Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-141/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu Suçma kəndində qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ev 1 mənzil 44-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 yanvar 2022-ci il tarixdən 30 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrindək olan müddətdə xadiməçi kimi işlədiyi Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Yasamal rayonu Mikayıl Muşviq küçəsi məhəllə 501 ev 2 mənzil 14-dəki yataq otağında şkafın (kamotun) syirməsindən sonuncunun vəfat edən atası X1 yadigar qalan Zərərçəkmiş şəxs1 məxsus 2500 manat dəyərində 01 ədəd 750 əyyarlı üzərində 4 ədəd brilyant qaşı olan qızıl (kişi) üzüyü və 550 manat dəyərində 01 ədəd 585 əyarlı əyyarlı qızıl (qadın) üzüyünü, eləcə də həmin yataq otağındakı şkafın (kamotun) syirməsindən sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus 5100 manat dəyərində 01 ədəd 750 əyyarlı qızıl boyunbağını, mətbəxdən 150 manat dəyərində 01 ədəd “Huawei watch” markalı qol satının sarj aparatını, mənzilin dəhlizindəki şkafın gözlüyündən 300 manat dəyərində 01 ədəd markası müəyyən edilməyən optik eynəyi və 70 manat dəyərində 01 ədəd istifadəsində GSM nömrəsi olmayan “Nokia 6310” markalı mobil telefon aparatını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 3050 (üç min əlli) manat və Zərərçəkmiş şəxs2 5620 (beş min altı yüz iyirmi) manat, ümumilikdə 8670 (səkkiz min altı yüz yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun 2 övladı var, qızı Gülay Dövlət Universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsidir, oğlu Ümud isə hazırda hərbi xidmətdədir. O, xadimə xidməti göstətək ailəsini dolandırmaqla məşğuldur. 2021-ci ilin oktyabr-noyabr aylarında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadıqları Yasamal rayonu Mikayıl Muşviq küçəsi məhəllə 501 bina 2A mənzil 14-də xadimə kimi işləməyə başlamışdır. 2022-ci ilin yanvar ayında qızı Gülayın ağıl dişinin əməliyyatı olunması və yaşadığı evin kirayə pulunu ödəməsi üçün pula ehtiyacı olmuşdur. Bu səbəbdən o, xadimə işlədiyi evi təmizlədiyi zaman yataq otağında olan kamotun syirməsinin üstündə 2 ədəd qızıl üzüyü götürmüşdür. Həmin üzüyün biri ağ qızıl olmaqla üzərində 4 qaşı olmuş, digəri isə sarı qızıldan ibarət üzərində bəzi qaşları yerində olmayan nazik qadın üzüyü olmuşdur. Onun məqsədi həmin üzükləri oradan götürüb satıb, yaşadığı evin kirayə haqqını və qızı Gülayın əməliyyat xərcini ödəyib, daha sonra kredit götürüb həmin qızılların oxşarını düzəltdirib yerinə qoymaq olmuşdur. Həmin gün o, Nərminədən icazə alıb evdən tez çıxıb getmişdir. Səhərisi gün o, Nərminənin evindən götürdüyü üzükləri tək şəkildə “Moskva Univermağı” kimi adlanan yerə aparıb tanımadığı zərgərə ağ qızılı 750 manata, digər qadın üzüyünü isə 150 manata satmışdır. O, əldə etdiyi puldan 300 manatını kirayə pulu kimi, eləcə də 200 manatını isə qızı Gülayın əməliyyatının ödənişini etmişdir. Qızı əməliyyat olunduğu zaman Nərminə ona zəng edərək evindən atasından yadigar qalan qızıl üzüyün itməsini bildirmişdir. O, isə həmin üzüyü görmədiyini, bəlkə evi təmizləyərkən tozsovuranın gözlüyünə düşməsi barədə yalanlar danışmışdır. 2022-ci ilin aprel-may ayında Nərminə ilə danışdıqda öyrənmişdir ki, onlar qızıl üzüyün itməsi ilə bağlı polisə müraciət etmək istəyirlər. Səhəri gün o, saat 11 radələrində Nərminənin yaşadığı evə getmiş və Nərminən suallarına cavab verə bilmədiyi üçün əlacsız vəziyyətə qalıb üzüyün birini oğurladığını etiraf etmişdir və qaytaracağına söz vermişdir. Bundan sonra o, üzüyü satdığı şəxsi Moskva Univermağında çox axtarsa nə onu, nə də ki qızıl üzüyü tapa bilməmişdir. Həmin ərəfədə eşitmişdir ki, Nərminə və əri Heydər polisə onun barəsində şikayət etmişlər. O, da məcbur qalaraq baş verən hadisəni qızı Gülaya danışmışdır. Bundan sonra o, Nərminədən itmiş qızılın fotosunu almışdır ki, guya həmin foto ilə qızılı axtaracaqdır. Lakin o, “İnstraqam” sosial şəbəkəsi vasitəsi ilə zərgər tapıb fotonu göstərməklə 1800 manat pul verib fotodakı üzüyün oxşarını düzəltdirmiş və oxşarı düzələn qızıl üzüyü sonradan Nərminə və Heydərə verərək guya oğurlayaraq satdığı üzüyü zərgərdən tapıb aldığını demişdir. Lakin Nərminə və Heydər qızıla baxanda müəyyən etmişlər ki, o, həmin üzüyün oxşarını düzəltdirmişdir. Bundan sonra o, etiraf etmişdir ki, məcbur qalaraq üzüyün oxşarını düzəltdirmişdir. O Nərminə və Heydərin evindən 2 ədəd üzükdən başqa heç bir əşya götürməmişdir. Yekun olaraq o zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini, ilk dəfə az ağır cinayət əməli törətdiyini, etdiyi əməldən peşman olduğunu bildirib barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Yasamal rayonu M.Muşviq küçəsi məhəllə 501 bina 2A mənzil 14-də həyat yoldaşı Zərərçəkmiş şəxs2 və iki övladı ilə birlikdə yaşayır. 2021-ci ilin mart-aprel aylarına Təqsirləndirilən şəxs onun yaşadığı evdə xadiməçi kimi işə başlamışdır. xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində yaşayan atası X3 dünyasını dəyişmişdir. Mərhum Atasının qızıl üzüyünü götürmək məqsədi ilə yoldaşı Heydər xx.xx.2022-ci il tarixdə Moskva şəhərinə getmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə qayıdıb həmin üzüyü ona vermişdir. Həmin qızıl üzüyü o, yoldaşı Heydərlə birlikdə 2013-cü il tarixdə Bakı şəhərindəki Mərkəzi Univermaqdan 2500 manata alaraq atası Azərə 50 yaşı münasibəti ilə əlaqədar hədiyyə vermişlər. Həmin üzük ağ qızıl və 750 əyyarlı olmaqla üzərində 4 ədəd brilyant qaşları olmuşdur. Onun üçün həmin üzüyün mənəvi dəyəri böyük olmuşdur. O, atasından xatirə qalan üzüyü barmağına taxan zaman narahatçılıq hiss etdiyi üçün həmin qızıl üzüyü yaşadığı evdə yataq otağında olan kamotun syirməsini açaraq orada olan özünə digər qızıl üzüyün yanına qoymuşdur. Digər qızıl üzüyü isə yoldaşı Heydər 2017-ci il tarixdə Mərkəzi Univermaqdan 550 manata alıb ona hədiyyə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 18-19 radələrində Esmira ona “yorulmuşam, özümü pis hiss edirəm” kimi ifadələr işlətməyə başladıqda o, sonuncuya evinə getməsinə icazə vermişdir. Esmira çıxıb getdikdən sonra evdə tək olanda atasından xatirə qalan üzüyü taxmaq üçün syirməni açıb götürmək istədikdə üzüyü qoyduğu yerdə tapmamışdır. O , evdə bir neçə yerə baxsa da üzüyü tapa bilməmiş, həmin üzüyü Esmiranın götürəcəyini heç ağlıma belə gətirməmişdir. Çünki Esmira bir dəfə onun itirdiyi 20 manat pulu evdən taparaq ona qaytarmaqla etibarını qazanmışdır. Həmin gün axsham Heydər evə gələndə onun sualına cavab olaraq üzüyü götürmədiyini bildrimişdir. Səhərisi gün o, Heydərlə birlikdə evi axtarsa da atasından xatirə qalan üzüyü tapa bilməmiş və həmin gün Esmiraya mesaj yazaraq qızıl üzüyün itməsi barədə bildirdikdə Esmira həmin üzüyü görmədiyini, “yəqin ki harasa düşüb, bəlkə tozsovuran aparatında qalıb, bəlkə səhvən atılası əşyaların arasında zibil qutusuna atmısınız” kimi ifadələr işlətmişdir. Sonradan onun yadına düşmüşdür ki, həmin üzüyün yanındakı özünə məxsus digər qızıl üzük də yoxdur. Bundan sonra o Heydərlə birlikdə uzun müddət evi axtarsa da hər iki üzüyü evdən tapa bilməmişlər. Üzüklər itəndən sonra o, Esmiranı bir daha evə çağırmamışdır. Buna baxmayaraq Esmira onunla ilə tez-tez danışıb, itən üzük barədə ondan hər dəfə soruşmuş və üzüyün itməsinə heyifsənirmiş. Üzüklər itəndən iki ay sonra Esmiraya zəng edərərək onu evinə çağırmışdır. Esmira bəhanə gətirərək onun evinə gəlməmiş, mobil telefonda itən üzüklər barədə söhbət düşdükdə sonuncu ona demişdir ki, üzüyün itməsi barədə məlumat aldıqdan sonra o, Memar Əcəmi metrosunun yaxınlığında yerləşən Moskva Univermağına gedərək həmin üzüyü orada axtarıb, amma tapa bilməyib. Eləcə də söhbət zamanı Esmira ona demişdir ki, qızı Gülayın dişini stomatoloqda əməliyyat etdirib və 1000 manat pul xərcləyib. 2022-ci ilin aprel ayında Heydərlə itən qızıl üzüklərlə bağlı söhbət etdirləri zaman o demişdir ki, xx.xx.2022-ci il tarixdə qızıl üzüyü zərgərdən gətirib ona verəndə və sonrakı 3-4 gün müddətində evlərinə Esmiradan başqa heç kim gəlməyib, eləcə də Esmiranı həmin gündən sonra evə çağırmamış, bir dəfə çağırsa da bəhanələr gətirmiş, həmin ərəfədə sonuncu qızının dişinin 1000 manata əməliyyat etdirmiş və itən qızıl üzüyü X2 axtarmışdır. Esmiranın onun əvəzindən itən üzüyü axtarması, təmizliyə çağırılsa da gəlməməsi, ən əsası hadisədən qısa müddət sonra qızının dişlərini stomotoloqda əməliyyat etdirərək 1000 manat pul xərcləməsi onlarda müəyyən şübhələr yaratmış və qənaətə gəlmişlər ki, Esmiranın barəsində polisə şikayət etsinlər. Bundan sonra onun yoldaşı Heydər yaşadıqları evdən 2 ədəd qızıl üzüklərin oğurlanmasını və oğurluqda isə evdə xadiməçi işləyən Esmiradan şübhələndiyimizi bildirərək Yasamal RPİ-nə şikayət etmişdir. Polisə şikayət olunan günün səhərisi Esmira ona zəng edərək polisin onu çağırdığını, polisdən öncə onunla görüşmək istədiyini və deyəsi sözünün olduğunu bildirmişdir. O, isə ilk dəfə bundan imtina etsə də səhərisi gün Esmiraya zəng edərək görüşə biləcəklərini demişdir. Esmira da saat 11 radələrində onun yaşadığı evə gəlmişdir. Esmira onların yaşadığı evə gəlməmişdən əvvəl o, Heydərlə razılaşmışlar ki, mobil telefonun diktafonunu işlək vəziyyətə gətirib Esmiranın danışıqlarını mobil telefonun yaddaşına yazsınlar. Esmira saat 11 radələrində onun evinə gəlib bir saat oturmuşdur. Söhbət zamanı Esmira ilk əvvəl üzüyü götürmədiyini qeyd edəndə o, sonuncuya demişdir ki, “artıq polis işi araşdırır və hüquqi qiymət verəcəkdir, biz də şikayətimizi geri çəkməyəcəyik”. Esmira birdən etiraf edərək “oğurluğu mən etmişəm və üzüyü syirmədən götürdükdən sonra həmin günü Mərkəzi Univermaqda zərgərə 700 manata satmışam, həmin pulla qızımın dişini əməliyyat etdirmişəm, qızıma da əməliyyat pulunu səndən borca aldığımı demişəm” kimi ifadələr işlətmişdir. Esmira dayanmadan yalvararaq ondan xahiş edirmiş ki, onlar şikayətini geri çəksinlər, polisi bu işə qarışdırmasınlar və üzüyü satdığı şəxsi taparaq üzüyünü alıb ona versin. O, da Esmiraya demişdir ki, evdən bir üzük deyil iki üzük oğurlanmışdır, üzükləri satdığı yeri və şəxsin adını ona bildirsin və atasından yadigar qalan üzüyü qaytarandan sonra şikayətini geri çəkəcəkdir. Esmira ikinci üzük barədə danışmamış və atasından qalan qızıl üzüyü isə Moskva univermağına satdığını bildirsə də guya həmin şəxsi orada tapa bilmədiyini, üzüyün 5 qaşının və 4 qram olduğunu qeyd etmişdir. O, Esmiraya başa salmışdır ki, qızıl üzüyün 4 qaşı olmuşdur. Sonradan Esmira atasından xatirə qalan üzüyün fotosunu onun yoldaşı Heydərdən götürmüşdür ki, həmin üzüyü satdığı yerdən geri götürəndə həmin qızıl olmasına əmin olsun. 3-4 gün sonra Esmira onlara bir üzük verib bildirmişdir ki, üzüyü satdığı şəxsi taparaq həmin üzüyü geri götürmüşdür. Eləcə də Esmira evindən yoxa çıxmış ona məxsus digər qızıl üzüklə bağlı maddi ziyanı qarşılamaq üçün yoldaşı Heydərə 500 manat da əlavə pul verməyi təklif etmişdir. O, Heydərlə üzüyə baxdıqda ilk əvvəl sevinmiş, amma sonradan aşkar etmişlər ki, Esmiranın onlara verdiyi üzük evindən oğurladığı üzük deyil, həmin üzüyün oxşarıdır. Esmira ilə apardığı çox söhbətdən sonra sonuncu etiraf etmişdir ki, instaqramdan tapdığı zərgərə üzüyün fotosunu verərək oxşarını düzəltdirmişdir. Onlar Esmiranın oxşarını düzəldərək verdiyi qızıl üzüyü və 500 manat pulu götürməyib bundan imtina etmiş, evlərindən oğurladığı üzüyün əslini Esmiradan tələb etmişlər. Eyni zamanda o, Esmiranın onun yaşadığı evdən oğurluq etməsini bildikdən sonra evdən daha başqa hansı əşyaları oğurlanmasına əmin olmaq üçün mənzilini bir daha axtarmışdı. Aşkar etmişlər ki, mənzilindən yoldaşı Heydərə məxsus 2015-ci il tarixdə Mərkəzi Univermağından 3000 ABŞ dollarına aldığı 01 ədəd 750 əyyarlı qızıl boyunbağı, 2020-ci il tarixdə “5 mərtəbə” kimi adlanın yerin yaxınlığındakı mağazadan 550 manata aldığı 01 ədəd optik eynək, 2019-cu il tarixdə 28 May metrosunun yaxınlığındakı mağazadan 168 manata aldığı və üzərində 070 və ***-***-**- ** saylı GSM nömrələri ilə istifadə etdiyi Nokia 6310 markalı mobil telefon aparatı, eləcə də “Huawei Watch” markalı qol saatının sarj aləti (zaryatka aparatı) yoxdur. Onlar başa düşmüşlər ki, həmin əşyaları da Esmira oğurlayıb. Amma Esmiraya əvvəllər bu barədə heç bir söz deməmişlər. Sonradan bu əşyalar barədə Esmiradan soruşduqda o həmin əşyaları görmədiyini bildirmişdir. Esmiranı poilisə verdikdən sonra sonuncunun qızı Gülay ona zəng edərək və “whatsapp” proqramı ilə mesaj yazaraq yalvarmağa başlamışdır ki, şikayətlərini geri götürsünlər. O, da Gülaya demişdir ki, atasından qalan üzüyün həm mənəvi, həm də xatirə kimi dəyərli çox olduğundan həmin üzüyü qaytardığı təqdirdə şikayətlərini geri çəkəcəklər, əks halda bu mümkün olmayacaqdır. Baş vermiş oğurluq hadisəsi nətincəsində ona 3050 manat, həyat yoldaşı Zərərçəkmiş şəxs2 isə 5620 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Yasamal rayonu M.Muşviq küçəsi məhəllə 501 bina 2A mənzil 14-də həyat yoldaşı Zərərçəkmiş şəxs1 və iki övladı ilə birlikdə yaşayır. 2021-ci ilin mart-aprel aylarından etibarən Təqsirləndirilən şəxs onların evində xadiməçi kimi işə başlamışdır. xx.xx.2021-ci il tarixdə qaynatası Moskva şəhərində dünyasını dəyişdiyiş və o xx.xx.2022-ci il tarixdə Moskva şəhərinə gedərə qaynataslnda qalan üzüyü götürmüşdür. Həmin qızıl üzüyü o, yoldaşı Nərminə ilə birlikdə 2013-cü il tarixdə Bakı şəhərindəki Mərkəzi Univermaqdan 2500 manata alaraq qayınatasına 50 yaşı münasibəti ilə əlaqədar hədiyyə vermişlər. Həmin üzük ağ qızıl və 750 əyyar olmaqla üzərində 4 ədəd brilyant qaşları olmuşdur. O həmin üzüyü gətirdikdən sonra Nərminəyə vermş, Nərminə isə üzüyü evin yataq otağında olan kamotun syirməsinə qoymuşdur. 30..01.2022-ci il tarixdə Nərminə ondan atasından xatirə qalan üzüyün harada olması ilə maraqlanmışdır. O, Nərminəyə demişdir ki, üzüyü ona verəndən sonra görməmişdir. xx.xx.2022-ci il tarixdə o və həyat yoldaşı Nərminə ilə evi axtarsalar da qayınatasından xatirə qalan həmin üzüyü tapa bilməmişlər. Nərminə Esmiraya mesaj yazaraq qızıl üzüyün itməsi barədə bildirdikdə Esmira üzüyü görmədiyini deyib “yəqin ki harayasa düşüb, bəlkə tozsovuran aparatında qalıb, bəlkə səhvən atılası əşyaların arasında zibil qutusuna atmısınız” kimi ifadələr işlətmişdir. Söhbət zamanı evdə yoldaşı Nərminə ona “yadıma düşdü ki, atamın üzüyünü syirməyə qoyanda onun yanında mənə məxsus 585 əyarlı başqa qızıl bir üzükdə var idi, indi həmin üzüyü də tapa bilmirəm” ifadəsini işlətmişdir. İkinci qızıl üzüyü isə o, 2017-ci il tarixdə Mərkəzi Univermaqdan 550 manata alıb Nərminəyə hədiyyə etmişdir. Eyni zamanda Nərminədən öyrənmişdir ki, Esmira qızıl üzüyü tapa bilmədikləri gün yəni xx.xx.2022-ci il tarixdə “yorulmuşam, özümü pis hiss edirəm” deyərək onların evindən saat 18-19 radələrində çıxıb getmişdir. Amma həmin hadisədən iki ay sonra Nərminə Esmiranı təmizliyə evə çağırsa da sonuncu bəhanə gətirərək onların evlərinə gəlməmişdir. Hətta həmin ərəfədə Esmira Nərminəyə deyib ki, üzük itəndən sonra Moskva Univermağına gedərək həmin üzüyü orada axtarıb. Eləcə də söhbət zaman Esmira Nərminəyə deyib ki, qızı Gülayın dişini stomatoloqda əməliyyat etdirib və 1000 manat pul xərcləyib. Esmiranın onların əvəzindən itən üzüyü axtarması, təmizliyə çağırılsa da gəlməməsi, ən əsası hadisədən qısa müddət sonra qızı Gülayın dişlərini stomotoloqda əməliyyat etdirərək 1000 manat pul xərcləməsi onda müəyyən şübhələr yaratmış və qənaətə gəlmişdir ki, Esmira barəsində polisə şikayət etsinlər. Bundan sonra o, Yasamal RPİ-nə şikayət etmiş və 2 ədəd qızıl üzüklərin oğurlanmasını və Esmiradan şübhələndiyini bildirmişdir. Eyni zamanda polisə şikayət edilməmişdən bir gün əvvəl Nərminə Esmiraya zəng edərək polisə şikayət etmək niyyətlərinin olmasını, əgər kim götürübsə geri qaytararsa şikayətçi olmayacaqlarını bildirmiş və Esmira da qızıl üzüklərin onda olmadığını qeyd etmişdir. Polisə şikayət olunan günün səhərisi Esmira Nərminəyə zəng edərək polisin onu çağırdığını, polisdən öncə Nərminə ilə görüşmək istədiyini və deyəsi sözünün olduğunu bildirmişdir. Nərminə görüşdən imtina etsə də səhərisi gün Esmira yaşadıqları evdə görüşə razılıq vermişdir. Esmira onların evə gəlməmişdən əvvəl o, Nərminə ilə razılaşmışlar ki, mobil telefonun diktafonunu işlək vəziyyətə gətirib Esmiranın apardığı danışıqları mobil telefonun yaddaşına yazsınlar. Esmira saat 11 radələrində onların evə gəlib bir saat söhbət etdikdən sonra çıxıb getmişdir. O, sonradan evə qalxaraq Nərminə ilə söhbət etdikdə öyrənmişdir ki, Esmira ilk əvvəl qızıl üzükləri götürmədiyini desə də polisə şikayət edildiyini və araşdırma aparılacağlını düşündüyü üçün birdən etiraf etmişdir ki, oğurluğu o edib və üzüyü Mərkəzi Univermaqda 700 manata satıb, həmin pulla qızı Gülayın dişini əməliyyat etdirib. Esmira onlardan vaxt istəmidir ki, qızıl üzüyü satdığı adamı tapsın və üzüyün pulunu verərək üzüyü geri gətirsin. Həmçinin Esmira evdən yoxa çımış qayınatasından xatirə qalan üzüyün fotosunu ondan götürmüşdür ki, üzüyü satdığı yerdən geri götürəndə həmin qızıl olmasına əmin olsun. 3-4 gün sonra Esmira ona bir üzük verib bildirmişdir ki, üzüyü satdığı şəxsi taparaq üzüyü geri götürmüşdür. Eləcə də Esmira evlərindən yoxa çıxmış Nərminəyə məxsus digər qızıl üzüklə bağlı maddi ziyanı qarşılamaq üçün ona 500 manat pul verməyi təklif etmişdir. O, üzüyə baxdıqda ilk əvvəl sevinmiş, amma sonradan aşkar etmişlər ki, Esmira oğurladığı qayınatasından xatirə qalan üzüyün dublikatını düzəltdirib. Çünki qayınatasından xatirə qalan üzüyün fotosuna baxdıqda aşkar etmişlər ki, üzüyün qaşlarının tin hissəsində kiçik ölçülü deşiklər olmuş, amma Esmiranın verdiyi üzükdə həmin deşiklər yoxdur. Esmira ilə apardıqları çox söhbətdən sonra o etiraf etmişdir ki, “instaqram” sosial şəbəkəsi vasitəsi ilə tapdığı zərgərə üzüyün fotosunu verərək dublikatını düzəltdirib. Onlar Esmiranın verdiyi qızıl üzüyü və 500 manat pulu götürməyib evlərindən oğurladığı üzüyün əslini istəmişlər. Eyni zamanda Esmiranın onun evindən oğurluq etməsini bildikdən sonra evə daha nələrin oğurlanmasına əmin olmaq üçün mənzili bir daha axtarmışlar. Aşkar etmişlər ki, mənzildən ona məxsus 2015ci il tarixdə Mərkəzi Univermaqdan 3000 ABŞ dollarına aldığı 01 ədəd 750 əyyarlı qızıl boyunbağı, 2020-ci il tarixdə “5 mərtəbə” kimi adlanın yerin yaxınlığındakı mağazadan 550 manata aldığı Almaniya istehsallı markasını bilmədiyi 01 ədəd optik eynək, 2019-cu il tarixdə “28 May” metrostansiyasının yaxınlığındakı mağazadan 168 manata aldığı və 70 manat dəyərində “Nokia 6310” markalı mobil telefon aparatı, eləcə də “Huawei Watch” markalı qol satının sarj aləti yoxdur. Başa düşmüşlər ki, həmin əşyaları da Esmira oğurlayıb. Bu əşyalar barədə Esmiradan soruşduqda o həmin əşyaları görmədiyini bildirmişdir. Esmiranı poilisə verdikdən sonra o və adını sonradan öyrəndiyi qızı Gülay Nərminəyə zəng edərək və “Whatsapp” proqramı ilə mesaj yazaraq yalvarmağa başlamışlar ki, şikayətlərinin geri götürsünlər. Baş vermiş oğurluq hadisəsi nətincəsində ona 5620 manat, həyat yoldaşı Zərərçəkmiş şəxs1 isə 3050 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun anasıdır. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsidir. Anası ilə atası rəsmi olaraq boşanmasa da onlar ayrı yaşayırlar və evin maddi təminatı anası Esmiranın üzərindədir. Anası Esmira xadiməçi kimi işləyərək ailələrini dolandırır. 2021-ci ilin noyabr ayından 2022-ci ilin fevral ayına kimi anası Zərərçəkmiş şəxs1 yaşadığı Yasamal rayonu Mikayıl Muşviq küçəsi məhəllə 501 bina 2A mənzil 14-də xadimə kimi işləmişdir. 2022-ci ilin yanvar ayında onun ağıl dişi ağrımağa, daha sonra iltihab yolu ilə çirk verməyə başladığı üçün xəstəxanaya müraciət etmişdir. Oradakı stomatoloqların biri onun dişini müayinə etmiş və bildirmişdir ki, ağıl dişi əməliyyat yolu ilə çıxarılmalıdır və əməliyyat üçün 200 manat pul tələb olunur, lakin hımin vaxt onların maddi imkanı olmamışdır. xx.xx.2022-ci il tarixdə həmin xəstəxanada keçirilən əməliyyatla ağıl dişi çıxarılmışdır. O, xəstəxanada olarkən anası Esmiradan öyrəndim ki, sonuncu xəstəxanaya ödədiyi 200 manat pulu evinə təmizliyə getdiyi Zərərçəkmiş şəxs1 borc almışdır. 2022-ci ilin aprel-may aylarında anası Esmiradan eşitmişdir ki, Zərərçəkmiş şəxs1 və əri Heydər 3-4 ay əvvəl evlərindən 2 qızıl üzüyün oğurlanması ilə bağlı polisə müraciət etmişlər və şübhəli kimi onu anasını göstərmişlər. Anası Esmira ilə söhbət edərkən ona məlum olmuşdur ki, anası 2022-ci ilin yanvar ayında Nərminənin yaşadığı evin yataq otağındakı kamotun üstündən biri ağ, digəri sarı olmaqla 2 qızıl üzüyü götürərək Moskva Univermağında tanımadığı zərgərə birini 700, digərini 150 manat olmaqla ümumilikdə 850 manata satmış, əldə etdiyi puldan 200 manatını onun əməliyyat xərcinə, 300 manatı pulu isə kirayə haqqına vermişdir. Bundan sonra o, anası Esmira ilə birlikdə Bakı şəhərində yerləşən “Moskva” və “Mərkəzi Univermaq” kimi adlanan qızıl satışı yerlərinə gedərək orada Nərminənin evindən götürülən qızıl üzükləri axtarsa da üzüyü tapa bilməmişlər. Sonradan anası Esmira polisə aparılmışdır. O, dəfələrlə Nərminəyə zəng edib danışaraq, eləcə də “Whatsapp” proqramı ilə mesaj yazaraq və səs ataraq anası Esmiranı bağışlamasını, şikayətini geri götürmələrini xahiş etmişdir. Razılıq əldə olunmuşdur ki, götürülən üzüyün biri Nərminənin atasından yadigar qaldığı üçün mənəvi dəyəri çox olduğundan həmin üzüyü taparaq qaytarsınlar. Həmin üzüyü tanımaq üçün Nərminədən həmin üzüyün fotosunu alıb bir də yuxarıda adları sadanan qızıl satışı yerləridə gedərək baxsalar da lakin satılan üzükləri tapa bilməmişlər. Bundan sonra anası Esmira ona demişdir ki, götürdüyü üzüyün oxşarını düzəltmək üçün “instaqram” sosial şəbəkəsində zərgər tapıb mobil telefonla danışıq aparıb və razılaşıblar ki, Nərminənin atasından qalan üzüyün oxşarını 1700 manata düzəltdirsin. Amma sonradan həmin zərgər oxşarını düzəltdiyi qızılın çəkisini bir qədər artırdığı üçün onun anasından 1850 manat pul istəmişdir. Sonradan anası Esmira evdən bəzi əşyaları, mobil telefonları sataraq 1850 manat pulu düzəlmişdir. Anası Esmira həmin üzüyü götürərək sonradan Nərminə və Heydərə verib üzüyü guya axtararaq tapdığını söyləmişdir. Hətta anası Esmira götürdüyü 2ci qadın üzüyünə görə Heydərə maddi ziyan kimi 500 manat əlavə pul da vermişdir. Lakin sonradan Nərminə və Heydər qızıla baxanda müəyyən ediblər ki, anası Esmira həmin üzüyün oxşarını düzəltdirmişdir. Anası Esmira da məcbur qalaraq Nərminə və Heydərə üzüyün oxşarını düzəltdiyini etiraf etmişdir. Nərminə və Heydər oxşarı düzələn üzük və 500 manat puldan imtina etmiş və anası Esmiranın barəsində etdikləri şikayəti geri çəkməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 26 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və sonuncu yaşadığı Bakı şəhəri Yasamal rayonu Mikayıl Muşviq küçəsi məhəllə 501 bina 2A mənzil 14-dəki yataq otağından oğurlanmış qızıl üzüklərin yerini əyani olaraq göstərmişdir. (i.v. 19-20) “Diskə baxış keçirilməsi barədə” 26 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmişdir. Diskdə “WhatsApp Audio 2022-05-17” adı altında 5 ədəd audio səslər yazılmış fayllar vardır. Fayldakı səs yazısına baxış zamanı orada Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında 39 dəqiqə 15 saniyə aparılan danışıqlar olması müşahidə edilmişdir. Danışıq mətni aşağıdakı kimidir: Təqsirləndirilən şəxs - səhərdən işdəyəm indi gəlib çıxmışam. Hələ mənə zəng gəlməyib, ora getmədim axı dünənləri günün ikinci yarısına kimi gələcəm demişəm. Evində “Quran” var sənin? Zərərçəkmiş şəxs1 -Evimdə hazırda Quran yoxdur. Təqsirləndirilən şəxs -Deyirsən evimdən nə qədər şeylər itibdi Zərərçəkmiş şəxs1 -O qədər şeylər deyəndə iki dənə üzükdü həmən günü Təqsirləndirilən şəxs -Mənim əsgər balam 10 aydı üzünü görümürəm, eləmişəmsə o Quran mənə qənim olsun. (Ağlayır) Məndən başqa da evə kimlərsə gəlir? Zərərçəkmiş şəxs1 –Həmin günü evə başqa heç kim gəlməyib Esmira xanım. O başqa bir şey olsaydı mən deyərdim ki ehtiyac deyil. Ama o mənim atamdan qalma üzükdü. Təqsirləndirilən şəxs -Sən mənə zəng edəndə mən əməliyatdaydım. Qızım dişindən əməliyyat olunmuşdu. Mən demişdim ki, tapılacaq. Yazıq iki gündü işə giribdi. İnanki evdə dünən qız dəliyə dönübdü. Deyir ana bu nə işdi. Təzəlikdə də tanışlıq olubdu. O biridə əsgərlikdədi. Deyir aya ana bu nə demədki. Uşaq bir vəziyyətdədir, bir hallardadır mən nə günlərə qalmışam. Özünün də iki qızın var Zərərçəkmiş şəxs1 - Esmira xanım mən kiməsə şər atmıram. Bizə deyiblər kim olubdu mən demişəm. həmin günü siz olmusuz. Təqsirləndirilən şəxs - Bax mən bütün Bakını gəzmişəm. Moskva univermağını axtarmışam. Elə bilməki mən evdə oturmuşam. Zərərçəkmiş şəxs1 - Siz oranı niyə axtarmısız. Təqsirləndirilən şəxs - Üzüyü mən götürmüşəm (başlayır ağlamağa), çox məcbur oldum, bir üzük götürmüşəm. Zərərçəkmiş şəxs1 - Mən hələdə inanmıram ki siz etmisiz bu üzüyü Təqsirləndirilən şəxs - Həmin üzüyü mən sizə qaytaracaqdım. Atanız mənim yuxuma girmişdi. Zərərçəkmiş şəxs1 - Mən sizə birinci gün zəng etmisdim. Sizə dedim ki, bəlkə həmin üzüyü harasa qoymusuz. 3 ay keçib üstündən uje Təqsirləndirilən şəxs - Qadınıq bir birimizi başa düşərik. Mən yaxşılıqları itirmirəm. əziz aydı. Orucluq ayıdı. Zərərçəkmiş şəxs1 - Mən sizə həmən günü zəng elədim. Mən sizə ağlayaraq zəng edirdim. Təqsirləndirilən şəxs - Utanıram mən pis vəziyyətdəyəm, o üzük hardadısa mən tapıb verəcəm sizə, qaytaracam. Zərərçəkmiş şəxs1 - Həmin üzük hardadı, neçəyə satmısız? Təqsirləndirilən şəxs - Mən üzüyü Moskva univermağında 700 manat pula satmışam. Mən atanı yuxuda gördüm. Atanın mənə yazığı gəldi. Zərərçəkmiş şəxs1 - Mən sənə insan kimi yazımdki o üzük mənə atamdan qalan bir yadigardır. Təqsirləndirilən şəxs - Həmin üzük beş qaş dörd qram idi. Həmin üzüyü buğun gedib axtardım. Baxdım ö üzüklərdən çoxdu. Zərərçəkmiş şəxs1 - Həmən o üzüyü kimə satmısız? Təqsirləndirilən şəxs - Mən demirəm ki, o üzüyü vermirəm, səbrli olun. Mənim iki balam var. Bəlkə Allah bizi sınıyır. Mən həmin üzüyü satıb qızımı əməliyyat etdirdim. Zərərçəkmiş şəxs1 - sizin qızınızın dişi ölümcül deyildi ki, Allah heçkəsi balası ilə sınamasın. Siz heç olmasa həmin üzüyü lombarda verərdiz. Siz deyirsiz ki Moskva Univermağında həmin üzükdən var idi. Soruşardınız ki həmin üzüyü mən satmışam ya yox Təqsirləndirilən şəxs - Mən yazığam mənim balalarım var. Mən dözə bilmirəm. Mən demirəm ki, həmin üzüyü qaytarmıram. Həmin üzüyü qaytaracam. Həmin üzüyü gətirib evinə qoyacaqdım. Zərərçəkmiş şəxs1 - Mənim başqa bir üzüyümdə itibdi. Həmin üzyümdə yoxdu. Təqsirləndirilən şəxs - Mənim həmin üzükdən xəbərim yoxdu. Yəqin ki, həmin üzük tapılar. Zərərçəkmiş şəxs1 - Həmin üzük hardadı mənə yerini denən. Təqsirləndirilən şəxs - Mən həmin üzüyün olduğu yeri xatırlamıram. Hara verdiyimi bilmirəm. Gecələr yata bilmirəm. Zərərçəkmiş şəxs1 - Bu gecəni yatmarsanda polis sənə zəng edibdi. Mən sənin dərdinə, xoş gününə qulaq asırdım. Mən neçə gündü gözlədim ki, həmin üzüyü gətirib atsınlar. Mən sənə yazdım ki, görməmisən həmin üzüyü, bəlkə görüb harasa qoymusan həmin üzüyü. Mənim balam var. Mənim balam mənə görə heç vaxt mənə görə başı aşağı qala bilməz. Mən 3 ay gözlədim. Yadına sal həmin üzüyü kimə vermisən. Mənə həmin üzüyü eynisi, oxşarı lazım deyil. Təqsirləndirilən şəxs - Mənim balalarıma kim baxar. Biri əsgərlikdədi. Yazığın gəlsin mənə. Zərərçəkmiş şəxs1 - Sən mənim evimdən göz boyamaq üçün 20 manat tapıb verdin. Sonra gəldin mənim üzüyümü oğurladın. Mən səni çox gözlədim. Təqsirləndirilən şəxs - Mənə yazığın gəlsin vaxt ver mən sənin üzüyün tapıb qaytaracam. Yazığam mən. Əsgər balam var mənim. Zərərçəkmiş şəxs1 - Sən indidə mənə deyirsən ki, mənim yadımda deyil həmin üzüyü kimə satmışam. Təqsirləndirilən şəxs - Vallah düz deyirsən. Mən bilirəm həmin üzüyündə beş qaşı var idi, həmin üzük 4 qramdı. Həmin üzüklərdən çoxdu. Polisi qatma nolar qurban olum. İzahatı götürə bilərsiz. Zərərçəkmiş şəxs1 - Mənim üzüyüm qayıtsın sonra izahatımı götürüm. Mənim üzüyümün 4 qaşı var idi, beş qaşı yoxuydu. Digər fayldakı səslərə baxış zamanı orada danışanın Təqsirləndirilən şəxs övladı Şahid olması müəyyən edilir. Şahid “mənim 2 manat pulum var mən hara gedib çata bilərəm xahiş edirəm sizdən”, “Nərminə xanım xahiş edirəm yalvarıram sizə, siz deyin ki anamı buraxsınlar, anamla danışıb öyrənəcəm hara satıb kimə satıb, siz ərizənizi geri götürün mənim üzüm yoxdu bunu sizdən istəməyə (ağlaya ağlaya danışır), nolar xahiş edirəm anayla əlaqə saxlaya bilmirəm. Mən sizə nə deyəcəyəyimi bilmirəm, yalvarıram. Mənim qardaşım yazıqdı, özümü düşünmürəm, o ölər, anayla nəfəs alır, özünü öldürər xahiş edirəm”, “əlaqə saxlaya bilmirəm telefonunu söndürüblər telefonuna zəng çatmır, xahiş edirəm nolar ki, əmin olun ki mən sizə söz verirəm sözümün üstündə də duracam, nolar Nərminə xanım yalvarıram sizə (ağlaya ağlaya danışır)”, “xahiş edirəm siz ərizənizi geri çəkin mən onu sizə tapıb gətirəcəm. Anayla gedəcəm hər yerə tapıb gətirəcəm bildiyinizi edərsiz, ama indi xahiş edirəm yalvarıram sizə mənim əlimdən heçnə gəlmir, nolar ki mənim qardaşımı buraxacaqlar evə gəlcək o dəli olar, yalvarıram sizə nolar, məni tanımırsız düzdü, mən əsgər bacısıyam, mən özüm üçün heçnə etmək istəmirəm, mən gedib əməliyat olmazdım yalvarıram sizə”, “Nərminə xanım mən tək qız qalmışam belə ortada, yalvarıram sizə elə bilin ki öz ovladınız mənim kimi çarəsizdi, mən anamla əlaqə saxlaya bilmirəm, mən anamı götürüm axtarım tapım onu, mənə bir gün vaxt verin ən azından, gedim kredit götürüm, alım o üzüyü gətirim verim sizə sonra anam gəlsin” kimi səs yazıları göndərmişdir. Diskdə olan “Whatsapp” sosial şəbəkə tətbiqində Şahid istifadəsində olan “***-***-**-**” saylı GSM nömrəsindən göndərilmiş mesaj mətnləri vardır. Mətnlərdə Şahid “Salam”, “Xahiş edirəm mən anayla əlaqə saxlaya bilmirəm”, “Mən çox çarəsizəm”, “Sizə yalvarıram”, “anamı buraxmırlar axı, sabah mən sizə tapacam kimə satıb, alacam, nolar deyin bu gunlikdese buraxsınlar, əsgər qardaşıma yazığınız gəlsin”, “Mən tapacam, bir tutmasınlar nolar, amma anam olmadan edə bilmərəm ki”, “mən Vallah tapacam o üzüyü, nolar atanızın üzüyü üçün nələr edirsiz haqqınızdı, nə deyim, amma biz nə edək ana tutulsa, mən tapacam anayla, gedib onu alıb gətirəcəm sizə, söz verirəm”, “Nolar cavab verin, onu təhvil verəcəm, ana şokdadı özünə gəlsin, bir gün vaxt versinlər, nolar Nərminə xanım” “Özüdə deyir, oturum fikirləşim ki, hara satmışam, telefonu açın, xahiş edirəm” (i.v. 24-32) 24 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 üzləşmə zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq edərək həmin xüsusatları, eləcə də üzüyün kamotun üstündən deyil, syirməsinin içərisindən oğurlandığını, hətta üzüklər oğurlandıqdan sonra mənzilindən yoldaşı Heydərə məxsus 01 ədəd 750 əyyarlı qızıl boyunbağı, 01 ədəd optik eynək, 01 ədəd Nokia 6310 markalı mobil telefon aparatı, eləcə də 01 ədəd Huawei Watch markalı qol saatının sarj aləti (zaryatka aparatı) oğurlandığını Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs üzləşmə zamanı Zərərçəkmiş şəxs1 evindən 2 ədəd üzük oğurladığını etiraf etmiş, digər əşya oğurlamadığını qeyd etmişdir. ( i.v. 98-103) İfadənin yerində yoxlanılması haqqında 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı bildirdiklərini bir daha hadisə yerində təsdiq edərək 2 ədəd üzük oğurladığı Bakı şəhəri Yasamal rayonu Mikayıl Muşviq küçəsi məhəllə 501 ev 2 mənzil 14-dəki yataq otağında olan kamotun üzərini əyani olaraq göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurladığı 02 ədəd üzüyü sonradan satdığı ünvan 1 ünvanda yerləşən “Moskva Univermağını əyani olaraq göstərmişdir. Bununla bağlı olaraq fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 108-111) İfadənin yerində yoxlanılması haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılan zaman sonuncu istintaq zamanı bildirdiklərini bir daha hadisə yerində təsdiq edərək 02 ədəd qızıl üzüyün, ona məxsus 01 ədəd qızıl boyanbağının, 01 ədəd eynəyin, 01 ədəd mobil telefonun və 01 ədəd sarj alətinin onun yaşadığı mənzildən oğurlandığı Bakı şəhəri Yasamal rayonu Mikayıl Muşviq küçəsi məhəllə 501 bina 2A mənzil 14-dəki yataq otağında olan kamotun syirməsini, dəhlizdəki şkafın gözlüyünü, mətbəxt otağını əyani olaraq göstərmişdir. Bununla bağlı olaraq fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 162-165) “Sübutların qiymətləndirilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı evdən üzüyün Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını təsdiq edən sonuncunun etirafına dair səs yazısı, eləcə də Təqsirləndirilən şəxs qızı Şahid oğurlanmış qızılla bağlı “Whatsapp” proqramı üzərindən Zərərçəkmiş şəxs1 göndərdiyi səs yazıları və mesaj mətnləri köçürülmüş fayllar olan 02 ədəd CD disk maddi subut kimi tanınmış və həmin disklər cinayət işində saxlanılmışdır. (i.v. 168-183) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, yəni onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mənzilindən cəmi iki ədəd üzük oğurlaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 138-139) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 160) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 05 may 2023-cü il tarixli notarial təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən ona qarşı heç bir iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 30 may 2023-cü il tarixli notarial təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələblərinin olmamasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-141/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-141/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver