Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-146/2020 02.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu M.Müşviq küçəsi 501-ci məhəllədə yerləşən 8B saylı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 tərəfindən idarə edilən “Wolksvagen Polo” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin kilidlənməmiş qapısını açmaqla salona daxil olaraq oradan içərisində sonuncuya məxsus 320 manat, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə olan manat məzənnəsi ilə 40 manat 50 qəpik təşkil edən 150 türk lirəsi və 149 manat 60 qəpik təşkil edən 88 ABŞ dolları nağd pul olan 1 ədəd 1000 manat dəyərində “Mont Blanc” markalı pul qabını və 1 ədəd 250 manat dəyərində “İphone SE” markalı **********10984 İMEİ kodlu mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1760 manat 10 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 21:30-da ünvan 2 ünvanında yerləşən “Qoğal” şirniyyat evinin qarşısında yolun kənarında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Mercedes E220” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin kilidlənməmiş qabaq sağ qapısını açmaqla salona daxil olaraq oradan sol iç cibində sonuncuya məxsus 600 manat nağd pul olan 1 ədəd “Elmas” markalı 245 manat dəyərində palto, 1 ədəd 12 manat dəyərində markası məlum olmayan papaq və 1 ədəd 45 manat dəyərində üzərində “Gaisite” yazıları olan gödəkcəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 902 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında yerləşən “N” saylı Hərbi Hissənin qarşısında yolun kənar hissəsində saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes-Benz GL500” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin kilidlənməmiş qapısını açmaqla salona daxil olaraq oradan sonuncuya məxsus 200 manat nağd pul və 1 ədəd 3 manat dəyərində üzərində “LDNİO” yazıları olan 120 W-luq cərəyan ötürücü cihazı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 203 (iki yüz üç) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanı qarşısında yolun kənar hissəsində saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes-Benz GL500” markalı **- FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin kilidlənməmiş qapısını açmaqla salona daxil olaraq oradan sonuncuya məxsus 01 cüt 300 manat dəyərində “Louis Vuitton” markalı idman ayaqqabısı, 01 ədəd markası məlum olmayan 400 manat dəyərində qara rəngli gödəkcə, 01 ədəd “Zara” markalı 20 manat dəyərində cins şalvar, 01 ədəd markası məlum olmayan 50 manat dəyərində köynəyi və 01 ədəd 15 manat dəyərində üzərində “Hummel” yazıları olan lasina, 1 ədəd 5 manat dəyərində üzərində “Slazenger” yazıları olan idman köynəyini və həmin markalı 15 manat dəyərində corabı, 01 ədəd “Yamaha” markalı, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə olan manat məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları dəyərində sintezatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2505 (iki min beş yüz beş) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki,o xx xxxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu M.Müşviq küçəsi 501-ci məhəllə ərazisində binaların arasında gəzərkən yolun kənarında saxlanılmış “Wolksvagen” markalı, **-XX-*** nömrə nişanlı avtomobilin qapı kilidlərinin bağlanmadığını görmüşdür. Bu zaman o ətrafda hec kimin olmadığına əmin olub avtomobilin salonuna əyləşib qabaq sərnişin oturacağının qarşısında olan saxlanc yerini açaraq, oradan bir ədəd pul qabı və sürət ötürücüsünün yamından bir ədəd “İphone” markalı mobil telefon aşkar edib götürərək avtomobildən çıxıb getmişdir. Oradan bir qədər uzaqlaşdıqdan sonra o, avtomobildən oğurladığı pul qabının içərisindən təxminən 80-90 ABŞ dolları, 150 türk lirəsi və 320 manat pul olduğunu götürmüş, orada olan kartarın təhlükəsizlik kodu olmadığından o, pul qabını kartlarla birlikdə xatırlamadığı yerdə tullamışdır. Avtomobildən oğurladığı telefonu isə 3-cü mikrorayon dairəsi yaxınlığında tanımadığı şəxsə 50 manata satmışdır. Bundan başqa, o xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsində gəzən zaman bir nəfər şəxsin “Mercedes” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək qapıları kilidləmədən “Nargilə” kafesinə daxil olduğunu görmüşdür. Bu zaman o oğurluq etmək məqsədi ilə avtomobilin içərisinə baxaraq orada heç kimin olmadığını gördükdən sonra “Nargilə” kafesinin pəncərəsindən içəri baxmış və həmin şəxsin oturub çay içdiyini görmüşdür. Bundan sonra o oğurluq etmək üçün əlverişli şəraitin olduğunu düşünərək həmin avtomobilin qapısını açıb salona əyləşmiş və oradan 1 ədəd papaq, 1 ədəd gödəkcə və 1 ədəd palto aşkar edib götürərək, hadisə yerində uzaqlaşmış evə gəlmişdir. Evdə olan zaman o oğurladığı paltarların ciblərini yoxalayarkən paltonun sol iç cibindən 600 manat pul aşkar edib götürmüşdür. Həmin palto və papağı o, bir neçə gün ərzində 3-cü mikrorayon ərazisində tanımadığı şəxslərə ümumilikdə 100 manat pula satmış, gödəkcəni isə evində saxlamışdır. Oğurluq nəticəsində əldə etdiyi 700 manatı öz şəxsi maraqları üçün xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində o, Bakı şəhəri Yasamal rayonu M.Müşviq küçəsində gəzən zaman orada yerləşən “N” saylı hərbi hissənin qarşısında yolun kənarında saxlanılmış “Mercedes GL500” markalı **-FS-*** nömrə nişanlı avtomobilin yanından keçərkən salonun içərisinə baxmış və görmüşdür ki, qapıların kilidləri açıq vəziyyətdədir. Ətrafda heç kəsin ona fikir vermədiyini görüb oğurluq etmək məqsədi ilə avtomobilə sürücü tərəfdən yaxılaşaraq qapaq qapısını açıb salona daxil olub qabaq oturacaqların arasında olan saxlanc yerinə baxıb oradan bir ədəd cərəyan ötürücü cihazını və bir ədəd qadın pul kisəsinin içərisində olan 200 manat pulu götürüb avtomobildən çıxmışdır. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə o yenidən avtomobildən oğurluq etmək məqsədi ilə evdən çıxaraq Bakı şəhəri Yasamal rayonu M.Müşviq küçəsinə gəlmiş və 2 gün əvvəl oğurluq etdiyi “Mercedes GL500” markalı avtomobilin yolun əks tərəfində, “Buxara” restoranından bir qədər yuxarıda dayandığını görmüşdür. O, avtomobilə yaxınlaşdıqda qapılarının yenə də kilidlənməmiş olduğunu görüb, avtomobilə daxil olaraq saxlanc yerinə baxmış və orada heç nə aşkar etməmiş, sonra isə arxa oturacaqlara əyləşərək orada olan 1 ədəd boz rəngli cins şalvar, bir ədəd köynək, bir ədəd qolsuz idman köynəyi, paketin içərisində olan bir cüt idman ayaqqabısı, bir ədəd qara rəngli gödəkcəni, bir ədəd losina və bir ədəd corab götürüb hamısını ayaqqabıların olduğu paketə doldurmuş, bundan başqa həmin avtomobilin baqaj hissəsində olan bir ədən “Yamaha” markalı sintezatorü götürüb avtomobildən uzaqlaşmışdır. Oğurladığı əşyaları o, Bakı şəhəri 3-cü mikrorayon dairəsi yaxınlığında tanımadığı şəxslərə ümumilikdə 200-300 manat pula satmışdır. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmasını nəzərə alaraq məhkəmədə ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsqismində dindirilmişZərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində o, idarə etdiyi “Wolksvagen Polo” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayaraq mənzilə qalxmışdır. Bir qədər sonra, təxminən saat 20:35 radələrində o evdən çıxmış, avtomobilə yaxınlaşaraq sürücü tərəfdən salona əyləşdikdə görmüşdür ki, qabaq sərnişin oturacağının qarşısındakı saxlanc yeri açıq vəziyyətdədir, orada onun saxladığı içərisində 320 manat nağd pul, 4 ədəd 10 ABŞ dolları, 5 ədəd 5 ABŞ dolları, 1 ədəd 20 ABŞ dolları, 1 ədəd 1 ABŞ dolları, 1 ədəd 2 ABŞ dolları, 1 ədəd 100 türk lirəsi və 1 ədəd 50 türk lirəsindən ibarət pul əksinasları, 1 ədəd öz adına olan “Silkway Bank” tərəfindən verilmiş gümüş kart, 1 ədəd öz adına olan “Beynəlxalq Bank” tərəfindən verilmiş, 1 ədəd öz adına olan “Beynəlxalq Bank” tərəfindən verilmiş “American Express” kartı, 1 ədəd öz adına olan “A Group” Sığortanın kartı, AZAL şirkətinin “Miles” kartı olan 1 ədəd 1000 manat dəyərində “Mont Blanc” markalı pul kisəsi yerində yoxdur. Əlavə olaraq avtomobilin salonunda olan sürət ötürücüsünün altından onun özünə məxsus 1 ədəd 250 manat dəyərində “İphone SE” markalı mobil telefonun da yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Son olaraq Təqsirləndirilən şəxs atasının ona dəymiş ziyanı tam ödədiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək, cinayət işinin icraatına xitam verməklə təqsirləndirilən şəxsin azadlığa buraxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmişZərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində özünə məxsus “Mercedes E220” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən “Nargilə” kafesinin qarşısında yolun kənarında saxlayıb düşərək, avtomobilin qapılarının kilidini bağlamadan kafenin icərisinə daxil olmuşdur. Bir müddət kafedə oturub çay içdikdən sonra saat 22 radələrində kafedən çıxaraq və avtomobilinə əyləşmiş, həmin vaxt görmüşdür ki, avtomobildə qoyduğu 1 ədəd 12 manat dəyərində markasını xatırlamadığı papaq, 1 ədəd 45 manat dəyərində “Gaisite” markalı gödəkcə və avtomobildə asdığı 1 ədəd “Elmas” markalı 245 manat dəyərində palto yerində yoxdur. Həmin paltonun sol iç cibində 600 manat nağd pul da var idi. Hadisə nəticəsində ona ümumilikdə 902 manat maddi ziyan dəymişdir. Son olaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyan tam ödəniliydiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmişZərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 08:45-də o, özünə məxsus “Mercedes-Benz GL 500” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 5 ünvanının yaxınlığında yerləşən hərbi hissənin qarşısında yolun kənarında saxlayıb işə getmişdir. Axşam saat 18 radələrində işdən çıxıb evinə qayıdarkən, “Tosoil” YDM-nə yanacaq üçün pul vermək istədiyi zaman görmüşdür ki, avtomobilinin salonunda oturacaqların arasında olan saxlanc yerində olan pullardan 200 manat və saxlanc yerində onun qoyduğu 1 ədəd 10 manat dəyərində “LDNİO” markalı cərəyan paylayıcı cihaz da yerində yoxur. Dəymiş ziyanın miqdarının az olduğu üçün o, oğurluq barədə şikayət etməmişdir. Bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə saat 08:45-də o, avtomobilini ünvan 6 ünvanı qarşısında yolun kənarında saxlamış və iş yerinə getmişdir. Həmin vaxt onun avtomobilində özünə məxsus muxtəlif paltarlar eləcə də avtomobilin baqaj hissəsində 01 ədəd “Yamaha” markalı 1000 ABŞ dolları dəyərində sintezator olmuşdur. O saat 17:50-də o işdən çıxıb “Yaşıl teatr” istiqamətində getmiş və həmin yerə çatanda paltarlarını götürmək istədikdə onların yerində olmadığını aşkar etmiş və bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş, sonra isə Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, avtomobilinin baqaj hissəsinə baxdıqda isə oradan sintezatorunda oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1180 manat və 1000 ABŞ dolları maddi ziyan dəymişdir. Son olaraq Təqsirləndirilən şəxs atası tərəfindən ona dəymiş ziyanın ödədiyi üçün ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək, cinayət işinin icraatına xitam verməklə təqsirləndirilən şəxsin azadlığa buraxılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına baxış keçirilərkən Təqsirləndirilən şəxs oğurladığı əşyalardan yaşadığı evdə saxladığı 1 ədəd üzərində “Gaisite” yazıları olan gödəkcəni, 1 ədəd üzərində “LDNİO” yazıları olan 120 W-luq cərəyan ötürücüsünü, 1 ədəd “Zara” markalı cins şalvarı, 1 ədəd üzərində “Hummel” yazıları olan lasinanı, 1 ədəd üzərində “Slazenger” yazıları olan idman köynəyini, 1 ədəd B94669262A seriyalı 1 ABŞ dolları olan pul əskinası və 1 ədəd B041241410 seriyalı 50 Türk lirəsi olan pul əskinası təqdim etmiş və bununla bağlı Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı polis mayoru Aslan Qasımov tərəfindən protokol tərtib edilərək çəkilmiş fotoşəkillərlə birlikdə istintaq materiallarına əlavə edilmişdir. (i.v. 20-23) “DVD-R diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “Qoğal” şirniyyat evinin qarşısında, həmin ünvanda yolun kənarında saxlanmış “Mercedes” markalı avtomobilə bir nəfər kişi cinsli əynində qara rəngli gödəkçədə olan şəxs yaxınlaşmış və 21:29:32 saniyədə avtomobilin sağ qabaq qapısını açıb avtomobilin içərisinə baxmış və 21:30:15 saniyədə avtomobilin qapısını örtərək avtomobildən nə isə oğurlayaraq yolun o biri tərəfinə keçib İncəsənət Gimnaziyasının qarşısı ilə çıxıb getməsi müəyyən olunur. (i.v. 69) “Əşyalara baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, 1 ədəd üzərində “LDNİO” yazıları olan 120 W-luq cərəyan ötürücüsünə, 1 ədəd “Zara” markalı cins şalvara, 1 ədəd üzərində “Hummel” yazıları olan lasinaya və 1 ədəd üzərində “Slazenger” yazıları olan idman köynəyinə Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmiş və sonuncu həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. (i.v. 116-118) “Əşyalara baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, 1 ədəd üzərində “Gaisite” yazıları olan gödəkcəyə Zərərçəkmiş şəxs3 iştirakı ilə baxış keçirilmiş və sonuncu həmin əşyanın özünə məxsus olduğunu bildirmişdir. (i.v. 125-126) “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 ədəd B94669262A seriyalı 1 ABŞ dolları olan pul əskinasına və 1 ədəd B041241410 seriyalı 50 Türk lirəsi olan pul əskinasına Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş və sonuncu həmin əskinasların xarici əlamətlərinə görə avtomobilindən oğurlanmış əskinaslara oxşar olduğunu bildirmişdir. (i.v. 195-196) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 09/41 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş malların istifadədə olmuş və təzə vəziyyətdə olan malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 88,00 manat müəyyən edilir: 1 ədəd üzərində “Gaisite” yazıları olan, 3Xİ ölçülü, boz rəngli, papaqlı təzə vəziyyətdə gödəkcə - 45 manat; 1 ədəd üzərində “LDNİO” yazıları olan 120 W-luq, avtomobil üçün nəzərdə tutulmuş, istifadədə olmuş cərəyan ötürücü cihaz – 3 manat; 1 ədəd Misir istehsalı olan, “Zara” markalı, 38 ölçülü, tünd boz rəngli, istifadədə olmuş cins şalvar – 20 manat; 1 ədəd üzərində “Hummel” yazıları olan, Türkiyədə istehsal edilmiş, M ölçülü, qara rəngli istifadədə olmuş lasına – 15 manat; 1 ədəd üzərində “Slazenger” yazıları olan, Türkiyədə istehsal edilmiş, L ölçülü, qara rəngli, istifadədə olmuş qolsuz idman köynəyi – 5 manat. (i.v. 211-213) “Maddi sübut kimi tanınması haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, 1 ədəd üzərində “LDNİO” yazıları olan 120 W-luq cərəyan ötürücü cihazı, 1 ədəd üzərində “Hummel” yazıları olan lasina, 1 ədəd üzərində “Slazenger” yazıları olan idman köynəyi, 1 ədəd “Zara” markalı cins şalvar, 1 ədəd üzərində “Gaisite” yazıları olan gödəkçə, 1 ədəd B94669262A seriyalı 1 ABŞ dolları olan pul əskinası və 1 ədəd B041241410 seriyalı 50 Türk lirəsi olan pul əskinası iş üzrə maddi sübut hesab edilmişdir. 1 ədəd üzərində “LDNİO” yazıları olan 120 W-luq cərəyan ötürücü cihazı, 1 ədəd üzərində “Hummel” yazıları olan lasina, 1 ədəd üzərində “Slazenger” yazıları olan idman köynəyi, 1 ədəd “Zara” markalı cins şalvar, 1 ədəd üzərində “Gaisite” yazıları olan gödəkçə məhkəməyədək Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. 1 ədəd B94669262A seriyalı 1 ABŞ dolları olan pul əskinası və 1 ədəd B041241410 seriyalı 50 Türk lirəsi olan pul əskinası məhkəməyədək depozit hesabına təhvil verilmişdir. (i.v. 214) “Pul vəsaitinin depozit hesabına təhvil verilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınmış, 1 ədəd B94669262A seriyalı 1 ABŞ dolları olan pul əskinası və 1 ədəd B041241410 seriyalı 50 Türk lirəsi olan pul əskinası sonuncu barəsində məhkəmə hökmü çıxarılıb qanuni qüvvəyə minənə kimi və ya digər qanuni qərar qəbul olunanadək saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına təhvil verilmişdir( i.v. 215-216) “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatlar, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğu bildirildikdən sonra, onunla Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 501-ci məhəllə, 8 nömrəli binanın qarşısına gedildi. Orada Təqsirləndirilən şəxs əli ilə həmin binanın qarşısını göstərərək, xx.xx.2019-cu il tarixdə saat 20:00 radələrində orada saxlanılmış “Wolksvagen Polo” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq qapısından avtomobilin salonuna daxil olaraq oradan 150 türk lirəsi, ABŞ dolları əskinasları və manat əskinasları olan pul kisəsini və 1 ədəd İPHONE markalı telefonu oğurladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun göstərdiyi istiqamətlə ünvan 8 ünvanında yerləşən “Qoğal” şirniyyat evinin qarşısına gedildi. Orada Təqsirləndirilən şəxs əli ilə yolun kənar hissəsini göstərərək xx.xx.2019-cu il tarixdə saat 21:00 radələrində orada yolun kənarında saxlanılmış “Mercedes” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq qapısından avtomobilin salonuna daxil olaraq oradan 1 ədəd papaq, 1 ədəd gümüşü rəngli gödəkçə və sol iç cibində 600 manat olan nağd pul olan 1 ədəd kişi paltosunu oğurlandığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun göstərdiyi istiqamətlə ünvan 9 ünvanında yerləşən “N” saylı hərbi hissənin qarşısına gedildi. Orada Təqsirləndirilən şəxs əli ilə yolun kənar hissəsi göstərərək xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində orada saxlanılmış “Mercedes GL 500” markalı **-FS-*** dövlət nişanlı avtomobilin açıq qapısından salona daxil olaraq orada qabaq oturacaqların arasındakı saxlanc yerində olan pul kisəsinin içərisindən 200 manat nağd pul və 1 ədəd cərəyan ötürücü cihaz oğurlandığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 10 ünvanı qarşısında yolun kənar hissəsini göstərərək xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində “Mercedes GL 500” markalı **-FS-*** dövlət nişanlı avtomobilin açıq qapısından salona daxil olaraq orada arxa oturacaqların üstündən bir ədəd boz rəngli cins şalvarı, bir cüt idman ayaqqabısını, bir ədəd qara rəngli gödəkçəni, iki ədəd köynək, bir ədəd lasına və avtomobilin baqaj hissəsindən bir ədə “Yamaha” markalı sintezator oğurladığını bildirmişdir. (i.v. 134-135) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxslərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Həmin Qərardahəmçiningötərilirki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177.2.2-ci maddəsinə müvafiq olaraq eyni əməllər təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüqu-qunun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yük-sək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşya-larda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu sə-bəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyri-nə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-192/2019 saylı xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 170.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən və CM-nin 68.1.1-1-ci maddəsi nəzərə alınmaqla təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edilmiş və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmiş və o ev dustaqlığından azad edilmişdir; (i.v. 197- 203) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il Qərarında qeyd olunur ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir.Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin bir epizodunu xx.xx.2019cu il tarixli hökmdən əvvəl, digər epizodları isə həmin hökmdən sonra törətmişdir. Təqsirləndirilən şəxs müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsində ifadə olunan əməli CM-nin 177.2.2-ci maddəsi ilə, yəni “təkrar” törədilmiş cinayət kimi tövsif edilmişdir ki, belə halda onun cinayətkar hərəkətləri cinayətlərin məcmusunu təşkil etmir. Bundan başqa CM-nin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Lakin Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli hökm üzrə təyin edilmiş cəzasını çəkmiş hesab edildiyindən ona CM-nin 67-ci maddəsi ilə cəza təyin edilə bilməz. Lakin az ağır cinayət əməlinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 192/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən bu, onun barəsində CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə,saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 39-40) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-160/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; (i.v. 162-166) CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-192/2019 saylı xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edilərək və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmiş və o ev dustaqlığından azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyi üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin onun təqsirli bilindiyi 177.2.2-iü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan 1 ədəd üzərində “Gaisite” yazıları olan gödəkcə Zərərçəkmiş şəxs3, 1 ədəd üzərində “LDNİO” yazıları olan 120 W-luq cərəyan ötürücüsü, 1 ədəd “Zara” markalı cins şalvarı, 1 ədəd üzərində “Hummel” yazıları olan lasina, 1 ədəd üzərində “Slazenger” yazıları olan idman köynəyi Zərərçəkmiş şəxs2, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə- Plan şöbəsinin depozit hesabına təhvil verilmiş 1 ədəd B94669262A seriyalı 1 ABŞ dolları olan pul əskinası və 1 ədəd B041241410 seriyalı 50 Türk lirəsi olan pul əskinası Zərərçəkmiş şəxs1 hökm qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılmalıdır. İşüzrəmaddisübuthadisənin videogörüntülərini əks etdirən 01ədəd disk cinayətişininmateriallarındasaxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 177.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan 1 ədəd üzərində “Gaisite” yazıları olan gödəkcə Zərərçəkmiş şəxs3, 1 ədəd üzərində “LDNİO” yazıları olan 120 W-luq cərəyan ötürücüsü, 1 ədəd “Zara” markalı cins şalvarı, 1 ədəd üzərində “Hummel” yazıları olan lasina, 1 ədəd üzərində “Slazenger” yazıları olan idman köynəyi Zərərçəkmiş şəxs2, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə- Plan şöbəsinin depozit hesabına təhvil verilmiş 1 ədəd B94669262A seriyalı 1 ABŞ dolları olan pul əskinası və 1 ədəd B041241410 seriyalı 50 Türk lirəsi olan pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 geri qaytarılsın. İş üzrə maddi sübut hadisənin video görüntülərini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-146/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-146/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver