşə” olmasını, qəhvəyi rəngli maye ilə dolu olan şprisi istifadə etmək üçün hazırladığını bildirdi. Şahid1 bıçaqların ona məxsus olmasını bildirdi. Bundan sonra axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. (Cild İ, i.v. 24-26) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 11.10.2020-ci il tarixli 20/1396a nömrəli tədqiqat haqqında arayışından görünür ki, dörd ədəd sellofan kəsiyi bükümlərində ümumi çəkisi 3,473 qr, olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki ədəd 1 qramlıq şprislərdə həcmləri 0,46 ml və 0,92 ml mayedə quru məkiləri 0,017 qr və 0,034 qr olan maddə narkotik narkotik vasitə heroindir. İki ədəd siqaret kağızı bükümlərində ümumi təmiz çəkisi 0,50 qr olan maddə narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd kovalyuta kəsiyindəki üç ədəd metadon dərman həbləri narkotik vasitələrə aid edilir. Bir ədəd 1 manatlıq pul əskinazının içərisində narkotik vasitə heroinin izləri vardır. (Cild İ, i.v. 55-58) “Diskə baxış keçirilməsi haqqında” 11.10.2020-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskdə 1.20201011_042859 adlı 28 dəq:14 saniyə, 2.202021011_045717 adlı 01 dəq:50 saniyə müddəti əhatə edən mp4 formatlı iki ədəd video fayl var. “X13” proqramı vasitəsi ilə həmin video fayllar açıldıqda polis bölməsinin həyətində polis əməkdaşlarının və bir neçə nəfər mülki geyimli şəxslərin avtomobilə baxış keçirmələri görünür. Həmin video görüntünün məzmununa baxış keçirilərkən məlum olur ki, Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru Azər Əliyev 11.10.2020-ci il tarixdə saat 02:00-da Yasamal RPİ-nin 27-cı PB-nin həyətində Bakı şəhəri DYPİ-nin YPXA-nın YPX baş inspektoru, polis kapitanı Şahid4, Bakı şəhəri DYPİ-nin YPXA-nın YPX inspektoru, polis serjtanı Şahid5 və Yasamal RPİ-nin PPXBnin polis nəfəri polis serjantı Şahid6, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4, Şahid1, Təqsirləndirilən şəxs, Şahid2, Şahid3 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Şahid1 idarə etdiyi “VAZ 2121 Niva” markalı, O 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə istintaq hərəkətinin keçiriləcəyini elan edir. Çəkiliş “İphone” markalı mobil telefon vasitəsi ilə aparılır. Şübhəli şəxs özünü təqdim edərək Şahid1 olmasını, 10.0.1986-cı il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, ev 34, mənzil 59-da yaşamasını bildirir. Təhqiqatçı tərəfindən istintaq hərəkətinin iştirakçılarına Azərbaycan Respublikası CPM-in 51.5 və 244.6-cı maddələrində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunması və Azərbaycan Respublikası CM-nin 300-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilir Şübhəli şəxs Şahid1 idarə etdiyi avtomobildə hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşulur və əgər varsa həmin qanunsuz əşyanı könüllü təqdim edməsi təklif edilir. Şübhəli şəxs M.Abdullyev bildiririk ki, onun idarə etdiyi “VAZ 2121 Niva” markalı, O 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobildə ona məxsus olan iki ədəd bıçaq var. Bundan sonra avtomobilin salonuna baxış keçirildikdə qabaq sol tərəfdə yerləşən sürücünün oturacağının alt hissəsindən tünd qəhvəyi rəngli dəri qabda olan bir ədəd bıçaq, avtomobilin sürət ötürücüsünün yanında isə bir ədəd qatalanan bıçaq və həmin yerdən içərisində maye olan bir ədəd şpris aşkar edilir. Şübhəli şəxs Şahid1 həmin bıçaqların ona məxsus olmasını bildirir, şprisin isə ona məxsus olmamasını bildirir. Bundan sonra Şahid1 üzərində olan bir ədəd qara rəngli əl çantasının içərisindən bir ədəd bükülü vəziyyətdə F 42393293 nömrəli bir manatlıq pul əskinazı aşkar edilir. Bundan sonra avtomobilin arxa yük yerindən bir ədəd qara rəngli əl çantası aşkar edilir. İştirakçı Təqsirləndirilən şəxs həmin çantanın ona məxsus olmasını və onun içərisində narkotik vasitə olmasını bildirir. Həmin çantanın içərisindən üzərində “Midea VRF” yazıları olan dəmir qutunun içəsidindən üç ədəd qəhvəyi rəngli həb, bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda spesifik iyli ot kütləsi, bir ədəd göy rəngli kağıza bükülmüş halda spesifik iyli ot kütləsi, dörd ədəd sellofana bükülmüş halda qəhvəyi rəngli spesifik iyli kütlələr, çantanın yan cibindən isə içərisində qəhvəyi maye olan bir ədəd şpris aşkar edilir. Təqsirləndirilən şəxs bildirir ki, aşkar edilmiş həmin predmetlərin içərisində “nəşə” və “kokos” adlanan narkotik vasitələrdir, həmin narkotik vasitələri bir müddət əvvəl internet vasitəsi ilə qramını 25 manat olmaqla öz istifadəsi üçün almışdır, şprisdəki narkotik vasitə olan mayeni isə özü üçün qəbul etməsi üçün hazırlamışdır. Bundan başqa avtomobildən iş üzrə əhəmiyyət kəsb edən digər predmet aşkar edilmədi. Aşkar edilmiş predmetlər kağız zərflərdə qablaşdırılaraq üzəri 167 saylı möhürlə möhürləndi və zərflərin üzəri istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanmışdır. (Cild İ, i.v. 69- 70) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2020-ci il tarixli, 6/2278 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №168” dairəvi möhür əksi olan, “Şahid1 avtomobilindən çıxmış...” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisidə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,761 qram, 0,757 qram, 0,822 qram, 1,089 qram ümumi təmiz çəkisi 3,429 qram olan qəhvəyi rəngli maddələr, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 1 ml həcmli şprisdə 0,4 ml həcmində olan maye narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi 0,014 qramdır. Təqdim edilmiş 1 ml həcmli şprisdə 0,8 ml həcmində olan maye narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi 0,029 qramdır. Təqdim olunmuş ümumi sayı 3 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsiri maddəsinin ümumi miqdarı 0,12 qram (1 ədəd həbdə metadonun təsiri maddəsinin miqdarı 0,04 qram) təşkil edir. Metadon həbləri xarivi əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına aiddir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitər”in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd bir manatlıq əskinazda narkotik vasitə olan heroin izləri vardır. Təqdim edilmiş bir ədəd bir manatlıq əskinazda narkotik vasitə olan heroin iz şəkilində olduğu üçün onun çəkisini müyyən etmək mümkün olmadı. Bir manatlıq əskinazda heroin iz şəkilində olduğu üçün və şprislərdə heroin məhlulu həll olunduğu zaman onun kimyəvi tərkibi dəyişdiyi üçün onların maddə nümunələri ilə Şahid1 aşkar edilmiş heroin ilə müqayisəli tədqiqatının aparılması mümkün deyildir. (Cild İİ, i.v. 92-98) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 nəticələrinə dair 30 noyabr 2020-ci il tarixli 3331 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild İİ, i.v. 100-101) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2020-ci il tarixli, 7/750 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdəki 02 (iki) ədəd siqaret kağızı bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram, 0,280 qram olan bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 0,447 qramdır. Təqdim olunan marixuanalar tərkiblərinə görə eynidirlər. (Cild İ, i.v. 108-110) “Sübutların qiymətləndirilməsi haqqında” 15 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə təqsdiq edildiyindən şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsin rəyləri, avtomobilə baxış və götürmə aparılması, diskə baxış protokolları iş üzrə sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs məxsus VAZ-2121 markalı, 05 O 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürümüş narkotik vasitələr ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 3,309 qram heroin, qalıq 04 ml heroin məhlulu, qalıq 0,2 ml heroin məhlulu, qalıq iki ədəd metadon həbi və qalıq 0,407 qram qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın və saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. VAZ-2121 markalı, 05 O 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (Cild İ, i.v 112-129) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1.079 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 11 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:30da şübhəli şəxs qismində tutulmuşdur; (Cild İ, i.v. 40) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 4(004)-591/2020 nömrəli qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 oktyabr 2020-ci il tarixdən hesablanmışdır; (Cild İ, i.v. 124-126) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair 21.10.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 12 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olub və cəzasının sonu ilə 14.02.2011-ci il tarixdə azad olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən əməlləri törətməkdə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin 16.11.2018-ci il tarixli qərarı ilə 01 il 03 ay vaxtından əvvəl şərti azad edilmişdir. (Cild İ, i.v. 175-177) İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-79/2010 saylı 12 mart 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən əməli törətməkdə təqsirli bilinib 01 il 04 ay müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum edilmişdir. (Cild İ, i.v 200-202) İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2012-ci il tarixli 1(089)-114/12 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild İİ, i.v. 22-34) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli 7(011)-987/2018 nömrəli qərarı ilə məhkum Cavadov X6 Ağır Cinayətlər Məhkəməsinin 28.06.2012-ci il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (Cild İİ, i.v. 36) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 12.03.2010-cu il tarixli hökmü ilə 01 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28.06.2012-ci il tarixli hökmü ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin 16.11.2018-ci il tarixli qərarı ilə 01 il 03 ay vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 12.03.2010-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilsə də, lakin ağır cinayət əməlinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2012-ci il tarixli 1(089)-114/12 saylı hökmü ilə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 16.11.2018-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 28.06.2012-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3.309 qram qalıq çəkisi olan heroin, 04 ml heroin məhlulu, 0.2 ml heroin məhlulu, 2 ədəd metadon həbi, 0.407 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 134.82 (bir yüz otuz dörd manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 11 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 3.309 qram qalıq çəkisi olan heroin, 04 ml heroin məhlulu, 0.2 ml heroin məhlulu, 2 ədəd metadon həbi, 0.407 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 134.82 (bir yüz otuz dörd manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X5, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar