Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-143/2020 20.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı ŞirinovElşən Telman oğluna Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən inşa ediləcək çox mərtəbəli yaşayış binalarından “Güzəştli Mənzil” elektron sisteminə müdaxilə edərək növbədən kənar mənzil alınmasında köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq 2019-cu ilin fevral ayının ortalarında ünvan 3-də yerləşən evinin yanındakı kafenin içərisində 1.500 manat, daha sonra eyni adla 2019-cu ilin fevral ayının ortalarında həmin kafedə 16.000 manat və 2019-cu ilin mart ayının sonlarında eyni adla həmin kafedə 30.000 manat olmaqla ümumilikdə 47.500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən inşa ediləcək çox mərtəbəli yaşayış binalarından “Güzəştli Mənzil” elektron sisteminə müdaxilə edərək növbədən kənar mənzil alınmasında köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq 2019-cu ilin mart ayının əvvəllərində ünvan 3-də yerləşən evinin yanındakı kafenin içərisində 3.000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən inşa ediləcək çox mərtəbəli yaşayış binalarından “Güzəştli Mənzil” elektron sisteminə müdaxilə edərək növbədən kənar mənzil alınmasında köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq 2019-cu ilin mart ayının sonlarında ünvan 2 ünvanında yerləşən “Həyat Recensi” otelinin qarşısında sonuncuya məxsus olan “Lexsus 570” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda 500 manat, daha sonra 2019-cu ilin aprel ayının sonlarında eyni adla Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 183-də yerləşən “Baku Mall” Ticarət mərkəzinin qarşısında 19.500 manat olmaqla ümumilikdə 20.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki,zərəçəkmiş şəxs olan üç nəfər şəxsi uzun müddətdir tanıyır, heç biri ilə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Onun işi və qazancı olmadığı üçün Atası Rüstəmin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində işlədiyi üçün tanışlardan qeyd olunan agentlikdə guya növbədənkənar mənzil almağa köməklik etmək adı ilə pul almaq qərarına gəlmişdir. Heç kimdən göstəriş, tapşırıq və ya razılıq almadan dost-tanışlara MİDA-da yüksək vəzifədə işləyən tanışları olmasını və onlara həmin şəxslərin vasitəsilə “Güzəştli mənzil elektron sistemi”nə müdaxilə edərək mənzillər almaq üçün növbəyə sala biləcəyini bildirmişdir. Əvvəlcə tanışı Elşən ona güzəştli mənzil növbəsinə yazılmalarına köməklik etməsi üçün müraciət etmiş, ona 1 ədəd 1 otaqlı mənzil üçün növbə pulunun 1.000 (min) manat, 2 otaqlı mənzil üçün 1.500 (min beş yüz) manat, 3 otaqlı mənzil üçün isə 2.000 (iki min) manat təşkil etdiyini, əlavə olaraq 6 ədəd 3x4 ölçülərdə şəkillərin lazım olduğunu demişdir. Elşən ona inanaraq ilk dəfə 2019-cu ilin fevral ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 31/35 ünavnında yerləşən binanın həyətindəki kafedə 1.500 (min beş yüz) manat pul və 6 ədəd 3x4 ölçülərdə şəkillər verərək onun adına bir ədəd 2 otaqlı mənzil qeydiyyata aldırmağını təklif etmişdir. O Elşənin bu təklifi ilə razılaşaraq evin təxminən 3 ay müddətində qeydiyyata alınacağını bildirərək pulu və fotoşəkilləri ondan götürmüşdür. Həmin vaxt Elşən bir nəfərin adına nə qədər mənzil qeydiyyata aldıra biləcəyini soruşmuş, o isə bir nəfər şəxsin adına istənilən qədər mənzili qeydiyyata aldıra biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra onlar bir daha eyni ünvanda görüşmüşlər və görüş zamanı Elşən qohumlarından mənzil alınması üçün pullar aldığını bildirərək ona daha bir necə mənzilin öz adına almaqda köməklik etməsini xahiş etmişdir. O Elşənin bu təklifi ilə razılaşaraq 8 ədəd 3 otaqlı mənzili qısa müddət ərzində onun adına qeydiyyata aldırmağı söz verib ondan ümumilikdə 16.000 (on altı min) manat pulu götürmüş və öz şəxsi maraqları üçün xərcləmişdir. Həmin vaxtdan bir müddət keçdikdə sonra tanışı və qonşusu Elmir ona zəng edərək görüşmək istədiyini bildirmişdir. 2019-cu ilin mart ayının əvvəllərində həmin kafedə Elmirlə görüşmüş, görüş zamanı Elmir ona qeyd olunan təşkilatda mənzil alınmasında köməklik etməyini xahiş etmiş və o Elşənə dediyi şərtləri Elmirədə demiş və əlavə olaraq ona 3.000 (üç) manata onun adına bir ədəd 3 otaqlı mənzili tez bir zamanda ala biləcəyini söz vermişdir. Elmir onun bu təklifi ilə razılaşmış və qısa müddət ərzində onunla görüşəcəyini deyərək onlar sağollaşmışlar. Bundan 1-2 gün sonra o Elmir ilə həmin kafedə görüşən zaman Elmir ona 3.000 manat pul və 6 ədəd 3x4 ölçülərdə şəkillər vermişdir. Pulu ondan aldıqdan sonra o, Elmirə şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən evlərində tez bir zamanda onun adına mənzil qeydiyyata aldracağını söz verərək pulları öz şəxsi işləri üçün xərcləmişdir. 2019-cu ilin mart ayının sonlarında Elşən ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş və onlar onun yaşadığı evin yaxınlığındakı kafedə bir daha görüşmüşlər. Görüş zamanı Elşən ona 30.000 (otuz min) manat pul verərək həmin pulların müqabilində öz adına daha 15 ədəd 3 otaqlı mənzil qeydiyyata aldırmağını xahiş etmiş və o Elşənin bu təklifi ilə razılaşaraq pulu ondan alaraq yenədə öz şəxsi maraqları üçün xərcləmişdir. Bundan bir neçə gün sonra digər tanışı Elnur ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O razılaşaraq dəqiq bilmədiyi ünvanda Elnurla görüşmüş və görüş zamanı ona qeyd olunan təşkilat tərəfindən tikilən evlərdən onun adına 1ədəd 1 otaqlı mənzil qeydiyyata alınmasında köməklik etməyini xahiş etmişdir. Ona razılıq verərək 1 otaqlı mənzil üçün 1000 (min) manat, 2 otaqlı mənzil üçün 1500 (min beş yüz) manat və 3 otaqlı mənzil üçün 2000 (iki min) manat və 6 ədəd 3x4 ölçülərdə şəkillər lazım olduğunu demişdir. Bundan bir neçə gün sonra Elnur onunla əlaqə saxlayaraq görüşmək istədiyini demiş, həmin gün onlar Elnura məxsus olan Lexsus 570 markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində “Həyat Recensi” otelinin qarşısında görüşmüşlər. Görüş zamanı Elnur ona 500 manat və 6 ədəd 3x4 ölçülərdə fotoşəkil verərək adına bir ədəd 1 otaqlı mənzil alınması üçün köməklik etməyini xahiş etmiş və o bununla razılaşaraq ondan pulları və fotoşəkilləri almışdır. Əlavə olaraq Elnur bir nəfərin adına nə qədər mənzil qeydiyyata aldıra biləcəyini soruşmuş və o cavab olaraq bir nəfərin adına istənilən sayda mənzil qeydiyyata aldıra biləcəyini demişdir. Bundan təxminən 1 ay sonra yəni, 2019-cu ilin aprel ayının sonlarında onlar “Baku Mall” Ticarət Mərkəzinin qarşısında görüşmuşlər və Elnur ona 19.500 (on doqquz min beş yüz) manat pul verərək həmin pulla adına 3 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzili adına qeydiyyata aldırmasını xahiş etmişdir. O Elnurun bu təklifi ilə razılaşıb və işin 3 ay müddətində həllini tapacağını bildirərək ondan 19.500 manatı alaraq öz şəxsi maraqları üçün xərcləmişdir. Hadisələrdən bir neçə ay keçəndən sonra Elşən, Elmiş və Elnur ona zəng edərək işlərin hansı mərhələdə olduğunu soruşduqda, o bəzən onların telefonlarına cavab verməmiş, bəzən isə sistemdə problemlər olduğunu, işin qısa müddət ərzində həllini tapacağı barədə yalandan söz vermişdir. Yekun olaraq o etdiyim əməldən peşman olmasını,zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, onunla arasında şəxsi ədavət və düşmənçilik yoxdur. Ailəsinin maddi imkanı zəif olduğu üçün güzəştli şərtlərlə sosial mənzil almaq üçün növbəyə yazılmaq qərarına gəlmiş, bu məqsədlə kimin ona köməklik edəcəyi ilə maraqlandıqda qonşusu İsgəndərlə söhbət əsnasında onun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi ilə əlaqəsi olmasını, həmçinin özünün də mənzil üçün növbə gözlədiyini bilmişdir. Daha sonra o, bu məqsədlə İsgəndərlə görüşmüş və ona mənzil almaq üçün köməklik göstərməsini xahiş etmişdir. Görüş zamanı İsgəndər ona 1 ədəd 1 otaqlı mənzil üçün növbə pulunun 1.000 (min) manat, 2 otaqlı mənzil üçün 1.500 (min beş yüz) manat, 3 otaqlı mənzil üçün isə 2.000 (iki min) manat təşkil etdiyini, lakin daha tez növbəyə düşmək üçün isə 3.000 (üç min) manat pul lazım olmasını bildirmişdir. Ona inanaraq dediyi pulu düzəltniş və 2019-cu ilin mart ayının əvvələrində İsgəndərin yaşadığı binanın məhəlləsindəki kafedə, yəni ünvan 3-də pulu ona vermişdir. İsgəndər pulu sayıb götürmüş və təxminən 3 aya güzəştli mənzil almaq üçün növbəsinin yetişəcəyini demişdir. Lakin onun vəd verdiyi vaxt çatsa da, heç bir müsbət nəticə olmamış. bu barədə İsgəndərdən soruşanda o müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Sonradan məlum olmuşdur ki, İsgəndər ondan başqa tanışları Elşən və Elnurdan da eyni adla pullar almışdır. İsgəndərə pulları heç bir sənədləşmə olmadan vermiş, həmin vaxt yanlarında heç kim olmamış, lakin İsgəndər ondan 6 ədəd 3x4 ölçülərdə şəkillər almış, pulu alan zaman həmin puldan kiməsə verməsi barədə heçnə deməmişdir. Yekun olaraq o məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 27-30-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdən hal-hazıradək Göyçay rayon Gənclər və İdman İdrəsinin rəisi vəzifəsində işləyir. 2007-2010-cu illərdə Göyçay rayonunda Olimpiya kompleksi tikiləndə tikintiyə rəhbərlik edən şəxs İsgəndərin atası Rüstəm olmuş və həmin vaxtı da İsgəndəri orada görüb tanımışdır. Lakin sonradan onunla görüşməmiş, həmçinin Rüstəmlə və İsgəndərlə əlaqəsi olmamışdır. Buna baxmayaraq əvvəllər normal münasibətləri olmuşdur. İnternetdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri Yasamal rayonu ərazisində tikilən güzəştli sosial evlərdən almaq qərarına gəlmiş və bunun yolları barədə maraqlandıqda tanışlarından İsgəndərin mobil nömrəsini tapmışdır. İsgəndərlə danışıb görüşərkən o, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi ilə əlaqəsinin olduğunu və ona mənzil almağa köməklik edə biləcəyini demişdir. Hətda özünün də həmin mənzillərdən ev almaq üçün növbə gözlədiyini, 1 ədəd 1 otaqlı mənzil üçün növbə pulunun 1.000 manat, 2 otaqlı mənzil üçün 1.500 manat, 3 otaqlı mənzil üçün isə 2.000 manat təşkil etdiyini demişdir. Onu və atasını əvvəldən tanıdığı üçün inanaraq ilk dəfə 2019-cu ilin fevral ayında ortalarında 1 ədəd 2 otaqlı mənzil üçün onun yaşadığı ünvan 3-də yerləşən binanın həyətindəki kafedə İsgəndərə 1.500 (min beş yüz) manat pul vermişdir. İsgəndər pulu almış və qısa müddət ərzində işinin həll olunacağını, sosial evlərdə mənzil almaq üçün növbəyə yazdıracağını bildirmişdir. Həmin vaxt söhbət əsnasında İsgəndər başqa kimə mənzil lazım olsa ona da köməklik edə biləcəyini demişdir. İsgəndərdən nə qədər evin qeydiyyata aldıra biləcəyini soruşanda İsgəndər nə qədər mənzil istəsə ona köməklik edəcəyini demişdir. Bakı şəhərində olan özünə məxsus mənzili satdığına görə əlimdə pul olmuş və ondan daha bir neçə mənzil alınmasında köməklik etməsini xahiş etmişdir. İsgəndər də onunla razılaşaraq əlindən gələni edəcəyini demiş, bundan sonra yaşadığı Göyçay şəhərinə gəlmişdir. Satdığı mənzildən əlində olan puldan 16.000 (on altı min) manat pulu götürüb 2019-cu ilin fevral ayının ortalarında Bakı şəhərinə gəlib İsgəndərə zəng etmişdir. Həmin gün İsgəndərin yaşadığı ünvan 3 ünvanında yerləşən kafenin içərisində görüşmüşlər. Görüş zamanı yanlarında və ətrafda başqa adamlar olmamış və o ümumilikdə 16.000 (on altı min) manat pul verərək həmin pulun müqabilində ona 8 ədəd 3 otaqlı mənzil alınmasını və bütün evlərin hamısının onun adına rəsmiləşdirilməsini istəmişdir. Həmin vaxt İsgəndərə yalandan həmin pulları tanışlarından aldığını demiş, halbuki pulların hamısı onun olmuş və İsgəndərə elə deməklə onda məsuliyyət hissini daha artırmaq istəmişdir. İsgəndər də problem olmayacağını bildirmiş və həmin pulları almışdır. İsgəndər pulları alanda qısa müddət ərzində həmin işlərin həllini tapacağını demiş, ona təşəkkürünü bildirib oradan çıxıb Göyçay şəhərinə gəlmişdir. Bu hadisədən sonra hər dəfə İsgəndərlə danışanda ondan işlərin nə yerdə olduğunu soruşmuş, İsgəndər isə hər dəfə işlərin qaydasında olduğunu, lazım olarsa bir neçə ədəd evi də adına qeydiyyat etdirə biləcəyini demişdir. Onun bu sözü yenidən maraq yaratdığına görə əlində olan puldan 30.000 (otuz min) manat götürüb 2019-cu ilin mart ayının sonlarında İsgəndərin yaşadığı evin həyətindəki kafeyə getmiş və orada görüş zamanı İsgəndərə əlavə olaraq əlində 30.000 manat pulun olduğunu və həmin pulla adına daha 15 (on beş) ədəd 3 otaqlı mənzili qeydiyyat etdirməsini xahiş etmişdir. Bunu deyəndə İsgəndər dediyi məsələnin qısa müddət ərzində həll edəcəyini demiş və həmin pulları almışdır. Həmin vaxt yenə də yanlarında başqa adamlar olmamışdır. Onunla görüşdükdən sonra ondan bu işləri kimlərlə birlikdə etdiyini soruşmuş, lakin İsgəndər özünün həmin işləri görəcəyini deyərək, orada özünün tanışlarının olduğunu bildirmişdir. Buna baxmayaraq İsgəndər həmin şəxslərin kim olması barədə ümumiyyətlə heçnə deməmişdir. Ona inandığı üçün heçnə soruşmamış, onunla sağollaşan zaman İsgəndər qısa müddət ərzində evlərin hər birinin onun adına qeydiyyata alınacağını demişdir. Ondan bir daha bir şəxsin adına qeyd olunan sayda mənzili qeydiyyata ala biləcəyini soruşanda İsgəndər narahat olmamağını demişdir. Bundan sonra İsgəndərin tanışıları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da eyni adla müxtəlif məbləğlərdə pullar aldığını öyrənmişdir. Həftədə bir dəfə İsgəndərlə danışmış və işlərin hansı mərhələdə olduğunu öyrənmişdir. İsgəndər də hər dəfəsində eyni cavabları verərək işlərin qaydasında olduğunu demişdir. İsgəndərə pul verəndən təxminən 2-3 ay sonra evlər barədə maraqlananda məlum olmuşdur ki, həmin evlərdə bir nəfərin adına cəmi bir dəfə qeydiyyat etdirmək olar. Bunu öyrənəndə İsgəndərə zəng edərək bu haqda demiş, lakin İsgəndər yenə problem olmadığını bildirmiş və verdiyi pulların müqabilində əvvələcədən razılaşdıqları qaydada evlərin onun adına qeydiyyata aldıracağını demişdir. Ona inanmış və gözləməyə başlamışdır. Lakin bu hadisədən uzun müddət keçməsinə baxmayaraq evlərdən xəbər çıxmamış və aldadıldığını hiss etməyə başlamışdır. Çünki İsgəndərə zəng edəndə o, hər dəfə bir bəhanələr gətirərək bəzən sistemin işləmədiyini demiş, bəzən isə ümumiyyətlə telefonlarını açmamışdır. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə və teleqram göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 36-38-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir və fərdi əməklə məşğul olur. X1 uzun müddətdir tanıyır, birlikdə idmanla məşğul olmuşlar və dostluq münasibələtləri vardır. Fərdi əməklə məşğul olduğuna görə əlində bir qədər pul olmuş və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sosial evlərin tikildiyini eşitmişdir. Həmin evlərdən mənzil almaq üçün maraqlanan zaman təsadüfən İsgəndərin qeyd olunan təşkilatda mənzillərin verilməsinə köməklik etdiyini eşitmişdir. Bunu öyrənəndən sonra 2019-cu ilin mart ayının sonlarında İsgəndərlə danışıb görüşmüş, görüş zamanı İsgəndər şirkətin Bakı şəhəri Yasamal rayonu ərazisində tikilən binalarında mənzil alınmasında köməklik edə biləcəyini demişdir. Bunun hansı formada olacağını soruşanda İsgəndər şirkətin elektron sisteminə müdaxilə edərək vaxtından əvvəl növbəyə yazdıra biləcəyini bildirmişdir. Ondan eyni vaxtda bir nəfərin adına neçə ədəd mənzili qeydiyyata alındıra biləcəyini soruşanda o, eyni vaxtda bir nəfər şəxsin adına istədiyi qədər evi qeydiyyata aldırmaq üçün köməklik edə biləcəyini, 1 ədəd 1 otaqlı mənzil üçün növbə pulunun 1.000 (min) manat, 2 otaqlı mənzil üçün 1.500 (min beş yüz) manat, 3 otaqlı mənzil üçün isə 2.000 (iki min) manat təşkil etdiyini bildirmişdir. Onunla razılaşmış və ondan adına bir ədəd bir otaqlı mənzil qeydiyyata aldırmasını xahiş etmişdir. Həmin vaxt İsgəndər dost olduqlarına görə ona 500 (beş yüz) manat köməklik edəcəyini, qalan 500 (beş yüz) manat pul ilə onun adına bir ədəd bir otaqlı mənzili qeydiyyata aldıracağını, bunun üçün özünün 3x4 ölçülərdə 6 ədəd şəkil gətirməli olduğunu bildirmişdir. Görüşəndən bir neçə gün sonra şəkilləri çıxarıb 500 (beş yüz) manat pul götürüb İsgəndərə zəng etmiş, 2019-cu ilin mart ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Abasqulu Ağa Bakıxanov küçəsində yerləşən “Həyat Recensi” otelinin qarşısında ona məxsus olan Lexsus 570 markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avromobildə görüşmüşlər. Görüş zamanı ona şəkillər və 500 (beş yüz) manat pulu vermiş, həmin vaxt yanlarında başqa adamlar olmamış, İsgəndər pulu alandan sonra şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən mənzillərindən birinin 3 ay müddətində adına qeydiyyata alınacağını bildirmişdir. Həmin vaxt bir daha adına neçə ədəd evi qeydiyyata aldıra biləcəyini soruşanda İsgəndər onun dostu olduğunu və istənilən qədər evi adına qeydiyyata etdirə biləcəyini demişdir. Onu uzun müddətdir tanıdığı üçün inanmış, sağollaşdıqdan sonra evə getmiş və bu vəziyyətin bir şans olduğunu düşünüb biznes fəaliyyəti ilə qazandığı pullardan özünə qeyd olunan təşkilatda evlər almaq qərarına gəlmişdir. Beləliklə 9 ədəd 3 otaqlı mənzil üçün ümumilikdə 18.000 (on səkkiz min) manat, bir ədəd 2 otaqlı mənzil üçün isə 1.500 (min beş yüz) manat pul olmaqla ümumilikdə 19.500 (on doqquz min beş yüz) manat pulu tapıb 2019-cu ilin aprel ayının sonlarında İsgəndərə zəng etmişdir. Həmin gün Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 183 üvanında yerləşən “Baku Mall” Ticarət Mərkəzinin qarşısında görüşmüşlər. Görüş zamanı İsgəndərə 9 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzil almaq istədiyini və ümumilikdə 19.500 (on doqquz min beş yüz) manat pul gətirdiyini bildirmişdir. İsgəndər də onunla razılaşmış və pulu almışdır. Yenə də həmin vaxt yanlarında başqa şəxslər olmamışdır. İsgəndər pulu alandan sonra evlərin 3 ay müddətində adına qeydiyyat etdirəcəyini, lazım olarsa daha bir neçə evi də adına qeydiyyata etdirə biləcəyini demişdir. Bundan sonra İsgəındərlə hər dəfə danışan zaman o, problem olmadığını, evlərin qısa müddət ərzində qeydiyyatdan keçəcəyini demişdir. Ona inandığı üçün gözləməyə başlamış, hadisədən 3 ay keçəməsinə baxmayaraq evlərdən hər hansı birinin adına qeydiyyatdan keçmədiyini görüb şübhələnməyə başlamışdır. Bu barədə İsgəndərə zəng edəndə hər dəfə ona müxtəlif bəhanələr gətirərərək başqa şəxslərin də belə problemlər yaşadığını demişdir. Bəzən isə ümumiyyətlə telefonlarını açmamışdır. Həmin vaxt maraqlananda tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 da eyni qaydada İsgəndərə müxtəlif məbləğlərdə pullar verdiyini bilmişdir. Bunu biləndən sonra İsgəndərin artıq onları aldatdığını düşünmüşdür. Bundan sonra tanışlarına zəng edərək bu barədə ərizə verəcəyini demişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə və teleqram göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həminqərardahəmçininqeydedilirki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxszərərçəkmiş şəxslərə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. İ.R.Talışinskinin məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxlərdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxslərin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsəməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır. İş materiallarında olan (həbs qətimkan tədbirinin seçilməsi barədə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-983/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 4(103)-833/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxsonlara dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* nömrəli “xxxxxxxxxxxx”ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 17.640 manat Maliyyə Nazirliyi – Dövlət Xəzinarlığı Agentliyinə ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. xx xxx 2020-ci il tarixli qanunla xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxscinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxshəmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, işüzrəmaddi sübut, mülkiiddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-143/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-143/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver