Məhkəmə qərarları › İş №1(004)-145/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-145/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-145/2020 18.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu İrəvanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayanbarəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 27 A ünvanında yerləşən “xxxxxxxxxxx” MMC-yə məxsus «X25» mağazalar şəbəkəsinə gəlib özünü müştəri qismində göstərərək işçilərin ona fikir verməməsindən istifadə etməklə girişdəki mobil telefonlar düzülmüş masanın aşağı hissəsində yerləşən şkafı açaraq оradan 1 ədəd qutuda dəyəri 1799 manat 99 qəpik (bir min yeddi yüz doxsan doqquz manat doxsan doqquz qəpik) olan **********98529 İMEİ kodlu “İphone 11” modelli 64GB tutumlu mobil telefonu gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxx” MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu Atatürk prospekti 67 ünvanında yerləşən “xxxxxxxxxxx” MMC-yə məxsus “xxxxxxxxxxxx” mağazalar şəbəkəsinə gəlib özünü müştəri qismində göstərərək işçilərin ona fikir verməməsindən istifadə etməklə mobil telefonlar düzülmüş masanın aşağı hissəsində yerləşən şkafı açaraq оradan 1 ədəd qutuda dəyəri 3299 manat 99 qəpik (üç min iki yüz doxsan doqquz manat doxsan doqquz qəpik) olan **********84189 İMEİ kodlu “İphone 11 X26” modelli 256 GB tutumlu mobil telefonu gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxx” MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı Ələsgər adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə saat 20:17 radələrində ünvan 3 A ünvanında yerləşən “xxxxxxxxxxx” MMC-yə məxsus “xxxxxxxxxxxx” mağazalar şəbəkəsinə gəlib özlərini müştəri qismində göstərərək mobil telefonlar düzülmüş masaya yaxınlaşıb telefonlara baxmış, Ələsgər adlı şəxs onun olduğu masadakı şkafın yanına gəlib sol tərəfində dayanaraq cinayətin edilməsini asanlaşdıran digər əlverişli şərait yaratmağa yönələn hərəkətlər etmiş, o, işçilərin ona fikir verməməsindən, eləcə də sonuncunun onun yanında dayanaraq hərəkətlərinin kənar şəxs və işçilər tərəfindən görünməməsinə əlverişli şərait yaratmasından istifadə etməklə ətrafa göz gəzdirdikdən sonra həmin şkafı açaraq oradan 1 ədəd qutuda “İphone 11” markalı mobil telefonu götürüb əlində saxladığı sellofana ataraq oradan 8-9 addım aralanmış, 6-7 saniyə sonra yenidən Ələsgər adlı şəxsin dayandığı həmin masadakı şkafa yaxınlaşıb ətrafa göz gəzdirdikdən sonra oradan digər 1 ədəd qutuda “İphone 11” markalı mobil telefonu götürüb əlində saxladığı sellofana atıb mağazadan birlikdə uzaqlaşmaqla zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxx” MMC-yə məxsus dəyəri 2099 manat 99 qəpik olan “İphone 11 128 GB Dual” **********23674 İMEİ kodlu və dəyəri 1799 manat 99 qəpik olan “İphone 11 64 GB” modelli **********41695 İMEİ kodlu mobil telefonları gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxx” MMC-yə ümumilikdə 3899 manat 98 qəpik (üç min səkkiz yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Camalləddin ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o xx xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində mobil telefon oğurlayıb sataraq pul əldə etmək məqsədi ilə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “X25” mağazasına gəlmişdir. Mağazaya daxil oldub mobil telefonların düzüldüyü masaya yaxınlaşıb qısa müddət telefonlara baxdıqdan sonra ətrafda olan satıcıların nə etdiklərinə diqqət yetirib onların digər müştərilərlə məşğul olduqlarını görmüşdür. Bu zaman telefon oğurlamaq üçün əlverişli şərait olduğunu düşünərək, masanın axırıncı vitrininə yaxınlaşıb 1 ədəd mobil telefonu götürərək baxmağa başlamış və işçilərin başının qarışıq olmasına əmin olduqdan sonra dizi ilə həmin masanın aşağı hissəsində olan şkafı açıb oradan 1 ədəd qutuda olan mobil telefonu götürüb əlindəki sellofan paketin içərisinə ataraq mağazadan bayıra çıxıb iti addımlarla oradan uzaqlaşmışdır. Bir müddət piyada getdikdən sonra oğurladığı telefona baxıb onun “İphone-11” markalı 64 GB tutumlu olduğunu görmüşdür. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində oğurladığı mobil telefonu satmaq məqsədi ilə “20 Yanvar” metrostrasiyasının çıxışında yerləşən “A” Telecom adlı mağazaya daxil olub, orada işləyən satıcıya mobil telefonu “Bir Kart”la aldığını və pula ehtiyacı olduğu üçün satmaq istədiyinə inandıraraq, şəxsiyyət vəsiqəsinin surəti ilə “İphone-11” markalı 64 GB tutumlu mobil telefonu 1030 manata satmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində o yenədə telefon oğurlamaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində yerləşən “Kontak Home” mağazasına girib müştəri kimi mağazanın içərisindəki vitrində olan mobil telefonlara baxan zaman satıcılar ona yaxınlaşaraq hansı model telefonlarla maraqlandığını soruşmuş o isə cavab olaraq hələ ki telefon modellərinə baxdığını, lazım gələrsə onlara müraciət edəcəyini bildirmişdir. Onun bu cavabını eşitdikdən sonra satıcılar oradan uzaqlaşaraq digər müştərilərə yaxınlaşıb onlarla məşğul olmuşlar. O, vitrində olan mobil telefonlara baxan zaman vitrinin altında olan siyirmənin aralı olduğunu, eləcə də içərisində mobil telefonlar yığıldığını görmüşdür. Bundan sonra o, ətrafa göz gəzdirmiş, satıcı və işçilərin başının qarışıq olduğunu, ona heç kimin fikir vermədiyini görüb mobil telefonlar olan vitrinin alt siyirməsini özünə tərəf çəkərək açmış və oradan bir ədəd qutuda istifadə edilməmiş mobil telefonu götürüb əlində saxladığı sellofan paketin içərisinə atıb mağazadan çıxaraq oradan uzaqlaşmışdır. Bir müddət sonra o oğurladığı mobil telefonun modelinə baxmış və onun “İphone 11 Pro 256 Dual Green” markalı mobil telefon olduğunu görmüşdür. Həmin gün təxminən 1 saat sonra oğurladığı telefonu satmaq məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında olan “Fatimə” adlı mobil telefonların satışı mağazasına getmişdir. Orada işləyən satıcıya mobil telefonu “Bir Kart”la aldığını və pula ehtiyacı olduğu üçün satmaq istədiyinə inandıraraq, şəxsiyyət vəsiqəsinin surəti ilə “İphone 11 Pro 256 Dual Green” mobil telefonu 1650 manata sataraq oradan uzaqlaşmışdır. Bir neçə gün sonra o Ələsgər və Kamal adlı dostları ilə bir yerdə olan zaman onda olan xeyli pulu dostlarına göstərib, dostlarının sualına cavab olaraq bildirmişdir ki, o həmin pulları telefon oğurlayıb sataraq əldə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində Ələsgər və Kamal adlı dostları ilə görüşüb bir yerdə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən hündürmərtəbəli binanın alt hissəsində olan “xxxxxxxxxxxx” mağazasına girmişlər. Həmin vaxt Kamal telefon oğurluğunda iştirak etmək istəmədiyini bildirərək televizor satışı bölməsinə getmiş, o, isə Ələsgərlə birgə mobil telefon satışı şöbəsinə gəlmişdir. Mobil telefonların satışı şöbəsində müştərilərin çox olması və satıcıların həmin müştərilərə başının qarışıq olduğunu görüb müştəri kimi mobil telefonlara nəzər yetirməyə başlamışdır. Ələsgər də guya onun kimi mobil telefon alacaq müştəri kimi özünü orada çalışanlara göstərmişdir. Həmin vaxt o, telefonlar yığılmış masanın aşağı hissəsində olan şkafın üzərində açar olduğunu görmüşdür. Şkafın içərisində mobil telefon olduğunu bildiyi üçün o, ətrafa baxıb və işçilərin başının qarışıq olmasından istifadə edərək həmin şkafı açar ilə açıb, içərisindən qutuda olan mobil telefonlardan birini götürüb əlində saxladığı sellofan paketə atmışdır. Həmin vaxtı Ələsgər onun sol tərəfində ona bitişik vəziyyətdə dayanıb ətrafa baxırmış və onun mobil telefonu götürdüyünü də görmüşdür. Daha sonda o həmin yerdən bir qədər aralanıb və bu hərəkətinin heç kim tərəfindən görülmədiyinə əmin olulduqdan sonra yenidən digər telefonu da oğurlamaq niyyətinə düşmüşdür. Bu zaman Ələsgərin onun yanında durmasından istifadə edib yenə də həmin şkafa yaxınlaşmış və şkafı açaraq içəridəki mobil telefonlardan birini götürüb əlində olan sellofan paketə ataraq Ələsgərlə birgə mağazadan çıxmış, sonradan bayırda Kamalla görüşüb avtomobilə minərək oradan uzaqlaşmışlar. Onlar yolda olan zaman sellofan paketin icərisində olan 2 ədəd mobil telefonu çıxararaq onların “İphone 11 128GB Dual” markalı və “İphone 11 64GB” markalı olduqlarını görmüşlər. Bundan sonra o, Ələsgər və Kamala oğurladığı mobil telefonları satmağa getdiyini demişdir. Ələsgərin işi olduğu üçün yolda avtomobildən düşmüşdür. O, Kamaldan xahiş etmişdir ki, telefonları satarkən yanında olsun və Kamalın imtina etdiyini görüb ona “sən oğurluqda iştirak etməmisən, telefonları da mən şəxsiyyət vəsiqəmlə satacam, sən qorxma, sənlik burada bir şey yoxdur” deyərək onu razı saldıqdan sonra onlar bir yerdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “İska Service” adlı mobil telefon satışı mağazasına getmişlər. Mağazaya daxil olduqdan sonra satıcıya mobil telefonlardan birini göstərib həmin mobil telefonu “Bir Kart”la aldığını, pula ehtiyac olduğundan satmaq istədiyini bildirərək, cinayət yolu ilə əldə edilmədiyinə inandırdıqdan sonra 750 dollara razılaşmışdır. O, şəxsiyyət vəsiqəsinin ksero sürətini satıcıya vermiş və surətin üzərinə telefonu satmağıyla bağlı imza etdikdən sonra satıcıdan pulu götürüb Kamal ilə birlikdə oradan çıxmışlar. Diqqət cəlb etməmək üçün digər mobil telefonu satmaq məqsədi ilə Kamalla birgə yaxınlıqdakı digər “R” Telecom mağazasına girmişlər. Mağazaya daxil olduqdan sonra satıcıya yaxınlaşaraq ona telefonu “Bir kart”la aldığına və ona məxsus olduğuna inandırdıqdan sonra digər həmin telefonu 1050 manata satıb Kamalla birgə mağazadan çıxmışlar. Onun oğurluq etməsinin əsas səbəbi 2020-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən “Rent-A-Car”dan icarəyə “Hundai Elentra” markalı avtomobili götürüb idarə edərkən yol-nəqliyyat hadisəsi törətməsi və “Rent-A- Car”a 3000 manat maddi ziyanı ödəmək üçün pula ehtiyacı olması olmuşdur. Oğurladığı mobil telefonları satdıqdan sonra əldə etdiyi pulların bir qismini əzdiyi avtomobilin təmiri ilə bağlı maddi ziyan kimi “Rent-A-Car”a vermiş, yerdə qalan hissəsini isə öz şəxsi ehtiyyacları üçün xərcləmişdir. O oğurladığı telenfarı satıb əldə etdiyi pullardan Ələsgər və Kamala heç bir məbləğdə pul verməmiş, sadəcə özünə alkoqolsuz içki və siqaret aldıqda Kamala da almışdır. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, “xxxxxxxxxxx” MMC “xxxxxxxxxxxx” əmtəə nişanı adı altında fəaliyyət göstərir və o həmin MMC-nin Korporativ Hüquq Şöbəsinin hüquqşünası vəzifəsində işləyir. Ona məlumat verilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 27A ünvanında yerləşən «X25» mağazasından dəyəri 1800 manat olan 1 ədəd “İphone-11” markalı 64 GB tutumlu 353-976-108-598-529 İMEİ kodlu mobil telefon naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra o, mağazada quraşdırılmış nəzarət müşahidə kameralarının görüntülərinə baxış keçirərkən müəyyən etmişdir ki, bir nəfər naməlum şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində həmin mağazaya gələrək orada olan satış masasının axırıncı vitrininə yaxınlaşıb dizi ilə masanın aşağı hissəsində olan şkafı açır və oradan yuxarıda qeyd edilən bir ədəd icərisində mobil telefon olan qutunu götürüb əlində olan sellofan paketə qoyaraq mağazanı tərk edir. Bundan başqa ona xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti 67 ünvanında yerləşən “xxxxxxxxxxx” MMC-yə məxsus “xxxxxxxxxxxx” mağazasında bir müştərinin virtində olan mobil telefonlara baxması və işçilərin başının qarışıq olmasından istifadə edib vitrinin alt hissəsindəki siyirməni açaraq oradan 3299,99 manat dəyərində 01 ədəd “İphone 11 Pro 256 Dual Green” markalı 353-870-100-784-189 imei kodlu mobil telefon oğurlaması barədə məlumat verilmişdir. O, mağazada quraşdırılmış nəzarət müşahidə kameralarının görüntüsünə baxış keçirərkən bir daha eyni hadisənin şahidi olmuşdur. Bundan başqa ona məlumat verilmişdir ki, xx.xx.2020-ci il tarixdə ünvan 6 A ünvanında yerləşən “xxxxxxxxxxxx” mağazasına iş vaxtı müştəri qismində gəlmiş naməlum şəxs bir müddət vitrində olan mobil telefonlar ilə maraqlanmış, sonrasında isə vitrinin alt hissəsində olan üzərində açarı olan saxlanc yerinin qapısını açaraq oradan 02 (iki) ədəd **********23674 və **********41695 İMEİ kodlu “İphone 11” markalı mobil telefonları oğurlamışdır. Sonradan video görüntüyə baxdıqda hadisəni törədən şəxsin xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində həmin telefonlardan birini götürüb bir qədər vitrindən aralanmasını, lakin satıcıların başının qarışıq olmasından istifadə edərək mağazadan çıxmadan yenidən həmin vitrinə qayıdıb digər “İphone 11” markalı mobil telefonu oğurlayaraq oradan getməsinin şahidi olmuşdur. Bu hadisə zamanı şirkətə cəmi 3899 manat 98 qəpik ziyan dəymişdir. Yekun olaraq baş vermiş hadisə zamanı şirkətə ümumilikdə 8999 manat 97 qəpik ziyan dəyməsini bildirmişdir. Son olaraq o, təqsirləndirilən şəxs tərəfindən “xxxxxxxxxxx” MMC-yə dəymiş maddi ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 74 ünvanında yerləşən “İska Service” mağazasını fərdi olaraq işlədir. 2020-ci ilin fevral ayının 11-də saat 20:00 radələrində işdə olarkən əvvəllər tanımadığı iki nəfər şəxs mağazaya gəlmiş və onlardan biri əlində olan mobil telefonu göstərərək pula ehtiyacı olması səbəbindən həmin mobil telefonu satdığını istədiyini bildimişdir. Sonradan o həmin şəxsin adının Elxan olduğunu bilmişdir. Elxan onun suallaırna cavab olaraq həmin mobil telefonun oğurluq olmadığını və “Bir Kart”la aldığını bildirmişdir. Daha sonra Elxanın şəxsiyyət vəsiqəsini almış və həmin sənədin sürətinə onun satmaq istədiyi, mobil telefonun İMEİ kodunu yazıb satışı həyata keçirmələrinə dair sonuncuya imza etdirmiş və mobil telefonu ondan götürərək ona 750 dollar pul ödəmişdir. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs yanındakı şəxslə bir yerdə mağazadan çıxıb getmişlər. Səhərisi gün həmin mobil telefonu mağazaya gələn tanımadığı müştəriyə 800 dollara satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən “A” Telecom mağazasında satıcı işləyir. 2020-ci ilin yanvar ayının 24-də saat 12:00 radələrində əvvəllər tanımadığı bir nəfər şəxs mağazaya daxil olub ona 1 ədəd qutuda olan “İphone 11 64 GB” markalı mobil telefonu göstərib satmaq istədiyini bildirmişdir. Həmin şəxs onun suallarına cavab olaraq telefonun ogurluq olmadığını, onu “Bir Kart”la aldığını və pula ehtiyacı olduğu üçün satmaq isətədiyini bildirmişdir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsinə baxdıqda onun Təqsirləndirilən şəxs olmasını bilmiş və həmin sənədin surətinə onun satmaq istədiyi mobil telefonun İMEİ kodunu yazıb imza etdirmiş və mobil telefona görə Elxana 1030 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs çıxıb getdikdən sonra o, aldığı mobil telefonu mağazaya gələn tanımadığı müştəriyə 1300 manata satmışdır. İş üzrəşahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 18-20-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, 7 ildir ki, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 74 ünvanında yerləşən “ER” Telecom mağazasında satıcı işləyir. 2020-ci ilin fevral ayının 11-də saat 21:00 radələrində işdə olarkən əvvəllər tanımadığı iki nəfər şəxs mağazaya daxil olmuş və onlardan biri sonradan adının Təqsirləndirilən şəxs öyrəndiyi şəxs ona 1 ədəd qutuda olan “İphone 11” markalı mobil telefonu göstərib satmaq istədiyini bildirmişdir. O, mobil telefona baxdıqda həqiqətəndə istifadə olunmadığını və 356-579-106-041-695 İMEİ kodlu olmasını aşkar etmişdir. O, Təqsirləndirilən şəxs satmaq istədiyi mobil telefonu nə məqsədlə satmasını soruşduqda sonuncu ona mobil telefonun cinayət yolu ilə əldə olunmadığını, “Bir Kart”la aldığını və pula ehtiyacı olduğundan satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs AZE ******** seriya nömrəsi olan şəxsiyyət vəsiqəsini almış və həmin sənədə satmaq istədiyi mobil telefonun İMEİ kodunu yazıb sonuncuya satmaqla bağlı imza etdirib ona 1050 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs yanındakı şəxslə çıxıb getdikdən sonra o, aldığı mobil telefonu vitrinə qoymuş və həmin günü saat 22:00 radələrində sonuncudan aldığı mobil telefonu mağazaya gələn tanımadığı müştəriyə 1150 manata satmışdır. 2020ci ilin fevral ayının ortalarında mağazaya polis əməkdaşları gəlmiş və Təqsirləndirilən şəxs tərəfindən ona satılmış mobil telefonun Yasamal rayonu ərazisində yerləşən “xxxxxxxxxxxx” mağazasından oğurlamasını bildirmişlər. O, polis əməkdaşlarına həmin mobil telefonu tanımadığı müştəriyə satdığını onların nəzərinə çatdırmışdır. Verilən suallara cavab olaraq R.Məmmədov əlavə olaraq ifadəsində, Təqsirləndirilən şəxs ilə mağazaya gəlmiş 2-ci şəxsin kim olmasını bilmədiyini və həmin şəxsin Elxanın yanında sakit durduğunun və ondan kim olması ilə bağlı heç bir söz soruşmadığını, mobil telefonu satdığı müştəri ilə arasında heç bir sənədləşmə aparmadığından onun kim olmasını bilmədiyini bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 148-149-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki,o, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Fatimə 313” mobil telefon satışı mağazasını icarə əsasında işlədir. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində əvvəllər tanımadığı, lakin sonradan adının Təqsirləndirilən şəxs öyrəndiyi şəxs onun işlədiyi mağazaya gəlib ona 1 ədəd qutuda “İphone 11 Pro 256” markalı mobil telefonu göstərək satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs satmaq istədiyi mobil telefonun oğurluq və ya başqa cinayət nəticəsində əldə olunubolunmamasını, eləcə də nə məqsədlə satmasını soruşmuşdur. Təqsirləndirilən şəxs ona həmin mobil telefonun cinayət yolu ilə əldə olunmadığını və “Bir Kart”la aldığını, pula ehtiyac olduğundan satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs mobil telefonu şəxsiyyət vəsiqəsinin surəti ilə 1650 manata ondan ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs razılaşıb şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. O, aldığı mobil telefonun markası və İMEİ kodunu, habelə Təqsirləndirilən şəxs mobil telefon nömrəsini sonuncunun şəxsiyyət vəsiqəsinin ksero surətinə yazıb imza etdirmiş və 1650 manat pulu verərək mobil telefonu ondan almışdır. O, həmin telefonu mağazasında satış üçün vitrinə qoymuş və xx.xx.2020-ci il tarixdə onu tanımadığı müştəriyə 1830 manata satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Video görüntüyə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş Yasamal rayonu, Şərifzadə küçəsi 176A ünvanında yerləşən “xxxxxxxxxxxx” mağazasından götürülmüş kamera görüntülərini özündə əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:17-də həmin mağazada olan mobil telefon düzülmüş masanın altındakı şkafın gözlüyünü əli ilə açıraq oradan içərisində mobil telefon olan 1 ədəd ağ rəngli qutunu götürüb əlində saxladığı sellofana (torbaya) atır, həmin vaxtı onun yanında daha bir nəfər vardır və həmin şəxs Təqsirləndirilən şəxs yanında duraraq işçilərin onu görməsinə maneəçilik tərədərək Təqsirləndirilən şəxs mobil telefonu oğurlamasına şərait yaradır. Təqsirləndirilən şəxs mobil telefonu götürdükdən sonra oradan 4-5 addım uzaqlaşır, həmin şəxdə ətrafa göz gəzdirir və Təqsirləndirilən şəxs arxası ilə hərəkət edir. Təqsirləndirilən şəxs ətrafa baxdıqdan sonra yenidən həmin şəxslə mobil telefon düzülmüş masaya yaxınlaşır və eyni şkafdan içərisində mobil telefon olan daha 1 ədəd ağ rəngli qutunu götürüb sellofan torbaya ataraq həmin şəxslə birgə mağazadan çıxırlar. (1-ci cild i.v. 9-10) “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı X5 tərəfindən hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer Yasamal rayonu, Şərifzadə küçəsi, ev 176A ünvanında yerləşən binanın alt hissəsində yerləşən “xxxxxxxxxxxx” mağazasında baş vermişdir. xx.xx.2020-ci il tarixdə vətəndaş X6 DİN-in 102 xidmətinə və Yasmal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 11:00 radələrində müdiri işlədiyi, qeyd olunan ünvanda yerləşən “xxxxxxxxxxxx” mağazasından 2 ədəd “İphone 11” markalı mobil telefonun oğurlanmasını aşkar etməsi barədə məlumat vermişdir. Hadisə yerinə baxış keçirərkən müəyyən olundu ki, mağaza Yasamal rayonu, Şərifzadə küçəsi, ev 176 A ünvanında yerləşən binanın alt hissəsinin iki mərtəbəsini əhatə edir. Mağazaya daxil olan zaman sol tərəfdə müxtəlif markalı mobil markalı mobil telefonlar olan vitrinin alt hissəsində oğurlandığını qeyd etmiş, həmin vitrinə baxış keçirən zaman onun alt hissəsində müxtəlif markalı mobil telefon qutuları yığılmış saxlanc hissəsi kimi istifadə üçün nəzərdə tutulmuş dolab aşkar olunmuşdur. Hadisə yerində müşahidə kamerası aşkar edilmiş və müvafiq protokol tərtib edilərək videogörüntü götürülmüşdür.(1-ci cild i.v. 11-14) “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə vətəndaş X6 DİN-in 102 xidmətinə və Yasmal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 11:00 radələrində müdiri işlədiyi, qeyd olunan ünvanda yerləşən “xxxxxxxxxxxx” mağazasından 2 ədəd “İphone 11” markalı mobil telefonun oğurlanmasını aşkar etməsi barədə məlumat vermişdir. Araşdırma zamanı hadisənin xx.xx.1996-cu il təvəllüdlü, Tərtər rayonunda anadan olmuş, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmayan, Xəzər rayonu, Binə qəsəbəsi, fərdi yaşayış evində yaşayan vətəndaş Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş, ilkin dindirmə zamanı Təqsirləndirilən şəxs oğurladığı mobil telefonlardan iksini Nizami rayonu, Q.Qarayev 74 ünvanında yerləşən mobil telefon dükanlarına satdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin mağazaları göstərməsi təklif olunduqda o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 74 ünvanında yerləşən “İska Service” və “ER” Telecom mağazaları qeyd edilən ünvanda yerləşməklə təxminən bir-birindən 7-8 metr aralıda yerləşir və hər iki mağaza mobil telefonların satışı ilə məşğuldur. “İska Service” mağazasını Şahid1, “ER” Telecom mağazasını isə X11 işlədir. (1-ci cild i.v.18-20) “Təqdim edilən sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Stansiya qəsəbəsi ev 3/3 V-də yaşayan xx.xx.1991-ci il təvəllüdlü X12 “İphone 11” markalı 356-579-109-041- 695 İMEİ kodlu mobil telefonun Təqsirləndirilən şəxs tərəfindən ona satılmasını təsdiq edən sonuncunun şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Baxış zamanı X4 təqdim etdiyi sənədin surəti xx.xx.1996-cı il təvəllüdlü Tərtər rayonu, Yerevanlı kəndində anadan olmuş, Tərtər rayonu, İrəvanlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətidir. Həmin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE ********-dur və şəxsiyyət vəsiqəsinin kserosurətində üzərinə “xx.xx.2020”, “İphone 11”, “**********”, **********41695 sözləri qeyd edilmiş və imza atılmışdır. (1-ci cild i.v. 23-24) xxxxxxxxxxx MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan məlum olmuşdur ki, Yasamal rayonu, Şərifzadə küçəsi 176A ünvanında yerləşən həmin MMC-yə məxsus “xxxxxxxxxxxx” mağazasından “İphone 11 128 GB Dual” və “İphone 11 64 GB” modelli 2 ədəd mobil telefonlar oğurlanmışdır. Qeyd olunan oğurluq hadisəsi nəticəsində “xxxxxxxxxxx” MMC-yə cəmi 3899 manat 98 qəpik maddi ziyan vurulmuşdur. (1-ci cild i.v. 56-57) “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı Yalçın Zeynalov oğlu tərəfindən hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 67 ünvanında yerləşən “xxxxxxxxxxxx” mağazasıdır. Baxış keçirilən mağazada sol tərəfdə piş taxtalar və onların üzərində satış üçün nəzərdə tutulmuş məişət əşyaları vardır. Vətəndaş X13 2 cərgəli telefonların satışı şöbəsini göstərərək bildirdi ki, oğurlanan telefon həmin vitrini altında olan dolabın içindən oğurlanıb. (1-ci cild i.v. 96-99) xxxxxxxxxxx MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan məlum olmuşdur ki, Yasamal rayonu, Şərifzadə küçəsi 176 A ünvanında yerləşən həmin MMC-yə məxsus “xxxxxxxxxxxx” mağazasından “İphone 11 Pro 256 GB Dual Green” modelli mobil telefonlar oğurlanmış. Qeyd olunan oğurluq hadisəsi nəticəsində “xxxxxxxxxxx” MMC-yə cəmi 3299 manat 99 qəpik maddi ziyan vurulmuşdur (1-ci cild i.v. 129-130) “İfadənin yerində yoxlanılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür kiTəqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərmiş olduğu xüsusatları hadisə yerində bir daha təsdiqləyərək 01 ədəd “İphone 11 Pro 256 Dual Green” markalı 353-870-100-784-189 imei kodlu mobil telefonu oğurladığı Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 67 ünvanında yerləşən “xxxxxxxxxxx” MMC-yə məxsus “xxxxxxxxxxxx” mağazasını və telefonu götürdüyü masanı əyani olaraq göstərmişdir. (1-ci cild i.v. 143-147) “Təqdim etmə və götürmə barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi sənədin surəti xx.xx.1996-cı il təvəllüdlü Tərtər rayonu, Yerevanlı kəndində anadan olmuş, Tərtər rayonu, İrəvanlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs AZE ********-dır və həmin şəxsiyyət vəsiqəsinin kserosurəti köçürülmüş vərəqənin üzərində göy rəngli qələmlə “xx.xx.2020”, “İphoni 11 pro”, kiril əlifbası ilə “Təqsirləndirilən şəxs”, imza, “***-***-**-**” və “11 pro” sözləri qeyd edilmişdir. (1-ci cild i.v. 151-153) “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı X14 tərəfindən hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. X7 müraciəti əsasında Nizami rayonu, Q.Qarayev prospekti “xxxxxxxxxxxx” mağazasına baxış keçirilmişdir. Hadisə yerinin foto şəkilləri cinayət işinin materiallarına əlavə olunmuşdur. (1-ci cild i.v. 197-198) “Təqdim edilən CD diskin götürülməsi və materiala əlavə edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, X15 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 27A ünvanında yerləşən “X25” mağazasından oğurluğun baş verməsini əks etdirən kamera görüntüsü olan 1 ədə disk təqdim etmişdir. (1-ci cild i.v. 199- 200) “Diskə baxış keçirilməsi haqqında” protokoldan və iş CD diskdən görünür ki, videogörüntülərdə saat 19:59 göstəricisindən 20:02 göstəricisinədək təxminən 25-30 yaşlı, boyu 175-178 sm olan orta bədənli oğlanın 19:59-da Nizami rayonu, Q.Qarayev prospekti 27 A ünvanında yerləşən “X25” mağazasına daxil olması və daxil olduqdan sonra içəridə bir müddət telefonlara baxması və sonra isə telefon stolunun aşağı hissəsini dizi vasitəsi ilə açması və oradan bir ədəd telefon götürərək əlində olan sellofana atması görünür. (1-ci cild i.v. 201) “Təqdim edilən sənədin götürülməsi və materiala əlavə edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs ona oğurladığı mobil telefonu satdığı zaman sənədləşmə apardığı sonuncunun şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. (1-ci i.v. 210-211) xxxxxxxxxxx MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli qaimədən məlum olmuşdur ki, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 27 A ünvanında yerləşən “X25” mağazasından oğurlanmış “İphone 11 64GB” modelli mobil telefonun satış qiyməti 1799,99 azərbaycan manatı təşkil edir. (1-ci cild i.v. 220) Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (2-ci cild i.v. 6) “Təqdim edilən sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında” xx xxxx 2020ci il tarixli protokoldan və CD diskdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi ev 8, mənzil 27-də yaşayan xx.xx.1976-ci il təvəllüdlü Şahid1 xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs bir nəfər şəxslə onun mağazasına gəlməsi və ona “İphone 11” markalı mobil telefonu satmasını əks etdirən görüntü yazılmış 1 ədəd diski təqdim etmişdir. Baxış zamanı Şahid1 təqdim etdiyi 43 saniyə çəkiliş aparmış diskə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə 01:00 radələrində üzü az saqqallı surəti xx.xx.1996-cı il təvəllüdlü Tərtər rayonu, Yerevanlı kəndində anadan olmuş, Tərtər rayonu, İrəvanlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətidir. Həmin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE ********-dur və şəxsiyyət vəsiqəsinin kserosurətində üzərinə “xx.xx.2020”, “İphone 11”, “**********”, **********41695 sözləri qeyd edilmiş və imza atılmışdır. (2-ci cild i.v. 12-13) “Təqdim edilən CD diskin götürülməsi və baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 67 ünvanında yerləşən “xxxxxxxxxxxx” mağazasında ətrafa baxıb mobil telefon düzülmüş masanın altındakı şkafdan içərisində mobil telefon olan 1 ədəd qara qutunu götürüb əlində saxladığı göy rəngli sellofan torbaya atıb mağazadan çıxmışdır. (2-ci cild i.v. 26-27) “Diskə baxış keçirilməsi” haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 27 A ünvanında yerləşən “X25” mağazasından götürülmüş kamera görüntüsündən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə saat 19.59-da həmin mağazada olan mobil telefon düzülmüş masanın altındakı şkafın gözlüyünü içərisində mobil telefon olan 1 ədəd ağ rəngli qutunu götürüb əlində saxladığı sellofana (torbaya) atıb oradan uzaqlaşır. Bununla bağlı protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 67 ünvanında yerləşən “xxxxxxxxxxxx” mağazasında baş vermiş oğurluqla bağlı götürülmüş kamera görüntüsündən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin mağazada ətrafa baxıb mobil telefon düzülmüş masanın altındakı şkafdan içərisində mobil telefon olan 1 ədəd qara qutunu götürüb əlində saxladığı göy rəngli sellofana (torbaya) atıb mağazadan çıxır. Bununla bağlı protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa Yasamal rayonu, Şərifzadə küçəsi 176A ünvanında yerləşən “xxxxxxxxxxxx” mağazasından götürülmüş kamera görüntüsündən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:17-də həmin mağazada olan mobil telefon düzülmüş masanın altındakı şkafın gözlüyünü əli ilə açıraq oradan içərisində mobil telefon olan 1 ədəd ağ rəngli qutunu götürüb əlində saxladığı sellofana (torbaya) atır, həmin vaxtı onun yanında daha bir nəfər vardır və həmin şəxs Təqsirləndirilən şəxs yanında duraraq işçilərin onu görməsinə maneəçilik tərədərək Təqsirləndirilən şəxs mobil telefonu oğurlamasına şərait yaradır. Təqsirləndirilən şəxs mobil telefonu götürdükdən sonra oradan 4-5 addım uzaqlaşır, həmin şəxdə ətrafa göz gəzdirir və Təqsirləndirilən şəxs arxası ilə hərəkət edir. Təqsirləndirilən şəxs ətrafa baxdıqdan sonra yenidən həmin şəxslə mobil telelfon düzülmüş masaya yaxınlaşır və eyni şkafdan içərisində mobil telefon olan daha 1 ədəd ağ rəngli qutunu götürüb sellofan torbaya ataraq həmin şəxslə birgən mağazadan çıxırlar. Bununla bağlı protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (2-ci cild i.v. 34-35) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı mobil telefonları özünün AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti ilə mağazalara satdığından istintaq zamanı götürülmüş şəxsiyyət vəsiqəsinin 3 (üç) ədəd ksero surəti maddi sübut kimi tanınmışdır. Yasamal rayonu, Şərifzadə küçəsi 176 A ünvanında yerləşən “xxxxxxxxxxxx” mağazasında mobil telefonların oğurlanmasında Ələsgər adlı şəxsin, eləcə də həmin mobil telefonların satılmasında Kamal adlı şəxsin iştirakının olması ilə bağlı barələrində cinayət işindən ayrıca icraatda Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işinin materialları ayrılmışdır. Təqsirləndirilən şəxs tək şəkildə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 27 A və Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 67 ünvanında, eləcə də Ələsgər adlı şəxslə birgə Yasamal rayonu, Şərifzadə küçəsi 176 A ünvanında yerləşən “xxxxxxxxxxxx” mağazasından oğurladığı mobil telefonları Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 74 ünvanında yerləşən “İska Service” mağazasına Kamal adlı tanışı ilə satarkən görüntülərini fiksə etmiş 1 ədəd, ümumilikdə 4 (dörd) ədəd diskdəki video görüntüləri maddi sübut kimi tanınmışdır. Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 27 A ünvanında yerləşən “xxxxxxxxxxxx” mağazasından oğurlanmış “İphone 11 64 GB” modelli mobil telefona görə dəymiş maddi ziyan 1799 manat 99 qəpik kimi göstərilmişdir. Yasamal rayonu, Şərifzadə küçəsi 176 A ünvanında yerləşən “xxxxxxxxxxxx” oğurlanmış “İphone 11 128 GB Dual” və “İphone 11 64 GB” modelli mobil telefonlara görə dəymiş maddi ziyan 3899 manat 98 qəpik kimi göstərilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 67 ünvanında yerləşən “xxxxxxxxxxxx” mağazasından oğurlanmış “İphone 11 Pro 256 GB Dual Green” modelli mobil telefona görə dəymiş maddi ziyan 3299 manat 99 qəpik kimi göstərilmişdir. (2-ci cild i.v. 45-60) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadələrindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146 maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərardahəmçiningötərilirki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Beləliklə də, CPM-in 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Əməlini səmimi etiraf edərək peşman olması, dəymiş maddi ziyanı könüllü olaraq tam ödəyib aradan qaldırması, zərərçəkmiş şəxslə razılıq əldə etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması (əsas: Bakı şəhər Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 131 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 131 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xasiyyətnamə), zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində deyilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxscəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi (CM -58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş“ polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə,həmçininqeydedirki, CM-in 52-1 maddəsinəəsasənTəqsirləndirilən şəxsüzərinəhəminmaddədənəzərdə tutulanvəzifələrqoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 131 saylı Mənzil- Kommunal Təsərrüfatı Birliyi 131 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 11-da yaşayır. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild i.v. 41-42) “X8 azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Abbaslı X2 RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (1-ci cild i.v. 81-82) “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild i.v. 115-116) “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Abbaslı X1 RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (1-ci cild i.v. 167-169) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild i.v. 243) “Tutulmuş şəxsin X8 azad edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nizami RPİ-nin MSY-dən azad edilmişdir. (1-ci cild i.v. 270) “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (1-ci cild i.v. 266) Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə həbsdən azad edilib və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə həbsdən azad edilib və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə həbsdən azad edilib və barəsində həmin tarixdə “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 05 gün həbsdə qalmışdır. CM-in 69.3-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin məsrəflər qanunvericiliyin aşağıdakı normalarına uyğun həll edilməlidir. Belə ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər Mərkəz saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 210 AZN (iki yüz on manat) pul Bakı şəhər Mərkəz Vəkil Bürosunun nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 05 (beş) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 11 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs münasibətdə hökmün icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün cəmi 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabı - “xxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialı kod: 200048; VÖEN; **********; M/h:- AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ41AİİB********************; VÖEN-**********. hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar