Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-142/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi X1 və müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Anar Bəxtiyarov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 28 dekabr 2022-ci il tarixdə ittiham aktı tərtib edilərək Yasamal rayon prokurorluğuna təqdim edilmiş, ittiham aktı Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən 29 dekabr 2022-ci il tarixdə təsdiq edilərək baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs onunla təqsirləndirilir ki, o, on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs aralarında olan tanışlıq münasibətlərinə görə aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi və aralarında iki ildən çox yaş fərqinin olduğu xx xxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Bakı şəhəri Yasamal rayonu “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında görüşdükdən sonra piyada hərəkət edərək ünvan 1 ünvanda yerləşən hündürmərtəbəli binanın qarşısına gəlmiş, orada sonuncu ilə birlikdə həmin binanın 14-cü mərtəbəsinə çıxaraq pilləkən qəfəsliyinin eyvanında Zərərçəkmiş şəxs əynində olan şalvarını aşağı çəkib sonuncunun razılığı ilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxsnm arxa keçəcəyinə, yəni anus dəliyinə salıb çıxarmaqla qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını təmin edərək aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi və aralarında iki ildən çox yaş fərqinin olduğu xx xxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, cinayət işi tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri- əsaslandıncı hissəsində göstərilir. Həmin Məcəllənin 223.3.2-ci maddəsinə əsasən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Lakin hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarda, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində və ittiham aktının nəticəvi hissəsində ittihamın təsvirində cinayətin törədilmə vaxtı göstərilməmişdir. Cinayət işinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxs 2006-cı il təvəllüdlü olmaqla subaydır. Lakin hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlarda təqsirləndirilən şəxsin 1976-cı il təvəllüdlü olmaqla, ailə vəziyyətinin evli olduğu göstərilmişdir. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işinin materialları ilə əvvəl zərərçəkmiş şəxs, sonra isə təqsirləndirilən şəxs tanış olmuşdur. Göstərilənlərə əsasən, iş üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, həmçinin cinayət işinin materialları ilə tanış etmə qaydasının tələblərinə tam əməl edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmas və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 verilmiş vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi X2 və müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılmalıdır. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Anar Bəxtiyarov tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı CPM-in tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən nöqsanlara yol verilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə hazırlıq iclasının gedişatında tədqiq edilmiş: - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarda, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində və ittiham aktının nəticəvi hissəsində ittihamın təsvirində cinayətin törədilmə vaxtı göstərilməmişdir. - cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlarda düzgün olmayan məlumatlar yəni - təqsirləndirilən şəxsin 1976-cı il təvəllüdlü olmaqla, ailə vəziyyətinin evli olduğu göstərilmişdir. - cinayət işinin materialları ilə əvvəl zərərçəkmiş şəxs, sonra isə təqsirləndirilən şəxs tanış olmuşdur. Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviriəsaslandıncı hissəsində göstərilir. Həmin Məcəllənin 223.3.2-ci maddəsinə əsasən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Lakin hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarda, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində və ittiham aktının nəticəvi hissəsində ittihamın təsvirində cinayətin törədilmə vaxtı göstərilməmişdir. Məhkəmə, məhkəmənin hazırlıq iclasında tədqiq olunan və yuxarıda göstərilmiş sənədləri və təqdim edilmiş vəsatəti nəzərə alaraq hesab edir ki, ibtidai istintaqı həyata keçirən orqan iş üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, həmçinin cinayət işinin materialları ilə tanış etmə qaydasının tələblərinə tam əməl edilməmişdir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, ittiham aktının nəticəvi hissəsində ittihamın təsvirində cinayətin törədilmə vaxtı göstərilməmişdir. Bundan əlavə təqsirləndirilən şəxs 2006-cı il təvəllüdlü olmaqla subay olduğu halda cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlarda təqsirləndirilən şəxsin 1976-cı il təvəllüdlü olmaqla, ailə vəziyyətinin evli olduğu göstərilmişdir. Bundan əlavə, cinayət işinin materialları ilə əvvəl zərərçəkmiş şəxs, sonra isə təqsirləndirilən şəxs tanış olmuşdur. Yuxarıda göstərilən xüsusatlar onu deməyə əsas verir ki, cinayət təqibini həyata keçirən orqan tərəfindən təqsirləndirilən şəxs və onun nümayəndəsinin cinayət işinin materialları tanış edilməsinə dair cinayət-prosessual qanunvericiliyin imperativ tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin: 85.2.12-ci maddəsinə əsasən bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək müstəntiqin prosessual vəzifəsidir. 91.5.22-ci maddəsinə əsasən ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq təqsirləndirilən şəxsin prosessual hüquqlarından biri kimi göstərilmişdir. 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərərçəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 289.3.1-ci maddəsinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri- əsaslandıncı hissəsində göstərilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu CPM-in 10-cu maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in: 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində həmçinin, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir; 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud pozuntu hesab olunur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, müstəntiq tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və bu səbəbdən də cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 300.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı məhkəmə, məhkəməyədək icraat zamanı həmin məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qənaətinə gəlindiyindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş ibtidai istintaqı həyata keçirmiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 300.4, 303.3.1 və 303.3.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-142/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-142/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver