Məhkəmə qərarları › İş №1(004)-142/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-142/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-142/2022 08.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1980-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvələr məhkumluğu olmayan, fərdi əməklə məşqul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,“Papanin” adlanan yerdə istintaqa məlum olmayan mənbədən salış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,535 qram təşkil edən qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin və bir ədəd kibrit qutusunun içərisində şəxsi istehlak miqdarından artıq olmayan miqdarda ümumi çəkisi 3,930 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşıyaraq yaşadığı Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən 86 saylı evə gətirmiş, narkotik vasitə olan marixuananın 0,629 qram çəkidə hissəsini bir ədəd papirosun içərisinə dolduraraq yaşadığı evin qonaq otağında olan masanın alt hissəsində saxlamış, bir ədəd kibrit qutusunun içərisində ümumi çəkisi 3,301 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuannı və bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,535 qram təşkil edən qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini üstündə daşıyaraq yaşadığı qeyd olunan ünvanın qarşısına gətirmiş, 22 oktyabr 2021-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci PB- nin əməkdaşları tərəfindən həyat keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı qeyd olunan bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,535 qram təşkil edən qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin və bir ədəd kibrit qulusunda təmiz çəkisi 3,301 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 14:40 radələrində yaşadağı Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən 86 saylı evə keçirilmiş baxış zamanı qonaq otağındakı masanı altından sellofan torbaya yerləşdirilmiş bir ədəd papirosun içərisində ümumi çəkisi 0,629 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə üçəsi, ev 122, mənzil 30-da qeydiyyatda olmaqla ünvan 5 ünvanda tək yaşayır, əvvələr evli olmuş, lakin 2016-cı ildə rəsmi olaraq boşanmış və subaydır. Təxminən 20 ildir ki, müxtəlif kafe və restoranlarda ofisiant kimi işləmiş və hazırda Nəsimi rayonu, 3 mkr-da yerləşən «Gold Baku» şadlıq sarayında ofisiant işləyir. O. müxtəlif yerlərdən narkotik vasitələri əldə edərək qəbul edir. Təxminən 20 ildir ki, narkotik vasitə olan marixuana qəbul edir, adətən onu tütünlə qarışdırıb siqaret kimi çəkir. Belə ki, 19 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu, “Papanin” adlanan əraziyə gedib, orada üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 70 manat pul verərək şəxsi istifadəsi üçün 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd kibrit qulusunda narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitələri istifadə etmək üçün əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoyub üzərində saxlamaqla daşıyaraq yaşadığı ünvan 6 ünvana gətirmişdir. 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini papirosun içərisinə doldurub sonradan istifadə etmək üçün yaşadığı evdə qonaq otağındakı masanın altına içərisində çətənə və qara çörək toxumları olan sellofan torbanın içərisinə qoymuşdur. Marixuananın qalan hissəsini isə kibrit qulusunu içərisində saxlayıb əldə etdiyi bir ədəd bükümdə narkotik vasitə olan heroinlə birlikdə əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxlamışdır. Fikirləşmişdir ki, həmin narkotik vasitələri ürəyi istəyəndə cibindən götürüb qəbul edər. Sellofan torbanın içərisində olan çətənə toxumlarını o, 20 il ərzində yığmışdır, belə ki, hər dəfə marixuana aldıqda aralarında bir necə ədəd toxum çıxmış, həmin toxumları toplayıb evdə saxlamışdır. Bunıınlada, 22 oktyabr 2021-ci il tarixdə saat 11:45 radələrində yuxarıda qeyd etdiyi bir ədəd bükümdə olan heroini və bir ədəd kibrit qutusunda olan marixuananı qara rəngli ködəkçəsinin sağ yan cibinə qoyaraq yaşadığı evin qarışısına çıxmışdır. O, təxminən 15 dəqiqə küçədə olduqda saat 12:00-da iki nəfər mülki qeyimli şəxslər ona yaxınlışaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra onun narkotik vasitələrin əldə olunması və istifadəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına dəvət etmişlər. O. polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə Polis bölməsinə gəlmişdir. Polis bölməsində olan otaqların birində gözlədikdən sonra oraya digər polis əməkdaşı gəlib ona yaxınlaşaraq təhqiqatçı olduğunu və onun üzərinə X5 dövriyyəsində şübhəli olduğu üçün axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da cavabında, maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə dövlət hesabına onun üçün hər hansı bir vəkilin dəvət olunmasını bildirərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısım təqdim etmiş və o da həmin siyahıdan vəkil X10 tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Az müddət sonra oraya göstərilən büronun vəkili X10 gəldiyi üçün təhqiqatçı onu təqdim etmiş və o da vəkil N.Əhmədov tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib elmişdir. Bundan sonra isə təhqiqatçı onu və vəkil Nofəl Əhmədovu, eləcə də. onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən polis bölməsinin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkil N.Əhmədovun iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib elməklə ona hüquq və vəzifələrinə dair miivafıq bildirişləri vermişdir. Daha sonra isə təhqiqatçı video yazan texniki vasitə kimi “İphone X" markalı mobil telefon aparatının video kamerasını istifadə elməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyini bildirdikdə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı üstünə şəxsi axtarışa başlayarkən ona təklif etmişdir ki, əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. O da hər bir halda tutulduğunu və ifşa olduğunu anladığı üçün özü əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini, bir ədəd içərisində narkotik vasitə marixuana olan kibrit qutusunu və yaşadığı Yasamal rayonu Ü.Əkbərov küçəsi ev 86 ünvanına məxsus evin giriş qapısının açarını çıxarıb könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi bükülünün və kibrit qutusunun içərisindəki maddənin nədən ibarət olması, həmin maddələri nə vaxt, harada və kimdən əldə etdiyi barədə sual verilərkən bildirmişdir ki, təqdim etdiyi bir ədəd gümüşü rəngli bükülünün içərisindəki qəhvəyi rəngli toz şəkilli maddə “kokos” deyilən narkotik vasitə olan heroin, kibrit qutusunun içərisindəki qurudulmuş ot şəkilli yaşıl rəngli kütlə isə “nəşə” deyilən narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin narkotik vasitələri təxminən 3 gün əvvəl “Papanin” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də narkotik vasitələr aldığı şəxsdən 70 manata alaraq yaşadığı evə apardığını, narkotik vasitələrin bir qismini istifadə etdiyini, bir qismini sonradan istifadə etmək üçün üzərində saxladığını, bir qismini isə yaşadığı ünvan 7 ünvandakı evin qonaq otağında masasının alt hissəsində saxladığını, bu gün, yəni 22.10.2021-ci il tarixdə saat 12:00-da yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PB-nin inzibati binasına gətirildiyini bildirmişdir. Bundan sonra isə təhqiqatçı onun təqdim etdiyi həmin bükümə və kibrit qutusuna baxaraq bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə və kibrit qulusunun içəsində qurudulmuş ol şəkilli, yaşıl rəngli kütlə olmasını müəyyən etdikdən sonra, özü onun üstünü axtarmış, lakin onun üstündən heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamış və şəxsi axtarış və götürmə hərəkəti yekunlaşdırılmış, yaşadığı evin açarları onun özünə qaytarılmışdır. Bununla da, təhqiqatçı, onun və vəkilim N.Əhmədovun, eləcə də, orada iştirak edən 2 nəfər polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarışla və həmin bükümdə olan narkotik vasitənin ondan aşkar olunub-götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da, həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmiş və həmçinin, ondan aşkar olunmuş həmin bir ədəd büküm və kibrit qutusunun içərisində olan maddə və kütlə ilə birlikdə zərfə qoyularaq qablaşdırılaraq möhürlənib bağlandığı üçün, o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq elmişdir.Üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilərkən əldə etdiyi narkotik vasiliənin bir qismini isə yaşadığı Yasamal rayonu Ü.Əkbərov küçəsi ev 86 ünvanında yerləşən fərdi yaşayış evində saxladığını həmin evə baxış keçirilməsinə etraz elmədiyini bildirmiş, onun razılığı əsasında yaşadığı Yasamal rayonu, Ü.Əkbərov küçəsi ev 86 ünvanında yerləşən tərdi yaşayış evinə baxış və götürmə hərəkəti keçirilməsi qərara alınmış və həmin qərarla müdafiəçisi N.Əhmədovun iştirakı ilə tanış olmuşdur. Daha sonra isə təhqiqatçı video yazan texniki vasitə kimi “İphone” markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb yaşadığı evə onun və müdafiəçisi N.Əhmədovun, 2 nəfər polis əməkdaşlarının iştirakı ilə baxış və götürmə keçiriləcəyini bilmiş, o da, etiraz etməmişdir. Həmin gün yəni 22.10.2021-ci il tarixdə saat 14:40 radələrində yaşadığı Yasamal rayonu, Ü.Əkbərov küçəsi ev 86 ünvana gəlmişlə, ona yaşadığı evinin qapısını açmaq təklil edilmişi, o, öz razılığı ilə yaşadığı evin həyətinin giriş qapısını, sonra isə evin giriş qapısını açmışdır. Üstünə şəxsi axtarış və götürmə aparılarkən yaşadığı evdə narkotik vasitə olduğunu qeyd etdiyi həmin narkotik vasitənin harada saxlanılması ondan soruşulduqda evin qonaq otağındakı masanı altında olduğunu göstərmişdir. Daha sonra o, masanın altında olan sellolan paketi çıxarıb təhqiqatçıya təqdim etmiş və təhqiqatçı tərəfindən sellolan paketə baxış keçirilən zaman 8 ədəd içərisində marixuana toxumları olan selofan bükümləri, bir ədəd içərisində çörək otu olan sellofanlar, bir ədəd papirosa doldurulmuş vəziyyətdə marixuana (çəkmək üçiin hazır vəziyyətdə), bir ədəd kağıza bükülmüş içərisində marixuana ilə qatışdırıb çəkmək üçün istifadə etdiyi ot kütləsi aşkar edilmişdir. Ona yaşadığı evdə aşkar olunmuş bükülülərin içərisində olan maddələrin nədən ibarət olması və nə məqsədlə onları saxladığı sual olunduqda 8 ədəd içərisində sellofan bükümlərində olan toxumların çətənə toxumları olduğunu, bir ədəd selofan bükümündəki toxumların çörək otu toxumu olduğunu, kağıza doldurulmuş marixuananı isə çəkmək üçün doldurub saxladığını bildirmişdir. Bundan sonra yaşadığı evin digər otaqlarına da baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Qonaq otağından aşkar edilərək götürülmüş bükülülər zərfə qoyularaq qablaşdırılmış və bununla əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da, həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir.Həmçinin, ondan yaşadığı evdən aşkar edilmiş qeyd olunan toxum və kütlələr ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün, o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq elmişdir. Yaşadığı evə baxış və götürmə hərəkəti keçirilərkən o, həyəcanlı olduğundan yaşadığınız evdə aşkar olunmuş bükülülərin içərisində olan maddələrin nədən ibarət olmasını, hansı nə məqsədlə onları saxladığı soruşulduqda 8 ədəd sellofan bükümlərinin içərisində olan toxumları gələcəkdə əkmək istədiyini, bir ədəd kağıza bükülmüş bükümün içərisində olan ot şəkilli küllənin qurudulmuş marixuana olduğunu səhvən bildirmişdir. O, çətənə bitkisinin toxumlarını əkib yetişdirmək niyyətində olmamış və heç vaxtı əkib becərməmişdir. Bir ədəd kağıza bükülmüş bükümün içərisində olan ot şəkilli kütlənin narkotik vasitə marixana deyildir, həmin kütləni qurudulmuş marixuanaya qatışdırıb qəbul etmişdir. Çörək otu toxumlarını isə yediyi qidalara əlavə etmişdir. Əldə etdiyi narkotik vasitələri özü qəbul etmişdir. Bundan əvvəl və bilavasitə 22 oktyabr 2021-ci il tarixdə aldığı narkotik vasitələrdən heç bir şəxsə satmamış və hədiyyə etməmişdir. Üstündən aşkar olunmuş həmin narkotik vasitə hesab olunan heroini və marixuananı bədənində ağırlar olduğuna görə öz istehlakı üçün əldə edib bir hissəsini gödəkçəsinin cibində və bir qismini isə bir ədəd papirosa doldurub yaşadığı evdə öz şəxsi istehlakı üçün saxlamışdır. Narkotik vasitə heroini və marixuananı ona satmış şəxsin hər hansı bir anket məlumatlarını bilmir. Həmin şəxsi 1-3 dəfə məhz Nəsimi rayonu «Papanin» adlanan ərazidə görmüş, arıq bədən quruluşlu olmuş, həmin şəxsin sifət cizgiləri tam yadında qalmamışdır. Göstərilən bükümlərdə olan narkotik vasitəni 22.10.2021-ci il tarixdə alarkən, yanında hər hansı bir digər şəxslərdə olmamışdır.Bundan əvvəl və ya bilavasitə 22.10.2021-ci il tarixdə aldığı narkotik vasitənin qalıqları hər hansı bir yerdə və ya yaşadığı evdə qalmamışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları lərəlindən saxlanılıb polis idarəsinə aparıldığı zaman ona heç bir zor tətbiq edilməmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci PB-ndə Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəxifəsində xidmət edir. Belə ki, 22 oktyabr 2021-ci il tarixdə xidmət etdiyi 28-ci Polis bölməsinə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayonu, Ü.Əkbərov küçəsi ev 86 ünvanında yaşayan xx.xx.1980-ci il təvəllüdlü, Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs X5 dövriyyəsində və satışında şübhəlidir.Həmin məlumat haqqında dərhal onun lərəlindən raport əsasında 28-ci PB-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zərııri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında bölmənin əməliyyat müvəkkil polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır.Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul etdikdən sonra həmin gün, yəni 22 oktyabr 2021-ci il tarixdə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də saat 15:20 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 9 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Eləmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən ölmüşdür ki, o, xx.xx.1980-ci il təvəllüdlü, ünvan 10 ünvanında yaşayan ünvan 11iyyatda olan Saydo\ Vüsal Fəxrəddin oğludur. Beləliklə də, onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ona Yasamal RPİ-nin 28-ci PB- nə getməsini təklif etmişlər, o da, etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nin 28-ci PŞ-nə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Polis bölməsinin baş təhqiqatçısı polis kapitanı Nicat Abdullayevə həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı N. Abdullayev 28-ci PB-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından X2 maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanları olmadığını bildirib, dövlət hesabına həmin vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, baş təhqiqatçı N. Abdullayev dövlət büdcəsi hesabına Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 PŞ-nə dəvət edərək Təqsirləndirilən şəxs təqdim etmiş və həmin vəkil tərəfindən hüqiiqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra baş təhqiqatçı N. Abdullayev, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş, daha sonra isə onun üstünə vəkilinin iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, baş təhqiqatçı N. Abdullayev Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı « İphone-X» markalı mobil telelondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra baş təhqiqatçı N.Abdullayev video yazan texniki vasitə kimi «İphone-X» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş iizrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli maddəni, deməsinə görə «kokos» adlanan narkotik vasitə heroini və bir ədəd kibrit qutusu içərisində deməsinə görə «nəşə» adlanan marixuananı və yaşadığı Yasamal rayonu Ü.Əkbərov küçəsi ev 86 iinvanınna məxsus evin giriş qapısının açarım çıxarıb təqdim təqdim etmişdir. Daha sonra isə baş təhqiqatçı N.X11 təqdim etdiyi bir ədəd bükümün içərisinə baxış keçirdikdə bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddənin, kibrit qutusunun içərisinə baxış keçirildikdə isə kibrit qutusunun içərisində ot şəkilli yaşıl rəngli kütlə olmasını müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində olan maddənin və bir ədəd kibrit qulusunun içərisində olan küllənin nədən ibarət olması barədə sual edildikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükümün içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin «kokos» deyilən narkotik vasitə olan heroin olduğunu, kirbrit qutusunun içərisində olan qurudulmuş ot şəkilli yaşıl rəngli küllə isə «nəşə» adlanan narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitələri, tutulmamışdan təxminən 3 gün əvvəl, 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində «Papanin»adlanan ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, əvvəllər də narkotik vasitə aldığı şəxsdən 70 manata alaraq daşıyıb yaşadığı Bakı şəhəri Yasamal rayonu, Ü.Əkbərov küçəsi ev 86 ünvanına apardığını, bir qismini istifadə etdiyini, bir qismini istifadə etmək üçün üzərində və bir qisminidə yaşadığı qeyd olunan evin qonaq otağında masanın alı hissəsində saxladığını, 22 oktyabr 2021-ci il tarixdə saal 12:00-da yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PB-nin inzibati binasına gəlirildiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı N. Abdullayev Təqsirləndirilən şəxs üstünü axtarmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamış, bununla da axtarış və götürmə hərəkəti yekunlaşdırılmışdır. Təqsirləndirilən şəxs götürülmüş yaşadığı evin açarı özünə qaytarılmışıdr. Daha sonra isə keçirilmiş şəxsi axtarışla həmin maddənin və kütlənin Təqsirləndirilən şəxs aşkar olunub- göliirülməsi ilə bağlı baş təhqiqatçı N.Abdullayev tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin büküm içərisində olan maddə və kibrit qutusunun içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-nin 167 saylı möhürü ilə möhürlənərək götürülmüş, bununla bağlı şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da, həmin zərfin üzərinə imza etmişdir. Eləcə də, aparılmış videoçəkiliş 01 ədəd DVD disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. O da, şəxsi axtarışda iştirak etmiş biilün şəxslər kimi həmin protokolu da öz imzası ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 12 ünvanda özünə məxsus olan narkotik vasitə olduğunu, həmin evə baxış və götürmə hərəkəti keçirilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə yazdırıb imza etmişdir. Baş təhqiqatçı N. Abdullayev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə « baxış və götürmə aparılması haqqında» qərar qəbul edərək onu müdafiəçisi N.Əhmədovun iştirakı ilə həmin qərarla tanış edərək hüquq və vəzifələrini izah etmiş, daha sonra baş təhqiqatçı N. Abdullayev əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi N.Əhmədovla birlikdə yaşadığı ünvan 12 ünvana gəlmişlər. Baş təhqiqatçı N.Abdullayev videoyazan texniki vasitə kimi “İphone” markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb həmin evə Təqsirləndirilən şəxs və müdafiəçisi 11.Əhmədovun, onun və Şahid2 iştirakları ilə baxış və götürmə keçiriləcəyini bildirdikdə heç bir etiraz daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evinin qapısını açmaq təklil edilmiş, Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı evin həyətinin giriş qapısını, sonra isə evin giriş qapısını açmış, bundan sonra ona üstünə şəxsi axtarış və götürmə aparılarkən yaşadığıı evdə narkotik vasitə olduğunu qeyd etməsini, həmin narkotik vasitənin harada saxlanılması Təqsirləndirilən şəxs soruşulduqda evin qonaq otağındakı masanı göstərib bildirmişdir ki, narkotik vasitə göstərdiyi masanın altında saxlayır. Daha sonra mən masanın altında olan sellofan paketi çıxarıb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən sellofan paketə baxış keçirilən zaman içərisində marixuana toxumları olan 8 ədəd sellofan bükümləri, bir ədəd içərisində çörək olu olan sellofanlar, bir ədəd papirosa doldurulmuş vəziyyətdə marixuana (çəkmək üçün hazır vəziyyətdə), bir ədəd kağıza bükülmüş içərisində ot şəkilli qurudulmuş kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar olunmuş bükülülərin içərisində olan maddələrin nədən ibarət olması və nə məqsədlə onları saxladığı sual olunduqda 8 ədəd selofan bükümlərinin içərisində olan toxumların çətənə toxumları olduğunu, bir ədəd sellofan bükümünün içərisindəki toxumların çörək otu toxumu, bir ədəd kağıza bükülmüş bükümün içərisində qurudulmuş ot şəkilli kütlənin isə marixuana olduğunu, toxumları saxlamaqda məqsədi gələcəkdə yetişdirmək istəməsi olmuşdur. Bundan sonra həmin evin digər otaqlarına da baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Qonaq otağından aşkar edilərək götürülmüş toxum və kütlələr ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün, o da həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmiş və bununla əlaqədar müvafiq protokol tərtib eldiyi üçün o da, həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq elmişdir. Sonra isə Təqsirləndirilən şəxsnün üstündən və yaşadığı evdə aşkar olunub götürülmüş, maddə, kütlələr və toxumlar ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəylərə əsasən müəyyən olunmuşdur ki, onun üzərindən aşkar olunub-götüriilmüş bir ədəd kağız bükümdə təmiz çəkisi 0,535 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroindir. Bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,301 qram olan bitki mənşəli küllə tərkibində narkotik maddələr olan çətənə( kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudlulmuş marixuanadır. Yaşadığı Bakı şəhəri Yasamal rayonu, Ü.Əkbərov küçəsi ev 86ı saylı evdə qonaq otağında masanın altında aşkar edilərək götürülmüş 01 ədəd kağız bükülüdə təmiz çəkisi 2,538 qram olan bitki mənşəli kütlənin tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid deyildir. 01 ədəd papirosun içərisində ümumi çəkisi 1,191 qram qarpışıq kütlədə tütün hissəcikləri ilə yanaşı çəkisi 0,629 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə( kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudlulmuş marixuanadır. 08 ədəd sellofan torbacıqlarda iimumi çəkisi 52,313 qram bitki toxumları çətənə( kannabis) bitkisinin toxumlarıdır, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid deyildir, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid deyildir. 01 ədəd sellofan torbada ümumi çəkisi 90,400 qram qara rəngli bitki toxumları qaraçörəkotu bitkisinin toxumlarıdır, həmin toxumların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid deyildir, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid deyildir. Buna görə də, həmin faktda cinayətin tərkibi olduğu üçün toplanmış material aidiyyəti iizrə Yasamal RPİnin İstintaq şöbəsinə göndərilmişdir. Azərbaycan Respubloika Narkomaniya və X1rşı Mübarizə üzrə Dövlət Komisiyasının «802» nömrəli qaynar xəttinə daxil olmuş müraciətə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, dövriyyəsində şübhəli olması ilə yanaşı satışında da şübhəli olmasına baxmayaraq keçirilmiş tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir. Həmçinin, müəyyən olmuşdur ki, üzərindən və yaşadığı evdən aşkar olunmuş yuxarıda göstərilən narkotik vasitələr hesab olunan heroini və qurudulmuş marixuananı öz istehlakı üçün qanunsuz əldə etmişdir. Lakin hal-hazıradək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olmasını, narkotik vasitələri almış şəxsləri müəyyən etmək mümkün olmamış və yaxud üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitə olan heroini və qurudulmuş marixuananı hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə hər hansı bir məlumat əldə olunmamışdır.Eləcə də, onun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat-axtarış tədbirlərini zamanı müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 23.10.2021-ci il tarixli 6/4720 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götüriilmüş bir ədəd kağız bükümdə təmiz çəkisi 0,535 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq olunmuş siyahıya əsəsən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir, (heroinin təmiz çəkisi: 0,535 qr., tədqiqata sərf edildi: 0,05 qr., qalıq: 0,485 qr.). İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 23.10.2021-ci il tarixli 7/1088 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş l(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 3,301 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudlulmuş marixuanadır.(qurudlulmuş marixuananın təmiz çəkisi: 3,301 qr., tədqiqata sərf edildi: 0,05 qr., qalıq: 3,251 qr.), 01(bir) ədəd kağız bükülüdə təmiz çəkisi 2,538 qram olan bitki mənşəli kütlənin tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid deyildir, (bitki mənşəli kütlənin təmiz çəkisi: 2,538 qr., tədqiqata sərf edildi: 0,05 qr., qalıq: 2,488 qr.), Ol(bir) ədəd papirosun içərisində ümumi çəkisi 1,191 qram qarpışıq kütlədə tütün hissəcikləri ilə yanaşı çəkisi 0,629 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudlulmuş marixuanadır, (qurudlulmuş marixuananın təmiz çəkisi: 0,629 qr., tədqiqata sərf edildi: 0,02 qr., qalıq: 0,609 qr.), 08 ədəd sellofan torbacıqlarda ümumi çəkisi 52,313 qram bitki toxumları çətənə( kannabis) bitkisinin toxumlarıdır. Tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid deyildir, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid deyildir.(çətənə(kannabis) bitkisinin toxumları təmiz çəkisi: 52,313 qr., tədqiqata sərf edildi: 0,16 qr., qalıq: 52,153 qr.), 01 ədəd sellofan torbada ümumi çəkisi 90,400 qram qara rəngli bitki toxumları qaraçörəkotu bitkisinin toxumlarıdır, həmin toxumların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid deyildir, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid deyildir.(qaraçörəkotu toxumları təmiz çəkisi: 90,400 qr., tədqiqata sərf edildi: 0,05 qr., qalıq: 90,350 qr.) İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X4 30.10.2021-ci il tarixli 4222 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs 05.09.2008-ci il təvəllüdlü X14 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını, himayəsində uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 22.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 24.10.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri əraziləri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 02:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 182,82 manat (yüz səksən iki manat 82 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi bir ədəd kağız bükümdə 0,485 qram çəkidə narkotik vasitə olan - heroin və bir ədəd kibrit qutusunda 3,251 qram çəkidə, bir ədəd papirosun içərisində ümumi çəkisi 0,609 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar