Məhkəmə qərarları › İş №1(004)-146/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-146/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-146/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili Abşeron Rayon Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxx 1994-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, D.Əliyeva küçəsi, fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 12 noyabr 2020-ci il tarixdə saat 07 radələrində «BC» kateqoriyalı AE230458 nömərli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, X7 məxsus «Mersedes-Benz E220-CDİ» markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Moskva prospekti ilə metronun “20 Yanvar” stansiyası istiqamətində yolun sol tərəfdən 1-ci zolağı ilə 40-45 km/saat sürətlə hərəkət edən zaman Moskva prospekti 3007 ünvanda yerləşən «Bravo» marketin qarşısında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, həmin yolu sağdan sola doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi «Mersedes-Benz E220-CDİ» markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs ağır dərəcəli koma, baş beyin silkələnməsi, başın təpə nahiyəsinin əzilmiş yarası, hər iki baldır sümklərinin qapalı, qəlpəli və çanaq sümüyünün (qasıq sümüyünün) yerdəyişməyən sınığı ilə müşayiət edilən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, idarə etdyi “Mersedes Benz E220 CDİ” markalı **-GE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Həmin avtomobil X7 məxsudur, ondan avtomobili gündəlik icarəyə götürüb sürür, hər günü üçün ona 40 manat pul ödəyir. Həmin avtomobili 13.06.2018-ci ildə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş “BC” kateqoriyalı AD 230458 nömrəli sürücülük vəsiqəsi ilə və 02.09.2020-ci il tarixdə avtomobili idarə etmək üçün Kamran Mirzəyev tərəfindən verilmiş etibarnamə əsasında idarə edir. 12 noyabr 2020-ci il tarixdə saat təxminən 07 radələrində idarə etdiyi “Mersedes Benz E220 CDİ” markalı ** GE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Yasamal rayonu Moskva prospekti ilə “20 Yanvar” dairəsi istiqamətində dörd zolaqlı yolun soldan birinci zolağı ilə saatda 40-50 km sürətlə hərəkətdə olan zaman “Bravo” marketin qarşısında yolu sağdan sola doğru bir nəfər 40-45 yaşlarında adının sonradan Ruhiyyə olduğunu bildiyim bir qadın iti yerişlə yolu keçən zaman avtomobilinin önünə çıxmış və o dərhal əyləci basaraq avtomobili sola səkiyə tərəf döndərib səkiyə vurmaq istəmişdir ki, qadına dəyməsin. Lakin bu mümkün olmamış və avtomobilin ön sağ hissəsi ilə Ruhiyyəni vurmuş və zərbənin təsirindən Ruhiyyə yerə yıxılmışdır. O dərhal avtomobildən düşüb həmin qadına yaxınlaşmış, onu yerdən qaldırıb öz avtomobilinə əyləşdirib Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına tibbi yardım göstərilməsi üçün aparmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin qadın Respublika Diaqnostika Mərkəzində işləyir, elə buna görə də həmin qadını iş yoldaşları gəlib onu həmin xəstəxanaya aparmışlar. Hadisə zamanı avtomobildə tək olmuş və spirtli içki qəbul etməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Respublika Diaqnostika Mərkəzi” xəstəxanasında tibb bacısı işləyir. 12 noyabr 2020-ci il tarixdə səhər saatlarında iş yerinə getmək üçün yaşadığı evdən çıxmışdır. Saat təxminən 07:30 radələrində Yasamal rayonu Moskva prospektində yerləşən “Bravo” marketin qarşısından yolun əks tərəfinə, yəni “Bravo” market tərəfdən “Respublika Diaqnostika Mərkəzi” xəstəxanası tərəfə adi yerişlə keçərək, yolun sağ tərəfdən 3-cü zolağını keçib 4-cü zolağına çatan zaman markası və dövlət nömrə nişanı yadında qalmayan avtomobilin onu sol tərəfindən vurmuş və o yerə yıxılmışdır. Sonra ayıldıqda xəstəxanada olduğunu bilmişdir. Yekun olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənilmişdir. Hazırda onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 12.11.2020-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri Yasamal rayonu Moskva prospekt 30007 ünvanında yerləşən “Bravo” marketin qarşısında, “20 Yanvar” dairəsi istiqamətində hərəkət edən zaman yolun sağ tərəfdən 4-cü zolağında baş vermişdir. Həmin yol 5 zolaqlı olmaqla ümumi eni 12 metrdir, hadisə yolun sağ tərəfindən 11 metr məsafədə baş vermişdir. (i.v. 7- 13) “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 12.11.2020-ci il tarixli 2/18837 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, onun tərəfindən alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. (i.v. 17-18) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” ilə bağlı 01 fevral 2021-ci il tarixli, 8/103 nömrəli rəyindən görünür ki, “Mersedes Benz E220 CDİ” markalı ** GE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 61-63) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08.02.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 65) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X14 canlı şəxsin ekspertizası ilə bağlı 11.02.2021-ci il tarixli T 22/2021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- ağır dərəcəli koma, baş beyin silkələnməsi, başın təpə nahiyəsinin əzilmiş yarası, hər iki baldır sümüklərinin qapalı, qəlpəli və çanaq sümüyünün (qasıq sümüyünün) yerdəyişməyən sınığı - bərk küt əşya (əşyaların) təsirindən qərarda göstərilən şəraitdə və müddətdə, yəni 12.11.2020-ci il tarixdə piyadanın hərəkətdə olan avtomaşının hissələri ilə vurulması zamanı törənmişlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. (i.v. 67-69) “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Benz E220-CDİ» markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil iş əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılmasına görə Təqsirləndirilən şəxs təhvil verilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahid qismində dindirilən Təqsirləndirilən şəxs ifadələri, hadisə yerinə baxış keçirilməsi və nəqliyyat vasitəsinə baxış keçirilməsi istintaq hərəkətləri protokolları, təkrar məhkəmə-tibbi ekspertizasının 10.01.2021-ci il tarixli T 22/2021 nömrəli, məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 01.02.2021-ci il tarixli 8/103 nömrəli rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 76-83) “Qətimkan tədbirinin seçilməsi barədə” 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “poliin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 105-106) Zərərçəkmiş şəxsnun məhkəməyə təqdim etdiyi 21.05.2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən, o, sonuncu ilə barışmışdır və ona qarşı heç bir şikayət yoxdur. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-in 263.1-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, hazırki qərar qanuni qüvvəyə mindiyi gündən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 100 (bir yüz) manat aparılmış tədqiqatların dəyəri olaraq X3 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X6 məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X8 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış «Mersedes-Benz E220-CDİ» markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun“xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB**********0429250104 (VÖEN**********) olan hesabına köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar