Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-146/2022 27.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 1,036 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımış və Bakı şəhəri Yasamal RPİnin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17.12.2021-ci il tarixdə saat 16:50-də Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 98 saylı evin qarşısında saxlanılaraq Yasamal RPİ-yə dəvət olunub üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o əvvəllər patı (şüşə) və marixuna kimi narkotik maddələrindən istifadə etsə də həmin narkotik maddələrin satışı ilə məşğul olmamış, tanışı Şahid5 Cəmaləddin qızı ilə bir neçə dəfə öz istəyi ilə (patı) şüşə və marixuna qəbul etmiş, o, Ayşəni döyməmiş ona hər hansı bir bədən xəsarəti yetirməmişdir. O istifadə etdiyi narkotik maddələri hər dəfə Xırdalan şəhərində tanımadığı şəxslərdən almış, son bir neçə aydır ki, psixatrop maddələrdən və ya hər hansı bir narkotik vasitələrdən istifadə etmir. Əlavə olaraq, ifadəsində bildirdi ki, 17 dekabr 2021-ci ildə polis əməkdaşları onun yaşadığı evə gələrək onu Yasamal rayon polis idarəsinə dəvət etmişdilər, həmən zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Polis idarəsində hal şahidlərin, vəkilin və polis əməkdaşlarının yanında də izahat verərək üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən X7 2021-ci ilin noyabr ayından isə Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı xüsusi rütbəsindədir. xx.xx.1986-cı ildə Stepanavan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olmayan ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdildikdə bilavasitə sonra yaxalanması, narkotik vasitələri və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qurupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunverilicikdə nəzərdə tutulmuş qaydada aşkar edilərək götürülməsi və gizli müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinı barədə iş yoldaşı əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə həmin tədbirin keçirilməsinə görə İdarənin rəhbərliyinə raportla müraciət etmiş, bundan sonra əməliyyat qurupu yardıldı, o, həmin əməliyyat qrupuna daxil edildi. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə saat 16:15 radələrində ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman tərəfindən saxlanılmış, özlərini ona təqdim edərək polis əməkaşları olduqlarını bildirib narkotik vasitələri və psixotrop maddələrdən qəbul etdiyi barədə daxil olmuş məlumat əsasında saxlandığını izah edib onu Yasamal RPİ-nin inzibati binaya dəvət etmiş, Təqsirləndirilən şəxs İdarənin inzibati binasına gətirildikdən sonra idarənin 3-cü mərtəbəsində xidməti otaqların birində üzərində paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq gədbirlərin görülməsi üçün o raportla rəhbərliyə müraciət etmiş, bundan sonra İdarənin təhqiqatçısı tərəfindən, onun iş yoldaşı Şahid2, hal şahidləri Şahid3 və Şahid4 Xudabəddin oğlu, saxlanılan şəxsin vəkili Almuradov Rasim Allahverdi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına başlandı. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə və həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərçüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən bir ədəd alışqan və bir ədəd üzərində «Bakı kart» yazısı olan plastik kartı, sağ yan cibindən isə 1 manatlıq əskinaz, iki ədəd 20 qəpik və bir ədəd şəffaf sellofanda olan bükülünü çıxararaq həyəcanlı vəziyyətdə masanın üzərinə qoydu. Həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristallardan ibarət maddə aşkar olundu. Üzərindən aşkar olunaraq götürülmüş maddənin nə olduğunu Teymurdan soruşduqları zaman o həmin maddənin nə olduğunu bilmədiyini və maddənin ona məxsus olmadığını bildirdi, orada olan digər iştirakçılar hamı Teymurun qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf bükümü çıxararaq masa üzərinə qoyduğunun şahidi oldu, o, ifşa olunduğunu gördükdən sonra üzərindən aşkar olunmuş həmin maddənin özünə məxsus olmadığını bildirərək məsuliyyətdən yaxa qurtarmaq üçün bəhanələr gətirdi. İçərisində kütlə olan şəffaf sellofan bağlamadakı büküm zərfə qoyularaq möhürləndi. Bundan sonra o və digər iştirakçılar tərtib eilmiş protokolun düzlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş X3 ifadəsinə uyğun olaraq analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17.12.2021-ci il tarixdə saat 16 radələrində 20 yanvar metrostansiyası istiqamətində yerləşən evinə getmək üçün piyada yol ilə Yasamal RPİ-nin qarşısından keçən zaman bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq idarədə bir nəfərin üzərinə baxış keçirilməsi zamanı hal şahidi kimi iştirak etmək ona təklif olunmuş, o, da narazı olmadığını bildirərək həmin polis əməkdaşı ilə Yasamal RPİ-nin 3-cü mərtəbəsinə qalxmış , idarədə xidməti otaqların birində onun iki nəfər polis əməkdaşı və digər hal şahidinin iştirakı ilə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə polis əməkdaşı üzərində paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi təklifi olunmuş, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən bir ədəd alışqan və bir ədəd üzərində «Bakı kart» yazısı olan plastik kartı, sağ yan cibindən isə 1 manatlıq əskinaz, iki ədəd 20 qəpik və bir ədəd şəffaf sellofanda olan bükülünü çıxararaq həyəcanlı vəziyyətdə masanın üzərinə qoymuş, həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristallardan ibarət maddə aşkar olunmuş, polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin nə olduğunu Teymurdan soruşduqları zaman özünü Teymur kimi təqdim edən şəxs həmin maddənin nə olduğunu bilmədiyini və maddənin ona məxsus olmadığını bildirmiş, orada olan digər iştirakçılar hamı Teymurun qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf bükümü çıxarar masa üzərinə qoyduğunun şahidi olmuş, o, bunu görəndən sonra həmin maddənin özünə məxsus olmadığını bildirdi. O, üzərindən aşkar olunmuş həmin maddənin özünə məxsus olmadığını sonradan bildirərək məsuliyyətdən yaxa qurtarmaq üçün bəhanələr gətirdi. İçərisində kütlə olan şəffaf sellofan bağlamadakı büküm zərfə qoyularaq möhürləndi. Bundan sonra o və digər iştirakçılar tərtib eilmiş protokolun düzlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu ondan əvvəl şahid qismində dindirilmiş Şahid3 ifadəsinə uyğun olaraq analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Cəmaləddin qızı məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 6 ilə yaxındır ki, profesional futbol oynayır, hazırda yeniyetmələr üzrə «Balakən» futbol komandasında futbolçu kimi iştirak edir. Əvvəllər İmişli futbol klubunda oynayıb, Təxmini 1 il əvvəl o, Təqsirləndirilən şəxs ilə təsadüfən taksidə futbolçu yoldaşı Ləman adlı qıza görə tanımış, sonradan onlar tanış olmuş və bir ildir ki o, Teymurla görüşürdü, aralarında yaxın münasibət (cinsi əlaqə) olmayıb, Teymur həmin ərəfədə özü patıdan (şüşə) istifadə edirdi hətta bir neçə dəfə onlar bir yerdə patı (şüşə) və marixuna çəkmişdilər. Belə ki, o lampıçkanın içinə nəsə qoyub yandırırdı özü hazırlayandan sonra ona da verirdi o, da qəbul edirdi. Hətta Teymur onu bir neçə dəfə başqa şəxslərə qısqanmışdı və onu qısqandığına görə döymüşdü, təxmini 8 ay əvvəl onu döydüyünə görə bədənində olan döyülmə izlərinin şəklini çəkmiş, həmin fotoşəkilləri telefonunda saxlamış, lakin bir il əvvəl onun bədəni üzərində olan döyülmə izlərindən heç bir iz qalmayıb. Ona görə də tibbi ekspertizadan ekspert müayinəsindən keçməkdən imtina etmişdir, onun 1 il əvvəl döyülməyi ilə əlaqədar ilk gündən şikayəti olmayıb. Əgər olsaydı o, hüquq mühafizə orqanlarına şikayətini bildirərdi, Hətta bir dəfə Teymur şüşədən qəbul edərək onunla görüntülü danışdığı zaman o həmin görüntüdən skrın edərək fotoşəkilləri çəkib telefonda saxlamış və həmin fotoşəkilləri istintaqa təqdim etmişdir, o Teymurla narkotik maddəni qəbul edərkən könüllü olaraq qəbul etmiş ona nəyisə kimsə məcbur etməmişdir, sadəcə Teymur ona demişdi ki, bu maddə insanın əsəbini sakitləşdirir. Teymur narkotiki hardan əldə etdiyini bilməsə də özünün narkotik maddələrin satışı ilə məşğul olub olmamasından məlumatım yox idi. O harasa gedib şüşəni alıb gəlirdi. Cinayət işinin 28-ci vərəqəsində olan 17 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 105-107-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 dekabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 43-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2021-ci il tarixli, 6/5539 saylı ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindənq aşkar olunmuş….» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,036 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metemfetamindir. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 manat təşkil etmişdir. Cinayət işinin 186-196-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,986 qram metamfetamin psixotrop maddəsi, eləcə də 1 ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq qalmış 0,986 qram metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 1 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X2 ekspert komissiyasının 31.01.2022ci il tarixli, 436 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 114-115-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və cinayət işinə əlavə edilmiş digər iş materialları tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkum edilməməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 dekabr 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 31.01.2022-ci il tarixli, 436 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,986 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan içərisində telefon danışıqlarını əks etdirən 01 (bir) ədəd "xxxx" MMC-dən alınmış CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,986 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış içərisində telefon danışıqlarını əks etdirən 01 (bir) "xxxx" MMC-dən alınmış CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-146/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-146/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver