Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-141/2022 25.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təqsirləndirilən şəxs “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" ASC-nə geri qaytarılması və cəmi 4808,46 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-4448/2018 saylı, həmçinin 3532,00 manat məbləğində borcun tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə və ekspertiza tədqiqatının dəyəri olan 100,00 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(103)-2959/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2021-ci il tarixədək “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-nə geri qaytarmamış, tələbkarların xeyrinə heç bir məbləğdə pul vəsaiti ödəməmiş, onlara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 08 fevral 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC ilə lizinq müqaviləsi bağlayaraq “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilini lizinqə götürmüşdür. Bir müddət həmin avtomobil ilə taksi fəaliyyəti ilə müşğul olmuş və yol nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmuşdur. Bu səbəbdən o lizing müqaviləsinə əsasən öhdəsinə düşən ödənişləri vaxtında etmədiyinə görə Zərərçəkmiş şəxs1 ASC onu məhkəməyə vermiş və yekun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-4448/2018 saylı qətnaməsi ilə 4783 manat 46 qəpik məbləğində pul ondan Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə tutulması və həmin avtomobilin lizinq şirkətinə qaytarılması qət edilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 vurduğu maddi zərəri ondan tələb etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2018-ci il tarixli, 2(103)-2959/2018 saylı qərarı ilə ondan 3532 manat alınaraq cavabdeh Təqsirləndirilən şəxs verilməsi qət edilmişdir. Hər iki qətnamənin icrası onun yaşayış yeri üzrə Yasamal rayon icra şöbəsinə həvalə edilmişdir. Bundan sonra icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Daha sonra isə həmin Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin vaxtı o müxtəlif işlərlə məşğul olaraq ayda ***-**** manat məbləğində pul qazanmış və hər ay 150-200 manat ödəniş edə bildiyi halda səhlənkarlıq edərək bunu etməmişdir. Lakin məhkəmə istintaqı dövründə o Zərərçəkmiş şəxs2 olan borcunu tam olaraq, Zərərçəkmiş şəxs1 ASC-yə olan borcundan isə 1000 manat ödəmişdir. Yekun olaraq zərərçəkmiş şəxslərdən birinə zərərin tam olaraq, digərinə qismən ödənildiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədərək onun “Mercedes” markalı **-UG-*** dövlər qeydiyyat nişanlı avtomobilinə maddi ziyan yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu vurduğu maddi zərəri ödəmədiyi üçün o iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2018-ci il tarixli, 2(103)- 2959/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs 3532 manat tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin bundan uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs həmin qətnaməni icra etməmiş və bu səbəbdən onun barəsində inzibati cərimə daha sonra inzibati həbs növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Lakin cinayət işi üzrə məhkəmə istintaq dövründə Təqsirləndirilən şəxs ona olan borcunu tam olaraq ödəmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 08 fevral 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC ilə lizinq müqaviləsi bağlayaraq “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili lizingə götürmüşdür. Təqsirləndirilən şəxs lizing müqaviləsinə əsasən öhdəsinə düşən ödənişləri vaxtında etmədiyinə görə Zərərçəkmiş şəxs1 ASC onu məhkəməyə vermiş və yekun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-4448/2018 saylı qətnaməsi ilə 4783 manat 46 qəpik məbləğində pul ondan Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə tutulması və həmin avtomobilin lizinq şirkətinə qaytarılması qət edilmişdir. Lakin bundan uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs həmin qətnaməni icra etməmiş və bu səbəbdən onun barəsində inzibati cərimə daha sonra inzibati həbs növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Hazırki cinayət işi üzrə məhkəmə istintaq dövründə Təqsirləndirilən şəxs "xxxx" ASC-yə olan borcundan 1000 manat ödəmiş, lakin Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmamışdır. Son olaraq təqsirləndirilən şəxs tərəfindən zərərin qismən ödənildiyini bildirərək zərərin tam olaraq ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 ASC-nə geri qaytarılması və cəmi 4808,46 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs1 ASCnə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-4448/2018 saylı, həmçinin 3532,00 manat məbləğində borcun tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə və ekspertiza tədqiqatının dəyəri olan 100,00 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(103)-2959/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2021-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin əməkdaşı Şahid2 Şahid1 göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs onun oğlu olduğunu və bu səbəbdəndə Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən ifadə vermək istəmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-4448/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 ASC arasında bağlanmış 08 fevral 2017-ci il tarixli “Daxili Lizinq” müqaviləsi ləğv edilmişdir. Lizinq obyekti olan 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA594612 ban, 0218 mühərrik nömrəli, qara rəngli avtomobil mülkiyyətçisi Zərərçəkmiş şəxs1 ASC-yə geri qaytrarılmışdır. 08 fevral 2017-ci il tarixli AL-2093 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektinə müvəq-qəti sahiblik və istifadə edilməsinə görə 27 fevral 2018-ci il tarixinə olan 2572 (iki min beş yüz yetmiş iki) manat 41 (qırx bir) qəpik əsas, 2011 (iki min on bir) manat 05 (beş) qəpik mükafat və həmin günə hesablanmış 200 (iki yüz) manat dəbbə pulu, cəmi 4783 (dörd min yeddi yüz səksən üç) manat 46 (qırx altı) qəpik məbləğində pul cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə tutulmuşdur. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçıya aid edilmiş, 25 (iyirmi beş) manatı isə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. (i.v. 9-12) Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(103)-2959/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti qismən təmin edilmişdir. Hazırki iş üzrə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8032/2017 saylı, 16 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilmişdir. Cavabdeh Təqsirləndirilən şəxs 3532.00 (üç min beş yüz otuz iki) manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. (i.v. 13-16) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-4448/2018 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 ASC arasında bağlanmış 08 fevral 2017-ci il tarixli “Daxili Lizinq” müqaviləsi ləğv edilmişdir. Lizinq obyekti olan 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA594612 ban, 0218 mühərrik nömrəli, qara rəngli avtomobil mülkiyyətçisi Zərərçəkmiş şəxs1 ASC-yə geri qaytrarılmışdır. 08 fevral 2017-ci il tarixli AL-2093 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektinə müvəq-qəti sahiblik və istifadə edilməsinə görə 27 fevral 2018-ci il tarixinə olan 2572 (iki min beş yüz yetmiş iki) manat 41 (qırx bir) qəpik əsas, 2011 (iki min on bir) manat 05 (beş) qəpik mükafat və həmin günə hesablanmış 200 (iki yüz) manat dəbbə pulu, cəmi 4783 (dörd min yeddi yüz səksən üç) manat 46 (qırx altı) qəpik məbləğində pul cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə tutulmuşdur. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçıya aid edilmiş, 25 (iyirmi beş) manatı isə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. (i.v. 17) Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2018-ci il tarixli, 2(103)-2959/2018 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh Təqsirləndirilən şəxs 3532.00 (üç min beş yüz otuz iki) manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. (i.v. 18) “İcraata başlamaq haqqında” 27 iyul 2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-4448/2018 saylı qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (i.v. 19) “İcraata başlamaq haqqında” 05 oktyabr 2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2018-ci il tarixli, 2(103)-2959/2018 saylı qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (i.v. 26) Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 27 iyul 2018-ci il tarixli Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında xəbərdarlıqdan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-4448/2018 saylı icra sənədində göstərilən tələb yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimatla müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. (i.v. 21) Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında xəbərdarlıqdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2018-ci il tarixli, 2(103)-2959/2018 saylı icra sənədində göstərilən tələb yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimatla müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. (i.v. 22) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1940/2019 saylı, 18 iyul 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; (i.v. 68-71) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğullq Xidməti 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin 17 dekabr 2019-cu il tarixli **********8 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzində xx.xx.2019-cu il tarixdən işaxtaran vətəndaş kimi qeydiyyatdan keçmiş, lakin işsizlikdən siğorta ödənişi almamışdır. (i.v. 80) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-545/2021 saylı, 11 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir; (i.v. 109-111) "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2500 manat pul Zərərçəkmiş şəxs2 xeyrinə ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1000 manat pul Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və məhkəmə baxışının gedişatında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-4448/2018 və Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(103)-2959/2018 saylı icra vərəqələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 1940/2019 saylı 18 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinib barəsində inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-545/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinib barəsində inzibati həbs növünün tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına, həmçinin məsuliyyəti barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə icra sənədini qərəzli olaraq icra etməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-4448/2018 saylı və Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(103)-2959/2018 saylı icra vərəqələrini icra etməməyə görə iki dəfə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: 64 saylı MKİS tərəfindən verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 24 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartyotekasında heç bir məlumat yoxdur. (i.v. 150) 18 sentyabr 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. (i.v. 180) “Qətimkan tədbiri seçmək haqqında” 19 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 207-209) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 1(004)-141/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin 09 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Məhkəmədən həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 dəymiş zərəri tam olaraq, Zərərçəkmiş şəxs1 ASC-nə dəymiş zərəri qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimaitəhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın bir qismini könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın 18 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün və həbsdə saxlanıldığı 09 iyun 2022-ci il tarixdən 25 iyul 2022ci il tarixədək olan 01 (bir) ay 16 (on altı) gün, cəmi 01 (bir) ay 18 (on səkkiz) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxsnın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün və 09 iyun 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 16 (on altı) gün, cəmi 01 (bir) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 03 (üç) ay 06 (altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-141/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-141/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver