Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-143/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun Qalacıq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində "BC" kateqoriyalı sürücülük vəsiqəsi və müvafiq etibarnamə əsasında idarə etdiyi X3 məxsus texniki cəhətdən saz vəziyyətdə olan BMW316 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsi ilə üzü Yasamal rayonu, A.M.Şərifzadə küçəsi istiqamətində saatda 50-55 kilometr sürətlə hərəkətdə olarkən “X6” Azərbaycan Respublikasi Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, hərəkətini davam etdirərək yolun ünvan 1 ünvanın qarşısından keçən hissəsində olan piyada keçidindən yolu soldan sağa doğru keçən piyadaçı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə vuraraq sonuncuya ehtiyatsızlıqdan həyat üçün təhlükəli olan başın və cənəaltı nahiyənin əzilmiş yaralan və sıyrıqları, sağ baldır sümüklərinin qəlpəli, yerdəyişmiş, açıq sınığı kimi ağır dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsini törətmiş, bundan sonra idarə etdiyi avtomobillə hadisə yerini tərk edib getməklə “X6” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ona həmin maddə ilə elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə özünə BMW316 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Onun eyni zamanda xx.xx.2029-cu il tarixə kimi etibarlılıq müddəti olan AE 820302 seriya nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi də vardır. O, xx xxxxxx 2020-ci il tarixdə saat 20.05 radələrində X10 və Qismət şadlıq sarayı tərəfdən üzü Yasamal rayonu Şərifzadə küçəsi və metronun 20 Yanvar stansiyası istiqamətinə hərəkət edirdi. Həmin vaxtı o, avtomobildə tək olmuş və avtomobildə yük olmamışdır. Hərəkətdə olduğu yol 4 zolaqlı olmuş, zolağın 2-si onun, digər 2-si isə qarşı əks istiqamətdən gələn avtomobillərin hərəkət yolunda olmuşdur. O, Qismət şadlıq sarayı tərəfdən üzü 20 Yanvar istiqamətinə hərəkətdə olaraq ünvan 1 ünvana çatdıqda qarşısında hərəkətdə olan dövlət qeydiyyat nişanını xatırlamadığı avtobus onun hərəkət yolunun üzərində dayanmışdır. O, bu baxımdan tormozdan istifadə edərək hərəkətdə olduğu zolağı qoşa xəttin yanındakı zolağa dəyişmişdir. İdarə etdiyi avtomobilin surətlər qutusu mexaniki olmuş və həmin zaman avtomobili təxminən 50-55 km saat surətlə idarə edirdi. ünvan 1 ünvanın qarşısındakı qoşa xəttin yanında olan zolaqla hərəkətdə olanda əks yolda tıxacda dayanmış avtomobillərin arasından əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi yaşlı şəxsin qəflətən onun hərəkət yolunun üzərinə tərəf qaçaraq gəldiyini 25-30 metr məsafədən görmüşdür. O, Zərərçəkmiş şəxs vurmamaq üçün avtomobilini digər zolağa doğru sağa istiqamətləndirməyə çalışsa da, eləcə də tormozdan istifadə etsə də Zərərçəkmiş şəxs səkidən təxminən 2 metr aralıqda ikinci zolağın içərisində avtomobilin qabaq hissəsi ilə vurmuş və avtomobilini bir qədər qabaqda saxlayaraq aşağı düşüb Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Kənarda olan tanımadığı şəxslərdən kömək göstərməsini istəmişdir. 1 nəfər tanımadığı şəxs ona kömək edərək Zərərçəkmiş şəxs yaxınlıqda olan tanımadığı qadının idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı Range Rover markalı avtomobilin arxa oturacağına qoymuş və qapını örtmüşdür. Qapını örtən kimi həmin qadın sürücü xəsarət almış Zərərçəkmiş şəxs xəstəxanaya aparmaq üçün avtomobilini əks istiqamətə idarə edib gözdən itmişdir. Respublikada elan edilmiş hərbi vəziyyətlə əlaqədar komendant saatının bitməsinə az qaldığı üçün yolda sıxlıq olduğundan o, avtomobilini əks yola idarə edə və həmin qadının arxası ilə gedə bilməmişdir, eləcə də qadın sürücünün Zərərçəkmiş şəxs hansı xəstəxanaya aparmasını öyrənə bilməmişdir. Sonradan avtomobilinin yanına qayıtmış və görmüşdür ki, avtomobilinin qabaq sol dönmə işığı sınıb, qabaq sol qanadı əzilib və alın şüşəsinin sol tərəfdən olan hissəsi çatlayaraq yararsız hala düşübdür. Avtomobili gördüyü halda idarə edə bilmədiyi üçün qayınanasının Yeni Yasamal qəsəbəsində yerləşən evinə getmişdir. Həmin ev boş olmuş (evdə heç kim olmamış) və açarı onda olduğundan gecəni orada qalmışdır. İlk dəfə hadisə törətdiyi üçün nə edəcəyini bilməmiş və fikirləşmişdir ki, səhər polisə gedərək məlumat verər. Amma səhər polisdən ona zəng olunmuş və hadisə barədə Yasamal RPİ-nə gəlməyi xahiş edildiyindən avtomobili ilə Yasamal RPİ-nə gəlmişdir. Bundan əlavə X4 bildirmişdir ki, piyadaçı Zərərçəkmiş şəxs avtomobili ilə vurduqdan sonra sonuncunun tərpənmədiyini gördüyünü və huşunu itirməsi ehtimalına gəldiyini, bu baxımdan Zərərçəkmiş şəxs özündə olmadığı üçün sonuncuya özü barədə məlumatı verə bilmədiyini, eləcə də atasını xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərinə çağırıb polisə birlikdə gedəcəklərini düşündüyünü, hadisə zamanı spirtli içki qəbul etmədiyini, Zərərçəkmiş şəxs ilk dəfə gördüyünü və sonuncunu guya piyada zolağında vurması, eləcə də onun yüksək surətlə hərəkətdə olub qarşısındakı avtomobili sağdan keçməsi barədə Zərərçəkmiş şəxs dediklərinin yalan olduğunu, Zərərçəkmiş şəxs piyada zolağından Şərifzadə küçəsi istiqamətinə doğru təxminən zolaqdan 10-15 metr aralıda vurduğunu, hadisənin baş verdiyi vaxt komendant saatına yaxın olduğundan əks yolda sıxlıq olsa da onun hərəkətdə olduğu yolda heç bir sıxlığın olmadığını, piyadaçı Zərərçəkmiş şəxs xəstəxanaya aparan qadını tanımadığını, hadisə yerində kömək istəyən zaman həmin qadın sürücününün istəyi üzrə Zərərçəkmiş şəxs xəstəxanaya aparması üçün onun avtomobilinə qoyduğunu, törətdiyi hadisə ilə bağlı həmin günü heç kimə məlumat vermədiyini, amma atasına zəng edərək problemi olduğunu deyib onu yaşadığı rayondan Bakı şəhərinə çağırdığını və problemini Bakı şəhərində deyəcəyini sonuncuya bildirdiyini, hadisə yerində işıqlanmanın zəif olduğunu və qarşıdan gələn avtomobillərin işığının onun gözünə düşdüyünü, hava qaranlıq olduğu üçün yaxın vuran işıq sistemindən istifadə etdiyini, piyadaçını gördükdən sonra toqquşma yerinə kimi 25-30 metr məsafə qət etdiyini, piyadanı vurduqdan sonra avtomobili 10-15 metr qabağa gedərək saxladığını, hadisə yerinə çoxlu sayda tanımadığı şəxslərin toplaşdığını, piyadaçı Zərərçəkmiş şəxs xəstəxanaya aparan rəngi qara rəngli Range Rover markalı avtomobilin sürücüsü Şahid əvvəllər tanımadığını və sonuncunu ilk dəfə hadisə yerində gördüyünü, Zərərçəkmiş şəxs piyada zolağında vurulması barədə Şahid həqiqətə uyğun olmayan ifadənin niyə görə verməsini bilmədiyini, Zərərçəkmiş şəxs piyada zolağından 10-15 metr aralıda vurduğunu bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.-cü maddəsinin Qeyd hissəsinə uyğun olaraq həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və bu hissədə onun barəsində cinayət təqibinə xitam verilməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə onun barəsində azadlıqdan məhrumedilmə ilə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Yasamal rayonu Yeni Yasamal ev 13 mənzil 7-də ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir və Yeni Yasamal qəsəbəsində yerləşən ət dükanında kababçı işləyir. O, xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində işdən çıxaraq yaşadığı evə getmək üçün taksi avtomobili ilə Yasamal rayonu Şərifzadə küçəsi, oradan sola dönərək Yasamal rayonu M.Xiyabani küçəsinə girməklə həmin küçə ilə X10 və Qismət şadlıq sarayı istiqamətində hərəkət edib evinin yaxınlığında, yəni ünvan 1 ünvanda yolun kənarında taksi avtomobilindən düşmüşdür. Avtomobildən düşdükdə saat 20.15 radələrində o, 10-15 metr irəlidə olan piyada zolağına (keçidinə) tərəf piyada getmiş və həmin zolağa (keçidə) daxil olaraq yolu adi yerişlə sağdan sola doğru keçməyə başlamışdır. Həmin vaxtı o, tək olmuşdur. Keçdiyi yol avtomobillərin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuş və 4 zolaqlıdır, zolaqların ikisi gediş, digər ikisi də gəliş üçün olmuşdur. Yoldakı piyada zolağını (keçidini) keçərkən həmin zaman avtomobillərin sıxlığı müşahidə olunmamışdır. Bu baxımdan o, ünvan 1 ünvanın qarşısındakı yolun (X10 istiqamətinə gedən) 2 zolağını sağdan sola doğru sərbəst şəkildə keçərək qoşa xəttin üzərində dayanmış və sağ tərəfə baxaraq əks istiqamətdə avtomobillərin gəlib-gəlməməsini yoxlamışdır. Həmin zaman təxminən 20-25 metr məsafədən X10 tərəfdən Şərifzadə küçəsi istiqamətində sedan tipli avtomobilin asta sürətlə ona tərəf gəlməsini görmüşdür. O, fikirləşmişdir ki, həmin asta surətlə gələn avtomobil ona çatana qədər o, həmin avtomobilin qarşısındakı zolağı piyada keçə bilər. Bu baxımdan o, adi yerişlə həmin avtomobilin qarşısındakı 2 zolaqdan birini keçmişdir. O, növbəti sonuncu zolağı 2 metr keçib səkiyə yaxınlaşanda asta gələn minik avtomobilinin sağ tərəfindən markasını, dövlət qeydiyyat nişanını və rəngini belə seçə bilmədiyi digər 2-ci avtomobilin asta gələn avtomobili sağdan ötmə əməliyyatı apararaq X9 Şərifzadə küçəsi istiqamətində yüksək surətlə hərəkət edərək onun üzərinə tərəf gəlməsini görmüşdür. 2-ci avtomobil çox sürətlə gəlirdi. Çünki o, yolu keçdikdə sağ tərəfə baxdıqda asta gələn avtomobildən başqa yolda heç bir avtomobil görməmişdir. O, sürətlə gələn 2-ci avtomobili görərkən arasındakı məsafə az olduğundan həmin avtomobil onu sonuncu zolaqda, piyada keçidinin üzərində səkiyə təxminən 1 metr qalmış məsafədə qabaq hissəsi ilə sağ ayağından vurmuşdur. Zərbədən o, huşunu itirmiş və gözünü açdıqda xəstəxanada olduğunu görmüşdür. Həmin zaman onu kimin xəstəxanaya gətirməsi, eləcə də onu kimin vurmasını bilməmişdir. Sonradan kimdənsə öyrənmişdir ki, onu vuran sürücü hadisə yerindən yayınıb və hadisə günü xəstəxanaya gəlməyib, onu da tanımadığı bir qadın sürücü özünün avtomobilində xəstəxanaya gətirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs bildirmişdir ki, ifadəsində, onu idarə etdiyi BMW markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə vuran sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və sonuncunu deməsinə görə guya həmin vaxt onun əks yolda sıxlıq olan avtomobillərin arasından çıxması və qaçaraq qarşısındakı avtomobil yolunu keçməyə başlaması, Təqsirləndirilən şəxs onu vurmamaq üçün avtomobilini sağ tərəfə istiqamətləndirməsinə baxmayaraq 2-ci zolağın içərisində onu avtomobilin qabaq hissəsi ilə vurması, onun yolu piyada keçidindən deyil keçiddən təxminən 10- 15 metr aralı Şərifzadə küçəsi istiqamətinə tərəf olan yerdən keçməsi barədə sonuncunun dediklərinin yalan olmasını, o, ünvan 1 ünvanın qarşısında olan avtomobil yolunu piyada zolağının (keçidinin) üzəri ilə adi yerişlə piyada keçdiyini, yolu keçərkən həmin yolda heç bir sıxlığın müşahidə olunmadığını, eləcə də o, həmin yolu dayanmış avtomobillərin arasından çıxaraq keçmədiyini, o, ilk əvvəl Şərifzadə küçəsindən X10 istiqamətində gedən 2 zolağı keçərək qoşa xəttin üzərində gözlədiyini, sonra əks istiqamətdə ona tərəf asta surətlə gələn minik markalı avtomobilin qarşısındakı zolağı sərbəst adi yerişlə keçdiyini və Təqsirləndirilən şəxs gəldiyi zolağı qət etdiyi vaxt sonunucunun idarə etdiyi avtomobilinin qabaq hissəsi ilə onu vurduğunu, hadisə vaş verən zaman havanın qaranlıq və yağmursuz, eləcə də küçədə işıqlanmanın zəif olmasını bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs ərizə təqdim edərək, təqsirləndirilən şəxsin onun bütün xəstəxana xərclərini ödədiyini, aralarında barışıq əldə olunduğunu, Ülvu Balacazadə tərəfindən dəymiş zərər tamamilə ödənildiyindən ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Yasamal rayonu M.Xiyabani küçəsi ev 194 mənzil 348də ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir və 2 övladı vardır. xx xxxxxx 2020-ci il tarixdə saat 20.30 radələrində o, idarə etdiyi Range Rover markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobillə Şərifzadə küçəsi ilə X10 istiqamətində hərəkətdə olaraq yaşadığı evə gedirdi. ünvan 1 ünvanın qarşısına çatdıqda görmüşdür ki, əks istiqamətdə gələn yolun 2-ci zolağında albalı rəngli sedan tipli bir avtomobil alın şüşəsi də çatlayaraq yararsız halda yolun kənarında dayanmişdir. O, həmin avtomobildən təxminən 8-10 metr düzünə öz yol ilə hərəkət edəndə görmüşdür ki, həmin əks yoldakı piyada keçidində və asfalt örtüyünün üzərində bir nəfər 55-60 yaşlı kişi hərəkətsiz halda yerdə uzanmişdir və yanında da əvvəllər tanımadığı, sonradan onun Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər dayanmışdır. Ü.X2 Yol tərəfdən Şərifzadə istiqamətinə avtomobili ilə hərəkətdə olanda həmin şəxsi piyada zolağında (keçidində) vurmasını, avtomobilini isə hadisə yerindən təxminən 10-15 metr irəlidə saxlamasını başa düşmüşdür. Təqsirləndirilən şəxs sanki şokda olmasını görüb avtomobilinin pəncərəsindən başını bayıra çıxararaq sonuncuya “nə gözləyirsən, get kömək et” ifadəsini işlətmişdir. Həmin zaman yolda heç bir sıxlıq olmamışdır. O, Təqsirləndirilən şəxs həmin şəxsi avtomobili ilə vurmasını görməsə də hadisənin təxminən onun oraya çatmasından 30-40 saniyə əvvəl baş verməsi qənaətinə gəlmişdir. Az sonra xəsarət almış piyadaçının başına yoldan keçən tanımadığı şəxslər toplaşmışlar. O, da avtomobilini bir qədər irəli idarə edib yolun kənarında saxlamış, amma avtomobilindən düşməmişdir. Görmüşdür ki, heç kim nə sürücüyə, nə də ki piyadaçıya kömək etmir. O, mobil telefonu ilə 103 xidmətinə zəng etsə də nömrə məşğul olmuşdur. Bundan sonra o, xəsarət alan piyadaçının başının üzərinə toplaşan şəxslərə qışqıraraq “nə baxırsınız, kömək edin” ifadəsini işlətmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin alın şüşəsinin yararsız hala düşdüyünü, eləcə də sonuncunun şok halında olduğunu və həmin halda avtomobili idarə edə bilməyəcəyini görüb xəsarət alan şəxsi xəstəxanaya aparmaq üçün onun avtomobilinin arxa oturacağına qoymalarını bildirmişdir. Təqsirləndirilən şəxs bir nəfər cavan oğlanın köməkliyi ilə xəsarət almış piyadaçını onun avtomobilinin arxa oturacağının üzərinə qoymuş və qapını örtmüşlər. Xəsarət almış piyadaçının ayağı sındığı üçün həmin nahiyədən xeyli qan axdığını görüb, xəstəxanaya getmək üçün hadisə yerindən tələsik ayrılmışdır. Yolda elə düşünmüşdür ki, Təqsirləndirilən şəxs xəsarət almış piyadaçını avtomobilinə qoyduqdan sonra sonuncunun özü də xəsarət alanla birlikdə onun avtomobilinin arxasındadır. Təqsirləndirilən şəxs sual vermək istədikdə görmüşdür ki, arxa oturacaqda piyadaçıdan başqa heç kim yoxdur. Xəstəxanaya gedərkən yolda piyadaçının zarıltı səsini eşitmiş və arxaya bağdıqda görmüşdür ki, avtomobilin arxa ayaqaltısı qanını içərisindədir. Bir əli ilə piyadaçını tutmuş, digər əli ilə avtomobili idarə edərək Respublika Klinik Xəstəxanasına gəlmiş və xəsarət almış piyadaçını xəstəxanada həkimlərə təhvil vermiş, həkimlərə özü və mobil telefonu barədə məlumatları təqdim etdikdən sonra oradan evə getmişdir. Bundan əlavə Şahid ifadəsində bildirmişdir ki, xəsarət almış Zərərçəkmiş şəxs və sonuncunu idarə etdiyi avtomobillə vuran Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və görmədiyini, sürücü Təqsirləndirilən şəxs xəsarət almış Zərərçəkmiş şəxs guya piyada keçidindən aralıda vurması və hadisə vaxtı yolda sıxlıq olması barədə dediklərinin yalan olduğunu, o, hadisəni görməsə də xəsarət almış piyadaçı Zərərçəkmiş şəxs huşsuz halda piyada zolağının (keçidinin) düz üzərində yerdə uzanmış halda gördüyünü, eləcə də Təqsirləndirilən şəxs avtomobilini isə Zərərçəkmiş şəxs xəsarət aldığı həmin zolaqdan təxminən 10-15 metr aralıda yolu kənarında dayandığını və Təqsirləndirilən şəxs isə piyada keçidinin üzərində xəsarət almış piyadaçı Zərərçəkmiş şəxs yanında gördüyünü, hadisə zamanı özü əks istiqamətdə getdiyi üçün həmin yolda avtomobillərin heç bir sıxlığının olmadığını, xəsarət almış Zərərçəkmiş şəxs avtomobilinə qoyduqlarında sonunucunun xeyli qan itirməsini görüb ölməməsi üçün hadisə yerindən təcili aralandığını, Təqsirləndirilən şəxs də onunla birgə avtomobilində xəstəxanaya getmək məcburiyyətinin yarandığı üçün həmin an sonunucunun da xəsarət alan piyadaçının yanında avtomobilində getməsini düşündüyünü, amma yolda Təqsirləndirilən şəxs xəsarət alanın yanında olmamasını aşkar etdiyini, hadisə baş verən günü havanın qaranlıq, yağmursuz olduğunu, hadisə yerində işıqlanmanın bir qədər zəif olmasının bildirmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 934 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-başın çənəaltı nahiyənin əzilmiş yaraları və sıyrıqları, sağ baldır sümüklərinin qəlpəli, yerdəyişmiş, açıq sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, xx.xx.2020-ci il tarixdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa a15ğır zərər vurmaya aiddirlər (i/v 65-67). Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 8/2235 saylı rəyindən görünür ki, BMW-316 markalı 60BJ344 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən qaçdığından onun hərəkətlərində “X6” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. (i/v 79-81). İş materiallarında olan xx.xx.2019-cu il tarixli AE seriyalı 820302 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük hüququ vardır və xx.xx.2029-cu il tarixədək etibarlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 016-109881-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AE seriyalı 820302 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır (i/v 38). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur (cild 1, i/v 37). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx xxxxxx 2020ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışıq əldə etmişlər, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam qaydada ödənilmişdir. Buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, BMW316 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmışdır, hadisə yerindən götürülmüş həmin avtomobilə aid sol yan güzgüsünün iç hissəsi (güzgü) və sol dönmə işığının şüşəsinin qırıntıları Yasamal RPİ-nin Saxlanc yerinə təhvil verilmişdir, DİN-in X1 Xidməti tərəfindən təqdim edilmiş TŞ 2-094 saylı Təhlükəsiz Şəhər Kamerasının görüntüsü olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, i/v 101-115). Məhkəmənin xx xxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə uyğun olaraq həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxsin və şahidin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinin sxemi, məhkəmə ekspertizası rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “X6” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. “X6” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “X6” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. “X6” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onunla barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan TŞ 2-094 saylı Təhlükəsiz Şəhər Kamerasının görüntüsü olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Ərəstun Binnət oğlunun vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 1(004)-143/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx xxxx 2021-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Ərəstun Binnət oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə uyğun olaraq həmin Məcəllənin 263.1-1 maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “BMW316” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin Saxlanc yerinə təhvil verilmiş hadisə yerindən götürülmüş həmin avtomobilə aid sol yan güzgüsünün iç hissəsi (güzgü) və sol dönmə işığının şüşəsinin qırıntıları məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış DİN-in X1 Xidməti tərəfindən təqdim edilmiş TŞ 2- 094 saylı Təhlükəsiz Şəhər Kamerasının görüntüsü olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-143/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-143/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver