Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-145/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili X15 iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu “Kubinka” adlanan ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,179 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin gün Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 21:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nə aparılıb, orada üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükülmüş, təmiz çəkisi 1,179 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirli olması iş materiallarında sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etməmişdir, idmanla məşğul olmuşdur, hadisə günü həmin ünvanda yaşayan dostugilə gəlmişdir və dostunun atasına qarşı Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirinin içinə təsadüfən düşdüyünü bildirmişdir. Dəfələrlə bunu söyləyib günakar olmadığını təkidlə polis əməkdaşlarına bildirsə də, hətta ev sahibi Süleyman belə oğlu Pərvizə görə onun həmin ünvana indicə gəldiyini onlara israrla söyləsə də, ona bəlli olmayan səbəblərdən dediklərinə inanmayaraq “Neyləyək, heç nəyi sübut edə bilməzsən, səhv zamanda, səhv yerdəsən, oyan-buyan eyləyib sözümüzə qulaq asmasan satışı da belinə yükləyərik - yəni daha ağır maddə ilə cəzalandırarıq” - deyə onu qorxudub susdurmuşdurlar. Həmin gün, həmin vaxt, həmin ünvanda yerindəcə həmin polis əməkdaşları tərəfindən mənzildə axtarış və onun üzərində şəxsi axtarış video çəkilişdən istifadə edilməklə aparılmış, lakin heç nə aşkar olunmadığına görə sənədləşdirib cinayət işinə əlavə edilməmiş, əksinə onu Yasamal RPİ-nə gətirdikdən sonra, həmin idarənin xidməti otaqlarının birində üzərinə səhnələşdirilmiş şəkildə video çəkiliş aparılmaqla baxış keçirilmiş və ona polis əməkdaşları tərəfindən əvvəlcədən verilmiş bükümün soruşulduqda təqdim edilməsi bildirilmişdir. O, əvvəllər məhkum olunmadığından, həmin vaxt psixoloji təsir altında olduğundan ona polis əməkdaşlarının etdikləri təkliflə razılaşmış və video çəkiliş zamanı ona verilmiş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra ona prokurorun yanına aparılması və prokuror onun həbsi ilə bağlı təqdimat vermədiyi üçün evə buraxıldığı bildirilmişdir. 17 oktyabr 2023-cü il tarixdə üzərinə baxış keçirilməsi ilə əlaqədar video çəkiliş aparılmasına baxmayaraq cinayət işinin istintaqını aparan müstəntiq Zaur Məmmədov istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ********* mobil nömrəsinə sonradan bir neçə dəfə zəng edərək polis idarəsinin inzibati binasına dəvət etmişdir və iki dəfə video çəkilişlə üzərinə baxış keçirilmiş, o da hər dəfəsində əvvəlcdən ona verilmiş narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Bunun səbəbini soruşduqda isə ona bildirmişlər ki, əvvəlki çəkiliş pozulubdur ona görə məcbur olub həmin çəkilişi yenidən aparmalıdırlar. Sonuncu dəfə isə 19 dekabr tarixində müstəntiq ona zəng edərək 20 dekabr 2023-cü il tarixində polis idarəsinə gəlməsini ona tapşırmışdır və o, deyilən vaxt polis idarəsinə gəldikdən sonra təxminən axşam saatlarında çəkiliş yenidən aparılmış, hətta əynində protokolda qeyd edilən kimi boz rəngli şalvar deyil qara rəngli şalvar olduğundan ona təklif etmişlər ki, valideynlərinə zəng vurub evdəki boz şalvarin polis idarəsinə göndərilməsini bildirsin. Belə olan halda o, məcbur olub öz mobil nömrəsindən anası Afiyə Əkbərovanın istifadəsində olan ********** mobil nömrəyə zəng edərək ondan həmin şalvarın göndərilməsini xahiş etmiş, lakin polis idarəsində yerləşən yeməkxanada olan şəxsdən eyni rərgli şalvardan tapıldığı üçün anasına göndərməməsi ilə bağlı xəbər vermişdir. Eyni zamanda bildirmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə tularkən əyninda tünd göy rəngli “sportivnıy”, yəni idman şalvarı və futbolka olmuşdur, bunu onunla birgə tutulmuş Mirsəyid adlı şəxs də təsdiq edə bilər. Sadəcə ikinci dəfə çəkiliş aparakən əynində boz rəngli şalvar olduğundan bütün protokollarda həmin rəngli şalvar qeyd edilmişdir və ona görə də üçünçü dəfə çəkiliş aparılarkən aparılan sənədləşməyə uyğun olması üçün məhs boz rəngli şalvarın evdən gətirilməsi tələb edilmişdir. O, hazırda məhkəmə iclasında həqiqəti söyləyir, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini təzyiq və təsir altında verdiyi üçün ondan imtina edir, hazırkı iş üzrə onun heç bir günahi yoxdur və əsassız yerə məsuliyyətə cəlb olunmuşdur. Ona görə də məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona verilmiş suala cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, tutularkən üzəridə narkotik vasitə olmadığı, üzərində aşkar narkotik vasitə heroinin adını bilmədiyi polis əməkdaşının verdiyini və “Neyləyək, heç nəyi sübut edə bilməzsən, səhv zamanda, səhv yerdəsən, əgər bu miqdarı qəbul etməsən oyan-buyan eyləyib sözümüzə qulaq asmasan satışı da belinə yükləyərik,” dediyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyindən qorxaraq məcburiyyətdən ona edilən təkliflə razılaşmışdır. Eyni zamanda verilmiş suala cavab olaraq bildirmişdir ki, tutulduqdan dərhal sonra üzərinə baxış keçirilməsi və sonradan aparılmış iki video cəkilişlərdə məhkəmə istintaqında şahid qismində iştirak edən polis əməkdaşları iştirak etmişlər, onun barəsində edilən qanunsuzluqların bilavasitə şahidləri olmuşlar, lakin hazırda həmin halları inkar etməklə özlərinə haqq qazandırırlar. Halbuki, üzərində narkotik vasitənin olmadığıni bildikləri halda ona psixoloji təsir göstərməklə narkotik vasitənin ona verilməsini, bir neçə dəfə çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin iştirakçilarıdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Yasamal RPİ-nin NMB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə X2, narkotik vasitənin qanunsuz dövriyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə ondan, bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə saat axşam vaxtı Yasamal rayonu, 11-ci Xrebtovu 28 ünvanın yaxınlığına gəlmişdilər. Keçirilmiş güdmə nəticəsində həmin ünvanın yaxınlığında zahiri əlamətlərindən X3 uyğun gələn bir nəfərin və yanında da tanımadıqları iki nəfər şəxsin orada olduğunu görüb saat 21:30 radələrində həmin şəxslərə yaxınlaşaraq saxlamış və xidməti vəsiqələri həmin şəxslərə təqdim etmişdilər. Saxlanılan şəxs özünü X1 təqdim etmişdir. Yanındakı şəxslərin də şəxsiyyətlərini müəyyən etmək üçün həmin şəxslərin kim olmalarını soruşmuşdular. Həmin iki nəfər şəxsin də X8 və Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdilər. Daha sonra həmin şəxslərin də Süleyman Mustafayevin yanında olmaları və eyni zamanda narkotik vasitələrdən qanunsuz istifadə etmələri onlarda şübhə yaratmışdır. Məhz buna görə hər üç şəxsi birlikdə Yasamal RPİnin inzibati binasına gətirmişdilər. Polis İdarəsində xidməti otaqların hər birinin üzərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman Emindən üzərində qeyri qanuni əşya və ya maddə varsa çıxarıb masanın üzərinə qoyması təklif olunmuşdur. Emin də əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxarıb təqdim etmiş və içərisində heroin olduğunu, onu özü istifadə etmək məqsədilə “Kubinka” adlanan ərazidən üzdən tanıdığı lakin, adını və ünvanını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar maddə Eminin vəkilinin iştirakı ilə tərəflərindən götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında ona verilmiş suala cavab olarq Şahid1 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs qarşı hər hansı bir psixoloji təsir göstərilməsinin, ona narkotik vasitə verilməsinin şahidi olmamışdır, videoçəkilişlə şəxsi axtarış istintaq hərəkətinin isə cəmi bir dəfə aparılmasının şahidi olmuşdir.Tutulmuş şəxslərin üzərlərinə ayrı ayrılıqda baxış keçirilərkən əynində olmuş paltarların nə üçün fərqli olması ilə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, onlar xidməti otaqlarında bir neçə dəst geyim saxlayırlar və tez tez dəyişirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Yasamal RPİ-nin NMB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə X2, narkotik vasitənin qanunsuz dövriyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə ondan, bölmənin əməliyyat müvəkkili, Şahid1 və kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə saat axşam vaxtı Yasamal rayonu, 11-ci Xrebtovu 28 ünvanın yaxınlığına gəlmişdilər. Keçirilmiş güdmə nəticəsində həmin ünvanın yaxınlığında zahiri əlamətlərindən X3 uyğun gələn bir nəfərin və yanında da tanımadıqları iki nəfər şəxsin orada olduğunu görüb saat 21:30 radələrində həmin şəxslərə yaxınlaşaraq saxlamış və xidməti vəsiqələri həmin şəxslərə təqdim etmişdilər. Saxlanılan şəxs özünü X1 təqdim etmişdir. Yanındakı şəxslərin də şəxsiyyətlərini müəyyən etmək üçün həmin şəxslərin kim olmalarını soruşmuşdular. Həmin iki nəfər şəxsin də X8 və Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdilər. Daha sonra həmin şəxslərin də Süleyman Mustafayevin yanında olmaları və eyni zamanda narkotik vasitələrdən qanunsuz istifadə etmələri onlarda şübhə yaratmışdır. Məhz buna görə hər üç şəxsi birlikdə Yasamal RPİnin inzibati binasına gətirmişdilər. Polis İdarəsində xidməti otaqların hər birinin üzərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman Emindən üzərində qeyri qanuni əşya və ya maddə varsa çıxarıb masanın üzərinə qoyması təklif olunmuşdur. Emin də əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxarıb təqdim etmiş və içərisində heroin olduğunu, onu özü istifadə etmək məqsədilə “Kubinka” adlanan ərazidən üzdən tanıdığı lakin, adını və ünvanını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar maddə Eminin vəkilinin iştirakı ilə tərəflərindən götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında ona verilmiş suala cavab olarq Şahid2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs qarşı hər hansı bir psixoloji təsir göstərilməsinin, ona narkotik vasitə verilməsinin şahidi olmamışdır, videoçəkilişlə şəxsi axtarış istintaq hərəkətinin isə cəmi bir dəfə aparılmasının şahidi olmuşdir. Tutulmuş şəxslərin üzərlərinə ayrı ayrılıqda baxış keçirilərkən əynində olmuş paltarların nə üçün fərqli olması ilə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, onlar xidməti otaqlarında bir neçə dəst geyim (paltar) saxlayırlar və tez tez dəyişirlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o da eyni məzmunlu ifadə verərək Şahid2 və Şahid1 ifadələrində göstərilmiş halları və faktları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, X5 onun bibisi oğludur. Lakin, Təqsirləndirilən şəxs tanımır, həmin günü yəni xx.xx.2023-cü il tarixdə orada olan zaman bibisi oğlunun yanında görmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Süleyman Mustafayevin evinə gəlmişdir. Bu vaxt təxminən saat 21:30 radələrində yaşadığı 11 -ci Xrebtovu 28 ünvanın qarşısına çatan zaman adını sonradan bildiyi Eminin və bibisi oğlu X2 həyətdə olduqlarını görmüşdür. Həmin şəxslərlə elə həyətdə görüşüb bir neçə dəqiqə küçədə söhbət edən zaman üç nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişdilər. X12 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək, onları da yəni, Emin ilə onu da Süleymanın yanında olduqları üçün birlikdə Yasamal rayon polis idarəsinə dəvət etmişdilər. Şahid ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər görməmişdir, onu tanımır, saxlanılıb polis idarəsinə aparılarkən Eminin əynində tünd göy rəngli idman şalvarı olduğunu xatırlayır.Belə ki, onları bir yerdə polis bölməsinə aparmışdırlar. Müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilmiş Afiyə Əkbərova bildirmişdir, o, təqsirləndirilən şəxs Eminin anasıdır, onunla birgə Qaradağ rayonu, Lökbatan qəsəbəsi S.Orucov 10, mənzil 5 ünvanında yaşayırlar. Oğlu Emin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir, idmanla məşğul olmuşdur və narkotik vasitədən istifadə etmir. Şahid ona verilmiş suala caba olarq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə oğlu Emin tutularkən onun əynində tünd göy rəngli idman şalvarı olmuşdur. Həmçinin bildirmişdir ki, 20 dekabr 2023-cü il tarixdə Emin ona demişdir ki, işi aparan müstəntiq onu polis idarəsinə dəvət edir ona görə ora getməlidir. Həmin gün o, Emindən narahat qaldığından bir neçə dəfə istifadəsində olan ********** nomrəli mobil telefon nömrəsindən Eminin istifadəsində olan ********* mobil telefon nömrəsinə zəng etmiş və danışmışlar. Həmin gün axşam saatlarında Emin ona yenidən zəng vuraraq ona məxsus boz rəgli şalvarını taksiylə onun olduğu polis idarəsinə göndərə biləcəyini soruşmuş və o da lazımdırsa göndərə biləcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Emin ona zəng edərək orada bir nəfərdən tapdığlarını və göndərməməsini xahiş etmişdir. Hazırda məhkəmə istintaqı aparılan cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə “Şəxsi axtarış və görütmə aparlması haqqında” protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİnin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X27 məhkəmənin təşəbbüsü ilə dəvət edilərək ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir psixoloji təsir göstərilməsinin, ona narkotik vasitə verilməsinin şahidi olmamışdır, videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti cəmi bir dəfə aparılmışdır və rəmiləşdirilmişdir. Həmin gün Eminlə eyni vaxtda tutulmuş Mirsəyid adlı şəxsin də barəsində ilkin sənədləşmənin onun tərəfindən 35 dədiqə ara ilə aparılmasını bildirmişdir. əynində olmuş Lakin hansı səbəbdən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə hərəkəti aparılarkən əynində olan polis kitelinin üzərində döş nşanlarının olmasını, əyləşdiyi kreslonun üzərində qış fəslinə uyğun olan qalın paltonun olmasını, sonradan isə (yəni 30 dəqiqə sonra) Mirsəyid Əmirovun üzərinə şəxsi axtarış və götürmə apararkən polis kitelinin üzərində döş nişanlarının olmaması, əyləşdiyi kreslonun üzərində payız fəslinə uyğun olan nazik dəri gödəkçənin olmasını izah edə bilməmişdir. Hazırda məhkəmə istintaqı aparılan cinayət işi üzrə ibtidai istintaqı aparmış Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Zaur Məmmədov məhkəmənin təşəbbüsü ilə dəvət edilərək ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona psixoloji təsirin göstərilməsi və narkotik vasitənin ona məxsus olmaması ilə bağlı bildirdikləri, habelə şəxsi axtarış və götürmə hərəkətinin bir neçə dəfə aparılması ilə bağlı bildirdikləri həqiqəti əks elətdirmir, onu tərəfindən obyektiv istintaq aparıldığını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, ********** saylı mobil telefon nömrəsi ona məxsus olmaqla istifadəsindədir, həmin nömrədən Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq onu cinayət işinin istintaqı ilə əlaqədar polis idarəsinə dəvət etmişdir. 09 dekabr 2023-cü il tarixində Təqsirləndirilən şəxsla cinayət işinin materialları ilə tanış etmə hərəkəti apardıqdan sonra hansı səbəbdən on gün sonra ona 19 dekabr tarixində zəng vuraraq 20 dekabr 2023-cü il tarixində Yasamal rayon polis İdarəsinə dəvət etməsini və Təqsirləndirilən şəxs bir neçə saat orada qalmasını izah edə və tutarlı cavab verə bilməmişdir. İttiham tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilmiş həkim narkoloq X13 bildirmişdir, narkoloji ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 7083 nömrəli rəyinin verilməsində məruzəçi həkim o olmuşdur və rəyə əsasən Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Eyni zamanda ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barədə narkoloji rəy verilərkən (tibbi yoxlamadan keçirilərkən) onun bədənindən hər hansı bir nümunə (qan, sidik və s) götürülməmişdir, hər hansı bir test keşirilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə sübhəli şəxs qismində tutulmuşdur ( səh.10). “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə sübhəli şəxs qismində 21:30-da tutulmuşdur (səh.27). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə sübhəli olan şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması və həmin qərarla Təqsirləndirilən şəxsla tanış edilməsi qərara alınmışdır (səh.30). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Əkbərov X21 RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 21:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilmişdir, onun üzərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Yasamal PRİ-nin inzibati binasında Yasamal RPİ-nin təhqiqatçısı X16 xidməti otağında video çəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış 23:05 dəqiqədə başlanmış və 23:25-dəqiqədə qurtarmışdır. Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş video görüntülərə baxış keçirilmiş və baxış zamanı 17 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm içərisində qəhvəyi rəngli kütlə təqdim etdi. Təqsirləndirilən şəxs həmin kütlələrin nədən ibarət olduğunu soruşduqda, o, bildirmişdir ki, həmin kütlələr narkotik vasitələrdir. Həmin narkotik vasitələrin kimdən əldən olunduğu soruşduqda, o, həmin narkotik vasitələri Yasamal rayonu ərazisindən üzdən tanıdığı şəxsdən 10 manat pul ödəyərək əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş naməlum maddələr ekspertizaya təqdim etmək üçün təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli zərflə qablaşdırılaraq götürülmüşdür. Həmin video görüntüyə baxış zamanı həmçinin müəyyən olunur ki, həmin istintaq hərəkətinin aparılmasında Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçı Orxan Əliyev, müdafiəçi Rafael Allahverdiyev, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid3 iştirak etmişdirlər. Eyni zamanda həmin video görüntüdən görünür ki, təhqiqatçi O.Əliyev xidməti otağında kresloda əyləşmişdir və kreslonun ciyin hissəsində (üstündə) özünə məxsus olan palto geyimi asılmışdır, O.Əliyevin əynində olan polis üst geyiminin sağ sinə hissəsində iki ədəd döş nişanı asılmışdır, qarşısında olan masanın sağ hisəsində (üzərində) müxtəli əşyalar, üst-üstə yığılmış qovluqlar və kitablar səliqəsis halda yığılmışdır. Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 əynində ağ rəngli, uzun qol və boğazlı köynək vardır, əlində saat yoxdur. Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 əynində isə ağ rəngli sviter və tünd göy rəngli uzun qol jaket vardır, qolunda saat yoxdur. Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 əynində qara rəngli boğaz hissəsi dəmir seplə bağlanan mayka geyinmişdir, üzərindən isə qabağı dəmir seplə bağlanan qara rəngli jaket geyinmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X9 17 oktyabr 2023-cü il tarixdə (saat 21:30 dəqiqədən) Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X27 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, saat 00:00 dəqiqədən 00:30 dəqiqəyədək olan müddət ərzində X4 üzərinə şəxsi axtarış keçirilərkən Mirsəyid Seyidəmirovun əynində qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Həmin hərəkətin aparılmasına dair video görüntüyə baxış zamanı müəyyən olunur ki, həmin istintaq hərəkətinin aparılmasında Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçı Orxan Əliyev, müdafiəçi Emil Babışovun, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid3 iştirak etmişdirlər. Eyni zamanda həmin video görüntüdən görünür ki, təhqiqatçi O.Əliyev xidməti otağında kresloda əyləşmişdir və kreslonun ciyin hissəsində (üzərində) özünə məxsus olan qara rəngli dəri gödəkcə üst geyimi asılmışdır, O.Əliyevin əynində olan polis üst geyiminin sağ sinə hissəsində heç bir döş nişanı yoxdur, qarşısında olan masanın sağ hisəsində (üzərində) əşyalar, üst-üstə yığılmış qovluqlar və kitablar yoxdur, stolun üstü səliqəli və təmizdir. Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 əynində göy rəngli, uzun qol, boğazsız olan köynək vardır, sol qolunda saat vardır. Yasamal RPİnin NMB-nin əməliyyat müvəkkili Şahid3 əynində isə qara rəngli qısa qol mayka onun üzırindən isə gör rəngli qısa, qolsuz jeletka geyinmişdir, sol qolunda saat vardır. Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 əynində qara rəngli boğazı dairəvi formada olan mayka üzərindən isə qabağı dəmir seplə bağlanan qara rəngli jaket geyinmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin götürülərkən çəkilmiş videogörüntü əks olunan 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir (İ/V. 109-114). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 6/5604 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülən 01 ədəd bükümdə təmiz çəkisi 1,179 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata sərf edildi 0,05qr, qalıq: 1,129qr. Ekspertiza tədqiqatının dəyəri 92 manat təşkil edir (İ/V. 41-43). Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji X29 Şəxsin verdiyi 30 oktyabr 2023-cü il tarixli 7083 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticə ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olamamsını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 92-93). Müdafiə tərəfinin vəsatəti əsasında Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji X29 Şəxsin təkrar verdiyi 01 aprel 2024-cü il tarixli 2054 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotiklərdən asılılıq aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. (İ/V. 90). “Sübutların qiymətləndirilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,179 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir tədqiqatdan sonra qalıq qalmış 1,129qr narkotik vasitə heroin Yasamal RPİ-nin saxlama yerinə təhvil verilmişdir (İ/V. 109-114). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəlrini icra edən Rəşadət Orucov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 74-75). “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ/V. 77). “Təqsirləndirilən şəxs və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs və onun müdafiəçisi Yasamal RPİ-nin Bakı şəhəri Abdulvahav Salamzadə küçəsində yerləşən inzibati binasında cinayət işinin materialları ilə tanış olmuşdurlar. (İ/V121). “İttiham aktı”ndan görünür ki, həmin ittiham aktını Bakı şəhər, Yasamal PRİ-nin İstintaq şöbəsinin müstəntiqi X11 idarəsinin inzibati binasında yerləşən xidməti otağında 17 dekabr 2023-cü il tarixdə tərib etmişdir və 22 dekabr 2023-cü il tarixində Bakı şəhəri Yasamal rayon prokuroru tərəfindən təsdiq edilmişdir. (İ/V123-130). Məhkəmənin sorğusu əsasında əldə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2024-cü il tarixli Azercell Telekom MMC-dən əldə edilmiş 1 ədəd CD diskdə olan: - “Abunəçilər” adlı faylda olan məlumatlarından görünür ki, ********* mobil nömrənin sahibi Təqsirləndirilən şəxsdur və ********* mobil nömrənin sahibi isə X10r. - “Anten” adlı faylda olan məlumatlarından görünür ki: - 19 dekabr 2023-cü il tarixində saat 20:14-də ibtidai istintaqı aparan müstəntiq Zaur Məmmədov öz istifadəsində olan ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrəyə zəng etmişdir və onların aralarında 66 saniyyə danışıq olmuşdur. - 20 dekabr 2023-cü il tarixində saat 16:59-da ibtidai istintaqı aparaq müstəntiq Zaur Məmmədov öz istifadəsində olan ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrəyə zəng etmişdir və onların aralarında 15 saniyyə danışıq olmuşdur, həmin vaxt Təqsirləndirilən şəxs Yasamal RPİ-nin inzibati binası yerləşən Əbdülvahab Salamzadə küçəsində olmuşdur. Həmin gün saat 17:40-da Təqsirləndirilən şəxs öz istifadəsində olan ********* mobil nömrədən anası Afiyə Əkbərovanın istifadəsində olan ********* mobil nömrəyə zəng etmişdir onların aralarında 19 saniyyə danışıq olmuşdur, həmin vaxt Təqsirləndirilən şəxs Yasamal RPİ-nin inzibati binası yerləşən Əbdülvahab Salamzadə küçəsində olmuşdur. Həmin gün saat 17:52-da müstəntiq Zaur Məmmədov öz istifadəsində olan ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrəyə zəng etmişdir və onların aralarında 19 saniyyə danışıq olmuşdur, həmin vaxt Təqsirləndirilən şəxs Yasamal RPİ-nin inzibati binası yerləşən Əbdülvahab Salamzadə küçəsində olmuşdur. Həmin gün saat 18:06-da Təqsirləndirilən şəxs öz istifadəsində olan ********* mobil nömrədən müstəntiq Zaur Məmmədovun istifadəsində olan ********** mobil nömrəyə zəng etmişdir və onların aralarında 29 saniyyə danışıq olmuşdur, həmin vaxt Təqsirləndirilən şəxs Yasamal RPİ-nin inzibati binası yerləşən Əbdülvahab Salamzadə küçəsində olmuşdur. Həmin gün saat 19:22-də müstəntiq Zaur Məmmədov öz istifadəsində olan ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrəyə zəng etmişdir və onların aralarında 13 saniyyə danışıq olmuşdur, həmin vaxt Təqsirləndirilən şəxs Yasamal RPİ-nin inzibati binası yerləşən Əbdülvahab Salamzadə ünvanında olmuşdur. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özüözlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, anten məlumatları ilə müqayisəli şəkildə təhlil edərək, toplanmış materialların məcmusuna qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirsizliyinə dair ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunur, ona görə də ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutların məcmusu, onun ittiham olunan cinayət əməlində təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən mobil operatordan sörğu edilərək əldə edilmiş CD-diskdə əks olunan yuxarıda sadalalan məlumatlarla təqsirləndirilən şəxsin ifadəsinin (xüsusən onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin iki aydan artıq bir vaxt sonra yenidən təkrar aparılması), müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilmiş X6 ifadələrinin (təqsirlədirilən şəxs olan oğlunun polis idarəsində olarkən ona zəng edib boz rəngli şalvarının ona göndərilməsini xahiş etməsi) doğruluğu müəyyən edilir. Belə ki, həmin sübutlardan müəyyən olunur ki: - ibtidai istintaqı aparaq müstəntiq Zaur Məmmədov 09 dekabr 2023-cü il tarixində təqsirləndirilən şəxs və onun müdafiəçisini Yasamal RPİ-nin Bakı şəhəri Abdulvahav Salamzadə küçəsində yerləşən inzibati binasında cinayət işinin materialları ilə tanış etməsinə və 17 dekabr 2023-cü il tarixdə “İttiham aktı”nı tərtib edərək cinayət işini ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən prokurora göndərməsinə baxmayaraq , iki gün sonra yəni xx.xx.2023-cü il tarixində tqəsirləndiriln şəxsə zəng edərək onu xx.xx.2023-cü il tarixində Yasalmal RPİ-nə dəvət etmişdir və Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 16:59-dan 19:22-dək polis idarəsinin inzibati binasında olmuşdur. İnzibati binada olduğu zaman oradan anasına zəng vurmuşdur. Məhkəmə istintaqı zamanı bu halın aydınlaşdırılması ilə bağlı yəni hansı səbəbdən ibtidai istintaq qurtardıqdan sonra Təqsirləndirilən şəxs polis idarəsnə dəvət edilməsi və onun orada üç saata yaxın bir vaxt qalması müstəntiq Zaur Məmmədov tərəfindən əsaslandırıla və izah edilə bilinməmişdir. Məhkəmə qeyd edir ki, bu halın mötəbər sübutla təsdiq edilməsi ələlxüsus təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokolun obyektivliyini və həqiqliyini şübhə altına alır. Məhkəmə hesab edir ki, iş materiallarına sorğu edilərək əlavə edilmiş anten məlumatları, mobil operatorlarla aparılan danışıqların vaxtları və saatları, dəqiqələri ilə bağlı məlumatlar iş üzrə əhəmiyyət kəsb edən mühüm halların müəyyən edilməsində təkzibedilməz və saxtalaşdırılması mümkün olmayan sübutlardır. Belə olan halda məhkəmə hesab edir ki, həmin sübutlar əsasında hazırki iş üzrə müəyyən edilmiş hallar təqsirləndirilən şəxsin məhkmə istintaqı zamanı vermiş olduğu ifadəsinin döğruluğunu müəyyən edən amillərdir və bunula bərabər ittiham tərəfinin təqdim etmiş olduğu sübutları əsaslı şübhə altına salır. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, təqsiləndirilən Təqsirləndirilən şəxs əvvəllər dostluq münasibətində olduğu şəxsin atasının yaşadığı ünvana gələrək ondan xəbər bilmək istəmişdir, orada dostunun atası Suleyman adlı şəxs və bir əfər əvvəllər tanımadığı Mirsəyid adlı şəxs olmuşdur, bunlar aralarında söhbətləşən zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları polis idarəsinə gətirmişlər. Orada ilk əvvəl Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixində saat 23:05-23:25 dək şəxsi axtarış və götürmə hərəkəti aparılmışdır, sonra Mirseyid adlı şəxsin üzərinə 00:00-00:30-dək şəxsi axtarış aparılmışdır və bu istintaq hərəkəti eyni təhqiqatçı və polis əməkdaşlarının iştirakları ilə baş tutmuşdur. Hər iki şəxs barəsində aparılmış sözügedən istintaq hərəkəti 30 dəqiqə vaxt aralığında aparılması sənədlərdə göstərilsə də video çəkilişdən görünür ki, orada iştirak edən şəxslərin geyimləri və digər hallar (geyimlərinin rəngləri, formaları, fəsilə uyğunluqları, qollarında saatın olub olmamaları, çəkiliş aparılan otaqda olan stolun üzərindəki əşyaların yerləşmələri, təhqiqatçının kreslosunu üzərində bir çəkilişdə nazik dəri gödəkçə asilması, digər çəkilişdə qalın palto asılması və s) onu deməyə əsas verir ki, video çəkilişlər eyni gündə olmaqla 30 dəqiqə aralığında deyil Təqsirləndirilən şəxsla bağlı video çəkiliş oktyabr ayında deyil havaların daha soyuq olduğu qış ayında, dekabrda aparıldığı qənaətinə gəlinir. Məhkəmə bu qənaətə gələrkən mühüm və mötəbər hal kimi onu nəzərə alır ki, anten və zəng məlumatlarından dəqiq müəyyən olunur ki, Təqsirləndirilən şəxs ittiham aktı tərtib edildikdən sonra müstəntiq tərəfindən 20 dekabr 2023-cü il tarixində polis idarəsinə dəvət edilmiş və o, üç saata yaxın bir vaxt ərzində inzibati binada olmuşdur. Digər tərəfdən Təqsirləndirilən şəxs məhs həmin gün video çəkilişlə üzərinə yenidən axtarış və baxış keçirildiyini bildirmiş, lakin ittiham tərəfi nə səbəbdən ibtidai istintaq bitdikdən və ittiham aktı tərtib edildikdən sonra təqsirləndirilən şəxsi polis idarəsinə dəvət etməsini əsaslı şəkildə izah edə bilməmişdir. Bundan başqa məhkəmə istintaqında şahid qismində ifadə vermş Əmirov Mirsəyid Təqsirləndirilən şəxs məhkəmə istintaqında bildirdiyi mühüm xüsusatı təsdiq edərək bildirmişdir ki, onları polis idarəsinə götirilərkən Təqsirləndirilən şəxs əynində tünd göy rəngli idman şalvarı olmuşdur. Digər tərəfdən, təqsirləndirilən şəxs Emin Əkbrovun məhkəmə istintaqı zamanı “müstəntiqin ona zəng edərək polis idarəsinə dəvət etdiyi və onun üzərinə video çəkiliş aparmaqla yenidən baxış kecirilməsi ilə bağlı gətirdiyi dəlillərin həqiqiliyi ittiham tərəfindən inkar olunur, belə halın baş vermədiyi bildirilir bunula əlaqədar məhkəmə qeyd edir ki, nə qədər ki ittiham tərəfi bu halın səbəbini izah edə bilmir Təqsirləndirilən şəxs ibtidai istintaq bitdikdən sonra polis idarəsinə dəvət edilməsi və 3 saata yaxın bir vaxt həmin binada qalması mötəbər sübutlarla təsdiq edilir belə olan halda ittiham tərəfinin gətirdiyi dəlillər ağlabatan, inandırıcı və məntiqli sayıla bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ifadələrində gətirmiş olduğu dəlillər xüsusən 19-20 dekabr tarixlərində yəni ibtidai istintaq bitdikdən sonra mütəntiqin ona zəng etməsi, polis idarəsinə dəvət etməsi və orada saatlarla qalması məhkəmənin sorğusu əsasında əldə edilmiş mobil operatorlardan alınmış məlumatlarla öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq məhkəmə Emin Əkbrovun bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab edir. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş şahidlərin ifadələri olmuşdur. İbtidai istintaq orqanı ittihamın əsası kimi üç şahid ifadəsini əsas götürərək Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürmüşdür, halbuki həmin şahidlərin verdikləri ifadələri məhkəmə aşğıdakılara əsasən cinayət işində olan bir sıra sübutlarla ziddiyyətli olduğu üçün onların həqiqiliyinə və mötəbərliyinə şübhə ilə yanaşır. Belə ki, xx.xx.2023-cü il tarixində ilkin olaraq Təqsirləndirilən şəxs sonradan isə (30 dəqiqə sonra) Mirsəyid Əmirovun üzərinə şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş hər üç şahidin üzərlərində olmuş geyimləri əsaslı dərəcədə fərqli olmuşdur, yəni istər geyimlərinin rəngləri, forması, fəsilə uyğunluğu, üzərlərində əlavə əşyaların olması və sair fərqliliklər onların məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrinə şübhə ilə yanaşmağa vadar edir, ifadələrini qeyri-səmimi hesab etməklə bərabər onların həqiqiliyinə şübhə yaradır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, şəxsi axtarış və götürməni həyata kçirmiş təhqiqatçi Orxan Əliyev məhkəmə iclasında ona verilmiş suala cavab olaraq özünün ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə apararkən əynində olan polis kitelinin üzərində döş nişanlarının olmasını, əyləşdiyi kreslonun üzərində qış fəslinə uyğun olan qalın paltonun olmasını, sonradan isə (yəni 30 dəqiqə sonra) Mirsəyid Əmirovun üzərinə şəxsi axtarış və götürmə apararkən polis kitelinin üzərində döş nişanlarının olmaması, əyləşdiyi kreslonun üzərində payız fəslinə uyğun olan nazik dəri gödəkcənin olmasını ağlabat şəkildə izah edə bilməmişdir. Məhkəmə hesab edir ki, şahidlər tərəfindən geyimlərində olan bu fərqliliklər barəsində tutarlı və inandırıcı izahat verə bilmədikləri üçün iş üzrə olan şahid ifadələrinə mötəbər, obyektiv və qərəzsiz sübut növü kimi yanaşıla bilinməz və bu səbəbdən hazırki iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın irəli sürülməsində sübut növü kimi istifadə edilə bilinməz. Belə olan halda həmin şəxslərin iş materiallarında olan şahid ifadələrinin sübuti əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. İbtidai istintaq orqanın mötəbər sübut qismində istinan etdiyi digər sübut növü 17 oktyabr 2023-cü il tarixli, saat 23:05-dən saat 23:25-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü tarixli, protokoldan və diskdən görünür ki, istintaq hərəkətinin aparılmasında Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçı Orxan Əliyev, müdafiəçi Rafael Allahverdiyev, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid3 iştirak etmişdirlər. Eyni zamanda həmin video görüntüdən görünür ki, təhqiqatçi O.Əliyev xidməti otağında kresloda əyləşmişdir və kreslonun ciyin hissəsində (üstündə) özünə məxsus olan palto geyimi asılmışdır, O.Əliyevin əynində olan polis üst geyiminin sağ sinə hissəsində iki ədəd döş nişanı asılmışdır, qarşısında olan masanın sağ hisəsində (üzərində) müxtəli əşyalar, üst-üstə yığılmış qovluqlar və kitablar səliqəsis halda yığılmışdır. Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 əynində ağ rəngli, uzun qol və boğazlı köynək vardır, qolunda saat yoxdur. Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 əynində isə ağ rəngli sviter və tünd göy rəngli uzun qol jaket vardır, qolunda saat yoxdur. Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 əynində qara rəngli boğaz hissəsi dəmir seplə bağlanan mayka geyinmişdi,r üzərindən isə qabağı dəmir seplə bağlanan qara rəngli jaket geyinmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilmiş yuxarıda sadalanan hallardan göründüyü kimi eyni şəxslər 30 dəqiqə sonra iştirak etdikləri digər prosessual hərəkətdə iştirak edərkən onların geyimlərində olan fərqliliklər, həmçinin prosesussul hərəkət aparılmış xidməti otaqda olan əşyaların fərqlilikləri, habelə Təqsirləndirilən şəxs ibtidai istintaq bitdikdən sonra 20 dekabr 2023-cü il tarixində bir neçə saat Yasamal RPİ-nin inzibati binasında olması belə qənaətə gəlməyə əsas verir ki, şəxsə qarşi ittihamin irəli sürülməsində istifadə olunmuş ən əsas sübut kimi sözügedən protokol və onun aparılmasını özündə əks etdirən video çəkiliş tam həqiqəti əks etdirmir, şübhəlidir və bu səbəbdən obyektiv və qərəzsiz hesab edilə bilinməz. Eyni zamanda, sözügedən protokolun məzmunundan görünür ki, həmin Protokolda götürülmüş əşyanın fərdi əlamətləri konkret olaraq ölçüsü və çəkisi göstərilməmişdir, bu barədə də heç bir qeyd aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-in 247.1.9-cü maddəsinə əsasən, axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir olunmalıdır. Yuxarıda sadalanan halların hər biri iş üzrə sübut kimi qiymətləndirilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsinə dəlalət etməklə həmin sübutun da mötəbərliyini şübhə altına alır. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 6/5604 nömrəli rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyini, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyini, həmin protokolda istintaq hərəkətinin aparılması vaxtının formal göstərildiyi halda göstərilən bu halların sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə imkan vermir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X29 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 oktyabr 2023-cü il tarixli, 7083 saylı rəyi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X29 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 oktyabr 2023-cü il tarixli tarixli, 7083 saylı rəyindən görünür ki, X19 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Müdafiə tərəfinin vəsatəti əsasında Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji X29 Şəxsin təkrar verdiyi 01 aprel 2024-cü il tarixli 2054 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotiklərdən asılılıq aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə hesab edir ki, ikinci rəy yəni 01 aprel 2024-cü il tarixli 2054 nömrəli rəy əsas götürülməlidir. Belə ki, birinci rəydən fərqli olaraq ikinci rəyin verilməsi üçün əsas Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin analizinin nəticələri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının X20 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi yuxarıda qeyd edilən sübut təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroinin əldə edib saxlamaqla daşımasını təsdiq edən sübut deyildir. Göstərilən bütün bu hallar X20 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda X23 AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X26 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, X23 AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli iş üzrə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitə heroin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan narkotik vasitə heroinin qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 03 ədəd disk iş materiallarında saxlanılmalı, X23 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X15 vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs X20 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-145/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X23 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X15 vəkil işlədiyi Prospekt Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 1,179 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 1,129 qram narkotik vasitə heroin araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk, məhkəmə istintaqı zamanı əldə edilmiş anten məlumatları özündə əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X15 vəkil işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-145/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-145/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver