Məhkəmə qərarları › İş №1(004)-142/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-142/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-142/2020 28.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: x16, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruDövlət ittihamçısı,x7, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili x12, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili x6 Təqsirləndirilən şəxs: xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, evli, azyaşlı uşaqları olan, 2-ci qrup əlil, məhkum olunmamış, işləməyən, ünvan 2 S saylı ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, evli, azyaşlı uşaqları olan, 2-ci qrup əlil, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə qonşusu Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 1,026 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 14:45-də ünvan 2 S ünvanın yaxınlığında Yasamal RPİnin 29-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə dəvət olunmuş, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən çıxararaq təqdim etdiyi sellofana bükülmüş bir ədəd bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu “Şamaxinka” adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 1,486 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, daha sonra qeyd edilən narkotik vasitə olan heroini iki bükümə ayırıb 1,026 qramını həmin tarixdə saat 22:30-da yaşadığı ünvan 2 A ünvanının yaxınlığında qonşusu Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 98 manata satmış, bundan sonra narkotik vasitənin özündə qalan hissəsini, yəni yuxarıda qeyd edilən məqsədlə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla bir bükümdə təmiz çəkisi 0,460 qram olan narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 15:50-də yaşadığı ünvanının qarşısında Yasamal RPİ-nin 29-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin şöbəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamüzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə günorta saatlarında narkotik vasitə əldə etmək məqsədi ilə onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 ilə görüşərək narkotik vasitə heroinə ehtiyacı olduğu üçün ona 2 qram heroin verməsi üçün cibində olan 98 manat pulu vermişdir. Emil isə ona bildirmişdir ki, narkotik vasitə heroini alıb ona gətirəcəkdir. Həmin gun axşam 22:30-da Emin yaşadıqları məhəlləyə gəlmiş və bildirmişdir ki, heroini almışdır və cibindən sellofan bükümdə heroini çıxararaq ona vermişdir. O, heroini götürdüyü zaman Emildən heroini çəkmək üçün tərəzisinin olub olmadığını soruşmuş, Emil isə bildirmişdir ki, tərəzisi yoxdur. O da öz növbəsində tərəzisinin olmadığını bildirmiş və heroinin çəkisini ölçmədən heroin götürüb evinə getmişdir. Səhəri gün yəni xx.xx.2020-ci il tarixdə saat 14:45-də məhəllədə olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları onu Yasamal rayon Polis İdarəsinin 29-cu PB-nə dəvət etmişlər və o, razılaşaraq polis əməkdaşları ilə birlikdə Yasamal rayon Polis İdarəsinin 29-cu PB-nin inzibati binasına gəlmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuş və o, əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən həmin narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən səmimi peşman olmasını, ailəli omasını, özünün xəstə olmasını, 2-ci qrup əlil olmasını, 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittihamüzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə günorta saatlarında onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 ilə görüşdüyü zaman ona bildirmişdir ki, narkotik vasitə heroinə ehtiyacı var və Kamrana 2 qram heroin satmağı üçün 98 manat pul vermişdir. O, isə bildirmişdir ki, narkotik vasitə heroini alıb Kamrana gətirəcəkdir. Həmin gün axşam 22 radələrində üzdən tanıdığı adını bilmədiyi şəxslə «Şamaxinka» adlanan yerdə görüşərək ondan 98 manat müqabilində 2 qram heroin almış və həmin gün saat 22:30-da Kamranla yaşadıqları məhəllədə görüşüb cibindən sellofana bükülmüş vəziyyətdə heroini çıxararaq Kamrana vermişdir. Kamran isə onun verdiyi heroindən gözəyari olaraq bir hissəsini təxminən yarım qramdan artıq miqdar heroini istifadə etməyi üçün ona vermişdir. Sonra isə o, çıxıb getmişdir. Səhəri gün yəni xx.xx.2020-ci il tarixdə saat 15:50-də məhəllədə olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları onu Yasamal rayon Polis İdarəsinin 29-cu PB-nə dəvət etmişlər və o, razılaşaraq polis əməkdaşları ilə birlikdə Yasamal rayon Polis İdarəsinin 29cu PB-nin inzibati binasına gəlmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuş və o, əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən sellofana bükülmüş narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən səmimi peşman olmasını, ailəli omasını, özünün xəstə olmasını, 2-ci qrup əlil olmasını, 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-cu il tarixdə Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan, 29-cu PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Şahid2 və Şahid3 ilə birlikdə məlumat əsasında xx xxxxxx 2020-ci il tarixdə saat 14:45 radələrində ünvan 4 ünvanın saylı ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxs özünü xx.xx.1975-ci təvəllüdlü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir. Daha sonra Təqsirləndirilən şəxs1 tərəflərindən Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs1 ilə şifahi söhbət zamanı bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir və həmin narkotik vasitələri qonşusu «Emil» adlı şəxsdən pul müqabilində alaraq istifadə edir. «Emil» adlı şəxs də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat axtarış tədbirinin davamı olaraq əməliyyat qrupu üzvləri tərəfindən Təqsirləndirilən şəxs1 narkotik vasitə satmış qonşusu Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə saat 15:50-də yaşadığı ünvan 5 A saylı ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət edilmişdir. Polis Şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs1un üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah olunmuş, daha sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılmış, lakin üzərindən heç bir qanunsuz əşya müəyyən edilərək götürülməmişdir. Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş sellofana bükülmüş maddənin narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni ünvan 5A ünvanında yaşayan qonşusu Təqsirləndirilən şəxs2 əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin satmış qonşusu Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etmək təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılsa da, üzərindən heç bir qanunsuz əşya müəyyən edilərək götürülməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən o, əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş sellofana bükülmüş maddə narkotik vasitənin heroin olmasını, həmin narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində üzdən tanıdığı şəxsdən «Şamaxinka» adlanan yerdə 2 qram heroini 98 manata almasını və həmin gün saat 22:30-da Kamranla yaşadıqları məhəllədə görüşüb cibindən sellofana bükülmüş vəziyyətdə heroini çıxararaq Kamrana verməsini bildirmişdir. Kamranın isə onun verdiyi heroindən gözəyarı olaraq bir hissəsini təxminən yarım qramdan artıq miqdarda heroini istifadə etməyi üçün ona verməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 2408 №saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1” sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi-1.026 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (ilkin tədqiqat zamanı narkotik vasitənin xalis çəkisi 1,026 qram olmuşdur, tədqiqata istifadə edildikdən sonra sonda qalıq çəkisi 0,976 qram təşkil edir). Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2” sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi-0,460 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (ilkin tədqiqat zamanı narkotik vasitənin xalis çəkisi 0,460 qram olmuşdur, tədqiqata istifadə edildikdən sonra sonda qalıq çəkisi 0,410 qram təşkil edir). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator x1 xx.xx.2020-ci il tarixli 759 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator x1 xx.xx.2020-ci il tarixli 779 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop mad-də-lərin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında gös-tə-rilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə Təqsirləndirilən şəxs2 həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 münasibətdə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci il təvəllüdü x19, xx.xx.2017-ci il təvəllüdlü x10 adlı uşaqları vardır. İş materiallarında olan Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 İİ qrup əlildir. Həmçinin onun anası x13 da İİ qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf edib, səmimi peşman olmalarını, ilk dəfə cinayət törətməsini, ailəli olmasını, 2 azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını, anasının da İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə cəzanın həddinimüəyyən edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətinə əsasən Emin İsgəndərovun xx.xx.2013-cü il təvəllüdlü x8, xx.xx.2017-ci il təvəllüdlü x14 adlı uşaqları vardır. İş materiallarında olan Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının məlumatlarına əsasən Emin İsgəndərov İİ qrup əlildir. İş materiallarında olan Baş Səhiyyə İdarəsi x2 tərəfindən təqdim edilmiş arayışa əsasən Təqsirləndirilən şəxs2 Yunis oğlu 1998-ci ildən Dispanserdə konsultativ qeydiyyatdadır. Psixopatiya affektiv tiplidekompensasiya vəziyyətindədir, özünükəsmələrlə. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf edib, səmimi peşman olmalarını, ailəli olmasını, 2 azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını, xəstəliyinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, təqsirləndirilən şəxslərin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdəsaxlanıldığı 05 ay 29 gün müddət ona təyin olunmuşcəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 02 gün (iki il iki gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il(üç il) müddətinəazadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş 65 manat xərcin 32,50 manat (otuz iki manat 50 qəpik) Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin, 32,50 manat (otuz iki manat 50 qəpik) Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,976 qram və 0,410 qram narkotik vasitə olan-həroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili x3 ödənilmək üçün 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili x4 ödənilmək üçün 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar